Azərbaycan Resublikası Təhsil Nazirliyi Azərbaycan Dillər Universiteti


II. 16. L.Blumfild və onun “Dil” əsəri haqqında



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə19/30
tarix05.05.2017
ölçüsü2,76 Mb.
1   ...   15   16   17   18   19   20   21   22   ...   30

II. 16. L.Blumfild və onun “Dil” əsəri haqqında 

 

Amerikan dilçiliyinin onurğa sümüyünü təşkil edən 

L.Blumfild (1887-1949) ilk linqvistik ideyalarını “A set of 

postulates for the sience of language” (Dil elmi üçün postulatlar 

şəbəkəsi) başlığı altında 1926-cı ildə “Language” ("Dil") jurnalında 

çap etdirmişdir. Artıq bu məqaləsində L.Blumfild dili insan 

davranışının bir hissəsi kimi götütrürdü. Bu məqalədə L.Blumfild 

dilin formal təhlili prinsiplərini və onun metodikasını formal 

kriteriyalar  əsasında işləyib hazırlamağa başlamışdı. Həmin 

ideyalarını L.Blumfild əslində 1914-cü ildə yazdığı “Dillərin 

öyrənilməsinə giriş” kitabında irəli sürmüş, sonradan isə onları 

özünün 1933-cü ildə çap olunan “Dil” əsərində daha əhatəli şəkildə 

əsaslandırmağa nail olmuşdu. L.Blumfild bu nəticələrə gəlmək üçün 

nəinki germanistikanı, hind-Avropa dilçiliyini, həm də Amerika 

aborigenlərinin-hindilərin dillərini dərindən öyrənmişdi. Onun 

nəzəri konsepsiyasının  əsasında biheyviorizm durur. Bunu müəllif 

özü və onun linqvistik yaradıcıığını araşdıran alimlər də  dəfələrlə 

qeyd etmişlər. Dünya dilçiliyində L.Blumfild həm də mexanizmin 

və fizikalizmin tərəfdarı kimi tanınır. Onun nəzəri görüşləri, təhlil 

prinsipləri və metodikası XX əsrdə funksionalizm, qlossematika 

kimi cərəyanlarla yanaşı deskriptivizmin əsaslarını qoymuşdur. 

L.Blumfildin Yel universitetindən olan şagirdlərinə və ardıcıllarına 



Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

262


(B.Blox, C. Treycer, Z.Hərris- 1909-1992), həm də öz mövqeyinə 

görə bir qədər ondan aralı dayanan dilçilərə (K.Payk, Y.Nayda və 

s.) güclü təsiri olmuşdur. E.Hauqen (1906-1984) qeyd edir ki, 

Blumfildin  əsərlərinin dilçilik sahəsində çalışan bütöv bir nəslin 

yetişməsində böyük əməyi olub

*

. Başqa sözlə desək, dilçilikdə 



paradiqm dəyişikliyi baş verirdi. Bunu həm də Avropadakı dilçilik 

məktəbləri xüsusi qeyd edirdilər.  İ.A.Boduen de Kurtenenin, F.de 

Sössürün ideyalarının çiçəkləndiyi Peterburq, Moskva, Praqa və 

Danimarka dilçilik məktəblərinin o dövrkü fəaliyyəti bir daha təsdiq 

edir. Bütün bunlar bir daha onu təsdiq etməyə əsas verir ki, L.Blum-

fild o zamankı dilçilik elminin tərkib hissəsi kimi götürülməlidir. 

Mahiyyət etibarı ilə L.Blumfildin dil nəzriyyəsi fizikalizm və 

materialist fəlsəfəsinə əsaslanır. L.Blumfildin “Dil” kitabının rusca 

tərcməsinə “Ön söz” yazmış M.M.Quxman onun dil nəzəriyyəsini 

belə  səciyyələndirir: “Dilin bütün səciyyələri Blumfilddə 

biheyviorizm mövqeyindən verilir: müq.et: dilin insan fəaliyyətinin, 

davranışının xüsusi forması kimi müəyyənləşməsi; dilin kommu-

nikativ funksiyasının stimul və reaksiya həlqəsinə bağlanması, 

danışıq fəaliyyətinin sosial təbiətinin isə bioloji proseslərlə eyni 

səviyyəli proseslərə bağlılığı”



Ünsiyyəti bioloji akt kimi götürən L.Blumfild insanın bütün 

başqa sahələrdə olduğu kimi ətraf mühitə uyğunlaşması  və ona 

xarici stimul kimi yanaşır. Ünsiyyət Blumfild üçün insanın bioloji 

tələbatının ödənilməsidir. Bununla da dil və təfəkkürlə bağlı bütün 

problemlər həll olunmuş kimi görünür. Bu da onun Karnapın 

məntiqi pozitivizminə bağlı olduğunu göstərir. Elə bu yöndən də 

L.Blumfild mentalizmi tənqid atəşinə tutur. Onun linqvistik modeli 

belədir: danışan-söyləm – dinləyən. Məhz bu üçbucaq dilin 

təhlilində real obyektiv varlıq kimi çıxış edir. Buradan da onun dilə 

verdiyi tərif aydın olur: “dil müəyyən dil qrupunda işlənən 

                                                           

*

 Хауген Э. Направления в современном язы

k

ознании. «Новое в лингви-

сти

k

е», вып. 1, М, 1960, стр. 245. 



 Гухман М. М. Предисловие 

k

 русс

k

ому переводу 

k

ниги Л.Блумфильда 

«Язы

k

». М., 1965, стр. 10. 


ЫI HİSSƏ 

263 


söyləmlərin məcmusudur”. Yalnız müşahidədən alınan faktların 

ümumiləşməsi və şərhi dilçinin əsas vəzifəsini təşkil edir. Buradan 

belə  nəticə  çıxır ki, istənilən abstraksiya, sistem xarakterli 

ümumiləşmə dilçinin işi deyildir. Biheyviorizmin canı budur, ona 

görə də bu konsepsiya struktur dilçiliyin məhək daşının əleyhinədir. 

L.Blumfilddə sintaqmatik aspekt həlledicidir, onda paradiqmatikaya 

yer yoxdur. 

Blumfildə görə, təsvir və  təsnif, yəni taksonomik yanaşma 

dilçiliyin  əsas vəzifəsidir. Bu da amerikan deskriptivizminin ana 

xəttini təşkil edir. Bu yanaşmada təhlil metodikası ön plana keçir, 

yəni deskriptiv texnika əsas götürülür. Onu ciddi metodikanın 

olması narahat edir, ona görə ziddiyyətsiz təsvir modeli hazırlamaq 

əsasdır. Deməli, L.Blumfild və onun ardıcılları üçün formal təhlilin 

və  təsvirin operasional üsullarının işlənib hazırlanması önəmlidir. 

Onun təhlil

 

mərhələləri bunlardır: danışıq aktı; operasional üsullar 



sistemi və əldə olunan quraşdırılmış dil modeli. 

L.Blumfild mənanın dilçilikdə yeri olmadığını xüsusi vurğu-

layır. O, mənanın yuxarıda göstərdiyimiz üçbucağa sığmadığını 

qeyd edərək yazır ki, "məna danışanın situasiyasıdır -danışıqdır və 

dinləyənin reaksiyasıdır. Hər dil formasının mənası danışanın hər 

aləmini bilmək deməkdir“. L.Blumfild anlam, məna və  məzmun 

arasındakı fərqləri araşdırmağa çalışmayıb. Onun əsas məqsədi hər 

bir dil formasının  ətraflı  təhlilini verməkdən ibarət olub. Məsələn, 

morfemin bütün formaları-allomorfları onun “Dil”ində özünə yer 

tapdığı halda, onların mənasından söz açılmır. Düzdür o, tam 

şəkildə  mənanı inkar etməsə  də, ancaq onun formal təhlil üçün 

nümayiş etdirdiyi metodikanı  mənanın açılışında görmək olmur. 

Ancaq fonoloji təhildə, səslərin fonematikliyini müəyyənləş-

dirməkdə L.Blumfild bütün deskriptivistlərdə olduğu kimi 

mənafərqləndirmədən çıxış edir. Minimal cütlər vasitəsilə  aşkar 

edilən fonematiklik məhz semantik qarşılaşmaların nəticələri kimi 

götürülür. Danışıq səslərinin mənadan kənar müəyyənləşməsini 

L.Blumfild sırf abstraksiya sayır. Onun məşhur ifadəsi var: “mənası 

olan fonetik forma dil formasıdır”. Başqa bir yerdə isə o israr edir 


Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

264


ki, dil fomasının mənasının nəzərə alınması elmi təhlildən 

uzaqlaşmaq, struktur və funksional prinsipləri pozmaq deməkdir. 

Düzdür, o müəyyən qrammatik klasların müəyyənləşməsində, 

məsələn, hərəkətin icraçısını bildirən sözlərin müəyyənləşməsində 

mənadan istifadə edir. Ancaq Blumfilddə  mənaca təhlilin sistemi 

verilməyib. 

L.Blumfilddə  əsas təhlil obyekti kimi morfemlər, onların 

düzüm qaydaları, müxtəlif təzahür variantları  çıxış edir. Onlar da 

bir-birinin ardınca düzülərək söyləmi-danışıq aktı parçasını 

yaradırlar. Söz isə faktiki olaraq təhlil obyektindən kənarlaşdırılır. 

L.Blumfilddə söyləmin üzvlənməsində morfem əsas vahid kimi 

çıxış etsə də, o, bilavasitə tərkiblərin (immadente constituents) son 

elementi olur. Yəni mənası olduğu üçün morfem son element kimi 

çıxış edir. Mənasız elementlər isə fonemlərdir ki, onlar da mənaları 

fərqləndirməyə xidmət edirlər. Söyləm və ya cümlə müəyyən 

ardıcıllıqla düzülmüş morfemlərdən ibarətdir. Blumfildin "Dil" 

əsərində morfem anlayışı o qədər geniş  mənada başa düşülür ki, 

hətta vurğu, intonasiya və fasilə  də morfem kimi dəyərləndirilir. 

L.Blumfild sərbəst və bağlı (asılı) morfemlərdən danışaraq göstərir 

ki, morfemlər söyləmin mürəkkəb tərkiblərə  və birləşmələrə 

bölünməsini təmin edir. Ancaq bu da linqvistik üzvlənməni tam 

təmin edə bilmir. Məsələn, /John ran/ (Con qaçdı) söyləmi və 

/blackberry / (qarağat) kimi mürəkkəb söz eyni klasa daxil edilir. 

Həm cümlə, həm də mürəkkəb söz morfem ardıcıllığı kimi 

götürüldükdə  hər ikisi söz kimi eyniləşdirilmiş olur. Deməli, 

L.Blumfilddə söz morfemin peykinə çevilir ki, bu da lazımi 

nəticələri vermir. Yuxarıda verdiyimiz misalları  təhlil edərkən 

tamam başqa kriteriyalardan istifadə olunmalıdır. Cümlənin və 

sözün morfem tərkibinə görə üzvlənməsi eyni nəticəni verə bilməz. 

Məlumdur ki, cümlədə mübtəda və xəbər qütbləri uzlaşma əsasında 

formalaşır. Cümlədə  həm də  xəbərlik və modallıq  əlaqələri 

mövcuddur. Sözdə isə morfemlərin ardıcıllığı  və mövqeyi mühüm 

əhəmiyyət kəsb edir. Sintaktik səviyyəni tam mənada morfem 


ЫI HİSSƏ 

265 


səviyyəsindən asılı götürmək olmaz. L.Blumfildin konsepsyasında 

bu incəliklər nəzərə alınmır. 

Bütün bunlara baxmayaraq L.Blumfild statik vəziyyətdə 

danışıq aktının sinxron təhlilini verməklə ənənəvi dilçilikdən fərqli 

yanşma nümayş etdirmiş, ona görə də onu bu sahənin ilk qaranquşu 

adlandırmaq olar. 

Qeyd edək ki, Azərbaycan dilçiliyi deskriptivizmin nümayən-

dələrinin yaradıcılığı ilə indiyə qədər onların əsərlərilə ingilis dilidə 

(çox az miqdarda) və rus dilindəki tərcümələrlə tanış olurdular. Biz 

ilk dəfə olaraq həmin cərəyanın banisi L.Blumfildin “Dil” əsərini 

ingiliscədən Azərbaycan dilinə  tərcümə etməyi qərara aldıq.  Əsəri 

Azərbaycan dilinə dosent V.Ərəbov və filologiya üzrə  fəlsəfə 

doktoru dosent Q.Heybətov tərcümə etmişlər. Əsəri filologiya üzrə 

fəlsəfə doktoru dosent F. Əhmədov redaktə etmiş, filologiya üzrə 

fəlsəfə doktoru L.Qurbanova orijinalla tutuşdurmuşdur. Biz tam 

məsuliyyətlə başa düşürük ki, L.Blumfild kimi bir nəhəngin 

fundamental əsərini Azərbaycan dilinə tərcümə etmək asan məsələ 

deyildir. Ancaq elmin bugünkü səviyyəsindən yanaşanda dünya 

dilçiliyinin incilərini Azərbaycan oxucularının öz dilində oxuyub 

başa düşməsi üçün ilk təcrübə olaraq addım atılmalıdır. Biz də bu 

yükün altına girdik və ümid edirik ki, dilçi alimlərimiz L.Blumfildin 

“Dil”  əsərini oxuyub öyrənəcək və ondan öz elmi tədqiqatlarında 

yararlana biləcəlklər. 

Kitabın tərcüməsində bir sıra terminləri tərcüməçilərlə birgə 

müzakirə edib məqbul saydığımız variantı qəbul etmişik. Məsələn, 

“immadeate constituent” birləşməsini “tərkiblər” və ya “bilavasitə 

tərkiblər”, “phrase”i “söyləm”, “feature”-ni “əlamət” və s. kimi 

tərcümə etməyi qərara almışıq. Bəzi hallarda təsviri üsuldan və ya 

tərcümənin qarşısında ingilis variantını vermişik. 

Kitabın sonunda ad göstəriciləri və özək sözlər ondan 

səmərəli istifadəni təmin etməyə yönəlib. 

Bu kitabda gedən nöqsanları görüb redaksiyaya göndərən hər 

bir oxucuya əvvəlcədən minnətdarlığımızı bildiririk. 

www.veyselli.com 


Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

266


 

II. 17. Müsahibələr 

 

Bugünkü müsahibimiz filologiya elmləri doktoru, 

Almaniya Germanistlər Birliyinin üzvü, professor Fəxrəddin 

Yadigar oğlu Veysəllidir. 

 

Müxbir:  Fəxrəddin müəllim, Sizi təbrik edirik. Axırıncı 

görüşümüzdən sonra elmi yaradıcılığınızda xeyli yenilik olub. 

Almaniyada Ümumdünya alman dili müəllimlərinin XV 

qurultayındakı  məruzənizin mətni qurultayın materiallarında nəfis 

şəkildə çapdan çıxıb. Türkiyədə Füzulu simpoziumundakı 

məruzənizin mətni də o simpoziumda edilən digər məruzələrin 

arasında yer alıb. Hələ  mən bu ilin avqust ayında Polşada 

Ümumdünya Germanistlərinin Qurultayındakı məruzənizi demirəm. 

Maşallah, yorulmayasınız. Maraqlıdır, bu qədər vaxtı necə 

tapırsınız? 



Fəxrəddin m.: Təşəkkür edirəm. Çox diqqətlisiniz. Bu da 

yəqin ki, peşə fəaliyyətinizlə bağlıdır. Hər şeylə maraqlanmaq, hər 

şeyi öyrənmək jurnalist peşəsinin spesifik xüsusiyyətidir, deyilmi? 

Amma bu hələ hamısı deyil. 2012-ci ildə mənim iki kitabım çapdan 

şıxıb. Respublikamızda keçirilən iki Beynəlxalq Konfransda da elmi 

məruzələrlə  çıxış etmişəm. Məsələ heç bunda da deyil. Elmdə 

kəmiyyət keyfiyyətə keçəndə yeni mərhələ başlayır. Bəzən bizdə 

kəmiyyət arxasında gizlənib alimin böyüklüyünü göstərmək 

istəyirlər. Məsələn, deyirlər filankəsin filan qədər  əsəri çıxıb. Nə 

olsun? Maddi imkanı var, yazdırıb çap etdirib. Bunun elmə  dəxli 

yoxdur. Əsas alimin hansı nəzəri problemin həllini tapması və irəli 

sürdüyü ideya və fikirlərin həyata tətbiqidir. Fikrimcə, hər bir 

alimin ildə  ən azı bir Benəlxalq simpoziuma, foruma və ya 

konfransa qatılması normal sayılmalıdır. Fikir verin, bu ilin 

avqustunda və sentyabrında məni iki böyük Beynəlxalq elmi 

konfransa dəvət etmişdilər. Dəvətamələri göstərə  də bilərəm. 

Konfransların təşkilatçıları seçim etmişdilər, mənim məruzəmi 


ЫI HİSSƏ 

267 


proqrama daxil etmişdilər. Lakin maddi imkanım olmadığından 

imtina etməli oldum. 



Müxbir: Fəxrəddin müəllim, oxucularımız üçün maraqlı olar. 

Siz o konfranslara necə qatılırsınız? Dəvətnaməni necə  əldə 

edirsiniz? 

Fəxrəddin m.: Mən yalnız internet vasitəsilə axtarıb tapıram, 

konfransların mövzusu ilə tanış oluram, sonra müəyyən bölmə üzrə 

məruzə hazırlayıb göndərirəm. Bundan sonra seçim edilir və dəvət 

gəlir. Məsələn, Ümumdünya alman dili müəlimlərinin qurultayına 

göndərdiyim məruzə “Prosodiya səviyyəsində kontrastlar”, Polşaya 

göndərdiyim məruzə isə “Müxtəlif dillərdə morfem səviyyəsində 

kontrastlar” adlanırdı. Özü də bu kontrastları  həmişə Azərbaycan 

dililə müqayisədə araşdırıram. Məsələn, Almaniyadakı məruzəmdə 

əsas etibarı ilə fonologiyada qəbul olunmuş  tədqiqat metodunun 

Azərbaycan dilinin matereialına tətbiqinin yaxşı  nəticə verə 

bilməyəcəyini sübut edib yeni bir nəzəriyyənin işlənib 

hazırlanmasının vacibliyini vurğulayaraq dilimizin fonoloji təhlilini 

ikizirvəlilik nəzəriyyəsi işığında aparılmasının səmərəli olduğunu 

göstərdim. 



Müxbir:  Siz ötən dəfəki müsahibənizdə bu barədə geniş 

danışmışdınız. Bəs Füzuli ilə bağlı simpoziumda böyük şairimizin 

yaradıcılığına hansı yönümdən yanaşmısınız? 

- Bilirsinz, bizim araşdırmalarda sözçülük baş alıb gedir. Mən 

böyük Füzulinin bircə  qəzəlinin daxili quruluşunun fonotaktik və 

arxitektonik özəlliklərini açıb göstərməyə çalışmışam. Füzuli daxili 

harmoniyanı sait-samit düzümü, bir də prosodik-ritmik strukturlarda 

elə verib ki, adam şairin bu istedadına heyran qalmaya bilmir. O, 

eyni keyfiyyətli saitlərin misrada bir-birini izləməsi və onlardan 

həmahəng bir seçim etməklə poeziyamızın sirlərini məharətlə açıb 

göstərə bilmişdir. Bunu görməyə kömək edən mənim dar 

ixtisasımdır ki, bunun da adı fonologiyadır. Fonologiya səslərin 

funksionallığını öyrənən elmdir. 

Müxbir:  Siz ötən il M.Şəfi haqqında maraqlı bir əsər 

yazmısınız. Eyni zamanda son dərəcə maraqlı “Semiotika” adlı 



Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

268


kitabı da oxucuların ixtiyarına vermisiniz. Bunlar tamam başqa-

başqa sahələrdir axı. 



Fəxrəddin m.: Düz buyurursunuz. Məlumdur ki, M.Şəfi və 

F.fon Bodenştedt  əlaqələri tam öyrənilməyb.  Ən azı alman F.fon 

Bodenştedtin arxivindən bizim hələ  də  xəbərimiz yoxdur. Mənim 

bu iki böyük şəxsiyyətin dostluq və yaradıcılıq  əlaqələrinə  həsr 

olunan kitabım  əsasən bizə  gəlib çatmayan alman mənbələrindən 

çıxış edir. Mən Humboldt universitetində oxuyarkən Almaniyanın 

kitabxanalarından topladığım mənbələrə əsasən üç mühüm nəticəyə 

gəlmişəm. 

1. F.fon Bodenştedt oğru olmayıb; 

2. F.fon Bodenştedt öz ölkəsində geniş nüfuza malik şair 

olmayıb; 

3. Avropada M.Şəfi haqqında fikir dolaşıqlığının 

yaranmasında  əsas günahkar erməni kökənli birisi olub. Mən bu 

fikirləri öz kitabımda sübut etməyə nail olmuşam. 

O ki qaldı semiotikaya, deməliyəm ki, bütövlükdə  işarələr 

haqqında olan bu elm sahəsi son illərdə çoxşaxəli fikirlər və 

mülahizələrlə çox zəngindir. Müasir dilçilikdə semiotikanın geniş 

vüsət almasına R.Yakobson, T.Sebeok, U.Eko, A.Qraimas və rus 

dilçiliyində Y.Maslov, Y.Stepanov, N.B.Meçkovskaya, Y.Seyqal və 

s. kimi alimlər güclü təkan vermişlər. Onu da qeyd edək ki, ilk 

semiotik araşdırmalara  İbn Sina və N.Tusinin əsərlərində rast 

gəlirik. Lakin bu məsələ o qədər də dərindən öyrənilməyib. 

İndi biokommunikasiyadan tutmuş canlı insan dilinə qədər hər 

yerdə semiotik baza axtarılır. Dil də xüsusi semiotik işarə sistemi 

olmaqla bərabər digər semiotik sistemlərlə oxşar cəhətlərə malikdir. 

Bu, hər  şeydən öncə, dilin də başqa semiotik sistemlərdə olduğu 

kimi,  əsas funksiyalarından birinin məlumatın törəməsi, 

saxlanılması və ötürülməsi funksiyasını yerinə yetirə bilməsilə izah 

oluna bilər. Ancaq başqa semiotik sistemlərdən fərqli olaraq dilin ən 

başlıca fərqləndirici cəhəti onun maddi tərəfinin səslərdən ibarət 

olmasıdır. Dil səsləri deyilməli, tələffüz edilməli və  eşidilməlidir. 

Musiqinin də maddi tərəfi var, bu mənada o, dilə oxşayır. Ancaq 



ЫI HİSSƏ 

269 


musiqidə melodik substansiya diskret elementlərin ardıcıllığı deyil, 

sürüşkən  şəkildə bir-birini izləməsidir. Musiqidə ayrı-ayrı tonları 

göstərməyə  və bütöv musiqi əsərini onların ardıcıllığı kimi şərh 

etməyə  cəhd göstərilsə  də, musiqidəki /do, re, mi, fa, sol, lya, si/ 

notları dildəki fonemlər kimi ixtiyari və diskret deyildir. Dildə 

fonemin birini götürüb yerinə başqasını qoysaq yeni bir işarə 

yaranar. Ancaq musiqidə bu cür rəftar etmək olmaz. Belə 

yerdəyişiklik kakofoniya yaradar. 

Digər semiotik sistemlərdən dil işarələri məhz maddi substan-

siyasının yalnız səslərdən ibarət olması ilə seçilir. Lakin bununla 

yanaşı dil də bütövlükdə spesifik işarələr sistemi yaratdığı, həm də 

digər işarələr arasında daha mükəmməl olduğu üçün onun ümumi 

semiotika adı altında birləşdirilməsi müasir elmin tələbidir. Bütün 

bunları nəzərə alaraq və humanitar elmlər sahəsində fonologiyanın 

yeni söz sahibi olduğunu  əsas götürərək biz «Semiotika“ adlı bir 

əsər yazmağı çoxdan planlaşdırmışdıq. Onun bu şəkildə reallaşması 

yalnız indi mümkün oldu. 

Müxbir:  Fəxrəddin müəllim, Bu sahə yeni olduğu qədər də 

maraqlıdır. Kitabda əsas çözələnən məsələlər hansılardır? 



Fəxrəddin m.: Kitabda işarə ümumi nəzəri və fəlsəfi planda 

araşdırılır, işarə sistemləri ontogenez və filogenez baxımdan öyrəni-

lir, biokommunikasiyadan tutmuş insan dilinə  qədər sadə  və 

mürəkkəb semiotik sistemlər, habelə mədəni və süni işarə sistemləri 

dərin təhlil edilir, onların insan cəmiyyətində yeri və rolu şərh 

olunur və insan dili geniş material əsasında təhlil edilir. Aydındır ki, 

bu kitab ilk təşəbbüsdür və elə buna görə də nöqsanlarsız deyildir. 

Bütün nöqsanları görüb müəllifə çatdıracaq adamların hamısına bəri 

başdan təşəkkürümü bildirirəm. 

Qəti şəkildə inanıram ki, bu kitab bir sıra ixtisas sahibləri, o 

cümlədən filosof, psixoloq, dilçi və semiotiklər üçün maraqlı infor-

masiya mənbəyi olmaqla, həm də tez-tez müraciət olunan bir 

qaynaq olacaqdır və gələcəkdə bu sahədə çalışanlar üçün bir dayaq 

rolunu oynayacaqdır. 



Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

270


Müxbir:  Siz təhsil sahəsində çalışırsınız, müasir gəncliyin 

səviyyəsi Sizi qane edirmi? 



Fəxrəddin m.: Bilirsiniz, yeni texnologiyalar gəncliyi 

şirnikləndirir, müxtəlif teleradio avadanlıqları, cürbəcür telefon apa-

ratları, bu yandan da teleşoular, elmə qiymət verilməməsi son 

nəticədə  gəncliyin psixologiyasına ciddi mənfi təsir göstərir. Sizə 

bircə misal gətirəcəyəm. Hansı gənc müəllim indi aldığı maaşla ev 

alıb ailə qura bilər? Suala cavab tələb olunmur. Ona görə  gənclik 

mahnı oxumağa, çalıb-oynamağa, qeyri-ciddi məşğuliyyət sahələ-

rinə meyllənir. Gənclik görür ki, az zəhmətlə çox şeyə yiyələnmək 

olar. Elm isə  fədakarlığı, fərdi zəhməti, çətinliklərə qatılaşmağı 

tələb edir. 

Universitetlər tezliklə yataqxana problemini həll etməlidirlər. 

Respublikada elmi – pedaqoji ədəbiyyatın çapı nizama salınmalıdır. 

İri sahibkarlar elmə, təhsilə, səhiyyəyə, bütövlükdə humanitar 

sahələrə  sərmayə qoymalıdırlar, bu işdə  fəallıq göstərənləri 

vergidən azad etmək yaxşı nəticə verə bilər. Hər necə olursa-olsun

bu işi birdəfəlik həll etmək lazımdır.  İstiqlaliyyət prospektindəki 

«Akademkitaba“ girəndə adam xəcalət çəkir. Axı dünyada kitaba 

belə laqeyd münasibət yoxdur. Bir vaxtlar qarşısında oxucuların 

qapısı ağzında növbəyə durduğum M.F.Axundov adına kitabxanada 

indi tək-tük adam gözə dəyir. 



Müxbir: Qarşıdan Milli Məclisə seçklər gəlir, nə əcəb depu-

tatlığa namizədliyinizi vermirsiniz? 



Fəxrəddin m.: – Mənə öz rayonumuzdan və başqa yerlərdən 

də  təkliflər gəlmişdi. Onların hamısına fürsətdən istifadə edib 

təşəkkürümü bildirirəm. 

Mən ədalətli seçki olacağına inanmıram. Ona görə də boşuna 

vaxt və enerji itirmək istəmirəm. Ötənilki seçkilərdə  mənim 

həmyerlim, istedadlı sahibkar və böyük ziyalı Ə.Məmmədov yüzdə-

yüz seçilmişdi. Amma qutudan başqasını  çıxartdılar. Fağırı sözə 

baxmadığı üçün Sahibkarlar Konfederasiyası prezidentliyindən də 

zorla çıxartdırdılar. 


ЫI HİSSƏ 

271 


Bir də ki, mənim indi o yaşım deyil ki, qanunverici orqanda 

oturub qanun «istehsalı“ ilə  məşğul olum. Mənim yerim audito-

riyadır, bir də elmlə  məşğul olmaqdır. Qanunları  səriştəsi olan 

siyasətçilər və hüquqşünaslar hazırlamalıdırlar. 



Müxbir: Maraqlı söhbətinizə görə Sizə  təşəkkür edirəm və 

elmi-pedaqoji yaradıcılığınızda Sizə uğurlar diləyirəm. 




Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə