AZƏrbaycan ssr elmlər akademġyasi tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix21.04.2017
ölçüsü2,8 Kb.
1   2   3   4   5   6   7
 
II FƏSĠL 
 
DAXĠLĠ TĠCARƏT 
 
XVIII  əsrin  birinci  yarısında  üç  böyük  dövlətin  siyasi  və  iqtisadi 
mənafelərinin  toqquşması  ilə  əlaqədar  olaraq  Azərbaycan  ərazisinə  İran,  Türkiyə 
və  Rusiya  qoşunlarının  müdaxiləsi,  İran  şahlarının  iqtisadi  və  mənəvi  təzyiqləri, 
əhaliyə edilən ikiqat istismar, şübhəsiz, ölkənin iqtisadiyyatına ağır zərbə endirirdi. 
Lakin buna baxmayaraq, Azərbaycanın zəngin təbiəti, Avropa ilə Asiya arasındakı 
əlverişli  coğrafi  mövqeyi  ölkənin  iqtisadiyyatının  mühüm  sahələrindən  biri  olan 
ticarətin  aparılması  üçün  az  da  olsa  şərait  yaradırdı.  Ölkənin  ən  ağır  günlərində 
belə bəzi tacirlər ticarət üçün öz yurdlarını tərk edib, başqa ölkələrə gedirdilər
104

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, orta əsrlərdə ticarət ən gəlirli qazanc 
mənbələrindən  biri  olduğu  üçün  bu  və  ya  digər  ölkələr  arasında  baş  verən 
müharibələr  nəticəsində  ticarətin  müvəqqəti  olaraq  dayandırılması  hər  iki  tərəfin 
gəlirinin azalmasına səbəb olurdu. M. Çulkov yazır ki, belə hallarda müharibə edən 
dövlətlər  öz  aralarında  danışıq  apararaq  ticarət  karvanlarının  gediş-gəlişinə 
maneçilik törətmirlər
105

Bu barədə C. Hanvey də maraqlı məlumat verir: «Türklərlə iranlılar ticarət 
münasibətlərində  o  qədər  xeyir  əldə  edirdilər  ki,  onların  arasında  bağlanılan 
                                                             
102
 И. Г. Гербер. Замечания клонящиеся к истинной выгоде Ва шего Величества в тех завоеванных 
персидских  провинциях,  которые  по  персидским  трактатам  остались  за  его  Величеством 
Всероссийским. Bах: М. А. Полиевктов. Проект хозяйственной эксплоатации оккупированных в 
XVIII  в.  Россией  прикаспийских  областей  Кавказа.  Материалы  по  истории  Грузии  и  Кавказа, 
вып. IV, Тбилиси, 1937, səh. 283. 
103
 Г. Б. Абдуллаев . Из истории северо-восточного Азербайджана в 60—80 гг. XVII в., Бакы, səh. 
11; F. M. Əliyev. Şimali Azərbaycan şəhərləri, səh. 5.
 
104
 C. Hanvey. Göstərilən əsəri, səh. 413. 
105
 M. Çulkov. Göstərilən əsəri, II cild, II kitab, səh. 596.
 

26 
 
qarşılıqlı müqavilə  sayəsində həmin  dövlətlərin  bir-biri ilə apardıqları  uzun-uzadı 
müharibələr zamanı belə (ticarət) karvanlarına toxunulmurdu»
106

Əlbəttə,  belə  bir  müqavilənin  olması  həqiqətə  uyğun  olsa  da,  onun  
müharibə  edən ölkələrin qoşunları tərəfindən soyuqqanlıqla həyata keçirilməsi çox 
şübhəlidir. Lakin bununla belə ayrı-ayrı dövlətlərin belə hallara yol verməsinin özü 
ticarətin  bu  və  ya  digər  ölkənin  iqtisadiyyatı  və  maddi  bazası  üçün  nə  kimi  rol 
oynadığını aydın göstərir. Məlum olduğu kimi, ölkənin təsərrüfat həyatında feodal 
istehsal üsulu hökm sürdüyü bir dövrdə şəhərlərin iqtisadi bazasını əsas etibarı ilə 
sənətkarlıq  və  ticarət  təşkil  edirdi.  Lakin  ibtidai  və  kustar  üsulla  aparılan 
sənətkarlığa nisbətən ticarətin bir sıra üstünlüyü var idi. Əvvələn, sənətkarlar əsas 
etibarı ilə  daxili  bazarın  ehtiyacını  ödədikləri halda,  tacirlər  onların hazırladıqları 
əşyanı  xarici  bazarlara  çıxarırdılar;  ikincisi,  sənətkarlıqla  yalnız  yerli  sənətkarlar 
məşğul  olduqları  halda,  ölkənin  ticarətinin  inkişafında  yerli  tacirlərdən 
(sövdəgərlərdən)  əlavə,  xarici  ölkələrin  tacirləri  də  əhəmiyyətli  rol  oynayırdılar; 
üçünçüsü,  xarici  bazarda  sənətkarların  hazırladıqları  mallara  nisbətən,  xammala 
daha çox ehtiyac olduğu üçün, ticarətdən daha artıq qazanc əldə edilirdi. 
Bütün  bu  amillər  orta  əsrlərdə  şəhər  təsərrüfatında  ticarəti  ön  sıraya 
çıxarırdı.  Yaxın  və  Orta  Şərq  ölkələrində  olduğu  kimi,  Azərbaycanda  da  ticarət 
əsas etibarı ilə şəhərlərdə aparılırdı. Lakin XVIII əsrin birinci yarısında ölkə vahid 
dövlət halında olmadığı üçün, onun vahid iqtisadi mərkəzi də yox idi. 
Şübhəsiz,  belə  olduqda  XVIII  əsrin  birinci  yarısının  ticarətindən  bəhs 
edərkən təmərküzləşmiş yeganə bazar haqqında danışmağa da dəyməz. 
V.  İ.  Leninin  hələ  iqtisadi  cəhətcə  vahid  dövlət  halına  düşməmiş  Rusiya 
üçün söylədiyi sözləri XVIII əsrin birinci yarısındakı Azərbaycana tamamilə tətbiq 
etmək  olar:  «...dövlət  ayrı-ayrı  «torpaqlara»,  qismən  də,  hətta  knyazlıqlara 
bölünmüşdü  ki,  bunlar  da  keçmiş  muxtariyyətin  canlı  izlərini  idarə  etmək 
xüsusiyyətlərini,  bəzən  öz  xüsusi  qoşunlarını...,  gömrük  sərhədlərini  və  i.  a. 
saxlamışdı»
107
.  V.  İ.  Lenin  bütün  belə  vilayətlərin,  torpaqların  və  knyazlıqların 
birləşməsindən  bəhs  edərək  yazırdı  ki,  «buna  səbəb  vilayətlər  arasında 
güclənməkdə  olan  mübadilə,  tədriclə  artmaqda  olan  əmtəə  tədavülü,  kiçik  yerli 
bazarların bir Ümumrusiya bazarı halında təmərküzləşməsi idi»
108

Azərbaycanda  isə  öyrəndiyimiz  dövrdə  belə  bir  tarixi  proses  olmamışdır. 
Ölkə siyasi və iqtisadi cəhətdən pərakəndə bir şəkildə idi. 
 
 
Lakin  buna  baxmayaraq,  Azərbaycanın  ayrı-ayrı  şəhərləri  ya  özünün 
                                                             
106
 C. Hanvey. Göstərilən əsəri, səh. 7.
 
107
 V. İ. Lenin. «Xalq dostları» nədir və sosial-demokratlara qarşı onlar necə mübarizə edirlər, əsərləri I 
cild, səh.149. 
108
 Yenə orada. 
 

27 
 
tutduğu əlverişli coğrafi mövqe və yaxud da istehsal etdiyi malların sayəsində həm 
daxili, həm də xarici ticarətdə əhəmiyyətli rollardan birini oynayırdı. 
Avropadan Asiyaya gedən tranzit ticarət yolunda yerləşən Azərbaycan hələ 
xeyli  qədimdən  Avropa  və  Yaxın  Şərq  ölkələrinin  siyasi  və  iqtisadi  həyatında 
mühüm  rol  oynamışdır.  Məhz  buna  görə  də  təsadüfi  deyildir  ki,  vaxtı  ilə 
Azərbaycanda  müvəqqəti  olaraq  hökmranlıq  edən  farslar,  ərəblər,  türklər, 
monqollar ölkəni soyub talan etdikləri halda, karvan yollarının bərpa olunmasına, 
ticarət  yollarında  karvansaraların  inşa  və  bərpa  edilməsinə,  çayların  üzərində 
körpülər salınmasına və s. bu kimi məsələlərə böyük əhəmiyyət verirdilər. 
Karvan  yollarında  külli  miqdarda  tikilmiş  karvansaraların  qalıqları, 
körpülər,  ticarət meydanları,  ovdanlar  və  s.  vaxtı  ilə  Azərbaycanda  qızğın  ticarət 
aparılmasının canlı şahididir
109

XVIII əsrin axırı və XIX əsrin əvvəllərinin müəllifi P. Zubov Azərbaycanın 
ticarət  əlaqələrindən  bəhs  edərkən  Azərbaycan  şəhərlərində  hələ  xeyli  qədimdən 
qızğın  ticarət  getdiyini  göstərir  və  bunu  bütün  yol  boyu  uzanıb  gedən 
karvansaraların  qalıqları  ilə  sübut  edir
110
.  XVIII  əsrin  iyirminci  illərində 
Azərbaycanda olmuş Con Belin yazdığına görə, Azərbaycan ərazisində çox böyük 
karvansaralar olmuşdur. O düşdüyü karvansarada 500 adam var imiş
111
. Korneli de 
Bruin  Şamaxıda  ikinci  mərtəbəsində  40  otaq  olan  bir  karvansarada  yaşaması 
barədə xəbər verir
112

Ticarət  əsasən  şəhərlərdə  aparıldığı  üçün  karvan  yolları  da  bu  və  ya  digər 
şəhərdən keçirdi. Lakin  ticarət əhəmiyyəti daha böyük  olan  şəhərlərdən bir deyil, 
müxtəlif  istiqamətlərə  bir  neçə  karvan  yolları  keçirdi.  Məsələn,  Təbrizdən  təkcə 
şimala doğru 4 yol gedirdi
113

Təbriz – Mərənd - Culfa. 
Təbriz - Cəbrail. 
Təbriz - Biləsuvar. 
Təbriz - Astara. 
Lakin  bunlardan  daha  rahat  və  əlverişlisi  Təbriz  -  Mərənd  -  Culfa  yolu 
olduğu üçün adətən karvanların çoxu elə həmin yoldan keçirdi. 
 
Təbrizdən  Qara  dəniz  vasitəsi  ilə  Avropaya  gedən  yol  Naxçıvandan 
                                                             
109
 ЦГАДА, фонд Ермоловых, siyahı 1, iş 322, vərəq 67; Ч. Бел. Велегш путешествил через Россию 
в разные Азиатские земли, а именно в Испаган, в Пекин, в Дербент и Константинополь, перевел 
с  франц. М. Попов, СПб, 1776, səһ. 52-53; И.  Лерх. Сведения о втором путешествии в Персию, 
совершенном в 1745-1747 гг. (перевод с немецкого Абезгуза), Azərb. SSR ЕА TİЕА, inv. 489, səһ. 
56.
 
110
П. Зубов. Картина Кавказского  края принадлежащего России и  сопредельных к нему земель, 
СПб, ч. I I I ,  1838, səһ. 67. 
111
 C. Bel. Göstərilən əsəri, səh. 52. 
112
 Korneli de Bruin. Göstərilən əsəri, səh. 12.
 
113
 А. В. Фон-Гребнер. Торговые дороги Закавказья, СПб, 1896, səһ. 46. 

28 
 
keçirdi. Bu yol ən qısa yollardan biri sayılırdı
114
. Naxçıvan və Culfa tərəfdən Araz 
çayının üzərindən keçən körpülər bu yolu xeyli rahatlaşdırırdı
115

Avropa ilə bir çox Yaxın Şərq ölkələrini birləşdirən Təbriz - Mərənd - Culfa 
- Naxçıvan və b. şəhərlərdən keçən yollardan əlavə, Azərbaycan ərazisindən digər 
yollar  da  keçirdi.  Bu  yollardan  birini  M.  V.  Fexner  özünün  «XVI  əsrdə  rus 
dövlətinin  Şərq ölkələri ilə ticarəti» adlı kitabında  göstərmişdir. Doğrudur, M. V. 
Fexnerin  məlumatı  nisbətən  əvvəlki  dövrə  aiddir.  Lakin  öyrəndiyimiz  dövrdəki 
yolların  XVIII  əsrdə  deyil,  daha  əvvəllər  çəkildiyini  nəzərə  alaraq,  XVI  əsrdə 
Azərbaycan  şəhərlərindən  keçən  karvan  yollarını  göstərmək  olar.  XVI  əsrdə 
Rusiyadan İrana gedən yol aşağıdakı şəhərlərdən keçmişdir
116

 
ġəhərlərin adı 
Məsafə, kmlərlə 
Yol, gün hesabı ilə 
Cəmi 
 
 
gəmilərdə 
karvanlarda 
 
Moskva-Həştərxan 
3312 
40 

40 
Həştərxan-Nizabad 
təqribən 650 
7-9 

7/9 
Nizabad-Şabran- 
Şamaxı 
110 



Şamaxı—Ərdəbil 
325 

10 
10 
Ərdəbil-Qəzvin 
350 

11-11 
11—12 
Qəzvin-Hörmüz 
1200 

42 
42 
   
 
 
 
 
Bəzən  ticarət  karvanları  Rusiyadan  Azərbaycana  yalnız  karvan  yolları  ilə 
gəlirdi. Çox  güman  ki,  belə hallar  yalnız  qış  aylarında  Həştərxan limanı donduğu 
zaman baş verirmiş. 
Həştərxandan Azərbaycana aşağıdakı karvan yolları ilə mal gətirilirdi
117

 
ġəhərlərin adı 
Məsafə. kmlərlə 
Yol, gün hesabı ilə 
Cəmi 
 
 
karvanla 
arabalarla 
 
Həştərxan-Terek 
şəhərciyi 
təqribən 450 

təqribən 10 
10 
Terek şəhərciyi- 
Tərki 
240 



Tərki-Dərbənd 
140 



Dərbənd-Şabran 
170 
6-8 

6-8 
Şamaxı 
təqribən 1000 
11-13gün 
14 gün 
gün 
 
                                                             
114
 Передняя  Азия  в  документах,  Серия  памяти  проф.  Ю.  Н.  Марра,  кн.  1.  Нахичеванские 
рукописные документы XVII-XIX вв., Тифлис 1936, səһ. 10. 
115
 М.  Велиев.  Азербайджан,  (Физико-географический,  этнографический  и  зкономический 
очерк), Бакы, 1921, səһ. 158.
 
116
 М. В. Фехнер. Торговля русского государства со странами Востока в  XVI веке, М., 1952, səһ. 
36. 
117
 M. V. Fexner.  Göstərilən əsəri, səh. 41. 

29 
 
M.  V.  Fexnerin  XVI  əsr  üçün  göstərdiyi  karvan  yolları  XVIII  əsrin  birinci 
yarısında  da  mövcud  idi.  Bunu  1730  və  1740-cı  illərdə  iki  dəfə  Azərbaycanda 
olmuş  İ.  Lerxin  verdiyi  məlumatlardan  müəyyən  etmək  olar.  İ.  Lerxin  yazdığına 
görə  həmin  dövrdə  Avropa  ilə  Şərq  ölkələri  arasında  ticarət  əsasən  aşağıdakı 
karvan yolları ilə aparılırdı
118

Həştərxan – Qızlar - 1500 verst 
Qızlar - Tərki 
Tərki - Dərbənd -115 « 
Dərbənd – Bakı – 231 « 
Bakı – Şamaxı -145 « 
Şamaxı – Cavad – 45 « 
Cavad - Lənkəran – 164 « 
Lənkəran - Rəşt – 222 « 
Lakin  XVIII  əsrdən  etibarən  Rusiyanın  Xəzər  dənizindəki  fəaliyyəti 
çoxaldıqdan  sonra  Azərbaycana  gələn  karvan  yollarının  əhəmiyyəti  nisbətən 
azaldı.  Buna  eyni  zamanda  Azərbaycana  Türkiyə  və  İran  tərəfindən  edilən  ardı 
kəsilməyən  silahlı  basqınlar  da  böyük  təsir  göstərmiş  oldu.  Lakin  buna 
baxmayaraq,  Azərbaycanın  bir  çox  şəhərləri,  xüsusilə  Şamaxı,  Təbriz,  Gəncə, 
Bakı,  Ərdəbil  və  başqaları  yenə  də  karvan  yollarının  düyüm  nöqtəsi  kimi 
fəaliyyətdən qalmırdı. Həmin şəhərlər arasında Bakı daha əlverişli mövqe tuturdu. 
Bu şəhər həm karvan yollarının üstündə yerləşirdi, həm də gözəl təbii limana malik 
idi. 
Bakıda  olmuş  bir  çox  orta  əsr  səyyahları  onun  məşhur  şəhər  olduğunu
119

əlverişli limanda yerləşdiyini, yüksək keyfiyyətli ağ və qara neft,  eləcə də duz və 
zəfəranla  zəngin  olduğunu  göstərirlər
120
.  XVIII  əsrin  əvvəllərində  Bakıda  olmuş 
fransız  missionerlərindən  Maz,  Başu,  Fleriu  və  başqaları  öz  xatirələrində  yazırlar 
ki, bəzən Xəzər dənizi «Bakı dənizi» də adlandırılırdı. Bu isə Bakı şəhərinin Xəzər 
dənizi  vasitəsi  ilə  aparılan  ticarətdə  nə  kimi  mövqe  tutduğunu  bir  daha  göstərir. 
Onlar  yazırlar:  «Bakı...  Xəzər  dənizinin  sahilində  yerləşir,  (şəhər)  öz  adını  bu 
dənizə verdiyi üçün onu Bakı dənizi də adlandırırlar»
121

                                                             
118
İ. Lerx. Göstərilən əsəri, səh. 461.  
119
 Yenə orada, səh. 129. 
120
 Korneli de Bruin. Göstərilən əsəri, səh. 50; İ. Lerx. Göstərilən əsəri, səh. 61; J. Sook. Voyages and 
travels through the Russion Empire Tartary, and Part of the Kingdom of Persia, p. 379 -383; Bax: S. B. 
Aşurbəyli. Баку XVI-XVIII в. пo описаниям путешественников, «Изв. AH Азерб. ССР», № 1, 1947, 
səһ. 70; C. Hanvey. Göstərilən əsəri, səһ. 261; Донесение французского полномоченного министра 
де Кампредона к королю 20 сентября 1723 г., СИРИО, т. 49, səһ. 384.
 
121
 Выдержки  из  Letters  curieuses  et  edifianters  etc  (de  le  Maze,  Bachond,  Fleurian  etc)  (t ərcüməsi 
Abezquzundur)  Azərb.  SSR  EA  TİEA,  inv.  471,  səh.  17.  Müqayisə  et:  Путешествие  одного 
миссионера (Voyages d'un Missionnaire de le compagine de Jesus (tərcüməsi Abezquzundur), Azərb. 
SSR EA TİEA, inv. 474, səh. 10. 

30 
 
Həmin  missionerlər  şəhərin  sərvətini  belə  təsvir  edirlər:  «Onun  (Bakının) 
ətrafı  yumşaq  torpaqdan  ibarətdir  və  zəfəranla  çox  zəngindir,  lakin  onun  (əsas) 
neməti faydalı qazıntılardan ibarətdir. Bunları quyular təşkil edir ki, onlardan da o 
qədər  çox  mənfəətli  neft  çıxarırlar  ki,  şahın  (bu  sahədə)  ildə  aldığı  gəlir  12.000 
tümənə və ya 600.000 abbasıya çatır, abbası təqribən 20 suya, tümən isə 50 livrə 
bərabərdir»
122

Bakıda  ibtidai  üsulla  istehsal  olunan  neft  təkcə  Azərbaycanda  istifadə 
edilmirdi.  Tuluqlara  doldurulmuş  Bakı  nefti  hər  gün  at,  qatır,  dəvə  və  yaxud  da 
gəmi karvanları vasitəsi ilə uzaq şəhərlərə aparılıb baha qiymətə satılırdı
123
. Fransız 
missionerləri  Bakı  nefti  haqqında  da  maraqlı  məlumat  verirlər:  «Neft  bir  növ 
yağdır,  su ilə  birlikdə  yerdən  çıxarılır, lakin  sonra  onu ayırıb,  kanallar  vasitəsi  ilə 
axıdırlar. O (neft) qara və ağ olur. Ağ yüksək qiymətləndirilir, daha yaxşı satılır və 
xaricə aparılır; qaradan isə yerlərdə istifadə olunur, ona (əhalinin) heyfi gəlmir, baş 
barmağın qalınlığında fitillə onu lampalarda yandırırlar»
124

Bəhs  etdiyimiz  dövrə  aid  olan  mənbələrin  birində  yazılmışdır:  «Bakının 
ətrafında  çoxlu  miqdarda neft  bulaqları  vardır.  Bu,  bir növ  qara  və  çox  asanlıqla 
yanan yer yağıdır.... Mən bulaq  suyuna bənzərini də görmüşəm»
125
. Məlumdur ki, 
neft  heç  də  yerdən  şəffaf  halda  çıxmır.  Lakin  yuxarıda  misal  gətirdiyimiz 
gəlmələrin  müəllifi C.  Bel  «bulaq  suyuna  bənzər» neftin mövcud  olduğunu  xəbər 
verir. Çox  güman ki, C. Bel bu  sözləri yazdıqda ağ nefti (kerosini) nəzərdə tutur. 
Buradan elə bir nəticəyə gəlmək də olar ki, yerli əhali nefti ayırmaq yolu ilə ondan 
şəffaf rəngli ağ neft alırmış. Bu barədə səyyah İ. Lerx də məlumat verir. O yazır ki, 
əhali nefti ayırmaqla ondan «spirtə» bənzər ağ neft alır.  Şübhəsiz, İ. Lerx burada 
adi kerosini nəzərdə tutmuşdur. Müəllif neftin xüsusiyyəti haqqında belə məlumat 
verir:  «Neft  tez  yanmır,  o  tünd  qonur  rəngdədir,  amma,  o,  ayrılarkən  açıq  sarı 
rəngə  çalır.  Ağ neft  bir  qədər  bulanıqdır.  Lakin  ayrılıqda  spirt  kimi  şəffaf  olur  və 
çox tez alovlanır»
126
. Başqa bir mənbə də hələ XVIII əsrin əvvəllərində bakılıların 
nefti  ayırıb,  ondan  şəffaf  yanacaq  aldığını  göstərir.  XVIII  əsrin  ilk  çağlarında 
Bakıda olmuş fransız missionerlərindən biri yazır ki, neft «...araq kimi alovlanır və 
hər şeyi yandırır»
127

                                                             
122
 Выдержки  из  Letteres  curieuses  et  edifianters  etc  (de  le  Maze,  Bachond,  Fleurian  etc)  (t ərcüməsi 
Abezquzundur)  Azərb.  SSR  EA  TİEA,  inv.  471,  səh.  17.  Müqayisə  et:  Путешествие  одного 
миссионера (Voyages d'un Missionnaire de le compagine de Jesus (tərcüməsi Abezquzundur), Azərb. 
SSR EA TİEA, inv. 474, səh. 10.
 
123
 Дж. Спилмaн. Путешествие через Россию в Персию двух английских джентльменов, которые 
отправились в 1739 году, имея цель изучения  того, каким  образом может вестись из  Астрахани 
по  Каспийскому  морю  торговля  Великобритании  (перевод  с  англ.  Абезгуза)  НАИИ,  инв. 
483, səһ. 10;  Bах:   S. Aşurbəyli. Göstərilən əsəri, səh. 69. 
124
 «Выдержки...», səh. 14. 
125
 C. Bel. Göstərilən əsəri, səh. 49. 
126
 İ. Lerx. Göstərilan əsəri, səh. 85. 
127
 Пyтешествиe одного миссионера...., səh. 6. 

31 
 
Əsas etibarı ilə qabaqcıl Qərbi Avropa ölkələrindən gəlmiş səyyahların neft 
haqqında  söylədikləri  fikirlərdən  belə  bir  qənaətə  gəlmək  olar  ki,  Azərbaycanda 
yerli  əhali  hələ  XVIII  əsrin  əvvəllərində  nefti  ayırıb,  ondan  kerosin  aldığı  halda, 
bəzi Avropa ölkələrində neft haqqında mükəmməl təsəvvür belə yox idi. 
Çox  güman  ki,  kənd  təsərrüfatında  olduğu  kimi,  neft  işində  çalışan 
rəiyyətlər də ağır istismara düçar olurdular. Bunu aşağıdakılar bir daha sübut edir. 
Şah  Soltan  Hüseynin  1711-ci  ildə  verdiyi  fərmandan
128
 məlum  olur  ki, 
Bakının neft  və  duz mədənlərini icarəyə  vermişdir.  Məlumdur ki, icarədar  dövlət 
xəzinəsinə  verdiyi  pulun  ödənilməsi  və  bu  işdən  ikiqat  və  daha  artıq  gəlir  əldə 
etmək üçün mövcud olan istismarı daha da şiddətləndirəcəkdir. 
XVIII  əsrin  birinci  yarısında  Bakı  ətrafında  böyük  zəfəran  sahələrinin, 
çoxlu  neft  quyularının  olması  və  eyni  zamanda  bu  şəhərin  məhsullarına  bir  çox 
yerlərdə  böyük  ehtiyac  olması  haqqında  səyyah  Con  Kuk  da  məlumat  verir.  O 
yazır: «Burada böyük sahələrdə zəfəran əkilmişdir... Əhali quru torpaq və ya qumla 
qatışdırılmış neftdən  savayı,  başqa  yanacaqdan  istifadə  etmir.  Neft  və  zəfəran  bu 
şəhərin  əsas  ticarət  mallarını  təşkil  edir.  Xəzər  dənizi  boyu  yerləşən  vilayətlərin 
çoxunda qara neftdən  əlavə,  başqa  yanacaqdan  istifadə  edilmir;  onlar  (əhali)  onu 
lampalarda yandırırlar»
129

Abşeronda  əkilən  pambıq  və  yetişdirilən  baramalar  şəhərdə  toxuculuğun 
müəyyən  qədər  inkişafına  kömək  etmişdi.  Belə  ki,  Bakı  bazarında  gətirilmə 
mallardan başqa neft, zəfəran, duzla yanaşı, Bakıda toxunulmuş müxtəlif parçalar, 
xüsusilə xalça, palaz və bez də satılırdı
130

XVIII əsrin birinci yarısında ticarət sahəsində Azərbaycan şəhərləri arasında 
Şamaxı da mühüm yerlərdən birini tuturdu. 
Azərbaycanın  ən  qədim  şəhərlərindən  biri  sayılan  Şamaxı  Qərbdən  Şərqə 
gedən  karvan  ticarət  yollarının  düyüm  nöqtəsində  yerləşirdi.  Mənbələrdə  Şamaxı 
şəhərinin  Asiya  və  Avropa  tacirləri  ilə  qızğın  ticarət  aparması  haqqında  zəngin 
məlumat  vardır
131
.  Məhz  buna  görə  də  Şamaxı  şəhəri  təkcə  Azərbaycan  və  ya 
Zaqafqaziyada deyil, habelə beynəlxalq miqyasda aparılan ticarətdə də əhəmiyyətli 
rol oynayırdı. Şamaxı şəhərinin ticarət aləmində belə bir mövqe tutmasında yüksək 
keyfiyyətli  Şirvan  ipəyinin  mühüm  rol  oynadığını  xüsusilə  qeyd  etmək  lazımdır.   
1715-1722-ci illər arasında iki dəfə Şamaxıda olmuş C. Bel şəhəri belə təsvir edir: 
«Şamaxı  şəhəri  qırxıncı  şimal  enliyində  yerləşir.  Qədimdə  o,  Midiyanın  bir 
hissəsini  təşkil  edirdi.  Hazırda  isə  Şirvan  adlanan  böyük  bir  əyalətin  paytaxtıdır. 
Şəhər dağın ətəyində amfiteatr şəklində salınmışdır... O (Şamaxı), böyükdür, lakin 
                                                             
128
 AKAK Tiflis, II cild, I cildə əlavə. səh. 1077. 
129
 S. B. Aşurbəyli. Göstərilən məqaləsi, səh. 70. 
130
 QAAO, fond 394, iş 539, vərəq. 18. 
131
 C. Bel. Göstərilən əsəri, səh. 60; «Выдержки...», səh. 21, Bax: S. Aşurbəyli.   Göstərilən məqaləsi, 
səh. 68.
 

32 
 
canişinin,   hakimin
132
 və bəzi varlı tacirlərin evlərindən başqa (şəhərdə)  evlər pis 
tikilmişdir.  Onun  küçələri  dar  və  əyridir.  Şəhərin  əsas  əhalisini  iranlılar  təşkil 
edirlər
133
. Orada həmçinin varlı kürsü və ermənilər vardır. Yerli əhali türk dilində, 
məmurlar isə fars dilində danışırlar»
134

 Müəllif  daha  sonra  şəhərin  ticarətindən  bəhs  edərək  yazır:  «Bu  şəhərdə 
(Şamaxıda)  xüsusilə  xam  ipəklə  böyük  ticarət  aparılır.  Ətraf  qəzalardan  toplanan 
xam  ipək  ingilislərin  və  hollandiyalıların  İsfahanda  təsis  etdikləri  şirkətlər 
tərəfindən  alınır  və  böyük  bir  qismi  Hələb  şəhərinə  göndərilir.  Burada    
(Şamaxıda)  həmçinin  pambıq  da  satılır.  Lakin  yerli  əhali  onu  özü  alır  və  ondan 
müxtəlif parçalar toxuyur»
135

Şamaxı  ətrafında  yetişdirilən  buğda,  arpa,  üzüm  və  bir  çox  müxtəlif  
meyvələr
136
 də  şəhər  bazarına  gətirilirdi.  Xristianlar  Şamaxı  üzümündən  dadlı 
şərab hazırlayırdılar
137

Bəzi səyyahlar Şamaxı şəhərində eyni zamanda xəz və dəri ilə güclü ticarət 
aparıldığını  söyləyirlər
138
.  Tülkü  xəzi  əsas  etibarı  ilə  Həştərxan  vasitəsi  ilə 
Rusiyaya,  eləcə  də  Ərzurum  vasitəsi  ilə  Türkiyə  və  oradan  da  Qərbi  Avropa 
ölkələrinə aparılırdı
139

Fransız  missionerləri  Şamaxı  şəhərinin  beynəlxalq  ticarətindəki  rolundan 
bəhs  edərək  yazırlar:  «Bu  şəhər  böyük  ticarət  şəhəridir.  Moskvadan  və  İrandan 
gətirilən  malların 
saxlanıldığı 
yerdir.  Rusların  (Moskovitlərin)  burada 
karvansaraları  və  ya  mağazaları  vardır.  Onlar  öz  ölkələrindən  buraya  qalay,  mis, 
xəz  və  s. mallar  gətirirlər.  İranlılar  və hindlilər  oraya  (Şamaxıya)  ipək  və  pambıq 
parçalar, zərxara, zərbafta və ipək saplar gətirirlər. Tatarlar (Şamaxı bazarında) at 
və  qul  satırlar
140
.  Fransız missionerləri  Şamaxıda  olarkən,  görünür,  şəhərdə  güclü 
ticarət  gedirmiş.  Çünki  onlar  orada  bir  çox  xarici  ölkələrdən  gəlmiş  tacirlərə 
təsadüf  etmələrindən  bəhs  edirlər.  «Şamaxıda  həmişə  müxtəlif  xalqların 
nümayəndələri  olur,  bu  şəhər  Rusiyadan  və  Polşadan  İrana  keçid  yoludur»
141

Həmin  missionerlər  fikirlərini  tamamlayaraq,  Şamaxının  beynəlxalq  ticarətdə 
tutduğu mövqeyi haqqında belə yazırlar: 
                                                             
132
 Məhkəmə hakimi nəzərdə tutulmuşdur. 
133
 Bir  çox  orta  əsr  müəllifləri  kimi  C.  Bel  də,  Azərbaycan  o  zaman  İran  hakimiyyəti  altında  olduğu 
üçün, azərbaycanlıları iranlı adlandırır.
 
134
 S. Bel. Göstərilən əsəri, səh. 59; Bax: «Выдержки...», səh. 22. 
135
 C. Bel. Göstərilən əsəri, səh. 60. 
136
 C. Bel. Göstərilən əsəri, səh. 60;  Korneli de Bruin. Göstərilən əsəri, səh. 22. 
137
 C. Bel. Göstərilən əsəri, səh. 60;  Korneli de Bruin. Göstərilən əsəri, səh. 22.
 
138
 «Выдержки...», səh. 21. 
139
 Yenə orada, səh. 24. 
140
 Yenə orada.
 
141
 Yenə orada, səh. 30. 

33 
 
«Bu  şəhər  Rusiyada  (Moskoviyada),  İsveçrədə  və  Hollandiyada  ticarət 
edənlərin  görüş  yeridir.  Məhz  buna  görə  də  bura  həmişə  gəlib-gedən  əcnəbilərlə 
dolu olur»
142

Şamaxı  şəhəri,  qeyd  etdiyimiz  kimi,  Şərq  ölkələri  ilə  də  qızğın  ticarət 
aparırdı.  Bu  barədə  fransız  missionerləri  belə  yazırlar:  «Burada  (Şamaxıda)  cəmi 
200-ə  yaxın  hindli  vardır;  onlar  burada  çox  geniş  ticarət  aparır  və  ən  varlı  tacir 
hesab olunurlar»
143

1722-1723-cü  illərdə  I  Pyotrun  Azərbaycana  yürüşü  zamanı  rus 
qoşunlarının  tərkibində  olmuş  ingilis  zabiti  H.  P.  Bryus  Şamaxı  şəhərini 
Zaqafqaziyanın  ən  böyük  və  əhalisi  çox  olan  şəhəri hesab edir
144
.  H.  P.  Bryusun 
burada  mübaliğəyə  yol  verməsinə  baxmayaraq,  onun  sözlərindən  Şamaxının 
əhəmiyyətli  bir  şəhər  olduğunu  müəyyən  etmək  çətin  deyildir.  H.  P.  Bryus  daha 
sonra yazır: Şamaxıda bütün Şərq xalqlarının şirkətləri vardır və bu səbəbə görə də 
şəhərə bütün ölkələrdən gəlirlər»
145

Əgər  XVIII  əsrin  birinci  yarısında  Azərbaycana  yadelli  işğalçılar  basqın 
etməsəydilər, bəlkə də Şamaxı şəhərinin ticarət sahəsindəki rolu daha böyük olardı. 
Məsələ  burasındadır  ki,  yuxarıda  qeyd  edildiyi  kimi,  1712 və  daha  sonra  1721-ci 
illərdə Şamaxı şəhəri Hacı Davud və Surxay xanın dəstələri tərəfindən darmadağın 
edilmişdir
146
. 1723-cü ildə isə Şamaxıya türk ordusu daxil olmuşdur. 1734-cü ildə 
Şamaxı  şəhərinə  daha  böyük  qəza  üz  vermişdir.  Məlum  olduğu  kimi, həmin  ildə 
Şamaxı  Nadirin  qoşunları  tərəfindən  darmadağın  edilmiş,  əhalisi  isə  Ağsuya 
köçürülmüşdü.  Ağsu  az  bir  zamanda  qala  hasarları  ilə  əhatə  olunduqdan  sonra 
«Yeni  Şamaxı»  adını  almışdır.  Beləliklə,  Azərbaycanın  ən  qədim,  zəngin  və 
məşhur şəhərlərindən biri olan  Şamaxı şəhəri 1734-cü ildən başlayaraq müvəqqəti 
də  olsa,  bir  ticarət  mərkəzi  kimi  öz  əhəmiyyətini  itirdi.  Bu  vəzifə  həmin  vaxtdan 
etibarən  Yeni  Şamaxının  öhdəsinə  düşdü
147
. Lakin çox keçmədən Yeni  Şamaxıya 
da «Köhnə  Şamaxı»  kimi qəza  üz  verdi.  1743-cü ildə  Nadir  şahın hakimiyyətinə 
qarşı  Şirvanda  baş  verən  üsyanı  yatırtmaq  üçün  gələn  İran  qoşunları  tərəfindən 
Yeni Şamaxı dağıdıldı və 15 minə yaxın əhalisi məhv edildi
148

Şübhəsiz, Şamaxı şəhərinə üz verən belə bir qəza onun  ticarət sahəsindəki 
əhəmiyyətini aşağı salmaya bilməzdi. 
XVIII  əsrin  birinci  yarısında  iki  dəfə  Azərbaycanda  olmuş  İ.  Lerx  1745-
1747-ci illər arasında «Yeni Şamaxı»-nın ticarətini belə izah edir: «Şəhərdə tacirlər 
                                                             
142
 «Выдержки...», səh. 34. 
143
 Yenə orada, səh. 24. 
144
 Bax: S. B. Aşurbəyli. Göstərilən məqaləsi, səh. 68. 
145
 Bax: S. B. Aşurbəyli. Göstərilən məqaləsi, səh. 68.
 
146
 A. Bakıxanov. Göstərilən əsəri, səh. 102; Y. H. Cəlalyan. Göstərilən əsəri, I hissə, səh. 3; Обозрение 
Российских владений за Кавказом... III hissə, SPb, 1836, səh. 147. 
147
 F. M. Əliyev. Şimali Azərbaycan şəhərləri, Bakı, 1960, səh. 36-37.
 
148
 Yenə orada, səh. 37.
 

34 
 
üçün palçıqdan üç xarab karvansara tikilmişdi. O zaman qatma-qarışıqlıq üzündən 
və  ölkənin  hər  yerində  olduğu  kimi,  burada  da  həddindən  artıq  pul  (gömrük) 
alındığından (Şamaxıda) tacir az idi»
149

Lakin  bütün  bunlara  baxmayaraq,  Şamaxıda  şəhər  təsərrüfatının  əsasını 
təşkil  edən  sənətkarlıq  və  ticarət  heç  də  tamamilə  sıradan  çıxmamışdı.  Bir  çox 
mənbələr Şamaxı şəhərində hazırladıqları malları daxili və xarici bazarlarda şöhrət 
tapan  ipəkçilər,  toxucular,  misgərlər,  sərraclar,  başmaqçılar,  bürünc  və  mis 
üzərində  gözəl  naxışlar  çəkən  nəqqaşlar,  silah  hazırlayanlar  və  s.  sənətkarların 
dükanlarında  qızğın  iş getdiyi  haqqında  məlumat  verirlər. İ.  Lerx  yazır  ki,  Nadir 
şahın  qoşunlarının  Şamaxıya  gəlməsi  ilə  əlaqədar  olaraq  silah  hazırlayan 
sənətkarların işi daha da çoxalmışdı
150

İ.  Lerx  Şamaxının  ticarət  əlaqələrindən  bəhs  edərək  yazır:  «Gəncədən 
(Şamaxıya) çoxlu ipək gətirilir». Lakin səyyah Şamaxının özündə ümumiyyətlə az 
parça toxunulduğunu göstərir. «Müxtəlif rəngli yaşıl, qırmızı, göy zolaqlı və gözəl 
görünüşə malik olan ipək «movlardan başqa (şəhərdə) az parça toxunur»
151
. Sonra 
İ. Lerx yerli əhalinin həmin parçalardan gözəl köynəklər tikməsindən, hətta özünün 
də həmin köynəklərdən geydiyindən bəhs edir
152

XVIII  əsrin  birinci  yarısında  Azərbaycan  şəhərləri  arasında  mühüm  ticarət 
mərkəzi kimi şöhrət tapan şəhərlərdən biri də Gəncə idi. 
Mənbələrin  verdiyi  məlumata  görə,  XVIII  əsrin  birinci  yarısında  Gəncə 
Zaqafqaziya  şəhərləri içərisində  ən  yaraşıqlı  və  böyük  şəhərlərdən  biri  idi.  Bağlı-
bağatlı  və  yaraşıqlı  küçələri  olan  Gəncə  şəhəri  yaşıllıqlara  bürünmüşdü.  Səyyah 
Avril  Filip  Gəncəyə  gəlişini  belə  izah  edir:  «Biz  oraya  (Gəncəyə)  baharın 
ortalarında  gəldik,  saysız-hesabsız  çiçəkli  və  yarpaqlı  ağaclarla  örtülən  evlərin 
görünüşünü  yaşıllıq  daha  da  gözəlləşdirirdi,  mən  belə  bir  valehedici  mənzərə 
görməmişdim»
153
.  1703-cü  ildə  Gəncədə  olmuş  səyyah  Korneli  de  Bruin  şəhəri 
belə  təsvir  edir:  «(Gəncə  Şamaxıdan)  dörd  dəfə  böyükdür,  (şəhərdə)  əksəriyyəti 
ikimərtəbədən  ibarət  olan  çoxlu  daş  ev,  yaraşıqlı  geniş  küçələr,  gözəl  bazarlar, 
böyük karvansaralar və bəylərbəyinin geniş sarayı vardır, şəhərin içindən gözəl çay 
axır, (Gəncədə) çoxlu bağ, yaxşı şərab, həddən artıq meyvə mövcuddur; ağacları - 
akasiya,  sərv  və  şam ağaclarından  ibarətdir.  (Gəncəni  bu  yerlərin) ən əhəmiyyətli 
şəhərlərindən biri hesab etmək olar»
154

Gəncə  şəhərinin  yerləşdiyi  rayon  dəmir,  mis,  qurğuşun,  duz  və  s.  faydalı 
qazıntılarla  da  zəngin  idi.  Bu  təbii  zənginlik  öz  növbəsində  Gəncə  şəhərində 
                                                             
149
 İ. Lerx. Göstərilən əsəri, səh. 61  (ikinci səyahət). 
150
 İ. Lerx. Göstərilən əsəri, səh. 62.  
151
 Yenə orada. 
152
 Yenə orada. 
153
 Avril Phillipe. Voyages en divers e'tats d'Europe et d'Asic. Voyage de Tartorie livre second, (fransız 
dilindən tərcüməsi S. Aşurbəylinindir), TİEA, inv. 477, səh.  1. 
154
 Korneli de Bruin. Göstərilən əsəri, səh. 23. 

35 
 
sənətkarlığın inkişafı üçün əlverişli zəmin yaratmışdı. Gəncə şəhərində hazırlanan 
sənətkarlıq  əşyaları  təkcə  daxili  bazarda  satılmırdı,  həmin  mallar  eyni  zamanda 
xarici bazar üçün də ixrac edilirdi. Gəncədən həm metal məmulatı, həm xammal və 
həm də hazır əşya şəklində xarici bazarlara mal aparılırdı
155

Gəncə  ətrafında  mövcud  olan  zəngin  kobalt  yataqları  şəhərdə  metal işləmə 
və boyaqçılıq sənətinin inkişafı üçün şərait yaradırdı
156

Gəncədə  sənətkarlığın  digər  sahələrinin  məhsulları  da  daxili  və  xarici 
bazarlarda  şöhrət  qazanmışdı.  Gəncə  sənətkarlarının  hazırladıqları  məhsulların 
xarici bazarlarda şöhrət tapmasından bəhs edərkən Gəncə ipəyini, ipək və pambıq 
parçalarını da qeyd etmək lazımdır. 
Bir çox Qərbi Avropa müəllifləri xarici bazarlarda Zaqafqaziyadan gətirilib 
satılan ipəyi  ―Seta  Gangia‖,  yəni  «Gəncə ipəyi» adlandırırlar
157
.  Bu  isə  Gəncədən 
xaricə  aparılan  ipəyin  miqdarca  çox,  keyfiyyətcə  yüksək  olduğunu  göstərən 
dəlillərdəndir. 
A. P. Volınski Azərbaycanda olarkən Gəncə tacirlərindən biri ona Gəncədə 
heç də Şamaxıdan az ipək istehsal edilmədiyini söyləmişdir. Tacir bildirmişdir ki, 
«Gəncə tacirləri ildə xaricə 100 tay ipək göndərirlər...»
158

Gəncədən xam ipək və ipək saplardan başqa, ipək parçalar da ixrac edilirdi. 
Gəncədə  toxunan  ipək  parçalardan  mov,  darai  və  başqaları  xarici  bazarda  şöhrət 
tapmışdı.  Gəncə  şəhərinin  ətrafında  texniki  bitkilərdən  pambıq  da  yetişdirilirdi. 
Lakin  becərilən  pambıq  aşağı  növdən  olduğuna  görə,  ondan  hazırlanan  parçalar 
keyfiyyət  etibarı  ilə  fərqlənmirdi.  Ona  görə  də  pambıq  parçalar  əsasən  yerli 
əhəmiyyət daşıyır
159
, xam ipək və ipək parçalar kimi xaricə ixrac edilmirdi. 
Gəncə  bazarında  təkcə  yerli  sənətkarların  hazırladıqları  mallar  deyil,  eyni 
zamanda,  qonşu  vilayətlərdə,  Rusiyada,  həmçinin  bir  çox  Şərq  və  Qərbi  Avropa 
ölkələrində  hazırlanan  mallar  da  satılırdı.  Məhz  özünün  zəngin  bazarı  sayəsində 
Gəncə şəhəri beynəlxalq ticarətdə şöhrət qazanmışdı. 
Gəncə  şəhərinin  bir  ticarət  mərkəzi  kimi  inkişaf  etməsində  onun  tutduğu 
coğrafi  mövqeyin  də  böyük  rol  oynadığını  qeyd  etmək  lazımdır.  Çox  güman  ki, 
fransız iezuiti  Avril  Filip məhz  bunu nəzərə  alaraq  yazmışdır:  «Gəncənin tutduğu 
mövqe  ticarət  sahəsində  çox  əlverişli  olduğu  üçün  orada  hər  zaman  müxtəlif 
ölkələrdən  gələn  çoxlu  əcnəbiyə  təsadüf  etmək  olur»
160
.  Lakin  Azərbaycanın 
ərazisində gedən türk—İran müharibələri başqa şəhərlər kimi, Gəncə şəhərinin də 
həm tikintilərinə, həm də təsərrüfatına ağır zərbə endirmişdi. XVIII əsrin 45-47-ci 
illərində  Gəncədə  olmuş  səyyah  İ.  Lerx  şəhərin  ona  buraxdığı  təəssürat  haqqında 
                                                             
155
 М. М. Алтьман. Гянджа с 1606 по 1804 гг., Azərb. SSR EA TİEA, inv. 1891, səh. 47. 
156
 Yenə orada. 
157
 M. M. Altman. Göstərilən əsəri, səh. 38.  
158
 ÇQADA, fond 77, iş 3, vərəq 420-421. 
159
 M.  M.  Altman. Göstərilən əsəri, səh. 46. 
160
 Avril Filip. Göstərilən əsəri, səh. 1. 

36 
 
belə  yazır:  «Gəncə  (əvvəllər)  böyük  şəhər  olmuşdur,  lakin  hazırda  o  çox 
dağılmışdır, (şəhərdə) yalnız uçulub dağılmış evlər və karvansaralar görünürdü»
161

Azərbaycanın  ən  böyük  şəhərlərindən  biri  də  Təbriz  idi.  «Təbriz 
Azərbaycanın  tarixən  əmələ  gəlmiş  ticarət  mərkəzidir»
162
.  Təbriz  özünün  tutduğu 
coğrafi  və  strateji  mövqeyi  sayəsində  Şərq  ilə  Qərb  arasında  yeganə  rahat 
yoldur
163
.  Bu  şəhər  təkcə  Azərbaycanda  deyil,  həmçinin  bütün  Yaxın  Şərqdəki 
şəhərlər  arasında  həm  zənginliyi,  həm  də  ticarətinə  görə  istisna  təşkil  edirdi. 
Təbrizdən  keçən  böyük  iqtisadi  əhəmiyyətə  malik  olan  karvan  yolları
164
 orta 
əsrlərdə  onun  inkişafında  mühüm  rol  oynamışdır.  XIX  əsr  müəlliflərindən  N. 
Kurov  Təbrizin  böyük  ticarət  əhəmiyyətinə  malik  olmasından  bəhs  edərək  yazır: 
«İranın  Avropa  ilə  apardığı  ticarətdə  ən  mühüm  məntəqə  hələ  xeyli  qədimdən 
Azərbaycanın  Təbriz  şəhəri  hesab  olunurdu.  Belə  əhəmiyyətə  özünün  coğrafi 
mövqeyi,...  və  Trabzon  tranzit  yolunda  yerləşməsi...  sayəsində  malik 
olmuşdur...»
165
.  Hələ  xeyli  qədimdən  Təbrizin  zəngin  bazarı  bir  çox  ölkələrin 
tacirlərini özünə cəlb etmişdi. Azərbaycan müvəqqəti olaraq İran dövlətinin əsarəti 
altına  düşdüyü  bir  zamanda  Təbriz  şəhəri  nəinki  öz  ticarət  əhəmiyyətini  itirmiş, 
hətta İranın paytaxtı İsfahanı belə bu sahədə geridə qoymuşdu. Məhz buna görə də 
təsadüfi  deyildir  ki,  İran  hakimiyyəti  dövründə  də  bir  çox  orta  əsr  müəllifləri,  o 
cümlədən  səyyahlar  Təbrizin  böyük  şəhər  olmasından  bəhs  edirlər.  1717-ci  ildə 
Təbrizdə olmuş rus səfiri A. P. Volınskinin yazdığına görə, şəhərdə 36.000-ə yaxın 
daş və palçıqdan tikilmiş ev mövcud olmuşdur
166

XVIII  əsrin  40-cı  illərində  Azərbaycanda  olmuş  ingilis  C.  Hanvey 
böyüklüyü  etibarı ilə Təbrizin  ikinci şəhər və Cənub-qərbi Azərbaycanın paytaxtı 
olduğunu qeyd etməklə bərabər yazır ki, təqribən 1721-ci il martın 26-da baş verən 
zəlzələ nəticəsində Təbrizdə 100.000-ə yaxın adam həlak olmuşdur
167
. Həm A. P. 
Volınskinin  və  həm  də  C.  Hanveyin  gətirdikləri  rəqəmlərin  artıq  dərəcədə 
şişirdilməsinə  baxmayaraq,  XVIII  əsrin  birinci  rübündə  Təbrizin  böyük  şəhər 
olması  barədə  heç  bir  şübhə  qalmır.  Təbriz  eyni  zamanda  iqtisadi  cəhətdən  də 
zəngin  şəhər  olmuşdur.  A.  P.  Volınski  Təbrizin  gəlirindən  bəhs  edərək  yazır  ki, 
vaxtı ilə Təbriz şəhəri də daxil olmaqla dövlət Təbriz vilayətindən 100.000 tümən 
gəlir  əldə  edirdi
168
.  Təbriz  şəhərinin  Səfəvi  dövlətindəki  şəhərlər  arasındakı 
üstünlüyündən M. Çulkov da bəhs edir. O yazır ki, İsfahan bazarlarının qəşəng və 
böyük  olmasına  baxmayaraq,  bütün  İranda  ən  böyük  və  zəngin  bazar  Təbrizin 
                                                             
161
 İ. Lerx. Göstərilən əsəri, səh. 126. 
162
 A.V. fon  Qrebner. Göstərilən əsəri, səh. 45. 
163
 İslam ensiklopediyası, IV cild, səh. 583 (ingilis dilində). 
164
 A.V. fon  Qrebner. Göstərilən əsəri, səh. 45. 
165
 Sitat A. V. fon Qrebnerin əsərindən  götürülmüşdür, səh. 44. 
 
166
 A. P. Volınskinin jurnalı, səh.17.
 
167
 C.  Hanvey.  Göstərilən  əsəri,  səh.  114.  Qeyd  etmək  lazımdır  ki,  həmin  zəlzələ  haqqında  digər 
mənbələrdən hələlik heç bir məlumat əldə edilməmişdir. Bu barədə yalnız C. Hanvey bəhs edir.
 
168
 A. P. Volınskinin jurnalı, səh. 18. 

37 
 
bazarı sayılırdı. Bu şəhərdə on beş min dükan vardır. Təbriz bazarı «qeysəriyyə», 
yəni «şah bazarı» adlanır
169
. Təbrizin ticarətdəki əhəmiyyətindən bəhs edərkən M. 
Çulkov  belə  yazır:  «İsfahanın  özü  də  daxil  olmaqla  bütün İran  dövlətində  Təbriz 
kimi  zəngin  və  məşhur  ticarət  şəhəri  yoxdur,  (Təbriz)  təkcə  İran  daxilində  deyil, 
həmçinin Rusiya, Türkiyə, Tatarıstan, Hindistan və habelə Qara dəniz sahilləri ilə 
ticarət  aparır»
170
.  Lakin  1725-ci  ildə  uzun  sürən  müqavimətdən  sonra  Təbrizə 
soxulan  türk  qoşunları  şəhəri  darmadağın  etdikləri  kimi  onun  ticarətinə  də  ağır 
zərbə endirdilər. 
Yuxarıda  haqqında  bəhs  edilən  şəhərlərlə  yanaşı,  Azərbaycanın  bir  çox 
şəhərləri,  o  cümlədən  Ərdəbil,  Naxçıvan,  Dərbənd,  Lənkəran  ticarət  əhəmiyyətli 
şəhərlər idi. Bu şəhərlərdən bəzilərinin qış vaxtlarında daxili bazar kimi əhəmiyyəti 
daha  da  çoxalırdı.  Misal  üçün,  Ərdəbili  götürək.  Ərdəbil  Təbrizə  görə  kiçik  və 
ticarət  aləmində  ikinci  dərəcəli  bir  şəhər  idi.  Lakin  qış  aylarında,  xüsusilə  yağan 
yağışların  üzündən  Təbrizdən  birbaşa  Astaraya  getmək  mümkün  olmadıqda, 
karvanlar  Ərdəbildə qalmalı  olur  və  beləliklə  də,  şəhərdə  ticarət  xeyli  canlanırdı. 
Lakin günəşin çıxması ilə dağlardakı cığırlar quruduqda karvanlar Ərdəbil şəhərini 
tərk edirdilər
171
. Lakin bununla belə orta əsr mənbələri Ərdəbildən dəvə karvanları 
ilə İzmir, Hələb və İstanbula mal aparılması haqqında məlumat verir
172

Şəhərlərdə ticarət əsasən bazarlarda aparılırdı. Bu da ona  görə idi ki, yerli 
hakimlərin  nəzarətçilərinin  bazara  satmaq  üçün  gətirilən  malların  üzərində  gözü 
olsun,  satıcı  və  alıcılardan  lazımi  gömrük  toplamaq  işi  yüngülləşsin.  Məsələ 
burasındadır ki, satmaq üçün gətirilən maldan həm şəhərə daxil olmaq və həmçinin 
də bazar meydanında satmaq üçün ayrıca gömrük alınırdı. Birinci — rahdari, ikinci 
isə mizan (ölçü-çəki) gömrüyü adlandırılırdı. Mizan pulu bazarda mizan tərəzisinə 
baxan mizandar  tərəfindən toplanılırdı. Bazara gətirilən hər hansı bir mal tərəzidə 
çəkilir,  sonra  isə  malın  keyfiyyət  və  ağırlığına  görə  mal  sahibindən  pul  alınırdı. 
Rahdari  gömrüyü  bir  qədər  mürəkkəb  idi.  Bu  vergini  təkcə  şəhərdə  deyil,  bir 
şəhərdən  başqasına  gedəndə  də  vermək  lazım  gəlirdi.  Əks  təqdirdə  rahdarlar 
(torpaqbasdı vergisini toplayanlar) taciri yolunu davam etməyə qoymurdular. 
Tacirlər  mallarını  şəhərdən  çıxardıqları  üçün  verdikləri  rahdaridən  əlavə, 
neçə  şəhərdən  keçsəydilər,  həmin  yerlərdə  gömrük  verməli  olacaqdılar.  Rahdari 
gömrüyün miqdarı müxtəlif idi və hər şeydən əvvəl, aparılan malın sayı, ağırlığı və 
hansı bazarda satılacağından asılı olurdu. 
Məsələn,  Rəştdən  Təbrizə  Ərdəbil  vasitəsi  ilə  mal  aparan  tacir  Rəştdə, 
Laşemadanda, Kesmədə
173
 və Kəskərədə rahdari verməli idi. Parçadan ibarət qatır 
                                                             
169
 M.  Çulkov. Göstərilən əsəri, səh. 600. 
170
 Yenə orada. 
171
 A.V. fon Qrebner. Göstərilən əsəri, səh. 46.
 
172
 Словарь коммерческий... перевод с франц. Левшина, ч VII, М., 1792, səһ. 440.
 
173
 Rus dilində yazılmış bu sənəddə çox güman ki, bir çox yer və şəhər adları təhrif olunmuşdur. Buna 
misal  olaraq İsfahan –  «Гиспогани»,  Reşt  -  «Ряш»  və  başqa adların  yazılışını  göstərmək  olar. Yəqin 

38 
 
və  at  yükündək  40  qəpik,  eşşək  yükündən  20  qəpik,  çəkilməli  olan  at  və  qatır 
yükündən  20  qəpik,  eşşək  yükündən  isə  10  qəpik  gömrük  alınırdı
174
.  Bəndlər 
məntəqəsində
175
 parçadan  ibarət  qatır  va  at  yükündən  30  və  ya  40  qəpik,  eşşək 
yükündən  15-20  qəpik,  çəkilməli  mallardan  ibarət  olan  at  və  qatır  yükündən  20, 
qəpik, eşşək yükündən isə 10 qəpik gömrük alınırdı
176

Ərdəbil şəhərində parçadan ibarət olan at və qatır yükündən 40 qəpik, eşşək 
yükündən 20 qəpik, çəkilən mallardan ibarət olan at və qatır  yükündən 15 qəpik, 
eşşək yükündən isə 10 qəpik həcmində rahdari alınırdı. 
Keçid  məntəqəsi  olub,  lakin  ticarət  əhəmiyyəti  olmayan  yerlərdə  rahdari 
gömrüyü ticarət daha qızğın gedən şəhərlərə nisbətən az alınırdı. Misal üçün, Saruf 
keçid  məntəqəsi  ilə  Təbrizi  götürək.  Sarufda  parçadan  ibarət  at  və  qatır  yükünə 
görə 20 qəpik, eşşək yükünə görə 10 qəpik, çəkilməli at və qatır yükünə görə 10 
qəpik,  eşşək  yükünə  görə  5  qəpik  gömrük  alındığı  halda,  Təbriz  şəhərlərində 
müvafiq olaraq həmin mallardan 1 manat, 1 manat 20 qəpik və 50-60 qəpik rahdari 
alınırdı. Bundan əlavə, tacir Təbriz bazarında hər 10 manata 30 qəpik mizan haqqı 
da verməli idi
177

Rəştdən  Təbrizə  gedən  başqa  yollarda  da  bu  qayda  ilə  gömrük  alınırdı. 
Rəşt-Lameşadan - Kesmə — Kəskərə məntəqələrində, yuxarıda qeyd edildiyi kimi, 
qoyulan qayda üzrə rahdari gömrüyü verən tacir Qirufda
178
 da parça ilə yüklənmiş 
at  və  qatır  yükünə  görə  20  qəpik,  eşşək  yükünə  görə  10  qəpik,  çəkilməli  mallar 
üçün isə müvafiq olaraq 15 və 10 qəpik həcmində rahdari verməli idi
179
. Təbrizdə 
də tacir yuxarıda göstərilən qayda üzrə yenidən gömrük verməli olurdu. 
Azərbaycanın başqa şəhərlərində də, demək olar ki, gömrük bu qayda üzrə 
alınırdı. Şamaxıda, məsələn, ipək və pambıq parçalarla yüklənmiş dəvə yükündən 
1  manat  50  qəpik,  başqa  çəkilməli  mallarla  yüklənmiş  dəvə  yükündən  60  qəpik, 
öküz yükündən isə 30 qəpik həcmində rahdari alınırdı
180

                                                                                                                                             
«Laşemadan» sözü də təhrif olunmuş «Lahican» sözündən götürülmüşdür. «Kesmə» yer adının mənası 
hələ  müəyyən  edilməmişdirsə  də  həmin  sözün  Azərbaycan  sözü  olmasına  əsaslanaraq,  bu  yerin 
Azərbaycanda yerləşdiyini iddia etmək olar.
 
174
 В.  Чирикеев.  Ведомость  сколько  и  чего  и  в  которых  местах  в  Персии  берется  пошлин  или 
вместо  оных  рахдаров,  АВПР,  ф.  Сношении  России  с  Персией,  1745,  iş  18,vərəq  773-776.  Bu 
sənəd M. Arunova və K. Əşrəfyanın göstərilən əsərində də büsbutün dərc edildiyi üçün biz həmin əsərə 
də istniad edirik.  Bax:   Göstərilən əsər. səh. 265. 
175
 «Bəndlər»  məntəqəsinin  yeri  hələ  müəyyən  edilməmişdir.  Lakin  bu  yerin  həqiqətən  məntəqə 
olmasını  «Bənd»  sözündən  və  bu  sözün  Azərbaycan  sözü  olmasından  isə  «Bəndlərin»  Azərbaycanda 
yerləşməsini müəyyən etmək olar.
 
176
 V. Çirikeyev. Göstərilən əsəri, səh. 265.
 
177
 V. Çirikeyev. Göstərilən əsəri, səh. 267. 
178
 «Qiruf»  sözünün  məntəqə,  keçid,  şəhər  və  yaxud  kənd  adı  olduğu  hələ  müəyyən  edilməmişdir. 
Müvafiq lüğətlərdə bu barədə bir məlumat olmadığı üçün, ehtimal etmək olar ki, bu söz tamamilə təhrif 
olunmuş bir yerin adıdır. 
179
 V.  Çirikeyev. Göstərilən əsəri, səh. 267.
 
180
 Yenə orada, səh. 268.
 

39 
 
Bakıda  isə  dəvə  yükündən  52  qəpik,  öküz  yükündən  isə  20-25  qəpik 
həcmində  rahdari  alınırdı.  Şamaxıdan  Dərbəndə  mal  aparılarkən  bütün  yol  uzunu 
dəvə yükündən 1 manat 30 qəpik, at və öküz yükündən isə 1 manat rahdari alınırdı. 
Dərbəndin özündə isə hər dəvə yükündən 1 manat 2 qəpik, at və öküz yükündən isə 
1 manat həcmində rahdari alınırdı
181

Təkcə  karvan  yolları  ilə  deyil,  dəniz  vasitəsi  ilə  gətirilən  mallardan  da 
rahdari gömrüyü alınırdı. Lakin bu gömrüyün həcmi ilə karvan vasitəsi ilə gətirilən 
mallardan alınan gömrüyün həcmi arasında fərq vardı. Bu fərq birincinin çoxluğu 
ilə  ifadə  olunurdu.  Əvvəllər  Bakı  körpüsundə  bir  tay  mahud  üçün  25  və  ya  35 
manat gömrük alınırdısa, 1740-cı illərdə həmin yük üçün 45 manat alınırdı.  Digər 
mallardan isə 1000 manata 50 manat rahdari verilirdi
182

Əgər  tacirin  gətirdiyi  malın  hamısının  qiyməti  1000  manata  çatmırdısa,  o 
zaman hər bir malın üzərinə ayrılıqda gömrük qoyulurdu. Bir neçə şəhərdən keçib 
rahdari  gömrüyü  verən  tacir  axırıncı  məntəqəyə  çatıb,  karvansaraya  düşən  kimi 
gömrükxana  məmurları  o  saat  tacirin  malını  yoxlayır  və  hər  bir  dəvə,  at,  qatır 
yüklərini və s. malları ayrılıqda gözdən keçirib, müvafiq gömrük alırdılar
183

Rahdari  gömrüyü  başqa  vergilərlə  yanaşı,  şahın  xəzinəsinə toplanılan
184
 ən 
gəlirli  vergi  maddələrindən  biri  idi.  Maraqlı  burasıdır  ki,  rahdari  gömrüyü    
əvvəllər yalnız yol  və sərhədlərin keşikçilərinin xeyrinə olaraq yığılırdı
185
.  Lakin 
sonralar  dövlətin  pula  ehtiyacı  artdıqca  bu  gömrüyün  həm  miqdarı,  həm  də 
gömrükalma  məntəqələrinin  sayı  çoxaldı.  Şübhəsiz,  belə  tədbir  yalnız  şəhərlər 
arasında  qızğın  ticarət  getdiyi  bir  zamanda  həyata  keçirilə  bilərdi.  Sonralar  yerli 
hakimlər rahdari  gömrüyündən  daha  geniş  istifadə  etməyə  başladılar.  XVIII  əsrin 
birinci yarısında artıq təkcə tacirlərdən deyil, eyni zamanda səyyahlardan, ziyarətə 
gedənlərdan  də  rahdari  gömrüyu  alınmağa  başlanıldı
186
.  Lakin  Nadir  şahın 
hakimiyyəti  dövründə  bir  şəhərdən  digərinə  gedərkən  təkcə  rahdari  gömrüyü 
vermək  kifayət  etmirdi.  Məsələ  burasındadır  ki,  yuxarıda  qeyd  edildiyi  kimi, 
ölkədə mövcud olan hərc-mərclik üzündən bir çox şəxslər, xüsusilə tacirlər ticarət 
bəhanəsi ilə getdikləri qonşu ölkələrdən bir daha  geri dönmək istəmirdilər. Bunun 
qarşısını  almaq  məqsədi  ilə  hökumət  tezliklə  tədbir  görməli  oldu.  Nadir  şahın 
hökmünə  görə  ticarət  üçün  səfərə  çıxan  tacir  yerli  hakimlərə  müraciət  etməli  və 
yalnız onlardan vəsiqə - icazə aldıqdan sonra şəhərdən çıxmağa ixtiyarı vardı
187

Beləliklə,  şəhərlər  arasında  olan  sərbəst  gediş-gəliş  dövlət  tərəfindən 
məhdudlaşdırıldı.  Bu  məqsədlə  karvan  yollarında  və  sərhədlərdəki  rahdarlara    
                                                             
181
 Yenə orada.
 
182
 V. Çirikeyev. Göstərmlən əsəri, səh. 268.
 
183
 Korneli de Bruin. Göstərilən əsəri, səh.16.
 
184
 Təskirət əl-mulük (fars mətni), səh. 67.
 
185
 Təskirət əl-mülük (V. F. Minorskinin ingiliscə kommentariyası), səh. 180. 
186
 Matenadaran, sənəd 482. 
 
187
 C. Hanvey. Göstərilən əsəri, səh. 413. 

40 
 
tapşırılmışdı  ki,  pasportu  -  yəni  icazəsi  olmayan  bir  kəs  şəhərdən  və  sərhəddən 
xaricə  buraxılmamalıdır
188
.  C.  Hanvey  yazır  ki,  həmin  şəxslər  hər  bir  nəfər  üçün 
məsuliyyət  daşıdıqlarına  görə  öz  vəzifələrinə  çox  ciddi  yanaşırdılar
189
.  Şübhəsiz, 
feodal  mülkiyyətinin  hər  yerində  olduğu  kimi,  rahdarlar  da  onlara  verilən 
səlahiyyətdən  istifadə  edərək,  açıqdan-açığa  qarətlə  məşğul  olub,  öz  ciblərini 
doldururdular.  Məhz  buna  görədir  ki,  bir  çox  tacirlər  bəzən  əsas  karvan  yollarını 
qoyub  mallarını  bir  şəhərdən  başqa  şəhərə  dolayı  vasitələrlə  aparırdılar
190
.  Belə 
hallar XVIII əsrin ikinci yarısında da tez-tez baş verirdi
191

Rahdari  gömrüyünün  ağırlığı  və  həmçinin  ölkədə  baş  verən  bir  çox  siyasi 
çaxnaşmalar ticarətin gedişinə mane olurdusa da, Azərbaycanın şəhərlərində yenə 
də  qızğın  ticarət  aparılırdı.  1733-cü  ilə  aid  olan  tarixi  sənədlərin  birində  Şamaxı 
şəhərinin  ticarəti  haqqında  yazılmışdır  ki,  «Şamaxının  zəbt  olunması  və  İran 
qiyamçıları
192
 tərəfindən  dağıdılması  onun  ticarətinin  böyük  bir  hissəsinin  Gilana 
keçməsinə  və  rus  hakimiyyəti  dövründə  Gilanda  (ticarətin)  çiçəklənməsinə 
baxmayaraq, Şamaxı hazırda yenə də öz əhəmiyyətini saxlamaqdadır»
193

Səyyah  Avril  Filip  Gəncə  bazarını  belə  təsvir  edir:  «Şəhərin  mərkəzində 
yerləşən  bazar mənim  Şərqdə  gördüyüm  bütün  bazarlar  arasında  ən  yaraşıqlısı  və   
böyüyüdür»
194

Şamaxı,  Bakı,  Təbriz  və  b.  şəhərlərin  bazarlarının  zənginliyi  haqqında  da 
mənbələrdə məlumat vardır. İ. Lerx yazır ki, İranda hərc-mərclik zamanı Rəştə heç 
bir  şəhərdən  mal  gətirilmədiyi  bir  zamanda  oraya  Təbrizdən  ticarət  karvanı 
gəlmişdi
195

Azərbaycan şəhərlərində də ticarət həm topdansatış və həm də başqa Yaxın 
Şərq  ölkələrində  olduğu  kimi,  pərakəndə  alver  şəklində  aparılırdı.  Topdansatışla 
əsas etibarı ilə iri və gəlmə tacirlər məşğul olurdular. 
Gəlmə  tacirlər  adətən  karvansaralarda  yaşayırdılar.  Onlardan  gündəlik  və 
yaxud da ay hesabı karvansara haqqı alınırdı
196
. Karvansaralarda yaşayan tacirlərə 
bir  sıra  imtiyazlar  verilirdi.  Belə  tacirlərə  yerli  tacirlərdən  birinin  borcu  olduğu 
halda,  onu  qaytarmaqdan  imtina  etsəydi,  həmin  tacir  bu  barədə  yerli  hakimlərə 
şikayətlə müraciət edə bilərdi. Burada şikayətçinin borcunun ümumi məbləğinin iki 
faizini  dövlət hesabına mənimsəmək  şərti ilə  borcun alınması  və qaytarılmasında 
                                                             
188
 C. Hanvey. Göstərilən əsəri, səh. 413.
 
189
 Yenə orada. 
190
 Azərb.  SSR MDTA,  fond 24,  sənəd 155, vərəq 11,  müqayisə  et: M. M.  Altman.    Göstərilən  əsəri, 
səh. 43.
 
191
 F. M. Əliyev. Şimali Azərbaycan şəhərləri, səh. 112. 
192
 Burada müşkürlü Hacı Davud və qazıqumuxlu Surxay xanın dəstələri tərəfindən 1721-ci ildə Şamaxı 
şəhərinin zəbt edilməsi nəzərdə tutulmuşdur. 
193
 И. Г. Гербер. Замечания..., səh. 287. 
194
 Avril Filip. Göstərilən əsəri, səh. 2;  S. Spilman. Göstərilən əsəri, səh. 39. 
195
 İ. Lerx (ikinci səyahət), səh. 84. 
196
 M. Çulkov. Göstərilən əsəri, II cild, II kitab, səh. 599. 

41 
 
ona  kömək  edirdilər
197
.  Digər  tərəfdən  əgər  şəhər  bazarında  münasib  yer 
olmadıqda
198
 belə, tacirlərə yer pulu vermək şərti ilə elə karvansarada ticarət etmək 
ixtiyarı  verilirdi
199
.  Lakin  əsas  ticarət  adətən  bazar  meydanında  aparılırdı.  Hər 
böyük  şəhərdə  əsasən  bir  bazar  olurdu.  Belə  bazarlara  dörd  tərəfdən  küçələr 
uzanırdı.  Bəzən  belə  küçələrin  bazara  yaxın  hissələrində  də  ticarət  aparılırdı.  Bu 
növ küçələrin çox zaman üstü örtülü olardı
200

Bazar  şəhərin  ticarət  mərkəzi  olmaqla  yanaşı,  eyni  zamanda  onun  ictimai 
həyatının  mərkəzi  idi
201
.  Burada  çərgə  ilə  tacir  və  sənətkarların  dükanları 
düzülürdü.  Əhalinin  kişi  qisminin  əksəriyyəti  günün  çox  hissəsini  bazarda 
keçirirdi.  Bazarlarda  ölkədə  baş  verən  bir  çox  yeniliklər  haqqında  məlumat,  son 
xəbərlər  eşitmək  olardı.  Bazar  meydanında  camaata  carçılar  vasitəsi  ilə  şəhər 
hakiminin, bəylərbəyinin və hətta şahın əmrləri çatdırılırdı. 
Şəhərlərdə  adətən  bir  əsas  bazar  olurdu.  Nisbətən  böyük  şəhərlərdə ticarət 
eyni zamanda karvansara və məhəllənin əhəmiyyətli bazarlarında da aparılırdı. 
Əsas bazardakı qiymətlər başqa kiçik bazar və karvansaralar üçün məzənnə 
barəsində  əsas  olardı.  Kiçik  bazarlar  ya  əsas  bazardan  xeyli  uzaqda  olan 
məhəllələrin  mərkəzində  və  yaxud  da  şəhərin  kənarında  yerləşər  və  əsasən  yerli 
əhalinin  ehtiyacını  ödəyərdi.  Belə  bazarlarda  bir  neçə  sənətkar  və  tacir  dükanı 
olurdu. 
Əsas  bazar  adətən  şəhərin  mərkəzində  yerləşməklə  bərabər,  böyük  bir 
sahəni əhatə  edirdi.  Lakin  dəniz kənarında mövcud  olan  şəhərlərdə isə  əsas  bazar 
elə  dənizə  yaxın  sahədə  yerləşirdi.  Bazarlar  adətən  üstü  örtülü  və  hasara  alınmış 
olurdu.  Bazarın  böyüklüyü  tacir  və  sənətkarların  sıra  ilə  düzülmüş  dükanlarının 
sayından asılı idi. Tacir dükanları çox da böyük olmayıb, adətən iki otaqdan ibarət 
olurdu.  Qabaqkı  otaqda  tacir  otururdu.  Burada  onun  satdığı  malların  nümunələri 
qoyulardı. Daldakı otaqda mallar saxlanılırdı. 
Bazardakı  sənətkar  dükanları  da  müxtəlif  idi.  Nisbətən  iri  və  varlı 
sənətkarların dükanları bəzən bir neçə otaqdan ibarət olurdu. Otaqların birində mal 
istehsal  edildiyi halda,  digərində həmin  mal  satılırdı.  Bu  sözləri  bütün  sənətkarlar 
haqqında  söyləmək olmaz. Bir çox  sənətkar dükanlarında yalnız tacirlərin sifarişi 
yerinə  yetirilirdi.  Keçmiş  dükanların  izləri  indi  də  bəzi  şəhərlərdə  qalmaqdadır. 
Tarix  elmləri  namizədi  T.  Musəvinin  verdiyi  məlumata  görə,  müasir  Təbrizin  bir 
sıra  bazarlarında  bəzi  dükanlar  keçmişdə  olduğu  kimi,  iki  mərtəbədən  ibarətdir. 
Yuxarı mərtəbədə mal istehsal edilir (çəkmə, papaq və s. tikilir), aşağı mərtəbədə 
isə hazır mallar satılır. 
                                                             
197
 Yenə orada. 
198
 F. M. Əliyev. Şimali Azərbaycan şəhərləri, səh. 107. 
199
 C. Bel. Göstərilən əsəri, səh. 60. 
200
 «Выдержки...», səh. 24. 
201
 Р. Карф. Очерки Персии, ч. II, СПб, 1876, səh. 26-27. 

42 
 
Respublikamızın  Lahıc  kəndində  də  keçmişdən  qalmış  bir  dabbaq  dükanı 
vardır. Dükan  əsasən üç otaqdan ibarətdir. Vaxtı ilə birinci otaqda  gön, dəri və s. 
müxtəlif  çənlərdəki  xüsusi  məhlullarda  isladılır,  ikinci  otaqda  dəri,  gön  və  s. 
cilalanır, üçüncü otaqda isə satılırdı. 
Bazarda  ticarət  və  sənətkar  cərgələrn  malların  növü  və  istehsalına  görə 
yerləşirdi
202

Azərbaycan şəhərləri arasında, qeyd edildiyi kimi,  Şamaxı, Gəncə, Bakı və 
xüsusilə Təbriz bazarları daha zəngin idi. Bazarlar yerli sənətkarların hazırladıqları 
gümüş  qablar,  qiymətli  parçalar,  o  cümlədən  atlas, tafta,  ipək  parçalar,  xam  ipək, 
qaş-daş,  ədviyyat  və  bu  kimi  şeylərlə  yanaşı,  xarici  ölkə  tacirlərinin  gətirdikləri 
mallarla  da  dolu  olardı.  Hər  bir  malın  xüsusiyyətindən  asılı  olaraq  bazarlarda 
xüsusi  cərgələr  ayrılmışdı.  Taxta,  odun,  kömür  və  ya  köhnə  paltar  və  s.  bazar 
meydanının kənarında satılardı. Bazar meydanında həmçinin qəssab dükanları, diri 
mal-qara  və  quş  satanlar  cərgəsi,  daha  sonra  səbzəvat,  müalicə  otu  və  kökləri 
satanlar  gəlirdilər.  Silah,  o  cümlədən  ox,  yay,  qılınc  və  s.  satanlar  üçün  xüsusi 
cərgələr  ayrılırdı.  Bazarlarda  həmçinin  şüşə  və  saxsı  qablar,  müxtəlif  ölçüdə 
qıfıllar, at yəhəri, üzəngisi və s. satılırdı
203

Bütün  yerli  tacirlər  və  sənətkarlar  öz  günlərini  bazar  və  karvansaralarda 
keçirirdilər.  Burada  gün  çıxandan  gün  batana  qədər  həyat  qaynayırdı.  Yay 
aylarında  bazar  daha  tez  açılırdı.  Qaş  qaralanda  bazar  da  bağlanırdı.  Bazar 
darğasının  carçıları  hamıya  bazarın  bağlanılması  xəbərini  verirdilər.  Bu  vaxt 
bazarda hamı əl-ayağa düşür və dükanını bağlamağa tələsirdi. Carçılardan təqribən 
yarım  saat sonra bazarın darvazaları bağlanırdı. Bazarda yalnız keşikçilər və itlər 
qalırdı
204

Yuxarıda qeyd edildiyi kimi, bazara gətirilən hər bir maldan xüsusi gömrük 
alınırdı.  Bazar  vergisi  dövlət  xəzinəsinə  axıb  gələn ən  gəlirli  vergilərdən  biri idi. 
Məhz buna görə də təsadüfi deyildir ki, yerli hakimlər ticarətin genişlənməsi üçün 
müəyyən tədbirlər görürdülər. 
Nadir  şah  geniş  ticarət  vasitəsi  ilə  boşalmış  dövlət  xəzinəsini  doldurmaq, 
apardığı  qanlı  müharibələrin  xərcini  qismən  ödəmək  məqsədini  güdürdü.  Bu 
barədə  fransız  dilindən  ruscaya  tərcümə  edilmiş  mənbələrin  birində  belə 
yazılmışdır:  «...padşah  ölkənin  varlanması  üçün  ticarətdən  əlavə  başqa  bir  yol 
tapmadığına  görə  tacirlərə  hələ  Şah  Abbasın  vaxtında  verilən  səlahiyyəti  bərpa 
etməklə  bərabər,  daha  bir  sıra  güzəştlərə  getdi;  tacirlərnn  üzərinə  qoyulan  bir  çox 
vergiləri  ləğv  etdi,  xarici  ticarətlərdən  alınan  gömrüyü  azaltdı  və  onların  malları 
üçün  mağaza  və  anbarlar  tikilməsini  əmr  etdi»
205
.  Lakin  Nadir  şah  Hindistana 
yürüş  etdiyi  zaman  dövlət  işlərini  oğlu  Rza  Qulu  Mirzəyə  (1737-1739)  həvalə 
                                                             
202
 Avril Filip. Göstərilən əsəri, səh. 1; M. Çulkov. Göstərilən əsəri, səh. 599-600. 
203
 M. Çulkov. Göstərilən əsəri, səh. 599-600. 
204
 Доктор Уильс. Современная Персия, перевод с англ., М., səһ. 228. 
205
 История о персидском шахе Тахмас Кули-хане..., səһ. 281. 

43 
 
etdiyi  zaman  şahzadə  ölkədə  törətdiyi  bir  çox  özbaşınalıqla  yanaşı
206
,  bazarlarda 
xam ipəyə göstərilən marağı və bu ticarətdən götürülən böyük gəliri nəzərə alaraq 
bütün  ölkədə  xam  ipəklə  ticarəti  özünün  inhisarına  çevirdi
207
.  Bundan  sonra  heç 
kəsin  nə  xam  ipək  satmağa  və  nə  də  şahzadənin  adamlarından  başqa  kənar 
şəxslərdən  xam  ipək  almağa  ixtiyarı  var  idi
208
.  Şahzadənin  əmrinə  görə  1739-cu 
ildən etibarən daxili bazara  gətirilən hər hansı malı da ilk növbədə onun adamları 
almalı, yerdə qalanı isə bazarda satılmalı idi. Beləliklə, şah (şahzadə) daxili bazara 
gətirilən malların da yeganə alıcısı oldu
209
. Əvvəllər tacirlər öz mallarını istədikləri 
qiymətə  satırdılar.  1717-ci  ildə  Şamaxıda  olmuş  A.  P.  Volınski  orada  ipək  üçün 
dəqiq nırx olmadığı və xam ipəyin batmanının 8, 9 və 10 manata satıldığı haqqında 
məlumat  verir
210
.  Lakin  indi  qiymətləri  də  şahzadənin  adamları  təyin  edirdilər. 
Əgər  onların  qoyduqları  qiymət  gəlmə  tacirləri  təmin  etməsəydi,  onlara  öz 
mallarını başqa bazarlara aparmağa ixtiyar verilmirdi
211

Göründüyü kimi, şah və ya şahzadə ticarət əməliyyatını özlərinin dəllalları 
vasitəsi  ilə həyata  keçirirdilər
212
.  Lakin  dəllallara  verilən  səlahiyyət  o  qədər geniş 
idi ki, onlar özlərini bazar meydanlarında tamamilə sərbəst aparırdılar. İ. Lerx yazır 
ki, şahın dəllalları o qədər azğınlaşmışdılar ki, ayrı-ayrı tacirlərə nahaqdan böhtan 
ataraq,  onların  şaha  borcları  olduqlarını  güclə  boyunlarına  qoyurdular.  Belə 
hallarda həmin tacir dinmədən tələb olunan məbləği şahın dəllallarına verməli idi. 
Yox  əgər  tacir  sübut  üçün  onlardan  qəbz  tələb  etsəydi,  şahın  dəllalları  onu 
vəhşicəsinə  döydürtdürərdilər.  Odur  ki,  tacirlər  işgəncədən  yaxa  qurtarmaq  üçün 
tələb olunan məbləği verməyə məcbur olurdular
213

Şahın  dəllalları  çox  zaman  düyü  və  digər  kənd  təsərrüfat  məhsulları  ucuz 
olan  rayonlardan  mal  alıb,  ölkənin  bahalıq  olan  vilayətlərinə  aparıb  sataraq  gəlir 
əldə edirdilər. Şahın inhisarına qəsd edənlərə ağır divan tutulurdu
214

İpək ticarətinin şah hökuməti tərəfindən inhisara alınması, şübhəsiz, ticarət 
aləmində güclü rəqabətin olmasını göstərir. Təəssüf ki, hələlik, bu barədə konkret 
faktlara  təsadüf  edilməmişdir.  Lakin  rəqabətin  mövcud  olmasının  özü  daxili 
bazarların nə qədər zəngin və əhəmiyyətli olmasını göstərən dəlillərdəndir. 
Şahın  dəllallarının  özbaşınalığı  ticarətin  gedişinə  böyük  maneə  törədirdi. 
Lakin bazarda ticarətin normal gedişinə mane olan daha bir sıra səbəblər də var idi. 
                                                             
206
 В.  Братишев.  Известия  о  происшедших  между  шахом  Надиром  и  старшим  его  сыном  Рза-
Кули Мирзою печальных приключений в Персии в 1741 - 1742 годов, СПб, 1763, səһ. 3. 
207
 C. Spilman. Göstərilən əsəri, səh. 27. 
208
 C. Hanvey. Göstərilən əsəri, səh. 13. 
209
 C. Spilman. Göstərilən əsəri, səh. 29. 
210
 L. P. Volınskinin jurnalı, səh. 11. 
211
 C. Hanvey. Göstərilən əsəri, səh. 13. 
212
 M. Çulkov. Göstərilən əsəri, səh. 598. 
 
213
 İ. Lerx (ikinci səyahət), səh. 64.
 
214
 K. Əşrəfyan. Göstərilən əsəri, səh. 185. 

44 
 
Bu,  hər  şeydən  əvvəl,  bazar  meydanlarındakı  pul,  çəki  və  ölçü  vahidlərinin 
müxtəlifliyindən irəli gəlirdi
215

Yeri  gəlmişkən  qeyd  etmək  lazımdır  ki,  ölkə  siyasi  və  iqtisadi  cəhətdən 
parçalandığı  bir  halda,  Səfəvi  dövlətinin  bir  çox  vilayətləri  əfqan,  türk  və  rus 
dövlətlərinin  üsulu  ilə  idarə  edildiyi  bir  zamanda,  şübhəsiz,  ölkədə  vahid  pul 
dövriyyəsindən  bəhs  etməyə  də  dəyməz.  Adları  çəkilmiş  dövlətlər tərəfindən zəbt 
edilmiş  yerlərdə,  əsasən,  həmin  dövlətlərin  pulları  da  dövriyyə  edirdi.  Şübhəsiz, 
belə  vəziyyət  hər  kəsdən  çox  tacir  və  sənətkarların  və  eləcə  də  kəndlilərin 
vəziyyətini daha da ağırlaşdırırdı
216
.  
XVIII  əsrin  birinci  yarısında  Səfəvi  dövlətinin  bir  çox  şəhərlərində,  o 
cümlədən  İsfahanda,  Təbrizdə  Gəncədə,  Naxçıvanda,  İrəvanda  və  b.  şəhərlərdə 
metal  pullar  zərb  edilirdi
217
.  M.  Çulkov  yazır  ki,  İran  gümüş  pulları  təmiz  və 
yüksək  əyarlı  gümüşdən  sikkə  olunurdu.  Lakin  həmin  pullar  zərbxanadan  çıxıb 
saxta  pul  kəsənlərin  əlinə  düşən  kimi  onu  mislə  əridib  qəlb  pul  zərb  edirlər  və 
yaxud da ölkədən xaricə aparırlar
218

Tacirlər  öz  pullarını  metaldan  olduğuna  görə  kiçik  pul  kisələrində 
saxlayırdılar. M. Çulkov belə kisələrin adətən 50 tümən və yaxud da 2.500 abbası 
tutduğunu və hər bir abbasının 18 dinara bərabər olduğunu qeyd edir. M. Çulkovun 
tacir pul kisələri haqqında verdiyi məlumatı nə qədər həqiqətə uyğun olsa da, onun 
kisələrdəki pulların, həmçinin abbası və yaxud dinarın nominal dəyəri haqqındakı 
məlumatı bir o qədər həqiqətdən uzaqdır. Məlum olduğu kimi, abbası 4 şahıya və 
şahı  isə  əlli  dinara  bərabərdir
219
.  Deməli,  M.  Çulkovun  yazdığı  kimi  abbası  on 
səkkiz  dinara  deyil,  iki  yüz  dinara  bərabər  olmuşdur.  Pullar  əsasən  metaldan 
olduğuna  görə,  xüsusən  topdansatış  ticarəti  zamanı  tacirlər  adətən,  kisədəki 
pulların hesablanması  və  sayıl-ması  çox  vaxt apardığına  görə,  kisələri  tərəzilərdə 
çəkirdilər. Belə hallarda vəzncə yüngül olan qəlb pulları asanlıqla seçmək mümkün 
olurdu
220

Qəlb  gümüş  pulların  bazarda  dövriyyə  etməsi  ticarətə  ağır  zərbə  endirirdi. 
Məhz buna görə də tacirlər «gümüş» pullara etibar etmədən çox vaxt alıcıdan mis 
pulları  qəbul  edirdilər.  M.  Çulkov  məsələni  bir  qədər  şişirdərək  yazır  ki,  əgər 
avropalılar bazarlarda öz pullarını işə salmasaydılar, İranın ticarəti çoxdan sönmüş 
olardı
221

                                                             
215
 Е. А. Пахомов. Монетные клады Азербайджана и Зaкaвкaзья, «Изв. общ. обследования и изуч. 
Азербайджана», вып. III, Bakı, 1926, səһ. 33.
 
216
 А.  М.  Раджaбли.  Из  истории  монетного  дела  в  Сефeвидском  государстве,  Труды  Музея 
истории Азербайджана, т. IV, səһ. 59. 
217
 А.   М.   Раджaбли. Атерскии клад, ДАН, № 6, 1961, səһ. 548. 
218
 M. Çulkov. Göstərilən əsəri, səh. 609. 
219
 А. М. Раджaбли. Из истории монетного дела в Сефeвидском государстве, səh. 63 -64. 
220
 M. Çulkov. Göstərilən əsəri, səh. 609. 
221
 Yenə orada, müqayisə et: Ə. M. Rəcəbli. Göstərilən məqaləsi, səh. 59. 

45 
 
Ən kiçik gümüş pul «şahı» adlanırdı. İki «şahı» bir «mahmudiyyə»yə, dörd 
«şahı»  isə  bir  «abbası»ya  bərabər  idi
222
.  Mis  pul  «qazbeki»  adlanırdı
223
.  Bu  pul 
şahının 
1
/
10
 hissəsinə bərabər idi
224

Lakin qeyd edildiyi kimi, bazarlarda yerli pullarla yanaşı, xarici ölkələrin
225

o  cümlədən  holland,  ispan,  rus  və  b.  ölkələrin  pulları  da  işə  gedirdi.  Lakin  şahın 
sərrafları  xarici  ölkə  pullarını  dərhal  abbasıya  çevirib,  bu  işdən  gəlir  əldə 
edirdilər
226

Bazarlarda  ölçü vahidi də müxtəlif idi. Bu da ölkədə vahid ölçü sisteminin 
olmamasından  irəli  gəlirdi.  A.  P.  Volınski  Təbriz,  Şamaxı  və  İsfahanın 
bazarlarındakı  arşını  rus  arşını  ilə  müqayisə  edərək  yazmışdır:  «İsfahanda  şah 
arşını  rus  arşınından  6
1
/
2
  qarış,  Təbriz  arşını  8
1
/
2
,  Şamaxı  arşını  isə  6  qarış  qədər 
uzundur».  Çox  güman  ki,  digər  şəhərlərdə  də  vəziyyət  belə  imiş.  Ölçülərin 
müxtəlifliyi  ticarətin  gedişinə  pis  təsir  göstərməyə  bilməzdi.  Həqiqətən  ticarət 
zamanı  qızğın  mübahisələr  baş  verirdi.  Hər  kəs  alıb  satdığı  malın  mənfəətindən 
asılı olaraq, necə deyərlər, «öz arşını ilə ölçürdü». 
Bəs çəki vahidləri nə vəziyyətdə idi? Ümumiyyətlə, istər İran və istərsə də 
Azərbaycanın  bazarlarında əsas  çəki  vahidi  batman  və  ya man hesab  olunurdu
227

Lakin  hər  şəhərin  özünəməxsus  arşını  olduğu  kimi,  batmanı  da  var  idi.  Şahın 
batmanı  başqalarına  nisbətən  hamısından  ağır  idi.  Şübhəsiz,  şahın  dəllalları  bu 
batmanı yalnız mal aldıqları zaman işə salırdılar. A. P. Volınski çəki vahidlərini də 
rus  çəkiləri  ilə  müqayisə  etmişdir.  Onun  yazdığına  görə,  şah  batmanı  14  rus 
funtuna, Şamaxı batmanı 9 
1
/
2
 Təbriz batmanı isə 7 
1
/
2
 rus funtuna bərabər idi
228

Batmandan  sonra  çox  işlənən  ölçu  vahidi  stil  idi
229
.  24  stil  9  funtluq 
batmana bərabər idi. Ən kiçik  ölçü vahidi misqal hesab olunurdu. Misqal təqribən 
5 qrama bərabərdir. 33 misqal bir stilə bərabər idi
230

Pul  və  ölçü  vahidlərinin  müxtəlifliyi  eyni  adlı  malların  müxtəlif  qiymətə 
satılmasına  gətirib  çıxartdığı  kimi,  ticarətin  normal  surətdə  aparılmasına  da  çox 
maneçilik  törədirdi.  Lakin  buna  baxmayaraq,  yuxarıda  qeyd  etdiyimiz  kimi, 
Azərbaycanın  əlverişli  coğrafi  mövqeyi,  təbii  sərvətləri,  bacarıqlı  sənətkarlarının 
hazırladıqları  mallar  şəhər  bazarlarında  həmişə  qızğın  ticarətin  getməsinə  səbəb 
                                                             
222
 M.  Çulkov. Göstərilən əsəri, səh. 609. 
223
 Yenə  orada;  Ə.  A.  Əfəndiyev,  Образование  Азербайджанского  государства  в  нач.  XVI  века, 
Bakı, 1961, səh. 126. 
224
 M. Çulkov. Göstərilən əsəri, səh. 609.
 
225
 Е. А. Пахомов. Монетные клады Азербайджана, «Изв. обт. обсл. и изуч. Азербайджана», вып. 
3, Bakı, 1926, səһ. 33.
 
226
 M. Çulkov. Göstərilən əsəri, səh. 609. 
227
 Yenə orada. 
228
 A. P. Volınskinin jurnalı, səh.  11.
 
229
 «Stil» çox güman ki, satıl sözündəndir. Ehtimal etmək olar ki, mal satılarkən (düyü, buğda, un və s.) 
çəkilmədən satılvarı qablarla ölçülürmüş. 
230
 A. P. Volınskinin jurnalı, səh. 11. 

46 
 
olmuşdur.  Söz  yox  ki,  başqa  bir  siyasi  şəraitdə  Azərbaycan  şəhərlərinin  bazarları 
daha  da  zəngin  ola  bilərdi.  Yeri  gəlmişkən  qeyd  edilməlidir  ki,  daxili  bazarlarda 
təkcə  yerli  tacir  və  sənətkarların  sayəsində  iş  getmirdi.  Bu  sahədə  eyni  zamanda 
xarici  ölkələrdən  gələn  tacirlərin  fəaliyyəti  də  az  deyildi.  Bu  barədə  xarici 
ticarətdən bəhs olunduqda danışılacaqdır. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə