AZƏrbaycan respublġkasinin döVLƏT Ġmtahan məRKƏZĠ



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
tarix16.06.2017
ölçüsü0,51 Mb.

AZƏRBAYCAN RESPUBLĠKASININ 

DÖVLƏT ĠMTAHAN MƏRKƏZĠ 

 

 

 

 

A B İ T U R İ Y E N T   Ü Ç Ü N  



Y A D D A ġ  

K Ġ T A B Ç A S I  

( ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin 

rus bölməsinə sənəd verən abituriyentlər üçün Azərbaycan dili fənni imtahanı) 

 

Aşağıdakıları imtahana gətirmək qəti qadağandır: 



 

İmtahan binasına giriş zamanı üzərində mobil telefon və digər rabitə 

vasitələri,  konspekt  və    başqa  yardımçı  vasitələr  aşkar  olunan 

bakalvrlar  barədə  akt  tərtib  olunur,  bu  vasitələr  və  onların  imtahan 

sənədləri alınır və onlar imtahan binasına buraxılmırlar.

 

2017



 

 



 

ƏZĠZ ABĠTURĠYENTLƏR! 

Azərbaycan  Respublikası  Dövlət  İmtahan  Mərkəzi  (DİM)  təhsilinizi  davam 

etdirmək istəyinizi bəyənir və sizə uğurlar arzulayır! 

DİM-in  məqsədi  imtahanlarda  biliklərinizi  nümayiş  etdirmək  üçün  sizə  eyni 

şərait yaratmaq, imtahanda şəffaflığı, aşkarlığı və obyektivliyi təmin etməkdir. 

Əgər yüksək bilik nümayiş etdirsəniz və imtahanın texnoloji tələblərinə düzgün 

əməl etsəniz, uğur qazanacağınıza tamamilə əmin ola bilərsiniz. 

 

ĠMTAHANDA ĠġTĠRAK ETMƏK ÜÇÜN AġAĞIDAKILARA ƏMƏL ETMƏLĠSĠNĠZ: 

 

1.



 

Siz  imtahana  buraxılış  vərəqənizdə  göstərilən  vaxtdan  gec  olmayaraq  imtahan 

verəcəyiniz binanın qarşısına gəlməli (bina haqqında məlumat imtahana buraxılış 

vərəqənizdə göstərilmişdir), özünüzlə mütləq qara və ya tünd göy rəngdə yazan, 

mürəkkəb  axıtmayan  diyircəkli  qələm  və  (və  ya)  HB sərtliyində  sadə  karandaş, 

qələmyonan, pozan və aşağıdakı   sənədləri gətirməlisiniz:  



-

 

Ģəxsiyyəti  təsdiq  edən  sənədi  (Azərbaycan  Respublikasının  vətəndaşları 

şəxsiyyət  vəsiqələrini,  əcnəbilər  pasportlarını  və  icazə  vəsiqələrini,  vətəndaşlığı 

olmayan  şəxslər  yaşadıqları  ölkənin  hüdudlarından  kənara  getmək  üçün  onlara 

verilən  sənədləri  və  icazə  vəsiqələrini,  Azərbaycan  Respublikasında  daimi 

yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış 

şəxslər  və  onların  ailə  üzvləri  isə  qaçqın  vəsiqələrini,  onlara  verilmiş  yol 

sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və 

ya icazə vəsiqələrini; 



-

 

imtahana  buraxılıĢ vərəqəsini

 

DĠQQƏT! 

Göstərilən

  sənədlərdən  biri  olmadıqda  və  ya  sənədlər  arasında 

uyğunsuzluq olduqda imtahana buraxılmayacaqsınız! 

2.

 

Göstərilən  sənədləri  imtahan  binasının  giriş  qapısında  buraxılış  rejimini  həyata 



keçirən  mühafizə  əməkdaşlarına  təqdim  edib  yoxlamadan  keçdikdən  sonra 

imtahana buraxılış vərəqənizdə göstərilmiş  müvafiq kodlu zala gedin. 



ABĠTURĠYENTĠN ĠMTAHAN ZALINDA GÖRƏCƏYĠ ĠġLƏR: 

1.

 



İmtahan  zalında  imtahana  buraxılış  vərəqənizdə  göstərilən  yerdə  oturduqdan 

sonra  nəzarətçinin  izahatını  diqqətlə  dinləyin.  Aydın  olmadıqda  əlinizi  qaldırıb  

nəzarətçiyə müraciət edin. 

2.

 



Nəzarətçinin imtahanda davranış qaydaları və texnoloji tələblərlə bağlı izahat işi 

qurtardıqdan sonra sizə cavab kartı paylanır. Cavab kartını  qara və  ya tünd göy 

rəngdə  yazan  mürəkkəb  axıtmayan  diyircəkli  qələmlə  və  ya  sadə  karandaşla 

doldurun.  Cavab  kartındakı  məlumatlar  optik  qurğu  vasitəsilə  oxunur.  Ona  görə 

də  cavab  kartı  ilə  işləyərkən    ehtiyatlı  olun.  Dairələri  tam  qaralayın,  kartın  əks 

üzünün  qabarmaması  üçün  qələmi  bərk  basmayın.  Kartı  əzmək,  ləkələmək, 

zədələmək və cırmaq olmaz.  

  DĠQQƏT!   Korlanmış cavab kartı dəyişdirilmir. 


Cavab kartının 1-ci bölməsində  iş nömrəniz, soyadınız, adınız və atanızın adı çap 

edilmişdir.  Özünüz  haqqında  çap  edilmiş  həmin  məlumatları  yoxlayın. 

Uyğunsuzluq  aşkar  etdikdə  mütləq  nəzarətçiyə  müraciət  edib  məsələyə  aydınlıq 

gətirin.  Bu  bölmədəki  qaydalara  zidd  hərəkətə  yol  verməyəcəyiniz  barədə 

bəyannamə  ilə  tanış  olun.  Cavab  kartında  çap  edilmiş  məlumatların 

düzgünlüyünü və  bəyannamə ilə tanış olduğunuzu öz imzanızla təsdiq edin. 

2-ci bölmədə   iş nömrənizin hər bir rəqəmini ardıcıl olaraq damalara yazıb, hər 

bir  damanın  altındakı  sütunda  uyğun  rəqəmi  tapıb,  onun  yerləşdiyi  dairəni 

qaralayın.  Bu  zaman  diqqətli  olun:  hər  sütunda  yalnız  bir  dairə  qaralanmalıdır. 

Bu bölmədə həmçinin soyadınızı, adınızı, atanızın adını müvafiq sətirlərə yazın.  

3-cü bölmədə sizə veriləcək  sual kitabçasının variantı çap edilmişdir.  

3.

 

Sonra  sizə  üzərində iş nömrəniz, soyadınız, adınız və ata adınız çap edilmiş və 



cavab  kartınızın  3-cü  bölməsində  göstərilmiş  varianta  uyğun  sual  kitabçası 

verilir.  



DĠQQƏT!

  Sizə  verilən  sual  kitabçası  sizə  məxsus  deyilsə  və  ya  cavab  

kartınızın  3-cü  bölməsində  çap  edilmiş  varianta  uyğun  olmazsa,  dərhal  

nəzarətçiyə müraciət edin. Belə ki, imtahan nəticələriniz qiymətləndirilərkən 

cavablarınız cavab kartınızda göstərilmiş varianta uyğun və sizə məxsus olan 

sual kitabçasının doğru cavabları ilə müqayisə ediləcəkdir. Sual kitabçasının 

sizə düzgün təqdim olunduğuna əmin olun.  

Nəzarətçi sual kitabçasını açmağa icazə verdikdən sonra onu vərəqləyərək çap 

qüsurlarının  olub-olmadığını  yoxlayın.  Belə  qüsurlar  varsa,  problemin  aradan 

qaldırılması üçün nəzarətçiyə  müraciət edin. 

4.

 

"İmtahan  başlandı"  elan  edilən  andan  suallara  cavab  vermək  üçün  ayrılan  45 



dəqiqə vaxtdan səmərəli istifadə edin. Cavabların cavab kartında qeyd olunması 

(uyğun dairələrin qaralanması) üçün sərf olunan vaxt da bu müddətə daxildir. 

5.

 

Cavab  kartının  cavablar  üçün  ayrılmış  hissəsi  sual  kitabçasındakı  sualların 



ardıcıllığına  uyğun  olaraq  1-dən  30-dək  sıralanmışdır.  Cavablarınızı  yazarkən  

hər bir sualın cavabını cavab kartında həmin suala uyğun sırada  qeyd edin. Sual 

kitabçasında  hər  suala  verilmiş  beş  cavabdan  (bunlar  A,  B,  C,  D,  E  hərfləri  ilə 

işarələnmişdir) düzgün hesab etdiyiniz yalnız bir cavabı seçin və cavab kartında 

ona  uyğun  dairəni  qaralayın.Əgər  bir  suala  cavab  olaraq  iki  və  daha  çox  dairə 

qaralanarsa, həmin cavab səhv hesab edilir.  



Ballarınız  hesablanarkən  yalnız  cavab  kartında  qaraladığınız  cavablar 

nəzərə alınır. 

DĠQQƏT!  Başqasının cavablarını köçürməyin. Özünüz də diqqətli olun ki, 

sizin  cavablarınızı  heç  kim  köçürməsin.  Nəticələriniz  yoxlanarkən  xüsusi 

araşdırma  zamanı  köçürmə  faktı  aşkar  edilərsə,  imtahan  nəticələriniz  ləğv 

olunacaqdır.

 

6.

 



“İmtahan  qurtardı”  elan  olunduqda  cavab  kartınızı  və  sual  kitabçanızı  mütləq 

nəzarətçiyə təhvil verin. 

7.

 

Cavab  kartının  və  sual  kitabçasının  təhvil  verilməsinə  görə  abituriyent 



Ģəxsən  məsuliyyət  daĢıyır.  Cavab  kartını  və  sual  kitabçasını  nəzarətçiyə  təhvil 

verdikdən  sonra imtahana buraxılış vərəqənizdə  nəzarətçiyə imza  etdirməlisiniz. 



Cavab  kartını  və  sual  kitabçasını  nəzarətçiyə  təhvil  verməsəniz,  imtahan 

nəticələriniz ləğv olunacaqdır.  

8.

 

Siz  cavab  kartlarının  sayılıb  zərfə  qoyularaq  bağlanmasında  iştirak  edib,  zərfin 

üzərindəki aktı imzalaya bilərsiniz.  

ABĠTURĠYENTƏ QADAĞANDIR: 

-

 

saxta sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək



-

 

imtahana  mobil  telefon  və  digər  rabitə  vasitələri,  kalkulyator  və  digər  elektron 

cihazlar,  konspekt,  lüğət,  cədvəl,  məlumat  kitabçası,  xarici  yaddaş  qurğuları  və 

başqa  yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək; 



-

 

yandırıcı,  partlayıcı,  kəsici,  deşici,  atıcı  və  digər  bu  kimi  əşyalarla  imtahan 

binasına girmək, özü ilə siqaret gətirmək; 

-

 

sual kitabçaları paylandıqdan sonra hər hansı bir səbəbə görə imtahan zalını tərk 

edib yenidən geri dönmək; 

-

 

nizam-intizam qaydalarını pozmaq; 



-

 

zalda yerini dəyişmək,  gəzişmək, yerindən durmaq və bu kimi hallarla imtahanın 

gedişinə mane olmaq; 

-

 

başqasının cavab kartına,  sual kitabçasına baxmaq və  ya öz cavab kartına, sual 

kitabçasına başqasının baxması üçün şərait yaratmaq;  

-

 

"Ġmtahan baĢlandı" elan olunan andan imtahanın sonuna qədər səbəbindən 

asılı olmayaraq imtahan zalından çıxmaq;  



-

 

nəzarətçiyə  test tapşırıqlarının həllində kömək üçün müraciət etmək; 



-

 

cavab  kartını  və  sual  kitabçasını  nəzarətçiyə  təhvil  vermədən  imtahan  zalından 

çıxmaq. 

Belə hal aşkar olunarsa, həmin abituriyent imtahandan  xaric olunacaq və onun  

imtahan nəticələri ləğv olunacaqdır. 

DİM-in abituriyentin imtahan qaydalarına zidd hərəkətini imtahandan sonra da  

aşkar etmək üçün müxtəlif üsulları vardır. 

Qəbul  kampaniyası  DİM  tərəfindən  hazırlanmış  normativ  sənədlərlə 

nizamlanır.  Abituriyent  öz  üzərinə  götürdüyü  öhdəlikləri  pozduqda  və  xüsusi 

araşdırmalar nəticəsində müəyyən pozuntular (saxta sənəd təqdimetmə, köçürmə 

və ya köçürməyə şərait yaratma, imtahana mobil telefon və digər rabitə vasitələri 

gətirmə,  imtahana  öz  yerinə  başqasını  göndərmə,  qaydalara  zidd  hərəkətlərə  və 

digər  saxtakarlıqlara  yolvermə  və  s.)  aşkar  edildikdə  onun  imtahan  nəticələri 

DİM  tərəfindən  ləğv  edilir.  Siz  cavab  kartının  1-ci  bölməsində  belə  hallara  yol 

verməyəcəyiniz 

barədə 


öz  üzərinizə  öhdəlik  götürərək  Bəyannamə 

imzalayırsınız. 

Əgər  siz  imtahan  zamanı  qaydaların  pozulması  halları  ilə  rastlaşsanız,  mütləq 

nəzarətçiyə  müraciət edin, nəzarətçi lazımi ölçü  götürməzsə, imtahan rəhbərinin 

və ya DİM nümayəndəsinin zala gəlməsini tələb edin. 

Nəzarətçi  müəllimlər  qeyri-fənn  müəllimləridir.  Onların  vəzifəsi  imtahanın 

gedişi  zamanı  nizam-intizam  yaratmaqdır.  İmtahanın  başlandığı  elan  edildikdən 

sonra  sizin  onlara  sual  verməniz,  onların  sizə  yaxınlaşıb  hər  hansı  bir  məlumat 

almaq üçün müraciət etməsi imtahan qaydalarına ziddir.  

Nəzarətçi  müəllimlərin  fəaliyyəti  imtahan  prosesinin  tələblərinə  uyğun 

olmazsa,  bu  barədə  imtahan  rəhbəri  zala  gəldikdə  ona  məlumat  verin.  İmtahan 


binasından  çıxdıqdan  sonra  imtahanın  gedişi  ilə  əlaqədar  şikayətlərə 



baxılmayacaqdır. 

 Sizə müvəffəqiyyətlər arzulayırıq! 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə