Azərbaycan Resublikası Təhsil Nazirliyi Azərbaycan Dillər Universiteti


II. 4. Qloballaşma və Azərbaycan dili



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə13/30
tarix05.05.2017
ölçüsü2,76 Mb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   30

II. 4. Qloballaşma və Azərbaycan dili 

 

Azərbaycan dili bu gün bütün dünya azərbaycanlılarının bir-



birilə ünsiyyətini təmin edən möhtəşəm bir dildir. Son illərin hesab-

lamalarına görə, bu gün dünyada 50 milyona yaxın adam Azərbay-

can dilində danışır ki, bu da dünyanın ən böyük dilləri siyahısında 

18-20-ci yerləri bölüşdürür.  İndi bu dil müstəqil dövlətimizin  əsas 

atributlarından olmaqla xalqımızın yenilməz qalası kimi düşmən-

lərin hər cür təxribatına və müdaxiləsinə sinə  gərərək müqavimət 

göstərir. Bu dil bütün azərbaycanlıları birləşdirən güclü bir alətdir. 

Hazırda dilimizin bütün incəliklərini açıb göstərən monumental 

əsərlərimiz, Azərbaycan dilinin ayrı-ayrı aspektlərinin linqvistik 

şərhini özündə  əks etdirən sanballı  tədqiqatlarımız, dilimizin ke-

şiyində duran Dilçilik İnstitutumuz və onlarla ali məktəblərimizdə 

Azərbaycan dili kafedralarımız var. Dilimizin dövlət dili kimi 



Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

186


işlənməsini ana yasamızda təsbit edən ayrıca maddə vardır ki, bunu 

əldə rəhbər tutan müvafiq qurumlarımız dilimizin tədqiqi, təbliği və 

tədrisilə yaxından məşğul olur. Xalqımızın ölməzliyinin rəmzi, ruhu 

və canı olan dilimiz haqqında çox yazılıb, çox deyilib. Ancaq bu 

heç də o demək deyil ki, daha deməyə bir söz qalmayıb. Bu heç də 

belə deyil. Hər dövrün öz tələbi, öz yanaşma bucağı olur. Bizim 

ümdə  vəzifəmiz dilimizin müasir elmi konsepsiyalar baxımından 

tədqiqini davam etdirmək, tədqiqatlarımıza yeni ruh və yeni isti-

qamət verməkdən ibarətdir. 

Məlumdur ki, hazırkı dünyamızda müxtəlif xalqların və mil-

lətlərin bir-birilərilə qarşılıqlı münasibətlərində canlı dil mühüm 

ünsiyyət vasitəsi kimi çıxış edir. “Bu gün ən müasir sayılan texno-

loji yeniliklər belə dil qədər önəmli ola bilmir, çünki bütün texnoloji 

yeniliklərin xalqların məişətinə tam daxil olması üçün xüsusi meta-

dilə ehtiyacı vardır, canlı ünsiyyətdə linqvosemiotik vasitələrlə 

yanaşı (təbii dildəki metaforik və metonomik özəlliklər, paralinqvi-

stik ifadələrlə bərabər intonasiya) etnosemiotik vasitələr də (folklor, 

rəqs, poza və s.) qarşılıqlı anlaşmada mühüm yer tutur. Qeyd edək 

ki, son semiotik tədqiqatlar insanda 1000-ə  qədər poza növü fərq-

ləndirir. Onlar, Y.Lotmanın təbirincə desək, semiosferdə ünsiyyət 

mədəniyyətinin elementlərinin lokutiv vasitələri kimi çıxış etməklə 

danışıq aktında illokutiv niyyətin və perlokutiv nəticənin  əldə 

olunmasına, bununla da ünsiyyətin uğurlu olmasına təminat yaradır-

lar. Bədən üzvlərinin danışıq prosesində müxtəlif müşayiətedici 

(danışarkən  əl-qolun və  bədənin digər üzvlərinin hərəkəti) və ya 

müstəqil (başın o yan-bu yana və ya aşağı-yuxarı hərəkəti) hərəkəti 

dinləyəndə intellektual və emosional təsir oyatmaqla yanaşı inan-

dırıcı olmaq və  həm də danışanın kimliyini müəyyən etmək üçün 

vacib şərtlərdəndir.”

1

 



Bu gün dilçiliyimizin sürətli inkişafını  təmin etmək üçün 

güclü maddi-texniki bazanın yaradılması  və yüksək ixtisaslı dilçi 

kadrların hazırlığı ilə yanaşı dünya dilçilik irsinin Respublikamıza 

gətirilməsi istiqamətində xeyli iş görmək lazım gəlir. Bunun üçün 

dünya dilçilk korifeylərinin  əsərlərini orijinaldan dilimizə  tərcümə 


ЫI HİSSƏ 

187 


edib yaymaq

2

, eyni zamanda Azərbaycan dilçiliyində  işlənib 



hazırlanmış və dünya dilçiliyi səviyyəsində qəbul edilə bilən ideya 

və fikirləri dünyanın aparıcı dillərinə tərcümə edib yaymaq ölkəmi-

zin dilçilik sahəsində qazandığı uğurların dünya miqyasına çıxarıl-

ması baxımından yaxşı  nəticə verə bilər. Biz dünyanın aparıcı öl-

kələrindən mübadilə yolu ilə magistraturaya və ya doktoranturaya 

qəbul təşkil edə bilsək, ölkəmizə  gələn hər bir əcnəbi tədqiqatçı 

müəyyən dövr ərzində dilimizin bu və ya digər problemləri ilə bağlı 

dissertasiya və ya monoqrafiyalar yazıb müdafiə edərlər və sonra 

onları aparıb öz ölkələrində çap etdirərlər. Bu da elmimizin və 

mədəniyyətimizin  əcnəbilər vasitəsilə dünyada yayılmasına güclü 

təkan verərdi. 

Bütün sahələrdə qloballaşma müşahidə edildiyi kimi dillə 

ünsiyyət sahəsində də belə bir proses özünü aydın şəkildə göstərir. 

İndi beynəlxalq aləmdə ingilis dilinin hökmranlığı  nəticəsində 

başqa dillər, o cümlədən Azərbaycan dili də iqtisadi, siyasi, hərbi və 

mədəni sahələrdə  sıxışdırılaraq küncə  qısılmış kimi görünür, 

məhəlli və ya dar çərçivədə işlənir. Əsası odur ki, milli dillərdə yeni 

məfhumları və konseptləri bildirən sözlər və fikirlər yaranmır, heç 

buna ehtiyac da qalmır. Digər tərəfdən, dil sahəsində qlo-

ballaşmanın bir fəsadı da nəzərə çarpır ki, bu da dillərin qarşılıqlı 

təsirini heçə endirir. Nəticədə dili hakim olan xalq eqoist olur, 

özünü  əlçatmaz zirvədə hesab edir. Alman alimi Y.Trabant bu 

sahədə müşahidələrini belə ümumiləşdirir: “İngilislər və amerikan-

lar, bir qayda olaraq, xarici dillərdə  əsər oxumağı lazım bilmirlər, 

onlar həmin  əsərləri tərcümə elətdirməyə  də böyük həvəs göstər-

mirlər.”


3

 

Məlumdur ki, dil fəaliyyətində gənclər xüsusi yer tutur. Onlar 



daha yığcam söyləmlərə  və alınma sözlərə üstünlük verirər. “İndi 

gənclər qrammatikaya və  tələffüz qaydalarına fikir vermirlər. 

Danışanda elə bil saqqız çeynəyirlər. Onların dilində /sms, top, hot, 

super, hendi, mobil, çat, download, portal, webside/ kimi yüzlərlə 

söz işlənir ki, heç gənclər və ya kosmopolitlər onların fərqinə 

varmırlar. Bu sözlər qlobal dilin hücumu, onları götürən dillərin isə 



Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

188


fəryadıdır. Mən demirəm ki, bizim dilimiz tam təmiz olsun. Bu heç 

mümkün olan şey deyil. Amma öz dilimizin qayğısına qalmalıyıq. 

Alman alimləri maraqlı tədqiqat aparıblar. Görkəmli şairlər Qöte və 

Haynə hər cümlədə orta hesabla 30-36 söz işlədiblər. T.Mann “Yo-

zef və onun qardaşları” romanında bir cümlədə 347 söz işlədib. An-

caq indi orta hesabla 5 – 13 söz işlənir. Radio və televiziya ve-

rilişlərində isə möcüzə baş verir. Bir də görürsən xəbərlərdə deyilir: 

/London dağılır//, /Liviya çökür//, !Bu lap əladır ki! və s. Bəzən 

yersiz təkrarlara yol verilir. Biz az danışmağın gözəlliyi haqda çox 

eşitmişik. Məsələn, hər cümlənin başında “ABŞ prezidenti Barak 

Obama” deməyin nə mənası var?! Birinci söyləmdən sonra elə bircə 

/Obama/ desək, hər şey aydın olar. Fikrimizcə, kino başlıqlarındakı 

kimi və ya hər yerdə  qısa cümlə  işlətmək savadsızlığın və dil 

səriştəsizliyinin  əlamətidir. Elə  rəsmi dövlət vəzifəsində oturan 

adamın dialektdə danışması da auditoriyaya hörmətsizliyin əlamət-

dir. Bu gün özümüzdə istehsal olunan məhsullara xarici adların ve-

rilməsi heç cür başa düşülən deyil. /Bonaqua, Nightbar, supermar-

ket, medical club, Talk-show? Job Center? Service Point/ kimi re-

klam xarakterli sözlərə nə ehtiyac var?!”

4

 



Hazırkı dövrdə  mədəniyyətlərarası  əlaqələrin bir forması da 

turizmdir. Turizmin həm mədəniyyətlərin tanınmasında və yayıl-

masında, həm də fərdlərarası əlaqələrin genişlənməsində mühüm rol 

oynadığını indi hamı etiraf edir. Turizm həm də yaxşı  gəlir 

mənbəyidir.  İndi dil baxımından bu sahədə  də çox acınacaqlı bir 

vəziyyət yaranıb. Məsələn, hər hansı ölkədən Azərbaycana bir turist 

dəstəsi gəlirsə,  əvvəlcədən sifariş verilir ki, ekskursiya ingiliscə 

olsun. Başqa bir fakta diqqət yetirək. Bu yaxınlarda bizim 

əməkdaşlardan birinin kitabının təqdimatında məmurlardan biri 

ingiliscə danışaraq öz “biliklərini” nümayiş etdiririrdi. Təqdimatda 

isə, demək olar ki, xarici qonaq yox idi. Bununla heç də onu demək 

istəmirik ki, biz monodilli olaq. 

Qloballaşan dünyada monodillilik və monomədəniyyət forma-

laşır ki, bu da bütün dünyanı məhvə doğru aparır, planetimizin dil 

rəngarəngliyi və mədəni mənzərəsi yeknəsəkliyə uğrayır. 


ЫI HİSSƏ 

189 


“Biz monomədəniyyətin və monodilli ölkənin nümunəsini 

qonşumuz Ermənistanda görürük. Bu monomədəniyyət cəmiyyəti 

məhdud və  çıxılmaz edir, milli eqoizm dövlətin siyasi kursuna 

çevrilir, özünəvurğunluq və qüsursuzluq sindromu yaradır. Hələ 

böyük V.fon Humboldt yazırdı ki, müxtəlif dillər dünyagörüşlərin 

müxtəlifliyi deməkdir. Bir dil bilən heç vaxt düşüncə müxtəlif-

liyinin nə olduğunu dərk edə bilməz. Bir dil bilən  ətrafda baş 

verənləri bildiyi dilin süzgəcindən keçirdir. Bu da şovinizmin və 

özünəqapalılığın yüksək dərəcəyə qalxması, sonda isə birdilli xalqın 

süqutuna aparıb çıxarması deməkdir”.

5

 

Müstəqillik dövründə bizim Respublikada dil situasiyası xeyli 



dəyişdi. Sovetlər dönəmində hamımızın imperiya dilini bilməyimiz 

tələb olunurdu. Hətta rus dili ikinci ana dilimiz elan olunmuşdu. 

Müstəqilliyimiz bərpa olunandan sonra bizim cəmiyyətdə ciddi 

dəyişikliklər müşahidə olunur. Bir qism vətəndaşlarımız dini 

azadlıq əldə etdikdən sonra ərəb dilinə meyl elədi. Onların balaları 

İranda və  ərəb ölkələrində dini təhsil alaraq fars və  ərəb dilində 

oxuyur və yazırlar. Bir qism vətəndaşlarımız Türkiyə türkcəsinə 

meyil edir, türk mədəniyyətini və dilini təbliğ etməyə çalışır, yeri 

gəldi-gəlmədi türk kəlmələri işlədir, hətta intonasiyanı  və vurğunu 

da dəyişdirirlər. Üçüncü qism vətəndaşlarımız sovet dönəmində 

olduğu kimi, rus dilinə sadiq qalaraq bu dildə  fəallıq göstərməkdə 

davam edirlər. Dördüncü qism vətəndşlarımız isə, bunları daha çox 

öz kayeraları düşündürür, ingilis dilinə meyillidir. Axırıncılar idarə 

olunan dilöyrənmə sahəsində daha müntəzəm müdafiə olunurlar. 

Nəhayət, əhalinin daha çox hissəsi, biz deyərdik ki, az mütaliə edən 

qismi, öz ana dilində, öz türkcəmizdə ünsiyyəti üstün tutur. 

Beləliklə, müasir dövrdə millətlərin qarşılıqlı ünsiyyətində dil 

faktoru mühüm rol oynayır. Özü də dünya miqyasında xalqlararası 

mədəni, iqtisadi, ticari və s. əlaqələrin inkişafında qlobal dil pro-

blemi çox böyük aktuallıq kəsb edir. 

Dilçilik elminin obyekti olan dil ən qədim zamanlardan xal-

qların milli şüurunun və vətənpərvərlik hisslərinin formalaşmasında 

əsas amillərdən biri olduğu üçün bəşər tarixində onun özünəməxsus 


Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

190


ictimai-siyasi əhəmiyyəti vardır. Müasir dövrdə müstəqil dövlətimi-

zin dünya sivilizasiyasında tutduğu mövqe ilə bağlı dilimizin həm 

ölkə daxilində, həm də xaricdə öyrənilməsi və öyrədilməsi, habelə 

Azərbaycan dilinin qloballaşan dünyamızda qorunub saxlanılması 

ümumibəşəri çalışmalar fonunda öz mədəniyyətimizin, adət və 

ənənələrimizin qorunması kimi başa düşülməlidir. 

Məsələ burasındadır ki, ingilis dilinin yayılmasında ingi-

lislərdən daha çox başqa millətlərin nümayəndələri canfəşanlıq edir-

lər.  İngiltərənin nüfuzlu Oksford universitetinin danimarkalı alimi 

Fillipson “Linqvistik imperializm” adlı kitabını çap etdirmişdir. 

Bununla  İngiltərə kimi ölkənin böyük universitetlərindən biri öz 

mövqeyini bildirmiş oldu. 

Məsələyə diaxron aspektdə yanaşıldıqda “dilin tarixi onun 

daşıyıcısı olan xalqın tarixidir” konsepsiyasından çıxış edərək, bu 

sahədə  dərin araşdırmaların aparılması üçün tədqiqatçılarımızın 

dilimizin və xalqımızın tarixən bölgədə və dünyada təmasda olduğu 

etnomədəniyyətlərə aid tarixi mənbələri araşdırmaq, dilimiz və 

dilçilyimizlə bağlı fikir və mülahizələri toplayıb təhlil etməklə xal-

qımızın kimliyi və  mədəni səviyyəsi haqqında dolğun məlumatlar 

əldə edə bilərik. “Kitabi Dədə Qorqud”dan bəri həm öz mütəfək-

kirlərimizin, həm də dünya dahilərinin dilimizi yüksək səviyyədə 

dəyərlərndirmələri dilmizin necə qüdrətli və yenilməz bir ünsiyyət 

vasitəsi olduğunu sübut edir. F.fon Bodenşted, Bestujev Marlinski, 

M.Y.Lermontov, Avqust von Qaksthauzen, M.P. Falev və başqaları 

dilimizə yüksək qiymət vermiş, onun nəinki Azərbaycanda, həm də 

Qafqazda və Asiyada möhtəşəm ünsiyyət vasitəsi olduğunu, fransız 

dilinin Avropada olduğu kimi Azəraycan dilinin bu bölgələrdə 

ünsiyyət vasitəsi kimi şıxış etməsini dəfələrlə qeyd etmişlər. 

Məşhur səyyah və folklorçu A.fon Qaksthauzen XVIII əsrin 

ortalarında yazırdı ki, ermənilər  əsərlərini öz dillərində yox, tatar 

(Azərbaycan – F.V.) dilində yazırlar, çünki bu dil Qafqazın 

cənubunda xalqlar arasında informasiya, ticarət və qaşılıqlı anlaşma 

dilidir, bu mənada onu Avropada fransız dili ilə müqayisə etmək 

olar.”


6

 Fikrimizcə, xalqımızın qədimdən yüksək intellektual 



ЫI HİSSƏ 

191 


səviyyədə olmasını sübut etmək üçün bu cür qaynaqları toplayıb 

çap etmək bizim qarşmızda duran mühüm vəzifə olmalıdır. 

Ölkə daxilində dilimizin vəziyyəti, ondan cəmiyyətin müxtəlif 

sahələrində istifadənin səviyyəsi, xaricdə yaşayan soydaşlarımıza, 

dilimizi internet vasitəsilə öyrənən və öyrənmək istəyən əcnəbilərə 

kütləvi-informasiya vasitələrinin köməyilə yardım göstərmək, 

müasir tələblərə cavab verən müxtəlif sorğu xarakterli lüğət və 

kitabçaların, o cümlədən ölkəmizin fauna və florasını  əks etdirən 

sözlüklərin, yerli və əcnəbi adların transliterasiyasının elektron vari-

antda hazırlanması, kompüterlə dilöyrətmə  və dilimizin müasir 

səviyyədə formal və semantik təhlili bugünkü dilçiliyimizin aktual 

problemlərindən sayılmalıdır, canlı dilimizdə çeşidli dərs vəsait-

lərinin tərtbiqi müvafiq qurumların qarşısında bir nömrəli vəzifə 

kimi dayanır. 

Azərbaycan və dünya linqvistik irsinin, habelə bütövlükdə 

dilçilik elminin müasir səviyyəsinin öyrənilməsi, Azərbaycan 

dilçilik konsepsiyasını  və  dəyərlərini dünyaya çıxartmaq və dünya 

dilçiliyinin nəzəri fikirlərini Azərbaycana gətirmək mühüm əhəmiy-

yət kəsb edir. Bu məqsədlə müasir dilçilikdə fundamental əsərlərdən 

bəzilərinin Azərbaycan dilinə  tərcümə edilərək  şərhlərlə çap 

edilməsi, habelə Respublikamızın görkəmli dilçilərinin  əsərlərinin 

almanaxının hazırlanması müvafiq qurumların qarşısında duran 

aktual məsələdir. 

Dilin fəlsəfə (dil fəlsəfəsi və dilçilik fəlsəfəsi, dilin ontoloji və 

metodoloji problemləri), psixologiya (ünsiyyətin uğurluluğu və 

uğursuzluğu problemləri), sosioloinqvistika (cəmiyyətin müxtəlif 

səviyyələrində və qurumlarında dilin işlənməsi, milli dil, variantları 

və dialektləri, dil siyasəti və millətlərarası ünsiyyətdə dilimizin 

yeri), fiziologiya (koqnitiv dilçilik, afaziya, loqopediya, defektolo-

giya və s.), texnologiyalarla (maşınla tərcümə, danışıq aktı 

nəzəriyyəsi, danışanın kimliyinin nitqinə görə, yəni səs obrazlarının 

tanınması, kriminalistikada dilin rolu), semiotika (dilin işarəviliyi 

və dil işarələrinin başqa işarələrdən fərqi, dil işarələrinin praqmatik 

və semantik təhlili, mətn dilçiliyi və diskurs təhlili) əlaqələri müasir 



Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

192


nəzəri dilçilik işığında öyrənilməli və bu sahələr üzrə tədqiqatlar si-

stemli olmalıdır. Dilçiliyimizdə hökm sürən  şablonçuluq və 

avrosentrizmə son qoymaq vaxtı gəlib çatmışdır. Şirin ana dilimizin 

özəlliklərinin üzə çıxarılması, M.Kaşğaridən üzü bu yana söylənil-

miş fikirləri saf – çürük edib dilçiliyimizin tarixini əks etdirən san-

ballı bir əsər yazıb ortaya qoymalıyıq. 



"Sivilizasiya". Avrasiya universitetinin əsərləri. Dil və ədəbiyyat. 

Bakı, 2012, №1. s.51-59. 

Ədəbiyyat 

1. F.Veysəlli. Qloballaşma və mədəniyyətlərarası ünsiyyətdə qlobal 

dil problemi. Bakı, Avrasiya universiteti. “Sivilizasiya”, Bakı, 2012, №1, 

s.51-59. 

2. Bu sahədə Bakı Slavyan Universitetinin təşəbbüsü və maddi 

köməyilə dilimizə  tərcümə olunan bir sıra  əsərlərin çap olunması 

təqdirəlayiqdir. Bax: E.Koseriu. Ümumi dilçiliyə giriş. Almancadan 

tərcüməsi, ön söz və qeydlər prof. F.Veysəllinindir. BSU, “Filoloqun 

kitabxanası seriyasından”, Bakı, 2006 . 

3. F.Veysəlli. Göstərilən əsəri, s.52. 

4. Yenə orada, s.53. 

5. Yenə orada, s. 53. 

6. F.Yadigar (Veysəlli). Fonetika və fonologiya məsələləri. Bakı, 

1993, s.47. 

 

II. 5. Qloballaşma və mədəniyyətlərarası ünsiyyətdə 

qlobal dil problemi 

 

Hazırda qloballaşma xalqların daha intensiv ünsiyyətə girmə-



sini vacib amil kimi bəşəriyyət qarşısında irəli sürdüyü mühüm 

tələblərdəndir. Bugünkü dünyamızda xalqların və millətlərin qarşı-

lıqlı münasibətlərində dilin mühüm ünsiyyət vasitəsi kimi çıxış et-

məsi təbii qarşılanır. Bu gün ən müasir sayılan texnoloji yenilik belə 

dil qədər önəmli ola bilmir, çünki bütün texnoloji yeniliklərin 

xalqların məişətinə tam daxil olması üçün xüsusi metadilə ehtiyacı 

vardır.  İndi hamıya gün kimi aydındır ki, canlı ünsiyyətdə linqvo-

semiotik vasitələrlə yanaşı (təbii dildəki metaforik və metonomik 



ЫI HİSSƏ 

193 


özəlliklər, paralinqvistik ifadələrlə bərabər intonasiya) etnosemiotik 

vasitələr də (folklor, rəqs, poza və s.) qarşılıqlı anlaşmada mühüm 

yer tutur. Qeyd edək ki, son semiotik tədqiqatlar insanda 1000 – ə 

qədər poza növü fərqləndirir. Onlar, Y.Lotmanın təbirincə desək, 

semiosferdə ünsiyyət mədəniyyətinin elementlərinin lokutiv vasitə-

ləri kimi çıxış etməklə danışıq aktında illokutiv niyyətin və perlo-

kutiv nəticənin  əldə olunmasına, bununla da ünsiyyətin uğurlulu-

ğuna təminat yaradırlar

1

. Bədən üzvlərinin danışıq prosesində 



müxtəlif müşayətedici (danışarkən  əl-qolun və  bədənin digər üzv-

lərinin hərəkəti) və ya müstəqil (başın o yan-bu yana və ya aşağı-

yuxarı  hərəkəti) hərəkəti intellektual və emosional təsir oyatmaqla 

yanaşı inandırıcı olmaq və  həm də danışanın kimliyini müəyyən 

etmək üçün vacib şərtlərdəndir. 

Görkəmli dilçi M.Pey yazır ki, insan 700.000 fərqli hərəkət-

lərdə bulunur

2

. Bunların bəzisini biz hər gün müşahidə edirik. 



Məsələn, şəhadət barmağımızı uşağa silkələyəndə demək istəyirk ki, 

“olmaz!”. 

Burada xüsusi qeyd olunmalıdır ki, qloballaşma dövründə 

ingilis dilinin hökmranlığı hər hansı bir dilin iqtisadi, siyasi və hərbi 

rıçaqlardan istifadə olunmaqla onun zor gücünə qəbul etdirilməsinə 

gətirib çıxardır ki, bununla da başqa xalqların dillərinə və mədəniy-

yətlərinə öldürücü zərbə dəymiş olur. Nəticədə dili hakim olan xalq 

eqoist olur, özünü əlçatmaz zirvədə hesab edir. Bununla bağlı alman 

alimi Y.Trabant yazır: “İngilislər və amerikanlar bir qayda olaraq 

lazım bilmirlər ki, xarici dillərdə  əsər oxusunlar, heç onlar həmin 

əsərləri tərcümə elətdirməyə böyük həvəs göstərmirlər”. Bunu 

alman alimi “Mitridat cənnətdə – dil düşüncəsinin kiçik hekayələri” 

adlı  əsərində yazıb

3

. Oxucu üçün aydın olsun deyə qeyd edək ki, 



romalılar ancaq yunan dilini qəbul edirdilər. Qara Dəniz sahillərində 

yaşayan pontosların kralı VI Mitridat qədim romalıların qəti 

düşməni idi. O öz adamlarına  əmr edirdi ki, miladdan 63 il əvvəl 

Pompeyin və yeni imperiyanın  əlinə düşməmək üçün onu 

öldürsünlər. Bunun öz pərdəarxası səbəbi vardı. İş burasındadır ki, 

Mitridat çox savadlı idi, ən azı 22 dil bilirdi. Odur ki, o, ətrafda baş 



Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

194


verənləri və imperiya iddialarını yaxşı başa düşürdü, ona görə  də 

başqa dilləri yaxına buraxmırdı. 

Bu gün dünya dilləri haqqında dilçilərin  əlində olduqca 

zəngin material vardır. Məsələn, dünyada 6500 dilin 250-ı Avstra-

liyada qeydə alınıb. Ötən  əsrin 90-cı illərində ABŞ antropoloqu 

J.Blevins Avstraliyaya üçillik səfəri zamanı bu ölkədə danışılan 

dillərdən birinin – “Nhanda” dilinin sonuncu daşıyıcısı Lusi Ray-

derin öz əcdadlarından eşitdiklər bitki, heyvan, dağ, dərə və s. adla-

rından maraqlı  əhvalatları  qələmə alıb kasetlərə köçürərək 

Laypsiqdə Maks Plank institutuna verib. İndi onlar orada saxlanılır

4



Ancaq indi həmin nhanda dilində danışan bir nəfər də qalmayıb. 



Canlı dilin ölüb sıradan çıxması haqqında daha bir əhvalat: 82 

samiti və 3 saiti olan Qafqazda kəraim dilində əvvəllər 50.000 adam 

danışırdı. Bu dildə axırıncı danışanın 1984-cü ildə 82 yaşı olub

5



Bu tale dünyanın bütün dillərinə qismət ola bilər.  İndi 6500 

dilin 273-də 1 milyon adam danışır. Proqnozlara görə, XXI əsrin 

sonlarına bu dillərin 2000-i ölüb gedəcək. 

Bu gün bu dillərdən ikisinin taleyi çox düşündürücüdür. On-

lardan biri alman, o birisi isə bizim dilimizdir. Alman dilində indi 

100 milyon, Azərbaycan dilində isə 50 milyon adam danışır. Dünya 

dahilərinin bir neçəsinin yazıb yaratdığı dillərin taleyi bu proqno-

zlara görə yaxşı gözlənilmir. Söhbət Lüter, Kant, Heqel, Qöte, 

Einşteyn, Kafka, Mann, Qras və ya Nəsimi, Füzuli, Vaqif, Sabir, 

Şəhriyar və daha kimlərin danışdıqları, yazıb yaratdıqları dillərdən 

gedir. Bircə misal verək. 2000-ci ildə dünyada 20, 1 milyon adam 

alman dilini öyrənirdisə, 2005-ci ildə bu rəqəm 16, 1 milyon olub. 

Fransada belə bir qayda var. Öz sözünün əvəzinə yad söz 

işlədən adam rəsmi şəkildə cərimə olunur. Vaxtilə Kanadanın Kve-

bek  əyalətində xüsusi dil polisi yaranmışdı  və o polis fransızca 

danışmayanları cəzalandırırıdı. Ancaq bu tədbir heç bir nəticə ver-

mədi. 

Avropa  Şurasında FDP-dən almaniyalı deputat ingiliscə 



danışmağı pis hadisə saymır. Brüsseldə belə bir qərar verilib ki, Aİ-

də  sənədlər, çıxışlar və digər mətnlər ingiliscə çap olunmalıdır. 



ЫI HİSSƏ 

195 


Bunu kəskin tənqid atəşinə tutan Ş.Matias bildirir ki, Avropa 

qurumlarında  ən çox deputat Almaniyanın payına düşür, – 25 %, 

halbuki ingilislər fransızlarla bir yerdə deputatların ümumi sayının 

16 %-ni təşkil edir. Alman parlamenti Avropa İttifaqına rəsmi 

müraciət göndərdi ki, sənədlər almanca olsa, bundestaq onları 

müzakirə edə bilər. 

Hətta alman unuversitetləri magistr qəbulunu ingilis dilində 

aparır. Bu yaxınlarda Almaniyanın  ən böyük qəzeti “Süddeutsche 

Zeitung”

7

 böyük konqresin ingilis dilində keçirilməsilə bağlı elan 



vermişdi. 

Beləliklə, planetimizdə monomədəniyyət formalaşır ki, bu da 

bütün dünyanı məhvə doğru aparır. 

Alman xalqının böyük oğlu M.Lüter “İncili” almancaya 

tərcümə etdi və Saksoniya dəftərxana dilindən möhtəşəm bir ədəbi 

dil yaratdı. Başqa bir alman filosofu və  məntiqçisi Q.Laybnis 

1682/83-cü illərdə yazırdı ki, o, alman dilinin kəskin və ağıllı işlən-

məsini arzu edir, əqlə aydınlıq gətirən bir dil həsrətindədir. 

Azərbaycan dili də bu keşmə-keşli dünyada öz yerini 

qorumalıdır. Dünyada ulularımız M.F.Axundov, Sabir, C.Məmməd-

quluzadə, Ü.Hacıbəyli,  Şəhriyar və neçə-neçə söz xridarılrımızın 

yazıb-yaratdıqlar doğma, şirin Azərbaycan türkcəsi bu gün iki yerə 

bölünsə  də, onun qüdrəti, qüvvəti hələ  də xalqın iradəsi sayəsində 

yaşamaqdadır. Ancaq qloballaşma təhlükəsi bütün dünya dillərində 

olduğu kimi, bizim dilimizin də başının üstünü kəsmişdir. Bu 

bəladan az itkilə  çıxmaq üçün xalqımız durmadan mübarizə apar-

malıdı, dilimizi yadelli qəsbkarlardan qorumalıdr. 

Onu da qeyd edək ki, dünya dilləri qohumluq dərcəsinə görə 

kifayət qədər dolğun  şərh olunaraq bölüşdürülüb. Deyək ki, ispan 

və portugəz dilləri nə  qədər müstəqil olsalar da, o dillərin daşıyı-

cıları ispanlar və portugəzlər bir-birilərinin qəzet və jurnallarını 

oxuyub başa düşürlər. Ancaq danışanda anlam çətinlikləri olur. 

Eləcə  də finlər və estonlar bir-birilərini başa düşə bilirər. Dani-

markalılar, isveçlilər və norveçlilər deyirlər ki, onların dilləri 

fərqlidir. Ancaq M.Pey yazır ki, italyan dialektləri Siciliya və Pid-


Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

196


montese arasındakı  fərqlər 3 skandinav dili arasındakı  fərqlərdən 

çoxdur. Rumın və moldavan dilləri eyni olsalar da, onların adları 

müxtəlifdir. Bu gün Azərbaycan və Türkiyə türkcəsindən danışılsa 

da, onların eyni dil olmaları heç bir şübhə doğurmur. Serb və xorvat 

dilləri arasındakı  fərq ondan ibarətdir ki, birincinin yazısı kirilldə, 

ikincisininki isə latın qrafikasındadır. 

Bəzi ölkələrdə müəyyən sahədə bir, başqa sahədə isə tamam 

başqa dil işlənir. Məsələn, Lüksemburqda məktəbdə fransız, qəzet 

oxuyanda alman, evdə isə alman dilinin yerli Lüksemburq 

dialektində danışırlar. Paraqvayda insanlar biznes işlərində ispan, 

qalan hallarda isə yerli hindilərin dili olan quarani dilindən istifadə 

edirlər. Yunanıstanda da uzun illər məktəbdə katherovusa, ictimai 

yerlərdə isə dhimotiki dilindən istifadə edilirdi. 

İki və artıq dilli ölkələrdə  həmişə dil konfliktləri müşahidə 

olunur. Keçmiş sovetlər birliyində bu, müttəfiq respublikalarda adi 

hal idi. Belçikada bir şəhərin 3 adı var. Fransızların Liege 

adlandıdığı  şəhəri danimarkalılar Luik, almanlar isə Lütix kimi 

işlədirlər. Flamandriyanın paytaxtı fransızca Bruges (broozsh), daç 

dilində Brugge, almanca Brück adlanır. Flamandların çoxluq təşkil 

etdiyi Belçikada valonların ağalığı vaxtı parlamentdə  və  məktəbdə 

flamandca və ya daçca danışmaq qadağan idi. 

Bəzən naşı adamlar dillərin çətinliyinə  və asanlığına görə 

fərqli olmasını xüsusi qeyd edirlər. Ancaq bu çətinlik və asanlığı 

əsaslandırmaq o qədər də asan olmur. Məsələn, ingilis dilində hal 

kateqoriyası yoxdur, fin dilində isə 15 hal vardır, başqa sözlə desək, 

bu dildə  hər bir isim 15 şəklə düşür: nom., akk, , allativ, inessiv, 

komitativ və s. Təsəvvür edək ki, hər bir azərbaycanlı /daş/, /diş/ 

/duz/ və s. sözlərini 15 halda işədirlər. Dünyada ən geniş yayılmış 

ingilis dilində isə ümumi və yiyəlik halları vardır. Birinci sıfır 

şəkilçi ilə, ikinci isə /-s/ artırmaqla düzəlir. Bu dildə əvəzlik 3 cür, 

(/İ/ (mən), /my/(mənim), /me/(mənə)), feil isə 5 cür (/ride/ (miniklə 

getmə), /rides/ (3-cü şəxs təkdə = o, miniklə gedir), /rode/ (həmin 

feilin keçmiş zaman – preterit forması), /riding/ ( davamlı indiki 

zaman düzəltmək üçün forma) və /ridden/ ( məchul növü düzəltmək 



ЫI HİSSƏ 

197 


üçün forma) dəyişir. Alman dilində isə feilin 15 forması var: /lesen-

lese, lies, liest, lest, lesen, las, last, lasen, (hat) gelesen, läse, läsen, 

läst, läsest, lesend/. Qəribə  gəlir, elə deyilmi? Ancaq bu belədir. 

Qəribəliklər bununla bitmir. Eyni denotat bir dildə qadın cinsinə 

(məs. “şəhər” alman dilində /die Stadt/), onunla genetik cəhətdən 

qohum olan rus dilində isə kişi cinsinə aidir: (/qоrоd/). Rus dilində 

ismin 12 (tək və  cəmdə bütün hallarda), sifətin 16 forması 

mövcuddur.  İngilis dilində isə sifətin 3 forması vardır: /blond, 

blonder (than), blondest/. 

Romanlarda /grey/ (boz) sözünün qarşılığı yoxdur. İrlandi-

yanın gəlik dilində /hə/ və /yox/-un qarşılığı yoxdur. Onlar deyirlər 

/İ think not// və ya /This is so//. İtalyanlar /qardaş  qızı/ və /qız 

nəvə/-ni, eləcə də /qardaş oğlu/ ilə /oğlan nəvə/ni fərqləndirmirlər. 

Fransız dilində sifət isimdən sonra gəlir: /l`auto rouge/. Ancaq al-

man dilinin təsirilə Raynlandda normal söz sırası işlənir. Gəlik di-

lini başa düşməyənlər Şotlandiyanın dağlıq yerlərində bu diln təsiri 

altında müəyyən ifadələr işlədirlər. Yaponlar müəyyən və qeyri – 

müəyyən artiklin nə olduğunu bilmirlər. Digər tərəfdən, yaponlar 

isimlərin tək və  cəmini fərqləndirmirlər. Onlar həmçinin gələcək 

zaman deyilən  şey tanımırlar. Onlar /Tokyo e yukimasu// deyəndə 

həm /Tokiyoya gedirəm/, həm də /Tokiyoya gedəcəyəm// ifadə 

edirlər. Əlbəttə, burada kontekst köməyə gəlir. Digər tərəfən, yapon 

cümlələrinin yarısı mübtədasız olur. 

Yunan dilində ümumi ünsiyyətə xidmət edən 70-ə yaxın jest 

var. Məsələn, sol əli çənəyə söykəyir, gözün birini bağlayır, o biri 

göz orta məsafəyə baxır, o biri əli isə o yan – bu yana yelləyirlər, 

bununla da ?Mən bilmirəm ki, buna nə edim?

bildirirlər. 



Dünyanın 6500 dilində bütün bu “bədən dili”lə bağlı işarələri 

hesablaya bilərikmi? Bəzi ölkələrdə 2-3 dil (Belçika), bəzilərində 

isə (Kamerun, Papua, Yeni Qvineya və s.) 100-ə  qədər dil vardır. 

Hindistan 1600 dil və dialektlə, yəqin ki, dünyada liderdir. 

Bəzi dillər var ki, onlar kreol dillərə çevrilir, absorpsiyaya 

uğrayr və amalqamlaşır.  Şotlandlar /Take the here//, /Bring that 

here// və ya /İ am seeing you// /İ see you// əvəzinə işlədirlər. Hol-


Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

198


landiya ilə Qərbi Almaniya, Şimali Almaniya ilə Danimarka əhalisi 

bir -birilərinə öz həmvətənlilərindən yaxşı başa düşürlər. Kolumb 

yeni dünyanı  kəşf edəndə orada 1000 dil vardı, hazırda onlardan 

600-ü qalıb. 

Dillər daim dəyişməkdədir.  Ən az dəyişən dil island dilidir. 

Belə ki, islandlar minillik tarixi olan saqaları asanlıqla oxuya bilir-

lər. İngilis dili ən çox dəyişikliyə uğrayan dildir. Özü də həm lek-

sikonda, həm də sintaktik səviyyədə bu dəyişikliklər aydın hiss olu-

nur. Ancaq ingilis orfoqrafiyası bu dəyişiklikləri qəti nəzərə almır. 

Dünyanın dil xəritəsinə  nəzər salsaq görərik ki, bəzi ölkələrdə dil 

mənzərəsi çox rəngarəngdir. Məsələn,  İsveçrədə 4 dil rəsmi dildir 

(alman, fransız, italyan və retroroman). Bu axırıncı sərt qışı və nadir 

coğrafiyası olan şərqdə St.Mori, Davos və  Klosters  kimi  təcrid 

olunmuş gözəl yerlərdə  işlənir. Retroroman dilinin 5 variantı  mə-

lumdur. Sutselvadan olanlar “vagned na qua”(gəl bura) deyirsə, baş-

qa dərədən olanlar həmin ifadəni “vegni neu chen” kimi işlədirlər. 

Başqa yerlərdə isə eyni cür danışıb katolik və protestant olmasına 

rəğmən fərqli yazırlar.

5

 

Alman dili (Almaniya, Avstriya, İsveçrə, Rumıniya, Fransa, 



Macarıstan, Rusiya, Kazaxstan, Polşa, Belçika və s.) ədəbi dildən 

kənar çətin başa düşülən milli dil və dialektləri  əhatə edir, onlar 

fərqli leksikonla və sintaktik strukturlarla səciyyələnir. Hətta bir öl-

kə daxilində-Almaniyanın Bavariya dialektində “Samstag” (şənbə), 

Berlində “Sonnaband”, su borusunu təmir edənə “Spengler”, Ber-

lində isə “Klempner” deyirlər. 

İtalyan dili də çox qəribəliklərlə  səciyyələnir. Məlumdur ki, 

milli dil kimi Florensiya və Tuscan dialektləri formalaşıb. 1979-cu 

ildə ölkə  əhalisinin 5 %-i həmin dialektdə danışırdı. Keçmiş 

sovetlər birliyində 149 dil vardı. Əhalinin yarısı öz dilində danışırdı, 

çoxu heç ruscanı bilmirdi. Vatikanın rəsmi dili latın dilidir. Hazırda 

dünya miqyasında dəyərlərin yenidən qiymətləndirilməsi, elm və 

texnikada paradiqmlərin dəyişməsi müşahidə olunur. Bunun da əsas 

səbəbi dünyada sürətlə gedən qloballaşmanın həyatımızın bütün 

sahələrinə sirayət etməsidir. Başqa sözlə desək, BMT-nin baş 


ЫI HİSSƏ 

199 


qərargahının yerləşdiyi Nyu Yorkdan tutmuş  Şərqin  ən ucqar 

nöqtəsi olan Tokiyoya qədər bütün planetimizdə eyni və ya oxşar 

ssenariya ilə təkrar olunan siyasi, mədəni, ticari və iqtisadi proseslər 

gedir. Hər hansı bir yenilik sürətlə bütün dünyaya yayılır və 

hamının gündəlik işlətdiyi avadanlığa çevrilir. Bu proseslərin  əsl 

daşıyıcısı dildir. Dildə yeni texnologiyalar və onlardan istifadə 

qaydaları yaranır, özü də bu, bir qayda olaraq, ingilis dilində olur, 

sonra başqa dillərə tərcümə olunur və onlar tezliklə dünyada bütün 

insanların mənəvi sərvətinə çevrilir. Bu gün artıq texnoloji 

yenilikləri başqa dillərə  tərcümə etməyə etiyac da qalmır. Yeni 

kəşflər və ixtiralar bir dildə, ingilis dilində yaranır və bütün dün-

yaya yayılır. Hətta öz müqavimət gücünə, struktur və sistem 

xüsusiyyətlərinə görə ingilis dilindən geri qalmayan, bu yaxınlara 

qədər imperiyaların və superdövlətlərin dili olmuş rus, alman, 

fransız, ispan və s. dillər də texniki təlimatların və  sənədlərin 

tərcüməsinə ehtiyac duymur. Dünya monodillilik istiqamətində 

durmadan sürətlə irəliləyir. 

Bu gün mədəni olmaq istəyən, başqa xalqların nümayən-

dələrilə tez və maneəsiz  əlaqə yaratmaq istəyən hər kəs ingilis 

dilində danışmağı üstün tutur. Dünya forumlarının və təşkilatlarının 

keçirdikləri bütün tədbirlərdə  işlək dilin ingilis dili olması arzu 

edilir. Bəzən etika xatirinə  və ya hörmət  əlaməti olaraq forum və 

simpoziumların keçirildiyi ölkənin dilini də  işlək dil kimi göstə-

rirlər. Ancaq bu elə bir səmərə vermir. Çünki hər hansı bir yeni 

ideyanın dünya miqyasına çıxması üçün həmin ideyanın qlobal 

dildə şərh olunmasını ehtiva edir. Əks təqdirdə ideya məhəlli sədləri 

aşıb keçə bilməz. 

Dünyada qlobal dil məsələsi iki mühüm etirazla müşayət 

olunur. Bir tərəfdən bu, dil imperializmi qorxusunu yaradır. 

Doğrudan da, danimark alimi R.Filipsonun yazdığı kimi, linqvistik 

imperializm bu gün bəşəriyyət üçün ən ciddi təhlükə törədən bir 

məsələdir. Bu alimin özü çoxdillidir, özü də ingilis dilinin ikinci dil 

kimi işləndiyi Danimarkda yaşayır. Lakin onun məşhur “Linqvistik 

imperializm” kitabı  məhz  İngiltərədə iki dəfə çapdan çıxıb (Oks-



Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

200


ford, 1992, 1993). Bu faktın özü onu göstərir ki, dili beynəlxalq dilə 

çevrilmiş İngiltərənin özü belə linqvistik imperializmin geniş vüsət 

almasından narahatdır.  İkinci etiraz isə milli azlıqların qlobal dil 

siyasətinə qarşı  çıxmaları ilə bağlıdır. Məlum olduğu kimi, 

Avropada Norveç, İsveç, Danimarka, İsveçrə və s. kimi iqtisadi cə-

hətdən inkişaf etmiş ölkələrdə demoqrafik vəziyyət çox ağırdır. Bu 

ölkələrdə  əhalinin artımı yox dərəcəsindədir. Digər tərəfdən, bu 

ölkələrin gəncləri amerikan və ingilis təsirlərinə  məruz qalaraq öz 

mədəniyyələrini və dillərini unutmaq üzrədirlər. Elə bu qayğının 

nəticəsi idi ki, 1975-ci ildə Helsinki şəhərində 35 ölkənin toplandığı 

Avropada Təhlükəsizlik və  Əməkdaşlıq forumunun son sənədini 

yuxarıda adlarını  çəkdiyimiz və digər ölkələrin nümayəndələri o 

sənədin onların dilində də tərtib olunmayacağı təqdirdə onu imzala-

maqdan imtina etmişdilər. Deməli, bütün Avropa səviyyəsində baş 

verə biləcək dil qloballaşmasının qarşısı alındı. 

Qeyd edək ki, beynəlxalq səviyyədə qlobal dil siyasətinə qarşı 

təkcə sayca az olan millətlərin nümayəndələri mübarizə aparmırlar. 

Sayca yüz milyonlarla adamların danışdığı alman, fransız, ispan, rus 

və s. dillərin təmsilçiləri də bu mübarizəyə qoşulduqlarını elan 

edirlər. 

Oxşar vəziyyəti biz öz respublikamızda da müşahidə edirik. 

Əvvəllər bizim rus dilini bilməyimiz tələb olunurdu. Hətta rus dili 

ikinci ana dilimiz elan olunmuşdu. Müstəqilliyimiz bərpa olunandan 

sonra bizdə ciddi təbəddülatlar yarandı. 

Beləliklə, müasir dövrdə millətlərin qarşılıqlı ünsiyyətndə dil 

faktoru mühüm rol oynayır. Özü də dünya miqyasında xalqlararası 

mədəni, iqtisadi, ticari və s. əlaqələrin inkişafında qlobal dil 

problemi çox böyük aktuallıq kəsb edir. 



ADU. "Dil və ədəbiyyat" jurnalı. Bakı, 2012, s.20-26. 

 



Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə