Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan memarliq və İNŞaat universiteti



Yüklə 138,68 Kb.
səhifə1/10
tarix02.01.2022
ölçüsü138,68 Kb.
#42331
  1   2   3   4   5   6   7   8   9   10
İdris Antik serbest is

Azərbaycan dövlət mədəniyyət və incəsənət universiteti

Qrup:404

Fənn :Antik və orta dövr

Fakültə : Teatr Sənəti

Müəllim : Fəridə Cəlilova

Tələbə : Sadıqzadə İdris

Mövzu :Qədim Romada teatr ənənələri

ROMA TEATRI

ROMA TEATRI

  • Bütün xalqlarda olduğu kimi, romalılarda da əsrlərdən bəri onların əkinçilik həyatı ilə bağlı olan ayin və mərasim nəğmələri, oyunlar mövcud idi. Onların sırasına fessenninaları aid etmək olar. Çox güman ki, onlar öz adını etrussk şəhəri Fessenniadan əxz etmişdilər. Horasinin sözlərinə görə, onları “qədimdə məhsul yığımından sonra əkinçilər – möhkəm bədənli və aza qane olan insanlar” oxuyardılar (Horasi, Namələr, II, 1, 189). İki şən dəstə – dialoq forması da buradan yaranır – acı zarafatlarla deyişirdilər. Zarafatlar o qədər sərbəst və kəskin olurdu ki, Romanın hakim dairələri hələ ilk yazılı qanunların (“on iki cədvəl” qanunları) tərtibi zamanı ağır cəza qorxusu altında onları qadağan etmək məcburiyyətində qalır. Bununla belə, bu janr toy nəğmələrində və zəfər yürüşləri zamanı ifa edilən zarafatyana əsgər mahnılarında sonrakı, ona görə, bizə daha yaxşı məlum olan dövrlərdə də yaşamağa davam edirdi.
  • Tit Livinin dediyinə görə (VII, 2), romalılar histrion (etrussk dilində “hister” – “aktyor” deməkdir) çıxışlarını da etrussklardan mənimsəmişdilər. İlk zamanlar histrionların çıxışları ritmik rəqs hərəkətləri ilə kifayətlənirdi. Sonrakı dövrlərdə onlar nəğmələrlə müşayiət olunmağa başlayır.
  • Romalılarda yunan miminə yaxın xalq komediya növü – atellana da mövcud idi. O, öz adını ossk şəhəri Atelladan götürmüş və çox güman ki, elə burada da yaranmışdır. Atellana hər zaman təkrarlanan maskalı qəhrəmanların iştirakı ilə oynanılırdı: “lovğa axmaq” – Bukkon, “qarınqulu səfeh” – Makk, “sadəlövh qoca” – Papp, “hiyləgər qozbel-şarlatan” – Dossen. Bununla belə, bu şən xalq farsları müxtəlifliyi ilə seçilirdi. Günümüzə çatmış adlara əsaslanaraq deyə bilərik ki, atellan Mak həm “əsgər”, həm “mehmana sahibi”, həm də “qız”; Papp “əkinçi”, “seçkilərdə uduzmuş” dövlət vəzifəsinə namizəd və s. ola bilərdi. Bu özünəməxsus janrın yaranma tarixi dəqiq məlum deyil, ancaq o, uzunömürlü olub, hətta romalılarda yunan tipli teatr tamaşaları meydana gəldikdən sonra da mövcudluğunu saxlayırdı.

Yüklə 138,68 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə