AZƏrbaycan respublikasinin standartlaşdirma, metrologiya və patent üZRƏ DÖVLƏt komiTƏSİNİn kollegiyasi



Yüklə 386,49 Kb.
səhifə1/4
tarix02.03.2017
ölçüsü386,49 Kb.
#9940
  1   2   3   4
AZƏRBAYCAN RESPUBLİKASININ

STANDARTLAŞDIRMA, METROLOGİYA VƏ PATENT ÜZRƏ

DÖVLƏT KOMİTƏSİNİN KOLLEGİYASI

 

QƏRAR № 150111500003

 

Bakı şəhəri                                                                                     “09” iyun 2015-ci il

 

Dövlət standartının təsdiq edilməsi haqqında



 

Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 1998-ci il tarixli 26 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Beynəlxalq (regional) və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq edilməsi Qaydaları”nın 2, 3, 6 və 7-ci bəndlərini və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 8.12 və 8.45-ci bəndlərini rəhbər tutaraq qərara alınır

1. Beynəlxalq standartlar əsasında hazırlanmış aşağıdakı dövlət standartları təsdiq edilsin.

1.1. AZS 731-1-2015 (OIC/SMIIC 1:2011) “Halal qida. Ümumi rəhbəredici sənəd” (1 nömrəli əlavə).

1.2. AZS 731-2-2015 (OIC/SMIIC 2:2011) “Halal sertifikatlaşdırmanı həyata keçirən orqanlar üçün rəhbəredici sənəd” (2 nömrəli əlavə).

2. Qanunvericilik və hüquq ekspertizası şöbəsinə (R.Vəliyev) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartının Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gündən gec olmayaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

3. Texniki tənzimləmə və standartlaşdırma şöbəsinə (N. Tağıyev) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartının qeydiyyata alınmasını təmin etsin.

4. Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutuna (S.Abdullayev) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartının texniki tənzimləmə və standartlaşdırma üzrə texniki normativ hüquqi aktların dövlət fonduna daxil edilməsini təmin etsin.

5. Ümumi şöbəyə (X.Həsənovaya) tapşırılsın ki, aidiyyəti struktur bölmələrini bu Qərarla tanış etsin.

6. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 


Kollegiyanın sədri,

Azərbaycan Respublikası Standartlaşdırma,

Metrologiya və Patent üzrə Dövlət Komitəsinin

sədri

Ramiz Həsənov

 

 


Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının “09” iyun 2015-ci il tarixli “150111500003” nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1 nömrəli əlavə

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ



DÖVLƏT STANDARTI

 

 



_____________________________________________________________________________

 

HALAL QİDA



Ümumi rəhbəredici sənəd

 

AZS 731-1-2015



(OIC/SMIIC 1:2011)

 

_____________________________________________________________________________

 


 

MÜQƏDDİMƏ

 

1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.



2. Bu standart OIC/SMIIC 1:2011 “General guidelines on halal food” standartının autentik tərcüməsi əsasında hazırlanmışdır.

3. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.

 

 


AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI

_____________________________________________________________________________

HALAL QİDA

ÜMUMİ RƏHBƏREDİCİ SƏNƏD                                                 AZS 731-1-2015

(OIC /SMIIC 1:2011)

GENERAL  GUİDELİNES

ON HALAL FOOD

_____________________________________________________________________________

 


 

1 TƏTBİQ SAHƏSİ

Bu standart, islam qaydalarına uyğun qida məhsullarının hazırlanması məqsədi ilə qida zəncirində xammalın alınması, hazırlanması, emalı, təsnifatı, təyin edilməsi, qablaşdırılması, markalanması, işarələnməsi, nəzarəti, yüklənib- boşaldılması, nəql edilməsi, paylanması, saxlanılması və xidmət edilməsi mərhələlərində riayət edilməsi vacib olan ümumi qaydaları əhatə edir.

Bu standartdakı bütün qaydalar ümumi olub, ölçüsü və mürəkkəbliyindən asılı olmayaraq qida zəncirində iştirak edən bütün müəssisələrə tətbiq olunması tələb edilir. Bura xüsusən qida zəncirinin bir və ya daha çox mərhələsində işləyən təşkilatlar da daxildir.

Bu standartın bütün təşkilatlarda tətbiqi əsasları Halal qidanın sertifikatlaşdırılması üzrə standartda göstərilmişdir.

 

2 NORMATİV İSTİNADLAR

Bu standartda aşağıdakı normativ sənədlərə istinad edilmişdir. Aşağıda göstərilən, istinad edilən standartların tələbləri bu standartın tələbləri sayılır.

CAC/RCP 1 – 1969 Recomended International Code of Practice – General Prinsiples of Food Hygienic. (Qida gigiyenasının ümumi prinsipləri - Tövsiyə edilən beynəlxalq kodeks)

Codex Stan 1 – 1985 Codex general Standard for the Labeling of Prepackaged Food (Qablaşdırılmış yeyinti məhsullarının markalanması üçün ümumi kodeks standartı)

CAC/RCP 58, Code of hygienic practice for meat (Ət üçün gigiyenik tətbiq kodeksləri)

ISO 22000, Food safety management systems - Requirements for any organization in the food chain (Qida təhlükəsizliyi idarəetmə sistemləri-Qida zincirindəki bütün təşkilatlar üçün tələblər)

ISO 22005, Traceability in the feed and food chain - General principles and basic requirements for system design and implementation (Yem və qida zəncirinin izlənilməsi - Sistemin layihələndirilməsi və tətbiqi üçün ümumi prinsiplər və əsas tələblər)

 

3 TERMİN VƏ TƏRİFLƏR

Bu standartda aşağıdakı termin və təri flərdən istifadə edilmişdir.

Bu mətndə olmayan termin və təriflər üçün istinad edilən standartlarda verilən termin və təriflər tətbiq edilir.



3.1 İslam qaydaları

Mənbəyini Qurani-Kərimdən və Məhəmməd peyğəmbərin (s.ə.s.) tətbiqlərindən (sünnə) alan və Allahın (c.c.) müsəlmanlar üçün əmr etdiyi bütün qaydalar.



3.2 Halal qida

İslam qaydaları çərçivəsində istehlakına icazə verilən və bu standartda verilən qaydalara uyğun olan qida və içkilər.



3.3 Zəruri proqramlar (PRP)

İnsanlar üçün istifadəyə yararlı, təhlükəsiz qidaların istehsalı, yüklənməsi - boşaldılması və tədarükü zamanı gigiyenik şəraitin təmin edilməsi üçün zəruri şərtlər və fəaliyyətlər.



3.3.1 Lazımi istehsalat praktikası (GMP)

Qidanın təhlükəsiz və sağlam istehsalı, saxlanılması və paylanması üçün işləyən heyət və gigiyenanın yaradılması ilə əlaqəli fəaliyyətlər.



3.3.2 Lazımi gigiyena praktikası (GHP)

Qida zəncirinin hər mərhələs ində istehsala uyğun qida tədarükünü təmin etmək məqsədilə görülən tədbirlər.



3.4 Qida təhlükəsizliyi

Qidanın istifadə məqsədilə hazırlanması və/və ya yeyiləcəyi təqdirdə istehlakçıya zərər verməyəcəyini ifadə edən anlayış.



3.5 Qida zənciri

Xammal və mənşəyindən başlayaraq istehlak mərhələsinə qədər, emal, istehsal, qablaşdırma, saxlanılma, daşınma, paylanma və marketinq də daxil olmaqla qida istehsalındakı bütün mərhələlər.



3.6 Qida əlavələri

Qidanın istehsal, əməliyyat, rəftar, qablaşdırma və ya saxlanılmasında istifadə edilən, təbii və ya süni, əsas xammallardan fərqlənən, qidanın istehsalında son məhsulu inkişaf etdirmək üçün istifadə edilən qidanın dad, iy, görünüşü və ya bir neçə xüsusiyyəti üzərində qoruyucu və inkişaf etdirici təsiri olan bütün maddələr.



3.7 Soyuq zəncir

Son istehlakçıya çatana qədər əsas keyfiyyətini qorumaq üçün soyuq zəncir tələb edən qida məmulatları üçün zəruri olanı soyudaraq və donduraraq, payla nma və oxşar fəaliyyətlərdən ibarət olan əməliyyatlar.



3.8 Geni modifikasiya olunmuş qidalar (GMQ)

Geni modifikasiya olunmuş məhsulları və/və ya məhsulları özündə birləşdirən qida və içkilər. Geni modifikasiya olunmuş orqanizmlər başqa bir canlı növünə aid genin bitkiyə, heyvana və mikrobioloji qaynağa gen quruluşu dəyişdirmə texnikaları ilə ötürməsi ilə və xammalın DNT-sində (Dezoksiribonuklein turşusu) edilən dəyişikliklərlə əldə edilir.



3.9 Su heyvanları

Suda yaşayaraq suyun xaricində həyatını davam etdirə bilməyən heyvanlar.



3.10 Amfibiyalar

Həm suda, həm də quruda yaşaya bilən heyvanlar.

 

4 MƏHSULLAR/XİDMƏTLƏR

Bu standart aşağıdakı məhsul və xidmətləri əhatə edir.



4.1. Ət və ət məhsulları;

4.2. Süd və süd məhsulları;

4.3. Yumurta və yumurta məhsulları;

4.4. Taxıl və taxıl məhsulları;

4.5. Bitki və heyvan mənşəli maye və qatı yağlar;

4.6. Meyvə-tərəvəzlər və onların məhsulları;

4.7. Qənd və qənnadı məmulatları;

4.8. İçkilər (Spirtsiz içkilər);

4.9. Bal və arıçılıq məhsulları;

4.10. Dietik əlavələr;

4.11. Qida əlavələri;

4.12. Fermentlər;

4.13. Mikroorqanizmlər;

4.14. Qablaşdırma materialları;

4.15. Qida sahəsində xidmət göstərən bütün təşkilatlar;

4.16. Balıq və balıq məhsulları;

4.17. Su;

4.18. Digəri.

 

5 QAYDALAR



5.1 Qidanın mənbəyi

5.1.1 Heyvan mənşəli qida

5.1.1.1 Halal heyvanlar

Aşağıdakılar halal heyvanlar olaraq qəbul edilir:

a) Mal, öküz, qoyun, keçi, dəvə, toyuq, qaz, ördək və hind toyuğu əhliləşdirilmiş heyvanlar;

b) Maral, antilop, dağ keçisi, mal və bunlar kimi yırtıcı olmayan vəhşi heyvanlar;

c) Göyərçin, sərçə, bildirçin, sığırçın və dəvəquşu kimi yırtıcı olmayan quşlar.

5.1.1.2 Halal olmayan heyvanlar

Aşağıdakılar halal olmayan heyvanlardır:

a) Donuz, it və oxşar növlər;

b) Allahın (c.c) adı anılmadan kəsilmiş heyvanlar;

c) İslam qaydalarına zidd olaraq kəsilmiş heyvanlar;

d) Öz-özünə ölmüş heyvanlar;

e ) Ovunu öldürmək və ya özünü müdafiə etmək üçün öndə buynuzu və ya uzun iti dişləri olan ayı, fil, meymun, qurd, aslan, pələng, bəbir, pişik, çaqqal, tülkü, sincab, kaftar, köstəbək, dələ, Amerika timsahı və timsah kimi heyvanlar ;

f) Qırğı, şahin, qartal, kərkəs, quzğun, qarğa, çalağan, bayquş kimi iti pəncələri olan yırtıcı quşlar;

g) Siçovul, çayan, əqrəb, ilan, vəhşi arılar, siçan və buna bənzər həşəratlar və zəhərli heyvanlar;

h) Kərtənkələ, ilbiz, böcək, sürfələr və oxşar iyrənc heyvanlar ;

i) İslamda öldürülməsi qadağan olunan balarısı və şanapipik kimi heyvanlar ;

j) Uzunqulaq və qatırlar;

m) Bilərəkdən və davamlı olaraq halal olmayan yemlə bəslənən ferma heyvanları;

k) Halal olmayan heyvanlardan əldə edilən hər hansı məhsullar halal sayılmır.



5.1.2 Su heyvanları

a) Pulcuqlu balıq növləri, krevet (xırda dəniz xərçəngi) və pulcuqlu balıqların kürüləri və onların məhsulları halaldır. Digər bütün su heyvanları və onların məhsulları halaldır. (Baxın 12.1.2.1)

b) Sağlamlığa zərərli bütün zəhərli su heyvanları halal sayılmır. Zəhərli və zərərli hissələri çıxarıldığı halda halaldır. (Baxın 12.1.2.1)

5.1.3 Amfibiyalar

Bütün amfibiyalar halal sayılmır.



5.1.4 Bitki mənşəli qidalar

Zəhərli və zərərli bitkilərdən başqa bütün bitkilər və onların məhsulları halaldır. Zəhərli və zərərli bitkilərin zəhərli və zərərli hissə ləri çıxarıldığı halda halaldır.



5.1.5 İnsan və heyvan mənşəli qan və digər maddələr

Hər növ qan və məhsulları halal sayılmır.

Sidik, ətənə, peyin, qusuntu, irin, məni (sperma) insanlardan və heyvanların bədən dəliklərindən çıxan yumurta kimi hər növ çirkli maddələr halal sayılmır.

İnsan bədəninin hər hansı bir hissəsinin istehlakı halal sayılmır.



5.2 Kəsim qaydaları

5.2.1 Kəsim üçün nəzərdə tutulmuş heyvanda lazım olan şərtlər

a) Kəsim üçün nəzərdə tutulmuş heyvan halal heyvanlardan biri olmalıdır.

b) Kəsim üçün nəzərdə tutulmuş heyvanın sağlamlığını göstərən sənəd baytarlıq xidmətlərinə cavabdeh təşkilat tərəfindən təşkil edilməlidir.

c) Kəsim üçün nəzərdə tutulmuş heyvan kəsim zamanı canlı olmalıdır. Kəsmə prosesi heyvanların işkəncəsinə səbəb olmamalıdır.

d) Standartda baytarlıq əməliyyatına görə, yalnız halal yem ilə bəslənmiş heyvanların kəsilməsinə icazə verilir.

e) Heyvanlar uzaq yol gəlibsə, kəsimdən qabaq istirahətlərinə icazə verilməlidir.



5.2.2 Qəssab

a) Kəsim işləri aparan qəssab əqli sağlam və heyvan kəsiminin tələb etdiyi əsas qaydaları və şərtləri tam olaraq anlayan yetkin bir müsəlman olmalıdır.

b) Kəsim işləri aparan qəssabın gigiyena-sanitariya və halal kəsim qaydaları mövzusunda səlahiyyətli orqan (personalın sertifikatlaşdırılması üzrə akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurum) tərəfindən verilmiş sertifikatı olmalıdır.

5.2.3 Kəsimdə istifadə olunan alət və vasitələr

a) Kəsim xətti, qidaya uyğun vasitələr təmiz olmalı və yalnız halal kəsim məqsədilə istifadə edilməlidir.

b) Heyvanın başını kəsmək üçün nəzərdə tutulmuş alətlər iti olmalı və poladdan (paslanmayan polad) hazırlanmalıdır.

c) Kəsmə vasitələri kütləsi ilə deyil, iti hissəsi ilə kəsməlidir;

d) Sümük, dırnaq və dişlər dən kəsmək məqsədilə istifadə edilməməlidir.

5.2.4 Sallaqxanalar

Sallaqxanalar yalnız halal heyvan və halal kəsimlərə və Codex CAC-RCP 1 və ya İSO 22000 -də göstərilən zəruri proqramları təmin etməlidir. Sallaqxananın fiziki şərtləri milli qanunvericiliyə uyğun olmalı və aşağıdakılar təmin edilməlidir:

a) Kəsim sahəsində sağlamlıq baxışın aparılmasına uyğun mühit;

b) Girişdə heyvanı qaldırmaq üçün elektriklə işləyən avtomatik və ya əllə işləyən diyircəkli zəncir sistemi olan xüsusi bir sahə;

c) İşin davamlılığını təmin etmək üçün avtomatik, hərəkətli və ya əllə işləyən diyircəkli zəncir relsli sistem;

d) Mal və qoyun-keçi üçün xüsusi hazırlanmış, işçilərin heyvanın dərisini soymaq və cəmdək hazırlanmasına kömək edən, asan və məhsuldar işi təmin edən, sabit və ya hərəkətli yükləmə platformaları və yükləmə sahələri;

e) Tərəzi qurğuları;

f) Cəmdək yuma qurğuları (əsasən avtomatik təzyiqli su);

g) Çirkli alətləri (bıçaq, asılqan və s.) yumaq, dezinfeksiya və sterilizə etmək üçün hər zaman isti suyu olan qablar, antiseptik mayesi olan vannalar, ayaq, diz və ya fotoelementlə işləyən su kranın a taxılmış əlüzyuyan;

h) Müntəzəm istifadə edilən təmiz və təzyiqli su.

i) Bütün dezinfeksiyaedicilər və antiseptik mayelər halal qida sektorunda istifadəyə yararlı olmalıdır.

5.2.5 Sərsəmlətmə

a) Heyvana yönəldilmiş hər cür sərsəmlətmə və beyin zərbəsi (huşun itirilməsi) qadağa olunmalıdır. Ancaq elektrik istifadəsi lazımi və tək çıxış yolu olsa (heyvanı sakitləşdirmək və ya onun müqavimətini qırmaq kimi) müqavimətini qırmaq üçün icazə verilən elektrik cərəyanı və tətbiq müddəti bu standartda göstərilən Əlavə A-ya uyğun olmalıdır.

b) Qanadlı quşlara yönəldilmiş hər cür sərsəmlətmə və beyin zərbəsinin (huşun itirilməsi) tətbiqi qadağa olunmalıdır, ancaq elektrik istifadəsi lazımi və tək çıxış yolu olsa aşağıdakı şərtlər təmin edilməlidir:

i. Qanadlı quşlar sərsəmlədildikdən, sonra (huşun itirilməsi) və hətta kəsim zamanında canlı və sağlam vəziyyətdə olmalıdır.

ii. Əgər zərurət yaranarsa, elektro-şokun cərəyanı və müddəti, əlavə A-da göstərilən qaydada olmalıdır.

iii. Kəsimdən əvvəl ölən qanadlı quş ölü və haram kimi qəbul edilir. iv. İnsani rəftarla tətbiq olunduğu sübuta yetirilməlidir.

V. Kəsimdən sonra axan qanın miqdarı azalmamalıdır

5.2.6 Kəsim əməliyyatları

5.2.6.1 Heyvanların kəsim əməliyyatları

Maddə 5.2.1-ə əlavə olaraq aşağıdakı qaydalar tətbiq edilir.



5.2.6.1.1 Kəsimdən əvvəl heyvana sağlamlıq baxışı

Kəsimdən əvvəl baxış ilə yanaşı aşağıdakı qaydalar tətbiq edilir:

a) Kəsim üçün nəzərdə tutulmuş heyvana bu standartda göstərilən qaydalara uyğun ixtisaslaşdırılmış bir baytar tərəfindən nəzarət edilməlidir.

b) Hamiləlik müddətinin 1/3-ni başa vurmuş heyvanlar kəsilməməlidir.



5.2.6.1.2 Heyvanın təmizlənməsi və yuyulması

Kəsimə göndərilən heyvanlar nəcisdən, sidikdən və palçıqdan təmizlənmiş olmalıdır. Çirkli heyvanlar yarış atlarının saxlandıqları yerlərdə və ya yuyulmaq məqsədilə xüsusi ayrılmış sahələrdə təmizlənməlidir. Heyvan sulu olarkən kəsilməməsi tövsiyə edilir.



5.2.6.1.3 Fərqli heyvanların qarışmağının qarşısının alınması

Fərqli heyvanların yarış atlarının saxlandıqları yerlərə gətirilməsi, təmizlənməsi və sallaqxanaya gətirilməsi zamanı qarışmamağına xüsusilə diqqət yetirilməlidir.



5.2.6.1.4 Heyvanın kəsim sahəsinə aparılması

Kəsiləcək heyvan dəhliz boyunca ixtisaslaşdırılmış heyət tərəfindən əziyyət verilmədən kəsim sahəsinə aparılmalıdır.

Heyvanın kəsim üçün aparıldığı dəhlizin sonunda, sırada gözləyən heyvanın əvvəlki heyvanın kəsilməsini görməyinin qarşısını alan hərəkətli pərdələr və ya bölüm sistemləri olmalıdır.

5.2.6.1.5 Əməliyyat

a) Heyvan qaldırıldıqdan və ya üzü Qibləyə (Məkkə tərəfə) baxacaq şəkildə çevrilərək sol tərəfinə yatırıldıqdan sonra kəsilməlidir. Heyvan qaldırıldıqda və ya uzadıldıqda əziyyətin azaldılmasına qayğı göstərilməli və bu mövqedə çox saxlanılmamaladır.

b) Heyvanın kəsimi zamanı qəssab “Allahın adı ilə” mənasını verən “BİSMİLLAH” kəlməsini deməli və Allahın adından başqa ad deməməlidir, əks təqdirdə kəsim halal sayılmaz. Sonra hər bir heyvanın kəsimində halal kəsim üçün Allahın adı təkrar edilməlidir.

c) Kəsim hər heyvana sadəcə bir dəfə tətbiq edilməlidir. Heyvanın avtomatik bıçaqla kəsilməsinə, kəsim əsnasında bıçağın geri çəkilməməsi şərti ilə icazə verilir.

d) Halal kəsim qırtlağın (adəm alması) bir az altındakı nöqtədən və uzun boyunlu heyvanlar üçün daha yuxarıdan yarılmağa başlanılmalıdır.

e) Qanama və ölümü sürətləndirmək üçün, kəsim əsnasında nəfəs borusu (halqum), qida borusu (mari), boyun arteriyası və şah damarı (wadajain) kəsilməlidir. Qanama özbaşına olmalı və bitməlidir. Qanama müddəti qanamanın bitməsinə və ölümün tam həyata keçirilməsi üçün kifayət etməlidir.



5.2.6.1.6 Cəmdək və içalata kəsimdən sonrakı baxış

Kəsimdən sonrakı baxış səlahiyyətli baytar tərəfindən aparılmalıdır. Cəmdək və cəmdək hissələrinin sağlamlıq və gigiyena şərtlərini təmin etməsi üçün qiymətləndirmə CAC/RCP 58-də göstərilən tələblərə uyğun olmalıdır.



5.2.6.1.7 Cəmdəyin yuyulması və möhürlənməsi

Yuyulma, qurutma, soyudulma və dondurulma müvafiq alət və cihazlarla edilməlidir. Möhürlənmə halal tərkibli qidalarda istifadəyə yararlı mürəkkəblə edilməlidir. Otağın ən aşağı temperatur həddi maksimum 4 ºC-də olmalıdır.



5.2.6.2 Quşların kəsilmə əməliyyatı

Maddə 5.2.1-ə əlavə olaraq aşağıdakı qaydalar tətbiq edilir.



5.2.6.2.1 Quşların sallaqxanaya aparılması və kəsimə verilməsi

Sallaqxanaya gətirilən quşlar mümkün olduqca ən qısa bir müddətdə kəsimə verilməlidir.



5.2.6.2.2 Kəsimdən qabaq quşlara sağlamlıq baxışı

Kəsimdən qabaq baxışa əlavə olaraq aşağıdakı qaydalar tətbiq edilir:

a) Kəsiləcək quşlar bu standartda göstərilən qaydalara uyğun səlahiyyətli bir baytar tərəfindən nəzarət edilməlidir. Ölü, xəstə olduğu təsdiq edilən və ya xəstə olduğu şübhəsini daşıyan quşlar dərhal karantin sahəsinə çıxarılmalı və qanuni işlər yerinə yetirilməlidir.

b) Ölmüş və ya ölmək üzrə olan quşların kəsim xəttinə girmədiyindən əmin olmaq üçün nəzarət edilməlidir.

5.2.6.2.3 Əməliyyat

a) Qəssab qanadlı quşun başını bir əli ilə tutmalı, möhkəm aşağıya doğru çəkməli və digər əlində tutduğu iti qəssab bıçağı ilə boynunu İslami qaydalara uyğun kəsməlidir.

b) Bunlara əlavə olaraq Maddə 5.2.6.1.5-də verilən dini qaydalara riayət olunmalıdır.

5.2.6.2.3.1 Mexaniki kəsim

Mexaniki kəsim avadanlıqlarından (mexaniki bıçaqdan) istifadə etməklə kəsim aparıla bilməz.



5.2.6.2.3.2 Qanadlı quşun avtomatlaşdırılmış emalı ilə məşğul olan əməliyyat müəssisələrində əl ilə kəsim

Əl ilə kəsim mövcud yoxlama sistemi olduqda istifadə ed ilə bilər.

Məhsulun üzərində əl ilə kəsim edildiyini ifadə edən xüsusi qeyd yer almalıdır.

a) Qəssab yetkin bir Müsəlman olmalıdır;

b) Qəssab kəsimdən əvvəl hər bir qanadlı quş üçün “BİSMİLLAH” kəlməsi deməlidir;

c) Quşun başını kəsmək üçün istifadə edilən bıçaq tək uclu, iti olmalı və poladdan (paslanmayan poladdan) hazırlanmalıdır. Bıçaq üfüqi istiqamətdə hərəkət etməli, kütləsi ilə deyil, iti hissəsi ilə kəsməlidir;

d) Qanamanı və ölümü sürətləndirmək üçün kəsim zamanı qanadlı quşun nəfəs borusu (halqum), qida borusu (mari) və boyun arteriyası və şah damarı (wadajain) kəsilməlidir;

e) Qəssab hər bir qanadlı quşun düzgün şəkildə kəsildiyinə nəzarət etməlidir;

f) Qanama müddəti ən azı 180 saniyə olmalıdır.

5.2.6.2.4 Tükdən təmizləmə əməliyyatı

Tükdən təmizləmə əməliyyatını asanlaşdırmaq üçün cəmdəklər par əməliyyatından keçməlidir. Par əməliyyatında isti sudan və ya isti havadan istifadə edilir.



5.2.6.2.5 Cəmdəyə sağlamlıq baxışı

Kəsimdən sonrakı nəzarətə əlavə olaraq aşağıdakı qaydalar tətbiq edilməlidir:

a) Hər cəmdəyə yuyulduqdan sonra baxış keçirilməlidir. Baxış üzv ölkələrdəki ət nəzarəti qanunvericiliyi və baytarlıq xidmətləri standartlarına uyğun olaraq aparılmalıdır;

b) Baxış nəticəsi şübhə yaradırsa, şübhəli nümunə analiz üçün laboratoriyaya göndərilməlidir. Bu halda cəmdək xüsusi olaraq ayrılmış yerdə uyğun temperaturda mühafizə edilməlidir. Laboratoriyanın analiz nəticələrinə əsasən qərar verilir.



5.2.6.3 Digər heyvanlar üçün kəsim

5.2.6.3.1 Balıqların kəsilməsinə ehtiyac yoxdur. Onlar canlı vəziyyətdə sudan çıxarılmalı və ölümləri sudan kənarda həyata keçirilməlidir.

5.2.6.3.2 “BİSMİLLAH” kəlməsi deyərək ovlanmış və uyğun şəkildə öldürülmüş halal heyvanlar halal kəsilmiş kimi qiymətləndirilir. Canlı tutulan heyvanlar İslam qaydalarına uyğun olaraq kəsilməlidir. Yırtıcı ov heyvanları və ya ov quşları tərəfindən ölü olaraq tutulan heyvanlar və ya ölü heyvanın hər hansı bir parçası bu ov heyvanları tərəfindən yeyilmədiyi müddət də halal olaraq qəbul edilir, əks halda "Halal olmayan" şəklində qiymətləndirilir .


Yüklə 386,49 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin