Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi



Yüklə 306,52 Kb.
Pdf görüntüsü
səhifə1/17
tarix07.01.2024
ölçüsü306,52 Kb.
#202891
  1   2   3   4   5   6   7   8   9   ...   17
STANDARTLAŞDIRMA 1-10



Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi 
Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec 
Sərbəst iş
Şöbə: Humanitar ixtisasları (Əyani) 
İxtisas: Ətraf mühitin mühafizəsi və bərpası 
Fənn: Ekoloji standartlaşdırma və sertifikatlaşdırma 
Qrup: 159 
Bölmə: Azərbaycan 
Tələbə: Xəlilov Amal 
Müəllim: Əhədova Tutu 
Bakı 2023 


Sərbəst iş N°_ 1 
 Müəssisələrdə təbiətdən səmərəli istifadə 
Təbii ehtiyatlardan səmərəli istifadə və ekoloji aspekt 
Bəşəriyyət üçün zəruri olan Günəş enerjisi, Yerin daxili istiliyi, mineral 
ehtiyatları, su, iqlim, torpaq, bitki örtüyü, heyvanlar aləmi təbii ehtiyatların əsas 
növləridir. İnsan özü də təbiətin bir hissəsidir. Təbii ehtiyatlar insan 
cəmiyyətindən əvvəl yaranmış və onsuz mövcud olmuşdur. Bizim günümüzə 
qədər Yer kürəsi mürəkkəb yol keçmiş, kosmik və planetar fəlakətlərə düşmüş, 
biosferi məhvetmə-parçalanma hüduduna salmışdır. Lakin hər dəfə daxili 
enerjisi hesabına çətin vəziyyətdən çıxa bilmiş, həyat yenidən canlanmışdır. 
İlk dəfə, XIX əsrin əvvəllərində istiləşmə müşahidə olunmağa başlandı və bu, 
XIX əsrin birinci yarısına qədər davam etmişdir. Bunun yaranmasının əsas 
səbəbi isə sənayenin inkişafı ilə əlaqədar idi. Bu isə təbiətdə ekoloji tarazlığın 
pozulmasının əsasını qoymuşdur. Bu cür sənayeləşmiş cəmiyyətin insanı 
təbiətdən faydalanmaq istəyirdi: belə cəmiyyətdə iqtisadiyyatın sürətlə inkişafı 
daha çox xammal və enerji tələb edirdi. Həmçinin, qeyd etmək istərdim ki, bu 
mənbələrin bizi əhatə edən təbiətdən alınması üçün texniki imkanlar da 
durmadan artır, bu isə təbiətə olan təsirin artmasına səbəb olurdu. İnsanın 
təbiətdə və cəmiyyətdə sağlam həyatı, praktiki-dəyişdirici fəaliyyəti elə obyektiv 
ölçüsüdür ki, bu ölçüdən kənara çıxdıqca insan fəaliyyəti öz mənasını itirir. 
K.Marks yazır: “Tarixin özü təbiət tarixinin, təbii insanın əmələ gəlməsinin 
həqiqi hissəsidir”. İndi dünya artıq elə bir vəziyyətə gəlib çatmışdır ki, bunun 
əsasında təbiət tarixi məhv ola bilər. Lakin bununla bərabər insan tarixinin məhv 
olması zəruriliyi də labüd ola bilər. Buna görə də, cəmiyyət və təbiət 
münasibətlərinin harmonikləşdirilməsi praktiki-dəyişdirici fəaliyyət probleminin 
ən mühüm aspektidir. Həmin praktiki dəyişdirici fəaliyyətdə elmin, istehsalın və 
biliyin ekolojiləşməsi mühüm yer tutmalıdır. Bizim yaşadığımız Yer kürəsində 
hər şey qarşılıqlı əlaqədədir. Ona görə də, bir şeydən istifadə etdikdə digərinin 
zədələnməməsi mümkün deyil. Buna misal olaraq qeyd etmək istərdik ki, 
müxtəlif mənbələrdən ətraf mühitə atılan qazşəkilli tullantılar daima atmosferdə 
olmuşdur. Lakin bu gün onu söyləmək olar ki, atmosferdə olan zərərli 
birləşmələrin ümumi miqdarının yarısı sənaye tərəfindən ətrafa atılan toksiki 
maddələrdir. Təbiətdə olan birləşmələrlə müqayisədə sənaye rayonlarının 
havasında sənaye mənşəli kükürdlü tullantıların həcmi dəfələrlə çoxdur. Ətraf 
mühiti daha çox bir sıra neft məhsullarının və kömürün yanmasından əmələ 
gələn kükürdlü qaz çirkləndirir. Rütubətli havada kükürd anhidridi su ilə 
birləşərək kükürd turşusu yaradır. Nəticədə isə turşulu yağışlar əmələ gəlir. Bu 
yağışlar yerə düşərək Yerdə yaşayan bütün canlıları məhv edir, metalların 


korroziyasına səbəb olur. Daha təhlükəlisi isə atmosferin karbon qazı və dəm 
qazı ilə çirklənməsidir. Hal-hazırda atmosferdə olan karbon qazının demək olar 
ki, yarısı antropogen mənşəlidir. Bunun əsas hissəsi yanacağın yanması zamanı 
əmələ gəlir. İnsan sağlamlığı üçün də karbon qazı çox təhlükəli hesab olunur. 
Çünki insan orqanizminə nəfəs vasitəsi ilə daxil olan karbon qazı qana keçdikdə 
oksigenlə müqayisədə hemoqlobinlə 200-300 dəfə tez birləşir və ağır, bəzən 
ölümlə nəticələnən zəhərlənməyə gətirib çıxarır. Xüsusilə, vurğulamaq yerinə 
düşər ki, xoşagəlməz faktorlardan biri də iqtisadiyyatın ekologiya üzərində 
dominant vəziyyətdə olmasıdır. Təbiətə olan antropogen təsir günü-gündən 
artmaqdadır. Bunun nəticəsində illər sonra ekosistem məhv ola bilər. Bunun baş 
verməməsi üçün isə hər kəs təbiətə şüurlu şəkildə yanaşmalı təbii ehtiyatlardan 
elə istifadə etməlidir ki, gələcək nəsil üçün də ehtiyat saxlansın. Yəni, bu 
günümüzü deyil, gələcəyimizi düşünərək addım atmalıyıq. Çünki təbiətə necə 
münasibət göstərsək, o da bizə qarşılıq olaraq elə münasibət göstərəcək. 
Cəmiyyətdə bəzilərimiz belə hesab edə bilərik ki, müasir dövrdə biz 
sənayeləşmədən sonrakı dövrdə yaşayırıq, çünki müxtəlif təmizləyici qurğular 
inşa edilir, tükənməkdə olan ehtiyatlardan səmərəsiz şəkildə istifadə olunur, 
nəsli kəsilməkdə olan heyvanların artırılması üzrə işlər aparılır, çirklənmiş su 
hövzələri təmizlənir. Amma bütün bunlar vəziyyəti sabitləşdirmir. 

Yüklə 306,52 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin