AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 17
Bakı şəhəri, 29 yanvar 2015-ci il
“Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb
olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında
dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli 1167-
IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan Respublikası Qanununun və bu qanunla təsdiq edilmiş
Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında
dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10
yanvar tarixli 436 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan
malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 69; 2002, № 2, maddə 112,
№ 10, maddə 647; 2005, № 1, maddə 58, № 11, maddə 1069; 2013, № 7, maddə 870;
2014, № 1, maddə 64, № 2, maddə 196) əlavəsi olan Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2005-ci il 15 noyabr tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri” yeni
redaksiyada təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri:
Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 29 yanvar
tarixli 17 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların
aksiz dərəcələri
Azərbaycan Respublikası
Vergi Məcəlləsinin 190.2-ci
maddəsində göstərilən
aksizli malların xarici
iqtisadi fəaliyyətin mal
nomenklaturasına uyğun
kodları
Mal mövqelərinin adları
Aksiz dərəcələri (ölçü
vahidinə görə manatla)
1
2
3
2203 00
Səməni pivəsi
1 litr üçün 1,0 manat
2204 (2204 10 110 0 və
2204 30 100 0 istisna
olmaqla)
Təbii üzüm şərabları, spirt
qatılmışlar daxil olmaqla; üzüm
suslosu, 2009 mal mövqeyində
təsnif ediləndən başqa
1 litr üçün 2,0 manat
2204 10 110 0
şampan şərabı
1 litr üçün 2,5 manat
2204 30 100 0
qıcqırma prosesində və ya spirt
əlavə edilməkdən fərqli üsulla
dayandırılmış qıcqırma ilə
alınmış digər üzüm susloları
1 litr üçün 0,1 manat
2205
Vermutlar və bitki və ya
aromatik ekstraktların əlavəsi ilə
digər təbii üzüm şərabları
1 litr üçün 2,0 manat
2206 00
Digər qıcqırdılmış içkilər (sidr,
perri və ya armud sidri, ballı
içki); qıcqırdılmış içkilərin
qarışıqları və qıcqırdılmış
içkilərlə spirtsiz içkilərin
qarışıqları, başqa yerdə adları
çəkilməyən və ya təsnif
olunmamış
1 litr üçün 2,0 manat
2207 10 000 0
denaturasiya olunmamış etil
spirti, 80 həcm %və ya çox spirt
qatılığı ilə
1 litr üçün 2,0 manat
2208 20
üzüm çaxırının və ya üzüm
puçallarının distillə edilməsi
nəticəsində alınan spirtli
tinkturalar
1 litr üçün 6,0 manat
2208 30
viski
1 litr üçün 6,0 manat
2208 40
rom və digər spirtli tinkturalar,
şəkər qamışının qıcqırdılmış
məhsullarının qovulması
nəticəsində alınan
1 litr üçün 6,0 manat
2208 50
cin və ardıc tinkturası
1 litr üçün 6,0 manat
1
2
3
2208 60
araq
1 litr üçün 6,0 manat
2208 70
likörlər
1 litr üçün 6,0 manat
2208 90 110 0 —
2208 90 780 0
digər spirtli içkilər
1 litr üçün 6,0 manat
2208 90 910 0
2208 90 990 0
həcm %-i 80-dən az qatılığı olan
denaturatlaşdırılmamış etil spirti
1 litr üçün 2,0 manat
2402 10 000 0
tərkibində tütün olan siqarlar,
ucları kəsilmiş siqarlar və
siqarillalar
1000 ədəd üçün 10,0 manat
2402 20
tərkibində tütün olan siqaretlər
1000 ədəd üçün 4,0 manat
2402 90 000 0
digər siqaretlər və siqarillalar
1000 ədəd üçün 4,0 manat
2710 12 110 0
yüngül distilyatlar və məhsullar:
emalın spesifik prosesləri üçün
1 ton üçün 80 manat
2710 12 150 0
yüngül distilyatlar və məhsullar:
proseslərdə kimyəvi çevrilmələr
üçün, 2710 12 110 0 alt
yarımmövqeyində
göstərilənlərdən başqa
1 ton üçün 1,0 manat
2710 12 210 0
xüsusi benzinlər: uayt-spirit
1 ton üçün 1,0 manat
2710 12 250 0
digər xüsusi benzinlər
1 ton üçün 1,0 manat
2710 12 310 0
aviasiya benzinləri
1 ton üçün 1,0 manat
2710 12 410 0
mühərrik benzinləri, aviasiya
benzinləri istisna olmaqla,
tərkibində qurğuşunun miqdarı
0,013 q/l-dən çox olmayan, 95-
dən az oktan ədədi ilə
1 ton üçün 200 manat
2710 12 450 0
mühərrik benzinləri, aviasiya
benzinləri istisna olmaqla,
tərkibində qurğuşunun miqdarı
0,013 q/l-dən çox olmayan, 95 və
ya daha çox, lakin 98-dən çox
olmayan oktan ədədi ilə
1 ton üçün 80 manat
2710 12 490 0
mühərrik benzinləri, aviasiya
benzinləri istisna olmaqla,
tərkibində qurğuşunun miqdarı
0,013 q/l-dən çox olmayan, 98 və
ya çox oktan ədədi ilə
1 ton üçün 120 manat
2710 12 510 1
mühərrik benzinləri, aviasiya
benzinləri istisna olmaqla,
tərkibində qurğuşunun miqdarı
0,013 q/l-dən çox, 95-dən az
oktan ədədi ilə
1 ton üçün 200 manat
2710 12 510 9
mühərrik benzinləri, aviasiya
benzinləri istisna olmaqla,
tərkibində qurğuşunun miqdarı
0,013 q/l-dən çox, digərləri
1 ton üçün 80 manat
2710 12 590 0
mühərrik benzinləri, aviasiya
benzinləri istisna olmaqla,
tərkibində qurğuşunun miqdarı
0,013 q/l-dən çox, 98 və ya çox
oktan ədədi ilə
1 ton üçün 120 manat
2710 12 700 0
reaktiv benzin yanacağı
1 ton üçün 1,0 manat
1
2
3
2710 12 900 0
digər yüngül distilyatlar
1 ton üçün 1,0 manat
2710 19 110 0
orta distilyatlar: emalın spesifik
prosesləri üçün
1 ton üçün 80 manat
2710 19 150 0
orta distilyatlar: proseslərdə
kimyəvi çevrilmələr üçün, 2710
19 110 0 alt yarımmövqeyində
göstərilənlərdən başqa
1 ton üçün 1,0 manat
2710 19 210 0
2710 19 250 0
digər məqsədlər üçün kerosin
1 ton üçün 80 manat
2710 19 290 0
digər məqsədlər üçün digər orta
distilyatlar
1 ton üçün 80 manat
2710 19 310 0 —
2710 19 480 0
qazoyllar
1 ton üçün 80 manat
2710 19 510 0 —
2710 19 680 0
maye yanacaq
1 ton üçün 1,0 manat
2710 19 710 0
sürtkü yağları və digər yağlar;
emalın spesifik prosesləri üçün
1 ton üçün 1,0 manat
2710 19 750 0
sürtkü yağları və digər yağlar:
proseslərdə kimyəvi çevrilmələr
üçün, 2710 19 710 0 alt
yarımmövqeyində
göstərilənlərdən başqa
1 ton üçün 1,0 manat
2710 19 820 0
mühərrik yağları, kompressor
sürtkü yağı, turbin sürtkü yağı
1 ton üçün 50 manat
2710 19 840 0
hidravlik məqsədlər üçün
mayelər
1 ton üçün 1,0 manat
2710 19 860 0
açıq rəngli yağlar, vazelin yağı
1 ton üçün 1,0 manat
2710 19 880 0
dişli çarxlar üçün yağ və
reduktorlar üçün yağ
1 ton üçün 1,0 manat
2710 19 920 0
metalların emalı üçün tərkiblər,
qəliblərin yağlanması üçün
yağlar, antikorroziya yağları
1 ton üçün 1,0 manat
2710 19 940 0
elektrik izolyasiya yağları
1 ton üçün 50 manat
2710 19 980 0
digər sürtkü yağları və digər
yağlar
1 ton üçün 1,0 manat
2710 20 110 0 –
2710 20 190 0
qazoyllar
1 ton üçün 80 manat
2710 20 310 0 –
2710 20 390 0
maye yanacaq
1 ton üçün 1,0 manat
2710 20 900 0
digər neft məhsulları
1 ton üçün 50 manat
2712 10
Neft vazelini
1 ton üçün 10,0 manat
2713
Neft koksu, neft bitumu və neftin
və ya neft məhsullarının
emalından qalan, o cümlədən
bitumlu minerallardan alınmış
digər qalıqlar
1 ton üçün 24 manat
2714
Təbii bitum və asfalt; bitumlu
şistlər və ya neftli şist və bitumlu
qum daşı; asfaltitlər və asfalt
süxurları
1 ton üçün 1,0 manat
1
2
3
2715 00 000 0
Təbii asfalt, təbii bitum, neft
bitumu, mineral qatranlar və ya
mineral qatranların peki
(məsələn, bitumlu mastika, yol
örtükləri üçün asfalt qarışıqları)
əsasında bitumlu qarışıqlar
1 ton üçün 1,0 manat
Dostları ilə paylaş: |