Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti


Antropogen səs mənbələrinin ətraf mühitdə yaratdığı fizioloji



Yüklə 417,49 Kb.
səhifə12/31
tarix29.12.2021
ölçüsü417,49 Kb.
#48448
1   ...   8   9   10   11   12   13   14   15   ...   31
Mirz-yeva-Aid-
Sadiq Tullantısız 5, S a5, Vaqif qasimov informasiya t hl k sizliyinin saslar D rslik Az , Aqil fiziki ekologiya 2, Aqil fiziki ekologiya 1, Sİ-2, cvblı ƏM test, ƏM test, INSAN SIFETININ TESVIRE ESASEN TANINMASI, FH-da tibbi fərdi mühafizə vasitələrindən istifadə qaydaları, referat 6132, İnvestisiya yatırımları və onun növləri

Antropogen səs mənbələrinin ətraf mühitdə yaratdığı fizioloji


dəyişikliklər
Biosferə təsir edən fiziki elementlərdən biri də səs-küydür. Səs-küy təbiəti mühafizə etmək məsələlərindən biri sayılır. Rəqs dalğalarının eşitmə orqanına təsiri insanlar tərəfindən səs kimi qəbul edilir. Səs sahəsi səs dalğalarının yayıldığı mühitdir. İnsan orqanizmi daim müxtəlif mənşəli səslərin təsirinə məruz qalır. Səslər- ətraf mühitdə baş verən mexaniki titrəyişlərdir. Biz isə bu səsləri müəyyən hüdud daxilində (səs dalğalarının tezliyi 16 hs-dən 20000 hs-ə qədər) qəbul edə bilirik. Əgər bu titrəyişlər 20000 hs-in üzərindədirsə ultrasəslər, 16 hs-dən azdırsa infrasəslər adlanır. İnsanın bu səsləri eşidə bilmir. Şiddətinə və gücünə görə fərqlənən səs dalğaları insan orqanizminə nəinki maneə törədir, həm də müxtəlif əks təsirlərin yaranmasına səbəb olur.Bu səs dalğaları mənşəyinə görə təbii və antropogen mənşəli olmaqla iki yerə bölünür. Təbii mənşəli səs-küy təbiətdə az rast gəlindiyinə və ya qısamüddətli olduğuna görə təsiri daha azdır. Bu səslər orqanizimdə gedən proseslərin norma daxilində getməsini təmin edir, xoş və müalicəvi təsir göstərən topofil amildir. Topofil sözü yunan mənşəli söz olub, “topos”-yer, “fileo”-sevirəm deməkdir. Müasir dövrümüzdə antropogen mənşəli səs-küy daimi uzunmüddətli təsirə malik olduğuna görə daha ağır fəsadlara səsbəb ola bilər.[4]

Son dövrlərdə şəhərlərdə səs-küy səviyyəsinin təxminən 30 db artdığı müəyyən edilib. Kəndlərə nisbətən şəhərlərdə səs-küy səviyyəsinin çox olması sənaye sahələrinin, nəqliyyatın və insanların sayının artması ilə əlaqədardır. Antropogen mənbələrin təsiri nəticəsində yaranan səs-küy qəbul edilən normadan artıq olduqda ətraf mühitə, insanlara eləcədə digər canlılara mənfi təsir göstərir. Səsin gücünün səviyyəsi ilk növbədə səs mənbəyinin ölçüsündən asılıdır. Bu da səs-küyün qıcıqlandırıcı təsirə malik olub olmadığını qiymətləndirməyə imkan verən xüsusiyyətlərdən biridir. Səsə xas olan digər xüsusiyyətlərdə var, belə ki onlar əsasında səs-küyün ətraf mühitə hansı səviyyədə təsir göstərdiyi müəyyənləşdirilir. Bu xüsusiyyətlər aşağıdakılardır:



  1. Səsin tezliyi;




  1. Müddəti;




  1. Gün vaxtı;




  1. Məkan.

Yuxarıda göstərilən bu amillər səs-küy çirklənməsinin hansı səviyyədə olduğunu müəyyən etməyə imkan verir.

Desibel-səsin ölçü vahididir. Səsölçən cihazlar vasitəsilə səsin gücü müəyyən edilir. 0,1 loqarifm səs enerjisi intensivliyinin, insanın eşitmə orqanının qəbul etdiyi səsə olan nisbəti 1 db adlanır.İnsanın eşitmə orqanının qəbul etdiyi səs 0-170 db aralığında dəyişir.

Rəqs dalğaları – səs dalğalarının yaratdığı hərəkətdir. Rəqs tezliyi – bir saniyədəki rəqslərin sayıdır və ölçü vahidi hersdir.[4]

Səs bəşəriyyət üçün böyük dəyərə malikdir. İnsan səssiz mühitdə yaşaya bilməz. Səs bizlərə müxtəlif dərəcədə təsir göstərir. O, bizi sakitləşdirə və həyəcanlandıra bilər. Eləcədə, sevincimizə və kədərimizə səbəb ola bilir. Lakin, həddindən artıq səs-küyün olması arzuolunmazdır. Səs-küy insanların sinir sisteminə müxtəlif dərəcədə təsir göstərir. Beləliklə, insanların səsə qarşı göstərdiyi cavab reaksiyası da fərqlidir. Bu onların sağlamlıq vəziyyətindən, yaşından, ətrafından və s. asılıdır. Məsələn, bəzi insanlar qısa müddətli səs-küyün təsirindən eşitmə qabiliyyətini itirirsə, digərləri uzun müddətli güclü səslərin təsiri baş ağrısı və müxtəlif sinir sistemi xəstəlikləri ilə özünü göstərə bilər. Qazonbiçən və motosiklin yaratdığı səs-küy səviyyəsi ekvivalent şəkildədir. Lakin, bir qrup insanlara bu səs səviyyəsi narahatedici təsir göstərmədiyi halda, digər qrup insanlara qıcıqlandırıcı təsir göstərir. Beləliklə, müxtəlif hüdudlarda dəyişən səs- küy səviyyəsinə qarşı insanlar müxtəlif həssaslıq göstərirlər.

Səs – küy şiddətinə görə 4 mərhələyə ayrılır. Eyni zamanda bu mərhələlərdə səsin canlılara ekoloji baxımdan necə təsir göstərildiyidə nəzərə alınır. Bu mərhələləri nəzərdən keçirək:



    1. ci mərhələ: bu mərhələdə səsin gücü 30-59 db hüdudları daxilində dəyişir. Bu diapazondakı səslər insana çoxda mənfi təsir göstərmir. 45-50 db gücünə malik olan səslər insanlara narahatedici təsir bağışlayır. 1 – ci mərhələyə aid edilən səsin gücü həm məkanlara, həm də gecə və gündüzə görə təyin edilən normalara uyğun olmalıdır. Bunu aşağıdakı cədvəl şəklində göstərə bilərik.




Yüklə 417,49 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə