Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 300,9 Kb.
səhifə11/61
tarix02.01.2022
ölçüsü300,9 Kb.
#1045
1   ...   7   8   9   10   11   12   13   14   ...   61
MÜASİR DÖVRDƏ NƏZƏRİYYƏ PROBLEMİNİN QOYULUŞU
Əliəskərli Leyla Namiq qızı

BDU-nun II kurs magistrant
Nəzəriyyə problem daim aktual bir problem olmuşdur. Elmi biliyin konkret səviyyəsinin tələblərinə uyğun olaraq problemin ən çox göz önündə olan tərəflərinin tədqiq olunması və onlar haqqında fikirlər söylənilməsi onun yeni cəhətlərini önə çıxartmaqla bərabər bu proses eyni zamanda aramsız olaraq davam etməkdədir. Bu gün də hər bir dövrdə olduğu kimi nəzəriyyənin mahiyyəti, strukturu, tipləri, funksiyaları, fəaliyyət və təsir dairələri alimlər tərəfindən tədqiq olunan ən önəmli məsələlərdən biridir. Onu da vurğulamaq lazımdır ki, hələ də nəzəriyyə probleminin öyrənilməsində alimlər bir sıra məntiqi, metodoloji, qneseoloji və fəlsəfi problemlərlə üzləşirlər. Bəzi tədqiqatçılar həmin problemlərin bir- birindən ayrılıqda öyrənilməsinin daha uğurlu olacağını müdafiə etsə də, digərləri nəzəriyyə problemini sistemli, kompleks şəkildə tədqiq etmək vəzifəsini qarşıya məqsəd olaraq qoymuşlar.

Nəzəriyyə probleminə onun keçdiyi bütün dövrlərdə xüsusi diqqət olmuşdur. Bu, müasr dövrümüzdə də davam etməkdədir. Həmin diqqətinsə özünəməxsus səbəbləri vardır. Çünki nəzəriyyə elmi biliyin bütün sahələrində aparılan tədqiqatların elmi fəaliyyətinin sonudur. İdrakın digər formalarından – qanundan, modeldən, metoddan və s. fərqli olaraq nəzəriyyə öyrənilən obyekt haqqında tam, sistemli bilikləri əks etdirir.

XX əsrin ortalarında bir sıra ölkələrdə beynəlxalq və regional konfranslar, simpoziumlar və s. keçirilmişdir. Bütün bu məsələlərin hamısında elmi biliyin inkişafında nəzəriyyənin rolu, nəzəriyyənin strukturu, tipləri və funksiyaları əsas müzakirə mövzusu olmuşdur. Bu baxımdan 1989- cu ildə ABŞ-da keçirilən simpozium xüsusi önəm daşıyır. Bu tədbirdə İngiltərə- Amerika ölkələrində fəlsəfi fikirdə hakim olan positivist nəzəriyyələr haqqında müzakirələr aparılmış və əsaslı surətdə tənqid olunmuşlar. Ümumiyyətlə XX əsr nəzəriyyə probleminə dair məsələlərin həllində mühüm rola malik muzakirələrlə yadda qaldı. Sözügedən bu müzakirələr və mübahisələrin sayəsində nəzəriyyə probleminə dair bir sıra səmərəli modellər hazırlandı və elmi dövriyyəyə buraxıldı. Bundan başqa elmin fəlsəfəsi və elmin metodologiyası problemləri , xüsusilə də nəzəriyyə probleminin bir sıra aspektləri işıqlandırıldı, tədqiq edildi, nəticələri isə kitablar, məcmuələr və məqalələr şəklində nəşr edildi. Bütün bunlara baxmayaraq, nəzəriyyə problemi alimlər və filosoflar tərəfindən heç də tam şəkildə əsaslandırılmış hesab olunmur. Onda hələ də mübahisəli məsələlər qalmaqdadır. Belə olmasaydı elmin inkişafı dayanar, tədqiq olunacaq heç bir problem qalmazdı.

Son dövrlərdə nəzəriyyənin tədqiqinə maraq xeyli artmış və bunun nəticəsində də bu sahədə çoxlu elmi tədqiqatlar aparılmışdır. Bu baxımdan Respublikamızda görülən işlər də təqdirə layiqdir. Bununla əlaqədar olaraq görkəmli alim, filosoflarımız Cəmil Əhmədli, Əziz Məmmədov, Səlahəddin Xəlilov, Zeynəddin Hacıyev və başqalarının adlarını çəkmək olar. Bu mənada son illərdə çap olunan Prof. Səlahəddin Xəlilovun “Elm haqqında elm”, Əziz Məmmədovun “ Dialektik idrak və ümumelmi tədqiqat metodları”, “Elmi idrak və onun inkişaf dialektikası”, Əziz Məmmədov, V.İ. İsmayılov və F.Ə. Məmmədovun “Rasionallıq və qeyri- rasionallıq”, Cəmil Əhmədlinin “ Nəzəriyyə, onun tipləri və funksiyaları” kimi iri həcmli əsərlərini xüsusilə vurğulamaq istərdik.

Prof. Ə.Məmmədovunadı çəkilənkitabındanəzəriyyəninelmirasionallığınkomponentivə nəzəribiliyinzirvəsiolması, rasionalidrakıninkişafı prinsipləri: verifikasiya, falsifikasiya, onlarınnəzəriyyəninqurulmasındavə həqiqielmibiliyin əldə edilməsində mühümrolu, rasionalidrakdametodvə metodologiyaanlayışları və digərməsələlər ətraflı tədqiqedilmişdir.

Prof. Cəmil Əhmədlininyuxarıdaadını qeydetdiyimizmonoqrafiyasındaisə rasionalidrakforması olannəzəriyyəninmahiyyətiaçılır, tiplərigöstərilir, qurulmametodları təhliledilir, nəzəriyyənindigərrasionalidrakformaları ilə nisbətiaçıqlanır. Daha sonar nəzəriyyənin funksiyaları təhlil edilir, bir nəzəriyyədən digər nəzəriyyəyə keçidin mexanizmi və amilləri açıqlanır, nəzəriyyənin idrakda funksiyaları araşdırılır. Nəzəriyyənin rasional idrakın digər formaları ilə nisbəti məsələsi, elmi nəzəriyyələrin inkişafı – bir nəzəriyyədən digərinə keçid, nəzəriyyənin inkişafı, təsdiqi və qiymətləndirilməsi kimi problemlər də bu monoqrafiyada işıq üzünə çıxmış məsələlərdəndir. Onu da qeyd edək ki, biz, əsasən yuxarıda adlarını çəkdiyimiz alimlərin əsərlərinə müraciət etmişik.

Müasir insanın gözü qarşısında böyük və coşğun dəyişikliklər baş verir. Həm də bu dəyişikliklər çox sürətli və qarşısıalınmazdır. Onun şüurumuzda təhlili isə aydın və ziddiyətsiz olmur. Bu dəyişikliklər isə daha böyük ölçüdə elm və texnikanın inkişafı ilə şərtlənir. Onun nəticələrinin hansı istiqamətdə (pozitiv yaxud neqativ) olacağı ilə bağlı fikirlər isə birmənalı deyil. Bəlkə də XX əsrin ən böyük paradoksu, bütün böhranların səbəbi də buradan qaynaqlanır.
Ədəbiyyat
1.C. Əhmədli. “Nəzəriyyə, onun tipləri və funksiyaları” Bakı 2008, səh: 238

2.Ə.Məmmədov. “Rasionallıq və qeyri-rasionallıq” Bakı 2010, səh: 880




Yüklə 300,9 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə