Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi
Azərbaycan Texniki Universiteti
Fənnin adı: Əks-əlaqəli idarəetmə sistemləri
Kafedra: Avtomatika və idarəetmə
Sərbəst iş
İşin adı: Əks əlaqəli idarəetmə sistemlərin təsnifatı
Fakültə: İnformasiya və Telekommunikasiya Texnologiyaları, Yüksək Təhsil İnstitutu
İxtisas: Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi
İxtisaslaşma: Hərəkət edən obyektdə olan rabitə vasitələri
Qrup: M363a11
Kurs: I
Müəllim: Fərhadov Vahid
Tələbə: Mehralıyeva Leyla
BAKI-2023 Mündəricat
Avtomatik tənzimləmə sistemləri
Tənzimləmə və ya stabilləşdirmə idarəetmənin xüsusi halıdır.
Tərif. Müxtəlif maşın, aparat və aqreqatların iş rejimlərinin insanın iştirakı olmadan texniki vasitələrin köməyi ilə sabit saxlanılması və ya müəyyən qanun üzrə dəyişdirilməsi avtomatik tənzimləmə adlanır.
Tənzimləmədə məqsəd obyektin çıxış y(t) kəmiyyətinin (temperatur, təzyiq, yerdəyişmə, bucaq sürəti və s.) müəyyən xəta daxilində sabit və ya zamana görə dəyişən g(t) tapşırığına (məqsəd) bərabər olmasını təmin etməkdən ibarətdir:
Tənzimləmə prosesi sonsuz zaman ərzində həyata keçirilir. Praktiki baxımdan müəyyən dəqiqlik təmin olunduqdan sonra tənzimləməni bitmiş hesab etmək olar. Lakin obyekt böyük zaman intervalında fəaliyyət göstərdiyindən bu dəqiqlik ATS tərəfindən saxlanılmalıdır.
İlk baxışdan çox sadə görünən (1.1) münasibətinin təmin olunması aşağıdakı prinsipial çətinliklərlə əlaqədardır.
1. Keçid prosesinin meydana çıxması.Tənzimlənən obyektlər dinamik obyekt olduğundan tapşırıq g(t) dəyişdirildikdə sistemdə keçid prosesi baş verir. Bu zaman (1.1) münasibəti pozularaq xətası kəskin artır. Əgər sistem düzgün qurulmuşdursa, onda müəyyən vaxtdan sonra keçid prosesi sönür və (1.1) münasibəti müəyyən xəta daxilində bərpa olunur. Göründüyü kimi keçid prosesinin meydana çıxması ziyanlı olsa da labüddür. Keçid prosesini tam ləğv etmək çox enerji tələb etdiyindən sərfəli olmur. Bu səbəbdən yeganə çıxış yolu keçid prosesini yaxsılaşdırmaqdır. Məsələn, onun mövcud olma müddətini, rəqsililiyini və s. azaltmaq olar.