Azərbaycan Resublikası Təhsil Nazirliyi Azərbaycan Dillər Universiteti



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə18/30
tarix05.05.2017
ölçüsü2,76 Mb.
#16788
1   ...   14   15   16   17   18   19   20   21   ...   30

İ.A.Boduen de Kurtene 

Dil bilgisi və dil haqqında bilgi 

fərqli şeylərdir

 

Dilləri və dil faktlarını 



öyrənmək vacibdir 

Qrammatika yazmaq üçün dili 

bilməyin vacibliyi

 

Dilçilikdə radikal və köklü is-



lahat 

Dili bilmədən kabinetdə oturub 

qrammatika yazılmaz 

 

Canlı dili bilməyin vacibliyi 



Qrammatika yazanda adekvatlıq 

kriteriyası əsasdır

 

Ümumiləşmələrə üstünlük ve-



rilməsi 

Hərflə səsin ciddi şəkildə 

fərqləndirilməsi 

 

Hərflə səsin ciddi şəkildə 



fərqləndirilməsi 

Qohum və qohum olmayan 

dillərin müqayisəsi

 

Slavyan və digər dillərin 



müqayisəsi 

Dillərarası (korrespondensiya) və 

dildaxili  əvəzlənmə

 

Tarixi və sinxron 



əvəzlənmələrin fərqi 

Variant və invariant 

səviyyələrinin  fərqləndirilməsi 

Dilin üzvlənməsi, emik və etik 

səviyyələr 

 

Bu müqayisə göstərir ki, dilçiliyin obyekti olan dilə yanaş-



maqda bu iki alimin mövqelərində  nə  qədər böyük oxşarlıqlar 

vardır. Onlardan biri, M.Kazımbəy daha çox qrammatik 

mülahizələrə üstünlük verərək öz metodiki məqsədinə can atır, 

Boduen isə daha çox nəzəri problemlərin həllilə məşğul olur. 



ЫI HİSSƏ 

249 


Onların hər ikisi canlı danışığı  əsas götürür, tələffüz 

texnikasını  fərdlərin real danışığına  əsaslanaraq işləyib hazırlayır, 

nəzəri ümumiləşmələrdə qohum dillərdə ümumi tarixi baxımdan 

dillərarası  səs  əvəzlənmələrlə yanaşı (Boduenin alternasiya 

nəzəriyyəsində divergentlər və korrespondentlər), mövqe və  əhatə 

ilə  şərtlənən səs  əvəzlənmələri də xüsusi yer tutur. Məsələn, 

M.Kazımbəy yazırdı ki, /t/ ilə qonşuluqda və söz sonunda /b/ 

fonemi /p/ ilə əvəzlənir. Müq.et: “ibtidai”-/iptidai/, “olub”-/olup/ və 

s. Belə paralellərdən çıxış edərək demək olar ki, M. Kazımbəy 

Kazan məktəbinin yaradıcısı  və lideri, sonralar S.Peterburq 

məktəbinin banisi İ.A.Boduen de Kurtenenin fonoloji 

konsepsiyasının formalaşmasında yaxından iştirak edib. Şərq 

dünyasının böyük bilicisi olan M.Kazımbəy öz qrammatikasında

9

 



türk dünyasının böyük ensiklopedik alimi, dünyada ilk müqayisəli-

tarixi araşdırmaların banisi M.Kaşğarinın (1074) linqvistik 

ənənələrinə yaxından bələd olmuşdur desək səhv etmərik. Bunu 

M.Kazımbəyin türk dillərindən gətirdiyi nümunələrdən aydın 

görmək olur. M.Kazımbəy, yeri gəldikcə, türk dillərinin fonemlərini 

ingilis və digər dillərin materialı ilə qarşılaşdırır, həm nəzəri, həm 

də olduqca dəyərli praktik nəticələr çıxarır. Boduen də slavyan 

dillərinin müqayisəsini sistemli şəkildə müqayisə edərək nəzəri və 

ümumi dilçiliyə önəmli töhfələr vermişdir. Boduenin dilin 

üzvlənməsi nəzəriyyəsi yeganə nəzəriyyədir ki, o, türk dilləri üçün 

tam qəbul ediləndir. Boduen türk dillərindən danışarkən onların 

fonoloji sisteminə xas olan sinharmonizmi xüsusi qeyd edir. 

Aqqlütinativ dillərdə sözün fonetik strukturunu səciyyələndirərək 

İ.A.Boduen de Kurtene yazırdı: “Turan dillərində (türk dillərində – 

F.V.) bütün hecalar söz başında gələn aparıcı hecanın təsirilə 

assimlyasiyaya uğrayırlar, yəni sözün tam mənasında ona tabe 

olurlar”

10

. Sonralar onun şagirdi alman əsilli V.V.Radlov da 



sinharmonizmi türk dillərinin fonoloji sistemi üçün relevant əlamət 

hesab edərək, onu hüperaqqülitinasiya adlandırmışdı. Bununla bağlı 

ciddi maraq doğuran məsələ odur ki, əslən türk olmayan 

tədqiqatçılar türk dillərində söz vurğusuna skeptik yanaşmağa 



Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

250


başladılar. Məsələn, rus türkoloqu A.M.Şerbak yazır ki, türk 

vurğusu barədə mübahisələr problemin tam həlli imkanına skeptik 

münasibətin yaranmasına rəvac verib və bu da bir sıra məqalələrdə, 

ümumiyyətlə, türk dilində vurğunun olması  məsələsinin qaldırıl-

masına  əsas oldu. Türk vurğusu probleminin həllinə yeni yanaş-

manın banisi K.Qrinbekdir. Türk dilində vurğuya sözsüz səciyyəvi 

ton hərəkətinin xas olmasını qeyd edən K.Qrinbek daha sonra bu 

dildə vurğunun fonoloji baxımdan irrelevant olduğunu və türk 

sözlərinin böyük hissəsində müəyyən vurğunun olmadığını qeyd 

edir.


11

 

Lakin təəssüflər olsun ki, bizim dilçiliyimiz sinharmonizmi 



ahəng qanunu ilə əvəz etdi və nəticədə Azərbaycan dili, o cümlədən 

türk dilləri öz obyektiv təhlilindən uzaqlaşdı və bütövlükdə flektiv 

dillər üçün işlənib hazırlanmış  təsvir modeli çərçivəsində qapanıb 

qaldı. Yalnız son illərin tadqiqatlarında, xüsusilə kazax alimi 

A.Junusbəyin və qismən də bizim tədqiqatlarımız sayəsində türk 

dillərinin sinharmonik modeli işlənib hazırlanmağa başladı.

12

 

Qısa şəkildə bu modelin məğzini açmaq istərdim: 



Azərbaycan dilində sözün prosodik strukturu onun birinci 

hecasında gələn saitin keyfiyyətidən asılıdır. Beləki, söz qalın saitlə 

başlayırsa, onun sonrakı hecaları samitlər də daxil olmaqla qalın 

tonda köklənir. Məsələn, /alma/, /almalar/, /almalardan/ və s. 

Göründüyü kimi, bu sözlərdə bütün sait və samitlər qalın 

tembrdə köklənib. Bundan fəqli olaraq, /iş/, /işçi/, /işçimiz/ və s. söz 

cərgəsində bütün seqment vahidlər incə tembrdə köklənib, çünki 

onların birinci hecasındakı sait incədir. Üçüncü qrup sözlər isə 

dodaq ahəngində düzülən seqmentlərdir: /üzüm/, /üzümü/, 

/üzümümüzü/ və s. Söz yoxdur ki, canlı danışıqda  əvvəldə  gələn 

hecalar ciddi reduksiyaya uğrayır. Amma bu reduksiya 

sinharmonizmə  təsir edə bilmir. Deyilənləri ümumiləşdirərək, bu 

modelləri belə göstərə bilərik: 

1) Lq. /a+a/, //a+o/ /a+u/, /a+ı/ və əksinə 

2) Li. /i+i/, /i+ü/, /i+ö/, /i+ə/, /i+e/ və əksinə 

3) Ld. /u+u/, /u+o/, /u+ü/, /u+ö/və əksinə 



ЫI HİSSƏ 

251 


İndiyə qədər türk dillərini ahəng qanununa görə təsvir ediblər, 

ancaq bu, əslində M.Kaşğaridan başlayan struktur əlamətdən və 

İ.A.Boduen de Kurtenenin sinharmonzmindən yayınmaq deməkdir. 

Yuxarıda verilmiş leksem (L) cərgələrinin hər biri öz fonoloji 

əlamətilə (qalın, incə, dodaq) səciyyələnir. Sinharmonizmin 

mahiyyəti bundadır. Elə bu nəzəriyyəyə görə, türk dillərində söz 

vuğusunun statusu sual altına alınır. Sözün prosodik modeli əvvəldə 

gələn saitin tembrilə başlayır (R.Yakobson bunu zondersait 

adlandırırdı) ki, bu da söz strukturunun birinci zirvəsini təşkil edir. 

Sözün prosodik strukturunun ikinci zirvəsi isə onun sonuncu 

hecasında yerləşir ki, bu da heç cür flektiv dillərdə olduğu kimi söz 

vurğusu ilə eyniləşdirilə bilməz. Bizim dilimizdə sözün son 

hecasının heç bir parametrə görə qabardılması yoxdur. Yəni bizdə 

sözün sonunda həmişə kadensiya olur. Bunu apardığımız çoxlu 

miqdarda eksperimentlər də sübut edir.

13

 



Polşa Azərbaycan dilçiliyinin digər təmas konteksti plane-

timizdə, o cümlədən Avropada süni dilin yaranması ilə bağlıdır. 

Məlum olduğu kimi, polşalı L.Zamenhof dünyanın süni dilləri 

içərisinə esperantonu da gətirdi. Esperanto 28 işarədən ibarət bir 

süni dildir. Onlardan beşi saitləri, qalanı isə samitləri yazıda vermək 

üçündür. Onun qrammatikası çox sadə olub 16 qaydadan düzəldilib. 

Qaydalarda istisna yoxdur. Bu dili bir neçə saat ərzində öyrənmək 

mümkündür. Esperanto ido, volapük, interlinqua, oksidental, novial, 

acuvanto, universalqlot süni dillərilə bir sırada dursa da, sadəliyinə 

və asanlığına görə onlardan üstündür. 

Göz həkimi L.Lazar Zamenhof 1887-ci ildə bu süni dili 

yaratmış, tərcüməsi “ümid edən“ deməkdir. Dilin yaranmasında 

məqsəd dil müxtəlifliyini və dil imperializmini aradan qaldırmaq 

niyyəti olmuşdur bütün xalqların maneəsiz olaraq, əsasən də heç bir 

xalqın heysiyytinə toxunmamaq şərtilə ünsiyyətə girməsini təmin 

etmək arzusu olmuşdur. Burada süni sözü nisbi mənada başa 

düşülməlidir, çünki bu dildə sözlərin 70 % roman, 20 faizi german 

və yalnız 10 %-i başqa dillərdən götürülmüş sözlər təşkil edir. 

İltisaqi (türk) dillərin modelinə  əsasən külli miqdada yeni sözlər 


Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

252


düzəltmək mümkündür. İlk dəfə “unio libo” adı ilə çap olunan 

kitabda cəmi 2600 söz olub. Hazırda bu dildə 180 000 söz vardır. 

İndi esperantoçular bütün dünyada geniş cəmiyyətlər şəbəkəsinə (14 

beynəlxalq, 34 milli və 1100 yerli təşkilatlar) malikdirlər. Deməli, 

esperantonun qrammatikasının  əsasında aqqlütinativ dillərin 

qaydaları durur.

14

 

Başqa bir təmas Azərbaycan germanistlərinin Polşa germa-



nistlərilə kontaktından ibarətdir. 2010-cu ildə Polşada keçirilən 

Ümumdünya Germanistlərinin XII qurultayında mənim və prof. 

S.Zeynalovanın birgə hazırladığı məruzə çox maraqla qarşılandı.

15

 



 

II Türkoloji simpozimunda məruzə. 13. sentyabr 2012-ci il. 

 

Ədəbiyyat və qeydlər 

1. В.Гулиев В. Польсkие татары в Азербайджане. Познан, 2012, 

163 стр. 

2. Tееr  Е.M.  Вkлад  А.Зайончkовсkого  в  мировое  низамиведе-

ние. Руkописъ. 2012. стр.5. 

3. Cəfəroğlu Ə. Seçilmiş əsərləri. BSU, 2008,  

4. Veysəlli F. Dünya dilçiliyi irsindən: V.V.Radlov. "Azərbaycanda 

Xarici Dillər" jurnalı, 2007, N: 4, s.76-78. 

5. Polyak alimi J.Kramsky yazır ki, fonem anlayışını ilk dəfə 

İ.A.Malinovski işlətmişdir. Ruslar bu məsələdə İ.A.Boduen de Kurteneyə 

əsaslanırlar.  İngilislər isə fonem nəzəriyyəsini polyak alimi 

N.Kruşevskinin adı ilə bağlayırlar. Fransızlar öz həmyerliləri A.Dufrish 

Deseginetin və Avenin primatlığını irəli sürürlər. Unutmaq olmaz ki, 

N.Kruşevski  İ.A.Boduen de Kurtenenin tələbəsi olub. İ.A.Boduen de 

Kurtene N.Kruşevskinin ölümü ilə bağlı yazdığı nekroloqda 

N.Kruşevskini qeyri – səmimilikdə ittiham edir. Qeyd edək ki, hələ 1822-

ci ildə yazdığı kitabında polyak generalı iki cür səsin fərqlənməsini xüsusi 

qeyd edirdi. M.Kazımbəyin İ.A.Boduen de Kurtene ilə tanış olması barədə 

mülahizələrlə yaxından tanış olmaq üçün bax: Yadigar F.(Veysəlli), 

K.Abdulla. M.Kazımbəy və  İ.A.Boduen de Kurtene. “Mirzə Kazımbəy-

200”. ADU, Bakı, 202, s.2-3. Burada göstərilir ki, İ.A.Boduen de Kurtene 

1868-1870-ci illərdə “Qədim polyak dili XIV əsrə kimi” adlı magistrlik 

dissertasiyasını S.Peterburq universitetində akad. İ.İ.Sreznevskinin 



ЫI HİSSƏ 

253 


rəhbərliyi altında yerinə yetirmişdir. Eyni zamanda M.Kazımbəy həmin 

illərdə akad. İ.İ.Sreznevskinin rəhbərliyi altında yazılan lüğətin işində 

yaxından iştirak etmişdir. Bütün bunlar bizə bu iki alimin bir-birini 

tanımasını deməyə əsas verir. 

6. V.Dоrоşеvski,  И.А.Бодуен  де  Kуртене.  Жизнъ  и  дея-

телъностъ.  В  kн.:  И.А.Бодуен  де  Kуртене.  Избранные  труды  по  об-

щему языkознание. M., 1963, 1 том, стр. 21-30. 

7 И.А.Бодуен де Kуртене. Избранные труды по общему языkо-

знание. M., 1963, 1-2 части. 

8. Vеysаlоv (Vеsəlli) F., Şаbаnqızı D. Вопросы  теории  языkа  в 

трудах  проф.  М.А.Kазым-беkа. «Тюрkология»,  Баkу, 2002, № 1-2, 

стр. 3-13. 

Azərbaycana isə fonem nəzəriyyəsi əsasən S.Peterburq məktəbinin 

yetişdirmələri vasitəsilə, qismən də Moskva məktəbinin təsirilə gəlmişdir. 

Azərbaycanın görkəmli fonoloqları F.Kazımov Boduen məktəbinin 

nümayəndəsi S.İ.Bernşteynin tələbəsi olmuş,  Ə.Dəmirçizadə fonetik və 

fonoloji baxışlarında Boduen – Şerba məktəbinin nəzəri müddəalarını 

qəbul etmiş, A.Axundov müstəqil olsa da, əsasən Moskva məktəbinə 

söykənmiş, bu sətirlərin müəllifi isə Boduen məktəbinin davamçısı 

L.V.Şerbanın  şagirdi L.R.Zinderin tələbəsidir. Bax: F.Veysəlli. Struktur 

dilçiliyin  əsasları. Studia Philologica, I, Bakı, 2005. S. Peterburqda 

yetişmiş digər alimlərimizdən rəhmətə getmiş, C.Əhmədovu, 

C.Məmmədquliyevi, S.Sadıqovu, Ş. Abdullayevi, O.Əmirbəyovu, hazırda 

yaşayanlardan isə filol.e.d.prof. Ə.Məmmədovanı, F.Aslanovu, dos. 

F.Hüseynovu, Q.Heybətovu və s-ni xüsusi qeyd etmək yerinə düşərdi. 

Deməli, Azərbaycan dilçiliyində polşalı alim İ.A.Boduen de Kurtenenin 

izləri və prinsipləri indi də davam etməkdədir. 

9. Kазым-беk М.А.Общая грамматиkа тюрkе-татарсkого языkа. 

Kазань, 1939; Kaşğari M. Divanu Lüğat-it Türk. Bakı, 2006. Tərcüməsi 

R.Əskərindir. 

10. И.А.Бодуен де Kуртене. Резья и резьяне. В сб.: Славянсkий 

сборниk. СПб, 1876, т.3, стр. 222. 

11.  А.M.  Щербаk.  Сравнительная  фонетиkа  тюрkсkих  языkов. 

М., 1970, с.112. 

12. Джунсбеkов А. Проблемы тюрkсkого словесной просодии и 

сингармонизм kазахсkого слова. АДД, Алма-Ата, 1989; Ф.Вейсялли. 



Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

254


О  просодиkе  в  азербайджансkом  языkе.  БСУ,  Баkу, 2005, «Dil və 

ədəbiyyat”, № 1-2, стр.3-9. 

13. Veysəlli F. Seçilmiş əsərlər. Bakı, 2009, s.380-385. 

14. Veysəlli F. Dilçilik ensiklopediyası. II, Bakı, 2006, s.437. 

15. Veysälli F., Zeynalova S. Zu den Kontrasten auf der morpholo-

gischen Ebene: Deutsch -Asärbaidshanisch. Internationale Vereinigung 

für Germanistik. XII Kongress. 30.07ß/.08.2010. Vielheit und Einheit der 

Germanistik weltweit. Absracts. Universität Warschau, 2010: S.230. 



 

II. 15. Planetimizin dil mənzərəsi rəqəmlərin dililə 

 

Bu gün dünyanın dil mənzərəsi rəngarəng və zəngin olsa da



hərtərəfli qloballaşma bu mənzərəyə çox ciddi təsir göstərir. 

Planetimizdə mütəxəssislərin 2001-ci ildə qeydə aldığı 200 BMT 

üzvü-dövlətin ərazilərində mövcud olan 6417 dildən hər il bir çoxu 

ölüb aradan çıxır. Alman alimi H.Haarmanın fikrincə, XXI əsrdə 

hazırkı dünya dillərinin 40 % – i aradan çıxacaq. 2008-ci ildə 

Alman Dili Cəmiyyəti “Almanlar öz dilləri və xarici dillər haqqında 

nə düşünürlər?” mövzusunda sorğu keçirib. Söhbət Avropa 

İttifaqında işlənən dillərdən gedir. Sorğunun nəticələri çox 

maraqlıdır. Sorğuda iştirak edənlərin 13 % -i Avropada vahid dil 

olmasına səs verib, resipientlərdən 11 % -i ingilis, 2 %-i isə alman 

dilini seçib. Resipientlərin 9 %-i seçim edə bilməyib. Deməli, 

sorğuda iştirak edənlərin 78 %-i Avropada dillərin saxlanılmasına 

səs verib. Sorğuda iştirak edənlərin təxminən ¼ -i Avropada vahid 

dilin- ingilis dilinin xeyrinə  səs vermişdir. Bu meyil günü-gündən 

güclənməkdədir. Sorğunu keçirən Cəmiyyət həyəcan təbili çalır ki, 

alman dili bu gün Avropada sıxışdırılaraq bir dialektə çevrilir, ya da 

ölüb getmək yolundadır. Qeyd etmək yerinə düşər ki, dillərlə bağlı 

gələcək haqqında dəqiq öncəgörmə vermək o qədər də asan 

deyildir. Uzun müddətdir ki, dünyada təkdilliliyə meyil 

güclənməkdədir. Bu gün Azərbaycan dililə bağlı belə bir sorğu 

keçirtmək maraqlı olardı. Təbii ki, müstəqillik əldə etdikdən sonra 

dilimizin mövqeyi xeyli möhkəmlənmişdir. İndi radio dalğalarında, 



ЫI HİSSƏ 

255 


televiziya kanallarında, Beynəlxalq tədbirlərdə dilimiz daha 

möhtəşəm görünür və daha geniş auditoriyanı  əhatə edir. Ancaq 

bununla belə metropoliyamızda tez-tez başqa dillərin işləndiyinin də 

şahidi oluruq. Bu yaxınlarda ölkəmizə yenicə  təyin olunmuş ABŞ 

səfiri etibarnaməsini təqdim edəndə, mətbuatın verdiyi xəbərə görə, 

azərbaycanca danışmışdı. Bu, dilimizin nüfuzunun durmadan 

artmasına dəlalət edir. Ancaq bizdə geniş sorğuları və kitab çapının 

miqdarını göstərən konkret rəqəmlər olmadığı üçün dilimizin 

işlənməsi və  gələcəyilə bağlı sualları cavablandırmaq çətindir. Bu 

gün saysız media nümunələrinə, kiçik və böyük nəşriyyatların 

sayına nəzər yetirəndə və dünyada bizim dildə danışan əhalini təhlil 

edəndə Azərbaycan dilinin təxminən 20-22-ci yerləri bölüşdürməsi 

bizi sevindirməyə bilməz. 

Dillərin mənzərəsi haqqında tam təsəvvür yaratmaq üçün 

vaxtilə planetimizdə vahid vaxt ölçüsünə keçmənin tarixinə baxsaq 

maraqlı  nəticələrə  gələrik. Azərbaycanla Nyu York arasında vaxt 

fərqi, məlum olduğu kimi, 9 saatdır. 1884-cü ildə Vaşinqtonda 

Beynəlxalq Meridian Konfransı dünyada 24 müxtəlif vaxt zonasını 

15 uzunluq dərəcəsilə Qrinviç sıfır meridian əsasında qəbul etdi. 

Almaniya bundestaqı bu ölçünü hərbi mülahizələrə görə 

ləngitmədən qəbul etdi. Fransa isə bunu yalnız 1911-ci ildə Paris 

observatoriyasının müqavimətinə baxmayaraq qəbul etməyə məcbur 

oldu. Hindistanda yeni vaxt ölçüsünü- Qrinviç ölçüsünü qəbul 

etməli oldu, çünki gəmiçilikdə  və  dəmir yolunda artıq Beynəlxalq 

vaxt ölçüsü qəbul edilmişdi. Eyni sözləri təqvimin unifikasiyası 

barədə demək olar. Y.Sezarın vaxtından qalmış yulian təqvimi o 

qədər də münasib deyildi, çünki bu təqvimə görə il 11 dəqiqə 

uzanırdı. Yalnız XIII Qriqor uzun dartışmalardan sonra 1582-ci ildə 

təzə ilin başlanğıcını yanvarın 1-nə keçirtdi. Katolik ölkələr o saat 

bunu qəbul etdilər. O cümlədən protestant Almaniya 1700-cü ildə 

həmin sazişə qoşuldu. Ondan sonra Danimarka, Fərör adaları, 

İslandiya və Niderland da bu təqvimə qoşuldular. 1752-ci ildə 

Britaniya koloniyaları ilə birgə, 1753-cü ildə Finlandiya, İsveç, 

sonra Florensiya və Pisa yeni təqvimi qəbul etdilər. Fransa (1793-



Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

256


1806) və  İtaliya (1922-1943) aralardakı  məsafəni çıxmaq  şərtilə, 

Yaponiya 1872-ci ildə, Çin 1912-də, Rusiya 1918-də vahid 

unifikasiyalı poçt və  dəmiryolu nəqliyatı  cədvəli ilə  işləyir (buna 

görə də oktyabr inqilabının bayramı 8 noyabra düşür). Yuqaslaviya 

1919, Rumıniya 1920, Yunanıstan 1923, Türkiyə 1927, Misir 1928-

də bu təqvimə qoşulublar. O vaxtdan dünya xalqları vaxtı qarışıq 

salmadan öz işlərini görə bilirlər. Ölkə və ölkədən kənar hərəkətlər 

vahidlik prinsipinə əsaslanır. Eləcə də vahidlik dünyada və xalqların 

həyatında mühüm rol oynayır. 

İndi dünyada vahid dilə qarşı çıxan ölkələrdə çoxlu tədbirlər 

görülür, simpozium və konfranslar keçirilir, qalaq – qalaq tezislər 

və məruzələr çap olunur, hamı bir ağızdan milli dilin təmizliyindən, 

qorunmasından danışır. Bu kontekstdə konservativ və liberal 

mövqelər toqquşur, ingilis dilinin dilləri sıxışdırmasından qorunmaq 

üçün tədbirlər planı hazırlanır. Ancaq bütün bunların fonunda 

ingilis dilinin bir addım da geri çəkilmək niyyəti görünmür. Dilin 

yox olması ilə ölkənin, xalqın yox olması gündəmə gəlir. Yuxarıda 

göstərdiyimiz kimi, Almaniyada təkdillilik xoşbəxtliyinə inananlar 

isə  hələlik 13 % təşkil edir. Başqa ölkələrdə  vəziyyətin necə 

olmasını araşdıran sorğular aparılmadığından ümumi nəticə 

çıxartmaq çətindir. Digər tərəfdən, təkdillilik ölkənin vüqarına, 

insanların heysiyyətinə toxunur. 

XIX  əsrdə başlanan qloballaşma (dəmir yolunda, poçtda, 

gəmiçilikdə, təqvimdə  və s.) həm də nasionalizmin çiçəklənməsi 

üçün yol açdı. Millətin bir kökdən törəməsi doktrinası hakim 

ideologiyaya çevrilsə  də, onun reallaşması dil müxtəlifliyi 

ucbatından uğur qazanmadı. Dünya nəinki vahid oldu, həm də 

narsis sayağı özünə vurulanların əlində parçalandı. Latın və fransız 

dillərinə söykənən humanizm və kosmopolitizmlə  səciyyələnən 

maarifçilik  əvəzinə  hər xalqın özünəməxsus qüvvəsi ilə birliyə 

çağıran romantika gəldi. Bu da hər xalqın dilinin çiçəklənməsi üçün 

geniş yollar açırdı. Kim xalqın dilinin böyüklüyünə qarşı  çıxış 

edirdisə, o həmin xalqın qəzəbinə düçar olurdu. “Dili məhv olan 

xalq məhvə doğru gedir” şüarı o vaxt çoxlarının  əqlinə hakim 



ЫI HİSSƏ 

257 


kəsilmişdi. Təbii ki, ünsiyyət olmayan yerdə ölkə müstəqil ola 

bilməz. Ancaq müasir dövrdə bu prinsip işləmir. Dünyada o qədər 

insanlar var ki, onlar öz soyköklərindən ayrı düşüblər. Bugünkü 

milli dövlət anlayışı daha çox respublika layihəsinə oxşayır. Son 

illərdə ABŞ-da gedən proseslər bunu açıq-aydın göstərir. Orada, elə 

dünyanın bir çox yerlərində  də, yalnız ana dilindən istifadə edən 

milli dövlət tapmaq çətindir. Azərbaycanda bu gün ən azından 10-

15 dildə danışılır, Almaniyada bu, 100-ə  bərabərdir. Yəqin ki, bu 

gün ata yurdu, ana dili anlayışları köhnəlib. Çoxdillilik bu gün 

normaya çevrilib. Bu gün milli eynilikdən daha çox Avropa 

eyniliyindən danışmaq düzgün olardı. Avropa Birliyi bir və ya 

ikidilliliklə (ingilis və fransız dilləri) vahid şəkildə  nə vaxta qədər 

dözə biləcək?  İngilislər bu mənada qayğısız görünürlər. Onsuz da 

onların dili dominantlıq təşkil edir. Almaniya 100 milyonluq alman 

dilində danışanların hüququnu qorumağa çalışır. Almanlar tez-tez 

müxtəlif yollarla AŞPA-da məsələ qaldırmağa çalışırlar ki, alman 

dili bu qurumda işlək dil olsun. 23 fevral 2013-cü ildə “Avropa: 

etimadı yeniləməli” adlı  çıxışında AFR prezidenti Y.Qauk 

Avropada dil siyasətinə də toxunaraq demişdir: “Düzdür, gənc nəsil 

onsuz da ingilis dililə Lingua franca kimi böyüyür. Amma mən 

düşünürəm ki, dildə inteqrasiyanı hadisələrin gedişinin ixtiyarına 

buraxa bilmərik. Daha çox Avropa sadəcə elita üçün çoxdillilik 

olmamalı, daha çox əhali qrupları, daha çox insanlar üçün, nəhayət 

hamı üçün olmalıdır. Mən inanıram ki, Avropada bunların hər ikisi 

yanbayan gedə bilər: ana dilində  vətəndə  və poeziyada olmaq və 

bütün həyatda və bütün yaşlar üçün praktik ingilis dili” 

(Sprachnachrichten, N: 57, s.5). Prezidentin bu çıxışı çox ciddi 

mübahisələrə  səbəb oldu, çünki Avropada dil siyasəti düzgün 

aparılmır, ingilis və fransız dilləri dominantlıq təşkil edir ki, bu da 

almanları razı sala bilməz. İngilis alimi D.Kristal “İngilis dili qlobal 

dil kimi” əsərində (2002, s. 57-60) yazır ki, dünyanın 70-dən çox 

ölkəsində ingilis dili rəsmi dil statusu qazanıb. Həmin müəllifə görə 

dünya əhalisinin 2 milyardan çoxu ingilis dilindən ünsiyyət vasitəsi 

kimi istifadə edir. Onlardan 1, 4 milyardı bu dildən birinci dil kimi, 



Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

258


735 milyona qədəri isə ondan ikinci dil kimi istifadə edir. İngilis 

dilindən xarici dil kimi istifadə edənləri də buraya əlavə etsək 

görərik ki, dünya əhalisinin yarısı ingilis dilində danışır. 

Biz 2007-ci ildə çap etdirdiyimiz “Dil” kitabımızda 

planetimizin dil mənzərəsini açıb göstərməyə  cəhd göstərmişik. 

YUNESKO –nun “Dünya dilləri təhlükədə” atlasında təxminən 

2500 dildən danışılır. Yuxarıda verdiyimiz rəqəmlə bu rəqəm 

arasında fərq bəzən bu və ya digər dilin müstəqil olması  və ya 

hansısa dilin dialekti olması ilə izah oluna bilər. Hindistanda 1971-

ci il məlumatına görə 1652 dil qeydə alınmışdısa, 20 il sonra bu 418 

dil oldu. Burada adlandırma da mühüm rol oynayır. 6000-dən artıq 

dilin bu gün 4000 adı var. Avropada ingilis, fransız, ispan, alman və 

s. dillər çoxmilyonlu xalqların dilləridir. Ancaq dünyada əksər 

dillərdə minlərlə adam danışır. Dünyada yalnız 300 dili milyonluq 

dil adlandıra bilərik. Papua Nigeriyasında 1996-cı ildə 4 milyon 

əhali 3 rəsmi dildən istifadə edirdi (ingilis, Tok Pisin və Motu). 

Ancaq bu ölkədə ümumilikdə 826 kiçik və xırda dil var. Onlardan 

bəzisində 900-1000, 800-900 adam danışır, bəzən 10 və bir qədər də 

az (alman alimi H.Haarman 5 belə dil adı  çəkir) adam danışır. 

Dillərdən 9-u ölüb getmiş dildir. Dillər qəbiristanlığı adlandırılan 

Avstraliyada 10 və daha az adamın danışdığı 105 dil qeydə alınıb. 

32 dildə isə bircə nəfər danışan qalıb. H.Haarmana görə, XXI əsrdə 

dillərin 40 %-i öləcək. Bunların da arasında hərəsində bir və ya 10 

nəfərin danışdığı dil olacaq ki, bu dillərdə həmin insanlar öz nənə – 

babaları ilə ünsiyyətə girə bilirlər. Bəzi dillər, məsələn, sanskrit və 

həbəş (İzraildəki ivrit dilinin əcdadı) yalnız filmlərdə qalmışdır. 

İmperiyaların çökməsi dil siyasətinə güclü təsir göstərir. 

Keçmiş sovetlər birliyində 1971-ci ildə ölkə əhalisinin 42 %-i, 61, 2 

milyon rus dilini ikinci ana dili hesab edirdi. Hətta rus dilinin birinci 

rəsmi dil olduğu Kazaxstan kimi ölkələrdə indi vəziyyət tamam 

dəyişmişdir. 

Qloballaşma vahidlik üçün mühüm amildir. Bu qloballaşma 

ingilis dilini dünya dili statusuna qaldırdı. Ancaq qloballaşma  əks 

təsir də göstərir. Xırda xalqlar heysiyyət məsələsini ortalığa ataraq 



ЫI HİSSƏ 

259 


milli məhdudiyyəti hər cür əsaslandırmağa çalışır, dili milli 

kimliyin simvoluna çevirirlər. Bu hətta yeni dillərin meydana 

gəlməsinə səbəb olur. Yuqoslaviya dağılanda uzun müddət müvafiq 

olaraq kirill və latın  əlifbasında yazmış serblər və xorvatlar tam 

ayrılaraq iki dil əmələ gətirdilər. XIX əsrdə olduğu kimi, indi də dil 

vətənlə ana dilini vəhdətdə götürür. Həmin elə Yuqoslaviya ərazisi 

olan Kosovoda serb dili dominant idi. Hazırda isə alban dili 

müstəqilliyin rəmzinə çevrilmişdir. Bəzi hallarda dil siyasi alət kimi 

xalqları  əzmək, tabe etmək funksiyası daşıyırdı, məsələn, keçmiş 

sovetlər birliyində. Bəzi hallarda isə, dil təzyiq vasitəsi olmur. 

Məsələn, Avstraliyada aborigenlərin dilləri məktəbdə tədris olunur. 

Finlandiyanın Laplandiya bölgəsində 2400 adamın danışdığı dil 

universitetdə öyrənilə bilər.  İsveçrədə latın mənşəli retoroman dili 

1938-ci ildən ölkənin 4-cü rəsmi dili kimi tanındı. 

Qeyd edək ki, dil müxtəlifliyi hələ uzun müddət planetimizin 

canlı mənzərəsini nümayiş etdirəcək. Ancaq o da düzdür ki, dünya 

əhalisi hazırda təkdilliliyə doğru inamla irəliləyir. Digər tərəfdən, 

dil milli kimliyin, yerli mədəniyyətin təcəssümü kimi sosial 

davranışı  və yaradıcılığı idarə edir. 2012-ci ildə Bakıda keçirilən 

mahnı yarışmasında (Avrovijində) hər iki meyil aydın nəzərə 

çarpırdı. Birinci yeri ingiliscə oxuyan İsveç nümayəndəsi tutdu. 

İkinci yeri tutan Udmurtiyanın Buranov vilayətindən olan nənələr 

nəinki ölüb getməkdə olan fin-uqor dilində danışırdılar, hətta öz 

mahnıları ilə yaxşı reklam elədilər. O zaman 120 milyon insan 

hadisələri ekranlarda izlədilər. Nəticədə birinci meqameyil-təkdillik 

üstünlük qazandı. Ancaq eyni zamanda ikinci meqameyil, yəni 

qlobal dildə  səslənməyən mahnı ikinci yerə  çıxdı. Deməli, unikal, 

ekzotik dillərlə (məsələn, balkanlarda 143 dil qeydə alınıb ki, 

onların çoxunun adını bilmirik) vahid mövqe qazanan qlobal ingilis 

dili arasındakı dilemmanı  həll etmək o qədər də asan deyildir. 

Avropada böyük dillərin  əksəriyyəti XIX əsrdə geniş  tədqiq 

olunaraq genetik cəhətdən qohumluğu müəyyən edildi və onların 

ümumi adı hind-Avropa dilləri adlanır (almanlar, adətən, bu dilləri 

hind-german dilləri adlandırırlar). Dilçilik elminin qənaətinə görə, 



Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

260


bu dillərin daşıyıcıları tarixə iki çay arasından (İraq) çıxmaqla 

Şimala-Avropaya və  Cənuba – Hindistana səpələnmişlər.  Əvvəlki 

dövrlərdəki kimi, Avropa dilçiliyi uzun müddət sözləri semantik və 

formal cəhətdən müqayisə edərək (məsələn, almanca “drei”, 

ingiliscə “three”, fransızca “trois”, rusca “tri” və s.) etimoloji 

axtarışlarla məşğul olub. İndi dilçiliyi dillərin mənşəyi yox, onların 

qarşılıqlı  təsiri və  gələcək perspektivi maraqlandırır və Avropada 

“avroş” ümumi dilinin gələcəyilə bağlı proqnozlar verilir. Avropada 

müəyyən mənada dilin homogen olmasından danışmaq olar. Ancaq 

bununla yanaşı bu gün Avropanın istənilən ölkəsində, o cümlədən 

Almaniyada, geniş miqrasiya dalğası dil müxtəlifliyini qaçılmaz 

edir. Azərbaycanda miqrasiya dalğası böyük olmasa da, ölkədə 

çoxdilliliyin  şahidi oluruq. Bir tərəfdən ölkədə etniklərin dilləri 

(lahıc, tat, ləzgi, rutul, avar, talış və s.), digər tərəfdən, müstəqillik 

nəticəsində ölkəmizin dünya xalqları  və  mədəniyyətlərilə  mədəni, 

siyasi, ticari, iqtisadi və s. sahələrdə intensiv əlaqələr yaratması 

multikulturalizmin və multudilliliyin genişlənməsinə gətirib çıxardı. 

Bizim ölkədə miqrantların sayı ilə dəqiq statistik məlumat yoxdur. 

Ancaq alman hökuməti 2011-ci ilin sonlarında verdiyi rəsmi 

statistikaya görə, orada 15, 3 milyon miqrant olub. Onların 6, 7 

milyonu alman vətəndaşlığı olmayan “əcnəbi”lərdir ki, öz dillərini 

yaşatmaqla bərabər alman dilini öyrənir və bu dildə danışırlar. 

Təxminən 2, 5-3 milyon türk, azərbaycanlı  və digər türkdillilər və 

qafqazlılar Almaniyada yaşayıb yaradırlar. Keçmiş Yuqoslaviyadan 

gələnlər də öz dillərini (xorvat, serb, alban və s.) qoruyub 

saxlamağa çalışırlar. Mərakeşlilər, tunislilər, berberlər və s. ərəb 

dilində danışır. Bolqarlar, çexlər, ruslar, slovaklar, ukraynalılar, 

beloruslar slavyan mədəniyyətinin daşıyıcılarıdır. Buraya Şimali 

Avropadan (estonlar, finlər, litovlar, latışlar), Yaxın  Şərqdən 

(livanlı, misirli, iraqlı, yordaniyalı, fələstinliləri, farsları,  əfqanları, 

pakistanlıları, çinliləri, vyetnamlıları, yaponları, koreyalıları, 

filippinliləri, tailandlıları, israilliləri, kanadalıları, norveçliləri, 

isveçrəliləri, amerikanlıları  və s.-ni əlavə etsək, burada dil 

mənzərəsinin rəngarəngliyinin nə  qədər böyük olduğunun  şahidi 



ЫI HİSSƏ 

261 


olarıq. Son məlumatlara görə, AFR-də 140-dan artıq ölkədən 

insanlar gəlib yaşayırlar. Almaniya dünyada ən böyük sayda 

miqrantlar olan ölkədir. Təbiidir ki, belə bir ölkədə çoxdillilik və 

vahiddillilik problemi həmişə cəmiyyəti maraqlandırır. 

Beləliklə, görürük ki, planetimizin dil mənzərəsi həddindən 

artıq rəngarəngdir və bu gün dillərin qarşılıqlı  təsirini öyrənmək 

sosiodilçiliyin mühüm vəzifələrindəndir. 

 

Azərbaycanda xarici dillər jurnalı. 2015, №3. 

 

 


Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin