AZƏrbaycan ssr elmlər akademġyasi tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix21.04.2017
ölçüsü2,8 Kb.
1   2   3   4   5   6   7
 
III FƏSĠL 
 
XARĠCĠ VƏ TRANZĠT TĠCARƏT 
 
Xarici  ticarət  başqa  ölkələr  kimi,  Azərbaycanın  da  xarici  dövlətlərlə  əlaqə 
yaratmasında və onun beynəlxalq miqyasa çıxmasında əsas rol oynayan amillərdən 
biri  olmuşdur.  Məhz  xarici  ticarət  sayəsində  Azərbaycan  XVIII  əsrin  birinci 
yarısında  müstəqil  dövlət  olmadığı  halda,  bir  çox  Qərb  və  Şərq  dövlətlərində 
zəngin bir ölkə kimi tanınmaqda idi. Azərbaycanın ərazisindən keçən Qərb ilə Şərq 
ticarətinin  əsas  yolları  Azərbaycanın  beynəlxalq  ticarətdəki  əhəmiyyətini  xeyli 
artırmışdı.  Azərbaycan  şəhərlərindən  müxtəlif  ölkələrin,  o  cümlədən  Rusiyanın, 
İngiltərənin,  Fransanın,  Almaniyanın,  Polşanın,  Hollandiyanın,  İsveçin,  habelə 
Hindistanın,  İranın,  Türkiyənin
231
 tacirlərinin  gəlib  keçmələri  və  onların  bu 
şəhərlərdə aylarla qalıb ticarət etmələri
232
 bunu bir daha təsdiq edir. 
Lakin  Azərbaycanın  başqa  Şərq  ölkələrinə,  xüsusilə  İran,  Türkiyə  və 
həmçinin  Orta  Asiyaya  nisbətən,  Rusiya  ilə  iqtisadi  əlaqəsi  daha  ardıcıl  və  yaxın 
olmuşdur.  Hələ  xeyli  qədimdən  kök  salmış  bu  iqtisadi  münasibətlər  XVIII  əsrin 
əvvəllərindən  başlayaraq  azərbaycanlıların  rus  xalqının  nümayəndələri  ilə  daha 
yaxından  tanış  olmasında  və  geniş  xalq  kütlələri  arasında  Rusiyaya  qarşı 
təmayülün artmasında böyük rol oynamışdır. Buna görə də həmin məsələnin təhlili 
istər-istəməz  həm  elmi,  həm  də  siyasi  əhəmiyyət  kəsb  edir.  Lakin  XVIII  əsrin 
birinci  yarısında  Azərbaycan  - rus ticarət münasibətləri,  demək  olar  ki,  xüsusi  bir 
elmi  məsələ  kimi  hələ  də  tədqiq  edilməmişdir.  Doğrudur,  respublikamızda  bu 
barədə  lazımi  sənədlərin  olmaması,  mövcud  olan  materialların  pərakəndəliyi  və 
yaxud  da  həmin  materiallara  nadir  hallarda  təsadüf  olunması  tədqiqatçının  işini 
xeyli  çətinləşdirir.  Lakin  Moskva,  Leninqrad  və  Həştərxan arxivlərindəki  bir  sıra 
sənədlər  və  eləcə  də  müasirlərin  qeydləri  və  konsulların  məktubları  əsasında 
Azərbaycanı İrandan ayırmaq şərti ilə sırf rus — Azərbaycan ticarət münasibətləri 
haqqında bir qədər konkret fikir  söyləmək mümkündür. Düzdür, istər Moskva və 
Leninqrad,  istərsə  də  Həştərxan  arxivlərindəki  sənədlərdə  əsasən  Rusiya 
                                                             
231
 «Выдержки...», səh. 34.
 
232
 M. Çulkov. Gəstərilən əsəri, səh. 610. 
 

47 
 
tacirlərinin  ayrı-ayrı  Azərbaycan  tacirləri  ilə  apardıqları  ticarətdən  bəhs  edilir. 
Lakin  bu  ticarətdən  danışdıqca,  istər-istəməz,  Azərbaycanın  da  Rusiya  ilə 
ticarətindən danışmaq lazım gəlir. 
Digər  tərəfdən  qeyd  etmək  lazımdır  ki,  hələ  XVII  əsrin  sonunda  bütün 
Səfəvi  dövlətində  başlamış  iqtisadi  tənəzzül  XVIII  əsrin  birinci  yarısında  ölkənin 
təsərrüfat  həyatının  bütün  sahələrində  olduğu  kimi,  öz  mənfi  təsirini  ticarətdə  də 
göstərmişdi. Bununla belə ilk mənbələrdən aldığımız məlumatlardan aydın olur ki, 
Azərbaycan  özünün  tutduğu  coğrafi  mövqeyi  sayəsində  Qərb  ilə  Şərq  arasında 
aparılan  tranzit  ticarətdə  əsas  yerlərdən  birini  tuturdu.  Azərbaycanın  zəngin 
xammala, təbii  sərvətlərə, rahat  tranzit  yollarına  və ilin hər  bir  fəslində  gəmilərin 
daldalana  biləcək  Bakı  və  Lənkəran  kimi  limanlara  malik  olması  onu  həmişə 
özündən  qat-qat  qüvvətli  qonşu  dövlətlərin  diqqət  mərkəzinə  çevirmişdir.  Məhz 
buna  görədir  ki,  İran  Səfəvi  dövləti  dərin  siyasi  və  iqtisadi  tənəzzül  keçirdiyi  bir 
halda,  tərkibinə  qılınc gücü  ilə daxil  edilmiş  Azərbaycan,  Şərq ilə  Qərb  arasında, 
ilk növbədə isə Rusiyanın Şərq ölkələri ilə apardığı ticarətdə həm xammal bazası 
və həm də magistral ticarət yolu kimi əhəmiyyətini hələ də itirməmişdi. Söz yox ki, 
Səfəvi  dövlətində  təsərrüfatın  bütün  sahələri  dərin  tənəzzül  keçirdiyi  bir  vaxtda 
Azərbaycan təkcə özünün daxili qüvvəsi ilə belə bir mövqe tuta bilməzdi. Burada 
rus dövlətinin bir vasitəçi kimi rolunu xüsusilə qeyd etmək lazımdır. 
XVII  əsrin  axırları  və  XVIII  əsrin  əvvəllərində  Rusiya  Qərbi  Avropa  və 
Şərq ölkələri ilə daha fəal ticarət əlaqələri yaratmaq siyasəti aparmağa başlamışdı. 
Bunu, hər şeydən əvvəl, I Pyotrun hakimiyyəti illərində Rusiyada həyata keçirilən 
bir sıra yeniliklər tələb edirdi. Bu yeniliklər ölkənin iqtisadiyyatının yeni yüksəliş 
mərhələsinə  qalxması  üçün həlledici rol  oynamalı  idi.  Lakin  bununla  belə  Rusiya 
hələ  də  texniki  və  iqtisadi  cəhətdən  geridə  qalmaqda  idi.  Məhz  buna  görə  də  I 
Pyotr bu geriliyi aradan qaldırmaq və ölkədə sənayeni inkişaf etdirmək məqsədi ilə 
bir sıra ciddi tədbirlər görməyə başlamışdı. 
Məlum  olduğu  kimi,  sənayenin  inkişafı  bilavasitə  xammal  bazasından 
asılıdır.  Lakin  Rusiyada  sənayenin  bəzi  sahələri,  xüsusilə  toxuculuq,  metaləritmə 
və s. sahələri üçün ölkə daxilində lazımi dərəcədə xammal ehtiyatı yox idi. 
Artmaqda olan manufaktur  sənayesini zəruri xammalla təmin etmək üçün I 
Pyotrun həyata keçirmək istədiyi tədbirlərdən başlıcası xammalla zəngin olan Şərq 
ölkələri ilə Rusiyanın ticarət münasibətlərini daha da möhkəmləndirməkdən ibarət 
idi. 
Şərq  ölkələri  arasında  Rusiya  üçün  başqa  ölkələrə  nisbətən  Zaqafqaziya, 
xüsusilə  Azərbaycan  və  eləcə  də  İran  daha  çox  əhəmiyyət  kəsb  edirdi.  Bu  da 
təsadüfi deyildi. Məlum olduğu kimi, Azərbaycanın bir çox əyalətlərində, eləcə də 
Gilanda  külli  miqdarda  xam  ipək  istehsal  edilirdi.  Artmaqda  olan  rus  toxuculuq 
sənayesinə də elə bu lazım idi. Başqa sözlə desək, əgər I Pyotrdan əvvəlki dövrdə 
Şərq  ölkələri  ilə  ticarət  Rusiya    üçün  əsas  etibarı  ilə  tranzit  xarakteri  daşıyırdısa, 
indi xüsusilə Volqa — Xəzər ticarət gəmiçiliyini  canlandırmaq yolu ilə bu ticarət 

48 
 
başlıca olaraq artmaqda olan rus sənayesinə xidmət etməli idi. Məhz buna görə də 
Rusiya  Xəzər  dənizi  ticarət  yolundan  Şərq  ölkələri  ilə  ticarətdə  geniş  istifadə 
etmək
233
, əvvəllər Xəzərdə hakim mövqe tutan İranı sıxışdırmaq və bu münasibətlə 
də  Xəzər  dənizinə  yeganə  hakim  olmaq  üçün  tədbirlər  görərək  bu  fikri  həyata 
keçirmək üçün əlverişli bir fürsət axtarırdı. Doğrudur, Rusiya dövləti Xəzər dənizi 
vasitəsi ilə Şərq ölkələri ilə hələ I Pyotrdan əvvəl də ticarət aparırdı. Dəniz vasitəsi 
ilə həmçinin Şərq tacirləri, o cümlədən hindlilər, farslar, azərbaycanlılar, ermənilər 
və  b.  tacirlər  də  tez-tez  Rusiyaya  mal  gətirir  və  oradan  da  lazımi  şeylər 
aparırdılar
234
.  Lakin  bunu  qənaətbəxş  saymaq  olmazdı.  I  Pyotr  Volqa-Xəzər 
ticarətindan böyük gəlir əldə edə biləcəyini nəzərə alaraq Xəzər ticarətini qaydaya 
salmağı,  hətta  Xəzər  dənizini  özünün  «daxili  gölünə»  çevirməyi  qərara  almışdı. 
Ona  hələ  hakimiyyətinin  ilk  günlərində  gördüyü  tədbirlər  böyük  ümidlər  verirdi. 
XVII  əsrin  lap  axırlarında  Xəzər  dənizi  vasitəsi  ilə  Azərbaycandan  keçib  getmək 
şərti  ilə  Hindistana  tacir  S.  Malenkinin  başçılığı  altında  nümayəndə  heyəti 
göndərilmişdi
235

Lakin  beşillik  səfərdən  qayıdan  S.  Malenki  Şamaxı  şəhərində  qəflətən 
ölmüş  və  onun  bütün  sənədləri  itib  batmışdır.  Onun  prikazçiklərindən  Andrey 
Semyonov isə S. Malenkinin yerli hakimlərlə apardığı söhbətlər haqqında məlumat 
verə bilməmişdir. Çünki A. Semyonovun dediyinə görə, S. Malenki danışıqlara öz 
prikazçiklərini dəvət etmirmiş
236
. Bundan sonra I Pyotr Xəzər dənizinin limanlarını 
öyrənmək  üçün  1700-cü  ildə  Həştərxandan  dəniz  vasitəsi  ilə  cənuba  rus  dənizçi 
zabitlərindən  Meyeri  göndərmişdir.  Görünür,  Meyer  səyahət  zamanı  Bakının 
gəmilər üçün təhlükəsiz daldalanacaq, təbii liman və həmçinin ticarət üçün əlverişli 
bir  bazar  olmasını  nəzərə  alaraq  yerli  hakimlərdən  Bakı  limanına  rus  gəmilərinin 
azad  daxil  olmasına  icazə  verilməsini  tələb  etmişdir.  Lakin  o  zaman  Bakıda 
hökmranlıq  edən  İran  hakimləri  bu  tələbi  rədd  etmişlər
237
.  Lakin  sonralar  bəzi    
üzürlü  səbəblərə    görə  I  Pyotr  Xəzər  dənizinə  sahib  olmaq  məsələsini  bir  qədər 
təxirə  salmalı  oldu.  Məlumdur  ki,  XVIII  əsrin  əvvəllərində  Rusiya  İsveçlə 
müharibə aparırdı. Eyni zamanda  1705-ci ildə Həştərxanda hökumətə qarşı böyük 
qiyam başlamışdı
238
. Bu qiyam 2 il davam etmiş və şəhərin ticarətinə böyük zərbə 
                                                             
233
 В.  Пичета.  Торговля  и  промышленная  политика  в  России  XVIII  в.  Книга  длл  чтения  по 
истории нового времени, т. XII, 1911, səһ. 619.
 
234
Е. Спиридонов. Экономическая политика и зкономическая взгляды Петра I, M., 1952, səһ. 219.
 
235
 V.  Komarov.  Göstərilən  əsəri,  səh.  554;  Ə.  Quliyev.  Azərbaycan-Rusiya  münasibətləri  tarixindən,  
Bakı, 1959, səh. 16-20;  
236
 P.  Komarov.  Göstərilən  əsəri,  səh.  554-555;  Tarix  elmləri  doktoru  Ə.  N.  Quliyev  «Azərbaycan  - 
Rusiya  münasibətləri  tarixindən»  adlı  kitabında  yazır  ki,  S.  Malenkinin  başçılıq  etdiyi...  elçilər  heyəti 
Azərbaycandan keçib Hindistana getmiş və burada müvəffəqiyyətlə danışıq aparmışdır (səh. 19). 
237
 L. Lokhart. Göstərilən əsəri, səh. 62.
 
238
 А.  Штылко.  Астраханская  торговля  в  старину,  Астрахань,  1909,  səһ.  24;  А.  Чернов. 
Астраханское восстание в 1705-1707 гг., «Исторические записки», № 64, 1959, səһ. 211. 

49 
 
endirmişdi
239
.  İki il  sonra  1709-cu ildə  Həştərxanda  böyük  yanğın  baş  vermişdir. 
Yanğın  zamanı  bir  çox  karvansaralar  və  mallar  yanmış  və  itmişdi
240
.  Lakin  rus 
dövlətinin müharibə aparması və ya daxili məsələlərlə məşğul olması Xəzər dənizi 
vasitəsi  ilə  Rusiyaya  gələn  bir  sıra  ölkələrin,  xüsusilə  Azərbaycan,  Hindistan  və 
İran tacirlərinin axınının qarşısını ala bilməmişdir. Sovet tədqiqatçılarından N. Q. 
Kukanova özünün çox da böyük olmayan, lakin «XVII  əsrin axırı və XVIII əsrin 
əvvəllərində  rus  -  İran  ticarət  münasibəti»  adlı  zəngin  məqaləsində
241
 arxiv 
sənədlərinə  əsaslanaraq  həmin  vaxtlarda  Rusiyaya  axışıb  gələn  tacirlərin  adını 
çəkmiş  və  konkret  misallar  gətirmişdir.  N.  Q.  Kukanova  inqilabdan  əvvəlki 
tarixçilər  kimi,  səhv  olaraq  «İran»  məfhumu  altında  o  zaman  Səfəvi  dövlətinin 
tərkibində  olan  bütün  ölkə  və  vilayətləri  nəzərdə  tutur.    Belə  olduqda  Rusiyanın 
Xəzər  dənizi  vasitəsi  ilə  apardığı  ticarətdə  bir  çox  ölkələr  kimi,  Azərbaycanın  da 
siması  görünmür.  Halbuki  Rusiyanın  ipəyə  olan  ehtiyacı  da,  rus  gəmilərinin 
Xəzərdə  sığınacaq tapdığı limanlar  da, rus  tacirlərinin axışıb  gəldiyi  əsas  şəhərlər 
də, Rusiyadan cənuba gedən magistral karvan yolları da  Azərbaycana mənsub idi. 
Ona  görə  də  rus  -  İran  ticarət  münasibətlərindən  danışarkən  həmişə  Azərbaycan 
tacirlərinin  və  ümumiyyətlə,  müxtəlif  xalqların  nümayəndələrinin  Azərbaycanda 
əldə edib satmaq üçün apardıqları mallar nəzərdən çıxarılmamalıdır. Bir də ki, bu 
və  ya  digər  xalqların  nümayəndələrinin  Azərbaycanda  əldə  edib  satmaq  üçün 
apardıqları  xam  ipək  və  s.  malların  xarici  bazarlarda  satmalarına,  daha  doğrusu, 
Azərbaycan  malları  ilə  Rusiyada  ticarət  etmələrinə  yalnız  Azərbaycanın  xarisi  və 
tranzit  ticarəti  kimi  baxmaq  lazımdır.  Çünki  çox  zaman  Azurbaycan  tacirləri 
Həştərxan, Moskva, Peterburq və b. şəhərlərlə ticarətə bilavasitə özləri girişməyib, 
bunu dəllallar vasitəsi ilə həyata keçirirdilər. 
Şübhəsiz,  bu  da  əsassız  deyildi.  Bunu,  hər  şeydən  əvvəl,  azərbaycanlı 
tacirlərin  əksəriyyətinin  rus  dilini  və  ya  qeyri-xarici  dili  bilməmələrindən  irəli 
gələn bir səbəb kimi izah etmək lazımdır. Digər tərəfdən məlumdur ki, XVIII əsrin 
əvvəllərində Səfəvi dövlətində olan feodalların əksəriyyəti müsəlman idi. Xristian 
təbəələr, ruhanilər istisna olmaqla, əsasən kəndlərdə rəiyyət və rəncbər, şəhərlərdə 
isə  sənətkar  və  xırda  alverçi  kimi  çalışırdılar.  Məhz  belə  xırda  alverçilər  öz 
malikanələrindən ayrılmağa ehtiyat edən, xristian aləmi ilə yaxından tanış olmayan 
müsəlman  feodalların  ipək  və  s.  xammallarını  alıb,  xarici  bazara  çıxarır  və 
beləliklə  də,  tacir  olurdular.  Lakin  bir  sıra  tarixi  sənədlərdən  aydın  olur  ki,  artıq 
XVIII  əsrin  əvvəllərində  azərbaycanlı  və  iranlı  tacirlərin  özləri  də  xaricə  mal 
aparmağa başlamışdılar
242

                                                             
239
 A. Çernov. Göstərilən əsəri, səh. 211. 
240
 А. Штылко. Астраханская торговля в старину, Астрахань, 1909, səһ. 24; 
241
 Н.  Г.  Куканова.  Русско-иранские  торговые  отношения  в  конце  XVII-нач.  XVIII  в., 
«Исторические записки», № 57,  1956.
 
242
 ÇQADA,  fond 77,  iş 1 (1711 - 1713 illər.),  vərəq  330. 

50 
 
Lakin  xarici  ölkə  tacirləri  Azərbaycanda  və  eləcə  də  Azərbaycan  tacirləri 
Rusiya  və  xarici  ölkələrdən  gətirdikləri  malları  asanlıqla  istədikləri  qiymətə  sata 
bilmirdilər.  Məhz  elə  həmin  məsələ  dövlətlər  arasında  narazılığa  və  bu  barədə 
uzun-uzadı danışıqlar aparmağa səbəb olurdu. 
1712-ci ildə İran hökuməti Fəzlulla bəyin başçılığı altında Moskvaya böyük 
səfarət  göndərdiyi  zaman  səfir  Rusiyanın  dövlət  kansleri  qraf  Qolovkinə  İran 
təbəələrindən  22  tacirin  şikayətini  təqdim  etmişdi.  Tacirlər  onların  Rusiya 
şəhərlərində  yerli  hakimlər  tərəfindən  sıxışdırılmalarından  şikayətlənirdilər.  Səfir 
eyni  zamanda  çox  təkidlə  şahın  dəllalları  vasitəsi  ilə  satmaq  üçün  göndərdiyi 
mallarının Arxangelsk şəhərindən xaricə buraxılmasına və gömrüksüz satılmasına 
icazə verilməsini xahiş etmişdi
243

Rusiya  İran  dövlətinin  xahişlərinə  əməl  etmiş  və  öz  növbəsində 
şikayətlənərək  göstərmişdi  ki,  Culfa  (İsfahan  yaxınlığındakı  yeni  Culfa  şəhəri 
nəzərdə  tutulmuşdur)  tacirlərinin  xahişlərinə  görə  Şamaxıda  ruslara  xam  ipək 
satmaq qadağan edilmişdir. Hətta 1712-ci ildə tacir İlyas İsayevin (çox  güman ki, 
bu  şəxs  ya  Kazan  tatarlarından  və  yaxud  da  kalmıq  olmuşdur)  öz  adamları  ilə 
birlikdə  Şamaxıdan  pul  ilə  aldığı  xam  ipək  zorla  ondan  geri  alınmış,  özünü 
köməkçiləri  ilə  birlikdə  uzun  müddət  həbsdə  saxlamışlar.  İ.  İsayev  yalnız  yazılı 
surətdə İran dövlətinin heç bir yerində pulla xam ipək almayacağına söz verdikdən 
sonra həbsdən azad olmuşdur
244

Rusiya  dövləti  həmçinin  təklif  etmişdi  ki,  Culfa  erməniləri  Gilandan 
aldıqları  ipəyi  xarici  ölkələrə  Türkiyə  vasitəsi  ilə  deyil,  Xəzər  dənizi  vasitəsi  ilə 
Rusiyadan  aparsınlar.  Göründüyü  kimi,  Rusiya  Şərq  ölkələri  ilə  ticarət 
münasibətləri yaratmaqda iki məqsəd güdürdü: həm xaricə aparılan ipəkdən Rusiya 
şəhərlərində  ticarəti  canlandırmaqla  eyni zamanda  gömrük toplanılsın  və həm  də 
özünün imkişaf etməkdə olan toxuculuq sənayesini xam ipəklə təmin edə bilsin. 
Lakin yuxarıda qeyd edilən tədbirlər gözlənilən nəticəni vermədi. Xam ipək 
ticarətində görkəmli rol oynayan yerli tacirlər Xəzər  boyu əyalətlərdən topladıqları 
ipəyin çox hissəsini yenə də Türkiyə torpaqlarında  satırdılar. Rus tacirləri yenə də 
Xəzər boyu əyalətlərdə, xüsusilə xam ipəklə zəngin olan Azərbaycan şəhərlərində 
yerli hakimlərin özbaşınalıqlarının qurbanı olurdular. Bu isə rus dövlətinə hərtərəfli 
zərər  vururdu.  Odur  ki,  I  Pyotr  hər  cür  vasitə  ilə  Xəzər  boyu  vilayətlərinin   
sərvətini  Xəzər  dənizi  və  Volqa  çayı  vasitəsi  ilə  Rusiyaya  cəlb  etmək  üçün 
tədbirlər gördü. Əlverişli şəraitin olmaması I Pyotrun bu barədə İran höküməti ilə 
yaxından  danışıqlar  aparmaq  işini  ləngitdi.  Lakin  tezliklə  bu  iş  üçün  fürsət  ələ 
düşdü.  1712-ci  ildə  rus  tacirlərinin  Şamaxıda  qarət  olunması  və  Şah  Soltan 
Hüseynin  əfqan  qəbilələrinə  qarşı  çıxmaq  və  xalq  üsyanlarını  boğmaq  üçün  rus 
                                                             
243
 N. Q. Kukanova. Göstərilən əsəri, səh. 234. 
244
 ÇQADA, fond 77, iş 1  (1713-1714 illər), vərəq 244.
 

51 
 
dövlətindən kömək almaq məqsədi ilə I Pyotra müraciəti imperatorun  İrana A. P. 
Volınskinin simasında səfir göndərməsi işini sürətləndirdi. 
I  Pyotrun  A.  P.  Volınskiyə  verdiyi  təlimatda  əsas  yerlərdən  birini  ticarət 
məsələləri  tuturdu.  Təlimatın  6-cı  bəndində  A.  P.  Volınskiyə  tapşırılırdı  ki,  o, 
İranla  ticarət  münasibətlərini  qaydaya  salmaq  üçün  şah  hökuməti  ilə  müqavilə 
bağlasın,  Hindistanla  ticarətin  təsis  edilməsinin  mümkün  olmasını,  hindlilərlə 
iranlıların nə kimi mallarla  ticarət etmələrini və onların nəyə daha çox ehtiyacları 
olduğunu öyrənsin
245

Təlimatın 7-ci bəndində tələb olunurdu ki, A. P. Volınski nə kimi vasitə ilə 
olursa-olsun İranın bütün əyalətlərində rus təbəələrinin gömrüksüz ticarət etmələri 
üçün şahın razılığını alsın
246

Rus dövlətinin İran hökuməti qarşısına qoyduğu    təkliflər əsassız deyildi. 
Həqiqətən  normal  ticarətin  aparılmasına  bir  çox  səbəblər  maneçilik  törədirdi.  Bu 
səbəblərdən  biri  də,  yuxarıda  qeyd  edildiyi  kimi,  yerli  hakimlər  tərəfindən  rus 
tacirlərinin hüquqlarının  məhdudlaşdırılmasından  ibarət  idi.  A.  P.  Volınski  Səfəvi 
dövlətinə  səfəri  zamanı  yolunu  əsas  etibarı  ilə  rus  tacirlərinin  daha  çox  ticarət 
etdikləri  Azərbaycan  şəhərlərindən  salmış  və  Nizabadda,  xüsusən,  Şamaxıda  rus 
təbəələrinin yerli hakimlər tərəfindən sıxışdırıldığının şahidi olmuşdur. O yazır ki, 
rus  gəmiləri  Nizabada  gəldikdə  yerli  hakimlər  rus  tacirlərindən  qeyri-qanuni  pul 
almadan  onları  Şamaxıya  buraxmırdılar.    Müqavimət  göstərən  tacirin  malları  isə 
zorla  Nizabadda  saxlanılırdı.  Bu  isə  tacirə  böyük  ziyan  vura  bilərdi.  Odur  ki,  rus 
tacirləri tələb olunan məbləği verməyə məcbur olub, tezliklə özlərini zəngin bazarı 
olan  Şamaxıya  çatdırırdılar.  Şamaxıda  isə tacirləri  başqa  cür  soyurdular.  Qoyulan 
qaydaya  görə  əsnəbi  tacirlərdən  heç  birinin  bəylərbəyinin  icazəsi  olmadan  malını 
satmağa  ixtiyarı  yox  idi.  Şəhərə  gətirilən  mallar  əvvəlcə  bəylərbəyinin  adamları 
tərəfindən gözdən keçirilir, ən yaxşıları seçilir və çox ucuz qiymətləndirilirdi. Hələ 
bunlar  bir  tərəfə  dursun,  bəylərbəyi  çox  zaman  malları  nisyə  götürür  və  borcunu 
yarım il və ya daha çox  saxlayırdı, bəzən o, borcunu bir şərtlə qaytarırdı ki,  tacir 
ona hər bir manata 10 qəpik güzəştə getmiş olsun. Yalnız bəylərbəyi mal seçdikdən 
sonra  tacirə  öz  mallarını  satmağa  icazə  verilirdi.  Rus  tacirlərinin  gətirdiyi  mallar 
çox nadir hallarda nəğd pula satılırdı. A. P. Volınski yazır ki, tacirlərimiz mallarını 
əksər hallarda nisyə verirdilər. Çox zaman nisyə mal alan  şəxs müəyyən vaxtdan 
sonra  pul  əvəzinə  yenə  də  həmin  malı  qaytarırdı.  Belə  hallarda  rus  tacirlərinə 
böyük  zərər  toxunmuş  olurdu.  Əks təqdirdə tacir  ya  alıcıya  güzəştə  gedib malını 
satır  və  ya  malı  tamamilə  itib  batırdı.  Əgər  həmin  tacir  bu  barədə  məhkəməyə 
                                                             
245
 V. Ulyanitski. Göstərilən əsəri, II hissə, səh. 200. 
246
 Yenə orada. 
 

52 
 
şikayət  etsəydi,  o  zaman  malının  ümumi  məbləğinin  10  faizini  qazıya  verməli 
idi
247

Əlbəttə,  rus  tacirləri  belə  haqsızlığın  əleyhinə  çıxmaya  bilməzdilər.  Onlar 
dəfələrlə öz hökümətlərinə müraciət edib bu hərc-mərcliyin qarşısını almağı xahiş 
etmişdilər. Məhz buna görə də İrana yola düşən A. P. Volınskiyə tapşırılmışdı ki, 
rus  tacirlərinin  yerli  hakimlər  tərəfindən  sıxışdırılması  hallarına  son  qoyulması 
haqqında şahın sarayında məsələ qaldırsın
248

Qeyd  edildiyi  kimi,  Şah  Soltan  Hüseyn  iradəsiz  və  bacarıqsız  bir  hakim 
olduğu üçün bütün dövlət işlərini baş vəzir Fətəli xan öz əlinə almışdı. Odur ki, A. 
P.  Volınski  İsfahanda  bilavasitə  şahla  deyil,  baş  vəzirlə  danışıqlar  aparmalı  oldu. 
A. P. Volınski Fətəli xana aşağıdakı məzmunda müqavilə mətni təklif etmişdir. 
1.  İran  ermənilərinə  Rusiyada  kilsə  açmaq  ixtiyarı  verildiyi,  həmçinin  romalı 
iezuitlərin və başqalarının İran torpağında qanuni kilsələri olduğu üçün, ruslara da 
İranda kilsə inşa etməyə icazə verilməlidir. 
2.  Rus  tacirlərinə  İranın  bütün  vilayətlərində  sərbəst  ticarət  etmək  üçün  icazə 
verilməlidir;  İran  təbəələri  Rusiyada  sərbəst  ticarət  etdikləri  kimi,  rus  tacirləri  də 
Gilanda  və  İran  dövlətinin  bütün  əyalətlərində  əldə  etdikləri  xam  ipək  və  digər 
malları maneəsiz surətdə Rusiyaya aparmalıdırlar. 
3.  1667  və  1673-cü  illərin  müqavilələrinə  əsasən,  Culfa  erməni  kompaniyası 
İranın bütün vilayətlərində hasil olan xam ipəyin hamısını və digər malları satmaq 
üçün  Rusiyaya  gətirməlidir.  Türkiyəyə  və  başqa  yerlərə  gedən  ticarət  yollarına 
əhəmiyyət verilməməli və həmin kompaniyaya əmr edilməlidir ki, ticarətini yalnız 
Rusiya dövləti ilə aparsın, halbuki hazırda onlar (Rusiyaya) çox az ipək gətirirlər. 
4.  Dağıstan  feodallarından  bəzilərinin  rus  torpağına  basqınları  zamanı  tutduqları 
əsirlər  və  xüsusilə  Xəzər  dənizinin  İran  sahillərində  fəlakətə  uğramış  rus 
gəmilərində olan soldat və tacirlər həbsdən azad edilib (Rusiyaya) qaytarılsın. 
5. Xəzər dənizinin sahillərindəki Nizabad və Dərbənd limanları dayaz olduğu üçün 
busalar
249
 çox  zaman  torpağa  oturur,  ona  görə  də  busalardan  istifadə  etmək 
əlverişli  deyildir.  Onların  çoxu  dənizdə  itib  batır.  İndi  dənizdə  hər  iki  dövlətin 
ticarəti  üçün  gəmilər  daha  əlverişlidir,  çünki  onların  dənizdə  oturumu  busalara 
nisbətən dərindir. Buna görə də Əlahəzrət şah buyurmalıdır ki, (tufanlı) havalarda 
gəmilərin dayanması üçün başqa yer axtarılsın və orada da ticarət müəssisəsi təsis 
                                                             
247
 A. P. Volınskinin jurnalı; səh. 9. 
248
V.  Ulyanitski.  Göstərilən  əsəri,  II  hissə,  səһ.  201;  П.  П.  Мельгунов.  Очерки  по  истории  русской 
торговли в IX—XVIII вв. М., 1905, səһ. 249. Rus tacirlərinin qarət olunması və öldürülməsi haqqında 
bax:  Письма  и  указы  государей;  Императора  Петра  Великого,  императрицы  Екатерины  I, 
императора  Петра  11,  императрицы  Анны  Ивановны,  императрицы  Елизаветы  Петровны  и 
персидского  шaxa  Тахмасиба  к  аншефу,  сенатору  орденов  свитого  апостола  Андрея 
первозванного  и  свитого  Александра  Невского  кавалеру  Василью  Яковлевичу  Левашеву,  М., 
1808, səһ. 10. 
249
 Busa bütöv bir ağacdan oyulmuş burnu iti, dalı kəsik, döşəməsi isə dairəvi olan qayıqdır. Bu qayıqlar 
bir növ yerli qayıqlardan səndalları xatırladır.
 

53 
 
edilsin.  Həmçinin  əmr  edilsin  ki,  orada  tacirlər  üçün  karvansara  tikilsin,  əks 
təqdirdə həm rus və həm də digər tacirlərə böyük zərər dəyə bilər. 
Müqavilənin  6-cı  bəndində  bir  çox  şəhərlərdə,  xüsusilə  Şamaxıda  və 
Nizabad  limanında  rus  tacirlərinin  yerli  hakimlər,  gömrükxana  məmurları  və 
borclarını  verməyən  tacirlər  tərəfindən  sıxışdırılmalarından,  ərizəyə
250
 əsasən 
alınan  gömrüyün  ağırlığından  (hər  tüməndən  1  manat),  şahın  icazəsinə 
baxmayaraq,  Şamaxıda  ipək  alan  rus  tacirlərinin  sıxışdırılmalarından,  Rusiyada 
İran  tacirlərindən  alınan  gömrükdən  fərqli  olaraq  burada  daha  artıq  və  qanunsuz 
gömrük  alınmasından,  Şamaxıda işləyən  Kazan  tatarlarından  şahın  xəzinəsi  üçün 
qanunsuz vergi toplanılmasından bəhs edilirdi
251

A.  P.  Volınskinin  İranın  baş  vəziri  Fətəli  xana  təqdim  etdiyi  təkliflər  21 
bənddən  ibarət  idi.  8-ci  bənddən  21-ci  bəndə  kimi  olan  təkliflər  əsasən  rus 
tacirlərinin sıxışdırılmalarından, onların qarət olunmalarından, verdikləri borclarını 
geri  ala  bilməmələrindən,  habelə  yerli  hakimlər,  tacirlər,  dəllallar  və  dilmanclar 
tərəfindən  edilən  haqsızlıqdan  danışılırdı.  A.  P.  Volınski  bütün  bu  narazılıqların 
qarşısını  almaq  üçün  Səfəvi  dövlətində  rus  tacirlərinin  mənafeyini  qorumaq 
məqsədi  ilə  rus  tacirlərinin  daha  çox  alver  etdikləri  ticarət  mərkəzlərinin  birində 
konsulxana təsis etmək məsələsini irəli sürmüşdü
252

A. P. Volınskinin İran dövlətinə təqdim etdiyi təkliflər hökumət tərəfindən 
közdən  keçirilmiş  və  əsasən  qəbul  olunmuşdur.  Lakin  İran  hökuməti  də  öz 
növbəsində  baş  vəzir  Fətəli  xanın  sədarəti  altında  təkliflərini  hazırlayıb  A.  P. 
Volınskiyə  vermişdir.  Səfir  həmin  təklifləri  özü  qayıtmazdan  əvvəl  Rusiyaya 
göndərmişdir.  Eyni  zamanda  İran  dövləti  Rusiya  ilə  ticarət  əlaqələrini  qaydaya 
salmaq məqsədi ilə lazımi tədbirlər görmüşdür. Bu xüsusda şah on bənddən ibarət 
bir  fərman  vermişdir.  Fərmanın  I,  II  və  III  bəndlərinə  əsasən  Nizabada  gələn  rus 
tacirləri  öz  mallarını  orada  satmaq  istəməsələr  yerli  hakimlər  onları  məcbur 
etməməli,  yüklərini  zorla  açmamalı,  yollarına  davam  etmək  istədikdə  onlara 
karvan tutmaqda və b. hallarda hər cür vasitə ilə kömək etməli, onlardan qanundan 
kənar gömrük almamalı idilər. Həmçinin yerli hakimlərdən tələb olunurdu ki, onlar 
Nizabaddan  Şamaxıya  gedən  rus  ticarət  karvanlarının  silahlı  dəstələrlə  müşayiət 
olunmalarını təmin etsinlər. Həmin dəstələr yol boyu rus tacirlərinə tabe olmalı və 
rusların əmin-amanlığı üçün məsuliyyət daşımalıdırlar. 
Fərmanın  IV  bəndində  Şirvan  bəylərbəyindən  tələb  olunur  ki,  Şamaxıya 
gələn rus tacirlərinə öz mallarını satmaqda maneçilik törətməsin, onların mallarının 
qiymətini  aşağı  salmasın,  zorla  onlardan  pulsuz  mal  almasın.  Rus  tacirləri 
                                                             
250
 Mətndə  «челобитная»  yazılmışdır.  Həmin  sözün  mənası  «yazılı  ərizə»  deməkdir.  Çox  güman  ki, 
həmin ərizə bu və ya digər şəhərə mal aparmaq məqsədi ilə icazə almaq üçün yazılmış ərizələrdən imiş. 
Belə ərizələrdə tacir eyni zamanda özü ilə satmağa apardığı malların siyahısını da yazırdı.
 
251
 V. Ulyanitski. Göstərilən əsəri, II hissə, səh. 202. 
252
 Пункты  предложенные  А.  П.  Волынским  эхтимадевлету  1717г.  Bax:  V.  Ulyanitski.  Göstərilən 
əsəri, II hissə, əlavə 42.
 

54 
 
Şamaxıda sıxışdırıldıqda, təhqir və qarət olunduqda, öz borclarını geri almaq üçün 
məhkəməyə  müraciət  etdikdə  onlardan  dəhyek  (pulun  onda  biri)  alınmasın  və 
onlara hər cür kömək edilsin. 
Fərmanın  V  bəndində  yerli  tacirlərdən  tələb  olunur  ki,  aldıqları  borc  və 
nisyə  malın  dəyərinin  qaytarılması  üçün  vaxt  müəyyən  edilsin.  Əgər  yerli  tacir 
borcunu  vaxtında  qaytara  bilməsə,  1000  tümənə  hər  ay  bir  tümən  faiz  əlavə 
etməlidir. Nisyə alınmış mal xeyli vaxt saxlanıldıqdan sonra yiyəsinə qaytarıldıqda 
tacirə mütləq lazım olan faiz verilməlidir. 
Fərmanın  VI  bəndində  deyilir  ki,  öz  malını  Şamaxıda  və  ya  başqa  yerdə 
satmaq  istəməyən  rus  tacirlərinə  başqa  şəhərlərə  getməyə  icazə  verilməli  və 
onlardan  nə  xərc  və  nə  də  rahdari  alınmalıdır.  Onlar  yalnız  öz  mallarını  satdıqda 
gömrük verməlidirlər. 
Fərmanın VII bəndi rus tacirlərinə Şirvan və Şamaxıdan xam ipək almaqda 
maneçilik  törədilməməsini,  VIII  bəndi  rus  tacirlərinə  çoxlu  ziyan  vuran  yerli 
dilmancların  fırıldaqlarına  son  qoyulmasını, IX  bəndi  başqa  tacirlərə nisbətən rus 
tacirlərindən çox gömrük alma hallarını aradan qaldırmağı və ən nəhayət, X bəndi 
Şamaxıdan  Nizabada  gedən  rus  ticarət  karvanlarının  tacirlərin  hesabına  atlı 
dəstələrlə  müşayiət  olunmalarını,  yolda  oğurlanmış  və  ya  itmiş  rus  mallarının 
tapılıb  tacirə  qaytarılmasını,  dənizdə  baş  verən  tufan  zamanı  Şirvan,  Gilan  və 
Mazandaran sahillərində kənara atılan rus mallarına əl vurulmamasını və yiyələrinə 
qaytarılmasını tələb edirdi
253

Həmin fərmanın surəti bütün ticarət mərkəzlərinə, xüsusilə Şirvan və Gilan 
hakimlərinə  göndərilmiş  və  İranın  Rusiya  ilə  ticarət  müqaviləsi  bağlaması 
haqqında onlara xəbərdarlıq edilmişdir
254

İran şahının fərmanında  əks olan məsələlərin heç biri yersiz deyildi. Qeyd 
edildiyi  kimi,  həqiqətən,  Şamaxıda  rus  tacirləri  İran  məmurları  tərəfindən  çox 
sıxışdırılırdılar
255
.  Lakin  buna  baxmayaraq,  rus  tacirləri  başqa  şəhərlərə  nisbətən 
Şamaxıya daha artıq axışıb gəlirdilər. 
Məhz  elə  buna  görə  də  təsadüfi  deyildir  ki,  A.  P.  Volınski  rus  tacirlərinin 
Şamaxı  bazarına  göstərdikləri  marağı  və  eyni  zamanda  onların  yerli  hakimlər 
tərəfindən sıxışdırılmalarını nəzərə alaraq, rus dövlətinin ilk konsulxanasını başqa 
yerdə  deyil,  Şamaxı  şəhərində  təsis  etmək  məsələsini  qaldırmışdı
256

Konsulxananın əsas vəzifəsi rus tacirlərinin mənafeyini qorumaqdan, onların yerli 
tacirlərlə  olan  mübahisələrini  həll  etməkdən  və  s.  ibarət  olmalı  idi.  Əldə  olan 
                                                             
253
 PSZRİ,  t.  V  (1713-1719  illər.),  SPb,  1830,  səh.  500-503;  V.  Ulyanitski.  Göstərilən  əsəri,  II  hissə, 
əlavə  43;  P.  Butkov.  Göstərilən  əsəri,  səh.  5-6;  А.  Шт ы лко.  Астраханская  торговля  в  старину, 
Астрахань,  1909,  səһ.  25;  С.  Броневский.  Новейшие  географические  и  исторические  известия  о 
Кавказе, II cild, М., 1823, səһ. 200.
 
254
 P. Butkov. Göstərilən əsəri, səh. 5; V. Ulyanitski. Göstərilən əsəri, I hissə, səh. 202. 
255
 A. P. Volınskinin jurnalı, səh. 9. 
256
 V. Ulyanitski. Göstərilən əsəri, I hissə, səh. 203. 

55 
 
sənədlərdən  aydın  olur  ki,  Şamaxıda  konsulxana  təsis  edilməzdən  əvvəl,  tacirlər 
arasında  mübahisə  və  ya  narazılıq  baş  verdikdə  onlar  çox  zaman  dilmancların 
köməyinə  müraciət  edərlərmiş.  V.  Ulyanitski  yazır  ki,  Şamaxıda  və  başqa 
şəhərlərdə tacirlərdən  xüsusi  «dilmanc  pulları»  toplanılırdı
257
.  Lakin  dilmancların 
ticarətin  gedişinə  köməkdən  çox  zərəri  dəyirdi.  Dilmanclar  bir  çox  hallarda 
mübahisələrin  baş  verməsinə  və  həmçinin  tacirlərin  maddi  cəhətdən  zərər 
çəkmələrinə  səbəb  olurdular.  Çünki  dilmanclar  əsasən  yerlilərdən  olduqları  üçün 
çox  zaman  mübahisələri  yerli  tacirlərin  xeyrinə  həll  etməyə  çalışırdılar.  Bəzi 
hallarda  gəlmə  tacirlərdən  bir  neçə  dəfə  «dilmanc  pulu»  alınırdı.  A.  P.  Volınski 
şikayətlənərək yazırdı ki, Şamaxıda «dilmanc pulu» verən tacirlərdən haqsız olaraq 
başqa şəhərlərdə də həmin məbləği alırdılar
258
. Buradan elə bir qənaətə gəlmək olar 
ki, «dilmanc pulu» da rahdari və ya mizan vergiləri ilə yanaşı olaraq dilmancların 
xidmətindən  istifadə  edib-etməmələrindən  asılı  olmayaraq  əcnəbi  tacirlərdən 
mütləq vergi kimi alınarmış. Lakin Şah Soltan Hüseynin 1717-ci ildəki fərmanına 
əsasən  «dilmanc  pulu»-nun  eyni  tacirdən  bir  neçə  dəfə  məcburi  surətdə  alınması 
qadağan edildi
259

Çox  güman  ki,  Şah  Soltan  Hüseyn  həmin  fərmanı  A.  P.  Volınskinin 
şikayətindən sonra vermişdir. Deyilənlərdən aydın olur ki, «dilmanc pulu» əcnəbi 
tacirlərdən  zorakılıqla  alınan  gömrüklərdən  biri  imiş.  A.  P.  Volınski  İsfahandan 
Peterburqa qayıdarkən  uzun müddət  Şamaxıda  olmuşdur. O,  Şamaxı  bəylərbəyisi 
ilə  söhbət  zamanı  demişdir  ki,  şahın  əmrinə  görə  rus  tacirləri  heç  bir  «dilmanc 
pulu» verməməlidirlər. Onlar  ildə 1000 manatdan artıq «dilmanc pulu» verdikləri 
halda, bu işdən zərərdən başqa xeyir görməmişlər
260

Şübhəsiz,  dilmancların  tacirlərə  az  da  olsa  köməyi  dəyirdi.  Onlar  rus, 
Azərbaycan və fars dillərini bilməyən tacirlər arasında vasitəçi olurdular. Lakin rus 
dövləti  dilmancların  fəaliyyətini  qiymətləndirməməkdə,  hər  şeydən  əvvəl,  öz 
mənafeyini güdürdü. Bu da İran dövlətinin vilayətlərində rəsmi konsulxanalar təsis 
etməyə  nail  olmaqdan  ibarət  idi.  Yuxarıda qeyd  edildiyi  kimi,  A.  P.  Volınski rus 
tacirlərinin mənafeyini qorumaq məqsədi ilə İran dövlətinin ərazisində konsulxana 
təsis  etmək  məsələsini  qaldırmışdı.  Uzun  danışıq  və  məktublaşmadan  sonra  Şah 
Soltan Hüseyn 1720-ci ildə konsulxananın təsis olunmasına icazə verdi
261

İndi  qarşıda  konsulxananın  hansı  şəhərdə  təsis  edilməsi  məsələsi  dururdu. 
Azərbaycan  və  İranın  bir  çox  şəhərlərini  gəzmiş  A.  P.  Volınski  ticarət  sahəsində 
Azərbaycan şəhərlərinin üstünlüyünün və rus tacirlərinin Azərbaycanda ticarətdən 
                                                             
257
 Yenə orada. 
258
 A. P. Volınskinin jurnalı, səh. 9. 
259
 Перевод  указов  Шаховых,  которые  действо  имеют  жалованных  для  коммерции  в  Персии, 
оные за печатью шахова (1717), АКАК, т. II, доп. к I тому, Tiflis, səһ. 1089.
 
260
 V.  Ulyanitski. Göstərilən əsəri, I hissə, səh. 203.
 
261
 M. Çulkov. Göstərilən əsəri, səh. 102; А. Штылко. Астраханская торговля в старину, Астрахань, 
1909, səh. 25. 

56 
 
daha çox gəlir əldə etdiklərinin  şahidi olmuşdu. Buna  görə də onlar Şamaxıda və 
ya  Bakıda  yerli  hakimlər  tərəfindən  sıxışdırıldıqları  halda  belə  həmin  şəhərlərlə 
ticarət  əlaqələrini  kəsmək  fikrində  deyildilər.  Əksinə,  Şamaxıya  daşınıb  gələn 
yüksək  keyfiyyətli  Azərbaycan  ipəyi,  Bakı  nefti  və  şəhərin  zəngin  bazarı  xarici 
ölkə tacirlərinin, o cümlədən rusların diqqətini həmişə özünə cəlb edirdi. Odur ki, 
A. P. Volınski konsulxananın  Şamaxı  şəhərində təsis olunmasını təklif etmişdi
262

Şamaxı şəhərinin konsulxana üçün əlverişli olması haqqında A. P. Volınski Xarici 
İşlər Kollekiyasında da məlumat vermişdi
263
. A. P. Volınski, hətta Şamaxıya kimin 
konsul göndərilməsini müəyyənləşdirməyi təklif etmişdi. 
Tezliklə  rus  hökuməti  qvardiya  kapitanı  S.  Baskakovu  konsul  təyin  edib, 
Şamaxıya  göndərmək  üçün  hazırlıq  gördü.  Nəzərdə  tutulan  Şamaxı  konsulxanası 
təkcə  Azərbaycanda  deyil,  eyni  zamanda  İranın  bütün  şəhər  və  vilayətlərində  rus 
tacirlərinə  istiqamət  verməli  və  həmçinin  onların  mənafeyini  qorumalı  idi.  Lakin 
tezliklə İran hökuməti konsulxananın Şamaxı şəhərində təsis olunmasına qəti etiraz 
edərək  bildirdi  ki,  konsulxana  yalnız  İranın  paytaxtı  İsfahanda  yerləşməlidir. 
Əlbəttə, məsələnin şah höküməti tərəfindən belə qoyulması aydın idi. Çox güman 
ki, Şah Soltan Hüseyn rus tacirlərini İsfahan şəhərinə cəlb etmək və burada ticarəti 
canlandırmaq məqsədini güdürdü. Lakin I Pyotr İran dövlətinin təklifinin tamamilə 
əksinə çıxdı və bildirdi ki, konsulxana ilk növbədə tacirlərin mənafeyini qorumaq 
üçün lazımdır, rus tacirlərinin əksəriyyəti isə Şamaxı şəhərində ticarət edir, odur ki, 
konsulxana elə şəhərdə təsis olunmalıdır ki, orada qızğın ticarət getmiş olsun. 
Uzun  danışıqlardan  sonra  İran  dövləti  ilə  Rusiya  belə  qənaətə  gəldilər  ki, 
İsfahan  paytaxt  olduğu  üçün  konsulxana  da  orada  yerləşdirilsin,  Şamaxıda  isə 
həmin konsulun müavini otursun
264

İran  dövlətinin  paytaxtı  İsfahana  ilk  rus  konsulu  Semyon  Abramovu, 
Şamaxıya  isə  konsul  müavini  və  ya  konsulun  canişini  adı  ilə  A.  Baskakovu 
göndərmək  qərara  alındı.  Bu  münasibətlə  Xarici  İşlər  Kollegiyası  1720-ci  il 
dekabrın  21-də  İran  dövlətinə  xüsusi  məktub  göndərdi.  Həmin  məktubun 
Azərbaycana  aid  olan hissəsində  deyilirdi  ki, rus  tacirləri əsas  etibarilə  Şamaxıda 
ticarət edirlər, lakin rus dövlətinin nümayəndəsi olmadığından orada bir çox qayda-
qanunsuzluq  baş  verir,  buna  görə  tacirlərimiz,  Şamaxı  ticarətini  idarə  etmək  və 
tacirlərin  mənafeyini  qorumaq  üçün  tacir  Aleksey  Baskakovu  konsul  Abramovun 
canişini seçmişlər. A. Baskakov baş verən hər bir mübahisəli məsələni həll etmək 
üçün  bəylərbəyi  və  ya  digər  yerli hakimlərin köməyinə müraciət  etməli,  onlar  da 
bu işdə ədalətli olmalıdırlar. Lakin o, yerli hakimlərdən kömək ala bilməsə, məktub 
vasitəsi  ilə  bu  barədə  İsfahandakı  konsul  S.  Abramova  məlumat  verməlidir.  S. 
                                                             
262
 V. Ulyanitski. Göstərilən əsəri, II hissə, əlavə 43. 
263
 V. Ulyanitski. Göstərilən əsəri, I hissə, səh. 205. 
264
 V. Ulyanitski. Göstərilən əsəri, I hissə, səh. 205; V. Komarov. Göstərilən əsəri, səh. 553.
 

57 
 
Abramov da öz növbəsində şahın hüzurunda məsələ qaldırmalı və həmin məsələnin 
həllinə nail olmalıdır. 
A. Baskakovun - rus ordusunun qvardiya kapitanının bir  tacir kimi qələmə 
verilməsi və onun Şamaxıya konsul müavini təyin edilməsi bir qədər dəqiqlik tələb 
edir. Qvardiya kapitanı A. Baskakovun tacir adı ilə konsul müavini və ya canişini 
«seçilməsi» ticarətdən çox siyasi məqsəd daşıyırdı. Məsələ burasındadır ki, 1718-ci 
ildə üçillik səfərdən qayıdan A. P. Volınskinin topladığı məlumatlar I Pyotra Xəzər 
boyu  əyalətləri  asanlıqla  zəbt  edə  biləcəyinə  böyük  ümidlər  verirdi
265
.  Odur  ki,  I 
Pyotr  nəzərdə  tutduğu  yürüşə  hazırlıq  münasibəti  ilə  bir  sıra  tədbirlər  həyata 
keçirirdi. Bu tədbirlərdən biri də cənuba gedən yolların ordunun gedişi üçün rahat 
olub-olmadığını müəyyən  etməkdən ibarət  idi.  Bunu  bir  çox  tarixi  sənədlər  —  A. 
Baskakov  Şamaxıya  gələrkən  onu  müşayiət  edənlərin  arasında  dörd  nəfər 
geodezistin olması
266
 həmçinin I Pyotrun Həştərxana qubernator təyin edilmiş
267
 A. 
P. Volınskiyə verdiyi  əmr bir daha  sübut edir. Əmrdə deyilirdi: «Konsul müavini 
vəzifəsinə  elə  zabit  seçilməlidir  ki,  quru  yolla  Şamaxıya  gedib  geri  qayıtdıqda 
yolların ordunun hərəkəti üçün nə dərəcədə rahat olub-olmadığını öyrənə bilsin və 
eyni zamanda Şamaxıda tacir adı ilə yaşayanları nəzərdən keçirsin»
268

A.  Baskakovun  özünə  verilmiş  məxfi  təlimatdan  da  eyni  qənaətə  gəlmək 
olar.  «Terekdən  Şamaxıya  və  oradan  da  Abşeron  və  Gilana  gedən  yollar 
öyrənilməli  və  ordunun  hərəkəti  üçün  rahat  olub-olmaması  müəyyən  edilməlidir. 
Yerlərdəki vəziyyətlə də yaxından tanış olmaq lazımdır»
269

Həmin  məsələlərin  öyrənilməsi  rus  dövləti  üçün  böyük  siyasi  əhəmiyyət 
kəsb  edirdi.  Rus  dövləti  hər  cür  vasitə  ilə  türklərin  Zaqafqaziyanı  ələ  keçirmək 
təhlükəsinin qarşısını almağa çalışırdı. Deməli, A. Baskakov Şamaxı şəhərinə eyni 
zamanda bir hərbi kəşfiyyatçı kimi də göndərilmişdi. Lakin I Pyotr bu məsələni hər 
cür vasitə ilə pərdələməyə çalışırdı. Bunu A. Baskakovun Şamaxıya ezam edilməsi 
haqqında I Pyotrun Şah Soltan Hüseynə göndərdiyi məktubundan müəyyən etmək 
olar. Məktubda deyilir ki, A. P. Volınski  ilə  Etimad-üd-Dövlə  arasında  aparılan 
danışıqlara  əsasən  Şamaxıya  «ticarətdə  mahir  olan  Aleksey  Baskakov» 
göndərilir
270

A. Baskakovun Şamaxıya ezam edilməsi haqqında Şirvan bəylərbəyisinə də 
müvafiq  məktub  göndərilmişdi.  Məktubun  müəllifi  olan  kansler  qraf  Q.  İ. 
                                                             
265
 Д. Корсаков. А. П. Волынский (Биографический очерк), «Древняя и новая Россия», т.  I, 1877, 
səһ. 84. 
266
 ЦГАДА, кабинет Петра I, отд. I, кн. 30, vərəq 125-126. 
267
 D. Korsakov. Göstərilən əsəri, səh. 85-89. 
268
 V. Ulyanitski. Göstərilən əsəri, I hissə, səh. 209.
 
269
 Yenə orada, səh. 210; S. Solovyov. Göstərilən əsəri, səh. 35. 
270
 Грамота  от  царского  величества  к  шаху  персидскому.  Bax:  V.  Ulyanitski.  Göstərilən    əsəri,  II 
hissə,  əlavə  44;  М.  Çulkov.  Göstərilən  əsəri,  səһ.103,  113;  А.  Ştılkо.  Göstərilən  əsəri,  səһ.  25; 
ЦГАДА, кабинет Петра Великого, отд. I, кн. 30, vərəq 125-126. 

58 
 
Qolovkin  də  yerli  hakimlərdən  A.  Baskakova  müstəqillik  verməyi  tələb  etmiş  və 
A. Baskakovun Şamaxıya yalnız ticarət xatirinə gəlməsini göstərmişdir
271

Beləliklə,  qeyd  etmək  lazımdır  ki,  A.  Baskakovun  Şamaxı  şəhərinə 
göndərilməsi  bir  daha  Şamaxının  zəngin  ticarət  şəhəri  olmasını  və  həmçinin 
Rusiyanın  Azərbaycanda  öz  ticarət  əməliyyatını  möhkəmlətmək  məqsədini 
güddüyünü,  XVIII  əsrin  birinci  yarısında  bir  çox  tarixçilərin  «rus—  İran ticarəti» 
dedikdə bu ticarətdə əsas yerlərdən birini Azərbaycan şəhərlərinin tutmasını və rus    
tacirlərinin  əsasən  Azərbaycanda  məskən  salmasını  sübut  edən  təkzibedilməz 
dəlillərdən biridir. Heç də təsadüfi deyildir ki, A. P. Volınski və I Pyotrun kabinəsi 
«rus—İran  ticarətini»  qaydaya  salmaq  məqsədi  ilə  konsulxananın  məhz  Şamaxı 
şəhərində  təsis  olunmasını  təkid  edirdilər.  Maraqlı  burasıdır  ki,  hətta  İsfahana    
konsul  göndərilən  S.  Abramova  verilən  təlimatın  bir  çox  bəndləri  də  Şamaxıdan 
bəhs  edirdi.  S.  Abramova  tapşırılmışdı  ki,  Şamaxıdakı  konsul  müavinin  işinə 
daima nəzarət etsin, onunla mütəmadi surətdə məktublaşsın
272
, bir çox şəhərlərdən, 
o  cümlədən  Şamaxıdan  Türkiyəyə  aparılan  ipəyin  hamısının  Rusiyaya 
göndərilməsinə nail olsun və həmin tacirlərə bildirsin ki, rus dövləti onlara gömrük 
və s. barədə xeyli güzəştə hazırdır
273

Şamaxıya  göndərilən  konsul  müavini  A.  Baskakova  aşağıdakı  məzmunda 
təlimat verilmişdi: 1. Şamaxı və Nizabadda işə başlayan zaman  özünü İranda olan 
başqa ölkələrin tam hüquqlu konsulları kimi aparmalı və imperatorun hakimiyyəti 
və  gücünə  arxalanaraq  rus  təbəələrinin  mənafeyini  qorumalı;  2.  Şamaxıda  hansı 
Qərbi Avropa tacirlərinin ticarət etdiklərini, oraya nə kimi mallar gətirdiklərini və 
hansı yollarla gətirdiklərini öyrənməli; 3. Öz mallarını Türkiyə torpaqlarına aparıb 
satan tacirləri Rusiya bazarlarına cəlb etməli və bildirməli ki, Rusiyaya gedən yol 
qısa,  rahat  və  ucuz  başa  gəlir,  rus  dövləti  gömrük  barəsində  xeyli  güzəştə 
gedəcəkdir;  4.  Ölkədə  işlədilən  pullar,  çəki  və  ölçü  vahidləri  haqqında  məlumat 
toplayıb,  ticarət    kollegiyasına  verməli;  5.  İsfahandakı  konsul  S.  Abramov  ilə 
müntəzəm  surətdə  məktub  vasitəsi  ilə  əlaqə  saxlamalı;  6.  Rus  təbəələri  ilə  yerli 
tacirlər  arasında  baş  verən  mübahisələri  ədalətlə  həll  etməli;  7.  Konsul  müavini 
mübahisəli mühüm bir məsələni həll etməzdən əvvəl rus tacirlərinin Şamaxıda və 
Nizabadda  olan  başçılarını  toplamalı,  sonra  isə  məsələni  əksəriyyətin  nəfinə  həll 
etməlidir,  mübahisə  edənlər  konsul  müavini  daxil  olmaqla,  müzakirədə  iştirak 
etməlidirlər;  8.  İsfahandakı  konsul  öldükdə  onu  Şamaxıda  yaşayan  müavini  əvəz 
etməlidir;  9.  Əgər  Şamaxıdakı  konsul  müavini  ölərsə,  onu  adlı-sanlı  rus  
tacirlərindən iki nəfəri müvəqqəti əvəz edib, bu barədə ticarət kollegiyasına xəbər    
verməlidir;  10.  Nizabada    rus  dövlətinin  gəmiləri  yanaşdıqda  konsul  müavini 
özünü  Nizabada  yetirməli  və  gəmilərin  boşaldılması  və  ya  yüklənməsinə  şəxsən 
                                                             
271
Письмо  Шемахинскому  хану  от  канцлера  гр.  Головкина  о  консуле  Баскакове.  Bax:  V. 
Ulyanitski. Göstərilən əsəri, II hissə, əlavə 44; M. Çulkov. Göstərilən əsəri, səh. 105. 
272
 M. Çulkov. Göstərilən əsəri, səh. 107; V. Ulyanitski. Göstərilən əsəri, II hissə, əlavə 45. 
273
 M. Çulkov. Göstərilən əsəri, səh. 208. 

59 
 
nəzarət etməlidir. Əgər konsul özü gələ bilməzsə, bu iş üçün iki nəfər və ya daha 
çox  etibarlı  tacirlərdən  göndərə  bilər:  11.  Gəmilərin  yüklənməsi  və  ya 
boşaldılmasını  asanlaşdırmaq  məqsədi  ilə  Nizabadda  çoxlu  miqdarda  yastı 
oturacaqlı qayıqlar saxlanılmalıdır və s. 
L.  Baskakova  verilən  təlimat  21  bəiddən  ibarət  idi.  Lakin  yerdə  qalan 
bəndlərdə 
ümumi  məsələlərdən  bəhs  edildiyi  üçün  onun  üzərində 
dayanılmayacaqdır
274

İstər  S.  Abramov  və  istərsə  də  A.  Baskakova  verilən  təlimatların 
məzmunlarından  belə  bir  qənaətə  gəlmək  olar  ki,  Rusiya  konsul  və  konsul 
müavininin vasitəsi ilə özünun ticarət sahəsindəki Şərq siyasətini həyata keçirməyə 
can  atırdı
275
.  Konsulxana  nümayəndələri  Azərbaycan  və  İranın  təsərrüfat 
xüsusiyyətini  yaxından  öyrənməli,  Səfəvi  dövlətinin  xarici  ölkələrlə  İran  körfəzi 
vasitəsi  ilə  və  eləcə  də  Türkiyə  ilə  olan  ticarət  əlaqələrinin  Xəzər  dənizinə 
köçürülməsinə nail olmalı idilər. 
Beləliklə,  Rusiya  Avropa  ilə  Şərq  ölkələri  arasında  aparılan  ticarətdə  bir 
vasitəçi kimi çıxış etməyə çalışırdı. Bunun isə, göstərildiyi kimi, Rusiya üçün həm 
böyük  təsərrüfat  və  həm  də  siyasi  əhəmiyyəti  vardı:  bir  tərəfdən  Şərq  ilə  Qərb 
arasında  aparılan  ticarətin  sayəsində  Rusiyanın  daxili  bazarları  zənginləşəcək,    
gömrükxananın  gəliri  artacaq,  digər  tərəfdən  isə  Qərbi  Avropa  və  Şərq  ölkələri 
tranzit ticarəti sayəsində Rusiyadan asılı vəziyyətdə qalacaqdılar. Məhz buna görə 
də I Pyotr nəyin bahasına olursa-olsun Xəzər dənizi vasitəsi ilə aparılan ticarəti ələ 
keçirmək  və  sahil  boyu  şəhərlərdə  möhkəmlənmək  siyasətini  yürüdürdü.  Lakin  I 
Pyotr beynəlxalq vəziyyət ilə əlaqədar olaraq hələlik açıq siyasət yürüdə bilmirdi. 
Lakin bu ona heç də Xəzər dənizinin sahillərini öyrənməyə mane olmurdu. 1717-ci 
ildə  I  Pyotrun  təklifinə  görə  donanma  poruçiki  fon  Verden
276
 və  1719-cu  ildə  isə   
leytenant  F.  Soymonov  Xəzər  dənizinin  limanlarını,  körfəzlərini,  sahillərini  və 
habelə Xəzərə axan çayların xüsusiyyətlərini öyrənmək məqsədi ilə ekspedisiyaya 
çıxdılar. İmperatorun əmrinə görə bu ekspedisiyaların yığdığı məlumatlara əsasən 
Xəzər  dənizinin  mükəmməl  xəritəsi  tərtib  olunmalı  idi.  Nəhayət,  1721-ci  ildə 
nəzərdə tutulan xəritə hazır oldu
277
 F. Soymonov və fon Verdenə Xəzər sahillərini 
                                                             
274
 Инструкция  данная  из  Государственной  коммерц-коллегии  определенному  в  Шемахию  и  в 
Низовую вице-консулу Алексею Баскакову. Bax: V. Ulyanitski. Göstərilən əsəri, II hissə, əlavə 45; 
M. Çulkov. Göstərilən əsəri, səh. 113-120. 
275
 P. Butkov. Göstərilən əsəri, I cild, səh. 6. 
276
 V.  Komarov. Göstərilən əsəri, səh. 564. 
277
 В.  Могутов.  Редкое  и  достопамятное  известие,  о  выбывшей  из  России  в  Великую  Татарию 
экспедиции под именем посольства. СПб, 1777, səһ. 40; А. Соколов. Астрахань, о ее прошлом и 
настоящем, ЖМВД, т.  XII,  СПб, 1845,  səһ. 62:  А.  Штылко.  Волжско-Каспийское  судоходство в 
старину,  СПб,  1896,  səһ.  35;  P.  Butkov.  Göstərilən  əsəri,  1  cild,  səһ.  6;  А.  P.  Volınskinin  verdiyi 
məlumata  görə, I Pyotr  Xəzər  dənizinin  xəritəsini  çəkməyi hələ o, 1715-ci ildə İrana  yola  düşməzdən 
əvvəl  bir  neçə  dənizçi  zabitlərə  tapşırmışdı.  Bax:  Оправдание  о  персидском  деле.  См.:  Чтение  в 
императорском  обшестве  истории  и  древностей  российских  при  Московском  Университете,  в 

60 
 
öyrənmək  kimi  əsas  məsələdən  başqa,  ticarət  məsələləri  ilə  də  yaxından  tanış 
olmaq tapşırılmışdı. Məhz buna görə də onlar, xüsusilə F. Soymonov Azərbaycana 
və  İrana  mal  aparan  tacirlərlə  söhbət  etmiş  və  onlardan  müəyyən  məlumat 
toplamışdı.  Rus  tacirlərinin  əksəriyyəti  İranda  ticarət  edən  tacirlər  üçün  şirkət 
yaradılmasını təklif  etmişdir. Onların fikrincə, əsas şirkət Həştərxanda yerləşməli, 
İsfahanda,  Tiflisdə,  Şamaxıda,  Astrabadda  və  Rəştdə  isə  bu  şirkətin  filialları 
açılmalıdır. Rus tacirləri həmçinin təklif etmişlər ki, İrana əsas etibarilə buğda unu 
və mahud aparılmalı, oradan isə ipək, pambıq və düyü gətirilməlidir. 
F.  Soymonovun  fikrincə,  Xəzər  dənizində  mal  daşınması  üçün  ən  əlverişli 
nəqliyyat  vasitəsi  uzunluğu  60-70  fut  olan  qukar
278
 və  qaliot
279
 tipli  gəmilər 
olmalıdır. Nizabad limanı isə belə gəmilər üçün yararlı deyildir. Məhz buna  görə 
də o, təklif etmişdir ki, Kür çayının ağzında yeni ticarət limanı salınsın və beləliklə, 
Kür çayı bütün Şirvanın və eləcə də  Gürcüstanın ticarət arteriyasına çevrilsin.  Kür 
çayı vasitəsi  ilə Xəzər dənizinə  axışıb gələn ticarət malları gəmilərlə Volqa çayı 
vasitəsi  ilə  Rusiyaya,  oradan  isə  Qərbi  Avropa  bazarlarına  çıxarılmalı  idi.  F. 
Soymonovun  fikrincə,  Ənzəli  İranla  ticarətdə  ikinci  dərəcəli liman  olmalı idi
280
.  I 
Pyotr eyni zamanda Astrabadı ələ keçirdikdən sonra Hindistan ilə də normal ticarət 
ələqələri yaratmağı nəzərdə tutmuşdu
281
. Rus dövləti Kür çayının ağzında salınacaq 
limanı  tədricən  Rusiyanın  bütün  Şərq  ölkələri  ilə  apardığı  ticarətin  düyüm 
nöqtəsinə çevirməyi qərara almışdı
282

Rusiya hökuməti 1717-ci ildə İran ilə bağladığı ticarət müqaviləsinə böyük 
ümidlər bəsləyirdi. Lakin müqavilənin hər iki dövlət tərəfindən təsdiq olunmasına 
baxmayaraq,  bu,  Rusiyanın  gözlədiyi  nəticəni  vermədi;  əvvələn,  müqavilədə  I 
Pyotrun  tələb  etdiyi  əsas  məsələ,  yəni  Culfa  ticarət  şirkəti  üzvlərinin  İran  və 
Azərbaycanda  əldə  etdikləri  xam  ipəyi  ya  Rusiyaya  satmalı  və  ya  xaricə  yalnız 
Rusiyanın  ərazisindən  aparmaları  haqqındakı  tələb  şah  tərəfindən  qəbul 
edilməmişdi.  Şah  bildirmişdi  ki,  tacirlər  öz  mallarını  istədikləri  yerə  də 
aparmalıdırlar, bu onların şəxsi mənafeyindən asılıdır
283

Culfalıların  Aralıq  dənizi  tərəfə  meyl  göstərmələrinə  səbəb  onların  Qərbi 
Avropa  mallarını,  xüsusilə mahudun  bilavasitə avropalı  tacirlərdən nisbətən  ucuz 
qiymətə  almalarından  irəli  gəlirdi.  Həştərxanda  isə  onlar  həmin  malları  rus 
tacirlərindən  baha  qiymətə  almalı  olurdular.  Digər  tərəfdən  İran  hökuməti  rus 
                                                                                                                                             
статье «Дело Салитеева, Архимандрита Казанского монастыря», кн. 3, М., 1868, səһ. 111.
 
278
 Qukar (hollandca hoeker) iki dor ağacı, enli burnu və dal tərəfi dairəvi olan ticarət gəmisidir.
 
279
 Qaliot (italyanca  galeotta) çox da böyük olmayan iki dor ağaclı və iti burunlu ticarət gəmisidir. 
280
 Ф. Л. Соймонов. Описание Каспийского моря... яко часть истории государя императора Петра 
Великого, СПб, 1763, сəһ. 333—337; A. Bakıxanov. Göstərilən əsəri, səh. 106.
 
281
 A. Bakıxanov. Göstərilən əsəri, səh. 106. 
282
 N. Q. Kukanova. Göstərilən əsəri, səh. 247.
 
283
 V.  Ulyanitski. Göstərilən əsəri, II hissə, əlavə 42. 

61 
 
gəmilərinə  Nizabaddan  başqa,  digər  bir  limanda  daldalanmağa icazə  vermirdi.  Bu 
isə ticarətin genişlənməsinə xeyli maneçilik törədirdi. 
Yeri  gəlmişkən  qeyd  etmək  lazımdır  ki,  1717-ci  il  müqavilənaməsinin 
maddələrinin  həyata  keçirilməsinə  şah  özü  razılıq  versəydi  də,  Səfəvi  dövlətində 
baş  verən  hərc-mərclik  onsuz  da  buna  mane  olacaqdı.  Beləliklə,  Rusiya  ilə  İran 
arasında bağlanılmış ilk ticarət müqaviləsi yalnız kağız üzərində qaldı. 
Qeyd  edildiyi  kimi,  I  Pyotr  cənuba  doğru  yürüşə  elə  A.  P.  Volınski 
İsfahandan  qayıtdıqdan  sonra  hazırlıq  görməyə  başlamışdı.  Bununla  əlaqədar 
olaraq o, A. P. Volınskini Həştərxan quberniyasının qubernatoru təyin etmişdi. P. 
Butkov  I  Pyotrun  yürüşünün  əsil  mahiyyətinə  varmadan  yazır  ki,  A.  P.  Volınski 
«Rus sərhədlərinin əmin-amanlığı üçün»
284
 tədbirlər görmüş və məhz bu məqsədlə 
də tezliklə yürüşə başlamağı təklif etmişdir. 
Lakin qeyd etmək lazımdır ki, P. Butkovun müddəaları birtərəflidir. Çünki I 
Pyotru cənuba doğru yürüşə başlamağa sövq edən bir neçə başqa səbəb var idi. 
I  Pyotr  əfqan  qəbilələrinin  İrana  soxulmasını,  Şamaxı  şəhərində  rus 
tacirlərinin  mallarının  qarət  edilməsini,  Səfəvi  dövlətini  bürümüş  üsyanları 
yatırmağı  bəhanə  edərək  yürüşə  başladı.  Türklər  də  bu  zaman  Zaqafqaziyanı  ələ 
keçirməyə  çalışırdılar
285
.  Türklərin  Zaqafqaziyanı  tutmaları  və  Xəzər  dənizinə 
gəmi  salmaları  Rusiyanın  Şərq ticarətinə  və  cənub  sərhədlərinin  əmin-amanlığına 
ağır  zərbə  endirə  bilərdi.  Belə  şəraitdə  I  Pyotrun  yürüşə  başlaması  Rusiyanın 
mənafeyinə  tamamilə  uyğun  gəlirdi
286
.  Bu  yürüşün  Rusiya  dövləti  üçün  böyük 
iqtisadi  əhəmiyyəti  var  idi.  I  Pyotrun  fikrincə,  cənuba  doğru  yürüş  etməklə  o, 
Rusiyanın mövqeyinin Xəzər dənizinin qərb sahillərində möhkəmlənməsinə, Xəzər 
boyu  əyalətlərdə  yetişdirilən  ipəyin  hamısının  Rusiyaya  daşınmasına,  həmçinin 
oradakı təbii sərvətləri ələ keçirməyə nail olacaqdı, çünki Rusiyada artmaqda olan 
sənayeni,  xüsusilə  toxuculuq  sənayesini  inkişaf  etdirmək  üçün  ölkə  daxilində 
kifayət  qədər  xammal  yox  idi.  Xəzər  boyu  əyalətlər,  xüsusilə  Azərbaycan  zəruri 
xammal  ilə  zəngin  idi.  Rusiyanın  inkişaf  etməkdə  olan  ipəkçilik  və  başqa 
sənayesinin  Azərbaycan  ipəyinə,  faydalı  xammalına  böyük  ehtiyacı  var  idi.  Buna 
görə  də  I  Pyotr  ilk  növbədə  xammal  ilə  zəngin  olan  əyalətləri  ələ  keçirmək  və 
həmin  yerlərin  sərvətinə  sahib  olmaq  məqsədini  güdürdü.  I  Pyotr  eyni  zamanda 
Xəzərin əsas limanlarını ələ keçirməklə dəniz ticarətində yeganə hakim olmağa can 
atırdı.  Bu  cəhətdən  Fransanın  Peterburqdakı  səfiri  de  Kampredonun  öz  kralına 
yazdığı  məktub  çox  maraqlıdır
287
.  Pyotrun  zənnincə,  o,  Xəzər  dənizində  aparılan 
bütün  ticarəti  ələ  keçirəcək  və  bu  ticarətdən  külli  miqdarda  gəlir  əldə  edə 
biləcəkdir
288

                                                             
284
 P.  Butkov. Göstərilən əsəri, I cild, səh. 6. 
285
 Yenə orada. 
286
 Ф. Ф. Веселаго. Очерки о русской морской истории, т. I, СПб, 1875, səh. 375. 
287
 СИРИО, т. 49, СПб, сəһ. 384 
288
 С. Идаров. Значение Индии в политике России. «Руский вестник», кН. 6, 1884, səh. 487-553.
 

62 
 
I  Pyotr  Xəzər  boyu  əyalətlərə  sahib  olduqdan  sonra  buranın  sərvətindən 
həm  ölkənin  daxilində  istifadə  etməyi  və həm  də  xarici  bazara  çıxarmağı nəzərdə 
tutmuşdu
289

I  Pyotrun  Xəzər  boyu  əyalətlərin,  xüsusilə  Azərbaycanın  xammal  və  təbii 
sərvətinə  böyük  maraq  göstərməsini  yürüş  başa  çatdırılandan  sonra  gördüyü 
tədbirlər bir daha sübut edir. Rus qoşunları Xəzər boyu əyalətləri tutduqdan sonra I 
Pyotr  təbii  sərvətlərdən  ilk  növbədə  mis  yataqlarının  kəşf  edilməsi  göstərişini 
vermişdi
290
.  Pyotrun  bu  barədəki  fikrini  bilən  Qarabağ  erməniləri  ona  Qarabağda 
gümüş,  mis,  qurğuşun  və  dəmir  filizinin  mövcud  olması  haqqında  məlumat 
vermişdilər
291
.  I  Pyotr  Xəzər  dənizinin  sahillərini  zəbt  edən  rus  qoşunlarının 
komandanı,  briqada  generalı  Levaşova  bildirmişdi  ki,  konsul  S.  Abramovun  və 
İran  səfiri  İsmayıl  bəyin  verdiyi  məlumata  görə,  bir  çox  şəhərlərin  ətrafında, 
xüsusən  Ərdəbildə  külli  miqdarda  faydalı  qazıntılar,  o  cümlədən  qurğuşun 
yataqları vardır. Onu axtarmaq və istismar etmək lazımdır
292

A. P. Volınskinin dəstələrinin üzvlərindən olan  C. Belin verdiyi  məlumata 
görə, Təbriz ətrafı mərmərə bənzər ağ daşlarla zəngin idi. Bu daşların tikinti üçün 
yararlı olub-olmamasını yoxlamaq üçün hələ 1720-ci ildə Həştərxan qubernatoruna 
təklif  edilmişdi  ki,  Təbrizə  adam  göndərib,  həmin  daşların  xüsusiyyətini 
öyrənsin
293
,  Rus  qoşunları  Xəzər  sahillərini  ələ  keçirdikdən  sonra  Levaşov 
Peterburqa Təbriz daşı göndərmişdi. Bu daş adi mərmərdən heç də seçilmirdi
294

Xəzər  boyu  əyalətlərin  faydalı  qazıntıları  arasında  ən  mühüm  yerlərdən 
birini  neft  tuturdu.  II  fəsildə  neftdən  bir  qədər  ətraflı  məlumat  verilmişdir.  Lakin 
yeri  gəlmişkən  qeyd  etmək  lazımdır  ki,  rus  qoşunları  1723-cü  ildə  Matyuşkinin 
başçılığı  altında  Bakını  aldıqda  Bakıdan  10-20  verstlik  bir  məsafədə  88  neft 
quyusu  və  53  neft  anbarına  təsadüf  etmişdilər
295
.  Peterburqa qayıtmaq  ərəfəsində 
olan Matyuşkin sentyabr ayında I Pyotrdan bir məktub almışdı. Həmin məktubda I 
Pyotr yazır: «Əmr et ki, Bakıdan ağ neft toplasınlar, onu ya  göndər və ya özünlə 
gələndə gətir
296

                                                             
289
 Инструкция  бригадиру  Левашову  об  управлении  новоприобротенных  от  Персии  провинции 
по Каспийскомү морю, ПСЗРИ, т VII (1723-1727 гг), СПб,  1830, səһ.114.
 
290
 V.  Komarov. Göstərilən əsəri, səh. 606. 
291
 A. Ezov. Göstorilən əsəri, səh. 379. 
292
 Письма  и  указы  государей:  ...В.  Левашову.  Göstərilən  əsəri,  səһ.  21;  Инструкция  бригадиру 
Левашову  об  управлении  новоприобретенных  от  Персии  провинции,  по  Каспийскому  морю, 
ПСЗРИ, т. VII (1723-1727 гг ) СПб, 1830, səһ.114. 
293
 C. Bel. Göstərilən əsəri, səh. 71. 
294
 V. Lıssov. Göstərilən əsəri, səh. 18. 
 
295
 Yenə orada, səh. 22. 
296
 Инструкция, когда даст бог Баку возьмем, что чинит. Bax:  V. Komarov. Göstərilən əsəri, əlavə, 
səh. 604. 

63 
 
Matyuşkin  yenidən  Peterburqdan  Xəzər  boyu  əyalətlərə  qayıdarkən  Pyotr 
ona  ikinci  dəfə  tövsiyə  etmişdir  ki,  «min  pud  və  ya  mümkün  qədər  ağ  neft 
göndərsin»
297

Neftin  Rusiyaya  göndərilməsini  və  I  Pyotrun  yenidən  «nə  qədər 
mümkünsə»  neft  istəməsi  artıq  o  zaman  Rusiyada  Bakı  neftinə  ehtiyac  hiss 
olunduğunu göstərir. 
I  Pyotrun  dövründə  Rusiyada  inkişaf  edən  sənaye  sahələrindən  biri  də 
kükürd  istehsalı idi.  Lakin  bu  sənaye  üçün  əsas  xammal  olan  şora artmaqda  olan 
tələbatı  lazımınca  ödəmirdi.  Məhz  buna  görə  də  I  Pyotr  Levaşova  verdiyi 
göstərişlərin  birində  əldə  edilmiş  Xəzər  boyu  əyalətlərində  eyni  zamanda  şora 
yataqları üçün kəşfiyyat aparmağı tapşırmışdı
298

I  Pyotrun  hakimiyyəti  illərində  Rusiyanın  toxuculuq  sənayesində  ipəkçilik 
olduqca zəif inkişaf etmişdi. Kustar karxanalarda toxunulan ipək məmulatı heç də 
rus  dvoryan  və  zadəganlarının  ehtiyacını  ödəmirdi
299
.  Avropadan  alınan  ipək  isə 
Rusiya üçün çox baha başa gəlirdi
300

Ölkə daxilində  ipəyə  olan  ehtiyacı  ödəmək  və  bu  sahədə Rusiyanın  xarici 
ölkələrdən  asılılığını  ləğv  etmək  məqsədi  ilə  I  Pyotr  Rusiyada  ipək  manufaktur 
sənayesi  yaratmaq  təşəbbüsünü  irəli  sürmüşdü.  Bu  məqsədlə  o,  ilk  növbədə 
Rusiyaya  xaricdən  toxunulmuş  parçaların  gətirilməsini  qadağan  etmiş,  hətta 
Rusiyada  ipəkçiliyin  inkişaf  etdirilməsi  üçün  geniş  imkanlar  yaradıb,  bir  sıra 
güzəştlərə də getmişdi
301
. Hətta belə məlumat vardır ki, I Pyotr Ukrayna, Həştərxan 
və digər cənub şəhərlərdə tut ağaclarının əkilməsi, baramaçılığın inkişaf etdirilməsi 
əmrini  vermişdi.  1725-ci ildə  Matyuşkin  Peterburqa  bildirir  ki,  Bakıdan  tutulmuş 
«şübhəli» adamlardan Sadıq Şirbət və onun 30 nəfər «yoldaşı» mahir ipəkçidirlər. 
Əgər  etiraz  edilməzsə,  onları  ipəkçiliyi  inkişaf  etdirmək  üçün  Ukraynaya 
göndərmək olar
302
.  Lakin  Matyuşkinin  təşəbbüsünün nə  yerdə  qaldığı  barədə hələ 
heç bir məlumat əldə edilməmişdir. 
I  Pyotrun  ipəkçiliyə  verdiyi  qiyməti  bununla  izah  etmək  olar  ki,  o,  tut 
ağaclarını  xarab  edən  və  ya  qıranlara  ölüm  cəzası  verilməsini  əmr  etmişdi
303

Dövlət  tərəfindən  ipəkçiliyin  inkişafı  üçün  şərait  yaradılmasına  baxmayaraq, 
Rusiyanın  sərt  iqlimi  buna  mane  oldu.  Terek  rayonlarında  yetişdirilən  ipək  isə 
keyfiyyətcə  Xəzər  boyu  əyalətlərindən  gətirilən  ipəkdən  xeyli  aşağı  idi
304
.  I 
Pyotrun  tədbirləri  və  göstərişləri  ipəkçiliyin  Rusiya  sənayesi  və  zadəganları  üçün 
                                                             
297
 Yenə orada, səh. 606. 
298
 PSZRİ, t. VII, səh. 114. 
299
 П.  Любомиров.  Очерки  по  русской  промышленности,  М.,  1947,  səh.  110-111;    P.  Lıssov. 
Göstərilən əsəri, səh. 26. 
300
 О позволении вывозе парчу из Европейских Государств, ПСЗРИ, т. V, səһ. 694. 
301
 Заботы Петра Великого о щелководстве, «Русский вестник», т. 100, 1872, səһ. 472.
 
302
 АВПР, ф. Сношения России с Персией, siyahı 77/1, iş 5 (1725), vərəq 359.
 
303
 Заботы Петра Великого о шелководстве, səһ. 472. 
304
 И. Крылов. Цветущее состояние Всероссийского государства, СПб, 1876, səһ. 32.  

64 
 
nə  qədər  əhəmiyyətli  olduğunu  sübut  edən  dəlillərdəndir.  I  Pyotrun  Rusiyanın 
cənub rayonlarında baramaçılığı inkişaf etdirmək haqqında gördüyü tədbirlər boşa 
çıxdı.  Əvvəllərdə  olduğu  kimi  Rusiyanın  ipəkçilik  sənayesi  bilavasitə  xaricdən 
gətirilən xammaldan asılı vəziyyətdə qaldı. Məhz buna görə də təsadüfi deyildir ki, 
I  Pyotr  Xəzər  boyu  əyalətlərə  yürüşə  hazırlaşarkən,  xüsusilə  ipəkçilik  rayonlarını 
ələ keçirməyi nəzərdə tutmuşdu. 
Xəzər  boyu  əyalətlərdə  ipək  ən  çox  Şirvan  və  Gilanda  hazırlanırdı.  A.  P. 
Volınski  yazırdı  ki,  əhali  Şirvanda  daha  çox  ipəkçiliklə  məşğul  olur.  Xüsusilə 
dəniz  və  çay  kənarlarında  elə  kənd  tapılmaz  ki,  orada  ipəkçilik  inkişaf  etməmiş 
olsun
305
.  I  Pyotr  Xəzər  boyu  əyalətləri  ələ  keçirdikdən  sonra  topladığı  xam  ipəyi 
Qərbi Avropa ölkələrinə, o cümlədən İngiltərəyə, Hollandiyaya, Fransaya, Polşaya 
və digər ölkələrə də ixrac etməyi nəzərdə tutmuşdu
306

I  Pyotrun  dövründə  Xəzər  rayonları  Rusiyanın  tərkibinə  daxil  edildikdən 
sonra rus tacirləri Azərbaycanda öz ticarətlərini daha da fəallaşdırmışdılar. 
Lakin  1724-cü  il  İstanbul  müqaviləsinə  görə  Azərbaycanın  zəngin  ticarət 
mərkəzlərindən olan Şamaxı, Təbriz və başqa şəhərlərin türklərin əlinə keçməsi ilə 
əlaqədar  olaraq  rus  tacirləri  xarici  ölkəyə,  o  cümlədən  Azərbaycanın  daxili 
şəhərlərinə  mal  aparmaqdan  ehtiyat  etdilər.  Lakin  arxiv  sənədləri  həmin  dövrdə 
Təbrizdən  və  Şamaxıdan  bir  çox  tacirlərin  Həştərxana  mal  aparmaları  haqqında 
məlumat verir
307

I  Pyotr  Rusiyanın  ələ  keçirdiyi  Xəzər  boyu  vilayətlərdə  təsərrüfat  həyatını 
və xüsusilə ticarəti bərpa etmək üçün bir çox tədbirlər həyata keçirmişdi. I Pyotrun 
1723-cü ildə «Rusiya ilə ticarətin bərpa edilməsi və ermənilərə Rusiyaya köçməyə 
icazə  verilməsi»
308
 haqqındakı  fərmanı  belə  tədbirlərdən  biri  idi.  Həmin  ilin 
sentyabr  ayında  Senat  yeni  bir  qərar  qəbul  etdi.  Bu  qərara  əsasən  bütün  Şərq 
ölkələri  tacirlərinə  əvvəllərdə  olduğu  kimi  adi  qaydada  gömrük  vermək  şərti  ilə 
Həştərxana  mal  gətirmək  və  aparmaq  icazəsi  verildi
309
.  Xəzər  boyu  əyalətlərdəki 
rus  qoşunlarının  ordu  briqadiri  Levaşova  Psterburqdan  göndərilən  əmrdə 
tapşırılmışdı  ki,  «Erməniləri  Xəzər  boyu  əyalət  və  şəhərlərə,  xüsusilə  Bakıya, 
Dərbəndə, Gilana və Mazandarana köçürtsün və onlarla elə rəftar etsin ki, onlardan 
şikayət eşidilməsin»
310
. I Pyotr eyni zamanda İranda yaşayan erməniləri də Xəzər 
ticarətinə cəlb etmək üçün onlara müraciət etmişdi. Xəzər boyu əyalətlərlə daha sıx 
ticarət aparmaq məqsədi ilə I Pyotrun həyata keçirdiyi tədbirlərdən biri də aksioner 
                                                             
305
 F. Soymonov. Göstərilən əsəri, səh. 37-38. 
306
 N. Kukanov. Göstərilən əsəri, səh. 251. 
307
 АВПР, ф. Сношения России с Персией, siyahı 77/1, iş 4 (1726), vərəq 93.
 
308
 Собрание актов, относящихся к образованию истории армянского народа, I hissə, М., 1883, səһ. 
43.
 
309
 PSZRİ, t. VII, səh. 115.
 
310
 Письма и указы государей... В. Я. Левашову, М., 1808, səһ. 272; АВПР, ф. Сношения России с 
Арменией,  fond 100,  siyahı 160/4, iş 8 (1724 г.) vərəq 1,  АВПР,  Ф.  Сношения России  с Персией, 
siyahı 71/1, iş 5, vərəq 1. 

65 
 
şirkətinin təşkili idi. I Pyotrun vaxtında hər birinin qiyməti 150 manat olan 4 min 
aksiya  buraxılmışdı.  Həştərxan  tacirləri  bu  şirkətə  50  min  manat  pul 
qoymuşdular
311
.  Həmin  şirkətin  fəaliyyəti  haqqında  hələlik  heç  bir  məlumat  əldə 
edilməmişdir.  Lakin  1723-cü  ildə  Həştərxana  gətirilən  malların  miqdarından 
müəyyən  etmək  olar  ki,  aksioner  şirkətinin  fəaliyyəti  ilk  vaxtlarda  səmərəli 
olmuşdur. 1723-cü  ilin  baharında  Bakı,  Dərbənd  və  Ənzəli  şəhərlərindən  140  tay 
və  iki  bağlama  xam  ipək,  55  tay  və  64  bağlama  işlənmiş  ipək,  131  tay  və  192 
bağlama parça gətirilmişdir
312

Xəzər  ticarətinin  sonrakı  illərə  aid  vəziyyəti haqqında hələ lazımi material 
əldə edilməmişdir. Lakin tarix elmləri namizədi Y. S. Zevakinin sırf arxiv sənədləri 
əsasında  yazdığı  «Xəzər  boyu  əyalətləri  XVIII  əsrdə  rus  işğalı  dövründə»  adlı 
məqaləsində tərtib etdiyi cədvəllər əsasında elə qənaətə gəlmək olar ki, Xəzər boyu 
əyalətlərdən (Rusiyaya birləşdirildikdən sonra) alınan gəlir tədricən çoxalmışdır
313

Doğrudur, Y. S. Zevakinin tərtib etdiyi cədvəl bir o qədər dəqiq deyildir. Məsələn, 
onun  yazdığına  görə  1723-cü  il  avqustun  10-dan  1725-ci  il  yanvar  ayının  12-nə 
qədər  keçən  vaxt ərzində  Bakıda neft  və neft  məmulatı  satılışından  25.449  manat 
25 1/2 qəpik gəlir, tacirlərdən isə 1.797 manat 171 3/4 qəpik dükan pulu və gömrük 
alınmışdır. Lakin əldə edilən arxiv sənədində isə 1723-cü il avqustun 11-dən 1725-
ci  il  avqustun  1-nə  Bakıda  neft  satışından  36  çervon,  16.638  manat  95  1/4  qəpik 
gömrük  alınmışdır
314
.  Həmin  vaxt  ərzində  Bakıdan  toplanılan  ümumi  ticarət 
gömrüyü  isə  49  çervon  24.058  manat  43  1/2  qəpiyə
315
 bərabər  olmuşdur. 
Göründüyü  kimi,  Bakıda  Y.  S.  Zevakinin  göstərdiyindən  daha  artıq  gəlir 
toplanılmışdır. Sonrakı illər haqqında başqa dəqiq material olmadığı üçün aşağıda 
Y. S. Zevakinin tərtib etdiyi cədvəl verilir  (1-ci cədvəl). 
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə