Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları testləri 501 test



Yüklə 0,62 Mb.
səhifə1/8
tarix23.02.2020
ölçüsü0,62 Mb.
#30518
  1   2   3   4   5   6   7   8
Azərbaycan Respublikası Konstitutsiyası və hüququn əsasları

Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları testləri

501 test
1. Subyektin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir:

A) Hərəkət qabiliyyəti

B) Hüquq qabiliyyəti

C) Mülki hüquq qabiliyyəti

D) Fəaliyyət qabiliyyəti

E) Hüquqi nöqsansızlıq


2. Veksellər və konosamentlər qiymətli kağızların hansı növünə daxildir?

A) Ordersiz qiymətli kağızlara

B) Orderli qiymətli kağızlara

C) Adlı qiymətli kağızlara

D) Təqdimedici qiymətli kağızlara

E) Əmanət kitabçalarına


3. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının qanunu neçənci ildə qəbul edilmişdir?

A) 1994-cü ildə

B) 1996-cı ildə

C) 1998-ci ildə

D) 1999-cu ildə

E) 1997-ci ildə


4. Mülkiyyətçidən dövlət mənafeyi və ya ictimai mənafe üçün dəyəri ödənilməklə əmlakın dövlət tərəfindən alınması nə adlanır?

A) Müsadirə

B) Rekvizisiya

C) Milliləşdirmə

D) Emal

E) Tapıntı


5. 14 yaşından 18 yaşınadək olan məhdud fəaliyyət qabiliyyətli şəxslərlə bağlı aşağıdakılardan hansı düzdür?

A) Onların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər

B) Onlar əqdləri yalnız öz qanuni nümayəndələrinin - valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yazılı razılığı ilə bağlaya bilərlər

C) Onların vurduğu ziyana görə valideynləri, övladlığa götürənlər və ya qəyyumları məsuliyyət daşıyırlar

D) Bu şəxslər vurduqları ziyana görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşımırlar

E) Heç bir əqd bağlamaq hüquqları yoxdur


6. Aşağıdakılardan hansı əqdlərin bağlanma şərtlərindən biri deyil?

A) təxirəsalıcı şərt

B) pozitiv şərt

C) neqativ şərt

D) hüquqi şərt

E) ləğvedici şərt


7. Cinayət qanununun məkana görə qüvvəsinin əsaslandığı prinsiplərdən biridir:

A) cinayət qanununun məxfilik prinsipi

B) cinayət qanununun açıqlıq prinsipi

C) cinayət qanununun real prinsipi

D) cinayət qanununun müntəzəmlik prinsipi

E) cinayət qanununun ədalətlilik prinsipi


8. Subyektin cinayət törətdiyi zaman rəhbər tutduğu, dərk olunmuş daxili arzusunun şərtləndirilmiş tələbatı və maraqlarıdır:

A) Təqsir

B) Cinayətin məqsədi

C) Cinayətin motivi

D) Cinayətin subyektiv cəhəti

E) Cinayətkar hərəkət


9. Əgər şəxsin hərəkətlərindən onun iradəsini müəyyən etmək mümkündürsə bu, ................................. adlanır.

A) Düzünə iradə ifadəsi

B) Birbaşa iradə ifadəsi

C) Həqiqi iradə ifadəsi

D) Dolayı iradə ifadəsi

E) Susmaq nəticəsində iradə ifadəsinin bildirilməsi


10. Dövlətin funksiyalarının əsas tipologiyasına hansılar daxildir?

1) Sosial funksiya

2) Daxili funksiya

3) Tərbiyəvi funksiya

4) İqtisadi funksiya

5) Xarici funksiya

A) 3, 4

B) 1, 2, 4

C) 1, 2, 4, 5

D) 2, 5


E) 1, 2, 3, 4, 5
11. Azərbaycan Respublikasının Konstitusiyasına görə qanunvericilik təşəbbüsü hüququna malik deyil:

A) Azərbaycan Respublikasının Baş Naziri

B) Azərbaycan Respublikasının Ali Məhkəməsi

C) Azərbaycan Respublikasının Prezidenti

D) Azərbaycan Respublikasının Prokurorluğu

E) Naxçıvan Muxtar Respublikasının Ali Məclisi


12. Cinayətin törədilməsində təqsirləndirilən şəxs hansı halda özünün təqsirliliyini sübuta

yetirməyə borcludur?

A) Cinayətin araşdırılması üçün borcludur

B) Heç bir halda borclu deyildir

C) Şəxs bəraət almaq üçün təqsirsizliyini subuta yetirməyə borcludur

D) Subutlar olmadan şəxsin təqsirsiz sayılması mümkün deyildir

E) Şəxsin barəsində şübhələr varsa, o, öz təqsirsizliyini sübuta yetirməyə borcludur


13. Azərbaycan Respublikası Milli Məclisi deputatının toxunulmazlığına hansı subyektin qərarı ilə xitam verilə bilər?

A) Azərbaycan Respublikası Prezidentinin

B) Azərbaycan Respublikası Milli Məclisinin

C) Azərbaycan Respublikası Ali Məhkəməsinin

D) Azərbaycan Respublikası Baş Prokurorunun

E) Yalnız Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin


14. Azərbaycan Respublikasının Konstitusiyasına görə seçkilərdə və referendumda iştirak etmək hüququ yoxdur:

A) Din xadimlərinin

B) Hərbi qulluqçuların

C) Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin

D) Hakimlərin

E) Bütün vətəndaşların iştirak etmək hüququ var


15. Cinayət hüquq münasibətləri:

A) Cinayət törətmiş şəxslərlə cinayətə məruz qalan şəxslər və dövlət arasında qanunla tənzim olunan münasibətlərdir

B) Cinayət törətmiş şəxslər arasında qanunla tənzim olunan münasibətlərdir

C) Cinayət törətmiş şəxslərlə cinayətə məruz qalanlar arasında qanunla tənzim olunan münasibətlərdir

D) Cinayət törətmiş şəxslərlə dövlət arasında qanunla tənzim olunan münasibətlərdir

E) Dövlətlər arasında qanunla tənzim olunan münasibətlərdir


16. Əmək müqaviləsi işəgötürən tərəfindən hansı halda ləğv edilə bilər?

A) işçi vəfat etdikdə

B) işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda

C) əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda

D) qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar, işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə

E) işçilərin sayı və ya ştatları ixtisar edildikdə


17. Əmək hüquq normalarının təsbit edildiyi normativ hüquqi aktlar nə adlanır?

A) Əmək Məcəlləsi

B) Əmək hüququnun mənbələri

C) Əmək müqaviləsi

D) Əmək münasibətləri

E) Əmək ehtiyatları


18. Kollektiv əmək müqaviləsinə, bir qayda olaraq, aşağıdakı məsələlərdən hansı üzrə tərəflərin qarşılıqlı öhdəlikləri daxil edilir?

1) Əməyin ödənilməsi qaydalarının müəyyən edilməsi

2) Müəssisə rəhbərinin təyin edilməsi

3) Pul mükafatlarının, müavinətlərin müəyyən edilməsi

4) Məşğulluq probleminin həll edilməsi

5) İnflyasiyanın səviyyəsindən asılı olmayaraq əmək haqqı miqdarının tənzimlənmə mexanizmi

A) 1, 2, 3, 5

B) 2, 3, 5

C) 1, 3

D) 1, 4


E) 1, 2, 3, 4, 5
19. Aşağıdakılardan hansı respublikamızda vətəndaşların əmək hüquqlarını həyata keçirə bildiyi formalardan biri deyil?

A) gənc mütəxəssisləri müvafiq təhsil müəssisələrini bitirdikdən sonra təyinat üzrə işə göndərməklə

B) əmək müqaviləsini bağlamaqla

C) seçkili vəzifələrə seçilməklə

D) gənc mütəxəssisləri təcrübə toplamaq üçün təyinat üzrə müəssisələrə göndərməklə

E) şəxsi və özəl sahibkarlıq fəaliyyəti ilə


20. Aşağıdakılardan hansı əmək müqaviləsinin zəruri şərtlərinə daxildir?

A) Yaşayış sahəsinin verilməsi

B) İşçiyə sınaq müddətinin verilməsi

C) Məktəbəqədər müəssisələrdə növbədənkənar yerlərin verilməsi

D) İşçi və işəgötürən haqqında məlumat

E) Mükafatların miqdarının müqavilədə göstərilməsi


21. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən müddətli əmək müqavilələri ən çox neçə il müddətinə bağlana bilər?

A) 3 il


B) Müddətsiz

B) 1 il müddətinə

C) 10 il

D) 20 il


E) 5 il
22. Aşağıdakı məlumatlardan hansı əmək kitabçasına daxil edilmir?

A) Bir işdən başqa işə keçirilməsi haqqında məlumat

B) İşçinin işə götürülməsi haqqında məlumat

C) İşçinin ailə vəziyyəti və uşaqları haqqında məlumat

D) İşdən azad edilməsi haqqında məlumat

E) İşçinin təhsili haqqında məlumat


23. Azərbaycan Respublikasının qanunvericiliyində iş vaxtının neçə növü müəyyən edilir?

A) Dörd


B) İki

C) Bir


D) Üç

E) Beş
24. Cinayət hüququnun tənzim edilməsinin predmetini yalnız cinayətin baş verməsi ilə əlaqədar olan .............................................. təşkil edir.

A) məişət münasibətləri

B) ictimai münasibətlər

C) hüquqi münasibətlər

D) siyasi münasibətlər

E) ikitərəfli münasibətlər
25. Aşağıdakılardan hansılar cinayət hüququnun mənbələridir?

1) Azərbaycan Respublikasının Konstitusiyası

2) Beynəlxalq hüquq normaları

3) Cinayət qanunu

4) Ailə hüququ

A) 1, 2, 3

B) 1, 3

C) 3


D) 1, 3, 4

E) 1, 2, 3, 4, 5


26. Aşağıdakılardan hansı cinayət hüquq normalarının sistemləşdirilmiş ifadəsidir?

A) Cinayət hüququ

B) Cinayət məcəlləsi

C) Cinayətin obyekti

D) Cinayətin subyekti

E) Cinayətin predmeti


27. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10 maddəsinin 3-cü hissəsi cinayət qanununun geriyə qüvvəsinə hansı halda yol verir?

A) cinayət etmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran hallarda

B) əmələ görə cəza tələb edilən hallarda

C) cəzanı ağırlaşdıran hallarda

D) əməlin cinayət sayılmasını aradan qaldıran hallarda

E) əməlin cinayət hesab edilmədiyi hallarda


28. Aşağıdakılardan hansı cinayətin əlamətləridir?

1) ictimai olması

2) hüquqi olması

3) təqsirli olması

4) cəzalanmalı olması

5) qeyri-əxlaqi olması

A) 2, 3, 5

B) 1, 2, 3, 4

C) 3, 4, 5

D) 1, 3, 4, 5

E) 2, 3, 4
29. AR-in Konstitusiyasına görə AR Milli Məclisi deputatının səlahiyyətləri nə vaxt bitir?

A) Seçkilərdən 10 gün sonra

B) Yeni seçkilər təyin edilən gün

C) Seçkilərin keçirildiyi gün

D) Milli Məclisin yeni çağırışının ilk iclas günü

E) 83 deputatın səlahiyyəti təsdiq olunduqda


30. AR-də məhkəmə quruluşu və hakimlərin statusuna dair ümumi qaydalar kim tərəfindən müəyyən edilir?

A) AR-in Prezidenti

B) AR-in Konstitusiya Məhkəməsi

C) AR-in Ali Məhkəməsi

D) AR-in Milli Məclisi

E) AR-in Nazirlər Kabineti


31. Göstərilən normativ hüquqi aktların hansı AR-ın normativ hüquqi aktı kimi qanunvericilikdə nəzərdə tutulmamışdır?

A) Qanunlar

B) Konstitusiya

C) Məhkəmə presedentləri

D) Fərmanlar

E) AR Nazirlər Kabinetinin qərarları


32. Qeyd olunan subyektlərdən kim AR Milli Məclisinin növbədənkənar sessiyasını çağıra bilər:

1) AR-in Prezidenti

2) Baş Nazir

3) Ali Məhkəmə

4) Konstitusiya Məhkəməsi

5) Baş Prokuror

A) 1, 3, 4

B) 1


C) 1, 2, 3, 4, 5

D) 1, 2, 4

E) 4
33. Konstitusiyaya əsasən Azərbaycan dövlətinin ali məqsədi hansıdır?

A) Vətəndaşın rifahının yüksəldilməsi

B) Xalqın milli maraqlarının təmini və rifahının yüksəldilməsi

C) Xalqın iradəsinin həyata keçirilməsinin təmin edilməsi

D) İnsan və vətəndaş hüquqlarının azadlıqlarının təmin edilməsi

E) Vətəndaşın sosial müdafiəsii təmin edilməsi


34. AR-in Konstitusiyasına əlavələri neçə deputat təklif edə bilər?

A) 83


B) 95

C) 63


D) 125

E) 13
35. AR ərazisində ədalət mühakiməsinin, məhkəmə icraatının ümumi qaydalarını hansı orqan müəyyən edir?

A) AR-in Ali Məhkəməsi

B) AR-in Nazirlər kabineti

C) AR-in Milli Məclisi

D) AR-in Konstitusiya Məhkəməsi

E) AR-in Ədliyyə Nazirliyi
36. Yerli icra hakimiyyətlərinin səlahiyyətlərini kim müəyyən edir?

A) Milli Məclis

B) Konstitusiya Məhkəməsi

C) Nazirlər Kabineti

D) AR-ın Prezidenti

E) Ali Məhkəmə


37. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək məzuniyyətinin minimum həddi neçə təqvim günüdür?

A) 28


B) 24

C) 27


D) 21

E) 30
38. Hesablama Palatasını hansı orqan yaradır?

A) AR-in Vergilər Nazirliyi

B) AR-in Maliyyə Nazirliyi

C) AR-in Nazirlər Kabineti

D) AR-in Milli Məclisi

E) AR-in Konstitusiya Məhkəməsi
39. Naturalizasiya qaydasında vətəndaşlıq məsələlərini kim həll edir?

A) AR-in Daxili İşlər Naziri

B) AR-in Konstitusiya Məhkəməsi

C) AR-in Baş Naziri

D) AR-in Prezidenti

E) AR-in Ədliyyə Naziri


40. Konstitusiyaya əsasən Azərbaycan Respublikası başqa dövlətlərlə beynəlxalq münasibətlər qurur:

A) Milli Məclisin müəyyən etdiyi ümumi qaydalar əsasında

B) Konstitusiya məhkəmsinin təsdiq etdiyi prinsip və qaydalar əsasında

C) Xalqın mənafeyinə uyğun gələn və Prerzidentin imzaladığı sərəncamlar əsasında

D) Hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında

E) Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalar əsasında


41. Azərbaycan Respublikasının vətəndaşı hansı halda vətəndaşlıqdan məhrum edilə bilər?

A) Cinayət törətdikdə

B) Əcnəbi ilə nikaha daxil olduqda

C) Heç bir halda

D) 10 il xaricdə yaşadıqda

E) Fəaliyyət qabiliyyətindən məhrum edildikdə


42. Azərbaycan dövlətinin başçısı haqqında fikirlərdən biri səhvdir:

A) Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısıdır

B) Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir

C) Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidenti olub, ölkənin daxilində və xarici münasibətlərdə dövləti təmsil edir

D) Azərbaycan Respublikasının Prezidenti Milli Məclisin müstəqilliyinin təminatçısıdır

E) AR Prezidenti AR Silahlı Qüvvələrinin Ali baş komandanıdır


43. Konstitusiyanın funksiyaları hansılardır?

A) Tərbiyəvi, dünyəvi, hüquqi

B) Hüquqi, siyasi, sosial

C) Bədii, praktiki, kütləvi

D) Psixoloji, dini, sosial

E) Dini, ənənəvi, sosial, siyasi


44. İnsan və vətəndaş hüquq və azadlıqları hansı qruplara bölünür?

A) Mədəni, siyasi, iqtisadi

B) Şəxsi, kütləvi, mülki, iqtisadi

C) Şəxsi, sosial, mədəni, milli

D) Vətəndaşlıq, yaradıcılıq, mədəni, istirahət

E) Şəxsi, siyasi, iqtisadi, sosial-mədəni


45. Uşaqlar neçə yaşına çatmamış işə götürülə bilməz?

A) 16 yaşına

B) 14 yaşına

C) 15 yaşına

D) 13 yaşına

E) 12 yaşına


46. Hansı hallarda mülkiyyətin özgəninkiləşdirilməsinə yol verilə bilər?

A) Bələdiyyə ehtiyatları üçün

B) Heç bir halda

C) Ictimai ehtiyatlar üçün

D) Dövlət ehtiyatları üçün yalnız qabaqcadan dəyərini ədalətli ödəmək şərti ilə

E) Əmlak komitəsinin tələbi ilə


47. Yardıma möhtac olanlara kömək etmək ilk növbədə kimin borcudur?

A) Dövlətin

B) Onların ailə üzvilərinin

C) Qonşuların

D) Dostların

E) Valideynlərin


48. Qanunlar qəbul edildiyi gündən neçə gün müddətində AR-nın Prezidentinə imzalamaq üçün təqdim edilir?

A) 28 gün

B) 21 gün

C) 7 gün


D) 14 gün

E) 30 gün


49. Təcili elan olunun qanun layihəsi AR-Prezidentinə imzalamaq üçün qəbul edildiyi gündən hansı müddət ərzində təqdim edilir?

A) 12 saat

B) 48 saat

C) 72 saat

D) 24 saat

E) 16 saat


50. Yaşadığı ərazinin başqa dövlətə verildiyi zaman şəxsin yaşayacağı dövlətin vətəndaşlığını könüllü seçməsi beynəlxalq hüquqda hansı terminlə ifadə olunur?

A) Apatrizm

B) Reinteqrasiya

C) Optasiya

D) Naturalizasiya

E) Transfert


51. AR. Prezidenti istefa verdikdə onun istefa ərizəsi hansı orqana təqdim olunur?

A) Ali Məhkəməyə

B) AR-in Baş Prokuroruna

C) Mərkəzi Seçki Komissiyasına

D) AR-in Milli Məclisinə

E) AR-in Konstitusiya Məhkəməsinə


52. Vətəndaşın tam fəaliyyət qabiliyyəti hansı yaşdan yaranır?

A) 16 yaşından

B) 18 yaşından

C) 14 yaşından

D) 15 yaşından

E) Anadan olandan


53. Mülkiyyətin hansı növünə daha çox üstünlük verilir?

A) Dövət mülkiyyətinə

B) Xüsusi mülkiyyətə

C) Bələdiyyə mülkiyyətinə

D) Heç birinə

E) Ümumi mülkiyyətə


54. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi nə vaxt qüvvəyə minmişdir?

A) 1993-cü ildə

B) 1999-cu ildə

C) 2000-ci ildə

D) 1997-ci ildə

E) 1992-ci ildə


55. Əsas qanuna görə AR Konstitusiyası Məhkəməsi neçə hakimdən ibarətdir?

A) 3


B) 13

C) 6


D) 9

E) 1
56. Şəxsi qeyri-əmlak münasibətlərindən biridir:

A) Əşya münasibətləri

B) Təşkilati hüquq münasibətləri

C) Öhdəlik münasibətləri

D) Torpaq sahəsi

E) Bank əmanətləri
57. Fikir və söz azadlığı hüququ kimlərə məxsusdur?

A) Müddəhimlərə

B) Deputatlara

C) Hüquq mühafizə orqanları əməkdaşlarına

D) Heç kəsə

E) Hər kəsə


58. Dövlətin funksiyalarıdır:

1) Sosial funksiya

2) Daxili funksiya

3) Tərbiyəvi funksiya

4) İqtisadi funksiya

5) Xarici funksiya

A) 3, 4

B) 1, 2, 4

C) 1, 2, 4, 5

D) 2, 5


E) 1, 2, 3, 4, 5
59. Azərbaycan Respublikasının Konstitusiyasına görə xalqa qarşı ən ağır cinayət hansıdır?

A) dövlətə xəyanət

B) hakimiyyətin mənimsənilməsi

C) dövlət çevrilişində iştirak etmək

D) insan hüquqlarına qarşı ağır cinayətlər

E) qəsdlə törədilən, ağır və mütəşəkkil cinayətlər


60. Azərbaycan Respublikasının Konstitusiyasına görə Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini qurur:

A) Prezidentin qəbul etdiyi qərarlar əsasında

B) Konstitusiyaya əsasında

C) Beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında

D) Azərbaycan Respublikasının qanunları əsasında

E) Milli Məclisin qəbul etdiyi qərarlar əsasında


61. Azərbaycan Respublikası hansı dinə üstünlük verir?

A) islam dininə

B) heç bir dinə

C) xristian dininə

D) iudaizmə

E) buddizmə


62. Azərbaycan Respublikasının Konstitusiyasına görə Azərbaycan Respublikasının Baş naziri necə təyin olunur?

A) Milli Məclisin 63 deputatının səsi ilə təyin edilir

B) Prezidentin razılığı ilə Milli Məclis tərəfindən seçilir

C) Azərbaycan Respublikasının Prezidenti tərəfindən Nazirlər Kabinetinin təklifi ilə təyin olunur

D) Seçki yolu ilə seçilir

E) Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir


63. Nazirlər Kabinetinin səlahiyyətlərindən biri deyil:

A) Dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin etmək

B) Maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin etmək

C) Dövlət büdcəsinin icrasını təmin etmək

D) Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini vəzifəyə təyin etmək

E) Maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təşkil etmək


64. Azərbaycan Respublikasının Konstitusiyasına görə Konstitusiyaya əlavələr edilir:

A) Prezidentin fərmasın ilə

B) Milli Məclisin qərarı ilə

C) Milli Məclisdə 95 səs çoxluğu ilə

D) Referendum yolu ilə

E) Milli Məclisdə 63 səs çoxluğu ilə


65. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələri təklif edə bilərlər?

A) Prezident, Baş nazir və 63 deputat

B) Prezident və 63 deputat

C) Prezident, Milli Məclisin sədri, Naxçıvan MR-nin Ali Məclisi

D) Prezident, Milli Məclisin sədri, Naxçıvan MR-nin Ali Məclisi, Baş Prokuror

E) Prezident, 95 millətvəkili, Naxçıvan MR-nin Ali Məclisi, Baş Prokuror, 40 min vətəndaş


66. Hüquq və azadlıqların təsnifatı hansı qaydada aparılır?

A) birləşmək hüququ, sərbəst toplanmaq azadlığı, siyasi hüquqlar, seçki hüququ

B) yaşamaq hüququ, şəxsi toxunulmazlıq hüququ, vicdan azadlığı, mülkiyyət azadlığı

C) şəxsi, siyasi, iqtisadi, sosial və mədəni

D) sahibkarlıq hüququ, vicdan və dini etiqad azadlığı, mülkiyyət hüququ, əmək hüququ, istirahət hüququ

E) İstirahət hüququ, ailə qurmaq hüququ, mənzil hüququ, sosial təminat hüququ, şəxsi əmlakın toxunulmazılı hüququ


67. Azərbaycan Respublikasının Konstitusiyasına görə qanunların imzalanması və dərc edilməsi, referendum təyin edilməsi, əfv etmə kimi səlahiyyətlər aiddir:

A) Prezident və Milli Məclisə

B) Prezidentə

C) Prezident və Baş Nazirə

D) Prezident, Baş Nazir və Milli Məclisə

E) Prezident, Milli Məclis və Konstitusiya Məhkəməsinə


68. Azərbaycan Respublikası vətəndaşlığına qəbul etmək səlahiyyəti kimə aiddir?

A) Miqrasiya İdarəsinə

B) Prezidentə

C) Milli Məclisə

D) Şəxsin özünə

E) Nazirlər Kabinetinə


69. Prezident seçkilərinin yekunları haqqında məlumatı rəsmən elan edir:

A) Prezident

B) Ali Məhkəmə

C) Mərkəzi Seçki Komissiyası

D) Milli Məclis

E) Konstitusiya Məhkəməsi


70. Azərbaycan Respublikasının Konstitusiyası bu tarixdə qüvvəyə minmişdir:

A) 09 noyabr 1995

B) 12 noyabr 1995

C) 27 noyabr 1995

D) 22 noyabr 1995

E) 01 yanvar 1996


71. Azərbaycan Respublikasının Konstitusiyasının bu maddəsinə görə “Azərbaycan Respublikası dünyəvi, demokratik, hüquqi, unitar dövlətdir”.

A) 12-ci maddə

B) 2-ci maddə

C) 4-cü maddə

D) 9-cu maddə

E) 7-ci maddə


72. Əqli mülkiyyət hüququnun hansı növləri var?

A) əqli və fikri müliyyət hüququ

B) kəfş və ixtiraçılıq hüququ

C) müəlliflik, kəşf və ixtiraçılıq hüququ

D) müəlliflik və ixtiraçılıq hüququ

E) innovasiya hüququ


73. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş ildə azı neçə təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir?

A) 20


B) 14

C) 21


D) 15

E) 30
74. Prezidentin vəzifədən kənarlaşdırılması təşəbbüsünü hansı orqan irəli sürə bilər?

A) Milli Məclisin Sədri

B) Ali Məhkəmə

C) Baş Prokuror

D) Konstitusiya Məhkəməsi

E) Milli Məclisin 95 millətvəkili
75. Prezident vaxtından əvvəl vəzifədən getdikdə neçə ay ərzində növbədənkənar Prezident seçkiləri keçirilir?

A) 6


B) 1

C) 3


D) 9

E) 12
76. Bunlardan hansı cinayət hüququnun ümumi hissəsinə aiddir?

A) cinayət və onun növləri

B) cinayətin mənşəyi və cəzalandırmanın ədalət mühakiməsi

C) şəxsiyyət əleyhinə, dövlət əleyhinə cinayətlər

D) ictimai təhlükəsizlik və ona istiqamətlənən cinayətlər

E) cinayət anlaşıyı, cəza və onun növləri
77. Təsnifatına görə cinayətlər:

A) yüngül, ağır və xüsusilə ağır cinayətlərə

B) böyük ictimai təhlükə törətməyən yüngül, ağır və xüsusilə ağır cinayətlərə

C) böyük ictimai təhlükə törətməyən az ağır, ağır və xüsusilə ağır cinayətlərə

D) az ictimai təhlükə törədən, yüngül, ağır və xüsusilə ağır cinayətlərə

E) ağır və xüsusilə ağır cinayətlərə


78. Bunlardan hansı cinayətlərin təsnifatına daxil deyil?

A) xüsusilə ağır cinayətlər

B) Böyük ictimai təhlükə törətməyən cinayətlər

C) az ağır cinayətlər

D) ağır cinayətlər

E) yüngül cinayətlər


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin