Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti


GƏNCLİK DÖVRÜNDƏ HƏYAT YOLU VARİANTININ SEÇİMİ



Yüklə 300,9 Kb.
səhifə6/61
tarix02.01.2022
ölçüsü300,9 Kb.
#1045
1   2   3   4   5   6   7   8   9   ...   61
ƏTTARIN NİŞAPURİ DÖVRÜNÜN SOSİAL-MƏDƏNİ MÜHİTİ

Cəhanbəxş Kiyani

AMEA-Hüquq və Fəlsəfə institutunun dissertanti

j.kiani2000@gmail.com
Açar sözlər:Əttarın Nişapuri, sosial-mədəni mühit, İslam dünyası, Şafi və Hənəfi məzhəbləri, Nişapur, Təsəvvüf və ürfan.

Nişapur İslam dünyasının ən mühüm elmi mərkəzlərindən biri hesab edilirdi. Buranın zəngin kitabxanaları və elmi mərkəzləri mövcud idi. Bu şəhərdə Şafi və Hənəfi məzhəbinə aid bir neçə mədrəsənin fəaliyyət göstərdiyi bilinir. Moğolların hücumları ərəfəsində qanlı hadisələrdə Hənəfilərin 8, Şafilərin 17-dən çox mədrəsəsi dağıdılmışdır. İbn Əsir (XII-əsrdə) qeyd edir ki, Nişapur ən böyük müsəlman şəhəri olması ilə yanaşı, eyni zamanda, elmi mərkəz hesab olunurdu. Ancaq, Qoz tayfaların hücumu nəticəsində bu şəhər dağıdılmış və yağmalanmışdır. Bu dövr dini elmlərin inkişaf etdiyi və dini təəssübkeşliyin yayğın olduğu zaman, əqli və fəlsəfi elmlər qadağan edilmişdir. Nişapur şəhəri sosial-mədəni və islami elmlərin inkişafı, həmçinin ərəb və fars ədəbiyyatının inkişafı baxımdan nəinki, Bağdad və Buxara səviyyəsinə çatmış, hətta demək olar ki, onları keçmişdir. Əttarın bu sosial-mədəni mühitdən təsirlənməməyi mümkün deyildir. Qeyd etmək istərdim ki, o, burada İslamı elmləri dərindən öyrənmişdir. Ancaq, buna baxmayaraq o, bəzən avam camaatın dini təəssübkeşliyinin təsirindən də kənarda qala bilməmişdir.

Əttara görə, əqli elmləri din yolunda fəda etmək lazımdır. Bu məqsədə nail olduqdan sonra, sufilərin yolu ilə addımlamaq lazımdır ki, ilahi zövq, saliki həqiqət aləminə və kamala çatasan. Bu səbəbdən də, Əttar dini elmlərin üstünlüyünü vurğulayaraq qeyd edir ki: “Həqiqi elm, dini elmlərdir, bu elmlər fiqh, təfsir və hədisdən ibarətdir, kimsə bu elmlərdən kənarda, başqa yolla getsə doğru yolda deyildir” (2, s. 65). Təbii ki, Əttarın bu ifadəsini bir mənalı anlamaq mümkün deyildir.

Yuxarıda qeyd edilənlərdən belə bir nəticəyə gəlinir ki, Əttarın uşaqlıq və yeniyetməlik dövründə onun doğulduğu və böyüdüyü şəhər, dövrünün ən böyük mərkəzlərindən olmuş və İslami elmlər baxımdan məşhur mərkəzlərdən biri kimi tanınmışdır. Eyni zamanda, bu şəhər sufi mərkəzlərindən biri hesab edilirdi. Burada, mədrəsə və xanəgahların çox olması Nişapurlu istedadlı və ağıllı gənclərin bu dövrdə mədrəsə və xanəgahlara maraq göstərmələrinə səbəb olmuşdur. Təsəvvüf yolunda irəliləmək istəyən hər bir insan xanəgahlara pənah aparırdılar. Əttar da bu gənclərin arasında idi. Baxmayaraq ki, filosof və yeni düşüncəyə qarşı olanların arasında mübarizə hələ geniş vüsət tapmamışdır, ancaq cəmiyyətdə etiraz edənlərin sayı kifayət qədər idi. Alim və mütəfəkkirlərin əsərlərində tənqid və satirik üslub Əttarın məsnəvilərindəki qədər çox deyildir. Əttarın məsnəvilərində tənqid və satirik üslub əsas hesab edilir və şairin kəlamlarının səmimiliyindən anlamaq olar ki, şair öz şəxsi fikirlərini dəlilərin, ahılların dilindən nəql edirdi. Əlbəttə, bu satirik hücumların obyekti hesab edilən məqam sahibləri, bu etiraz səslərini heç vaxt ciddi qəbul etmirdilər. Bu səbəbdən də, onlar Əttarı susdurmağa belə səy göstərmirdilər. Xalqın əksəriyyəti keçmiş zamanlardan özlərinə təlqin etmişdirlər ki, düz və doğru sözü divanələrdən dilindən eşitmək lazımdır. Onlar, “təqiyə” və fikirlərini gizlədərək öz müxalifləri tərəfindən ehtimal edilən zərərdən qorunurdular, ancaq bu sözlər ağızdan ağıza nəql edilirdi. Üst-üstə Əttarın məsnəvilərində məcnunların və vurğun insanların bu növ satiralardan ibarət onlarca hekayələri mövcuddur. Belə görünür ki, Şeyx Əttarın yaşadığı dövrdə Nişapurda bu tip insanların sayı çox olmuşdur.

Əttarın müridləri öz tənqidi sözlərini izhar edir, heç kəsdən qorxmayaraq yerdən göyə qədər, hər bir şey haqqında cəsarətlə suallar verirdilər. Bu tərəfdən də, şəriətdə məcnun və divanələr üçün heç bir cəza nəzərdə tutulmadığına görə, onlara heç bir irad tutulmurdu. O, bir başqa yerdə divanələrin dilindən həsrət və təəssüflə fəryad edərək qeyd edir ki, “Ya rəbb, əgər məni bu pis gündə aparırsansa, dünyaya gətirməyinin səbəbi nə idi?” (1, s.45). Bir başqa hekayədə bir divanədən soruşurlar ki, Allahı tanıyırsan? Cavab verir ki, “Necə tanımayım ki, məni belə O, yaratmışdır? Məni öz şəhər və diyarımdan qovmuş və ürəyimdən qərarı oğurlamışdır”(1, s. 76).

Əttar, hətta zahid üləmalar və yoxsulların dilindən elə nöqtələrə işarə edir ki, 800 il ondan sonrada nadir hallarda bunlarla üzləşmək olur. Eyni zamanda, torpaq daşıyan bir qoca, Sultan Mahmud Qəznəvinin qarşısında dayanır, onun mal və mülkünü haram hesab edərək ona lənət edir, belə ki, hökmdar çoxlu mal və mülkə sahib olmasına rəğmən, yenə də gecə-gündüz dərvişlərin malını mənimsəyirdi. (3, s. 59) Əttar böyük məharətlə cəmiyyətdə olan bu cür problemləri hekayələrində işıqlandırır. Cəmiyyətdə olan bu problemlərin həll yollarını divanələrin və dərvişlərin dilindən cəmiyyətin ən üst təbəqəsinə çatdırmağa çalışırdı.

Çeğanilərin məşhur əmirlərindn olan Al-Muhtac, həmçinin Simcurilər bu şəhəri öz qərargahına çevirmişdirlər. Sultan Mahmud Qəznəvinin qardaşı Nəsir ibn Nəsrəddin də Nişapur şəhərində Qəznəvilərin ordu başçılığı vəzifəsini yerinə yetirirdi və Nişapur Qəznəvilərin ikinci paytaxtı hesab edilirdi. XII əsr İran tarixində ən dəyərli dövr olmuşdur, hərçənd ki, fars poeziyası və ədəbiyyatının parlaq nümunələri İslamla bütövləşmişdir və elm, fəlsəfə, irfan və təsəvvüf haqqındakı mətnlərin bir çoxu bu dövrdə fars ədəbiyyatının məhsulu və ya təsiri nəticəsində yaranmışdır. Eyni zamanda, bu dövr böhranlı və təlatümlü dövr də hesab edilirdi.

Digər yerli sülalələr o cümlədən, Səlğərilər Farsda, Atabəylər Azərbaycanda və Həzarəsbilər Lorestanda hakimiyyətdə idilər. Şamda Səlcuqlular digərlərindən daha çox gücə malik idilər. Hələ səlib yürüşlərinin ağır nəticələrini unutmamış müsəlmanların başına daha böyük bir bəla gəlmişdir. Moğol sərkərdəsi Çingiz xan, Məhəmməd Xarəzmi şah məmurları tərəfindən qətlə yetirilmiş tacir qismində olan işçilərin qisasını bəhanə edərək İrana hücum etmişdir. Bu vəhşi və talançı etnos hücum etdiyi millətləri sivilizasiya və mədəniyyətləri ilə birgə sarsıtdı və onların siyasi, ictimai, iqtisadi və mədəni quruluşunu tam dağıtdı, belə ki, bu millətlər uzun illər öz tarixi kimliklərindən ayrı düşdülər. Elm mərkəzləri viran edildi, müxtəlif islami və qeyri-islamı elmlər, həmçinin alimlərin irfan haqqındakı əsərlərinin əksəriyyəti yandırıldı.

Nəcməddin Kübra, Fərideddin Əttar və s. kimi alim və şairlər zalım moğolların hücumları nəticəsində şəhid edildilər. Hərçənd ki, Şeyx Əttarın dövründə ictimai baxımdan xaos və geriləmə son həddinə çatmışdır, amma məhz bu dövrdə elm, ədəbiyyat və təsəvvüf ən parlaq dövrlərini yaşayırdı. Bu dövrdə “Qoz” tayfaları İranın şimal şəhərlərində yaşayırdılar. XI əsrin sonlarından etibarən, bu tayfalar İran ərazisinin mərkəzi bölgələrinə köçlərini başlatdılar. Başlanğıcda, Buxarada məskun-laşan Səlcuqlular, sonralar İraq və Azərbaycana köçdülər. Bu etnosun İranı istilası zülm, qətl və qan tökməklə müşayiət edilirdi. Sultan Səncər dövründə onlar əhalini incitmədən Bəlx şəhəri ətrafında yaşayırdılar. Amma, Sultan Səncərin əmiri Qmac onlardan şübhələnməyə başladı və onlara Bəlx bölgəsini tərk etmələrini əmr etdi. Qozlar bu əmrə məhəl qoymadılar və başqa tayfaları ilə birləşərək əmir Qmacla müharibə etdilər. Bu müharibədə əmir məğlub oldu və Qozlar qarətə və əhalini əsir götürməyə başladılar. Əmir onlardan Sultan Səncərə şikayət etdi, Sultan Səncər onları fəth etdiyi torpaqları tərk etməyə çağırdı. Qozlar qəbul etmədilər, aralarında baş vermiş müharibədə Sultanın əmirləri qətlə yetirildi və Sultan özü isə əsir düşdü. Qozlar Sultanı öldürməyib onu öz Sultanları kimi qəbul etdilər. Elə bu etnosun qətl və qarəti də bu zamandan başlandı. Qətl, qarət və talanların misli bərabəri yox idi. Moğol hücumundan əvvəl Qoz etnosunun dəhşətli müsibəti İranın məzlum millətinin başına gələn ən böyük bəla idi. Şəhərlər vaxt aşırı bir neçə zalım və qaniçən əmirlərin vasitəsi ilə viran edilirdi və qətl, cinayət və insanlara qarşı hörmətsizlik və təhqir geniş vüsət almışdır.

Dini mühitə gəldikdə isə, Nişapur şəhərin əhalisinin əksəriyyəti sünni məz-həbinin “Şafi” qoluna etiqad edirdilər. Onların az bir hissəsi isə “Hənəfi” qoluna bağlı idilər. Əhalinin bir qismi isə “Şiə”, digər bir qismi isə “Kəramilərdən” hesab edilirdi. Kəramilər Sultan Mahmud Qəzvinin dövründə hakimiyyətə gələrək, şiələr ilə düşmənçilik edir və onlara təzyiq göstərirdilər. Şəhərdə qeyri-müsəlmanlardan da bir qrup yaşayırdı. Məhəmməd ibn Münəvvər “Əsrarut-töhvid” kitabında yazır ki, Nişapurda bir qrup yəhudi və xristian da yaşayırdı. Bu şəhərdə kilsə də mövcud olmuşdur. Bu məscidləri xorasanlı Əbu Müslim inşa etmiş, Əmir ibn Leys Səffari isə təmir etdirmişdir. Bu da ona səbəb olmuşdur ki, sufilər də özləri üçün mərkəzlər inşa etsinlər və orada təzkiyeyi nəfs edib camaatı irşada dəvət etsinlər. O dövrdə, Nişapur şəhərində sufilərin məşhur xanəgahlarına misal olaraq Sənduqi, Tusi, Əbülfəz Ələ-midul Xəşab, həmçinin Məhəmməd və Səlimi xanəgahlarını göstərmək mümkündür.

Nişapur şəhərində sufilərə məxsus başqa növ mərkəzlər də mövcud idi ki, bunlar yoldan keçən dərvişlərin istirahət etməsi üçün nəzərdə tutulurdu. Bunlara misal Əbu Səid ibn Əbul-Xeyr mərkəzlərini və ona bənzər digərlərini göstərmək mümkündür.

Əttarın dini etiqadına gəldikdə isə,onun əsərlərindən məlum olur ki, o sünni məzhəbinə etiqad etmişdir. Onun üç xəlifəyə olan odlu-alovlu məhəbbəti və “Xosrovnamə” məsnəvisində Şafi və Əbu Hənifəyə həsr etdiyi mədhiyyələr, həmçinin “Təzkirətul- övliya” əsərində sünni liderlərinə göstərdiyi hörmət və ehtiram onun sünni olmasının inkar edilməz bir sübutudur (3, s. 37-40; 1, s. 32-40). Eyni zamanda, qeyd edilənlərə rəğmən, Qazi Nurullah Şüştəri onun Həzrəti Əli haqqındakı fikirləri, məhəbbət və hörmətlinə əsaslanaraq onu əsl şiə hesab etmişdir.



Xülasə:Nişapur İslam dünyasının ən mühüm elmi mərkəzlərindən biri hesab edilirdi. Buranın zəngin kitabxanaları və elmi mərkəzləri mövcud idi. Bu şəhərdə Şafi və Hənəfi məzhəbinə aid bir neçə mədrəsənin fəaliyyət göstərdiyi bilinir. Moğolların hücumları ərəfəsində qanlı hadisələrdə Hənəfilərin 8, Şafilərin 17-dən çox mədrəsəsi dağıdılmışdır. Moğol sərkərdəsi Çingiz xan, İrana hücum etdi zaman-da, bu vəhşi və talançı etnos hücum etdiyi millətləri sivilizasiya və mədəniyyətləri ilə birgə sarsıtdı və onların siyasi, ictimai, iqtisadi və mədəni quruluşunu tam dağıtdı, belə bir xaus dövrdə ƏttaraNişapuri yaşadı və yaratdi.

ƏttaraNişapuri görə, əqli elmləri din yolunda fəda etmək lazımdır. Bu məqsədə nail olduqdan sonra, sufilərin yolu ilə addımlamaq lazımdır ki, ilahi zövq, saliki həqiqət aləminə və kamala çatasan. Əttarın məsnəvilərində tənqid və satirik üslub əsas hesab edilir və şairin kəlamlarının səmimiliyindən anlamaq olar ki, şair öz şəxsi fikirlərini dəlilərin, ahılların dilindən nəql edirdi.

Əttar böyük məharətlə cəmiyyətdə olan bu cür problemləri hekayələrində işıqlandırır. Cəmiyyətdə olan bu problemlərin həll yollarını divanələrin və dərvişlərin dilindən cəmiyyətin ən üst təbəqəsinə çatdırmağa çalışırdı. Əttarın dini etiqadına gəldikdə isə,onun əsərlərindən məlum olur ki, o sünni məzhəbinə etiqad etmişdir. Onun Həzrəti Əli haqqındakı fikirləri, məhəbbət və hörmətlinə əsaslanaraq onun nə qədər obyektiv və tolerant düşüncəyə malik olmasını göstərir.

Ключевые слова: Аттар Нишапури, социально-культурная среда, исламский мир, Шафи и Ханафитские конфессии, Нишапур, мудрость и суфизм.


Резюме

Нишапур, считался одним из самых важных научных центров исламского мира. Здесь были богатые библиотеки и научные центры. В этом городе известна деятельность медресе (школ), принадлежащих Шафи и Ханафитским конфессиям. Накануне нападения монголов, во время кровавых событий были уничтожены 8 школ Ханафитов и более 17 школ Шафитов. Монгольский командир Чингисхан, во время нападения на Иран со своим диким и разрушительским этносом, потряс народы вместе с цивилизацией и культурой, полностью разрушил их политическую, общественную, экономическую и культурную структуры, в такое хаотическое время жил и творил Аттар Нишапури.

По мнению Аттар Нишапури, умственные науки следует принести в жертву религии. После достижения этой цели, надо идти по стопам суфиев, чтобы достичь божественного блаженства, царства реальности и совершенства. В куплетах Аттар главным считается критика и сатирический стиль, из искренности слов поэта можно понять, что поэт свое личное мнение пересказывал с уст безумных и пожилых.

Аттар в своих рассказах умело освещает такие проблемы в обществе. Для решения этих проблем в обществе он стремился доносить до верхнего слоя общества эти проблемы путем уст дервишей и безумных.

Что касается религиозной веры Аттар, то по его произведениям становится ясно, что он был суннитом. Его мысли о Хазрат Али, основываясь на его любви и уважении к нему, показывает, насколько он обладает объективными и толерантными мыслями.
Fars dilində ədəbiyyat


  1. عطارنیشابوری، منطق الطیر. به کوشش صادق گوهرین. تهران. ترجمه ونشر کتاب. سال1342.

  2. عطارنیشابوری، تذکره الاولیا. به کوشش محمد استعلامی. تهران: زوار، سال 1346.

  3. عطارنیشابوری، مصیبت نامه به تصحیح نورانی وصال: انتشارات زوار، سال1338.

  4. عطارنیشابوری، تذکره الاولیا. به کوشش محمد استعلامی. تهران: زوار، سال 1346.

  5. عطارنیشابوری، مصیبت نامه به تصحیح نورانی وصال: انتشارات زوار، سال1338.




Yüklə 300,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə