Azərbaycan Resublikası Təhsil Nazirliyi Azərbaycan Dillər Universiteti



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə21/30
tarix05.05.2017
ölçüsü2,76 Mb.
1   ...   17   18   19   20   21   22   23   24   ...   30

Müxbir: Siz çoxdandır ki, Respublikamızda ilk dilçilik 

laboratoriyasına rəhbərlik edirsiniz. Laboratoriyanın bir sıra uğurları 

olub: namizədlik disertasyalarının burada hazırlanması, ikicildlik 

dilçilik ensiklopediyası və s. sizin laboratoriyanın məhsuludur. İndi 

nə üzərində çalışırsınız? 

Fəxrəddin m.: Bizim laboratoriya unikal bir laboratoriyadır. 

Burada biz müxtəlif dillərin fonetik qurumunu və fonoloji sistemini, 

vurğu və intonasiyasını eksperimental-fonetik yolla və  əksər 

hallarda qarşılaşdırma-tutuşdurma üsulu ilə  tədqiq edirik. Burada 

tətbiqi dilçilik problemləri və dilöyrənmənin  ən müasir məsələləri 

tədqiq olunur. İstifadə etdiyimiz metodlar da dünyada qəbul 

olunmuş metodlardır. Laboratoriyamızda müəllimlər, bakalavrlar və 

magistrlər öz tədqiqat işlərini yerinə yetirirlər. 



Müxbir: – Nəvələriniz üçün darıxmırsınız ki? 

Fəxrəddin m.:  Nə deyirsiniz? Darıxmamaq olarmı? Onlar-

Nərgiz və Dəniz sevimli nəvələrimizdir. İmkan düşəndə biz onların 

görüşünə gedirik. Onların imkanı olanda gəlirlər bizə baş çəkməyə. 

Hamının işi avand olsun, balaları  və  nəvələri xoşbəxt olsun, 

bizimkilər də onların içərisində. 

Müəllifdən: Məlumdur bir müsahibədə filologiya elmləri 

doktoru, professor Fəxrəddin Veysəlli ilə onu və cəmiyyəti narahat 

edən bütün məsələlərə aydınlıq gətirmək və onun mövqeyini əks  

etdirmək çətindir. Biz dünya azərbaycanlılarının həmrəyliyi günü 

münasibətilə və təzə il qabağı professoru təbrik edir, ona can sağlığı 

və yaradıcılıq uğurları arzulamaqla onunla xudahafizləşirik və qalan 


Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

282


problemləri növbəti müsahibə üçün saxlamağı onunla razılaşdıq. 

Professor, təzə iliniz mübarək. Sizdən yeni-yeni əsərlər gözləyirik. 



Fəxrəddin m.: Çox sağ olun. Mən də Sizi təbrik edirəm. 

 

Müsahibəni apardı: Alman dilinin fonetikası, qrammatikası və ta-



rixi kafedrasının baş müəllim 

 

Poliqlot qəzeti 



 

ЫII HİSSƏ 

283 


 

III hissə 

 

Azərbaycan dili və dilçiliyi üzrə tədqiqatlar 

 

 

III. 1. Azərbaycan dilinə və dilçiliyinə dövlət qayğısı 

 

Hazırda dilimizin müxtəlif aspektləri, Azərbaycan dilçiliyinin 



nəzəri və  tətbiqi  əhəmiyyət daşıyan məsələləri müasir tədqiqat 

metodlarının köməyilə  işlənib hazırlanmış, fonetika və fonologiya, 

morfonologiya və morfologiya, leksikoqrafiya və leksikologiya, 

sintagmatika, praqmatika və semantika sahələrində  uğurlarımız 

danılmazdır, bu sahələrdə sanballı əsərlərimiz vardır. Azərbaycanda 

son yarım  əsrdə ümumdünya dilçiliyinin tərkib hissələri olan 

semiotika, transliterasiya, terminologiya, neyrodilçilik, etnodilçilik, 

mətn dilçilyi və koqnitiv dilçilik, psixodilçilik və  uşaq dilçiliyi 

formalaşmağa başlamış  və son 20 il ərzində dilçiliyimiz böyük 

nailiyyətlər  əldə etmişdir.  İndi bizdə türkologiya, rusistika, 

germanistika, romanistika sahəsində istiqamətlər formalaşmaqdadır, 

bu sahələr üzrə ciddi elmi araşdırmalar aparılır. 

Dilçilik  İnstitutunda hazırda 10 şöbə müasir dilçiliyin müx-

təlif problemləri üzərində çalışır. Respublikanın bir sıra universi-

tetlərində dilçilyin bu və ya digər sahələrilə  məşğul olan onlarla 

kafedra və  tədqiqat mərkəzləri fəaliyyət göstərir. Dilçilik 

İnstitutunda böyük elmi ənənəyə malik “Türkologiya” adlı 

beynəlxalq jurnal çap olunur. “Azərbaycan Respublikasında 2009-

2015-ci illərdə elmin inkişafı üzrə Milli Strateqiya” adlı 4 may 

2009-cu il tarixli sərancama əsasən AMEA Dilçilik İnstitutu 2015-

ci ilə  qədər dilçiliyimizin inkişaf konsepsiyasını  işləyib 

hazırlamışdır. Bu sənədə əsasən diliçilk sahəsində tədqiqatlar həmin 

strategiyanın tələblərinə uyğunlaşdırılmalı, dünya elmi, texnikası və 

texnologiyalarında aparıcı istiqamətlərə  rəğmən müəyyənləşməli, 



Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

284


fundamental və tətbiqi tədqiqatlar mühüm sosial-iqtisadi və ictimai-

mədəni problemlərin həllinə yönəlməli, elmlərarası əlaqələr inkişaf 

etdrilməli, xüsusilə  fəlsəfə, semiotika, informasiya və ehtimal 

nəzəriyyələri, kibernetika, habelə dilin öyrənilməsi, dil və cəmiyyət, 

dil və mədəniyyət kimi mühün problemlərin tədqiqinə, tətbiqinə və 

tədrisinə yönəlməlidir. Bütün bu işlər milli-mənəvi dəyərlərimizin 

qorunub saxlanılması, kontekstində  həyata keçirilməlidir. Eyni 

zamanda Azərbaycan mədəniyyəti, tarixi və  ədəbiyyatı  məsələ-

lərinin dilçilik yönümündən araşdırılması mühüm vəzifə kimi 

qarşıya qoyulur. 

Akademik R.Mehdiyev “İctimai və humanitar elmər: zaman 

kontekstindən baxış” adlı  məqaləsində (“Azərbaycan”, 8 dekabr 

2009, N: 272) yazır: “...tədqiqatlar yalnız  şəxsi karyera üçün 

aparılmamalı, dövlətin, cəmiyyətin maraq və ehtiyaclarına xidmət 

etməlidir. 

Bu baxımdan etiraf etmək lazımdır ki, bu gün canlı danışıq 

dilimizdə müşahidə olunan bəsitlik, müasir ədəbi  əsərlərin qıtlığı, 

kütləvi informasiya vasitələrinin dilindəki üslub pozuntuları  və 

qəlizlik bizim dilçilərin və  ədəbiyyatşünasların araşdırmalarında 

lazımi yer tutmur. Heç kəsə elə  gəlməsin ki, dilin dövlət dili elan 

edilməsi ilə dillə  əlaqəli olan bütün problemlər aradan qaldırılır. 

Daim dilin keşiyində dayanmalı olan insanlar, təəssüf ki, müasir 

dövr üçün zəruri sanballı  tədqiqatları  həyata keçirmirlər”. “Biz 

ümumən Azərbaycan elmini əyalət ab-havasından xilas edərək, 

onun dünya elm məkanına inteqrasiyasına can atmalıyıq”. Həmin 

məqalənin başqa yerində dilçilik institutunun fəaliyyəti də  tənqid 

olunur: “Dilçilik İnstitutu da dövrün qarşıya qoyduğu tələblərlə 

ayaqlaşmalıdır. Ölkəmizdə Azərbaycan dilinin inkişafına böyük 

diqqət yetirildiyi bir şəraitdə Azərbaycan dilini müstəqil öyrənmək 

üçün  əldə cüzi sayda olsa da, müasir elmi vəsait hələ  də yoxdur. 

İnstitut illərlə  əvvəl formalaşmış  tədqiqatlar çərçivəsində qapanıb 

qalmışdır. Müasir dünya elmində dil problemi fəlsəfi problem kimi 

yozulduğu halda, biz «sovet danışığı» standartlarından uzaqlaşa 

bilmirik”. 



ЫII HİSSƏ 

285 


Dilçi alimlərimiz yüksək tələblərə cavab vermək və ali 

məqsədə çatmaq üçün ictimai elmlərlə  dəqiq elmlərin inteqra-

siyasına bu gündən başlamalıdırlar.  İndi elmdə yeniliklər müxtəlif 

sahələrin qovuşuğunda mümkündür. Dilçiliyin ontoloji və meto-

doloji problemlərinin həllində  uğur qazanmaq, dil fəlsəfəsi və 

dilçilik fəlsəfəsində yeni üfüqlər fəth etmək, dilçiliyin cəmiyyət, 

ədəbiyyat, mədənyyət, informatika və digər sahələrlə bağlılığını 

açıb göstərmək, dilin semiotik mahiyyətinin və funksiyasının geniş 

planda tədqiqi üçün dilçiliyi fəlsəfə, məntiq, semiotika, sosiologiya, 

psixologiya, akustika, fiziologya və s. elmlərlə  əlaqəli  şəkildə 

inkişaf etdirmək lazımdır. Bütün hallarda riyazi statistikanın 

tətbiqinə böyük ehtiyac duyulur. Bu məqsədlə dilçilərimiz dəqiq 

elmlərin mütəxəsisləri ilə  sıx  əməkdaşlıq etməlidir (fəlsəfə, 

sosiologiya, informasiya texnologiyaları, kibernetika, riyaziyyat, 

fizika və s. institutlar). Bütün bunlar birinci növbədə Azərbaycan 

dilinin materialı  əsasında tədqiq olunmalı, sonra isə Respublikada 

danışılan və  tədris olunan digər dillərlə müqayisə  və tutuşdurma 

yolu ilə bir daha dərindən tipoloji araşdırmalar üçün başlanğıc 

olmalıdır. Azərbaycan dilinin diaxron planda tədqiqi, yazılı 

abidələrin və klassik irsimizin öyrənilməsi  ədəbiyyatçılarla və 

tarixçilərlə birgə layihələr əsasında həyata keçirilməlidir. Azərbay-

can dilinin qloballaşma  şəraitində dünyadakı yeri, ədəbi dilin 

dialekt və milli variantlarla sıx  əlaqəsi, tezlikli və orfofonik 

lüğətlərin hazrlanması geniş çeşidli empirik tədqiqatlar  əsasında 

mümkündür. Avtomatik tərcümə  və maşınla ünsiyyət, obrazların 

avtomatik müəyyənləşməsi və  şəxsiyyətin danışığı  və yazısı 

əsasında tanınması, yazı sisteminin təkmilləşməsi və bu kimi digər 

problemləri Respublikanın digər elm ocaqları ilə birgə  həll etmək 

mümkün olacaqdır. 

Azərbaycan dilinin cəmiyyətimizdə  işlənməsi və saflığının 

qorunması üçün 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi 

işinin təkmilləşdirilməsi haqqında” fərman mühüm əhəmiyyət 

daşıyır. 12 yanvar 2004-cü il tarixli “Azərbaycan  əlifbası  və 


Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

286


Azərbaycan dili gününün təsis edilməsi” haqqında sərəncam da dilçi 

alimləri daha ciddi çalışmağa sövq edir. 

“Qloballaşma şəraitində Azərbaycan dilinin zamanın tələbinə 

uyğun işlənməsinə  və ölkədə dilçiliyin inkişafına dair Dövlət 

Proqramının hazırlanması haqqında” 23 may 2012 – ci il tarixli 

sərəncam yuxarıda sadaladığımız problemlərin həlli üçün dövlət 

qayğısının bariz nümunəsidir. Bu sərəncama uyğun olaraq AMEA- 

nın  İctimai və Sosial Elmləri Bölməsi nəzdində yaradılmış  İşçi 

qrupu 4 ay ərzində Dövlət Proqramını hazırlayaraq geniş 

ictimayətin müzakirəsinə vermiş və bundan sonra müxtəlif qurum-

lardan və təşkilatlardan gələn təklif və rəyləri ümumiləşdirərək son 

variantını müzakirəyə  çıxarmışdır. Nəhayət, bundan sonra yekun 

variant redaktə edilərək AR Nazirlər Kabinetinin təsdiqinə 

verilmişdir. Bu sərəncamdan cəmi 6 gün sonra, yəni 29 may 2012-ci 

il tarixli “AMEA Nəsimi adına Dilçilik İnstitutunun maddi texniki 

bazasının gücləndirilnməsi” sərəncamı birinci sərəncamdan irəli 

gələn vəzifələri həyata keçirmək üçün dövlət səviyyəsində 

dilçiliyimizə göstərilən konkret qayğı və köməyin təzahürüdür. 

Doğrudan da, bu gün dilçiliyimizin yüksək inkişafını  təmin 

etmək üçün güclü maddi-texniki bazanın yaradılmasına böyük 

ehtiyac vardır. Bununla yanaşı dünya dilçilik irsinin Respub-

likamıza gətirilməsi üçün xeyli iş görmək lazım gəlir. Bunun üçün 

dünya dilçilk korifeylərinin  əsərlərini orijinaldan dilimizə  tərcümə 

etmək lazımdır.  Bu  da  yaxın gələcəkdə  fəaliyyət proqramımızın 

tərkib hissəsi olmalıdır. Eyni zamanda Azərbaycan dilçiliyində 

işlənib hazırlanmış  və dünya dilçiliyi səviyyəsində  qəbul edilmiş 

ideya və fikirləri dünyanın aparıcı dillərinə  tərcümə etmək yaxşı 

nəticə verə bilər. Biz dünyanın aparıcı ölkələrindən mübadilə yolu 

ilə magistraturaya və ya doktoranturaya qəbul təşkil edə bilsək, 

ölkəmizə  gələn hər bir əcnəbi tədqiqatçı müəyyən dövr ərzində 

dilimizin bu və ya digər problemləri ilə bağlı dissertasiya və ya 

monoqrafiyalar yazıb müdafiə edərlər və sonra onları aparıb öz 

ölkələrində çap etdirərlər. Bu da elmimizin və  mədəniyyətimizin 

dünyada yayılmasına güclü təkan verərdi. 



ЫII HİSSƏ 

287 


Bütün bunlar müasir, sürətli texnoloji yeniliklərin tətbiqilə 

həyata keçirilə bilər. Ona görə  də biz müasir kompüter avadanlığı 

əldə etməklə sadaladığımız problemlərin həllinə güclü təkan vermiş 

olarıq. Bu gün hər bir dilçi alim kompüterdə  işləməyi, axtarışlar 

aparmağı, öz ixtisasına yaxın adamlarla və  mərkəzlərlə  əlaqə 

yaratmağı bacarmalıdır. 

Deyilənləri uğurla həyata keçirmək üçün biz konkret layihələr 

hazırlamalı  və yaxın perspektivdə qarşıda durun məqsəd və 

vəzifələri gerçəkləşdirmək lazmıdır. 

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu. Azərbaycan dilçiliyi 

müntəxəbatı I cild. 2013. 

 

III. 2. Azərbaycan dili və dilçiliyi qarşısında duran 

vəzifələr 

 

Dilçilik elminin obyekti olan dil ən qədim zamanlardan 



xalqların milli şüurunun və 

vətənpərvərlik hisslərinin 

formalaşmasında  əsas amillərdən biri olduğu üçün bəşər tarixində 

onun özünəməxsus ictimai-siyasi əhəmiyyəti vardır. Müasir dövrdə 

müstəqil dövlətimizin dünya sivilizasiyasında tutduğu mövqe ilə 

bağlı dilimizin həm ölkə daxilində, həm də xaricdə öyrənilməsi və 

öyrədilməsi, habelə Azərbaycan dilçiliyinin dünya dilçiliyinə 

inteqrasiyası  və dünya dilçilik irsinin Respublikamızda yayılması 

mühüm  əhəmiyyət kəsb edir. Bu baxımdan dilimizin və dilçili-

yimizin gələcək inkişafı ilə bağlı aşağıdakı istiqamətlərdə fəaliyyət 

proqramı işlənib hazırlanmalıdır: 

I. Məsələyə diaxron (tarixi) aspektdə yanaşıldıqda “dilin tarixi 

onun daşıyıcısı olan xalqın tarixidir” konsepsiyasından çıxış edərək, 

bu sahədə  dərin araşdırmaların aparılması üçün tədqiqatçılarımızın 

dilimizin və xalqımızın tarixən bölgədə və dünyada təmasda olduğu 

etnomədəniyyətlərə aid tarixi mənbələri araşdırmaq və dilimiz və 

dilçilyimizlə bağlı fikir və mülahizələri toplayıb təhlil etməklə 

xalqımızın kimliyi və  mədəni səviyyəsi haqqında dolğun 

məlumatlar əldə edə bilərik. “Kitabi Dədə Qorqud”dan bəri həm öz 


Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

288


mütəfəkkirlərimizin, həm də dünya dahilərinin dilimizi yüksək 

səviyyədə  dəyərlərindirmələri dilmizin necə qüdrətli və yenilməz 

bir ünsiyyət vasitəsi olduğunu sübut edir. Biz yuxarıda beynəlxalq 

səviyyədə dilimizə yüksək qiymət verilməsindən, onun nəinki 

Azərbaycanda, həm də Qafqazda və Asiyada möhtəşəm ünsiyyət 

vasitəsi olduğunu, fransız dilinin Avropada olduğu kimi 

Azərbaycan dilinin də Qafqazda, Orta və Yaxın  Şərqdə ünsiyyət 

vasitəsi kimi şıxış etməsini dəfələrlə qeyd olunmuşdur. Məşhur 

səyyah və folklorçu A.fon Qaksthauzen XVIII əsrin ortalarında 

yazırdı ki, ermənilər əsərlərini öz dillərində yox, tatar (Azərbaycan 

– F.V.) dilində yazırlar, çünki bu dil Qafqazın cənubunda xalqlar 

arasında informasiya, ticarət və qaşılıqlı anlaşma dilidir, bu mənada 

onu Avropada fransız dili ilə müqayisə etmək olar” (F.Yadigar-

Veysəlli. Fonetika və fonologiya məsələləri. Bakı, 1993, s. 47). 

Fikrimizcə, xalqımızın qədimdən yüksək intellektual səviyyədə 

olmasını sübut etmək üçün bu cür qaynaqları toplayıb çap etmək 

dilçilərimiz qarşısında duran mühüm vəzifə olmalıdır. 

II. Ölkə daxilində dilimizin vəziyyəti, ondan cəmiyyətin 

müxtəlif sahələrində istifadənin səviyyəsi, xaricdə yaşayan 

soydaşlarımıza, dilimizi internet vasitəsilə öyrədən və öyrənmək 

istəyən  əcnəbilərə kütləvi-informasiya vasitələrinin köməyilə 

yardım göstərmək, müasir tələblərə cavab verən müxtəlif sorğu 

xarakterli lüğət və kitabçaların, o cümlədən ölkəmizin fauna və 

florasını  əks etdirən sözlüklərin, yerli və  əcnəbi adların 

transliterasiyasının elektron variantda hazırlanması, kompüterlə 

dilöyrətmə və dilimizin müasir səviyyədə formal və semantik təhlili 

bugünkü dilçiliyimizin aktual problemlərindən sayılmalıdır, canlı 

dilimizdə çeşidli dərs vəsaitlərinin tərtbiqi alimlər qarşısında bir 

nömrəli vəzifə kimi dayanır. 

III. Azərbaycan və dünya linqvistik irsinin, habelə bütövlükdə 

dilçilik elminin müasir səviyyəsinin öyrənilməsi, Azərbaycan 

dilçilik konsepsiyasını  və  dəyərlərini dünyaya çıxartmaq və dünya 

dilçiliyinin nəzəri fikirlərini Azərbaycana gətirmək mühüm 

əhəmiyyət kəsb edir. Bu məqsədlə müasir dilçilikdə fundamental 



ЫII HİSSƏ 

289 


əsərlərdən bəzilərinin Azərbaycan dilinə tərcümə edilərək şərhlərlə 

çap edilməsi, habelə Respublikamızın görkəmli dilçilərinin 

əsərlərinin almanaxının hazırlanması mütəxəsisslər qarşısında duran 

aktual məsələdir. 

IV. Dilin fəlsəfə (dil fəlsəfəsi və dilçilik fəlsəfəsi, dilin 

ontoloji və metodoloji problemləri), psixologiya (ünsiyyətin 

uğurluluğu və  uğursuzluğu problemləri), sosioloinqvistika (cəmiy-

yətin müxtəlif səviyyələrində və qurumlarında dilin işlənməsi, milli 

dil və variantları  və dialektləri, dil siyasəti və millətlərarası 

ünsiyyətdə dilimizin yeri), fiziologiya (koqnitiv dilçilik, afaziya, 

loqopediya, defektologiya v s.), texnologiyalarla (maşınla tərcümə, 

danışıq aktı  nəzəriyyəsi, danışanın kimliyinin nitqinə görə, yəni 

obrazların tanınması, kriminalistikada dilin rolu), semiotika (dilin 

işarəviliyi və dil işarələrinin başqa işarələrdən fərqi, dil işarələrinin 

praqmatik və semantik təhlili, mətn dilçiliyi və diskurs təhlili) 

əlaqələri müasir nəzəri dilçilik işığında öyrənilməli və bu sahələr 

üzrə tədqiqatlar sistemli olmalıdır. 

Yuxarıda deyilənlərə nail olmaq üçün bu yöndə  mərhələli 

işlər aparmaq, vaxtaşırı müxtəlif tədbirlər keçirmək lazımdır. 

Məsələn, dilimizin, xalqımızın tarixi ilə bağlı faktları, həqiqətləri 

üzə çıxarmaq üçün: 

– qədim və müasir dillərdə Azərbaycanla bağlı qaynaqları 

araşdırmaq (şumer, het, urartu, etrusk, latın, çin, german, roman və 

slavyan və s. dillərindəki qaynaqları) və  nəticələri Azərbaycan 

dilində çap etdirmək; 

– qohum türk dilləri (o cümlədən çuvaş, başqırd, Altay, xakas, 

yakut və s. dillər) üzrə mütəxəssislər hazırlamaq, qarşılıqlı 

mütəxəssis mübadiləsinə nail olmaq; 

– xarici ölkə dilçiləri və türkoloqları ilə, ilk növbədə türkdilli 

dövlətlərlə elmi əməkdaşlıq əlaqələri yaratmaq, təcrübə mübadiləsi 

aparmaq, türk dillərinin dünəni, bu günü və sabahı (ümumtürk dili 

və  əlifbası) ilə bağlı beynəlxalq səviyyədə elmi konfranslar 

keçirmək; 


Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

290


– tarix, şərqşünaslıq, arxeologiya və etnoqrafiya, ədəbiyyat, 

əlyazmaları, folklor, fəlsəfə, kibernetika, informasiya nəzəriyyəsi, 

fizika və riyaziyyat mütəxəssisləri birgə layihələr hazırlamalı, dilin 

tədqiqi, tətbqi və tədrisi ilə bağlı birgə əsərlər hazırlamaq; 

– ali təhsil müəssisələrində dilçilik kafedraları və mərkəzlərilə 

əlaqələr, dilçilik fənlərinin tədrisi, orta və ali məktəblər üçün 

yazılmış dərsliklərin dililə bağlı əməkdaşlıq əlaqələri yaratmaq,  

– ölkə daxilində dilin işlənməsinə (KİV-in, reklam çarxlarının 

dili, yer, müəssisə, təşkilat, obyekt adları ilə bağlı  məsələlərə) 

yardım məqsədi ilə monitorinq keçirtmək; 

dilimiz və dilçiliyimizlə bağlı  məsələləri həm daxili, həm də 

xarici auditoriyaya çatdırmaq, geniş  çərçivədə  işıqlandırmaq, o 

cümlədən Azərbaycan dilini təbliğ etmək məqsədilə ilə müvafiq 

televiziya kanalları ilə əməkdaşlıq etmək; 

– transliterasiya, transkripsiya, orfofoniya məsələləri üzrə 

beynəlxalq simpoziumlar keçirmək. 

Azərbaycan dilçilyinin görkəmli nümayəndəsi Ə.Dəmirçizadə 

çox doğru olaraq yazır ki, dilçilikdə, xüsusilə  də türkologiyada, 

müqayisəli-tarixi metodun başlanğıcını XVIII və ya XIX əsrdən 

deyil, məhz XI əsrdən –Mahmud Kaşğarinin “Türk dillərinin 

divanı” adlı kapital əsərindən hesablamaq daha doğru olardı (Elmi 

əsərlər, XI seriya, N: 1, 1966, APİ nəşri, s.101-103). Ə.Dəmirçizadə 

M.Kaşğarinin bu əsərini dərindən təhlil edərək 10 bənddən ibarət 

nəticələr çıxardır. Onların təhlilinə keçməzdən öncə böyük türkoloq 

M.Kaşğarinin linqvistik irsinə müraciət edək. 

 

III. 3. Azərbaycan dilçiliyinin tarixi M.Kaşğaridən 

başlayır 

 

Azəbaycan dilçiliyi türkoloji dilçiliyin tərkib hissəsi kimi 



götürülməlidir. Belə olduqda biz dilçiliyimizin başlanğıcını  təbii 

olaraq XI əsr türk dünyasının möhtəşəm dilçisi və leksikoqrafı 

M.Kaşğarinin yaradıcılığı ilə bağlamalıyıq. Ona görə  də bu alimin 


ЫII HİSSƏ 

291 


“Divani – Lüğat-it türk”əsərini dərindən təhlil etmək və onun elmə 

gətirdiyi yenilikləri sistemləşdirmək lazımdır. 

İlk növbədə ondan başlayaq ki, böyük M.Kaşğari öz fikir və 

mülahizələrini konkret müşahidələri əsasında söyləmişdir. 

İkincisi, M.Kaşğari ulu türk dili problemini irəli sürmüşdür. 

Üçüncüsü, M.Kaşğari hər bir dil faktını  dərindən öyrənmiş, 

sözün alınma və başqa dilə keçdiyini göstərmiş  və onların 

mahiyyətini folklor materialının köməyilə  dəqiqləşdirmişdir. 

M.Kaşğari dil materialı əsasında tayfa dillərini qruplaşdıra bilmişdir. 

Bu zaman o əsil müqayisə metodundan yararlanmışdır. Özü də 

tutuşdurma zamanı fonetik qanunauyğunluğu  əsas götürmüş, 

uyğunsuzluq olduqda isə o, bunun səbəblərini açıb göstərməyə 

çalışmışdır. Bəzən başqa dilin təsirini də o xüsusi olaraq qeyd 

etmişdir. Türk dilləri üçün çox mühüm bir fonetik hadisəni qeyd 

edən M.Kaşğari 3 samitin sözdə yanaşı gələ bilməməsini vurğulayır. 

Sözün strukturunda baş verən dəyişikləri qeyd edən M.Kaşğari 

onlarda heç də  hər zaman eyniliyin olmadığını qeyd edir. O, türk 

dillərinin özünəxas olan fonemləri haqqında ayrıca məlumat 

vermişdir. O həmçinin türk dillərində fonem düzümündəki 

özəllikləri, ikidən artıq samitin dalbadal gələ bilməməsini 

göstərməklə, bugünkü terminlə desək, sintaqmatik fonologiyanın və 

distributiv metodun tətbiqini həyata keçirən alim olmuşdur. O 

nəinki qohum dilləri, hətta bir-birinə qohum olmayan dillərin də 

oxşar və  fərqli cəhətlərini açıb göstərir. Bununla da o, tipoloji 

dilçiliyin ilk pionerlərindən biri kimi tarixə düşmüşdür. Əslən türk 

olan M.Kaşğarinin xidmətlərini digər mötəbər dilçimiz A.Axundov 

(1932-2015) “Ümumi dilçilik

ˮ kitabının birinci nəşrində (1979) 

xüsusi qeyd edərək yazır ki, bu kitab (Kaşğarinin lüğəti – F.V.) 

“müqayisəli – tarixi dilçiliyin ilk nümunələrindən biri kimi 

qiymətləndirilməyə layiqdir” (s.14) və  həmin kitabın ikinci, 

təkmilləşdirilmiş və əlavələr edilmiş nəşrində (2006) M.Kaşğarinin 

sintaksis sahəsində  də  əsəri olduğunu (Kitabi-cəvahrül-nəhv fil –

lüğat-it türk”), lakin hələ  də bizə  gəlib çatmadığını  təəssüflə qeyd 

edir. Beləliklə, XI əsrin ortalarında yazdığı “Türk dilləri divanı” ilə 


Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

292


M.Kaşğari ümumi, tarixi-müqayisəli və tipoloji dilçiliyin əsaslarını 

yaratmışdır. 

2012- ci ildə böyük M.Kaşğarinın “Divanu Lüğət-it-türk” 

əsəri üzərində  işləməyə başladığı (1072) vaxtdan 940 il keçir. 

Azərbaycanda dilçiliyin yaranmasından danışanda ilk yada düşən 

M.Kaşğari olur, çünki onun zəngin irs qoyub getməsi elmə çoxdan 

bəllidir. M. Kaşğari öz əsərini belə əsasladırırdı: türk dilini öyrənin, 

çünki türklərin uzun sürən səltənəti olcaqdır. Böyük Kaşğarinin 900 

illiyinə həsr olunmuş yubiley münasibətilə çap olunan “Sovetskaya 

türkologiya” jurnalında A.N.Kononov yazırdı ki, Kaşğarinin bizə 

gəlib çatmayan bir əsəri də olmuşdur. Bu əsər “Kitabi cavahir ən 

nəhv fi luğat it türk” (“Türk dilləri sintaksisinin inciləri kitabı”) 

adlanıb.

M.Kaşğari öz leksikoqrafik əsəri üzərində  işləyərkən digər 



məşhur türkoloq Y.Balasaqunlunun “Kutadqu bilgi” (“Xoşbəxtlik 

gətirən biliklər”) kitabı çapdan çıxır. 

M.Kaşğari türk dilindən başqa  ərəb və fars dillərini də 

mükəmməl bilirdi. Müəllifin yazdığına görə oğuz türklərindən olub, 

türk ellərini, obalarını  gəzərək çoxlu dil materialı toplamış, sonra 

onları  dərindən təhlil etmiş  və  nəticədə aydın və anlaşıqlı dildə 

gözəl bir əsər yazmışdır. Bu bir daha sübut edir ki, əsil dilçi öz 

əsərini yazarkən bu prinsipləri rəhbər tutmalıdır. Biz bu prinsiplərə 

sədaqəti digər böyük dilçimiz M.Kazımbəydə  də müşahidə edirik 

(bu barədə bax II fəslə). 

M.Kaşğarinin  əsərilə ilk tanışlıq göstərir ki, o, əsəri türklər 

üçün yazmamışdır. Bunu sübut edən onun öz sözləridir. O yazırdı, 

türklərin dilini bilməklə onların ürəyini fəth etmək, onların 

oxlarından və nizələrindən qorunmaq olar. Qeyri-türk tayfalarının 

türklərdən qorunmasının yeganə yolu onların dilində danışmaqdır. 

Biz türklərin dilinə məhəbbəti və sevgini M.Kaşğaridən 400 il sonra 

“İki dil haqqında düşüncələr” adlı kitab yazmış Ə.Nəvaidə görürük. 

Mahmud Kaşğarinin lüğəti türk Kilisli Rüfətin sayəsində 

bütün dünyaya yayıldı. K.Rüfət lüğəti 1915 və 1917- ci illərdə 3 

cilddə çap elədi. Qeyd edək ki, M.Kaşğarinin  əsərinin bərpası 



ЫII HİSSƏ 

293 


üzərində K.Rüfətdən sonra Besim Atalay da çox çalışmışdır. Katib 

Çələbinin (ərəbcə Hacı Xalifə – 1609-1657) “Kəşf  əz-zunun” 

(“Xüsusi adların mənasının açılması”) adlı  məlumat kitabçasında 

M.Kaşğarinin lüğətindən söhbət açılır. 

M.Kaşğari lüğətində sözləri  əlifba sırası ilə düzərək öz 

kitabını proza şəklində  və ya şeir formasında müdrik kəlamlarla 

bəzəyir. “Hər sözü mən öz yerində verdim ki, biliklərə can atan onu 

yerində, öz cərgəsində tapa bilsin. Hər kitabı mən (qeyd edək ki, o 

öz kitabını 8 fəslə bölür – F.V.) iki hissəyə bölür: ad və feil

2

.” 



M.Kaşğari öz əsərini Əl Xəlilin (təxminən 791-ci ildə ölüb – F.V.) 

“Kitabi-əl-ayn”  əsərilə müqayisə edir. Bununla o göstərmək 

istəyirdi ki, türklərin dili heç də ərəb dilindən geri qalmayır. 

O, morfemləri xüsusi qrupda verir. Məsələn, /barğu/ və 

/kelgu/ (əgər gəlsə). Eyni zamanda həmin mənalı söyləmlərin qərb 

qrupu dillərində qeyri-dodaq saitli şəkilçilərlə  işləndiyini göstərir. 

Müq.et: /barası/ və /kelesi/.” 

M.Kaşğarinin  əsərini fonetik-fonoloji baxımdan təhlil edən 

Ə.M.Dəmirçizadə  həmçinin türk dillərnə xas olan fonem 

əvəzlənmələrindən söhbət açır, özü də sait və samitlərin 

əvəzlənməsilə yanaşı bu böyük alimin türk dillərində ahəng 

qanununu  şərh etməsini xüsusi vurğulayır. Bunun üçün M.Kaşğari 

müxtəlif türk dillərində eyni mənalı sözlərin fonetik cildində 

oxşarlıqları və fərqləri qeyd edir. Misal olaraq cingiltili kipləşən – 

partlayışlı samitlərin kar kipləşən – partlayışlı samitlərlə əvəzlənmə-

sini göstərir. Müq.et: /aba/ və /apa/ (ana). 

M.Kaşğari kipləşən-partlayışlı cingiltili samitlərin kar novlu 

samitlərlə  əvəzlənməsini də xüsusi qeyd edir. Müq.et: /jubka/ və 

/juvka/ (yubka) və s. 

Ə.M.Dəmirçizadənin qənaətinə görə bu cür əvəzlənmələrin 

sayı M.Kaşğarinin əsərində 15-ə qədərir. Özü də bu əvəzlənmələri 

M.Kaşğari təkcə ön sözdə deyil, həmçinin ayrı-ayrı fəsillərdə verir. 

M.Kaşğari da müqayisəli-tutuşduma metodunun, bugünkü 

terminologiya ilə desək, kontrastiv fonologiyanın, elementlərini 

tapmaq mümkündür. O, ərəb və türk dillərini müqayisə edərək belə 


Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

294


nəticəyə gəlir ki, tük dillərində elə fonemlər (müəllifdə hərf) var ki, 

onların  ərəb dilində qarşılığı yoxdur. Ona görə  də qeyri-türklər 

onların tələffüzündə böyük çətinliklərlə rastlaşırlar. Bura M.Kaşğari 

/

ʧ/, /dž /, / γ / və s. fonemlərini daxil edir. 



M.Kaşğarinin səlis müşahidələrinə biz türk dillərinin fonetik 

qurumunda rast gəlirik. Düzdür, terminoloji cəhətdən bu tamam 

başqa cür ifadə olunurdu. Ancaq mahiyyət etibarı ilə bu, məsələni 

düzgün  şərh etməyə  əsla mane olmur, çünki M.Kaşğarinin elmi 

qənaəti türk dillərində sözlərin fonem tərkibini müəyyələşdirməyə 

imkan verir. Məsələ burasındadır ki, M.Kaşğari sözləri fonem 

tərkibinə görə  də müəyyənləşdirirdi. Məsələni daha dərindən başa 

düşmək üçün onun verdiyi nümunələrə müraciət edək: 

/at/ və /ər/ ikifonemli sözlər 

/az(ı)k/ (azuqə) və /jaz(ı)k/ üçfonemli sözlər 

/j(a) γm(u)r/ dördfonemli söz 

/k(u)r(u)s(a)k/ beşfonemli söz 

/(ö)m(ü)ld(ü)r(ü)k/ altıfonemli söz və s. 

Təbiidir ki, M.Kaşğari öz bölgüsündə  ərəb yazı sistemindən 

istifadə edib, ona görə  də saitləri xüsusi işarə ilə göstərməyib. 

Ancaq dildə sözlərin strukturunu vermək baxımından onun 

qənaətləri hər cür diqqətə layiqdir. 

Müasir fonoloji yanaşma ilə götürsək, ahəng qanunu bu 

əsərdə çox düzgün araşdırılıb. Özü də M.Kaşğari ahəng qanunu 

deyəndə həm sait, həm də samitlərin həmahəngliyini başa düşürdü. 

Məlumdur ki, sonralar bunu sinharmonya (həmahənglik) 

adlandırmışlar. M.Kaşğari türk dilində sözləri iki yerə bölür. Birinci 

qrupa o sözləri daxil edir ki, onlar sərt və ya qalın kökdə köklənir. 

İkinci qrupa isə yumşaq və ya incə kökdə köklənən sözləri daxil 

edir.Yuxarıda olduğu kimi, burada da Kaşğari qrafik simvollardan 

istifadə edir. Ancaq mahiyyətcə bu böyük alim fonoloji dəyərlərə 

söykənir.Bu incəliyi dəqiq hiss edən Ə.M.Dəmirçizadə haqlı olaraq 

yazır: “...şəkilçilərin sözlərin kökünə uyğunlaşmasından danışarkən 

o, həm ق /g, k/ və / γ / , həm də ڬ /g , k/ səslərini nəzərdə tuturdu, 

bununla da M.Kaşğari həm saitlərin bir-birilə ahəngini, həm də 



ЫII HİSSƏ 

295 


onların samitlərlə həmahəngliyini nəzərdə tuturdu, yəni şəkilçidə və 

söz kökündə müvafiq olaraq “ق “səs-hərfi.ya “ ێ “, ya da “ڬ“ 

olmalıdır. 

Bu gün M.Kaşğarinin hansı  mənbələrdən və qaynaqlardan 

qidalanması ilə bağlı çoxlu mübahisə etmək olar. Burada məşhur 

ərəbşünas  əl Farabini unutmaq olmaz. Lakin bu spekulyasiyalar 

onun xidmətlərinə kölgə sala bilməz.  Əksinə bu əsər onun yüksək 

erudisiyasından xəbər verir, alimin öz dövrünün leksikoqrafiyası 

sahəsində dərin biliklər olmasını göstərir. M.Kaşğari öz əsərini türk 

dillərinə söykənərək yazıb. Onun əsərində sözlərin düzümü tam 

yeni idi və indiyə qədər heç bir yerdə təkrar olunmamışdı. Lüğətdə 

7500 söz və onların mənalarının açılmasına xidmət edən 290 ifadə, 

söyləm və ya atalar sözləri verilmişdir. Lüğətdə eyni zamanda türk 

tayfaları haqında zəngin məlumat vardır. Bu tayfaların sayı 20-ə 

qədərdir. O, oğuzların dili haqqında geniş məlumat verərək yazır ki, 

oğuzların dili təmizdir, onlar yalnız bir dildə danışırlar, fars dililə 

qarışığı yoxdur, qərib ölkələrə getməyən bir tayfanın dilidir. 

Oğuzlarla türklərin dillərindən misal gətirərək onlar arasındakı cüzi 

fərqi göstərir. Məsələn, oğuzlar /elkin/ (ilkin) və ya /ılıq su/ 

deyirlər, türklər isə /yelkin/, /yılıq suv/. Daha sonra uyğur dilindən 

danışır və onların dilində 24 hərfdən istifadə edirlər. Ancaq Çindəki 

uyğurların başqa cür yazdıqlarını da vurğulayır. M.Kaşğari başqa 

türk dillərindən də söhbət açır və onların spesifik cəhətlərini və 

yayıldığı yerləri təsvir edir. Türk dillərinin bu alim tərəfindən 

bölgüsünə adam heyran qalmaya bilmir, çünki bu bölgü sırf fonoloji 

və morfoloji kriteriyalara əsaslanır. Elə bu səbəbdən də biz 

M.Kaşğarini müasir fonologiyanın banisi hesab edə bilərik. Bircə 

misal dediklərimizə sübutdur. Şərq qrupu dillərində (çigil, tuxsi, 

yağma, xakan-türk, Kaşğari şəhərinin dili, Maçina qədər digər türk 

tayfalarının dili) anlautda kar və sonor samitlərə  qərb qrupu 

dillərində (yemek, kipçaq, oğuz, peçeneq, bulqar və Romadan 

şərqdə yaşayan digər dillər) cingiltili samitlər uyğun gəlir. Müq.et: 

 

 


Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

296


Şərq qrupu   

 

Qərb qrupu 



/tevey/ (dəvə)    

/devey/ 


/men/  

 

 



/ben/ 

/ming/ (min)  

 

/bing/ və s. 



İnlautda isə cingiltili samitlər kar samitlərlə  əvəzlənir. 

Məsələn: 

/bügde/ (balaca kort)   /bükte/ və s. 

 

Məlum olduğu kimi, İ.A.Boduen de Kurtene dillər arası 



əvəzlənməni korrespondensiya adlandırırdı. Biz də türk dillərini 

ayrı-ayrı dillər kimi götürsək, deməli,  İ.A.Boduen de Kurtenenin 

fikirlərini onlara şamil edə bilərik. M.Kaşğari konsepsiyasının 

maraqlı cəhətlərindən biri də odur ki, o dillərin bölgüsündə coğrafi 

və  ərazi kriterialarını deyil, məhz linqvistik kriteriyanı  əsas 

götürürdü. Beləki, o, türk dillərini /z/ yarımqrupuna (bu qrupa o, 

çigillərin dilini və xakan-türk dillərini, qərb qrupundan isə 

yemeklərin, peçeneqlərin, suvar və bulqarların dillərini daxil edirdi) 

və /j/ yarımqrupu (buraya o, yaqma, tuxsi və s. Maçia qədər, 

həmçinin oğuzların və  kıpçaqların dillərini daxil edirdi). Müq. et: 

/azak/ (ayaq) və /ajaq/. Digər tərəfdən,  şərq qrupu dillərinə dar 

saitlər xasdırsa (müq.et: /sin/ -sən, /bardım/-mən gəldim), qərb 

qrupu dillərində isə kök və  şəkilçi morfemlərdə açıq saitlər işlənir 

(müq.et: /sen/, /bardam/). Şərq qrupu dillərinə dodaq saitləri olan 

şəkilçilər xasdır (müq.et: /barğu/, /kelgu/), qərb qrupu dillərində isə 

bundan fərqli olaraq qeyri-dodaq saitli şəkilçilər işlənir /müq.et: 

/barası/, /kelesi/ və s. 

M.Kaşğarinın yaradıcılığına qiymət verən Azərbaycan 

dilçiliyinin patriarxı  Ə.M. Dəmirçizadədən yuxarıda gətirdiyimiz 

sitatı müasir linqvistik terminoloiyaya çevirsək, görərik ki, orada 

söhbət sinharmonizmdən gedir. Təəssüf ki, sonrakı dilçiliyimiz bu 

həmahənglik prinsipinə lazımi qədər fikir verməyərək əsasən ahəng 

qanunundan bəhs etmişdir. Halbuki hələ  İ.A.Boduen de Kurtene, 

V.V.Radlov (1837-1918), A.M.Şerbak, xüsusilə  də kazax dilçisi 

A.Junusbəy, Azərbaycan dili materialı  əsasında isə F.Veysəlli 


ЫII HİSSƏ 

297 


həmahənglik problemini nəzəri cəhətdən  əsasandırmış  və praktiki 

olaraq həyata keçirtmişlər. 

Böyük alim M.Kaşğarinin ideyalarının düzgün şərh 

olunmadığına nümunə olaraq H.Həsənovun bu yaxınlarda 

“Azərbaycan dilinin fonetikası” (Bakı, 1999, s. 82-85) kitabına 

müraciət etmək kifayətdir. O yazır: “Azərbaycan dilindəki dil 

samitlərinin bir qismi də saitlər kimi arxa sıra və orta sıra olmaqla 

iki növə ayrılır. Belə ki, arxa sıra saitləri a, o, ı, u və arxa sıra 

samitləri q, ğ, x (k) ilə ön sıra saitləri ə, i, ö, ü və orta sıra samitləri 

k, g, y ilə müvaziliyi var. Bunlar dilarxası – dildibi və dilortası-

dilönü məxrəcli olmalarına görə həmcinslərdir.” Bu sitatdan heç nə 

başa düşmək olmur. Əvvəla, (k)-dan sonra gələn “ilə” dən sonra 

vergül qoyulmalı idi. İkincisi, “Müvaziliyi var” söyləmi nəyin nə ilə 

müvaziliyini bildirməlidir. Odur ki, cümlənin mübtədalarını bildirən 

/arxa sıra saitləri a, o, ı, u/, /ön sıra saitləri  ə, i, ö, ü/ tərkibləri 

müvafiq olaraq /-nın/ və /-nün/ şəkliçilərilə bitməli idi. Üçüncüsü, 

burada verilən artikulyator terminlər dəqiqləşdirilməli idi. Dünya 

dilçiliyində saitlərlə samitləri sıraya görə eyniləşdirmirlər. Saitlər 

dilin üfüqi vəziyyətinə görə ön, orta və arxa sıraya bölünürsə, 

samitlərin konkret artikulyasiya məxrəci olduğuna görə onları 

dilönü, dilortası  və dilarxası olmaq üzrə üç yerə bölürlər. 

Dördüncüsü, bu kitab elementar təsvir prinsiplərinə cavab 

vermədiyinə görə (transkripsiyadan istifadə edilməməsi, təsvirdə 

terminlərin düzgün işlədilməməsi və s.) onun dövriyəyə buraxılması 

böyük səhv omuşdur desək səhv etmərik. Azərbaycan dilində dil 

dibində yaranan səs yoxdur. Digər tərəfdən, “həmcins” anlayışı 

həmahəngliyi tam əks etdirmir. Birincisi, fizioloji termindir, 

“homorqan” özünün dilimizə  tərcüməsidir, ikincisi isə akustik 

termindir, ona görə  də onu “sinharmoniya” kimi verirlər ki, bu da 

eyniahənglik və ya həmahənglik deməkdir. 

Həmahənglik (sinharmonizm) prinsipinin məğzi ondan 

ibarətdir ki, sözlərin kök və ya birinci saiti onlardakı fonem 

ardıcıllığını 3 tembrdə özünə tabe edir: 


Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

298


1. Sözlərin köklərində və ya başlanğıcında qalın sait gələrsə, o 

sait özündən sonra gələn bütün sait və samitləri qalın kökləyir. 

Məsələn, /badam/+ lar +dan/, /adam+lar+dan/ və s. 

2. Sözlərin köklərində və ya başlanğıcında incə sait gələrsə, o 

sait özündən sonra gələn bütün sait və samitləri incə kökləyir. 

Məsələn, /biz+ im+ki/, /t∫əmən+dən/və s. 

3. Sözlərin köklərində və ya başlanğıcında dodaq saiti gələrsə, 

o sait özündən sonra gələn bütün sait və samitləri dodaqlanmaya 

məcbur edir. Məsələn, /üzüm+t∫ü+nü/, /odun+umuz+u/ və s. 



Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə