Azərbaycan Respublikasında son illərdə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biri də əmək bazarının inkişafı və işçi qüvvəsindən səmərəli istifadə edilməsidir



Yüklə 26,5 Kb.
tarix30.03.2022
ölçüsü26,5 Kb.
#54459

ƏMƏK BAZARI

Azərbaycan Respublikasında son illərdə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biri də əmək bazarının inkişafı və işçi qüvvəsindən səmərəli istifadə edilməsidir.

Ölkədə aparılan islahatlar iqtisadiyyatda əsaslı keyfiyyət dəyişikliklərinə səbəb olmuş, dinamik iqtisadi inkişaf təmin edilmişdir. Regionların iqtisadi inkişafının təmin edilməsi, əhalinin sosial rifahı və həyat səviyyəsinin daha da yüksəldilməsi, ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafı istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. Əhalinin məşğulluğunu təmin etmək məqsədilə yeni iş yerləri, müəssisələr, infrastruktur obyektləri və s. yaradılmışdır.

2020-ci ildə ölkədə iqtisadi fəal əhalinin sayı 2005-ci illə müqayisədə 872,4 min nəfər artaraq 5252,5 min nəfər olmuş, onların da 4876,6 min nəfərini iqtisadiyyatda məşğul olanlar, 375,9 min nəfərini isə işsiz əhali təşkil edir.

Son illər ölkə iqtisadiyyatında aparılan islahatlar nəticəsində əmək bazarında əhəmiyyətli dərəcədə müsbət dəyişikliklərə nail olunmuşdur. Belə ki, 2005-ci ildə dövlət sektorunda çalışanların xüsusi çəkisi iqtisadiyyatda məşğul olanların ümumi sayının 30,3 faizini təşkil edirdisə, 2020-ci ildə bu göstərici 23,0 faizə enmiş, qeyri-dövlət sektorunda işləyənlərin sayı isə bu dövrdə 1,3 dəfə artmışdır.

2020-ci ildə istehsal sahələrində (kənd təsərrüfatı və balıqçılıq, sənaye, tikinti) 2486,0 min nəfər və ya iqtisadiyyatda məşğul olanların ümumi sayının 51,0 faizi qədər işçi çalışmış, xidmət sahəsində isə məşğul olanların sayı 2390,6 min nəfər olmuşdur ki, bu da məşğul əhalinin 49,0 faizini təşkil emişdir.



2020-ci ildə iqtisadiyyatda məşğul olan əhalinin ümumi sayından 1698,7 min nəfəri və yaxud 34,8 faizi muzdla işləyənlərin payına düşmüşdür. Muzdla işləyənlərin əksəriyyəti iri və orta müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur.

2005-2020-ci illər ərzində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 6 dəfə artaraq 707,7 manat təşkil etmişdir.
Yüklə 26,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin