Azərbaycan respublikasi təHSİl naziRLİYİ QƏRBİ kaspi universiteti S



Yüklə 64,93 Kb.
səhifə1/4
tarix02.01.2022
ölçüsü64,93 Kb.
#40918
  1   2   3   4
rufet qurbanov orta esr tarixi


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ QƏRBİ KASPİ UNİVERSİTETİ




SƏRBƏST İŞ

Kafedra: Tarix və Fəlsəfə

Fənnin adı: Orta əsrlər tarixi

Mövzu: IV Henrinin islahatları

Müəllim: Nəsirov Nurlan

Tələbə: Rüfət Qurbanov

Fakultə: Siyasi və ictimai elmlər

Qrup: 128 TM



BAKI-2021

Mündəricat

  1. IV Henrix`in həyatı.

  2. Henrix dini müharibələr dövründə.

  3. Liqaya qarşı mübarizə.

  4. IV Henrinin islahatları.

  5. Ədəbiyyat siyahısı.



  1. IV Henrix`in həyatı

IV Henrix Fransa kralı. IV Henrix Fransada dini müharibələrdən qalib çıxan, quqenotların başıçsı, 1572-ci ildən etibarən Navarra kralı 1589-cu ildən etibarən isə Fransa kralı olmuşdur. Burbonların banisi hesab olunur. IV Henrinin taxta olan hüquqları ölümcül yaralanmış halda öz tərəfdaşlarına Navarra monarxına sadiq qalmağı əmr etmiş III Henri tərəfindən təstiqlənmişdi, lakin yalnız uzunmüddətli mübarizədən onra o, Fransa kralı ola bilmişdi. Öz rəqiblərini zərərsizləşdirmək üçün, Navarralı IV Henrix 1593-cü ilin 25 iyul tarixində katolikliyi qəbul etdi və artıq 1594-cü ilin 22 mart tarixində Parisə kral kimi daxil olmuşdur. 1595-ci ildə roma papası IV Henrini kilsədən ayrılmasını və kafir elan olunması təhlükəsindən qorumuşdur. Məzhəblərarası mübarizələrə son qoymaq üçün IV Henrix 1598-ci ilin 13 aprelində protestantlara etiqad azadlığı bəxş edən Nant razılaşmasıını imzaladı, yalnız bundan sonra Hugenot müharibələri bitmişdir. (Baumgartner, J.Frederic, “XVI əsr Fransası”, London – Macmillan nəşr. (səh. 347))

1610-cu ilin mayında katolik Fransua Ravalyakom tərəfindən Parisdə qətlə yetirilmişdir. 1610-cu ilin iyulun birində krallıq abbatlığı olan Sen-Denidə dəfn edilmişdir.Yetkinlik yaşına çatmamış 9 yaşlı oğlu XIII Lüdovikin əvəzinə hakimiyyətə bir müddətlik arvadı Mariya Mediçi gəlmişdir.

IV Henrix ana tərəfindən olan babası Henrix de Albrenin qəsri Poda anadan olmuşdu. Rəvayətə görə doğulduqdan sonra baba nəvəni qucağına almış, dodaqlarına sarımsaq sürtmüş və çaxır damızdırmışdır. Həmin vaxtlarda xəstəliklərin qarşısını almaq üçün bu adət geniş yayılmışdır.

Henrix uçaqlığını Karrazda keçirtmişdir.Karraz kiçik bir şəhər idi. Henrix Katolik kilsəsinin adətinə uyğun şəkildə xaç suyuna çəkilsə də kalvinizm prinsiplərinə sadiq olan anası Janna de Albre onu protestantlıq ruhunda tərbiyə etmişdir.

IX Karlın 1561-ci ildə yenidən taxta çıxması ilə Henrixin atası Antuan de Burbon onu Fransaya yaşıdı olduğu şahzadələrin yanına saraya gətirdi.Din seçimi onun valideynləri üçün mübahisə mövusu idi.Anası protestantlıq, atasi isə katoliklikdə təkid edirdilər..

Dini müharibələr zamanı Henrix Montarjedə hersoginya Renin himayəsində yaşayırdı. Protestant məzhəbinə qulluq edən Rene öz qəsrini dini bitərəflik yerinə çevirə bilmişdi.Müharibə vaxtı Henri sarayda qalırdı, daha sonra atasını itirdi. Bu zamanlar Henrix yeni bir müharibə olmasın deyə onu sarayda saxlayırdılar.O, Fransayla Navarra arasında sülhün təminatçısı kimi qaldırdı. Janna de Albre Yekaterina Mediçidən onun təhsil almasına və 1563-cü ildə Qieniyanın qubernator təyin edilməsində böyük rolu olmuşdur.

IV Henrix 1564-cü ildən 1566-cı illərdə IX Karlın Yekaterinə Mediçinin təkidi ilə təşkil etdiyi səyahətdə müşayət edirdi. Səyahət kral ailəsini ilk dini müharibədə müflis olmuş Fransanın mövcud vəziyyəti ilə tanış etmək məqsədi daşıyırdı. Səyahət zamanı Henrix anası ilə görüşdü. 1567-cı ildə Janna de Alnbre onun Bearna qayıdmasınını təklif etdi. (Baumgartner, J.Frederic, “XVI əsr Fransası”, London – Macmillan nəşr. (səh. 349))

1568-ci ildə Henrix ilk hərbi döyüşündə – III dini müharibədə iştirak etdi. Protestant admiral Qaspar de Kolinoinin başçılığı altında o, Juarn, Lya Roş labey və Monkonturne döyüşlərində iştirak etmişdi.

Ölkədə başlamış olan hakimiyyətsizlik talanlarla müşayiət edilirdi. İspan kralı II Filipp 1592-ci ildə öz qarnizonunu Niderlanddan Parisə gətirdi. Bir çox şəhərlərdə üsyanlar başladı. Bu vəziyyətdə Navarralı Henrinin orduları qətiyyətli addımlara keçdi. 1593-cü ilin ortalarında qanuni şahzadənin qoşunları Parisə yaxınlaşdı. Şəhəri dağıtmaq istəyən Henri onu əsas ərzaq mənbələrindən ayırdı: bu məqsədlə ətrafdakı bütün dəyirmanlar yandırıldı. Paris üç ay müqavimət göstərdi. Mühasirəyə alınmış şəhərdə taxt-tac məsələləri müzakirə olunurdu. Belə olan halda Navarralı Henri katolikliyi qəbul etmək qərarına gəldi. 1593-cü ili iyulunda Sen-Deni kilsəsində katolikliyi qəbul edən Henrinin 1594-cü ilin fevralında Şartrda tac qoyma mərasimi oldu.

Navarra kralı Henri Burbon IV Henri adı altında Fransa kralı oldu (1594-1610). Bir ay sonra, 1594-cü ilin martında IV Henri Parisə daxil oldu. IV Henri öz əlehdarlarını təqib etməyərək onların müsadirəsini də keçirmədi.

Altı illik hakimiyyətsizlikdən sonra Fransa bacarıqlı hakimin əlinə keçdi. Dini müharibələrin siyasi tərəflərini yaxşı dərk edən IV Henri bu münaqişələrə son qoymaq qərarına gəldi. (Baumgartner, J.Frederic, “XVI əsr Fransası”, London – Macmillan nəşr. (səh. 350))



  1. Yüklə 64,93 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin