Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında



Yüklə 15,02 Kb.
səhifə1/6
tarix28.12.2021
ölçüsü15,02 Kb.
#17001
növüQaydalar
  1   2   3   4   5   6

Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA QANUNU



 

Bu Konstitusiya Qanunu Azərbaycan Respublikası Konstitusiyasının 108-ci maddəsinin II hissəsinə uyğun olaraq, əvvəllər Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin (bundan sonra – “keçmiş Prezident”) və onun ailə üzvlərinin təminatı qaydalarını müəyyən edir.



Maddə 1.    Anlayışlar

1.1. Bu Konstitusiya Qanununda “keçmiş Prezident” dedikdə, aşağıdakı şəxslər nəzərdə tutulur:

1.1.1. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutmuş şəxs;

1.1.2. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutmuş və vəfat etmiş şəxs;

1.1.3. Azərbaycan Respublikası Konstitusiyasının 104-cü maddəsinə uyğun olaraq Prezident səlahiyyətlərinə xitam verilmiş şəxs.

1.2. Bu Konstitusiya Qanununda “keçmiş Prezidentin arvadı (əri)” dedikdə, keçmiş Prezidentin vəfat etdiyi tarixdə onunla qanuni nikahda olan arvadı (əri) nəzərdə tutulur.

1.3. Bu Konstitusiya Qanununda “öhdədə olan uşaq” dedikdə, vəfat etmiş keçmiş Prezidentin 18 yaşına çatmamış və öhdəsində olan uşağı, o cümlədən övladlığa götürülmüş uşağı və ya ögey uşağı nəzərdə tutulur.



Yüklə 15,02 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə