Azərbaycan respublikasinin



Yüklə 495,55 Kb.
Pdf görüntüsü
səhifə1/59
tarix02.01.2022
ölçüsü495,55 Kb.
#40163
  1   2   3   4   5   6   7   8   9   ...   59
mh



 

1

 



AZƏRBAYCAN RESPUBLİKASININ 

İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİLİ 

(OMBUDSMAN) 

 

 



 

 

 



 

 

 

 

MƏHKUMLARIN HÜQUQİ VƏZİYYƏTİ 

 

 



 

 

 



 

 

 



 

 

BAKI 2003 

  



 

2

AZƏRBAYCAN RESPUBLİKASININ 



İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİLİ 

(OMBUDSMAN), PROFESSOR 



ELMİRA SÜLEYMANOVANIN 

ÜMUMİ REDAKTƏSİ İLƏ 

 

Rəyçilər: 

 

1. Aydın Qasımov 



Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini,  

Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi 

2. Musa Hümbətov 

Bakı Dövlət Universitetinin müəllimi, beynəlxalq ekspert 

 

Tərtib edən: 

 

Aydın Səfixanlı 



Azərbaycan Respublikasının  İnsan Hüquqları üzrə Müvəkkilinin 

(Ombudsmanın) Aparatı Elmi-analitik şöbənin baş məsləhətçisi 

 

Məhkumların hüquqi vəziyyəti, Bakı, Qanun 2003, s. 60 

 

BMT-nin İnkişaf Proqramının maliyyə dəstəyi ilə dərc edilən bu kitabda 



məhkumların milli qanunvericilikdə və beynəlxalq sənədlərdə təsbit olunmuş 

hüquq və vəzifələri təhlil edilmişdir. 

Kitab cəza məhkumların, cəzaçəkmə müəssisələrinin işçi heyyətinin, 

hüquqşünasların, insan hüquq və azadlıqları problemləri ilə  məşğul olan 

qeyri-hökumət təşkilatlarının, habelə ali məktəb müəllimlərinin və 

tələbələrinin istifadəsi üçün tövsiyyə olunur. 

 

Q      1300130003-014    03-014 



                                 Az2 

              AB022051 

 

© Azərbaycan Respublikasının  İnsan Hüquqları üzrə Müvəkkili 



(Ombudsman)  

© Qanun 


  


 

3

Məhkumların hüquqi vəziyyəti 



 

 

 



Mündəricat: 

 

 



Ön söz…………………………………………………………………….4 

1. Azərbaycan Respublikasının Qanunvericiliyində  məhkumların 

hüquqi vəziyyəti…………………………………………………………...…6 

2. Məhbuslarla beynəlxalq minimal standart davranış 

qaydaları……………………………….……………………………………17 

3. Avropa 

penitensiar 

qaydaları………………………………………35 

4. 

İstifadə olunmuş ədəbiyyat……………………...…………………57 




 

4

Ön söz 



 

Müstəqillik əldə etdikdən sonra hüquqi dövlət quruculuğu yolunu seçmiş 

Azərbaycan Respublikası insan hüquqlarının və azadlıqlarının təmin 

edilməsini dövlətin ali məqsədi kimi qəbul edərək, bu sahədə bir sıra hüquqi 

islahatlar həyata keçirməyə başladı. 

Azərbaycan Respublikası beynəlxalq hüquq normalarının primatlığı 

prinsipini qəbul edərək, öz milli qanunvericiliyini beynəlxalq müqavilələrin 

normalarına uyğun təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata 

keçirmişdir. 

1995-ci il 12 noyabr tarixdə  qəbul edilmiş Azərbaycan Respublikasının 

ilk milli Konstitusiyasında insan hüquqlarına dair beynəlxalq müqavilələrdə 

nəzərdə tutulmuş insan hüquq və azadlıqları tam və  əhatəli  şəkildə  təsbit 

olunmuşdur. 

Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş insan və 

vətəndaş hüquqlarının daha effektiv təmin edilməsi məqsədi ilə Azərbaycan 

Respublikasının Prezidenti bu sahədə mühüm fərman və  sərəncamlar 

imzalamışdır. 

Azərbaycan Respublikasının Prezidentinin «İnsan və  vətəndaş 

hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında» 

1998-ci il 22 fevral tarixli Fərmanı insan və  vətəndaş hüquqlarının təmini 

istiqamətində mühüm tədbirlər planı müəyyən etmişdir. Həyata keçirilən 

tədbirlərin səmərəliyini artırmaq məqsədi ilə Azərbaycan Respublikası 

Prezidentinin 1998-ci il 18 iyun tarixli 832 saylı  Sərəncamı ilə  «İnsan 

hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı» təstiq edilmişdir. 

Azərbaycanda insan hüquqlarının qorunması ilə bağlı aparılan islahatların 

bir istiqaməti də  məhkumların hüquqlarının qorunması  məqsədi ilə 

penitensiar sahədə həyata keçirilən tədbirlərdir. 

Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci ildən qüvvəyə minmiş 

yeni Cəzaların  İcrası  Məcəlləsi ölkədə  həyata keçirilən məhkəmə-hüquq 

islahatlarının tərkib hissəsidir. Azərbaycan Respublikasının ilk müstəqil 

Konstitusiyasına, dövlətimizin tərəfdar çıxdığı beynəlxalq sənədlərə müvafıq 

hazırlanmış bu yeni qanunverici akt öz humanistliyinə, demokratikliyinə  və 

insan hüquq və azadlıqlarının etibarlı  təminatına imkan yaradan icra 

mexanizminə görə sabiq məcəllədən kəskin şəkildə fərqlənir. Yeni məcəllədə 

diqqəti xüsusilə  cəlb edən məsələlərdən biri də  məhkumların hüquqi 

vəziyyətinin kifayət qədər geniş və ətraflı müəyyən 

  



 

5

edilməsidir. Belə ki, sabiq İslah  Əmək Məcəlləsində  məhkumların hüquqi 



vəziyyətinə aydınlıq gətirən məsələyə  cəmi bir maddə  həsr olunmuşdursa

yeni məcəllədə  məhkumların hüquqi vəziyyətinə müstəqil bölmə  həsr 

olunmuş, məhkumların malik olduğu hüquq və azadlıqlar daha əhatəli şəkildə 

öz təsbitini tapmışdır. Məlumdur ki, məhkumların hüquqi vəziyyəti onların 

hüquq və azadlıqlarının, qanuni mənafelərinin və vəzifələrinin məcmusundan 

ibarətdir. Məhkumların  əsas hüquqlarının bilavasitə qanunverici tərəfindən 

müəyyən edilməsi heç də təsadüfi deyildir. Qanunverici bununla məhkumları 

cəzaların icrası prosesində iştirak edən əsas subyektlər sırasına daxil etmiş və 

islah olunma prosesində onların iştirakının vacibliyini bir daha göstərmişdir. 

Qeyd olunanlarla əlaqədar son illərdə məhkumların bu hüququnun həyata 

keçirilməsi, yəni onlara öz hüquq və azadlıqları, vəzifələri barəsində məlumat 

verilməsi sahəsində istər dövlət, istərsə qeyri-hökumət təşkilatları tərəfındən 

müəyyən işlər görülsə  də, bu tədbirlərin fəal  şəkildə davam etdirilməsinə 

yenə  də ehtiyac duyulur. Bu ehtiyacı  nəzərə alaraq Azərbaycan 

Respublikasının  İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı 

«Məhkumların hüquqi vəziyyəti» adlı kitab hazırlamışdır. Kitabda 

Azərbaycan Respublikasının Konstitusiyasına və  Cəzaların  İcrası 

Məcəlləsinə istinadən məhkumların hüquqi vəziyyətinə kifayət qədər  ətraflı 

aydınlıq gətirilmişdir. Burada ardıcıllıqla məhkumların  əsas hüquqları  təhlil 

edilmiş, cəza çəkən  şəxslərin vəzifələrinə  və onlara riayət edilməsinin 

vacibliyinə diqqət yetirilmişdir. Kitabda diqqəti onun anlaşıqlı dildə 

yazılması  cəlb edir. Kitaba məhkumların hüquq və azadlıqlarının 

müdafiəsinə, onlarla davranışa həsr olunmuş iki beynəlxalq sənədin  əlavə 

edilməsi onun faydalılığını daha da artırır. 

Kitab cəza çəkən məhkumların, cəzaçəkmə müəssisələrinin işçi heyətinin, 

hüquqşünasların, insan hüquq və azadlıqları problemləri ilə  məşğul olan 

qeyri-hökumət təşkilatlarının, habelə  təhsil müəssisələrinin istifadəsi üçün 

tövsiyyə olunur. 

Azərbaycan Respublikasının  İnsan Hüquqları üzrə Müvəkkili 

(Ombudsman) E. Süleymanova 

  



 

6

1. Azərbaycan Respublikasının Qanunvericiliyində  məhkumların hüquqi 



vəziyyəti 

Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddəsinə  əsasən, 

Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan 

Respublikası vətəndaşlığından məhrum edilə bilməz. 

Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan 

Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz. 

Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya 

daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə 

təminat verir və onlara hamilik edir. 

Məhkum - barəsində  cəza təyin edən məhkəmə hökmü qanuni qüvvəyə 

minmiş şəxsdir. 

Azərbaycan dövləti məhkumların hüquq və azadlıqlarına, qanuni 

mənafelərinə hörmət edir və onları qoruyur, məhkumlara islah edilmə 

vasitələrinin tətbiq edilməsinin qanuniliyini, cəzaların icrası zamanı onların 

hüquqi müdafiəsini və şəxsi təhlükəsizliyini təmin edir. 

Cəzaların icrası  və  çəkilməsi zamanı  məhkumların qanunvericiliklə 

nəzərdə tutulmuş hüquq və azadlıqları təmin olunur. 

Məhkumların hüquq və azadlıqları yalnız qanunvericiliklə müəyyən 

olunmuş qaydada məhdudlaşdırıla bilər. 

 


Yüklə 495,55 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin