Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 0,97 Mb.
səhifə8/46
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41959
1   ...   4   5   6   7   8   9   10   11   ...   46
Əsgərov Nahid.Biznes Plan Sərbəst İş , Əsgərov Nahid.Biznes Plan Sərbəst İş

İqtisadi siyasətin formaları

Dövlətin xarici ticarət siyasəti bazar uğrunda digər dövlətlərlə və ya iqtisadi blolkarla mübarizədə rəqabət qabiliyətinin qaldırılmasına yönələrək qırılmaz əlaqədədir. Ticarət siyasəti çoxplanli hadisə kimi:

ixrac və idxal axinlarının tənzimlənməsinə;

xarici ticarət strukturlarının səmərəliləşdirilməsinə;

milli bazarın zəruri maddi – texniki ehtiyatlarla təmininə; ölkənin səmərəli formada BƏB-ə qoşulmasına;


    • həmçinin idxal və ixrac məhsullarına qoyulan qiymətin qarşılıqlı nisbətinin tənzimlənməsi üzrə istiqamətləndirilə bilər.

Bütün bu dövlət səvviyəsində tənzimləmə vasitələri iki istiqamətdə tətbiq oluna bilər-liberallaşma (Free Trading) və himayəçilik (proteksionizm) siyasətində.

Bəşəriyyətin inkişafı boyunca məhsulların ölkəyə gətirilməsi və ölkədən çixarılması üçün bütün maneələrin aradan qaldırılmasına yönəlmiş azad ticarət siyasəti daha çox öz sahəsini genişləndirir. Proteksionist siyasəti millibazarın xarici rəqabətdən müdafiəsi məsə- ləsini ortaya qoyur. Bir qayda olaraq müdafiə mearları üç istiqamətdə həyata keçə bilər; məhsulun istehsal xərclərinin hər cür ixtisarı, milli bazarda rəqiblərin aktivlərinin buraxılmasına qadağa və məhdudi- yətlərin həyata keçirilməsi; xarici mal və ya xidmətə münasibətdə milli qiymətlərin artırılması siyasətinin keçirilməsi.

Yuxarıdakıların nəticəsi ziddiyətli ola bilər. Beynəlxalq təşkilatlərın araşdırmaları ilə himayəçilik siyasətinin həyata keçməsinin əks nəticələri qeyd olunmuşdur. Burada belə bir faktı qeyd etmək lazımdır ki, idxalın aşağı düşməsi ölkədə əhalinin məşğulluğunu artırmır və yeni işçi yerlərinin yaradılmasına kömək etmir. Ticarət məhdudiyətlərinin tətbiqi praktikası ixracıaşağı salır. İnkar etmək olmaz ki, himayəçilik siyasəti iqtisadiyatın aşağı inkişafına səbəb olaraq xarici investisyaların axınını

aşağı düşməsinə kömək edir. Meksikanin xarici borclarinin ödənilməsi təcrübəsi göstərir ki, himayəçilik siyasəti ixrac bazarına qoşulma siyasətini məhdudlaşdırır, lakin şəxsi vergilərin maliyyələşməsi effektiv ixrac sektorunun formalaşmasi zəruriliyini müəyyən edir. Əyani olaraq aşağıdakı rəqəmləri göstərmək olar.

1970-1985-ci illərdə azad ticarət siyasəti yürüdən ölkələrdə inkişaf tempi 5 6 % çatdi, himayəçilik rejimi olan ölkələrdə isə 0.1–0.2 %-ə çatdı (ümümdunya banki və iqtisadi inkişaf təşkilatının göstəricilərinə görə). Dövlətin daxili inkişafı ilə bağlı və xarici siyasətlə həyata keçirilən öhdəlikləri ticarət siyasətini bu və ya digər vasitələrinin birləşdirilməsinin məqsədə uyğunluluğunu müəyyən edir, bu vasitələr öz təsirində bir başa və ya dolayı ola bilər. Bu vasitələr arasında gömrük himayəçiliyinin meyarlarını, ticarətin kəmiyyətcə tənzimlənməsinə, ixracın gücləndirilməsi və stimullaşdırılmasına görə malliyə və vergi meyarlarını, ticari sazişlərin imzalanmasını qeyd etmək məqsədə uyğundur. Beynəlxalq ticarət sazişləri sistemi müəyyən məsələlər üzrə dövlətlər arası əməkdaşlıgın ticarət-siyasi rejimini formalaşdırır və iki növə bölünür: iqtisadi problemlərin normativ bazasını əhatə edən siyası sazişlər, sonuncusu növbəti tiplə təmsil oluna bilər: dövlətlərin qarşılıqlı münasibətlərində müəyyən ticari – iqtisadi rejimi təsbit edən ticarət sazişləri; kontinental ticarət sazişləri (mal dövriyəsi və malların çatdırılması haqda razılığı təsbit edir) bu sazişlərə ixrac–idxal lisenziyalarının verilməsi, kvotalar haqda sazişlərin verilməsi aiddir; qarşılıqlı hesablamalar haqda saziş və kredit sazişləri.

Ticarət sazişlərində qarşılıqlı təsərrüfat əlaqələrinin müxtəlif aspektləritəsbit olunur, lakin onlarda ehtiva olunan şərtlər bərabərlik və ya əlverişlilik prinsipinə və ya milli rejim və kompensasiya prinsiplərinə əsaslana bilər. Onlardan birincisi müəyyən edir ki, bir ölkədən başqasına hər hansı üçüncüölkədən ötürülən əmtəə gömrük rüsumu, vergi və həmçinin daha ağır qayda və formalılığa məruz qalmır. Şərtsiz

əlverişlilik prinsipi başqa razilaşma bağlanmış tərəfdə tətbiq edilməli olan imtiyaz və üstünlükləri verir. Bəzən praktikada saziş bağlamış tərəf bu imtiyazları kompensasiya üzrə ala bilər. Milli rejimin yayılması prinsipi istənilən firma və şəxsi milli və ya xarici dövlətin nümayəndəsi olmasına baxmayaraq bərabər şərtlərlə təmin edir.

Ölkələr arasında konversiya və başqa pul məsələləri pul göstərişlərinə uyğun olaraq həyata keçirilir. Belə olan hallarda borclu ölkənin ticarət balansında aktiv saldo yaratmaq məqsədi ilə ixrac və idxaı arasında müəyyən qarşılıqlı münasibət qabaqcadan şərtləndirilir. Belə faktlar o zaman tətbiq olunurki, valyuta məhdudiyətləri istifadə etməyən dövlət onları praktikada tətbiq edən tərəflərlə əlaqəyə girir. Əvvələr qeyd edildiyi kimi ticarət siyasətivasitələri arasında əsas rolu ölkədən malların aparılması və ölkəyə gətirilməsi, müəyyən ərazidə nəzarət olunan tranzit axinların yoxlanilmasını həyata keçirən ticarət tənzimləyiciləri oynayir. Bu hesabla dövlət gömrük rüsumu adlanan əlavə vergilər toplayır. Belə halda fiskal adlanan, dövlət büdcəsinin gəlirlərini artırılması məqsədini daşıyan, xarici malların ölkəyə daxil olmasına maniə yaratmaq və bazarlarda nüfuz üstunlüyünu qarşisinin alinması ticarət proteksionizminin əsas vasitəsinə xidmət edir. Protek- sionist adlanan bu rüsumlar daxili bazarda qiymətlərin artırılmasına şərait yaradır və xalq təsərrüfatının zəif sahələrinin müdafiəsi üçün monopoliya maraqlarında olan dempinqin malliyələş-dirilməsi, bəzəndə ixracatı üçün imtiyaz əldə etmək məqsədi ilə güzəşt üçün ehtiyat kimi istifadə oluna bilər. Ixrac rüsumları ölkə xaricinə çixarıldıqları zaman iki halda dövlətlər tərəfindən alına bilər: a) dövlət onların ölkədən ixrac olunmasını məhdudlaşdirmağa çalişdiqda; b) müəyyən qrup malların ixrac olunduğu dünya bazarlarında qiymətlərin yuksəlişi şəraitində;

Tranzit rüsumu xarici malların gömrük ərazisi vasitəsilə hərəkəti zamanıalınır və aşağidaki formaları var: icazəli, gerb şəkilli, plomblaşdırılmış, statik və s.. gömrük rüsumu qoyulması bir qayda

olaraq xüsusi (malların ədədindən, həcmindən, çəkisindən asılı olaraq) rüsum; qiymət ilə olan rüsum; qarişiq tip rüsumlara ayrılır. Onların idarə olunması mexanizmi üzrə genişbölgüsündə qeyd etmək lazımdır. Dövlət idarəçiliyi altinda müstəqil və başqa dövlətlərlə ticarət razılaşmalarının bağlanması.



Bir çox dövlətlər öz praktikasında başqa dövlətlərlə ticarət siyasətində yayıla bilməyən müəyyən ölkəni bütün və ya bəzi malları üçün imtiyazlı rüsumlar istifadə edə bilər. Bununla yanaşı ticarət siyasəti təcrübəsində anti dempinq rüsumları və cəzalandırıcı rüsumlar istifadə oluna bilər. Ölkə adi rüsumlardan əlavə xüsusi kompensasiya və antidempinq rüsumları tətbiq etdikdə onlardan birincisi ixracın ticarət və valyuta dempinqi yolu ilə gücləndirilməsi üzrə əks təsir göstərən ölçülər qismində tətbiq olunur. İkinci halda bu və ya digər dövlətə qarşi düşmən və ya ayriseçkilik munasibətinə gorə cəzalandırıcı motiv əsas götürülür. Vergi qoymaya əsaslanan, gömrüksüz idxal və ixrac olunan dövlət tərəfindən alınan vergiyə xidmət edən əmtəə üzrə gömrük rüsumu sistemli məlumatı gömrük tarifi adlanır. Qeyd etmək lazimdirki əmtəənin çeşidindən asılı olaraq müxtəlif vəziyətlərdə tətbiq olunan lazimi kəmiyyət istifadə olunur ki, bu da dövlətlər arasənda danışıqlarına aparılması üçün fəaliyət sahəsi təşkil edir. Çox vaxt bu və ya digər ölkə müəyyən vəziyyətdə digər vəziyyətə toxunmadan qarşılıqlı imtiyaz əvəzinə güzəşt edir. Bu, sadə və mürəkkəb tariflərin bölünməsini zəruriliyinə gətirib çıxardı. Onlardan birincisi məhdudlaşdırılmış qəbul əldə və özü ilə mövcud məhsula gömrük rüsumlarının bir sütununu təqdim edir. Ticari-siyasət vəziyyətindən asılı olaraq qeyri-tarif vasitələri də özünəməxsus yerə malikdir. Bu meyar aşağıdakı kimi təsnif edilə bilər:

    • idxalın birbaşa məhdudlaşdırılmasına yönələnlər (kvotalar, lisenziyalar, kompensasiya rüsumları, idxal depozitləri, antidempinq rüsumları);

    • xarici ticarətdə məhdudlaşdırma prosesini vasitələrlə ifadə edən inzibati növlər (gömrük formaları, texniki, sanitar normalar, ölçülər, qablaşdırmaya tələb, nişanlama).

Yuxarıda şərh edilmişlər bu maneələri iqtisadi, inzibati,valyuta- malliyə formalarına bölməyə imkan verir. Xüsüsən, iqtisadi xarakterli maneələrə antidempinq meyarları, kompensasiya vergiləri və rüsumları aiddir. Bu meyarlar malın xaricdə aşağı qiyməti ilə daxili bazarda yuxarı qiyməti arasında fərq eynidir.

İnzibati xarakterli maneələrə embarqo-idxalın birbaşa və ya dolayı qadağa edilməsini, kəmiyyət məhdudiyətlərini (kvotalar), lisensiyalar, məhsulun tədarükünü tələb edən xüsüsi idarələr. Dünya təəcrübəsində eyni məhsulun müxtəlif ölkələrdə ixracının müxtəlif rejimləri formalaşmışdır. Bu rejimlərdə kvotalar özlərində ayriseçkilik elementlərini ehtiva edir, buna görə də individual, tarifli, mövsümi və ya qlobal ola bilər. Onların tətbiqi müxtəlif məqsədlər daşıyır, həmçinin əmtəənin hərəkəti üzərində nəzarətin təşkili işsizliyi dayandırmaq tədiyə balansını yaxıilaşdırmaq üçün milli istehsalın müdafiəsi. Kvotalaşdırma sistemində ixracın könüllü məhdudlaşdırılması haqda böhran vəziyyətində olan sahələrdə qəbul edilən saziş ola bilər. Kvotaları formalaşdırma vasitələrinə, mal və ölkənin seçilməsinə mövsümüliyinə və s. görə bölmək olar. Adətən onlar uzun müddət ərzində maneəsiz ixrac və idxala imkan verən lisenziyalar əsasında bölünür. Ölkənin meydana gəlmə əlamətlərinə görə lisenziayalar preferensial xarakter daşıyır.

Bəzi hallarda bəzi şirkətlərə bəzi şirkətlərə dövlət inhisarlarının formalaşmasıüçün şərait yaradan idxal ixrac əməliyyatlarını həyata keçirməyə müstəna hüqüqlar verilir. İnzibati maneələrə bundan başqa texniki ölçüləri və xüsüsi tələbləri aid etmək olar (spesifikasiya siste- minin standartları, texniki təhlükəsizlik, mallarin keyfiyyətin yoxlama və.s).

200 dövlət təşkilatını birləşdirən müasir dünya təsərrüfatı özündə qarşılıqlı əlaqələrin asimmetrik olduğu dinamik dünyanı əks edir, lakin ölkələrin müxtəlif qrupları əməkdaşlığa bərabər şəraitdə və eyni dərəcədə cəlb olunmur.

Avropa İttifaqından başlayaraq reqionalizm siyasəti bizə “müxtəlif sürətli” dövlətlərin inkişafı anlayışını verdi. Bu o deməkdir ki XX əsrin sonunda ETT-nin inkişafı şəraitində eyni iqtisadi mövqedə olan bir çox dövlət bir birindən uzaqlaşmağa, öz inkişafına görə müxtəlif ölkə qruplaşmalarının iştirakçısı olmağa başladı. İnkişaf tempində ziddiy- yətlərin artması kimi belə hadisə ayrı ayrı ölkələrin xarici iqtisadi siyasəti, həmdə məzmunu, dövlət blokları, həmdə dünya təsərrüfatının inkişafında bir çox xarici amillərlə əvvəlcədən müəyyən edilirdi. SSRİ-n süqutu, milli dövlətlərin qeyri hərbi ekspansiya metodlarının güclənməsi ziddiyyətlərin meydana gəlmə prosesini daha sürətli etdi, lakin onların sürət və keyfiyyəti olduqca müxtəlifdir.

Cənub şərqi Asya, orta Asya, MDB məkanı, baltikə yəni ölkələr misal ola bilər. Bütun bunlar onu göstərir ki, müasir dövrdə dünya arenasında iqtisadi qüvvələrin bu və ya digər balansı təkcə obyektiv şəraitlə deyil, həmdə məqsəd yönlü xarici iqtisadi siyasətlə xarakterizə olunur. Buna görə də qeyd etmək lazımdırki, son vaxtlar təbii-iqlim, iqtisadi və ölkənin digər maniələri kimi parametrlərə əsaslanan bir çox obyektiv proseslərin realizəsinə imkan vermir. Oxşar xarakterli və inkişaf səviyyəli bir çox ölkəni BƏB-də inteqrasiyanı müxtəlif ierarxiyalı səviyyələrinə cəlb etmək olar.

Yuxarıda qeyd olunanlar nəzərdə tuturki xarici iqtisadi siyasətə tam muxtar (müstəqil) məfhum kimi baxmaq məqsədə uyğundur, çünki müasir dövrdə təkcə ölkələr arası qarşidurma deyil, xarici təsir amilinə çevrilən ictimai dəyişikliklərə səbəb olan amillərin, ocaqların, vasitələrin qarşıdurması mühümdür.

İqtisadiyyatın beynəlmilləşməsi dünyanın siyasi xəritəsini prinsipcə dəyişir, şəxsi milli maraqlarla yeni iqtisadi sərhədləri, strateji məqsədli areallar və inteqrasiya hadissələrinin sxemini yaradır. Sözsüz, belə bölgü mürəkkəb piramidaya səbəb olurki bu bölgüdə dünya təsərrüfatının informasiya və malliyə kredit strukturları xüsusən seçilir. Belə arenada xarici dunya ilə qarşılıqlı fəaliyyətin üsül və qaydaları, normalarının böyük arsenalı, bu ehtiyatların hərbi, bəzəndə diplomatik metodların iştirakı olmadan ustalıqla tətbiqi fəaliyyət göstərir. Əsas xarici iqtisadi siyasətə xidmət edən dövlət tədbirləri kompleksi növbəti məqsədlərin nail olunmasına, çatdırma üçün şəraitin yaradılmasına və dünya bazarlarında milli istehsal həllqələrinin fəaliyətinə kömək edir;



Qeyd etmək lazımdırki xarici iqtisadi siyasət göstərilən xarakterli funksiyaları yerinə yetirməklə ölkənin iqtisadi inkişaf modelində xüsusi rol oynayır: dəyişdirici (malın idxalı və ixracı, kapital, işçi qüvvəsi və.s sahəsində regionların, sahələrin inkişaf siyasəti), toplayıcı (bazarda nüfuzun saxlanması, xarici bazarların genişlənməsi), tarazlayıcı (ölkə bloklarının maraqlarına uyğun milli maraqlar). Bu nöqteyi nəzərdən xarici iqtisadi siyasət ayrı ayrı ölkələrin inkişaf modellərinin transfarmasiya yollarını toplamağa və ümumi dəyərləri (ölkədaxili zidiyyətləri aradan qaldırmaq, yeni iqtisadi mexanizmə uyğunlaşma, hazırkı mədəni mühüt özgəlik), həmdə siyasətin realizəsinin metodik yollarının xarakterini müəyyənləşdirməyə imkan verir. Baxmayaraq ki, iqtisadi təbiətdə möcüzənin çox mənzərələliyi (yapon, alman və.s), dəyərlərin istiqamətlənmə şkalası, xarici iqtisadi siyasətdə bu vəya digər vasitənin fəaliyyət göstərməsi baş verir əldə edilmiş nəticələrin tranformasiya yolu milli xüsüsiyətlərin siyasətin ümumi qəbul edilmiş elementləri və onların realizəsi mexanizmləri ilə əlaqələndirilməsinə imkan verir.

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə