Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti TƏLƏBƏ: KƏnan hüMBƏtov



Yüklə 44,37 Kb.
səhifə1/5
tarix02.01.2022
ölçüsü44,37 Kb.
#43718
  1   2   3   4   5
HÜMBƏTOV KƏNAN-ƏTRAF MÜHİTİN İQTİSADİYYATI-1


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ



BAKI BİZNES UNİVERSİTETİ



  • TƏLƏBƏ:KƏNAN HÜMBƏTOV

  • FƏNN:ƏTRAF MÜHİTİN İQTİSADİYYATI

  • MÜƏLLİM:NURANƏ AĞAKİŞİYEVA

  • KAFEDRA:SƏNAYENİN TƏŞKİLİ

  • MÖVZU: ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİNİN MALİYYƏLƏŞDİRİLMƏSİ MƏNBƏLƏRİ



  • ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİNİN MALİYYƏLƏŞDİRİLMƏSİ MƏNBƏLƏRİ

  • PLAN

  • GİRİŞ

  • Ətraf mühitdən istifadənin ekoloji-hüquqi anlayışlari və növləri

  • Ətraf mühitdən istifadənin və mühafizənin tənzimlənməsinin formaları, funksiyaları və metodları

  • Ətraf mühitdən istifadənin tənzimlənməsinin prinsip və amilləri.

  • NƏTİCƏ



  • GİRİŞ

Müasir dövrdə dünyanın bütün hüquqi dövlətlərində insanın təbii ehtiyatlardan öz tələbatı üçün istifadə etməsi hüquq normalan vasitəsi ilə tənzimlənir. Təbii ehtiyatlardan istifadə üzrə münasibətləri tənzimləyən normalar sistemi təbiətdən istifadə hüququ adlanır. Belə normalar əsasən təbii ehtiyatlar haqqında qanunvericilikdə, yəni torpaq, Yerin təki, su, meşə, heyvanlar aləmi və s. haqqmda qanunvericilikdə təsbit olunmuşdur. Ətraf mühitin mühafızəsi haqqmda Azərbaycan Respublikası qanununda da təbiətdən istifadənin bir sıra növləri fərqləndirilir. Azərbaycan dövləti təbii ehtiyatların istifadəsini, bərpasnı və mühafızəsini tənzimləyir. Bu işin həyata keçirilməsi üçün dövlət proqramları tərtib edilir, təbii resurslarm kadastrı, monitorinqi və uçotu aparılır. Təbiətdən istifadənin normalaşdırılmasına görə qanunvericilikdə nozərdə tutulan limitlər və kvotalar müəyyən müddət üçün təbii ehtiyatların istifadəsinin, ətraf mühitə atılan zərərli maddələrin, məişət və istehsalat tullantılarının yerləşdirilməsinin son hədlərini müəyyən edir. Limitlər və kvotalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Təbiətdən istifadəyə xüsusi icazə təbiətdən istifadə sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edir və müvafıq icra hakimiyyət orqanları tərəfindən verilir. Təbii ehtiyatlara mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası, Mülki Məcəlləsi və ekoloji qanunvericiliyin aktları ilə tənzimlənir. Göstərilən hüquq təbii ehtiyatların mənsubiyyətini möhkəmlədən hüquqi normaların məcmusu olub, onların əldə edilməsi şərtlərini tənzimləyir, onlarla sahibkarlıq, istifadə və idarəetmə qaydalarını və mühafizəsini həyata keçirir. Hazırda Azərbaycan Respublikasında hüquqi cəhətdən mülkiyyətin dövlət, bələdiyyə, xüsusi və digər formaları qəbul edilmişdir. Göstərilən formaların təsnifatı mülkiyyət hüququnun subyektlərinə görə aparılır.
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin