AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ
TURİZM NAZİRLİYİ
АZƏRBAYCAN TURİZM VƏ MENECMENT
UNİVERSİTETİ
Bakalavr hazırlığı üçün
«Xammal və qida məhsullarının təhlükəsizliyi»
f ə n n i n i n
P R O Q R A M I
İXTİSAS: 050642– «Qida məhsulları mühəndisliyi»
BAKI – 2016
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ
TURİZM NAZİRLİYİ
АZƏRBAYCAN TURİZM VƏ MENECMENT
UNİVERSİTETİ
Bakalavr hazırlığı üçün
Xammal və qida məhsullarının təhlükəsizliyi
fənninin
P R O Q R A M I
İXTİSAS: 050642– «Qida məhsulları mühəndisliyi»
Azərbaycan Respublikası Təhsil
Nazirliyinin ....saylı, .......
2016–cı il tarixli əmri ilə
təsdiq edilmişdir.
BAKI – 2016
Tərtib edənlər: 1. Azərbaycan Turizm və Menecment Univer-
sitetinin “Mehmanxana və restoran biznesi” ka-
2
fedrasının dosenti, b. e. n. Gülnar Mahal qızı
Məmmədli.
2. Azərbaycan Turizm və Menecment Univer-
sitetinin “Mehmanxana və restoran biznesi” ka-
fedrasının dosenti, t. e. n. Elsevər Baba oğlu
Fərzəliyev.
Elmi redaktor: Azərbaycan Dövlət İqtisad Universiteti “Qida
məhsullarının texnologiyası” kafedrasının
dosenti, t.e.n. Elza Mədət qızı Omarova.
Rəy verənlər: 1. Azərbaycan Kooperasiya Universitetinin
“Standartlaşdırma və texnologiya” kafedra-
sının müəllimi, t.e.d., prof. Vüqar Şahbaba
oğlu Mikayılov.
2. Azərbaycan Turizm və Menecment Univer-
sitetinin “Mehmanxana və restoran biznesi”
kafedrasının müdiri, p.e.n., dos. Novruz
Əmirxan oğlu Quliyev.
Azərbaycan Turizm və Menecment Universitetinin
“Mehmanxana və restoran biznesi” kafedrasının 13 may
2016-cı il tarixli iclasında müzakirə edilmiş və bəyənilmişdir.
Protokol №
Azərbaycan Turizm və Menecment Universitetinin
Tədris-Metodiki Şurasında baxılmış və təsdiq edilmişdir.
2016-cı il, protokol № .
Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-
Metodiki Şurasının“ ” bölməsinin
2016-cı il tarixli qərarı ilə təsdiq edilmiюdir. Protokol № .
3
İZAHAT VƏRƏQİ
“Xammal və qida məhsullarının təhlükəsizliyi” fənninin
“Qida məhsulları mühəndisliyi” ixtisası üzrə “bakalavr”
pilləsində təhsil alan tələbələrə, I kursun yaz semestrində 75
saat (45 saat mühazirə, 30 saat laboratoriya) həcmində tədris
edilməsi nəzərdə tutulur.
“Xammal və qida məhsullarının təhlükəsizliyi” kursunun
öyrənilməsi, ərzaq xammalları və qida məhsullarının
təhlükəsizliyi kimi olduqca vacib sayılan aktual məsələlərin
həlli üçün qida məhsulları mühəndisliyi sahəsində ixtisaslı
mütəxəssislərin hazırlanması məqsədini daşıyır. Qida
məhsullarının keyfiyyəti və təhlükəsizliyi probleminin həlli,
əhalinin sağlamlığının və genofondun qorunub saxlanmasına
kömək edən vacib məsələlərdən biridir.
Fənnin məqsədi – tələbələri ərzaq xammalları və qida
məhsullarının müxtəlif çirklənmə növləri ilə (fiziki, kimyəvi,
bioloji), yəni mikroorqanizmlər və onların metabolitləri ilə,
bitkiçilikdə və heyvandarlıqda tətbiq edilən kimyəvi
elementlər, maddələr və birləşmələrlə, dioksinlər və radioaktiv
çirklənmə ilə tanış etməkdir.
Fənnin vəzifələri – kursun tədrisi zamanı tələbələr qida
məhsullarının təhlükəsizliyi sahəsində elmi və normativ
materiallar əsasında bilik qazanacaqlar. Fənnin vəzifələrinə
əsas qida məhsullarının keyfiyyətinin qiymətləndirilməsi və
təhlükəsizliyinin gigiyenik meyarlarının öyrənilməsi, kimyəvi
və bioloji mənşəli ksenobiotiklərin əsas növlərinin, ərzaq
xammalları və qida məhsullarının çirklənmə mənbələrinin,
onların toksikoloji qiymətləndirilməsinin, məhsulların
çirklənməsinin qarşısının alınması və detoksikasiya
tədbirlərinin öyrənilməsi daxildir.
Fənnin mənimsənilməsi nəticəsində tələbələr:
Bilməlidir:
• ərzaq xammalları və hazır qida məhsullarının yad kimyəvi
maddələrlə əsas çirklənmə mənbələri və yollarını;
4
• qida məhsulları ilə təmas zamanı istifadə edilən polimer
materialların gigiyenik və ekoloji qiymətləndirilməsini;
• bioloji mənşəli toksiki maddələri, istilik emalı və
saxlanma zamanı əmələ gələn birləşmələri;
• antialimentar qidalanma amillərini;
• məhsulların saxtalaşdırılması növləri və GMO
məhsulların istifadəsini;
• yad maddələrin təsnifatı və onların qida məhsullarına
daxil olma yollarını;
• ərzaq xammalları və hazır qida məhsullarının əsas
çirklənmə növlərini;
• yad maddələrin metabolizmini.
Bacarmalıdır:
• kursun mövzusu üzrə elmi və metodik ədəbiyyatlarla
işləməyi;
• məhsulların yad maddələrlə çirklənmə dərəcəsini
qiymətləndirməyi;
• xammal və qida məhsullarının qəbulu zamanı nəzarət
prosesində (sənədləşmə, qablaşdırma, markalanma və s.)
təhlükəsizliyi qiymətləndirməyi;
• məhsulun istehsalı və saxlanması zamanı çirklənmənin
qarşısını almağı;
• istehsal olunan məhsula nəzarəti həyata keçirməyi və
onun təhlükəsizliyini təmin etməyi.
Yiyələnməlidir:
• Azərbaycan Respublikasının “Qida məhsullarının keyfiy-
yəti və təhlükəsizliyi haqqında” qanununun əsas müddəaları və
qida məhsullarının keyfiyyətinin və təhlükəsizıiyinin idarə
edilməsi prinsiplərinə;
• qida məhsullarının formalaşmasının əsas prinsipləri,
keyfiyyətinin idarə edilməsi və keyfiyyətə nəzarətin təmin
edilməsi üsullarına;
5
• qida əlavələrinin təsnifatı, qida əlavələrinin tətbiqinin
normallaşdırılması prinsipləri və nəzarət üsullarına.
1. Giriş. Kursun ümumi məsələləri.
Ərzaq problemləri və onların həlli yolları. Qida
məhsullarının təhlükəsizliyi problemi. Termin və təriflər.
Qida məhsullarına qoyulan tələbləri müəyyən edən ilk
qanunlar. “Təmiz məhsullar” haqqında qanunlar. Alimentarius
Kodeksi. Kritik nəzarət nöqtələrinə görə təhlükənin analizi
sistemi. Qida məhsulunun kəmiyyət qiymətləndirilməsinin
vəzifələri.
Qida məhsullarının və onlarda kimyəvi birləşmələrin
təsnifatı. Təyinatından asılı olaraq qida məhsullarının 3 qrupu.
Ümumi xarakterik əlamətlər və xüsusiyyətlərə görə qida
məhsullarının qrupları.
2. Qida məhsullarının və ərzaq xammalının analitik
kimyasının müasir vəziyyəti.
Keyfiyyətə nəzarətdə istifadə edilən analiz üsullarına
verilən tələblər. Nümunələrin hazırlanması. Obyektlərin
minerallaşdırılması.
Toksiki elementlərin təyini üçün quru, nəm minerallaşma
üsulları. Nəm minerallaşmanın növləri, minerallaşmanın 2
mərhələsi. Turşu ekstraksiyası.
Parçalanma proseslərinin insensivləşdirilməsi üsulları.
6
Avtoklavın istifadəsi. Ultrasəs üsulunun istifadəsi ilə
minerallaşmanın intensivləşdirilməsi. Kavitasiya hadisəsi.
İntensivləşdirmə proseslərinin müqayisəsi. Mikrodalğalı
şüalanmanın istifadəsi.
3. Qida məhsullarının keyfiyyətinə nəzarətdə
orqanoleptiki analiz.
Orqanoleptiki qiymətləndirmənin zəruriliyi. Dequstatorlar
qrupunun formalaşma mərhələləri. Dad analizatorunun
yoxlanması. Dad maddələrinin sulu məhlullarının hazırlanma
üsulları. “Dad daltonizmi”nə görə yoxlama meyarları.
İybilmənin qiymətləndirilməsi.
Ərzaq məhsullarının keyfiyyəti və ona nəzarətin təmin
edilməsi. Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) qəbul
etdiyi bəzi termin və anlayışlar. Keyfiyyət. Keyfiyyət sistemi.
Keyfiyyət sahəsində siyasət. Keyfiyyətin idarə edilməsi.
Keyfiyyətin təmin edilməsi. Məhsulun keyfiyyətini
formalaşdıran əsas amillər: ETT, daxili və beynəlxalq bazarın
öyrənilməsi, “İnsan amili”nin istifadəsi. Qida məhsullarının
keyfiyyətinə nəzarətin müxtəlif səviyyələri: istehsalat, təşkilat,
dövlət, ictimai nəzarət.
4. Ərzaq xammalının və qida məhsullarının kimyəvi və
bioloji mənşəli ksenobiotiklərlə çirklənməsi.
Qida məhsullarını təşkil edən kimyəvi birləşmələrin 3
qrupu. Alimentar əhəmiyyət kəsb edən birləşmələr. Dadın,
aromatın və rəngin formalaşmasında iştirak edən maddələr.
Antropogen və ya təbii mənşəli yad potensial təhlükəli
7
birləşmələr. Qida məhsullarının və ərzaq xammalının əsas
çirklənmə yolları. Yayılmasına və toksikiliyinə görə təhlükəli
kontaminantlar. Müxtəlif ərzaq xammalı və qida məhsulları
qruplarında nəzarətə məruz qalan çirkləndiricilər. Maddələrin
toksikilik ölçüləri.
Toksikiliyin 2 əsas xarakteristikası. LD
50
və LD
100
.
ÜST/FAO tərəfindən qəbul edilmiş əsas göstəricilər. YVK (yol
verilən konsentrasiya), YVSD (yol verilən sutkalıq doza),
YVSİ (yol verilən sutkalıq istifadə).
5. Qida məhsullarının mikroorqanizmlər və onların
metabolitləri ilə çirklənməsi.
Çirklənmənin törətdiyi 2 xəstəlik forması. Qida
zəhərlənmələri (qida intoksikasiyası) və qida toksikoinfeksi-
yaları. Qida intoksikasiyaları - bakterial toksikozlar və
mikotoksikozlar.
Qida məhsullarının stafilokoklarla çirklənməsi. Süd və süd
məhsullarının, ət və ət məhsullarının çirklənməsi. Qida məhsul-
larının çirklənməsinə qarşı profilaktik tədbirlər. Qida
infeksiyaları.
Qida məhsullarının salmonellalarla çirklənməsi.
Salmonelyozlarla çirklənməyə qarşı profilaktik tədbirlər.
Qida məhsullarının botulizm törədiciləri ilə çirklənməsi.
Botulizm törədicilərinin həyat fəaliyyətinə təsir göstərən
amillər. Botulizmin profilaktikası.
8
Qida məhsullarının Escherichia coli bakteriyaları ilə
çirklənməsi. Qida məhsullarının Proteus cinsi bakteriyaları ilə
çirklənməsi.
Enterokoklar.
6. Qidalı maddələrin təhlükəsi.
Aflatoksinlər. Detoksikasiya. Mexaniki, fiziki, kimyəvi
detoksikasiya üsulları. Oxratoksinlər. Trixotesenlər. Fusarium
göbələkləri ilə çirklənmə. Vomitoksin. Zearalenon.
Patulin və bəzi digər mikotoksinlər. Penicillium cinsi
mikroskopik göbələklərin hasil etdiyi mikotoksinlər.
Lüteoskirin, tsikloxlorotin, sitreoviridin və sitrinin.
Mikotoksinlərin təyini və qida məhsullarının çirklənməsinə
nəzarət üsulları.
Skrininq üsullar. Xromotoqrafiya və flüoressensiya
üsulları. Mikotoksinlərin təyini üçün analitik üsullar: kimyəvi,
bioloji, radioimmunoloji və immunoferment üsulları.
Ərzaq xammalı və qida məhsullarının çirklənməsinə
nəzarətin təşkili sistemində 2 səviyyə. Təftiş və monitorinq.
Alimentar toksikozlara qarşı profilaktik tədbirlər.
Qida məhsullarının mikrobioloji təhlükəsizlik göstəriciləri.
Qidalı maddələrin təhlükəsi.
9
Vitamin və mineral əlavələri. Zülal və aminturşularının
toksikiliyi. Karbohidratların toksikiliyi. Yağ və digər lipidlərin
toksikiliyi. Pəhriz qidalanmasının təhlükəsizliyi.
7. Qida məhsullarının kimyəvi elementlərlə çirkl
ənməsi.
Su hövzələri, atmosfer, torpaq, kənd təsərrüfatı bitkiləri və
qida məhsullarının çirklənməsi. Toksiki elementlərin kəmiyyət
analizi.
Civə. Civənin toksiki təsir mexanizmi. Qida məhsullarının
civə ilə çirklənməsi. Civənin ətraf mühitdə dövriyyəsi. Qida
məhsullarnda civənin paylanması. Civənin təyini üsullları.
Qurğuşunun tətbiq sahələri. Qurğuşunun toksiki təsir
mexanizmi. Xammal və qida məhsullarının qurğuşunla
çirklənməsi sahəsində profilaktik tədbirlər. Qurğuşunun
miqdarına nəzarət.
Kadmium. Kadmiumun tətbiq sahələri. Kadmiumun toksiki
təsir mexanizmi. Kadmiumla intoksikasiyanın profilaktikası.
Kadmiumun təyini.
Alüminium. Alüminiumun tətbiq sahələri. Alüminiumun
toksiki təsir mexanizmi.
Arsen. Ətraf mühitin arsenlə çirklənmə mənbələri. Arsenin
toksiki təsir mexanizmi. Qida məhsullarının arsenlə
çirklənməsi. Arsenin təyini. Arsenin təyinində Qutsayd üsulu.
Mis. Orqanizmdə misin biotransformasiya mexanizmi.
Qida məhsullarında misin miqdarı. Misin təyini üsulları.
Sink. Sinkin yol verilən konsentrasiyası.
Qalay. Qida məhsullarının qalayla əsas çirklənmə mənbəyi.
Qidanın qalayla çirklənməsinin qarşısını almaq üsulu.
Dəmir. Qidalanmada əsas dəmir mənbəyi. Qida
məhsullarının dəmirlə çirklənməsi.
10
Ağır metalların yüksək miqdarı olan qida xammalının
texnoloji emalı.
8. Qida məhsullarının bitkiçilikdə tətbiq edilən
maddələr və birləşmələrlə çirklənməsi.
Kənd təsərrüfatı bitkilərində zəhərli kimyəvi maddələrin
qalıqları. Pestisidlər. Kimyəvi təbiətinə görə pestisidlərin
təsnifatı.
Xlorüzvi, fosforüzvi birləşmələr, karbamin
turşusunun törəmələri, xlorfenoksi turşuların törəmələri,
piretroid təbiətli pestisidlər.
Defoliantlar. Pestisidlərin gigiyenik nöqteyi-nəzərdən
təsnifatı. Toksikiliyinə görə təsnifat. Güclü təsir göstərən
zəhərli maddələr, yüksək toksiki, orta toksiki, zəif toksiki
maddələr.
Kumulyativ xassələrə görə təsnifat. Yüksək kumulyasiya.
Kumulyasiya əmsalı. Qabarıq kumulyasiya, mülayim
kumulyasiya, zəif ifadə olunan kumulyasiya.
Pestisidlərin davamlılığına görə təsnifatı. Çox davamlı,
davamlı, mülayim davamlı, az davamlı pestisidlər. DDT qlobal
çirkləndirici kimi. Qida məhsullarında pestisidlərin səviyyəsinə
avtomatlaşdırılmış monitorinq.
9. Nitratlar, nitritlər, nitrozoaminlər.
Nitratların yayılması və təhlükəsi. Nitritlərin orqanizmdə
toksiki təsir mexanizmi. Nitrat və nitritlərin təyini üsulları.
Nitrozoaminlər. Nitrozoaminlərin ətraf mühitdə yayılması.
Nitrat və nitritlərin təbiətdə yayılmasına təsir göstərən amillər.
11
İnsan orqanizmində N-nitrozobirləşmələrin əmələ gəlməsinin
qarşısının alınması üsulları.
Ərzaq xammalında nitratların texnoloji azaldılma üsulları.
Bitkilərdə boy tənzimləyiciləri (BBT) və onların qrupları, təbii
və sintetik boy tənzimləyiciləri, onların canlı orqanizmə mənfi
təsiri.
Gübrələr, kənd təsərrüfatında onların tətbiqi. Kimyəvi
tərkibindən asılı olaraq gübrələrin qruplara ayrılması. Mineral
və üzvi gübrələr. Azotlu gübrələr. Gübrələrin nitratlı forması.
Fosforlu gübrələr.
Kalium gübrələri. Mikrogübrələr.
Kompleks gübrələr. Üzvi gübrələr. Gübrələrin istifadəsində
gigiyenik qaydaların pozulması. Kömürün flotasiya tullantısı
gübrə mənbəyi kimi.
10. Qida məhsullarının heyvandarlıqda tətbiq edilən
maddələrlə çirklənməsi.
Antibiotiklər. Qida məhsullarında rast gələn antibiotiklər.
Təbii antibiotiklər. Qida məhsullarında istehsal nəticəsində
əmələ gələn antibiotiklər. Qida məhsullarına müalicə-baytarlıq
tədbirləri nəticəsində düşən antibiotiklər. Biostimulyatorlar
kimi istifadəsi zamanı qida məhsullarına düşən antibiotiklər.
Konservləşdirici maddələr kimi tətbiq edilən antibiotiklər.
Penisillin, streptomisin, levomisetin, qramisidin kimi
antibiotiklərin müxtəlif emal növlərində istifadəsi.
Sulfanilamidlər, onların çox təsadüf olunan növləri.
Sulfadimetoksin, sulfametozin preparatları ilə yol verilən
çirklənmə səviyyəsi.
Nitrofuranlar. Nitrofuranların yüksək antibakterial fəallığı.
Hormonal preparatlar. Hormonal preparatların baytarlıqda və
12
heyvandarlıqda istifadəsi. Sintetik hormonal preparatlar. Qida
məhsullarında hormonal preparatların yol verilən miqdarı.
Trankvilizatorlar. Heyvan qidasında antioksidantlar.
Antioksidantların tətbiqi.
11. Qida məhsullarının dioksinlər və polisiklik aromatik
karbohidrogenlərlə çirklənməsi.
Dioksinlər real təhlükə mənbəyi kimi. Dioksinlərin ətraf
mühitdə yayılması. Dioksin tetraxlordibenzopara və onun fiziki
xassələri. Dioksinlərin insan orqanizminə düşmə yolları.
Dioksinlərin qida məhsullarında yayılması. Dioksinə görə
sanitar normaların müəyyən edilməsi. Yol verilən sutkalıq
dozanın hesablanması. Dioksinlərə görə ekoloji monitorinq.
Sinergizm hadisəsi.
Polisiklik aromatik karbohidrogenlər (PAK). Kanserogen
PAK təbiətdə əmələ gəlməsi. Fəal kanserogenlər. Az toksiki
PAK. Benz(a)piren. Benz(a)pirenin atmosfer havasında yol
verilən konsentrasiya həddi
.
12. Ərzaq xammalı və qida məhsullarının radioaktiv
çirklənməsi.
Radioaktivlik mənbələri. Təbii mənşəli radionuklidlər.
Rodon. Rodonun sudan kənarlaşdırılması üsulu. Süni
radionuklidlər.
Radioaktiv maddələrin insan orqanizminə daxil olma
yolları. İonlaşdırıcı şüaların təsir effekti. Hüceyrənin radiasiya
zədələnməsinin 3 mərhələsi. Fiziki, kimyəvi biokimyəvi
dəyişikliklər. Şüalanma zamanı orqanizmdə baş verən
dəyişikliklər.
13
İnsan orqanizmində yayılma xarakterinə görə radioaktiv
maddələrin qrupları. Skeletdə, qara ciyərdə, sistemlərdə
bərabər paylanan radioaktiv maddələr.
İnsan orqanizminin hüceyrə və toxumalarının ionlaşdırıcı
şüalanmaya qarşı həssaslıq dərəcəsinə görə yerləşdirilməsi.
Ətraf mühitin radioktiv çirklənmədən profilaktikası.
Qidalanma - radionuklidlərin əleyhinə başlıca amillərdən biri
kimi.
13. Yad birləşmələrin metabolizmi.
Ksenobiotiklərin detoksikasiya mexanizmi. İnsan orqaniz-
mində ksenobiotiklərin təsiri. Ksenobiotiklərin metabolizminin
2 fazası. Metabolik dəyişikliklər; konyuqasiya reaksiyası.
Oksidləşmə. Bərpa. (reduksiya). Hidroliz. Yad birləşmələrin
metabolizminə təsir göstərən amillər. Genetik, fizioloji, ətraf
mühit amilləri.
14. Antialimentar qidalanma amilləri.
Həzm fermentlərinin ingibitorları. Qida məhsullarında zülal
ingibitorları. Həzm fermentlərinin ingibitorlarının təsir
mexanizmi. Bitki mənşəli zülal-ingibitorların əsas qrupları.
Kunitsa və Bauman-Birka ingibitoru. Sianogen qlikozidlərin
insan orqanizminə təsiri.
Qida məhsullarında limarin və amiqdalin. Qida
məhsullarında biogen aminlər. Serotonin, tiramin, histamin.
Alkaloidlərin insan orqanizminə təsiri.
14
Qida məhsullarında purin alkaloidləri – kofein, teobromin
və teofillin. Purin alkaloidlərinin insan orqanizminə təsiri. Qida
məhsullarında steroid alkaloidlər qrupu - solanin və çakoninlər.
Solaninin insan orqanizminə təsiri.
Antivitaminlərin insan orqanizminə təsiri. Leysinin təsir
mexanizmi. İndolilsirkə turşusu vı asetilpiridin.
Askorbatoksidazanın antivitamin təsiri və onun müxtəlif
məhsullarda fəallığı. Tiaminaza vitamin В
1
– tiamin üçün
antivitamin amil kimi.
Qida məhsullarında ortodifenollar, bioflavonoidlər və
antivitamin fəallığı. Qida mıhsullarında linatin. Avidin
antivitamin amil kimi. Hidrogenizə edilmiş yağlar antivitamin
amil kimi. Hipervitaminozların iki tipi.
15. Mineral maddələrin mənimsənilməsini
zəiflədən amillər.
Quzuqulaq turşusunun insan orqanizminə təsiri. Qida
məhsullarında quzuqulaq turşusu. Qida məh-sullarında fitin.
Aşı maddələri, kofein, ballast birləşmələr mineral maddələrin
mənimsənilməsini aşağı salan amil kimi. Alkoqolun insan
orqanizminə təsiri.
Qida əlavələri, onların təsnifatı, gigiyenik normallaşdırma
prinsipləri və tətbiqinə nəzarət. Təbii, təbiilərə identik və ya
süni qida əlavələri. Köməkçi materiallar.
Qida əlavələrindən istifadənin məqsədi. Qida əlavələrinin
qrupları. Qida əlavələrinin təsnifatı. Qida məhsullarının
keyfiyyəti və təhlükəsizliyi haqqında
qanun. Qida
əlavələrindən istifadənin müasir səbəbləri. Qida əlavələrinin
kodifikasiya sistemi. Qida əlavələrinin tətbiqi. Qida əlavələrinə
15
təhlükəsizlik nöqteyi-nəzərdən verilmiş tələblər. Qida
əlavələrinin təhlükəsizliyi problemi.
16. Qida məhsullarının saxtalaşdırılması.
Genetik modifikasiya (GMO, transgen) olunmuş qida
məhsullarının istifadəsi. GMO orqanizmlərin biotəhlükəsizliyi.
GMO bitkilərin biotəhlükəsizliyinin tədqiqi mərhələləri. Qida
xassələrinin qiymətləndirilməsi. Toksikoloji göstəricilərin
təyini.
Saxtalaşdırılmanın növləri. Çeşid (növ), keyfiyyət,
kəmiyyət, dəyər, informasiya növləri. Qida əvəzləyiciləri.
Qida əvəzləyicilərinin qrupları - qida və qeyri-qida. Çeşid
saxtalaşdırılmasında istifadə edilən vasitələr. Saxtalaşdırılan
məhsulun təhlükəsizlik dərəcəsi. İmitatorlar- qida əvəzləyicisi
kimi.
Keyfiyyət saxtalaşdırılmasında istifadə edilən vasitələr.
Keyfiyyət saxtalaşdırılması üsulları. Keyfiyyətin
yaxşılaşmasını imitasiya edən əlavələrin istifadəsi.
Keyfiyyət saxtalaşdırılmasının 2 növ müxtəlifliyi. Təh-
lükəsiz və təhlükəli məhsullar. Kəmiyyət saxtalaşdırılması -
üsul və vasitələri. Dəyər saxtalaşdırılması. Dəyər saxtalaşdırıl-
masının növ müxtəlifliyi. İnformasiya saxtalaşdırılması.
Texnoloji və realizasiyadan əvvəl saxtalaşdırılma.
Bioloji fəal maddələr. Nutrisevtiklər. Nutrisevtiklərin tətbi-
qi. Parafarmasevtiklər. Parafarmasevtiklərin funksional rolunu
müəyyən edən effektlər. Parafarmasevtiklərin tənzimləyici və
adaptogen effektivliyi.
17. Qablaşdırma materialları.
Qida sənayesində tətbiq edilən polimer, sintetik və təbii
qablaşdırma
materialları. Təbii polimerlər. Polimer
16
materialların xassələri. Polimer materialların gigiyenik
ekspertizası zamanı nəzərə alınan amillər. Polimer materiallara
qatılan əlavələr üçün gigiyenik normativlər. Yol verilən
miqrasiya miqdarı, yol verilən maksimal sutkalıq doza.
Polimer materialların texnologiyasında tətbiq edilən
birləşmələr. Monomerlər. Katalizatorlar və inisiatorlar.
Sabitləşdiricilər. Plastifikatorlar. Boyaq maddələri.
Polivinilxlorid və vinilxloridin sopolimerləri. Polivinil
spirti. Novalen. Polistirol və onun analoqları. “Dakril“ tipli
orqanik şüşə. Poliamidlər. Epoksid qətranlar əsasında polimer
materialar. Polifenollar. Kombinə edilmiş materiallar.
Lamister. Kolbasa məhsulları üçün təbii və süni örtüklər.
Qablaşdırma materialları üçün ümumi tələblər. Daxil edilən
komponentlərin istifadəsinə gigiyenik normativlər. Sellofan.
Sellofanın mənfi xassələri. Poliolefin örtüklər. Polietilen
örtüyün mənfi xassələri.
Aşağı və üksək sıxlığa malik polietilenlər. Yüksək sıxlığa
malik polietilenin mənfi xassələri. Plastifikasiya olunmayan və
plastifikasiya olunmuş polivinilxlorid örtüklər. Saran tipli
örtük.
Pliofilm. Eskaplen. Kombinə edilmiş materiallar. Parafinə
qatılmış polietilen mum. Alüminium folqa və kağızın
kombinasiyası. Yeni qablaşdırma materialı – lamister. Polimer
qablaşdırma üzrə ekoloji məsələlərin həlli istiqamətləri.
18. Qida məhsullarının markalanması.
17
Nəqliyyat və istehlakçı markalanması. İstehlakçı
markalanmasında göstərilən məlumat. Qida məhsullarının
saxlanma müddəti. Sertifikasiya haqqında məlumat. Ştrixli
kod. Qablaşdırma materialının utilləşdirilməsi. Qablaşdırma
materiallarının ekoloji xarakteristikası. UBP. Qablaşdırma
üzrə ekoloji problemlərin həlli istiqamətləri.
Qablaşdırma materialları üçün ümumi tələblər. Qida
məhsulları üçün tətbiq edilən polimer örtüklərin və kombinə
edilmiş materialların müxtəlifliyi. Gigiyenik normativlər.
Miqrasiyanın yol verilən miqdarı. Maksimal yol verilən
sutkalıq doza.
19. Sertifikatlaşdırma.
Sertifikatlaşdırma anlayışı. Sertifikatlaşdırma sahəsində
müxtəlif ölkələrin fəaliyyəti. Uyğunluğun qiymətləndirilməsi
formaları. Məhsulun kəmiyyət və keyfiyyət xarakteristikalarına
nəzarət. Sertifikatlaşdırma uyğunluğun təsdiqi proseduru kimi.
Məcburi sertifikatlaşdırma. Könüllü sertifikatlaşdırma.
Uyğunluğun deklarasiya olunması. Qida məhsullarının
sertifikatlaşdırılması. Qida məhsullarının bircinsli qrupu.
Sertifikatlaşdırma qaydalarının 2 kateqoriyası. Məhsulların
sertifikatlaşdırılmasının aparılma ardıcıllığı.
Sertifikatlaşdırma üzrə orqanların və sınaq
laboratoriyalarının akkreditasiyası.
18
20. Saxlanma və emal zamanı qida məhsullarının
qidalılıq dəyərinin azalması.
Qidalılıq və energetik dəyərin müəyyən edilməsi. Energetik
dəyərinə görə qida məhsullarının təsnifləşdirilməsi. Istilik
emalı, sterilizasiya, saxlanma zamanı zülallarda baş verən
dərin dəyişikliklər.
Ağır metalların miqdarına görə qida məhsullarının
təsnifləşdirilməsi. Təmiz qida məhsulu. Şərti yararlı qida
məhsulu. Yararsız qida məhsulu.
Qida məhsullarında pestisidlərin azaldılması məqsədilə
istifadə edilən texnoloji üsullar.
Qida məhsullarında radionuklidlərin azaldılması məqsədilə
istifadə edilən texnoloji üsullar.
Ə
rzaq xammalında nitratların texnoloji azaldılma üsulları.
21. Dəniz kulturalarında kimyəvi komponentlər.
Əsas zəhərlənmələrin kateqoriyaları. Dəniz məhsullarının
istifadəsi ilə baş verən zəhərlənmələr. Molyuskların toksinləri.
Tetradotoksinlər Hallüsinogenlər. İxtio-, ixtiokrino- və
ixtioxemotoksinlər. Siquater intokskasiyası. Yosunların
toksinləri. Alqotoksinlər. Anatoksin, neosaksitoksin,
saksitoksin, mikrosistin. Zəhərlənmələrin profilaktikası.
Detergentlər, yuyucu və dezinfeksiyaedici vasitələr.
Anionfəal birləşmələr. Kationfəal turşular. Dissosasiya
etməyən birləşmələr.
19
Texnoloji avadanlıq, inventar və taranın yuyulması üçün
tətbiq edilən əsas vasitələr. Trinatriumfosfat. Kalsinasiya olmuş
soda. Əhəngli süd. Xlorlu əhəng. Antiformin, katapin, texniki
kükürd, yuyucu və dezinfeksiyaedici vasitələr.
22. Sosial toksikantlar.
Narkotiklər. Tütün tüstüsü və siqaret çəkmə. Kofein tərkibli
və alkoqollu içkilər.
Qida məhsullarının təhlükəsizliyi konsepsiyası. Kritik
texnologiyalar.
Radiasiyadan müdafiədə qidalanmanın əsas prinsipləri.
Radioaktiv müdafiə qidalanma konsepsepsiyası.
Radioprotektorlar. Gündəlik rasion. Orqanizmdə radionuklid-
lərin sorulması və toplanması proseslərinin tormozlanması.
İmmunitetin yüksəldilməsi və orqanizmin detoksikasiyası.
İmmundefisitin 2 növü Detoksikantlar. Enterosorbentlər.
Fəallaşdırılmış kömürlərin tətbiqi. Liqninlər. Pektinlər.
Herontoloji qidalanma.
İnsanların qocalıq dövründə 2 qrupa bölünməsi.
Müalicəvi-profilaktik qidalanma. Müalicəvi - profilaktik
qidalanmanın təşkili prinsipləri.
Müalicəvi qidalanma. Pəhriz qidasının işlənib
hazırlanması prinsipləri.
Zədələnmiş orqanın funksiyası üçün əlverişli şəraitin
yaradılmasında 3 üsul: mexaniki, termiki, kimyəvi. Kimyəvi
qıcıqlandırıcılar. Ekstremal qidalanma.
20
23. Qida təhlükəsizliyində risklərin idarə edilməsi
proqramı.
Qida təhlükəsizliyində nəzarət nöqtələri, bu nöqrələrdə
risklərin azaldılması. Kritik hədd. İnventarizasiya. Qida
təhlükəsizliyi proqramına görə məsuliyyət. Tənzimləyici
orqanlar. Risk amilini nəzərə almaqla təftişin aparılması.
Temperaturun ölçülməsi. pH-ın ölçülməsi. Suyun fəallığının
təyini.
Qabların yuyulma prosesinin qiymətləndirilməsi.
Təzyiqin ölçülməsi. Zamanın ölçülməsi. İşığın paylanması.
Qida məhsullarının təhlükəsizliyində fiziki amillər və kimyəvi
zəhərlənmələr.
Əsas qida allergenləri. Qida məhsulları təhlükəsizliyində
sağlamlıq və gigiyena. Qida təhlükəsizliyndə su təchizatı
sistemi.
Fənnin tədrisinə ayrılan mühazirə saatlarının
paylaşdırılması
S/s
Mövzular
Saat
1
Giriş. Kursun ümumi məsələləri.
2
2
Qida məhsullarının və ərzaq xammalının analitik
kimyasının müasir vəziyyəti.
2
3
Qida məhsullarının keyfiyyətinə nəzarətdə
orqanoleptiki analiz.
2
4
Ərzaq xammalının və qida məhsullarının kimyəvi
və bioloji mənşəli ksenobiotiklərlə çirklənməsi.
2
5
Qida məhsullarının mikroorqanizmlər və onların
metabolitləri ilə çirklənməsi.
2
6
Qidalı maddələrin təhlükəsi.
2
21
7
Qida məhsullarının kimyəvi elementlərlə
çirklənməsi.
2
8
Qida məhsullarının bitkiçilikdə tətbiq edilən
maddələr və birləşmələrlə çirklənməsi.
2
9
Nitratlar, nitritlər, nitrozoaminlər.
2
10
Qida məhsullarının heyvandarlıqda tətbiq edi-lən
maddələrlə çirklənməsi
2
11
Qida məhsullarının dioksinlər və polisiklik
aromatik karbohidrogenlərlə çirklənməsi.
2
12
Ərzaq xammalı və qida məhsullarının radioaktiv
çirklənməsi.
2
13
Yad birləşmələrin metabolizmi.
2
14
Antialimentar qidalanma amilləri.
2
15
Mineral maddələrin mənimsənilməsini zəiflədən
amillər
2
16
Qida məhsullarının saxtalaşdırılması.
2
17
Qablaşdırma materialları.
2
18
Qida məhsullarının markalanması.
2
19
Sertifikatlaşdırma.
2
20
Saxlanma və emal zamanı qida məhsullarının
qidalılıq dəyərinin azalması.
21
Dəniz kulturalarında kimyəvi komponentlər.
2
22
Sosial toksikantlar.
2
23
Qida təhlükəsizliyində risklərin idarə edilməsi
proqramı.
1
CƏMİ:
45
Laboratoriya məşğələlərinin mövzuları
1. Laboratoriyalarda iş zamanı təhlükəsizlik texnikası
qaydaları ilə tanışlıq.
22
2. Laboratoriya işlərinin yerinə yetirilməsi qaydaları ilə
tanışlıq.
3. Xammal və hazır qida məhsullarının texniki analizinin
aparılması qaydalarının öyrənilməsi.
4. Xammal və hazır qida məhsullarının sensor keyfiyyət
göstəricilərinin öyrənilməsi.
5. Mayeşəkilli qida məhsullarının dequstasiya
qiymətləndirilməsi.
6. Kolorimetrik üsulla qida məhsullarının tərkibində
silisiumun miqdarının təyin edilməsi.
7. Kobaltnitrit üsulu ilə qida məhsullarının tərkibində
kaliumun miqdarının təyini.
8. Qida məhsullarının tərkibində nitratların miqdarının
təyin edilməsi.
9. Qida məhsullarının tərkibində spektrofotometrik üsulla
kükürdün miqdarının təyini.
10. Qida məhsullarının tərkibində azotlu mineral
maddələrin miqdarının təyin olunması.
11. Qida məhsullarının tərkibində ammonyakm və
ammonium duzlarınm təyini.
12. Qida məhsullarının tətkibində nitritlərin miqdarının
təyin edilməsi.
13. Qida məhsullarının tərkibində xloridlərin miqdarca
təyini.
23
14. Qida məhsullarının tərkibində dəmirin miqdarının
təyini.
15. Qida məhsullarının tərkibində zəhərli maddələrin
miqdarının təyini.
16. Qida məhsullarının tərkibində ağır metalların miqdarca
təyini.
17. Qida məhsulları ilə təmasda olan polimer materialların
gigiyenik ekspertizası.
18. Xromatoqrafiya üsulu ilə alkoloidlərin tərkibinin və
miqdarının təyin edilməsi.
19. Qida məhsullarının saxtalaşdırılması və onun aşkar
edilməsi üsulları.
20. Qida məhsullarında pestisidlərin miqdarına nəzarət
üsulları ilə tanışlıq.
21. Ərzaq xammalı və qida məhsullarının kimyəvi və
bioloji mənşəli ksenobiotiklərlə çikrlənməsinin öyrənilməsi.
22. Qida xammallarında proteya bakteriyalarının təyin
edilməsi.
23. Qida xammallarında bağırsaq çöpü bakteriyalarının
təyin edilməsi.
24. Qida xammallarında salmonella bakteriyalarının təyin
edilməsi.
25. Qidada bioloji fəal maddələrin təhlükəsizliyinin təyini.
Məsləhət görülən ədəbiyyat siyahısı:
Əsas ədəbiyyat:
24
1. Mövsümov E. N. Qida kimyası. – Bakı,: ADAU, 2010.
– 276 s.
2. Mustafayev F. Ə., Rüstəmov E. Ə. Yeyinti məhsullarının
laboratoriya müayinələri. – Bakı,: Elm, 2010. – 448 s.
3. Бабанская Н. Г. Безопасность продовольственного
сырья и пищевых продуктов. – Кемерово, 2005. – 20 с.
4. Григорьева Р. З. Безопасность продовольственного
сырья и продуктов питания. Учебное пособие. –
Кемерово, 2004. – 86 с.
5. Донченко Л. В., Надыкта В. Л. Безопасность
пищевой продукции. – М., 2007, 539 с.
6. Закревский В. В. Безопасность пищевых продуктов и
биологически активных добавок к пищи. СПб., Гиорд,
2004. – 280 с.
7. Методы биохимического исследования растений / А.
И. Ермаков, В. В. Арасимович, Н. П. Ярош и др.; Под. ред.
А. И. Ермакова. – Л.: Агропромиздат, 1987. – 430 с.
8. Никифорова Т. Е. Безопасность продовольственного
сырья и продуктов питания. – Иваново, 2007. – 132 с.
9. Рональд Ф. Безопасность пищевых продуктов.
Управление в рамках системы анализа рисков и
критических контрольных точек (Системы НАССР). США,
2010. – 219 с.
10. Робертс Г. Р. Безвредность пищевых продуктов. –
М.; 1986, 287 с.
11. Шаулина Л. П., Корсун Л. Н. Контроль качества и
безопасности пищевых продуктов и продовольственного
сырья. – Иркутск, 2011, 11 с.
Əlavə ədəbiyyat:
1. Живодерова С. П., Яичкин В. Н., Каракулев В. В.
Практикум по безопасности ратительного сырья и
продуктов питания. – Оренбург.: 2008. – 144 с.
25
2. Николаева М. А., Лычников Д. С, Неверов А.Н.
Идентификация и фальсификация пищевых продуктов. –
М.: Экономика. – 1996. –108 с.
3. Позняковский В. М. Гигиенические основы питания,
безопасность и экспертиза продовольственных товаров. –
3-е изд. испр. и доп. – Новосибирск: Изд-во Новосиб. ун–
та, 2002. – 556 с.
4. Покровский В. И., Романенко Г. А., Княжев В. А. и
др. Политика здорового питания. Федеральный и
региональный уровни. – Новосибирск.: Сиб. унив. изд-во,
2002. – 344 с.
26
Dostları ilə paylaş: |