AZƏrbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/24
tarix04.12.2016
ölçüsü5,01 Kb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   24

Quldurluq 
181.1. Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin 
həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi 
ilə bağlı olan basqın— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
181.2. Eyni əməllər: 
181.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə
181.2.2. təkrar törədildikdə; 
181.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz 
olaraq girməklə törədildikdə; 
181.2.4. zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə; 
181.2.5. silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə— 
əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
181.3. Eyni əməllər: 
181.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
181.3.2. külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə; 
181.3.3. zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə; 
181.3.4. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox 
məhkum edilmiş şəxs tərəfindən törədildikdə— 
əmlakı müsadirə olunmaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
Maddə 182. 
Hədə‐qorxu ilə tələb etmə 
182.1. Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının 
şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya 
onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya 
əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə— 
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
182.2. Eyni əməllər: 

182.2.1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
182.2.2. təkrar törədildikdə; 
182.2.3. zor tətbiq etmə ilə törədildikdə; 
182.2.4. zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən on ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
182.3. Eyni əməllər: 
182.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
182.3.2. külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə; 
182.3.3. zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla törədildikdə; 
182.3.4. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox 
məhkum edilmiş şəxs tərəfindən törədildikdə— 
əmlakı müsadirə olunmaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
Maddə 183. 
Xüsusi dəyəri olan əşyaları talama 
183.1. Xüsusi tarixi, elmi, ədəbi və ya mədəni dəyəri olan əşyaları və ya sənədləri üsulundan 
asılı olmayaraq talama— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən səkkiz ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
183.2. Eyni əməllər: 
183.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
183.2.2. təkrar törədildikdə; 
183.2.3. bu Məcəllənin 183.1-ci maddəsində göstərilən əşyaların və ya sənədlərin məhv 
olmasına, korlanmasına və ya dağıdılmasına səbəb olduqda— 
əmlakı müsadirə olunmaqla səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
Maddə 184. 
Aldatma və ya etibardan sui‐istifadə etmə yolu ilə əmlak ziyanı vurma 
184.1. Aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə mülkiyyətçinin və ya sair sahibin 
əmlakına talama əlamətləri olmadan ziyan vurma— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx 
saatadək ictimai işlər və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
184.2. Eyni əməllər: 
184.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
184.2.2. təkrar törədildikdə; 

184.2.3. zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
184.3. Eyni əməllər: 
184.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
184.3.2. külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə; 
184.3.3. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə, yaxud aldatma və ya etibardan 
sui-istifadə etmə yolu ilə əmlak ziyanı vurmağa görə iki dəfə və ya daha çox məhkum edilmiş 
şəxs tərəfindən törədildikdə— 
əmlakı müsadirə olunmaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
Maddə 185. 
Talama  məqsədi  olmadan  qanunsuz  olaraq  avtomobil  və  ya  başqa 
nəqliyyat vasitəsi ələ keçirmə 
185.1. Avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ 
keçirmə (qaçırma)— 
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
185.2. Eyni əməllər: 
185.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
185.2.2. təkrar törədildikdə; 
185.2.3. həyat üçün təhlükəli olmayan zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə 
törədildikdə; 
185.2.4. zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə— 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
185.3. Bu Məcəllənin 185.1 və ya 185.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 
185.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
185.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə; 
185.3.3. həyat üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə 
törədildikdə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 186.
 Əmlakı qəsdən məhv etmə və ya zədələmə 
186.1. Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda 
ziyan vurmaqla törədildikdə— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 

186.2. Eyni əməllər: 
186.2.1. zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə; 
186.2.2. yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır 
nəticələrə səbəb olduqda— 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 187.
 Əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə 
187.1. Özgənin əmlakını ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli 
miqdarda ziyan vurmaqla törədildikdə— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx 
saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
187.2. Eyni əməllər odla və ya başqa yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma 
üzündən baş verdikdə və ya külli miqdarda ziyan vurmaqla törədildikdə— 
min manatdan iki min manatadək miqdarda cərimə və ya altı ayadək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
187.3. Bu Məcəllənin 187.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb 
olduqda— 
iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd. Bu Məcəllənin 187.1—187.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayət 
nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. 
Maddə 188. 
Torpaq üzərində mülkiyyət hüququnu pozma 
Torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozma, yəni torpaq sahəsini 
özbaşına tutma, dəyişdirmə və ya becərmə — 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz saatadək ictimai işlər və ya 
bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. 
Maddə 189. 
Telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar aparma 
189.1. Abonentə məxsus telefon nömrəsinə aid olan rabitə xəttinə qanunsuz daxil olmaqla 
danışıqlar aparma, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə — 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya yüz saatadək ictimai işlər və ya bir 
ilədək müddətə islah işləri ilə cəzalandırılır. 
189.2. Eyni hərəkətlər zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurduqda— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri ilə 
cəzalandırılır. 

189‐1. Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması 
189‐1.1.  Təbii  qaz,  elektrik  və  ya  istilik  şəbəkələrinə  qanunsuz  qoşulmaqla  bu  enerji 
resurslarının talanması, bu əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə ‐
min  manatdan  üç  min  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə  islah 
işləri ilə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. 
189‐1.2. Eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə ‐
üç  min  manatdan  beş  min  manatadək  miqdarda  cərimə  və  ya  üç ilədək  müddətə 
azadlığın  məhdudlaşdırılması  və  ya  üç  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
189‐1.3. Təbii qaz, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxsi 
olmayan  səlahiyyətli  nümayəndəsinin  işə  vicdansız  və  ya  laqeyd  münasibəti 
nəticəsində  xidməti  vəzifəsini  yerinə  yetirməməsi  və  ya  lazımi  qaydada  yerinə 
yetirməməsi səbəbindən bu Məcəllənin 189‐1.1‐189‐1.2‐ci maddələrində nəzərdə tutulmuş 
əməllərin qarşısının alınmaması – 
üç min manatdan dörd min manatadək miqdarda cərimə  və  ya  üç ilədək  müddətə 
azadlığın  məhdudlaşdırılması  və  ya  iki ildən  dörd  ilədək  müddətə  azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
189‐1.4.  Təbii  qaz,  elektrik  və  ya  istilik  enerjisi  təchizatı  müəssisələrinin  vəzifəli  şəxsi 
olmayan  səlahiyyətli  nümayəndəsinin  xidməti  mövqedən  sui‐istifadə  etməklə  tamah  və  ya 
sair  şəxsi  marağı  üzündən  bu  Məcəllənin  189‐1.1  və  189‐1.2‐ci  maddələrində  nəzərdə 
tutulmuş əməllərin qarşısını almaması ‐
dörd min manatdan beş min manatadək miqdarda cərimə  və  ya üç ilədək  müddətə 
azadlığın  məhdudlaşdırılması  və  ya dörd ildən  altı  ilədək  müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
Qeyd: 
Bu  Məcəllənin  189‐1.1  və  189‐1.2‐ci  maddələrində  nəzərdə  tutulmuş  əməlləri  ilk  dəfə  törətmiş  şəxs 
cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. 
24-cü fəsil 
İQTİSADİ FƏALİYYƏT SAHƏSİNDƏ OLAN CİNAYƏTLƏR 

Maddə 190. 
Qanuni sahibkarlıq fəaliyyətinə mane olma 
190.1. Fərdi sahibkarın və ya kommersiya təşkilatının qeydiyyatından qanunsuz olaraq imtina 
etmə və ya onların qeydiyyatından boyun qaçırma, müəyyən fəaliyyət növünü həyata 
keçirmək üçün xüsusi razılığın (lisenziyanın) verilməsindən qanunsuz olaraq imtina etmə və 
ya onun verilməsindən boyun qaçırma, təşkilati-hüquqi və ya mülkiyyət formasından asılı 
olmayaraq fərdi sahibkarın və ya kommersiya təşkilatının hüquqlarını və ya qanuni 
maraqlarını məhdudlaşdırma, habelə fərdi sahibkarın və ya kommersiya təşkilatının 
müstəqilliyini qanunsuz məhdudlaşdırma və ya onların fəaliyyətinə başqa cür qanunsuz 
müdaxilə etmə, bu əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən sui-istifadə 
etməklə törədildikdə— 
beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. 
190.2. Eyni əməllər qanuni qüvvəyə minmiş məhkəmə qərarını pozmaqla və ya külli 
miqdarda ziyan vurmaqla törədildikdə— 
min manatdan üç min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə 
tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək 
müddətə islah işləri ilə cəzalandırılır. 
Qeyd: Bu Məcəllənin 190, 192, 193, 194—198, 202—205, 210—212-ci maddələrində «xeyli miqdar» dedikdə, min 
manatdan yeddi min manatadək olan məbləğ, «külli miqdar» dedikdə isə yeddi min manatdan artıq olan məbləğ başa düşülür. 
Maddə 191. 
Torpaqla əlaqədar qanunsuz əqdlərin qeydiyyatı 
Vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə tamah məqsədilə və ya sair 
şəxsi niyyətlə torpaqla əlaqədar bilə-bilə qanunsuz əqdləri qeydiyyata alma, Dövlət torpaq 
kadastrının uçot məlumatlarını təhrif etmə, habelə torpaq haqqının miqdarını qəsdən 
azaltma— 
beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya 
müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah 
işləri ilə cəzalandırılır. 
Maddə 192. 
Qanunsuz sahibkarlıq 
192.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət 
qeydiyyatına alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq 
(lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə 
olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən 
sahibkarlıq fəaliyyəti ilə məşğul olma vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda 
ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə  törədildikdə— 
min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın 
məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
192.2. Eyni əməllər: 
192.2.1. külli miqdarda ziyan vurduqda; 
192.2.2. külli miqdarda gəlir əldə etməklə törədildikdə; 
192.2.3. mütəşəkkil dəstə tərəfindən törədildikdə— 

üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
Maddə 193. 
Yalançı sahibkarlıq 
193.1. Yalançı sahibkarlıq, yəni kredit almaq, rüsumlardan azad olmaq və ya digər əmlak 
mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədi ilə sahibkarlıq 
fəaliyyətini həyata keçirmək niyyəti olmadan müəssisə və ya digər hüquqi şəxsin yaradılması 
xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə  törədildikdə — 
min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın 
məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
193.2. Eyni əməllər: 
193.2.1. külli miqdarda ziyan vurduqda; 
193.2.2. külli miqdarda gəlir əldə etməklə törədildikdə; 
193.2.3. mütəşəkkil dəstə tərəfindən törədildikdə — 
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
Maddə 193-1.  Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər  əmlakı 
leqallaşdırma 
193-1.1. 
Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərini  və  ya  digər  əmlakı 
leqallaşdırma, yəni: 
193‐1.1.1.  cinayət  yolu  ilə  əldə  edildiyini  bilə‐bilə  pul  vəsaitləri  və  ya  digər  əmlakın 
əldə  edilməsinin  həqiqi  mənbəyini  gizlətmək və  ya  cinayət  törətmiş  şəxsin  məsuliyyətdən 
yayınması  üçün  ona  kömək  etmək məqsədilə  belə  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 
konversiyası və ya köçürülməsi, yaxud həmin məqsədlərlə cinayət yolu ilə əldə edilmiş pul 
vəsaitlərindən və  ya  digər  əmlakdan  istifadə  etməklə  maliyyə  əməliyyatlarının  və  ya  digər 
əqdlərin həyata keçirilməsi; 
193-1.1.2. cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakın 
həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların 
yerdəyişməsinin, belə pul vəsaitləri və ya digər əmlaka olan hüquqların və ya onların kimə 
məxsus olmasımn ört-basdır edilməsi və ya gizlədilməsi – iki min manatdan beş min 
manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən 
fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, əmlakı müsadirə 
olunmaqla iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
193-1.2. Eyni əməllər: 
193-1.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
193-1.2.2. təkrar törədildikdə; 
193-1.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 

hüququndan məhrum edilməklə və ya edilməməklə, əmlakı müsadirə olunmaqla beş ildən 
səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
193-1.3. Bu məcəllənin 193-1.1 və ya 193-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 
       193-1.3.1. mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat ) tərəfindən 
törədildikdə; 
      193-1.3.2. külli miqdarda törədildikdə -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə və ya edilməməklə, əmlakı müsadirə olunmaqla yeddi ildən 
on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Bu məcəllənin 193-1.3.2-ci maddəsində "külli miqdar" dedikdə qırx beş min manatdan artıq olan məbləğ başa 
düşülür. 
Maddə 194. Cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə 
etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə 
194.1

Qabaqcadan  vəd  etmədən  cinayət  yolu  ilə  əldə  edildiyini  bilə‐bilə  xeyli 
miqdarda pul vəsaitləri və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə 
etmə, yaxud onların əldə edilməsinin həqiqi mənbəyini gizlətmədən onlara sərəncam vermə 

min manatdan üç min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın 
məhdudlaşdırılması və ya əmlakı müsadirə edilməklə dörd ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
194.2. Bu Məcəllənin 194.1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 
194.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
194.2.2. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 
194.2.3. əvvəllər bu cinayətə görə məhkum edilmiş şəxs tərəfindən törədildikdə; 
194.2.4. külli miqdarda törədildikdə— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
Maddə 195. 
Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə 
195.1. Təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın 
təsərüffat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin, 
güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınması, habelə ondan təyinatı üzrə 
istifadə edilməməsi xeyli miqdarda ziyan vurduqda— 
min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın 
məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
195.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda— 

üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 195‐1. Dövlət borcundan və ya dövlət zəmanəti ilə alınmış borcdan istifadə 
qaydalarını pozma 
195‐1.1.  Əsas  və  təkrar  borcalan  tərəfindən  dövlət  borcalmaları  və  ya  dövlət zəmanəti 
yolu ilə cəlb olunan vəsaitin istifadəsi və qaytarılması (istifadəçiyə şamil olunmur) haqqında 
məlumatların,  öz  bank  hesablarının  vəziyyəti  haqqında  məlumatların  qanunvericiliklə 
müəyyən  edilmiş  qaydada  vaxtında  verilməməsi  və  ya  təhrif  olunmuş  məlumatların 
verilməsi dövlətə xeyli miqdarda ziyan vurduqda ‐
üç min beş yüz manatdan beş min beş yüz manatadək cərimə və ya iki ilədək müddətə 
azadlığın  məhdudlaşdırılması  və  ya  altı  ayadək  müddətə  azadlıqdan  məhrumetmə  ilə 
cəzalandırılır. 
195‐1.2.  Dövlət  borcalmaları  və  ya  dövlət zəmanəti  verilmiş  öhdəlik  üzrə  cəlb  olunmuş 
vəsaitdən təyinatı üzrə istifadə edilməməsi dövlətə xeyli miqdarda ziyan vurduqda ‐
üç  il  müddətinə  müəyyən vəzifə  tutma  və  müəyyən fəaliyyətlə  məşğul  olma 
hüququndan məhrum edilməklə, iki ildən üç ilədək azadlığın məhdudlaşdırılması və ya bir 
ildən iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
195‐1.3.  Bu  Məcəllənin  195‐1.1‐ci  və  195‐1.2‐ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər 
dövlətə külli miqdarda ziyan vurduqda ‐
üç il müddətinə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan 
məhrum edilməklə, iki ildən üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
Maddə 196. 
Kreditor borclarını ödəməkdən qəsdən yayınma 
196.1. Məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən təşkilat rəhbərinin və ya 
vətəndaşın kreditor borclarını, yaxud qiymətli kağızları ödəməkdən qəsdən yayınması xeyli 
miqdarda ziyan vurduqda— 
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə və ya edilməməklə min manatdan beş min manatadək 
miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın 
məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
196.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda— 
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə islah işləri və ya üç 
ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 

Maddə 197.
 Əmtəə nişanlarından qanunsuz istifadə etmə 
197.1. Özgənin əmtəə və ya xidmət etmə nişanından, əmtəənin mənşə yerinin adından və ya 
eynicinsli əmtəələrin adına oxşar adlardan istifadə olunması təkrar törədildikdə və ya xeyli 
miqdarda ziyan vurduqda— 
min manatdan beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya 
bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
197.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda— 
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 
eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 198. 
Bilə‐bilə yalan reklam etmə 
198.1. Əmtəələr, qulluq və xidmətlər haqqında, habelə onların istehsalçıları (icraçıları, 
satıcıları) haqqında tamah məqsədilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etmə 
xeyli miqdarda ziyan vurduqda— 
min manatdan beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə 
cəzalandırılır. 
198.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda— 
iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 
eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 199.
 İnhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma 
199.1. İnhisarcasına yüksək və ya inhisarcasına aşağı qiymət təyin etməklə, habelə bazarı 
bölüşdürməklə, bazara daxil olma imkanını məhdudlaşdırmaqla, oradan iqtisadi fəaliyyətin 
digər subyektlərini kənarlaşdırmaqla, vahid qiymət təyin etməklə və ya saxlamaqla 
inhisarçılıq hərəkətlərini etmə— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya 
iki ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. 
199.2. Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən 
törədildikdə— 
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
199.3. Bu Məcəllənin 199.1 və ya 199.2-ci maddələrində nəzərdə tutulmuş əməllər hədə­
qorxu ilə tələb etmə əlamətləri olmadan, zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, 
habelə özgənin əmlakını məhv etməklə və ya zədələməklə və ya belə məhv etmə və ya 
zədələmə hədəsi ilə törədildikdə— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən altı ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
Maddə 200.
 İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma 

200.1. İstehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlar, 
həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər 
tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya 
keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatma — 
yüz manatdan üç yüz manatadək miqdarda cərimə və ya səksən saatadək ictimai işlər ilə 
cəzalandırılır. 
200.2. Eyni əməllər: 
200.2.1. təkrar törədildikdə; 
200.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
200.2.3. külli miqdarda ziyan vurmaqla törədildikdə— 
üç yüz manatdan altı yüz manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən 
vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki 
ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. 
200.3. Bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların 
satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi zərərçəkmiş şəxsin sağlamlığına az ağır və 
ya ağır zərər vurulmasına səbəb olduqda — 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
200.4. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə 
səbəb olduqda — 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Bu maddədə «xeyli miqdar» dedikdə, qırx manat, «külli miqdar» dedikdə qırx manatdan yuxarı olan məbləğ başa 
düşülür. 
Maddə 200‐1. Dərman vasitələrinin qanunsuz dövriyyəsi 
200‐1.1.  Bilə‐bilə  keyfiyyətsiz,  normativ‐texniki  sənədlərin  tələblərinə  cavab 
verməyən,  mənşəyi  məlum  olmayan,  yararlılıq  müddəti  bitmiş,  qanunla  dövlət 
qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin 
satışı,  satış  məqsədilə  saxlanması  və  ya  idxalı,  habelə  saxta  dərman  vasitələrinin 
istehsalı,  satışı,  satış  məqsədilə  saxlanması  və  ya  idxalı,  bu  əməllər  xeyli  miqdarda 
törədildikdə ‐
iki  ilədək  müddətə  müəyyən vəzifə  tutma  və  ya  müəyyən fəaliyyətlə  məşğul 
olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə 
üç  min  manatdan  beş  min 
manatadək 
miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə  azadlıqdan  məhrumetmə  ilə 
cəzalandırılır. 
200‐1.2. Eyni əməllər: 

200‐1.2.1. təkrar törədildikdə; 
200‐1.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən 
törədildikdə; 
200‐1.2.3. külli miqdarda törədildikdə ‐
üç  ilədək  müddətə  müəyyən vəzifə  tutma  və  ya  müəyyən fəaliyyətlə  məşğul 
olma  hüququndan  məhrum  edilməklə  iki  ildən  üç  ilədək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
200‐1.3.  Bilə‐bilə  keyfiyyətsiz,  normativ‐texniki  sənədlərin  tələblərinə  cavab 
verməyən,  mənşəyi  məlum  olmayan,  yararlılıq  müddəti  bitmiş,  qanunla  dövlət 
qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin 
satışı,  satış  məqsədilə  saxlanması  və  ya  idxalı,  habelə  saxta  dərman  vasitələrinin 
istehsalı,  satışı,  satış  məqsədilə  saxlanması  və  ya  idxalı  zərərçəkmiş  şəxsin 
sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda – 
üç  ilədək  müddətə  müəyyən vəzifə  tutma  və  ya  müəyyən fəaliyyətlə  məşğul 
olma  hüququndan  məhrum  edilməklə  üç  ildən  beş  ilədək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
200‐1.4. Bu Məcəllənin 200‐1.3‐cü maddəsində göstərilən əməllər ehtiyatsızlıqdan 
zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda – 
üç  ilədək  müddətə  müəyyən vəzifə  tutma  və  ya  müəyyən fəaliyyətlə  məşğul 
olma  hüququndan  məhrum  edilməklə  beş  ildən  on  ilədək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Bu Məcəllənin 200-1.1-ci maddəsində “xeyli miqdar” dedikdə 
min manatdan iki min manatadək olan məbləğ, 
200-1.2.3-cü maddəsində isə “külli miqdar” dedikdə iki min manatdan artıq olan məbləğ başa düşülür 
Maddə 201.
 Əqdin bağlanmasına və ya onun bağlanılmasından imtinaya məcbur etmə 
201.1. Hədə-qorxu ilə tələb etmə əlamətləri olmadan, zor işlətmək, özgənin əmlakını məhv 
etmək və ya zədələmək, habelə zərərçəkmiş şəxsə və ya onun yaxın qohumlarının mənafeyinə 
əhəmiyyətli ziyan vura biləcək məlumatları yaymaq hədəsi ilə əqdin bağlanmasına və ya onun 
bağlanmasından imtinaya məcbur etmə— 
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
201.2. Eyni əməllər: 
201.2.1. təkrar törədildikdə; 
201.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə— 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Maddə 202. 
Kommersiya və ya bank sirri olan məlumatları qanunsuz yolla əldə etmə və 
ya yayma 
202.1. Kommersiya və ya bank sirlərini təşkil edən məlumatların toplanması həmin 
məlumatları yaymaq və ya onlardan qanunsuz istifadə etmək məqsədi ilə sənədləri 
oğurlamaqla, satın almaqla və ya hədələməklə, habelə digər qanunsuz üsulla törədildikdə— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya 
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
202.2. Sahibkarın razılığı olmadan kommersiya və ya bank sirri olan məlumatların tamah və 
ya başqa şəxsi niyyətlə qanunsuz yolla istifadə edilməsi və ya yayılması külli miqdarda ziyan 
vurmaqla törədildikdə— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya 
eyni müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. 
Maddə 202‐1. İxrac nəzarətinə aid sənəd və məlumatları yayma 
202‐1.1. Hüquqi və fiziki şəxslərdən alınmış ixrac nəzarəti‐nə aid sənəd və məlumatların 
və ya onların məzmununun açıqlanması və ya üçüncü şəxslərə verilməsi — 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri 
və ya eyni müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. 
202‐1.2 Eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə — 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri 
və ya eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
ʺMaddə 202‐2.  İnsayder tərəfindən xidməti məlumatdan qanunsuz istifadə 
202‐2.1.  İnsayder  tərəfindən  ona  etibar  edilmiş  və  ya  xidməti  vəzifəsinə  və  yaxud 
işinə görə ona məlum olan xidməti istifadə üçün nəzərdə tutulmuş məlumatdan tamah və ya 
başqa  şəxsi  niyyətlə  qanunsuz  olaraq  istifadə  edilməsi  və  ya  əqdlərin  bağlanması  üçün 
üçüncü  şəxslərə  verilməsi,  külli  miqdarda  ziyan  vurmaqla  və  ya  külli  miqdarda  gəlir  əldə 
etməklə törədildikdə ‐
iki  ilədək  müddətə  müəyyən vəzifə  tutma  və  ya  müəyyən fəaliyyətlə  məşğul  olma 
hüququndan məhrum edilməklə səkkiz min manatdan on min manatadək miqdarda cərimə 
və  ya  min  manatdan  üç  min  manatadək  miqdarda  cərimə  edilməklə  üç  ilədək  müddətə 
azadlığın  məhdudlaşdırılması  və  ya  iki  ilədək  müddətə  müəyyən vəzifə  tutma  və  ya 
müəyyən fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə, 
əmlakı müsadirə olunmaqla altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
202‐2.2. Eyni əməllər: 
202‐2.2.1. təkrar törədildikdə; 

202‐2.2.2.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil  dəstə  tərəfindən 
törədildikdə ‐
üç  min  manatdan  yeddi  min  manatadək  miqdarda  cərimə  edilməklə  üç  ilədək 
müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və 
ya  müəyyən fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə, 
əmlakı müsadirə olunmaqla dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
Qeyd:  Bu  Məcəllənin  202‐2.1‐ci  maddəsində  ʺinsayderʺ  dedikdə  Azərbaycan  Respublikası  Mülki 
Məcəlləsinin 1078‐46.2 və 1078‐47‐ci maddələrində nəzərdə tutulmuş şəxslər başa düşülür. 
Maddə 203. 
Qiymətli kağızların buraxılması (emissiyası) qaydalarını pozma 
203.1. Qiymətli kağızların emissiya prospektinə bilə-bilə etibarlı olmayan məlumatların daxil 
edilməsi, həmçinin bilə-bilə etibarlı olmayan məlumatları özündə əks etdirən emissiya 
prospektinin təsdiq edilməsi və ya bilə-bilə etibarlı olmayan emissiya nəticələrinin təsdiq 
edilməsi xeyli miqdarda ziyan vurduqda— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya yüz əlli saatdan iki yüz saatadək 
ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. 
203.2. Eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə— 
iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 
eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 203‐1. Qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiya 
203‐1.1. Qiymətli kağızlar bazarının stabilliyinin pozulmasına səbəb ola bilən, qiymətli 
kağızlar  bazarının  iştirakçılarının  qiymətli  kağızlarla  əqdlər  üzrə  qiymətli  kağızların  bazar 
qiymətinin hər hansı bir üsulla əvvəlcədən razılaşdırılmış və qəsdən edilmiş əməllər ilə süni 
olaraq  dəyişdirilməsi,  külli  miqdarda  ziyan  vurmaqla  və  ya  külli  miqdarda  gəlir  əldə 
etməklə törədildikdə ‐
iki  ilədək  müddətə  müəyyən vəzifə  tutma  və  ya  müəyyən fəaliyyətlə  məşğul  olma 
hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə 
və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə müəyyən 
vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya 
edilməməklə, əmlakı müsadirə olunmaqla iki ildən altı ilədək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
203‐1.2. Eyni əməllər: 
203‐1.2.1. təkrar törədildikdə; 
203‐1.2.2. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 

203‐1.2.3. kütləvi informasiya vasitələrindən və ya ümumi istifadədə olan informasiya‐
telekommunikasiya şəbəkələrindən istifadə edilməklə törədildikdə ‐
üç  ilədək  müddətə  müəyyən vəzifə  tutma  və  ya  müəyyən fəaliyyətlə  məşğul  olma 
hüququndan məhrum edilməklə yeddi min manatdan on min manatadək miqdarda cərimə 
və  ya  üç  ilədək  müddətə  müəyyən vəzifə  tutma  və  ya  müəyyən fəaliyyətlə  məşğul  olma 
hüququndan məhrum  edilməklə  və ya  edilməməklə, əmlakı müsadirə  olunmaqla  altı ildən 
oıi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 204. 
Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma 
204.1. Satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici 
valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən yeddi ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
204.2. Eyni əməllər xeyli miqdarda və ya əvvəllər saxta pul və ya qiymətli kağızlar hazırlama 
, əldə etmə və ya satmağa görə məhkum olunmuş şəxs tərəfindən törədildikdə— 
əmlakı müsadirə olunmaqla yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
204.3 Bu Məcəllənin 204.1 və ya 204.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 
204.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
204.3.2. külli miqdarda törədildikdə— 
əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
Maddə 205. 
Saxta  kredit  və  ya  hesab  kartlarını  və  ya  başqa  ödəniş  sənədlərini 
hazırlama, əldə etmə  və ya satma 
205.1. Qiymətli kağız sayılmayan saxta kredit və ya hesab kartlarını və ya başqa ödəniş 
sənədlərini satış məqsədi ilə hazırlama, habelə əldə etmə və ya satma— 
beş yüz manatdan min manatadək miqdarda cərimə olunmaqla iki ildən beş ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
205.2. Eyni əməllər: 
205.2.1. təkrar törədildikdə; 
205.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
205.2.3. külli miqdarda törədildikdə— 
əmlakı müsadirə olunmaqla dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 

Maddə  205‐1.  Saxta aksiz markalarını hazırlama, əldə etmə və ya satma 
Saxta aksiz markalarını satış məqsədilə hazırlama, habelə əldə etmə və ya satma –  
min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya 
üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
Maddə 206. 
Qaçaqmalçılıq 
206.1. Qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük 
nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi 
vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan 
etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və 
digər əşyaların külli miqdarda keçirilməsi— 
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
206.2. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici, 
radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov 
silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, 
nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının 
hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən 
keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan 
Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş 
strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan 
Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud 
sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, 
yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
206.3. Bu Məcəllənin 206.1 və ya 206.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 
206.3.1. təkrar törədildikdə; 
206.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
206.3.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə; 
206.3.4. gömrük nəzarətini həyata keçirən şəxsə zor tətbiq etməklə törədildikdə— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən səkkiz ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
206.4. Bu Məcəllənin 206.1 — 206.3-cü maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil 
dəstə tərəfindən törədildikdə— 
əmlakı müsadirə olunmaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
Qeyd: Bu maddədə «külli miqdar» dedikdə, keçirilən qaçaqmalçılıq əşyalarının dəyərinin dörd min manatdan yuxarı olan 
məbləğ başa düşülür. 

Maddə 207. 
Azərbaycan  Respublikasının  və  xarici  ölkələrin  incəsənət,  tarixi,  arxeoloji 
sərvəti olan əşyaları Azərbaycan Respublikasına qaytarmama 
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq qaytarılması məcburi olan 
Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmış Azərbaycan Respublikasının və 
xarici ölkələrin incəsənət, tarixi və arxeoloji sərvəti olan əşyaların müəyyən edilmiş müddətdə 
Azərbaycan Respublikasına qaytarmama— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
Maddə 208. 
Xarici valyuta vəsaitlərini xaricdən qaytarmama 
208.1. Təşkilat rəhbərləri tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində 
əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan 
Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xeyli 
miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmama— 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
208.2. Eyni əməllər: 
208.2.1. külli miqdarda törədildikdə; 
208.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Bu maddədə «xeyli miqdar» dedikdə, qaytarılmamış xarici valyuta vəsaitlərinin iyirmi min manatdan, «külli miqdar» 
dedikdə, otuz min manatdan yuxarı olan məbləğ başa düşülür. 
Maddə 209. 
Gömrük ödənişlərinin ödənilməsindən yayınma 
209.1. Xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma— 
min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə 
cəzalandırılır. 
209.2. Bu Məcəllənin 209.1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 
209.2.1. təkrar törədildikdə; 
209.2.2. külli miqdarda törədildikdə— 
iki min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və 
eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: 
1. Bu maddədə «xeyli miqdar» dedikdə, ödənilməmiş gömrük ödənişlərinin iki min manatdan, «külli miqdar» dedikdə, dörd 
min manatdan yuxarı olan məbləğ başa düşülür. 
2. Bu Məcəllənin 209.1 və 209.2.2-ci maddələrində nəzərdə tutulan əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində 
vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. 

Maddə 210. 
Müflisləşmə zamanı qanunsuz hərəkətlər 
210.1. Borclu təşkilatın rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən 
müflisləşmə zamanı və ya müflisləşmə güman edilən zaman əmlakın və ya əmlak 
öhdəliklərinin, əmlak haqqında məlumatların, onun miqdarının, olduğu yerin, yaxud əmlak 
haqqında digər məlumatların gizlədilməsi, əmlakın digərinin sahibliyinə verilməsi, əmlakın 
özgəninkiləşdirilməsi və ya məhv edilməsi, habelə iqtisadi fəaliyyəti əks etdirən mühasibat və 
ya digər hesabat sənədlərinin gizlədilməsi, məhv edilməsi və ya saxtalaşdırılması xeyli 
miqdarda ziyan vurduqda— 
iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
210.2. Borclu təşkilatın rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən özünün 
müflis olduğunu bilə-bilə digər kreditorların mənafeyinə ziyan vurmaqla ayrı-ayrı 
kreditorların əmlak tələblərinin təmin edilməsi, habelə müflisləşmiş borclunun üstünlük 
verdiyi kreditor tərəfindən əmlakın qəbul edilməsinin digər kreditorlara ziyan vurduğunu bilə­
bilə həmin əmlakın qəbul edilməsi külli miqdarda ziyan vurduqda— 
iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
Maddə 211. 
Qəsdən müflisləşmə 
211.1. Qəsdən müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri və ya mülkiyyətçisi, habelə 
fərdi sahibkar tərəfindən özünün və ya digər şəxslərin manefeyi naminə qəsdən ödəmə 
qabiliyyətsizliyinin yaradılması və ya artırılması xeyli miqdarda ziyan vurduqda— 
iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
211.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda və ya digər ağır nəticələrə səbəb 
olduqda— 
iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 212. 
Saxta müflisləşmə 
212.1. Saxta müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri və ya mülkiyyətçisi, habelə 
fərdi sahibkar tərəfindən kreditorlara olan borcun ödənilməsini təxirə salmaq və ya möhlət 
almaq, habelə borcun azaldılmasına nail olmaq və ya borcu ödəməkdən yayınmaq üçün 
kreditorları aldatmaq məqsədi ilə özünü bilə-bilə yalandan ödəmə qabiliyyəti olmayan elan 
etməsi xeyli miqdarda ziyan vurduqda— 
iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri 
və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
212.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda və ya digər ağır nəticələrə səbəb 
olduqda— 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Maddə  213. Vergi ödəməkdən yayınma 
KM1 
213.1.  Xeyli  miqdarda  vergiləri  və  ya  məcburi  dövlət  sosial  sığorta  haqlarını 
ödəməkdən yayınma ‐ üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə 
məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  min  manatdan  iki  min 
manatadək miqdarda cərimə və ya  iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
213.2. Eyni əməllər: 
213.2.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
213.2.2. külli miqdarda törədildikdə ‐ üç ilədək müddətə müəyyən vəzifə tutma və 
ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç 
ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
Qeyd: 
1.  Bu  maddədə  ʺxeyli  miqdar”  dedikdə,  iki  min  manatdan  əlli  min  manatadək  olan  məbləğ,  ʺkülli 
miqdarʺ dedikdə isə əlli min manatdan yuxarı olan məbləğ başa düşülür.
  2. Bu Məcəllənin 213.1-ci və 213.2-ci maddələrində nəzərdə tutulan əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində 
vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. 
Maddə 213-1. 
Aksiz  markası  ilə  markalanmalı  olan  məhsulları  (malları)  belə  marka 
olmadan  satma,  satış  məqsədi  ilə  saxlama,  istehsal  binasının  hüdudlarından  kənara 
çıxarma və ya idxal etmə 
213-1.1. Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan xeyli 
miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma 
və ya idxal etmə -
əmlakı müsadirə olunmaqla min manatdan üç min manatadək miqdarda cərimə və ya bir 
ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
213-1.2. Eyni əməllər: 
213-1.2.1. külli miqdarda törədildikdə; 
213-1.2.2. təkrar törədildikdə; 
213-1.2.3. qabaqcan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə -
əmlakı müsadirə olunmaqla beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: bu maddədə "xeyli miqdar" dedikdə, beş yüz manatdan iki min manatadək olan məbləğ, "külli miqdar" dedikdə isə iki 
min manatdan yuxan olan məbləğ başa düşülür. 
Maddə 213‐2. Qiymətli metalları və qiymətli daşları dövlətə satmaqdan yayınma 

Qiymətli  metallar  və  qiymətli  daşlar  hasil,  istehsal  etmiş  subyektlər tərəfindən  yerin 
təkindən hasil olunmuş qiymətli metallar və qiymətli daşlar, standarta uyğun affinaj edilmiş 
qiymətli metallar, habelə rekuperasiya edilmiş qiymətli daşlar çeşidlənmiş şəkildə satılarkən, 
onları ilkin olaraq dövlətə satmaqdan yayınma, əgər bu əməl xeyli miqdarda törədilibsə‐
min  manatdan  beş  min  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə  islah 
işləri  və  ya  üç  ilədək  müddətə  müəyyən vəzifə  tutma  və  ya  müəyyən fəaliyyətlə  məşğul 
olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  bir  ildən  üç  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: bu maddədə “xeyli miqdar” dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülür. 
Maddə 213‐3. Dövlət əyar damğalarını saxtalaşdırma 
213‐3.1.  Qiymətli  metallar  və  qiymətli  daşlardan  zərgərlik  və  digər məişət 
məmulatlarının  hazırlanması  (istehsalı)  ilə  məşğul  olan  şəxslər tərəfindən  dövlət  əyar 
damğalarını saxtalaşdırma‐
min  manatdan  beş  min  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə  islah 
işləri  və  ya  üç  ilədək  müddətə  müəyyən vəzifə  tutma  və  ya  müəyyən fəaliyyətlə  məşğul 
olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  bir  ilədək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
213‐3.2. Eyni əməllər bir il ərzində təkrar törədildikdə‐
bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
ONUNCU BÖLMƏ 
İCTİMAİ TƏHLÜKƏSİZLİK VƏ İCTİMAİ QAYDA ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
25-ci fəsil 
İCTİMAİ TƏHLÜKƏSİZLİK ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
Maddə 214. 
Terrorçuluq 
214.1. Terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, 
yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul 
edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər 
vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin 
baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin 
məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə -

əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
214.2. Eyni əməllər: 
214.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik 
(cinayətkar təşkilat) tərəfindən törədildikdə; 
214.2.2. təkrar törədildikdə; 
214.2.3. odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə 
törədildikdə; 
214.2.4. ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda -
əmlakı müsadirə olunmaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya 
ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Terrorçuluq əməlinin hazırlanmasında iştirak etmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar 
etməklə və ya başqa üsulla bu cür əməlin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin 
tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir. 
Maddə 214-1. 
Terrorçuluğu maliyyələşdirmə 
Əldə  olunma  mənbəyindən  asılı  olmayaraq,  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 
tamamilə və yaxud qismən, bilavasitə və ya dolayısı ilə bu Məcəllənin 102, 214, 215, 219, 219‐
1,  277,  278,  279,  280  və  282‐ci  maddələrində  nəzərdə  tutulmuş  əməllərin  şəxs  və  ya  qrup 
(dəstə, təşkilat)  tərəfindən  hazırlanmasının,  təşkil  olunmasının  və  ya  törədilməsinin 
maliyyələşdirilməsi  üçün,  yaxud  göstərilən  cinayətlərin  törədilməsi  məqsədilə  şəxsin  və  ya 
hə‐min  məqsədlə  yaradılan  qrupun  (dəstənin,  təşkilatın)  təmin  edilməsi  üçün  istifadə 
olunacağım bilərək pul vəsaitlərinin və ya digər əmlakın qəsdən toplanılması və ya verilməsi 

əmlakı  müsadirə  olunmaqla  səkkiz  ildən  on  iki  ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır. 
Qeyd: 
1.  Pul  vəsaitlərinin  və  ya  digər  əmlakın  terror  aksiyalarının  törədilməsində  və  ya  törədilməsinə  cəhddə 
faktiki istifadə olunmaması və ya konkret terror aksiyası ilə əlaqədar olmaması əmələ görə cinayət məsuliyyətini 
aradan qaldırmır. 
2. Bu Məcəllənin 214‐1‐ci maddəsi ilə nəzərdə tutulan əməli törətmiş şəxs hakimiyyət orqanlarını vaxtında 
xəbərdar etməklə və ya başqa üsulla bu cür terrorçuluq əməlinin qarşısının alınmasına yardım etdikdə və onun 
əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir. 
Maddə 215. 
Adamları girov götürmə 
215.1. Girov götürülən şəxsin azad olunması şərti ilə dövləti, təşkilatı və ya vətəndaşı hər 
hansı hərəkəti etməyə və ya hər hansı hərəkətdən çəkinməyə vadar etmək məqsədilə şəxsi 
girov götürmə və ya saxlama— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

215.2. Eyni əməllər: 
215.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
215.2.2. təkrar törədildikdə; 
215.2.3. həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; 
215.2.4. odlu silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə 
törədildikdə; 
215.2.5. bilə-bilə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; 
215.2.6. təqsirkar tərəfindən aşkar surətdə hamilə qadın barəsində törədildikdə; 
215.2.7. iki və ya daha çox şəxs barəsində törədildikdə; 
215.2.8. tamah niyyəti ilə törədildikdə— 
on ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
215.3. Bu Məcəllənin 215.1 və ya 215.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil 
dəstə tərəfindən törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər 
ağır nəticələrə səbəb olduqda— 
on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməli törətmiş şəxs könüllü və ya hakimiyyət orqanlarının tələbi ilə girov 
götürüləni azad edərsə, onun əməlində başqa cinayət tərkibinin əlamətləri olmadıqda, cinayət məsuliyyətindən azad edilir. 
Maddə 216. Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə 
İnsanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və ya sair ictimai 
təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yanğın və başqa 
hərəkətlər barəsində bilə-bilə yalan məlumat vermə— 
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 217. 
Banditizm 
217.1. Təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmək məqsədilə sabit silahlı qruplar 
(bandalar) təşkil etmə, belə qruplara (bandalara) rəhbərlik etmə— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on ildən on beş ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
217.2. Sabit silahlı qruplarda (bandalarda) və ya onların törətdikləri basqınlarda iştirak 
etmə— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
Maddə 218. 
Cinayətkar birlik (təşkilat) yaratma 
218.1. Ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə cinayətkar birlik (təşkilat) 
yaratma, habelə belə birliklərə (təşkilatlara) və ya onların tərkib hissəsi olan struktur 
bölmələrinə rəhbərlik etmə, həmçinin ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsi üçün 

plan və şərtlərin işlənib hazırlanması məqsədilə mütəşəkkil dəstələrin təşkilatçılarının, 
rəhbərlərinin və ya sair nümayəndələrinin birliyini yaratma— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla səkkiz ildən on beş ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
218.2. Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, 
rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla altı ildən on iki ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
218.3. Bu Məcəllənin 218.1 və ya 218.2-ci maddələrində nəzərdə tutulmuş əməllər şəxs 
tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on ildən on beş ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
Maddə 219. 
Hava və ya su nəqliyyatı gəmisini, yaxud dəmir yolu qatarını qaçırma 
219.1. Hava və ya su nəqliyyatı gəmisini, yaxud dəmir yolu qatarını qaçırma, habelə belə 
gəmiləri və ya qatarı qaçırmaq məqsədilə ələ keçirmə— 
dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
219.2. Eyni əməllər: 
219.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
219.2.2. həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək 
hədəsi ilə törədildikdə; 
219.2.3. silah və ya silah qismində istifadə edilən əşya tətbiq etməklə törədildikdə; 
219.2.4. təkrar törədildikdə— 
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
219.3. Bu Məcəllənin 219.1 və ya 219.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil 
dəstə tərəfindən törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər 
ağır nəticələrə səbəb olduqda— 
səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 219-1. 
Dəniz quldurluğu 
219-1.1. Dəniz quldurluğu, yəni özgənin əmlakını ələ keçirmək məqsədi ilə zor tətbiq etməklə  
və ya zor tətbiq etmə hədəsi ilə dəniz və çay gəmisinə edilən basqın -
beş ildən on ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
219-1.2. Eyni əməllər: 
219-1.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
219-1.2.2. silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə -

əmlakı müsadirə olunmaqla və ya olunmamaqla səkkiz ildən on iki ilədək azadlıqdan məhrum  
etmə ilə cəzalandırılır. 
219-1.3. Eyni əməllər: 
219-1.3.1. təkrar törədildikdə; 
219-1.3.2. mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə; 
219-1.3.3. ehtiyatsızlıqdan şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda -
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on iki ildən on beş ilədək azadlıqdan məhrum  
etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 220. 
Kütləvi iğtişaş 
220.1. Zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi, odlu silahın, 
partlayıcı maddələrin və ya qurğuların tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə 
silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə 
iğtişaşlarda iştirak etmə— 
dörd ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
220.2. Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi 
iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə— 
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə 
ilə cəzalandırılır. 
Maddə 221. 
Xuliqanlıq 
221.1. Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik 
ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi 
hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən 
qərəzli hərəkətlər— 
yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
221.2. Eyni əməllər: 
221.2.1. bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə; 
221.2.2. ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın 
pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət 
göstərməklə törədildikdə— 
iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
221.3. Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə 
törədildikdə— 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Maddə 222. Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik 
qaydalarını pozma 
222.1.  Tikintinin  planlaşdırılması,  ona  rəhbərlik  edilməsi,  habelə  tikinti  obyektinin 
sökülməsi  və  ya  bu  obyektdə  yenidənqurmanın  aparılması  zamanı  işlərin,  eləcə  də  mədən 
işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması insanların həyat 
və sağlamlığı üçün real təhlükə yaratdıqda ‐
bir  ilədək  müddətə  islah  işləri  və  ya  iki  ilədək  müddətə  müəyyən vəzifə  tutma  və  ya 
müəyyən fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  iki 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
222.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır 
zərərin vurulmasına səbəb olduqda ‐
iki  ilədək  müddətə  islah  işləri  və  ya  üç ilədək  müddətə  müəyyən vəzifə  tutma  və  ya 
müəyyən fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  iki 
ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
222.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır 
nəticələrə səbəb olduqda ‐
üç  ilədək  müddətə  müəyyən vəzifə  tutma  və  ya  müəyyən fəaliyyətlə  məşğul  olma 
hüququndan məhrum edilməklə dörd ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
Maddə 222‐1. Özbaşına tikinti işləri aparma 
222‐1.1.  Qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  müvafiq  icra  hakimiyyəti 
orqanlarının  razılığını  almadan  özbaşına  bina  və  qurğular  tikmə,  mövcud  tikililərin 
konstruksiyasında  dəyişiklik  etmə,  habelə  bu  tikililərin  funksional  təyinatı  dəyişdirilməklə, 
onlarda yenidən planlaşdırma, yenidənqurma işlərini aparma insanların həyat və sağlamlığı 
üçün real təhlükə yaratdıqda ‐
iki  ilədək  müddətə  islah  işləri  və  ya  iki  ilədək  müddətə  müəyyən vəzifə  tutma  və  ya 
müəyyən fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  bir 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, 
222‐1.2.  Eyni  əməllər  ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin  sağlamlığına  ağır  və  ya  az 
ağır zərərin vurulmasına səbəb olduqda ‐

üç  ilədək  müddətə  müəyyən vəzifə  tutma  və  ya  müəyyən fəaliyyətlə  məşğul  olma 
hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
222‐1.3.  Eyni  əməllər  ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin  ölümünə  və  ya  digər ağır 
nəticələrə səbəb olduqda ‐
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
Maddə 222-2.
Müvafiq  icazə  almadan  mühafizə  zonalarında  tikinti  və  ya  quraşdırma 
işləri aparma 
222‐2.1.  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada 
müvafiq  icazə  almadan  magistral  boru  kəmərlərinin,  gərginliyi  1000  voltdan  çox  olan 
elektrik  şəbəkələrinin,  metropolitenin,  dəmir  yolu  qurğularının,  müdafiə  obyektlərinin,  su 
təchizatı  və  kanalizasiya  sistemlərinin  texniki  qurğularının,  neft  buruqlarının,  avtomobil 
yollarının və ya suların mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma— 
iki  ilədək  müddətə  islah  işləri  və  ya  üç  ilədək  müddətə  müəyyən vəzifə  tutma  və  ya 
müəyyən fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  üç 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, 
222‐2.2. Eyni əməllər ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda—
 üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə  222‐3.  Qanunvericiliklə  müəyyən  olunmuş  qaydaları  pozmaqla  aparılan 
tikinti işlərinin dayandırılması barədə dövlət orqanlarının qərarlarını 
qərəzli olaraq İcra etməmə 
Qanunvericiliklə  müəyyən  olunmuş  qaydaları  pozmaqla  aparılan  tikinti,  yenidən 
planlaşdırma, yenidənqurma və mövcud tikililərin konstruksiyalarında dəyişiklik aparılması 
işlərinin dayandırılması barədə müvafiq dövlət orqanlarının qərarlarının qərəzli olaraq icra 
etməmə ‐
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən 
fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 223. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə