Vasitəli və Vasitəsiz motivlər
İdrak obyektiv aləmin insanın hiss üzvlərinə
təsirindən yaranan inikas
prosesidir. Bu təsir nəticəsində subyeklə obyekt arasında qarşılıqlı münasibət
yaranır. İdrak prosesinin yaranması isə həmin qarşılıqlı münasibətdən asılıdır.
Materialist idrak nəzəriyyəsi də idrakın bünövrəsini belə qarşılıqlı təsirdə axtarır.
Fəlsəfədən məlumdur ki, həmin nəzəriyyənin bünövrəsini məhz inikas prinsipi
təşkil edir. İnikas prinsipi həm aktiv, həm də passiv ola bilər. Passiv qarşılıqlı
təsirə misal olaraq şəlaləni göstərmək olar. Şəlalənin suları qayalara toxunaraq
parçalanıb tökülür. Bu zaman tədricən qayalarda ovulma baş verir. Məlumdur ki,
mühitdə
olan təsirlərə, hər hansı varlıq aktiv inikas prinsipi əsasında cavab verir.
Deməli, hər hansı orqanizm öz ehtiyacını məhz idrak fəaliyyəti nəticəsində dərk
edir. Bu səviyyədə ancaq insana məxsus olan yeni bir idrak fəaliyyəti növü-insan
şüuru bu fəaliyyətə qoşulur. Nəticədə orqanizmlə mühit arasında müvazinət
yaranır, yəni insan öz davranışını tənzim edə bilir və gələcəkdə ola bilənlərə
münasibətini təmin edir. Bütün bunların sayəsində insan özünün gələcək işlərini
planlaşdırır.
Maraqlar idrakın daimi təhrikedici mexanizmi kimi meydana çıxır. Maraqları
məzmununa,
məqsədinə, genişliyinə və davamlılığına görə təsnif etmək olar.
Məzmununa görə maraqları təsnif edərkən insanın idrak tələbatlarının
obyektləri əsas götürülür. İdrak tələbatları obyektlərindən hansının insanı cəlb
etməsi bu sahədə onun marağının məzmununu müəyyənləşdirir. Bu baxımdan
maraqların əhəmiyyətlilik dərəcəsi onun məzmununun nə dərəcədə düzgün
seçilməsindən asılı olur. Məqsədinə görə maraqlar vasitəsiz və vasitəli ola
bilir. İnsan üçün əhəmiyyətli olan obyektin emosional cazibədarlığı vasitəsiz
marağın meydana gəlməsinə səbəb olur. Bu zaman həmin obyektin özü bilavasitə
bizi özünə cəlb edir. Onunla maraqlanmağa başlayırıq. Vasitəli maraqlara
gəldikdə bunlar qarşıya qoyulmuş məqsədə çatmaq üçün zəruri olan
vasitələrlə əlaqədar meydana gəlir. Vasitəli maraqların insanın
əmək və tədris
fəaliyyətinin təşkilində əhəmiyyəti olduqca böyükdür. Maraqları özlərinin
genişliyinə görə də təsnif edirlər. Həyat təcrübələri göstərir ki, bəzi adamlarda
maraqlar yalnız bir sahə üzrə mərkəzləşdiyi halda, bəziləri isə bir çox obyektlərlə
maraqlanırlar, başqa sözlə onlarda maraqların əhatə dairəsi geniş olur. Əgər
bu maraqların genişliyi onların dərinliyi ilə uzlaşarsa
daha səmərəli xarakter
daşımış olar. Maraqların dərinlik səviyyəsi şəxsiyyətin mühüm keyfiyyəti kimi
qiymətləndirilir. Bu cür maraqlara malik olan insanlar bu və ya digər fəaliyyət
sahəsində həmişə yüksək müvəffəqiyyətləri ilə fərqlənirlər. Özlərinin
davamlılığına görə maraqlar davamlı və davamsız ola bilir. Bəzi adamlarda
maraqlar davamlı olduğu halda, başqalarında davamsız, keçici xarakter
daşıyır. Davamlı maraqları insanın formalaşmağa
başlayan qabiliyyətlərinin
göstəricilərindən biri kimi qeyd edirlər. Maraqları passiv və fəal olmaqla da
təsnif edirlər. Heç bir iş görmədən, nəiləsə sadəcə olaraq maraqlanmaq insanın
həmin obyektə passiv maraq bəslədiyini göstərir. Passiv maraqlar mənfi hal
olmaqla şəxsiyyətin ümumi inkişafına heç bir dəyərli təsir göstərmir. Fəal
maraqlara gəldikdə, əksinə, bu cür maraqlar bizi fəaliyyətə təhrik edir,
bu zaman
bizə qüvvə verir, işi ruh yüksəkliyilə, axıra qədər davam etdirməyimizə, əldə
etdiyimiz nəticələrin yüksək keyfiyyətdə olmasına müsbət təsir göstərir.
Fəlsəfə elmi öyrədir ki, idrakın hissi və mənliqi olmaqla iki səviyyəsi vardır.
İdrakın bu səviyyələri onun vasitəli və vasitəsiz formalarını da izah etməyə imkan
verir. Məlumdur ki, hissi idrak əsasən vasitəsiz, məntiqi səviyyə isə vasitəli inikas
for masıdır.
Lakin həm filogenezdə, həm də ontogenetik inkişafda hissi idrakdan
məntiqi idraka keçid prosesi tədricən baş verir.
Burada aralıq proseslər adlanan, yeni keyfiyyət fərqləri əmələ gəlir. Bunlar da
nəzərə alınsa psixi inikasın-hissi-perseptiv, tə-səsvvürlər və məfhum təfəkkür
səviyyələrini ayırd etmək olar. Hissi idrak da daxil olmaqla, ümumiyyətlə idrakın
düzgünlüyü məhz praktikada yoxlanılır. Hissi idrak duyğudan başlanır. Onun əsas
vəzifəsi ətraf aləmdə, eləcə də orqanizmdə baş verənlər barədə subyektə mə'lumat
verməkdir. Bütünlüklə idrak proseslərinin bünövrəsini duyğular təşkil edir. O,
orqanizmlə mühit arasında ilkin əlaqədir. Deməli, xarici aləm haqqında
biliklərimizin mənbəyidir. Onun vasitəsilə insan varlığı dərk edir. Duyğular-indiki
anda hiss üzvlərinə təsir edən cisim və ha-disələrin ayrı-ayrı keyfiyyətvə
xassələrinin beyində inikasıdır.
Beləliklə, duyğular həm ətraf
aləmdə baş verən hadisələri,həm də
orqanizmin daxilində olan proseslər barədə məlumat verir ki, bunun sayəsində də
orqanizm ətraf mühitə bələdləşir. Hər bir insan duyğuların verdiyi məlumata
istinad edir, beyində isə bu məlumatlar təhlil olunur, nəticədə mürəkkəb idrak
fəaliyyəti baş verir.