Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 65,03 Kb.
səhifə1/2
tarix02.01.2022
ölçüsü65,03 Kb.
#39031
  1   2
GƏNC TÜRKLƏR


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ

TARİX FAKÜLTƏSİ ƏYANİ ŞÖBƏSİNİN


III KURS 008 QRUP TƏLƏBƏSİ
MƏMMƏDOVA YÜZDANƏNİN
YAXIN VƏ ORTA ŞƏRQ ÖLKƏLƏRİ TARİXİ
FƏNNİ ÜZRƏ

“ GƏNC TÜRKLƏR HƏRƏKATI”

mövzusunda

KURS İŞİ



  1. Giriş................................................................................................3

  2. I Fəsil: Gənc türklər hərəkatının yaranma səbəbləri və bu ərəfədə beynəlxalq vəziyyət.........................................................................5

  3. II Fəsil: Gənc türklərin təşkilatlar..................................................10

  4. III Fəsil: Gənc türklər hərəkatı və onun Avropa dövlətlərinin diplomatik mübarizəsində yeri.......................................................14

  5. IV Fəsil: Hökümətin təşkil olunması və Əbdül Həmid rejiminin sonu................................................................................................18

  6. Nəticə.............................................................................................26

  7. Ədəbiyyat.......................................................................................27

Giriş
Gənc türklərin Osmanlı tarixində tutduqları yer tarixşünaslıqda birmənalı şəkildə izah və təbliğ edilmir. Bunun əsas səbəbi onların fəaliyyətində mövcud olan bir sıra ziddiyyətli faktorlardır. Bu faktorlar sırasında gənj türklərin Fransa və İngiltərənin maraqları çərçivəsində fəaliyyət göstərmələrinə dair irəli sürülən iddialar daha çox hallanmaqdadır. Bu sonradan gənc türklərin bu ölkələr qarşısında özlərini daha mütərəqqi rejimin tərəfdarları olmalarına dair etdikləri səylərdə göstərirdi. Digər tərəfdən bu təşkilatın 1894-cü ildə fəaliyyətə başlaması və onların fəaliyyəti zamanı Osmanlı dövlətinin daxili və xariji vəziyyətinin daha da gərginləşməsi də diqqət mərkəzinə çəkilir. Parçalanmadan sonra Təşkilatın Şahzadə Səbahəddinin rəhbərlik etdiyi qrupun, Osmanlı dövlətindəki proseslərə xarici dövlətlərin qarışmasının yeganə düzgün yol olmasına dair iddiaları da bu təşkilatın Osmanlı dövlətçiliyinə qarşı mübarizə aparmasına dair fikirləri dəstəkləyirdi. Belə ki, 1902-ci ildə Təşkilatın Parisdə keçirilmiş qurultayında liberallar adlanan və türk mülkədarlarının maraqlarını müdafiə edən qrup bu məsələdə Fransanın mövqeyindən çıxış edirdi. Həmin qrupda qeyri-türk millətlərinin nümayəndələrinin də özünə yer alması bu tendensiyanı daha da əsaslandırmış olurdu. Konstitusiyanın bərpa edilməsi pərdəsi altında qrupun əsas məqsədi Osmanlı imperiyasında dərin islahatların həyata keçirilməsini təkid edirdi ki, bu da ilk növbədə Osmanlı dövlətinin dağılmasını istəyən erməni və yunan burjuaziyasının maraqlarına tam cavab verirdi.

XX əsrin əvvəllərində gənc türklərin yenidən fəallaşması artıq onların yeni siyasi platformada fəaliyyətini əsaslandırsa da, bu fəaliyyət də Osmanlı dövlətinin milli və dövlət maraqlarına kifayət qədər zərbə vurmuş oldu. Əvvəlkindən fərqli olaraq fəaliyyətin sırf türk millətçiliyi çərçivəsində həyata keçirilməsi Osmanlı dövlətində milli hərəkatların yeni vüsətlə başlamasına təkan vermiş oldu. Belə ki, gənc türklər sultan zülmündən azad olmaqla milli hərəkatlara qarşı mübarizənin hansı formada aparılması dilemması qarşısında qalmışdı ki, bundan da ilk növbədə Avropa dövlətləri istifadə etdilər. Nəticədə Osmanlı dövləti süni şəkildə yeni müharibələrə cəlb edildi. İstanbul isə bu müharibələrə qətiyyən hazır deyildi. Digər tərəfdən isə hakimiyyətdə yüksək vəzifə tutan qeyri-türk millətlərinin nümayəndələri, ilk növbədə isə ermənilər Osmanlı dövlətinə xəyanət edirdilər. Belə bir vəziyyətdə isə geniş xalq kütlələrinin qüvvəsini bir istiqamətə yönəltmək qeyri-mümkün idi. Çünki hakimiyyətdə olan qeyri-türklər bu proseslərdə öz millətlərinin mənafeyini ön plana çəkir və əsas məqsəddən süni şəkildə yayınırdılar.

I Fəsil
Gənc türklər hərəkatının yaranma səbəbləri və

bu ərəfədə beynəlxalq vəziyyət
II Əbdül Həmid rejimindən narazı olan yeni ziyalı təbəqəsi ölkədə formalaşmış sosial-iqtisadi vəziyyətə etirazlarını artıq açıq şəkildə özünün mübarizəsi çərçivəsində ifadə edirdi. Belə bir vəziyyət ilk nöbədə Sultan Əbdül Həmidin daxili siyasətindən irəli gəlirdi. Bununla belə XIX əsrin-sonu XX əsrin

əvvəllərində Osmanlı dövlətinin sosial-iqtisadi vəziyyəti kifayət qədər ağır idi. Ölkə iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının idarə edilməsində mövcud olan feodal üsulu və qayda-qanunları onun inkişafında faktiki olaraq buxova çevrilmişdi. Əkilən torpaqların 65%-i iri torpaq sahibi olan feodallara və mülkədarlara məxsus idi ki, onlar da Osmanlı dövlətində 5% təşkil edirdi. Kənd təsərrüfatında çalışan çox milyonlu türk kəndlisi isə ümumiyyətlə torpaqdan məhrum idi. Köhnə sistem üzrə idarə olunan kənd təsərrüfatı kapitalizmin inkişafına mane olmaqla bərabər, sosial gərginliyin də artmasına səbəb olaraq qalırdı. Ən çox yayılmış forma isə yardarlıq və icarə haqqının məhsul ilə ödənilməsi idi. Bəzi yerlədə isə hətta biyar qalmaqda davam edirdi. Osmanlı imperiyasında liman mərkəzlərini çıxmaq şərtilə türk şəhərləri birtərəfli və qaydasız inkişaf edirdi. Bu limanlarda xarici konsessiya müəssisələri yaradılır, komprador ticarət inkişaf edir, bu ticarət vasitəsilə də xarici banklar Osmanlı iqtisadiyyatı və maliyyə sistemində daha güclü mövqelər əldə edirdilər. Bu isə faktiki olaraq Osmanlı imperiyasının yarımmüstəmləkə dövlətinə çevrilməsi prosesində təkamülün tərkib hissəsini təşkil edirdi. Lakin Anadolu və ölkənin digər

daxili rayonları tənəzzül etməkdə idi. Şəhər əhalisi arasında işsizliyin artması, bu

şəhərlərdən işçi qüvvəsinin axınına səbəb olmaqla bərabər eyni zamanda digər rayonlarda sosial münaqişələrə gətirib çıxarırdı. Bu isə çox hallarda dini və milli

zəmində toqquşmalarla nəticələnirdi. Belə bir vəziyyətdə isə türk burcuaziyası, eləcə də milli sənayesi faktiki olaraq xarici kapital ilə güclü rəqabət apara bilmirdi.

Xaricilər isə əsasən kapitalı hasilat sənayesinə və ilkin emal sənayesinə qoyurdular.

Ölkə iqtisadiyyatının belə bir vəziyyətdə olması və onun inkişafında xaricilərin çəkisinin artması türk burjuaziyasının maraqlarına toxunurdu. Öz narazılıqlarını yeni osmanlılar olaraq Midhət paşanın timsalında bildirən türk ziyalılarının məğlubiyyətinə baxmayaraq, türk ziyalıları ölkədə milli maraqların müdafiəsini təmin edəcək konstitusiyanın bərpa olunacağına ümidlərini itirməmiş və bu məqsəd uğrunda mübarizə aparırdılar. Lakin bu ziyalıların fəaliyyət istiqamətində konkret məqsədin müəyyən olunmaması, mübarizə ideyasının ideoloji, siyasi, iqtisadi aspektlərinin dəqiq müəyyənləşdirilməməsi, xüsusilə milli məsələdə hansı mövqedən çıxış etməyin məqsədəuyğun olduğunun müəyyən edilməməsi nəticə etibarilə onların mübarizəsinin Osmanlı dövlətçiliyinə vurduğu zərbə kimi tarixə düşməsini əsaslandırdı.

Tənzimat dövründə qəbul edilən təbii hüquqlar və öhdəliklər gedərək unudulmuş, despotizm dövrlərinə xüsusiyyət və təqdiri idarə təkrar başlamışdır. Rəhbərliyin mütləqiyyətçi tutumuna, Avropa məktəbində yetişən bəzi ziyalılar qarşı çıxmağa başladılar və onlara “Gənc Osmanlılar” (yaxud “gənc türklər”) adı verilmişdir. Bu zümrə içində Əli Suavi, Şinasi, Ziya Paşa, Namiq Kamal, Agah Əfəndi kimi adlar vardı. Gənc türklər Avropa və İstanbulda çıxardıqları “Ulum”və “İbrət” kimi qəzetlərdə insan hüquqları, bərabərlik, azadlıq, ədalət, vətən sevgisi, Məşrutə, məclis sistemi, konstitusiya sistemi və başqa məsələlər qaldırırdılar. Onların rəhbərliyində Mithat Paşa, Hüseyin Avni Paşa, Tərcüməçi Rüştü Paşa kimi şəxsləri görmək olardı. Azadlıq və Məşrutə fikirləri kiçik və böyük məmurlar, zabitlər, tibb tələbələri arasında da geniş əks-sədalar tapırdı.



Digər tərəfdən iqtisadiyyat da pozulmuşdur. Qərb dövlətləri ilə ilk borc sövdələşməsi 4 Avqust 1854-cü il tarixində edilmişdi ki, bundan ancaq 100 il sonra, 25 May 1954-cü ildə xilas olmuşdular. Rumelidə çıxan üsyanları (Serb və Bolqar üsyanlarını) yatırtmaq üçün qüvvə tətbiq edən Osmanlı dövlətinə Avropa dövlətləri qarşı çıxdılar. Onların məqsədləri, Osmanlı ərazisindəki müsəlman olmayanları qorumaq bəhanəsiylə dövlətin daxili işlərinə qarışmaq idi. Və əsas hədəfləri imperatorluğun rəhbərliyinə birbaşa müdaxilə etmək, bu imperatorluğu parçalayıb bölüşdürmək idi. Osmanlı dövlətinə qarşı böyük dövlətlərin həyata keçirdikləri siyasi müdaxilə zamanı onlardan yardım alan qeyri-müsəlmanların öz dövlətlərini qurmaq üçün qaldırdıqları üsyan qarşısında Osmanlı qoşunlarının məğlub olması bir qisim ziyalılarda, dövləti qurtarmaq üçün Məşrutə rejiminin mənimsənməsi görüşünün yerləşməsinə yol açır. Bu sırada xarici böhranın ölçüləri büyüməkdəydi. Qiyam qaldıran Serb və Karadağlıları Osmanlı qüvvələri Aleksinaçda məğlubiyyətə uğratdıqda vəziyyətə Rusiya müdaxilə etdi. Rusiyanın istəklərinə uyğun sülh bağlandı. İngiltərə, rusların tək başına işləri həll etmək istəyinə narazılığından, Balkan probləmlərinin beynəlxalq bir konfransda müzakirə edilməsi fikrini irəli sürdü. Beləcə, Osmanlı tabeçiliyindəki müsəlman olmayanlara veriləcək haqq və imtiyazları müəyyən etmək üçün İstanbulda bir konfransın toplanılmasına qərar verildi. Bu konfransda ölkələrə həmin hüquqların zəmanətini vermək üçün, Məşrutə rejiminin qəbulu Mithat Paşa və yoldaşları tərəfindən məqsədəuyğun bir tədbir olaraq qəbul edilmişdir. Hüseyn Avni Paşa, Şeyhı Hislam Hayrullah Əfəndi və dövlət naziri Mithat Paşa əslində padşaha və onun despotizm rəhbərliyinə qarşı və Məşrutə tərəfdarı idilər. Bu qrupun planı ilə 30 May 1876-cı ildə Əbdüləziz taxtdan zorla endirildi.Yerinə V Murat taxta çıxarıldı. O da 31 Avqustda taxtdan endirilib, yerinə Hökumət elan etmə mövzusunda müsbət fikirləri olan II Əbdül Həmid taxta çıxarıldı. II Əbdül Həmid səltənətin gələcəyini düşündüyü üçün, Qanun-i Əsasinin hazırlanması məqsədilə 26 Sentyabrda bir Məşvərət yığdı. 8 Oktyabr tarixində də bu qanunun hazırlanma işini Mithat Paşanın başçılığında altında olan komissiyaya həvalə etdi. 28 nəfərdən ibarət olan bu komissiyanın hazırladıqları 23 Dekabr 1876-cı ildə bir mərasimdə elan edildi. Bu tarixdən üç gün əvvəl Mithat Paşa, istefa edən M. Rüştü Paşanın yerinə sədr-əzəm vəzifəsinə təyin olunmuşdu. Qanun-i Əsasın elanı xalq tərəfindən sevinclə qarşılandı, xüsusilə müsəlman olmayanlar bu inkişafdan məmnun idilər. Çox keçmədən padşah ilə sədr-əzəm Mithat Paşa arasında səlahiyyətlər bölgüsü mövzusunda ixtilaflar ortaya çıxdı. Mithat Paşa əvvəl vəzifəsindən azad edildi. Ardından mühakimə olunaraq edama məhkum edildi, cəzası ömürlük həbsə çevrilərək Taifə sürgünə göndərildi. İlk Osmanlı parlamenti 19 Mart 1877-ci ildə açıldı. Məclis-iUmuminin ikinci konfransı 1877 (13 dekabr) - 1878-ci illərdə (14 Fevral) edildi. Məclisin tənqidçi və nəzarətçi tutumu padşahı olduqca narahat etdi. Bu sırada Rus orduları da Yeşilköyə qədər yaxınlaşmışdılar. II Əbdül Həmid ola biləcək bir zərbədən qorxurdu və fövqəladə vəziyyəti bəhanə edərək Qanun-i Əsasinin 7-ci maddəsinə əsaslanaraq məclisi buraxdı. Beləcə buraxılan və bir daha yığıncağa çağrılmayan Məclis-i Ümuminin ortadan qalxmasından sonra Osmanlı dövlətində Gənc türklər hərəkatı başlayır. Bu tarixdən sonra Osmanlı dövləti II Əbdül Həmidin 30 il davam edəcək mütləqiyyətçi rəhbərliyinə səhnə olacaq. Sultan II Əbdül Həmid Məclis-i Məbusani bağlayıb, Qanun-i Əsasinin rəfə qaldırması, hökumət tərəfdarı Yeni Osmanlılar və onları dəstəkləyən İngilislərin düşmənliyini üzərinə çəkmişdi, Yeni Osmanlı-İngilis əməkdaşlığı, ilk fürsətdə Sultanı iqtidardan uzaqlaşdıraraq yerinə V Muradı yenidən gətirmək istəyirdilər. Bu məqsədlə Əziz Bəy-Skalyeri Komitəsi və Əli Suavi Bəy tərəfindən iki qiyam cəhdi olunmuş, lakin müvəffəqiyyətli olmamışdı. Bu hadisələr, II Əbdül Həmidin İngilislərə münasibətini yaxşıca pozmuşdu. Fransanın 1870-də Almaniyaya məğlub olması və ondan intiqam almaq uğrunda Türkiyənin əzəli düşməni Rusiyaya yaxınlaşması, siyasətinin Türkiyə əleyhinə dəyişməsinə səbəb oldu. 1882-ci ildə Tunisin işğalı Fransa ilə sultanın arasındakı gərginliyi artırıdı. Bu hadisələr nəticəsində II Əbdül Həmidin Almaniyaya yaxınlaşdığının ilk əlaməti olaraq, Osmanlı ordusunun islahı üçün 1883-cü ildə Almaniyadan ilk hərbi heyəti gətirtdiyini görürük. Alman imperatoru II Vilhelmin 1888-ci ildə Türkiyəyə gəlməsi, Bağdad dəmiryolu imtiyazının almanlara verilməsi və 1890-cı ildı Türk-Alman ticarət müqaviləsi Sultan II Əbdül Həmid Almaniyaya yaxınlaşdığını açıq olaraq göstərirdi. Almaniyanın getdikcə güclənməsi, İngiltərə və Fransanı narahat etmişdi. Hələ İngiltərə Sultanın Almaniyaya yaxınlaşmasından narahat olmuş, onu zəiflətmək üçün 1890-cı illərdə Şərqi Anadoluda erməni üsyanlarını başlatmış, Türkiyəni paylaşmaq və sultanı devirmək üçün Rus çarina belə təkliflər etmişdi.

II Əbdül Həmidin 1878-ci ildə Məclisi Məbusani bağladığı gündən bəri dağınıq olan Gənc türklər hərəkatının birdən birə yığılıb yığışmağa və təşkilatlanmaya başlandığı görüldü. “Yeni Osmanlılar” və ya “Gənc Türklər” də deyilən bu qrup mənsubları, avropalıların verdikləri Fransızca “Jeunnes Turcs” adıyla məşhur olmuşlar. Bu ad, ümumi olaraq o illərdə Avropada siyasət, fikir və ədəbiyyatda həddindən artıqlıq tərəfdarı gənclərə verilirdi. Yeni Osmanlılar üçün isə, ilk dəfə Mustafa Fazil Paşanın nəşr etdiyi bir məktubda, “Yeni Osmanlılar” qarşılığı olaraq istifadə edilmişdir. Daha sonraları Namiq Kamal və Əli Suavi tərəfindən də mənimsənərək, Türkcəyə yerləşdirilən bu təbir, uzun müddət, Osmanlı torpaqlarında yetişən, dövlət idarəsinə qarşı gələn və xaricilər tərəfindən istiqamətləndirilən qiyamçıların hamısının ortaq adı olmuşdur.

II Fəsil

Gənc türklərin təşkilatları


İttihad və tərəqqi”

Osmanlı imperatorluğunda İkinci Hökumətin elanına təşəbbüskar olan və 1889-cu ildə qurulub 1908-1918 illəri arasında qısa kəsintilərlə dövlət rəhbərliyinə hakim olub, ideologiya olaraq Türkçülüyü mənimsəmiş olan cəmiyyətdir. Sultan II Əbdülhəmidə müxalifət olaraq yaranan gənc türklərin ilk təşkilatının adı “ittihad-ı Osmaniye Cəmiyyəti” olmuşdu. Bu cəhd, tam bir təşkilat xüsusiyyəti daşımamasına baxmayaraq, gənc türklərin təşkilatlatnmasında bir başlanğıc olaraq qiymətləndirilə bilər. 1908-ci ilin iyulunda “Jön Türkihtilali”nin tarixini yazan Cevriyə görə, sultanın zülmünə qarşı hərəkət ancaq məktəbli tələbələri (Universitet tələbələri)arasından çıxa bilərdi. Bu məqsədlə ilk təşəbbüs, “Mekteb-i Askeriye”də göstərilmişdi. Burada təhsil görən beş tələbə, 1889-ci ildən bəri xalqın despotizm altında olduğunu görmüşdülər. “Hökumət-i İstibdadiye”yi təşkil edən heyətə qarşı, Konyalı Hikmət Emin, Diyarbakırlı İshaq Sükut,Ohrili İbrahim Etem (Temo), Arapkirli Abdullah Cövdət, Qafqazlı Mehmet Reşit adında bu beş yoldaş “İttihat və Tərəqqi” adını alan “İttihad-ı Osmanı Cəmiyyəti”nin təməlini atdılar. Cəmiyyətin gizlilik Massonluqdakı gizlilik ənənələrinə bənzəyirdi. İbrahim Temo, Brindizi və Napolidə olmuş, Farmason lojalarını ziyarət edərək, İtalyan Massonları Təşkilatı tarixi və bunların təşkilatlanma formaları üzərinə geniş məlumat toplamışdı. Temo bir neçə dəfə İtaliyaya getmiş, bir Karborani kulubunu gəzmiş və Brindizidəki masson lojasına yazılmışdır.

İstanbulda gizli tipoqrafiya yaradılmışdı ki, burada inqilabi əhval ruhiyyəli

vərəqələr çap edilərək əhali arasında yayılırdı. Parisə mühacirət etmiş Əhməd Rza burada fransız dilində özünün “Məşvərət”, türk dilində isə “Milli Yığıncaq” qəzetlərini nəşr edirdi. Təşkilat həmçinin əvvəlcə Misirdə, sonra isə Cenevrədə “Tərəzi”, Neapolda isə “İstiqbal” qəzetlərini nəşr edirdi. Lakin təşkilatın siyasi fəaliyyətindəki təcrübəsizlik özünü göstərirdi. 1897-ci ildə təşkilatın sultan sarayı önündə keçirdiyi nümayiş və onun nəticəsi bunun bariz nümunəsi idi. Belə ki, nümayiş zamanı, təşkilata üzv olmuş hökumət agentləri onun fəaliyyəti haqqında hakimiyyət dairələrinə məlumat verdikdən sonra, onun üzvlərindən 13 nəfər ölümə, 70 nəfər isə katorqa işlərinə məhkum edildi. 1899-cu ildə təşkilatın tərəfdarlarına dair yeni məhkəmə prosesi başlandı. Həmin ilin sonunda artıq təşkilatın fəaliyyətinə faktiki olaraq imperiya ərazisində son qoyuldu.




Yüklə 65,03 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin