AZƏrbaycan ssr elmlər akademġyasi tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix21.04.2017
ölçüsü2,8 Kb.
1   2   3   4   5   6   7

1-ci cədvəl 
 
№ 
Ġllər 
 
Satılan ağ, qara neft və 
neft məmulatından 
alınan gəlir 
Tacirlərdən alınan dükan 
pulu və gömrük 

10. VIII. 1723-cü  ildən 
12. I. 1725-ci ilə qədər 
25 449 man. 25 1/2 qəp. 
1797 man. 17 3/4 qəp. 

12. I. 1725-ci ildən 
1. II. 1726-cı ilə qədər 
3 228 man. 81 qəp. 
 
1087 man 87 1/4qəp. 
 

1. II.1276-cı ildən 1.I.1727-ci 
ilə qədər 
11 793 man. 29 ¾ qəp. 
1811 man. 50 3/4 qəp. 
                                                             
311
 М. Мельгунов. Поход Петра Великого в Персию, «Русский вестник», т. 110, 1874.
 
312
 ЦГАДА, кабинет Петра I, отд. II, кн. 94, vərəq 308.
 
313
 Е.  С. 3евакин. Прикаспийские провинции в зпоху  русской  оккупации  XVIII века, Изв. Об-ва 
абследования и изучения Азсрбайджана, № 5, Bakı, 1927, səһ. 132.
 
314
 АВПР, ф. Сношения России с Персией, siyahı 77/1, iş 1 (1726 г.), vərəq 23.
 
315
 Yenə orada.
 

66 
 

1727 
15 983 man. 84 3/4 qəp. 
2 085 man. 50 1/2 qəp. 

1728 
15 597 man. 49 qəp. 
1 905 man. 30 qəp. 
 

1729 
10 922 man. 85 1/4 qəp. 
1542 man. 84 qəp. 
 

1730 
15 981 man. 20 3/4 qəp. 
 
2022 man. 48 1/4 qəp. 
 
 
Cədvəldən  göründüyü  kimi,  1723-1725-ci  illərdə  sonrakı  illərə  nisbətən 
Bakıda daha artıq neft və neft məmulatı satılmışdır. 
Bu,  bir  daha  onu  göstərir  ki,  I  Pyotrdan
316
 sonrakı  dövrlərdə  rus  höküməti 
Xəzər ticarətinə lazımi əhəmiyyət verməmişdir. Maraqlı burasıdır ki, çar hökuməti,   
hətta  bu  ticarəti  tamamilə  qadağan  etmək  fikrinə  də  düşmüşdü.  Bunu  aşağıdakı 
dəlildən də görmək mümkündür. Həştərxan quberniyasının qubernator müavini İ. İ. 
Zaxarov  1730-cu  ildə  Dövlət  Xarici  İşlər  Kollegiyasının  adından  Rusiyanın  işğal 
etdiyi  Xəzər  boyu  əyalətlərə  və  həmçinin  Buxara  və  Xivə  şəhərlərinə  karvan  və 
dəniz yolu vasitəsi ilə rus və xarici ölkə tacirlərinin mal aparmalarını qadağan edən 
əmr vermişdi
317

Halbuki  Azərbaycan  Moskva  manufakturasının  böyük  bir  hissəsini  xam 
ipəklə təmin  edirdi.  Məhz  buna  görədir  ki,  bir ildən  sonra rus  dövləti  Xəzər  boyu 
əyalətlərlə  keçmişdə  aparılan  ticarəti  bərpa  etmək  haqqında  qərar  çıxarmağa 
məcbur  oldu
318
.  Tezliklə  Xəzər  boyunca  zəbt  olunmuş  «İran  torpaqlarına»  və 
əyalətlərinə karvan və dəniz yolu ilə mal aparıb ticarət etmək istəyən rus və digər 
ölkələrin  tacirlərinə  Həştərxan  quberniyası  dəftərxanasından  pasport
319
 verilməsi 
haqqında xüsusi qərar qəbul edildi. 
Həmin  il  hərbi  kollegiya  «iranlılardan  alınmış  qalaları  təmir  etmək» 
haqqında  xüsusi  qərar  qəbul  etdi.  Lakin,  görünür,  bu  təmir  işləri  çox  da  böyük 
deyilmiş. Çünki qərara əsasən təmir işlərinə yalnız 3000 manat sərf etmək nəzərdə 
tutulmuşdu
320

Dəniz yolu karvan yollarına nisbətən təhlükəsiz olduğu və ucuz başa gəldiyi 
üçün  Rusiya  dövləti  hələ  Xəzər  boyu  əyalətləri  ələ  keçirməzdən  əvvəl  bir  sıra 
ticarət gəmiləri tikdirmişdi. XVIII əsrin 20-ci illərində Xəzər dənizində üzən böyük 
gəmilərin,  demək  olar  ki,  hamısı  rus  dövlətinə  mənsub  idi.  Lakin  bu  heç  də  o 
demək  deyildir ki,  bu ticarətdə  yalnız  Rusiya  dövlətinin təbəələri  iştirak  edirdilər. 
Dövrün rəsmi sənədlərindən məlum olur ki, azərbaycanlı tacirlərin şəxsi gəmiləri 
olmadığı  halda,  onlar  Rusiya  ilə  ticarətdə  heç  də  başqa  xalqların 
                                                             
316
 I Pyotr 1725-ci ilin yanvar ayında ölmüşdür. 
317
 QAAO, fond 389, siyahı 1, iş 261 (1731), vərəq 167. 
318
 QAAO, fond 389, siyahı 1, iş 261 (1731), vərəq 167. 
319
 Burada «pasport» xarici ölkəyə getmək üçün verilən vəsiqə mənasındadır. 
320
 QAAO, fond 394, siyahı1, iş 185  (1731), vərəq 1. 

67 
 
nümayəndələrindən  geridə  qalmırdılar.  Onlar  rus  gəmi  sahiblərinə  yol  xərci 
vermək şərti ilə öz mallarını Xəzərin istədikləri limanına apara bilirdilər. Şübhəsiz, 
azərbaycanlılar  ən  çox  Həştərxan  və  qismən  də  Ənzəli  limanına  mal  çıxarırdılar. 
Arxiv  sənədləri  əsasında  belə  qənaətə gəlmək  olar  ki,  bəzi hallarda  Rusiyaya  mal 
gətirən  azərbaycanlı  tacirlər  orada  uzun  müddət  qalmalı  olurdular.  Belə  hallarda 
onlar  özləri  ilə  birlikdə  ailələrini,  hətta  kiçik  yaşlı  uşaqlarını  da  aparırdılar. 
Həştərxan  Dövlət  Vilayət  arxivindən  əldə  edilən maraqlı  bir  sənəd  bunu  bir  daha 
təsdiq  edir.  Bu  sənəd  «Həştərxan  quberniyası  dəftərxanasından  şimalı  rus 
şəhərlərində  ticarət  etmək  üçün  pasport  verilmiş  Bakı  və  Salyan  tacirlərinin 
siyahısı»
321
 adlanır.  Həmin  siyahıda  Bakı  və  Salyandan  öz  arvad-uşaqları  ilə 
birlikdə  Həştərxana  gəlmiş  və  buradan  da  şimal  şəhərlərinə  mal  aparmaq  istəyən 
60 nəfərdən artıq azərbaycanlı tacirin adı vardır. Hərçənd sənəddə həmin tacirlərin 
Həştərxana  nə  qədər  və  necə  mal  gətirdikləri  göstərilmir,  lakin  belə  bir  qənaətə 
gəlmək  olar  ki,  öz  ailəsi  ilə  uzaq  yerə  səfərə  çıxan  tacir  heç  də  xırda  alverçi 
deyildir.  Digər  tərəfdən  bu  sənəd  göstərir  ki,  azərbaycanlılar  da  rus,  hind  və  ya 
erməni  tacirləri  ilə  yanaşı,  Xəzər  ticarətində  yaxından  iştirak  edirdilər. 
Ümumiyyətlə,  qeyd  etmək  lazımdır  ki,  rus  işğalı  dövründə  Xəzər  ticarətində 
Zaqafqaziya,  İran  və  hind  tacirləri  əvvəllərə  nisbətən  daha  çox  fəallıq 
göstərirdilər
322

Zaqafqaziya  və  xüsusilə  Azərbaycandan  Rusiyaya  müxtəlif  ticarət  malları 
aparılırdı.  Əlbəttə,  yuxarıda  dəfələrlə  qeyd  edildiyi  kimi,  ticarət  malları  arasında 
əsas  yeri  ipək  təşkil  edirdi.  Azərbaycandan  ipək  müxtəlif  şəkillərdə,  o  cümlədən 
xam  ipək,  sap,  qurudulmuş, rənglənmiş,  bişirilmiş hallarda, həmçinin toxunulmuş 
ipək  və  yaxud  yarıipək  parçalar  —  məxmər,  zərbafta,  qənavat,  mov,  qaytan, 
qurşaq,  atlas  və  s.  şəkildə  ixrac  edilirdi.  Moskva  bazarlarında  Həştərxandan 
gətirilmiş  mallara,  «yaşıl  Şamaxı  movlarına»  və  yaxud  «müxtəlif  boyalarla 
rənglənmiş Şamaxı ipəyinə» tez-tez təsadüf etmək olardı
323

Ümumiyyətlə, Xəzər vasitəsi ilə Həştərxana gətirilən ipək üç növdə olur və 
adətən  istehsal  edildiyi  yerlərin  adı  ilə  «Gilan  ipəyi»,  «Şamaxı  ipəyi»  və  «Gəncə 
ipəyi»  adlandırılırdı
324
.  İpək  və  ipək  məmulatından  sonra  ixrac  edilən  mallar 
arasında  pambıq  və  pambıq  parçalar  ikinci  yeri  tuturdu.  İxrac  edilən  kənd 
təsərrüfatı  məhsulları  arasında  yun  məmulatı  da  müəyyən  əhəmiyyət  kəsb  edirdi. 
                                                             
321
 Список бакинских к  сальянских купцов, которым выдан паспорт в  Астраханской  губернской 
канцелярий  для  торговли  в  верховые  Российские  города  в  1729  г.,  ГААО,  fond  394,  siyahı  1,  iş 
163, vərəq 2-3. 
322
 QAAO, fond 391, siyahı 1, (1733), iş 283, vərəq 1. 
323
 Е.  Н.  Кушева.  Торговля  Москвы  в  30-40-х  годах  XVIII  в.,  «Исторические  записки»,    №  23, 
1947, səh. 68. 
324
 А.  Юхт.  Восточная  торговля  России  в  30-х  годах  XVIII  в.,  и  роль  в  ней  армянских  купцов, 
«Изв. АН Арм. ССР», № 8, 1956, səh. 48. 

68 
 
Azərbaycandan Rusiyaya qoyun, keçi, dəvə yunu və bu yunlardan hazırlanmış baş 
örpəkləri, yun corablar və s. ixrac edilirdi
325

Azərbaycandan  eyni  zamanda  xaricə  ağ  neft,  müxtəlif  ölçülü  ipək  və  yun 
xalçalar,  mis,  sənətkarlar  tərəfindən  hazırlanmış  müxtəlif  əşyalar,  gön  və  dəri, 
düyü, şərab, quru meyvə, ədviyyat və s. aparılırdı. 
Azərbaycan  vasitəsi  ilə  Rusiyaya  həmçinin  İran  və  hind  malları  da 
gətirilirdi. 
1732-ci  ildə  Rusiya  ilə  İran  arasında  bağlanılan  Rəşt  müqaviləsinə  əsasən 
Xəzər  boyu  əyalətlər  Kür  çayına  qədər  İrana  qaytarıldıqdan  sonra  Azərbaycanın, 
xüsusilə  Bakı  şəhərinin  Rusiya  dövləti  üçün  ticarət  əhəmiyyəti  daha  da  çoxaldı. 
Hər  iki  dövlət  Rəşt  müqaviləsində  ticarət  məsələlərinə  böyük  yer  vermişdi. 
Müqavilənin üçüncü bəndində deyilir ki, İranın hər bir vilayət və əyalətlərinə gələn 
və  bu  yerlərdən  keçib  Hindistana mal  aparıb  və  oradan mal  gətirən rus  dövlətinin 
təbəələrindən  heç  bir  gömrük  alınmayacaq  və  rus  tacirlərinə  bu  yerlərdə  sərbəst 
ticarət  etmək  üçün  hər  cür  şərait  yaradılacaqdır.  Müqavilənin  dördüncü  bəndində 
isə  Rusiya  İran  dövləti  tacirlərinin  Rusiyada  normal  ticarət  etmələri  üçün  şərait 
yaradacağına söz vermişdi
326

Həştərxan Dövlət Vilayət arxivində həmin illərə aid Azərbaycan tacirlərinin 
və  həmçinin  Azərbaycan  vasitəsi  ilə  xarici  ölkə  tacirlərinin  apardıqları  ticarət 
haqqında bir sıra maraqlı sənədlər vardır. 
Lakin bu sənədlər həmin dövrdə aparılan ticarətin hamısını əhatə etmir. Ən 
dolğun sənədlər 1735-ci ilin noyabr ayına aiddir. 
1735-ci  il  noyabr  ayında  Bakı  vasitəsi  ilə  Azərbaycanın  müxtəlif 
şəhərlərindən, İran və Hindistandan Həştərxana azərbaycanlı, hind və rus tacirləri 
aşağıdakı malları gətirmişdilər (2, 3, 4, 5, 6-cı cədvəllər). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                             
325
 П.  Любомиров.  Проект  таможенного  тарифа  для  Астрахани  1757  года  (этюд  из  истории 
восточной торговли), журн. «Наш край», Астрахань, № 2, 1927, səh. 66.
 
326
 Т. Юзефович. Договоры России с  Востоком, СПб, 1869. 
 

69 
 
2-ci cədvəl 
 
Tacir 
Tacirin adı 
Malın 
miqdarı 
Malın adı 
Malın 
qiyməti 
Alınan 
gömrük 
 
 
6 ədəd 
Miyana kəşan 
qurşağı 
 
12 man 
 
Hər bir 
manatdan 5 
qəp. Hesabı 
ilə 17 man. 
56 qəp 
 
 
20 ədəd 
Cənamaz 
 
26 man 
 
 
30 ədəd 
Darayi 
 
26 man. 
3 noyabr 
1735-ci il 
Mixaylov 
21 ədəd 
Birrəngli 
naxışlı kətan 
 
18 man. 
90 qəp. 
 
 
31 ədəd 
Yarıipək 
parça 
 
34 man. 
10 qəp 
 
 
6 ədəd 
Köynəkli 
parça 
 
4 man. 80 
qəp 
 
 
171 ansır** 
Müxtəlif 
rəngli ipək 
 
229 man. 
50 qəp. 
 
 
 
 
 
**Ansır ölçü vahididir (1 funt və yaxud 1 1/3 funta bərabərdir). 
 
Misal  gətirilmiş  cədvəllər,  qeyd  edildiyi  kimi,  yalnız  1735-ci  ilin  noyabr 
ayına aiddir. Göründüyü kimi, bir ayın ərzində Bakıdan Həştərxana o dövrün pulu 
ilə  5.330  manatlıq  mal  gətirilmişdir.  Sonrakı  illərə  aid  Azərbaycan  şəhərlərindən 
Həştərxana  gətirilən malların  adı  və miqdarı haqqında material  olmasa  da, həmin 
illərdə  Xəzər  boyu  vilayətlərindən  dəniz  vasitəsi ilə  Həştərxana  gətirilən malların 
qiyməti  haqqında  mötəbər  məlumat  vardır.  1737-1744-cü  illər  arasında  İran  və 
Azərbaycandan Həştərxana və Həştərxandan da əks istiqamətə aşağıdakı məbləğdə 
mal aparılmışdır
327
. (Bax: 7-ci cədvəl). 
                                                             
327
 Ведомость об отпускных из России в Персию и о провозимых в Персию товаров; 1 марта 1746 
году  из  кабинета  при  именном  ее  императорского  Величества  Высокодержавного  рукою 
подписанном указе в Москве получено. Письма и указы государей..., səһ. 91  

70 
 
 
3-cü cədvəl
*
 
 
Tarix 
Tacirin adı 
Malın 
miqdarı 
Malın adı 
Malın 
qiyməti 
Alınan 
gömrük 
 
 
 
 
 
 
 
 
 
 
 
3 noyabr 
1735-ci il  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Rmjes 
Jeluyev 
4 tay 
tumac 
150 man 
 
 
 
 
 
 
 
 
 
 
 
Hər 
manatdan 5 
qəpik 
hesabı ilə 
73 man. 60 
qəp. 
4 ədəd 
Köhnə xalça 
8 man 
47 tay 
Qırmızı tumac 
170 man. 50 
qəp. 
140 funt 
Müxtəlif 
rəngli dəri 
189 man. 
13 ədəd 
Şəffaf duvaq 
15 man. 60 
qəp. 
3 kosyak
***
 
Nadir şəffaf 
ipək parça 
12 man. 
13 funt 
Yaşıl və açıq 
çəhrayı rəngli 
ipək 
55 man. 
12 ədəd 
İpək və 
yarıipək parça 
22 man. 80 
qəp. 
8 ədəd 
Kiçik Təbriz 
yeratı
****
 
4 man. 
83 kosyak 
Alabəzək 
Təbriz parçası 
(ipək) 
166 man. 
1 ədəd 
kasa 
3 man. 
340 parça 
Bez (xüsusilə 
Mazanadaran 
və Nişapur 
bezi) 
95 man. 35 
qəp. 
1 (orta) ədəd 
ipək parça 
4 man. 50 
qəp. 
1 (kiçik) ədəd 
ipək parça 
20 man. 50 
qəp. 
20 funt 
Rənglənmiş 
ipək 
27 man. 
8 kosyak 
qanovuz 
89 man. 
54 kosyak 

215 man. 
4 ədəd 
Yarıipək 
Gilan parçası 
9 man. 
16 ədəd 
Zərbafta 
180 man. 
 
 
* QAAO. fond 394, siyahı 1. iş 539, vərəq 78.  
** Çox güman ki, bu ad dəftərxana işçiləri tərəfindən  təhrif olunmuşdur. 
***Parça (uzunluğu 24 metr).  
                                                                                                                                             
 

71 
 
**** ―Yerat‖ sözü hələ müəyyən edilməmişdir. 
1735-ci ilin noyabr ayında Bakıdan Həştərxana gətirilən malların miqdar və 
qiymətini nəzərə alaraq ehtimal etmək olar ki, 1737-1744-cü illər arasında dənizlə 
Həştərxana  gətirilən  malların  böyük  bir  hissəsi  Azərbaycan  şəhərlərindən  ixrac 
edilmişdir. 
Həştərxana  gətirilən  malların  bir  hissəsi  Həştərxanın  özündə  satılır,  
mübadilə  olunur,  digər  hissəsi  isə  Moskva,  Peterburq  və  Arxangelsk  vasitəsi  ilə 
Hollandiyaya,  İngiltərəyə  və  b.  Qərbi  Avropa  ölkələrinə  aparılırdı.  Cədvəllərdən 
göründüyü kimi, Rusiyaya gətirilən malların əksəriyyəti tərkib etibarı ilə rəngarəng 
olmaqla bərabər, coğrafi adlarla da müşayiət olunurdu. 
 
 
 
 
 
 
4-cü cədvəl

 
Tarix 
Tacirin 
adı 
Malın 
miqdarı 
Malın adı 
Malın dəyəri 
Alınan 
gömrük 
21 
noyabr 
1735-ci 
il 
Şamaxı 
taciri 
Qurban 
İmanov 
34 kosyak 
İpək parça zolaqlı 
64 man. 60 qəp. 
Hər 
manatdan 
5 qəp. 
hesabı ilə 
29 man. 
74 qəp. 
5 parça 
Təbriz ipəyi 
11 man. 
4 parça 
Bakı bezi 
2 man. 40 qəp. 
4 kosyak 
Alabəzək ipək parça 
7 man. 60 qəp. 
375 funt 
Rənglənmiş ipək 
506 man. 
 
 
 
 
 
 
22 
noyabr 
1735-ci 
il 
 
 
 
Yakovlev 
52 parça 
Alabəzək Təbriz ipəyi 
88 man. 40 qəp. 
 
 
10 man. 4 
qəp. 
79 ədəd 
Şamaxı ipəyi 
102 man. 70 qəp. 
7 parça 
Kətan basma çiti 
6 man. 30 qəp. 
2 ədəd 
Bafta 
3 man. 40 qəp. 
 
* QAAO, fond 394, siyahı 1, iş 539, vərəq 28, 65. 
 
Hind  və  ya  rus  tacirlərinin  gətirdikləri  mallar  arasında  çoxlu  miqdarda 
«Təbriz  ipəyi»nin,  «Şamaxı  movu»nun  və  s.  olması,  başqa  sözlə  desək,  Xəzər 
vasitəsi  ilə  Rusiyaya  müxtəlif  ölkələrdən  axışıb  gələn  tacirlərin  malları  arasında 
çoxlu Azərbaycan mallarının olması Azərbaycanın beynəlxalq ticarətdə mühüm rol 
oynamasını  göstərirdi.  Cədvəldəki  malların  siyahısından  göründüyü  kimi, 
Rusiyaya  gətirilən  malların  əksəriyyətini  xam  ipək,  yarıipək  parça  və  ipək 
məmulatı, həmçinin pambıq, pambıq parça, dəri, mis və s. təşkil edirdi. Məlumdur 

72 
 
ki, Azərbaycandan ixrac edilən hazır parçalar arasında əsas yeri ipək və qismən də 
pambıqdan toxunulmuş müxtəlif parçalar, o cümlədən qənovuz, darai, mov, kisəyi, 
düvaq,  zərbafta,  qurşaq,  bez,  basma  çit,  burmet,  toxunma  haşiyə  və  s.  parçalar 
tuturdu.  Bütün  bu  parçalar  İranın  bir  sıra  şəhərləri  ilə  yanaşı,  Azərbaycanın 
Şamaxı,  Bakı,  Gəncə,  Ərdəbil,  Təbriz  kimi  ticarət  və  sənətkarlıq  mərkəzlərində 
istehsal edilirdi
328

 
5-ci cədvəl
*
 
 
Tarix 
Tacirin adı 
Malın 
miqdarı 
Malın adı 
Malın dəyəri 
Alınan 
gömrük 
23 noyabr 
1735-ci il 
Hindli Larmidas 
Dalayev 
6 pud 15 
Funt 7 pud 
Mis, pambıq 
35 man, 
50qəp. 17 
man 
2 man. 62 
qəp. 
 
 
 
 
 
 
 
 
 
 
 
25 noyabr 
1735-ci il 
 
 
 
 
 
 
 
 
 
 
 
Hindli Devizas 
Tolsaram 
 
 
 
 
 
 
 
 
 
 
14 ədəd 
Xalça 
 
 
 
 
 
 
 
 
 
 
 
606 man. 25 
qəp. 
 
 
 
 
 
 
 
 
 
 
 
30 man. 31 
qəp. 
2 ədəd 
Kisəyi 
5 ədəd 
Palaz 
2 parça 
Basma çit 
242 ədəd 
Mazandaran 
bezi 
48 parça 
Şamaxı movu 
20 ədəd 
Örtük 
29 ədəd 
İpək parça 
7 ədəd 
Şamaxı 
qurşağı 
30 parça 
Köynəklik 
ipək 
14 kosyak 
Ensiz 
alabəzək ipək 
3 ədəd 
Enli zərbafta 
58 parça 
Basma kətan 
çiti 
8 ədəd 
Köynəklik 
növ 
37 parça (enli 
və ensiz) 
Bakı bezi 
250 ədəd 
Nişapur bezi 
1 (kiçik) 
kosyak 
Alabəzək ipək 
parça 
200 parça 
Pambıq örtük 
18 ədəd 
Hamar bez 
5 kosyak 
Toxuma 
haşiyə 
                                                             
328
 A.  Yuxt  «Восточная  торговля...»  məqaləsində  əsassız  olaraq  Təbriz  və  Ərdəbil  şəhərlərini  İran 
şəhərləri kimi vermişdir. Bax: həmin məqalə, səh. 49.
 

73 
 
8 ədəd 
Gümüşü sapla 
toxunulmuş 
örtük 
   
* QAAO, fond 394. siyahı 1. iş 539, vərəq 38, 39, 89, 91, 
Qeyd edildiyi kimi,  Azərbaycan və İrandan ixrac edilən xammalların təkcə 
rus  ticarəti  üçün  deyil,  həmçinin  rus  sənayesi  üçün  də  böyük  əhəmiyyəti  var  idi. 
Buna  görə  də  Həştərxandan  Moskvaya  gətirilən  ipəyin  əksəriyyətini  birinci 
növbədə  ipək  istehsalı  müəssisələrinin  sahibləri  alırdılar
329
.  Moskva  ipək 
müəssisələri  ipəyə  o  qədər  maraq  göstərirdilər  ki,  bəzən  gətirilən  ipəklə 
kifayətlənməyib,  xam  ipək  almaq  üçün  öz  agentlərini  Xəzər  boyu  vilayətlərə 
göndərməli olurdular
330
.   
 
 
 
 
6-cı cədvəl

 
Tarix 
Tacirin adı 
Malın 
miqdarı 
Malın adı 
Malın 
dəyəri 
Alınan 
gömrük 
 
 
 
 
 
 
 
 
25 
noyabr 
1735-ci 
il 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Hindli 
Tolarame 
Hebaquyev 
306 kosyak 
Alabəzək  Təbriz 
ipəyi 
 
 
 
 
 
 
 
 
1301 man. 
85 man. 
 
 
 
 
 
 
 
 
65 man. 9 
qəp. 
113 ədəd 
Təbriz duvaqı 
68 parça 
Təbriz ipəyi 
3 kosyak 
Zərbasma 
6 kosyak 
Kətan basma çiti 
1 parça 
Bez 
1 ədəd 
İpək parça 
3 ədəd 
Xalça 
15 parça 
Bakı bezi 
10 parça 
Hamar bez 
50 kosyak 
Yarıipək alabəzək 
parça 
96 ədəd 
Enli duvaq 
30 kosyak 
Alabəzək ipək 
parça 
25 ədəd 
Ensiz kətan 
2 pud 2 funt 
Mis 
58 parça 
Mazandaran bezi 
 
 
 
 
25 
 
 
 
 
 
2 ədəd 
Bakı bezi 
 
 
 
 
 
 
 
 
 
 
8 parça 
Təbriz basma çiti 
160 ədəd 
Təbriz duvaqı 
108 kosyak 
Alabəzək Təbriz 
ipəyi 
                                                             
329
 Y. N. Kuşyeva. Göstərilən əsəri, səh. 69. 
330
 А.  Семенов.  Изучение  исторических  сведений  о  Российских  внешней  торговле  и 
промышленности, Г. I,  СПб, 1859, səh. 226. 

74 
 
noyabr 
1735-ci 
il 
Jequ Sitalov 
329 parça 
Təbriz ipəyi 
842 man. 20 
qəp. 
42 man. 11 
qəp. 
3 kosyak 
Ensiz alabəzək 
Təbriz ipəyi 
1 ədəd 
Pərdə (örtük) 
1 ədəd 
Burmet 
20 ədəd 
Pambıq örtük 
   
 
* QAAO, fond 394, siyahı 1. iş 539. vərəq 87, 88, 91, 92. 
Sovet  tarixçisi  J.  H.  Kuşyeva  bir  çox  zəngin  arxiv  sənədlərinə əsaslanaraq 
yazır  ki,  XVIII  əsrin  40-cı  illərində  «Şamaxı  və  İrandan  gətirilən  ipək  Moskva 
fabriklərinin tələbini tamamilə ödəyirdi»
331
 
XVIII  əsrin  ortalarında  Qərbi  Avropa  ölkələri  vasitəsi  ilə  gətirilən  xam 
ipəyin  Rusiyada  iki  dəfə  baha  satılmasını  nəzərə  alaraq,  o  zaman  Azərbaycan  və 
İrandan  gətirilən  ipəyin  Moskva  ipək müəssisələri  sahibləri  üçüp nə qədər  böyük 
əhəmiyyət kəsb etdiyini daha aydın təsəvvür etmək olar. 
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə