Azərbaycan Resublikası Təhsil Nazirliyi Azərbaycan Dillər Universiteti



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə29/30
tarix05.05.2017
ölçüsü2,76 Mb.
1   ...   22   23   24   25   26   27   28   29   30

 

   

Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

396


 

V. 5. Qeyri – standart düşüncələrim 

 

Əsgər bəyi lap gənclik illərindən təvazökar, zəhmətkeş, səliqə 



ilə geyinib gəzən bir tələbə kimi tanıyıram.  Əsgər o zamankı 

M.F.Axundov adına Azərbaycan Pedagoji Dillər institutunun 

(APDİ) Avropa dilləri fakültəsinin fransız dili şöbəsində 2-ci kursda 

oxuyurdu, mən isə Leninqradda german dilləri ixtisası üzrə 

namizədlik dissertasiysını yenicə  uğurla müdafiə edib vətənə 

qayıtmışdım və  həmin institutda alman və fransız dilləri 

fakültəsində  işləməyə başlamışdım. 1973-cü ildə M.F.Axundov 

adına APDİ bazasında iki institut yaradıldı: M.F.Axundov adına 

Rus Dili və Ədəbiyyatı İnstitutu (hazırkı Bakı Slavyan Universiteti-

BSU) və SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər 

İnstitutu (hazırkı Azərbaycan Dillər Universiteti-ADU). Mən o 

zaman institutdaxili çaxnaşmalardan bezərək mənəvi mühitin və 

elmi səviyyənin çox yüksək olduğu Rus dili və  ədəbiyyat 

institutunda qaldım, orada ümumi dilçilik kafedrasına rəhbərlik 

edirdim. Lakin ixtisasım german dilləri olduğu üçün və APXDİ-yə 

yeni təyin olunmuş rektor prof. Z.N.Verdiyevanın dəvətilə doğma 

instituta qayıtdım, fransız dili fakültəsindən ayrılmış alman dili 

fakültəsinin dekanı  və eyni zamanda alman və fransız dillərinin 

fonetikası kafedrasının müdiri seçildim. Elə o zamandan Əsgər 

bəylə  təmaslarımız intensivləşdi, çünki mənimlə bir kafedrada 

çalışan fransız dili mütəxəssisləri tələbə  Əsgərin istedadından, 

möhkəm yaddaşı olmasından, Azərbaycan dilini və  ədəbiyyatını 

mükəmməl bilməsindən tez-tez ağızdolusu danışırdılar. 

Sonralar bu təmaslarımız kəsildi, mən doktorluq dissertasiyası 

üzərində işləmək üçün əvvəlcə Moskvaya, sonra isə Berlinə getdim. 

1980-ci ildə doktorluq dissertasiyamı Leninqradda müdafiəyə 

təqdim edib növbəmi gözləyərkən öz doğma institutumuzda axşam 

fakültəsində Xarici Dillərin qrammatikası və fonetikası kafedrasının 

müdiri seçildim. Bu kafedrada ingilis, alman və fransız dilləri üzrə 

çox nüfuzlu müəllimlərlə düz 1989-cu ilə  qədər birgə  işlədik. 



V HİSSƏ 

397 


Doğrusu, bu dövrdə mən Əsgər bəyin həyatında baş verənləri izləyə 

bilmədim. Ancaq bilirdim ki, o, 1974-cü ildə fransız dil fakültəsini 

bitirmiş  və öz doğma yurdu, qədim türk torpağı olan Zəngibasar 

rayonunun Yuxarı Neçili kəndində  şagirdlərə fransız dilini 

öyrətmişdir. Məlumdur ki, ötən  əsrin 80-ci illərinin sonlarında 

Əsgər bəyi və onun kimi 250 min Azərbaycan türkünü mənfur 

ermənilər öz doğma və qədim türk yurd-yuvalarından qovdular. İndi 

də bu qədər soydaşımız, üstəlik Dağlıq Qarabağ  və  ətraf 

rayonlardan qovulmş 750 min insan öz vətənində qaçqın və 

didərgin kimi yaşayır. Elə o vaxtdan bizim Əsgər bəylə 

ünsiyyətimiz günü-gündən artmağa başladı. 

Əsgər bəy öz doğma yurd-yuvasına ürəkdən bağlıdır. Mən 

dəfələrlə bunun şahidi olmuşam, bunu onun səfər qeydlərini 

oxuyanda da daim hiss etmişəm. “Hara gedir bu qatar?”, “Orda bir 

yurd var, uzaqda” kimi publisistik yazılarını oxuyarkən bir daha 

əmin olursan ki, Əsgər bəy vətənində  vətənsiz kimi yaşamaq 

istəmir. Bu yazılar  Əsgərin daxili fəryadının səsidir, gələcək 

nəsillərə ötürmək istədiyi mesajlardır. O, doğma yurdunun hər 

qarışını, hər daşını belə unutmayıb, heç unuda da biməz, əksinə hər 

gecə yuxuda “o yerlərə qayıdır”, ancaq səhər gözünü açınca röyada 

o yerlərə qayıtdığının fərqində olur, hər gün olduğu kimi acı 

xatirələrin qanadında olduğunu yəqin edir. 

Əsgər müəllim 1980-ci ildə EA-nın Nizami adına  Ədəbiyyat 

institutunun aspiranturasına daxil olur, prof. M.Ə.Seyidovun və 

prof. T.Ə.Əhmədovun rəhbərliyi altında “Azərbaycan bayatıları 

Qafqaz regionunda” adlı namizədlik dissertasiyasını yazaraq onu 

1991-ci ildə  uğurla müdafiə edir. 2003-cü ildə isə o “Fransız 

ədəbiyyatında  Şərq mövzuları (Volterin yaradıcılığı üzrə)” 

doktorluq dissertasiyasını  uğurla müdafiə etmiş  və 2005-ci ildən 

ADU-nun professorudur. 

Bunlar Əsgər bəyin həyatından yarpaqlardır. 

Haşiyə. Ötən  əsrin 90-cı illərinin sonlarında AR Ali 

Attestasiya Komissiyasının Rəyasət Heyətinin iclaslarının birində 

AAK-ın sədri mərhum Azad Mirzəcanzadə Rəyasət heyətinin üzvü 



Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

398


kimi məndən soruşdu ki, o kimdir elə, Volterdən doktorluq 

dissertasiyası yazıb, yəni o, fransız dilini elə yaxşı bilir? Mən də 

cavabında bildirdim ki, o bizim institutu bitirib, fransız dilini 

bilməsinə söz ola bilməz, özü də çox zəhmətkeş  və istedadlı 

alimdir. Əlbəttə, AAK texniki ekspertiza ilə məşğul olan bir qurum 

kimi birinci növbədə dissertasiyaların texniki tələbərə cavab verib-

verməməsini yoxlayırdı, ancaq dissertantların  şəxsi keyfiyyətlərilə 

də maraqlanıırdı. Sonralar bizim komanda getdi, ona görə  də  mən 

Əsgər bəyin işinin nə yerdə olduğunu izləyə bilmədim. 

Əsgər bəyin yaradıcılığında cəlbedici məqamlardan  ən 

maraqlısı odur ki, o, erməni mənbələrni və qaynaqlarını  təhlil 

edərək dissertasiya yazmış sonuncu Azərbaycn türküdür. Mən 

dəfələrlə onun erməni dilində necə  təmiz danışdığının  şahidi 

olmuşam.  İrəvan  Əlyazmalar institutunda-Matenadaranda, İrəvan 

Xalq yaradıcılığı Evində,  Ədəbiyyat və  İncəsənət muzeyində 

araşdırmalar apararaq 500-dən artıq Azərbaycan bayatılarını həmin 

qaynaqlardan toplamış, elmi dəlillərlə sübut etməyə çalışmışdır ki, 

ermənilərdə bayatı olmamış, onlar əsrlər boyu Azərbaycan 

bayatılarından istifadə etmişlər. Bunlar onun namizədlik 

dissertasiyası üçün erməni dilindəki mənbələrdən topladığı  dəyərli 

faktlar idi. Əsgər bəy doktorluq dissertasiyasında araşdırmaları üçün 

artıq erməni dilli mənbələri deyil, fransız dilli mənbələri obyekt 

seçir və fransız mütəfəkkiri Volterin 3 faciəsini, bir romanını  və 

essesini təhlil edərək bu qənaətə  gəlir ki, Volter Şərqi dərindən 

öyrənmiş,  Şərq mədəniyyətinə  və türk aləminə, zərdüştliyə, Astiq 

əfsanəsinə, Hindistan reallıqlarına yaxından bələd olmuş, nəticədə 

Əsgər bəyin “Avropada mədəniyyət Şərqin təsirilə çiçəklənmişdir” 

elmi qənaəti onun Şərqşünaslığa layiqli töhfəsi hesab edilə bilər. 

Yorulmadan çalışan Əsgər bəyin elmi yaradıcılığı ilə tanışlıq 

göstərir ki, bir neçə dildə-Azərbaycan, rus, erməni və fransız 

dillərində  sərbəst danışması  və bu dillərdəki qaynaqlardan gen-bol 

istifadə edə bilməsi onu digər tədqiqatçılarımızdan fərqləndirən 

cəhətlərdəndir. 


V HİSSƏ 

399 


Bu məhsuldar alimin (bir neçə kitabın, xeyli sayda elmi-

publisistik məqalənin, Azərbaycanda Volter və Hüqo haqqında ilk 

monoqrafiyların müəllifi) yradıcılığına Azərbaycan alimlərilə 

yanaşı Fransa və Türkiyə alimləri də yüksək qiymət verirlər. 

Təqdirəlyiqdir ki, V.Hüqonun AR-nın prezidentinin sərəncamı ilə 

latın qrafikası ilə çapdan çıxmış  məşhur “Səfillər”  əsərinə 25 

səhifəlik giriş sözünü, habelə  həmin sərəncamla A.Dümanın (ata) 

çapdan çıxmış “Üç muşketyor”  əsərinə ön sözü də (S.Vahabovla 

birgə) Əsgər bəy yazmışdır. 

Respublikamızda fransız  ədəbiyyatı ilə  ən ardıcıl məşğul 

olmaqla yanaşı  Ə.Zeynalov bir sıra monqrafiya, esse, məqalə  və 

səfər təəssüratlarını  qələmə almışdır. O həmişə yeni söz deməyə 

çalışır. Özü də onun müraciət etdiyi mövzular olduqca rəngarəngdir

oxucularda ciddi maraq doğurur, onun mövzuya yanaşma tərzi də 

orijinaldır. 

Onun bir neçə  əsərinin başlığına fikir vermək kifayətdir ki, 

yaradıcılıq diapazonunun nə  qədər geniş oldğunun  şahidi olasan: 

“Fransız  ədəbiyyatında  Şərq”, “İrəvan ziyalıları” (həm də ingilis 

dilində), “Şərq Volter yaradıcılığında”, “Viktor Hüqo”, 

“Azərbaycan bayatıları Qafqaz regionunda”, “Altaydan Altaya”, 

“İllərin yol yoldaşı”, “Dil və  ədəbiyyat tədrisinə dair düşüncələr”, 

“O bir əsr idi...”, “İrəvan məktəbləri” və s. kimi kitabları yuxarıda 

dediyimizi bir daha sübut edir. 

Azərbaycanın son illərdə həyatında elə bir hadisə olmamışdır 

ki, Əsgər bəy ona biganə qalsın. O “İllərin yol yoldaşı”, “Orda bir 

yurd var, uzaqda” kitablarında  İrəvan xanlığının tarixini, Qərbi 

Azərbaycandan olan soydaşlarımızın deportasiyası və soyqırımı ilə 

bağlı mövzuları, 20 Yanvar hadisələrini, Qarabağ  dərdimizi ürək 

ağrısı il qələmə alan Ə.Zeynalov öz vətəndaş mövqeyini ortaya 

qoyur,  ədalətsizliyi, mənfur qonşularımızın qaniçənliyini faktlarla 

sübut edir. Xalq arasında çox populyar olan “İrəvan ziyalıları” 

kitabında  Əsgər bəy son 150-200 illik tarixə malik görkəmli 

Azərbaycan ziyalılarını araşdırıb üzə  çıxartmış, onların həyat və 

fəaliyyətini geniş  işıqlandırmışdır. Buraya Mirbabayev, Qaziyev, 



Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

400


Erivanski, Topçubaşov, Muğanlinski,  İrəvani, Məmmədzadə  və s. 

kimi məşhur azərbaycanlıların nəsli, soykökü aiddir. Əsgər bəy 

İrəvanın qədim və  mədəni türk torpağı olmasını faktlarla sübut 

etməyə nail olmuşdur. 

Ə.Zeynalovun bir neçə məqaləsi İranda, Rusiyada, Türkiyədə 

nəşr olunmuşdur. Fransanın məşhur “L’Est Republician” qəzetində 

“Vikor Hüqonun azərbaycanlı mütəxəssisi Dil Vərdişləri 

Mərkəzində” adlı məqalə ona həsr olunmuşdur (11 avqust 2007). 

Onun beynəlxalq aləmdə  fəallığı ayrıca qeyd olunmalıdır. 

Belə ki, Əsgər bəy 2000-ci ildə AMEA-nın Beynəlxalq 

Münasibətlər  İnstitutunda “Kitabi Dədə Qorqud” dastanının 1300 

illiyinə  həsr olunmuş beynəlxalq konfransda əsas məruzəçilərdən 

biri olmuş, 2001-ci ildə  İrəvanda YUNESKO-nun xəttilə keçirilən 

“Cənubi Qafqazda təhsil problemi” Beynəlxalq konfransının 

iştirakçısı, 2005-ci ildə Bakıda keçirilən Tərcümə problemlərilə 

bağlı Benəlxalq konfransda bölmə sədri, 2007-ci ildə Almaniyanın 

Köln  şəhərində keçirilən Dünya Azərbaycanlıları Konqresinin İX 

qurultayında nümayəndə kimi iştirak etmiş, həmin ilin avqust 

ayında Fransanın Bözanson şəhərinin F.Konte universitetinin Dil 

Vərdişləri Mərkəzində  təkmilləşmədə olmuşdur, 2009-cu ildə 

Türkiyənin Qazi universitetində keçirilən Beynəlxalq konfransda 

geniş məruzə ilə çıxış etmişdir. Azərbaycan Yazıçılar və Jurnalistlər 

Birliklərinin üzvü olan Ə. Zeynalov 1998-ci ildən ADU – da əvvəl 

praktik fransız dili kafedrasının müdiri və 2004-cü ildən ADU 

Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri və 2006-cı ildən ADU -da 

doktorluq dissertasiyası şurasının ilk üzvlərindəndir. 

Ə.Zeynalv bir neçə mükafata və diploma layiq görülüb. O, 

Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan-Avropa 

araşdırmaları  Mərkəzinn diplomlarına, “Vicdanlı  qələm” və 

“Vətən” mükafatına layiq görülmüşdür. 

Ümmilikdə götürüldükdə  Ə.Zeynalov yaxşı  tədqiqatçı, ustad 

müəllim, çox səriştəli tərcüməçi, səmimi dost və qayğıkeş ailə 

başçısıdır. Mən müxtəlif məclislərdə, konfrans və simpoziumlarda, 

habelə seminar və mühazirələdə ona qulaq asmışam və bu qənaətə 



V HİSSƏ 

401 


gəlmişəm ki, yalnız güclü mütaliəsi, ardıcıl axtarışları  və öz 

üzərində yorulmadan işləməsi onu bu cür inkişafa gətirib 

çıxartmışdır. 

Biz yuxarıda  Əsgər bəyin elmi yaradıcılığından danışdıq. 

Ancaq bir haşiyə çıxıb onun vətənpərərliyi haqqında bir neçə kəlmə 

demək istərdim. 

Haşiyə. Əsgər bəy bir dəfə məni görüşə dəvət etdi və bildirdi 

ki, kimi istəsəm bir nəfəri özümlə götürə bilərəm. Vədələşdiyimiz 

vaxtda və yerdə görüşəndə Əsgər bəy bir nəfəri mənə təqdim edib 

dedi ki, bu bizim Sahil bəydir. Sahil bəy Qarabağda vuruşarkən 

ayaqlarından yaralanmış  və ömürlük əsa ümidinə qalan bir 

eloğlumuzdur, özü də Azərbaycanın milli qəhrəmanıdır. Biz xeyli 

söhbət etdik, axşam yeməyini bir yerdə keçirtdik. Ancaq Əsgər bəy 

həm məni öz həmyerlisi, Azərbaycanın mərd oğlu Sahil bəyə, həm 

də Sahil bəyi mənə elə  təqdim etdi ki, ayrılanda elə bildim ki, bu 

milli qəhrəmanla biz bir neçə ilin dostları olmuşuq. 

Əsgər bəy yaddaşı möhkəm olan bir ziyalıdır, o, bir nəfəsə 

ünlü  şairlərimizin  şeirlərini deyir, yorulmur, tez mövzunu dəyişir, 

fransızca şeir deyir, ermənilərin bizdən çırpışdırdıqları mədəni irsin 

sübutu üçün saysız misallar gətirir, bu dildəki sözlərin çoxsunun 

türk dillərindən alınma olduğunu təsdiq etməkdən həzz alır. 

Əsgər müəllim cavanlığında necə sadə  və  səmimi idisə, indi 

də elədir, bu cəhətdən heç dəyişməyib, dəyişən onun intelekti, 

savadı, elmi səviyyəsi və analitik təfəkkürüdür.  Əsgər bəydə iddia 

ilə qabiliyyt üst-üstə düşür, ona görə də o, xoşbəxt adamdır 

Əsgər bəy yaradıcılığının çiçəkləndiyi bir dövrdədir. Mən ona 

bütün arzularının həyat keçməsini, bir də öz doğma yurdunda bizə 

pürrəngi çay qonaqlığı verməsini bir Allahdan arzu edirəm. 

 

Azərbaycanda xarici dillər jurnalı.  

Bakı, 15 sentyabr 2011. №12. 

 

 



 

Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

402


 

Ad göstəriciləri 

 

 



Abbasov I. – 396,400 

Abdullayev Ə. – 59, 62, 63, 65, 

115, 116, 120,144, 173, 213, 

346 

Abdullayev Ç. - 204 



Abdullayev (Abdulla) K. – 173, 

239-245, 249, 253, 273, 328, 

329, 363, 372, 376, 377, 378, 

381 


Abdullayev M.A. – 329 

Abdullayev S. – 358 

Abdullayev Ş. – 254 

Abdurrəhmanov K. – 56, 57, 238-

245 

Adilov M. – 178, 219, 353, 357 



Admoni V.Q. – 371, 372, 373 

Ağamalıoğlu S. - 111, 173 

Ağazadə N. – 57, 81, 174, 219, 

220 


Ağayeva H. – 367 

Axundov A.- 5, 11, 33, 49, 55, 80, 

115, 210, 220, 225, 228, 253, 

293, 327, 346, 348 

Axundzadə (Axundov) M. F. - 19, 

30, 33, 44, 49, 53, 56, 64, 76, 

86, 110, 111, 119, 122, 168, 

169, 170, 171, 172, 194, 198, 

228, 233, 273, 333, 339, 340 

Axverdov J. - 334 

Amosova N. - 346 

Araz M. –119, 257 

Aslanov V. - 36, 37, 53, 54, 55, 56, 

144, 219, 329 

Aslanov F. – 254 

Aşenbax V. fon. – 364 

Aşıq Ələsgər – 138, 171 

Aşıq Şakir – 63 

Aşmarin - 275 

Aytmatov Ç. – 15 

 

Babayev A. – 314, 317, 341, 398 

Bağırov O. - 56,120 

Bağırov Q. – 80, 173 

Bağçabani S. – 36, 38, 54, 56 

Bakıxanov A. – 332, 339 

Boqoroditski A. – 211 

Balasaqunlu Y. – 293 

Bang – 335 

Barak Obama - 186 

Barbiye de Meynar – 273 

Bartold V. – 44 

Bar笠K. – 158,163,165 

Baskakov H.A. – 329 

Basat – 359, 360, 362 

Bayramqızı N. – 78 

Bayramov H. – 173, 220 

Bekon F. - 241 

Beqdəli Q. - 56 

Beranje – 23, 36, 154, 165, 208, 

216 


Ad göstəriciləri 

403 


Belinski V.Q. – 153 

Bentsiq L. – 202 

Berezin – 381, 382 

Berje A. - 206 

Bernay E.P. – 334 

Bertels D.F. – 362 

Bernşteyn S.I. – 97, 283 

Besin Atalay – 294 

Bəxtiyar – 56, 82 

Bərdəi əl S. – 259 

Bədəlov R. – 377, 378 

Blox B. – 263 

Blumfild L. – 262, 264, 282, 283 

Bodenştedt fon F. -128, 129, 168, 

169, 193, 226, 227, 228, 229, 

Boduen de Kurtene I.A. – 32, 48, 

74, 78, 174, 208, 210, 235, 245, 

247, 248, 249, 251, 253, 254, 

263-266, 297, 298, 322, 330, 

399, 340 

Boqoroditski A.A. - 340 

Boldriyev A. – 316 

Borxes - 243 

Boytel Y. – 377 

Bötlinq – 320 

Brayson B. – 200 

Brüqman K. – 173 

Brünhild – 368 

Budaqov L. – 42, 332 

Budaqova Z. – 35, 53, 219 

Buşoten H. – 377, 380 

Bühler K. – 24, 37 

Bülbül – 82 

Bürhanəddin Q. – 304, 314 

Bürhanəddin Ş. – 401 

 

Cabbarlı – 171 

Cami - 373 

Canaşiya N.N. – 226 

Cəfərov C. – 230 

Cəfərov M. – 90 

Cəfərov C.M. – 81, 220, 221 

Cəfərov N. – 173, 219 

Cəfərov S. – 173 

Cəfərov T. - 378 

Cəfəroğlu Ə. – 172, 222, 247, 253, 

307, 308, 315, 316, 329, 334, 

335 


Cəlilov F. – 173 

Counz D. – 211, 235 

Cozef de Kornard D. – 115 

 

Ç 

Çaplin Ç. – 88 

Çaykovski P.I. – 179 

Çələbi (H.Xalifə) – 294 

Çistoviç L.A. – 347 

Çobanzadə B. – 11, 39, 49, 64, 

172, 173, 219, 341-343, 349 

 

Dante – 364 

Deker R. – 205 

Deni J. – 64, 330 

Deseginet Düfriş A. -173, 219, 253 

Dəmirçizadə Ə. – 25,33, 39, 49, 

57, 82, 220, 224, 253, 291, 294-

296, 298-300, 317, 319, 329 

Diits fon F. – 357-360, 363, 374, 

376 


Dorn B.A. – 233 

Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

404


Doroşevski V. – 248, 259 

Dressler V. – 351 

Drobin L. – 340 

Düma A. – 69, 165, 403 

 

Engelman T. – 206 

Eko U. – 269 

Ergin M. – 357, 363 

Engels – 244 

Esel/Atilla – 358, 359, 362, 365, 

372, 373 

Erivanski – 184 

Eynulla – 91 

Eynşteyn – 193 

 

Ə 

Əhmədov C. – 254 

Əhmədov F. – 266 

Əhmədov F. - 283 

Əhmədova T. Ə. – 401 

Ələsgərova T. – 367 

Ələkbərli Q. – 173, 221 

Ələkbərli A. - 214 

Əliyarlı S. – 363, 368 

Əliyev Ə. - 217 

Əliyeva X. - 316 

Əliyev İ. – 175, 272 

Əliyev H. – 175, 217 

Əliyev R. – 202, 398 

Əli (i.) - 361 

Əlizadə A. – 202 

Əl Fərabi – 296 

Əl Xəlil – 294 

Ənvəri - 373 

Ərdəbilli Əl C. – 259 

Ərdəbili A. – 304, 305, 310, 315 

Ərəbov V. – 266 

Əsgər R. – 182 

 

Falev M.P. – 189 

Fərzanə M.A. – 36, 38, 53, 54, 56 

Filin F. – 347 

Filippson R.F. – 198, 201 

Firdovsi – 246, 373, 375 

Firuzabad – 315 

Flayşer L. – 340 

Foqelvayden fon der V. – 364 

Folkner – 243 

Foss - 375 

Foy – 335 

Frege Q. – 303 

Fren X.D. – 319 

Füzuli – 6, 7, 30, 49, 56, 77, 151, 

174, 193, 243, 267, 310-313, 

332, 339, 352, 356 

 

Gernot – 160, 161 

Giselher – 160, 161 

Günter – 160 

 

Hacıbəyov Ü. – 94, 194 

Hacıyeva A. - 217 

Hacıyev T. – 173, 243, 307, 308, 

317, 378, 381 

Hacıyeva F. – 148 

Hafiz – 201, 209 

Hagen – 171, 357, 360, 362, 377 

Haqverdiyev Ə. – 64, 119 


Ad göstəriciləri 

405 


Hamer - 375 

Haarman H. – 254, 259 

Hartmann Z. – 374, 378-380 

Hartman fon Auen – 158 

Haugen E. – 280 

Hayne H. – 144,186 

Hegel – 122, 196 

Helxe – 372 

Herder Y. – 244, 303 

Hoyzerman – 344-346 

Heybətov Q. – 254, 265, 266 

Heyət C. – 56, 303 

Heminquey E. – 115 

Hərris Z. – 268 

Həsənov A. – 349 

Həsənov B. – 350 

Həsənov H. – 210-218, 245, 298 

Həsənov Z. - 217 

Həsənoğlu – 171, 303 

Həsrət – 91 

Hidayətzadə T. – 210, 221 

Hill C. – 114 

Homer – 359, 360, 361, 362 

Holenştayn E. – 165 

Humboldt V.fon – 32, 48, 55, 77, 

148, 187 

Hoysler A. – 372 

Hüqo V. – 165, 403, 404 

Hüseynov F. – 219, 254 

Hüseynzadə Ə.B. – 67 

Hüseynzadə M. – 10, 18, 25, 39, 

96, 219 


 

Xəqani – 19 

Xətai Ş.I. – 30, 46, 151, 171, 304, 

306, 339 

Xomski N. – 48, 174, 237, 242, 

398 


Xosrov Dəhləvi Ə. – 176 

Xudiyev N. – 173 

Xurşudbanu N. – 49, 69 

 

İ 

İbrahimov M. – 6, 62, 171, 317 

İbn Mühənna– 308-311 

S.Ə.C. İbn Sina – 219, 314 

İmanov L. – 111 

İrəvani – 184 

İsaçenko A. – 179 

İsaxanlı H. – 363 

 

Jirmunski V.M. – 355, 371 

Jober T. – 247, 320, 327 

Jons V. – 320 

Junusbəy A. – 211, 254, 260, 298 

 

Kant E. – 193 

Karnap - 263 

Karsevski S. – 173 

Kassirer E. – 380 

Kaşğari M. – 33, 49, 190, 241, 

249, 251, 254, 292, 301, 315, 

317, 339, 342 

Katka – 196 

Kazımbəy M. – 5, 11, 33, 39, 76-

78, 101, 151, 172-182, 218, 247, 

249, 253, 293, 318-330, 322, 

339, 343 



Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

406


Kazımov F. – 25, 230, 241, 253 

Kazımov Q. – 173, 279 

Kazımov T. – 318 

Kehabi I. – 201, 202 

Keykavus - 273 

Kəmali Ə. – 56 

Kərimov Ş. - 217 

Kirill K. – 122 

Kilisli R. – 294 

Klaprot – 316 

Kolibrin – 147, 152 

Kononov A.N. – 293 

Konrad - 366 

Korneyev L.B. – 371 

Kornel – 165 

Koseriu E. – 6, 174, 191, 245, 377 

Köçərli F. bəy – 229, 234 

Köprülzadə F.M. – 307 

Kramski J. – 253 

Krauzen – 320 

Krimhild – 351-365, 371, 372 

Kristal D. – 258 

Kruşevski N. – 253, 340, 399 

Kuçmina Q. – 81, 

Kun T. – 235 

 

Qabil – 47, 150, 153 

Qaksthauzen fon A. – 189, 289 

Qarayeva M. – 174 

Qasımov A. – 258, 281 

Qasımov Z. – 388 

Qasımova Z. – 216, 217 

Qasiyev – 184 

Qauk Y. – 205 

Qeybullayeva R. – 378, 379 

Qədimalıyeva A. - 217 

Qəniyev (Qənizadə) S.M. – 333, 

334 


Qocayev M. – 398 

Qöte V. Q. fon – 154, 165, 174, 

176, 186, 193, 360, 361, 373-

376, 380 

Qraimas A. – 269 

Qrass Q. – 197 

Qriqor – 256 

Qrinberq J. – 250 

Qrosse S. – 363,371, 372 

Quxman M.M. – 281 

Quliyev Ə. – 36, 53 

Quliyev Q. – 398 

Quliyev V. – 245, 252, 230, 233, 

329 


Quliyeva R. – 378 

Qurbanov A. – 210 

Qurbanova L. – 266 

Qutqaınlı - 151 

Qütb – 246 

 



Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə