Azərbaycan Respublikasının Seçki Məcəlləsi



Yüklə 1,64 Mb.
səhifə18/29
tarix01.12.2016
ölçüsü1,64 Mb.
#546
1   ...   14   15   16   17   18   19   20   21   ...   29

 

XÜSUSI HİSSƏ


IV bölmə

REFERENDUM


On yeddinci fəsil

REFERENDUMA AİD ÜMUMİ MÜDDƏALAR


   Maddə 117. Referendum yolu ilə həll edilən məsələlər

Referenduma çıxarılan məsələlər Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinin I və II hissələri ilə, 11-ci maddəsinin III hissəsi ilə və 152-ci maddəsi ilə müəyyən edilir.

   Maddə 118. Referendum yolu ilə həll edilə bilməyən məsələlər

Referenduma çıxarıla bilməyən məsələlər Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinin III hissəsi ilə və 155-ci maddəsi ilə müəyyən edilir.

       Maddə 119. Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər edilməsi haqqında referendum keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyi

Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsinə görə, Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişiklikləri Azərbaycan Respublikasının Milli Məclisi və ya Azərbaycan Respublikasının Prezidenti təklif etdikdə, təklif olunan dəyişikliklərə dair əvvəlcədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyi alınır. Həmin rəyin alınması qaydası «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

   Maddə 120. Referendumun keçirilməsinin məcburiliyi

Azərbaycan Respublikasının qanunvericilik və icra hakimiyyəti orqanları tərəfindən bu və ya digər məsələyə dair qərarın qəbul edilməsi həmin məsələyə dair referendumun keçirilməsini istisna edə bilməz.

   Maddə 121. Referendumun keçirilməsini istisna edən hallar

121.1. (Çıxarılıb) [127]

121.2. Eyni bir məsələyə dair təkrar referendum ilkin referendumda qəbul edilən aktın dərc edilməsi günündən başlayaraq yalnız 1 il keçdikdən sonra keçirilə bilər.

 

On səkkizinci fəsil


REFERENDUMUN TƏYİN EDİLMƏSI


   Maddə 122. Referendum keçirilməsi haqqında qərarın qəbul edilməsi

122.1. Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 18-ci bəndinə və 109-cu maddəsinin 18-ci bəndinə uyğun olaraq referendum keçirilməsinə dair qərar müvafiq olaraq Azərbaycan Respublikasının Milli Məclisi və ya Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilir.

122.2. Ən azı 300 min aktiv seçki hüququna malik olan Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikası Prezidentinə və ya Azərbaycan Respublikası Milli Məclisinə referendumun keçirilməsi haqqında qərarın qəbul edilməsi təklifi ilə müraciət edə bilər.

   Maddə 123. Referendum keçirilməsi haqqında qərara dair tələblər

123.1. Referendum keçirilməsinə dair qərarda aşağıdakılar göstərilməlidir:

123.1.1. referendumun keçirilməsi tarixi;

123.1.2. referenduma çıxarılan aktın adı;

123.1.3. referenduma çıxarılan aktın məzmununun qısa təfsiri;

123.1.4. referendumun maliyyələşdirilməsi qaydası.

123.2. Referenduma çıxarılan aktın layihəsi referendumun keçirilməsi haqqında qərara əlavə olunur.

123.3. Referenduma çıxarılan aktın layihəsi referendum elan edildikdən sonra dəyişdirilə bilməz və ona əlavələr edilə bilməz.

   Maddə 124. Referenduma çıxarılan məsələlərlə tanışlıq

124.1. Referenduma çıxarılan aktın layihəsi kütləvi informasiya vasitələrində referendumun təyin edilməsi haqqında qərarla birlikdə dərc edilməlidir. Bu, daha çox seçicinin referendum aktının mətni ilə tanış olması üçün zəruri şərait yaradır.

124.2. Seçici referendum aktının layihəsini səsvermə gününə azı 30 gün qalmış məntəqə seçki komissiyasından almaq hüququna malikdir. Referendum aktının layihəsinin çap edilməsi və yayılmasını təmin etmək Mərkəzi Seçki Komissiyasının vəzifəsidir.

 

On doqquzuncu fəsil


REFERENDUMUN KEÇİRİLMƏSİNƏ HAZIRLIQ


   Maddə 125. Referendum üzrə təşviqat qruplarının qeydə alınması

Referendum üzrə təşviqat qruplarının qeydə alınması bu Məcəllənin on birinci fəslində nəzərdə tutulan qaydada həyata keçirilir.

   Maddə 126. Referendum üzrə təşviqat qruplarının seçki komissiyasında nümayəndəsinin təyin edilməsi

Mərkəzi və ya dairə seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvünü yalnız həmin komissiyada qeydiyyatdan keçən referendum üzrə təşviqat qrupları təyin edə bilərlər.

   Maddə 127. Kütləvi informasiya vasitələrində referendumqabağı təşviqatın aparılması üçün xüsusi tələblər

127.1. Referendum üzrə təşviqat qruplarının referendumqabağı təşviqatda iştirakı bu Məcəllənin on üçüncü fəsli ilə tənzimlənir.

127.2. Teleradio verilişləri təşkilatlarının ayırdıqları pulsuz efir vaxtının ümumi həcminin 1/3 hissəsi üzvlərinin sayı 20 mindən çox olan referendum üzrə təşviqat qruplarına birgə müzakirələrin, dəyirmi masaların, digər bu cür təşviqat tədbirlərinin keçirilməsi üçün ayrılır. Bu cür tədbirlərin keçirilməsi qaydaları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir.[128]

127.3. Bu Məcəllənin 77.2-ci və 77.3-cü maddələrində göstərilən hər bir teleradio verilişləri təşkilatının kanallarında birgə təşviqat tədbirlərinin keçirilməsi üçün efir vaxtı həmin maddələrdə göstərilən referendum üzrə təşviqat qrupları üçün ayrılır və hesablanır. Bu cür pulsuz efir vaxtından qeydə alınmış referendum üzrə təşviqat qrupları bərabər əsasla istifadə etməlidirlər. Bu halda referendum üzrə hər bir təşviqat qrupu tərəfindən istifadə edilən efir vaxtının həcmi ayrıca müəyyənləşdirilir.[129]

127.4. Bu Məcəllənin 77.1-ci maddəsində göstərilən teleradio verilişləri təşkilatlarının efir vaxtından ödənişli əsaslarla istifadə norması onun ümumi həcminin bu Məcəllənin 77.2-ci və 77.3-cü maddələrində göstərilən referendum üzrə təşviqat qruplarının ümumi sayına bölünməsi yolu ilə müəyyənləşdirilir.

127.5. Bu Məcəllənin 77.1-ci maddəsində göstərilən dövri nəşr səhifələrində ayrılan, bu Məcəllənin 77.2-ci və 77.3-cü maddələrində göstərilən referendum üzrə təşviqat qruplarının ümumi sayına bölünmə yolu ilə müəyyən edilən yerdən sonuncular müvafiq ödəniş müqabilində istifadə edə bilərlər.

127.6. Qeydə alınmış referendum üzrə təşviqat qruplarının bu Məcəllənin 127.2-ci maddəsində göstərilən tədbirlərdə iştirakdan imtina etməsi bu Məcəllənin 80.6-cı maddəsinə uyğun olaraq pulsuz təqdim edilən efir vaxtı həcminin artırılmasına səbəb olmur.

   Maddə 128. Referendum üzrə təşviqat qruplarının referendum üzrə maliyyə fondları

128.1. Referendum üzrə təşviqat qruplarının referendum üzrə maliyyə fondlarının yaradılması və istifadə edilməsi qaydaları bu Məcəllənin on dördüncü fəsli ilə tənzimlənir.

128.2. Referendum üzrə təşviqat qruplarının referendum üzrə maliyyə fondları aşağıdakı pul vəsaiti hesabına formalaşa bilər:

128.2.1. 5000 manatdan çox olmamaq şərti ilə referendum üzrə təşviqat qruplarının xüsusi vəsaitləri;[130]

//çıxarılıb//[131]

128.2.3. Vətəndaş üçün 1000 manatdan və hüquqi şəxlər üçün 10 min manatdan çox olmamaq şərti ilə könüllü ianələr.[132]

128.3. Bu Məcəllənin 77.4-cü maddəsində nəzərdə tutulan qeydə alınmış referendum üzrə təşviqat qruplarının referendum üzrə maliyyə fondu məbləğinin yuxarı həddi //çıxarılıb// 50 min manatdan çox ola bilməz; bu Məcəllənin 77.3-cü maddəsində nəzərdə tutulan qeydə alınmış referendum üzrə təşviqat qruplarının referendum üzrə maliyyə fondu məbləğinin yuxarı həddi referendumun təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin bir milyon mislindən çox ola bilməz; bu Məcəllənin 77.2-ci maddəsində nəzərdə tutulan qeydə alınmış referendum üzrə təşviqat qruplarının referendum üzrə maliyyə fondu məbləğinin yuxarı həddi referendumun təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin beş milyon mislindən çox ola bilməz.[133]

   Maddə 129. Referendum üzrə xüsusi hesablar

129.1. Referendum üzrə təşviqat qrupları imzaların toplanmasının başlanması haqqında bu Məcəllənin 63-cü maddəsinə uyğun olaraq bildiriş təqdim etdikdən sonra 5 gün müddətində öz maliyyə fondunu formalaşdırmaq üçün referendum üzrə xüsusi hesab açmalıdırlar.

129.2. Referendum üzrə təşviqat qrupları Mərkəzi Seçki Komissiyasından (dairə seçki komissiyasından ) bildirişin təsdiq edilmiş surətini aldıqdan sonra, lakin referendum üzrə təşviqat qrupunun qeydə alınmaq üçün Mərkəzi Seçki Komissiyasına (dairə seçki komissiyasına ) təqdim edilməsi gününə azı 5 gün qalmış referendum üzrə maliyyə fondunu formalaşdırmaqdan ötrü maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında verdiyi sənəd əsasında referendum üzrə xüsusi hesab açmalıdırlar.

129.3. Referendum üzrə təşviqat qrupları öz referendumqabağı təşviqat kampaniyasını maliyyələşdirərkən bu Məcəllə ilə müəyyənləşdirilmiş maliyyələşdirmə qaydalarının pozulmasına görə bilavasitə özləri məsuliyyət daşıyırlar.

  

 

Maddə 130. Referendum üzrə maliyyə fondlarının vəsaitlərinin istifadəsində aşkarlıq



130.1. Aşağıdakı məlumatlar bu Məcəllənin 95.3-cü maddəsində göstərilən qaydada (bu Məcəllənin 77.2-ci və 77.3-cü maddələrində göstərilən referendum üzrə təşviqat qrupları üçün) hökmən dərc edilməlidir:

130.1.1. referendum üzrə maliyyə fondu vəsaitinin məbləği //çıxarılıb// 10 min manatdan çox olduqda həmin vəsaitin xərclənməsinin maliyyə hesabatı barədə;

130.1.2. referendum üzrə maliyyə fonduna //çıxarılıb// 5 min manatdan çox məbləğdə ianə köçürən hüquqi şəxslər barəsində;

130.1.3. referendum üzrə maliyyə fonduna //çıxarılıb// 250 manatdan çox məbləğdə ianə köçürən vətəndaşların sayı barədə;

130.1.4. ianəçilərə qaytarılan vəsaitlər barədə, geri qaytarmanın əsası haqqında;

130.1.5. referendum üzrə maliyyə fonduna daxil olmuş vəsaitin ümumi həcmi və onun xərclənmiş hissəsinin ümumi məbləği barədə.

130.2. Referendum üzrə təşviqat qrupu üzvlərinin sayı 20 mindən az olduqda, bu Məcəllənin 130.1-ci maddəsində göstərilən məlumatlar Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada dərc edilir. [134]

   Maddə 131. Referendum üzrə təşviqat qruplarının aldıqları vəsaitlərin geri qaytarılmasının ardıcıllığı

131.1. Referendum üzrə təşviqat qrupları yekun maliyyə hesabatını verənədək müvafiq seçki komissiyasının razılığı ilə, seçki fondunun xərclənməmiş pul vəsaitini ona ianə vermiş vətəndaşlara və hüquqi şəxslərə proporsional nisbətə uyğun olaraq qaytara bilərlər. Referendum üzrə təşviqat qrupları həmin hüquqdan istifadə etmədikdə, bu Məcəllənin 132-ci maddəsi tətbiq olunur.

131.2. Müvafiq seçki komissiyasında qeydə alınmamış referendum üzrə təşviqat qrupları yekun maliyyə hesabatı təqdim edilənədək seçki fondunun xərclənməmiş pul vəsaitlərini (göndərilmə xərclərinin çıxılması şərti ilə) köçürülən ianələrin məbləğlərinin proporsional nisbətinə uyğun olaraq ianəçi vətəndaşlara və hüquqi şəxslərə qaytarmağa borcludur.

   Maddə 132. Referendum üzrə təşviqat qruplarının seçki fondlarının xüsusi hesabında qalmış pul vəsaiti

Referendum üzrə təşviqat qruplarının seçki fondlarının xüsusi hesabında qalmış pul vəsaitini müvafiq seçki komissiyasının yazılı göstərişinə uyğun olaraq müvafiq bank səsvermə günündən 60 gün keçdikdən sonra Mərkəzi Seçki Komissiyasının hesabına köçürməlidir.

 

İyirminci fəsil



Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin