AZƏrbaycan ssr elmlər akademġyasi tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix21.04.2017
ölçüsü2,8 Kb.
1   2   3   4   5   6   7

7-ci cədvəl 
 
Ġllər 
Ġdxal 
Ġxrac 
Cəmi 
manat 
qəpik 
manat 
qəpik 
manat 
qəpik
 
1737 
176.017 
51 
164.944 
54 
340.962 
05
 
1738 
97.489 
38 1/2 
347.408 
39 
445.597 
77 1/2
 
1739 
274.086 
46 
293.907 
20 
567. 993 
666
 
1740 
275.173 
68 
309.480 
25 
584.653 
93
 
1741 
244.684 
10 1/8 
424.283 
16 
668. 967 
26 1/2
 
1742 
101.817 
78 1/2 
521.322 
25 
623.140 
3 1/4
 
1743 
551.913 
89 1/2 
674.153 

1 226.066 
91  1/2
 
1744 
708.736 
53 2/4 
861.665 

157.098 
60 2/4
 
Cəmi 
2.429.913 
35 1/8 
3.598.163 
88 
6.028.077 
93 1/8 
   
 
 
 
Bəzi  müəlliflərin  verdikləri  məlumata  görə  həmin  dövrdə  Xəzər  dənizi 
vasitəsi ilə Rusiyaya 3.000 puddan artıq xam ipək gətirilirdi
332
. Çox güman ki, bu 
ipəyin  əksəriyyətini  Şamaxı,  Gəncə  və  Gilan  ipəyi  təşkil  edirmiş.  Çünki  həmin 
dövrdə Həştərxana Orta Asiyadan çox cüzi miqdarda xam ipək ixrac edilirdi
333

Azərbaycandan  ixrac  edilən  xammallar  arasında  mis  və  xüsusilə  gönə 
Rusiyada  böyük  tələbat  var idi.  Cədvəllərdən  göründüyü  kimi,  təkcə  1735-ci  ildə 
                                                             
331
 Y.  N. Kuşyeva. Göstərilən əsəri, səh. 69.
 
332
 П.  Любомиров.  Шелкоткацкая  промышленность  в  России  всередине  XVIII  в.,  «Ученые 
записки Саратовского Гос. Университета», т. XV, 1927, səһ. 136—137.
 
333
 Н.  Озерецковский.  Описание  Коли  и  Астрахани,  СПб,  1804,  səһ.  129;  Yenə  оrаdа;  Нечто  об 
Астрахани  (из  старинных  записок),  журнал  департамента  народного  просвещения,  №  IV,  1823, 
səһ.  337;  П.  Любомиров.  Ткацкая  промышленность  в  Астрахани  в  XVIII  в.  н 
первой половине XIX в., Астрахань, 1926, səһ. 7.
 

75 
 
Azərbaycandan  Həştərxana  bir  neçə  pud  mis  ixrac  edilmişdi.  Bu  təsadüfi  bir  hal 
deyildir.  1732-ci  ilə  aid  olan  arxiv  sənədində  həmin  ildə  Moskva  taciri  Yakov 
Vasilyevin  dəniz    vasitəsi  ilə  Həştərxana,  hətta  40  pud  mis  gətirməsi  haqqında 
məlumat vardır
334
. XVIII əsrin birinci yarısında Azərbaycandan bir neçə pud misin 
ixrac  edilməsi  haqqında  məlumat  təzə  və  çox  maraqlı  faktdır.  Çünki  Rusiyanın 
Şərq  ölkələri  ilə  apardığı  ticarətin  tədqiqatına  bir  neçə  elmi  məqalələr  həsr  edən 
prof. P. Lyubomirov yazır ki, Şərq ölkələrindən Rusiyaya mis yalnız hazır məmulat 
şəklində ixrac edilirdi
335
. Lakin yuxarıdakı faktlar prof. Lyubomirovun müddəasını 
rədd  edir.  Məlumdur  ki,  Azərbaycanda  mis  əsasən  Gədəbəydə  istehsal  edilirdi. 
Deməli, buradan belə bir qənaətə gəlmək olar ki, Gədəbəy misi yerli sənətkarların 
tələbini ödəməklə bərabər, həmçinin bəzi hallarda ixrac da edilirmiş. 
XVIII  əsrin  birinci  yarısında  cənub-şərq  ölkələrindən  gətirilib,  Moskva 
bazarında  satılan  dəriyə  olan  tələbat haqqında  bəhs  edərkən  sovet  tarixçisi  Y.  H. 
Kuşyeva yazır ki, Moskvada gətirilmə qoyun dərisi ilə heç də Sibir xəzlərindən az 
maraqlanmırdılar
336
.  Arxiv  sənədlərindən  məlum  olduğu  kimi,  təkcə  1735-ci  ilin 
noyabrında  şamaxılı tacir Əli Əliyev  Həştərxana 131 manat 40 qəpiklik 220  ədəd 
«Şirvan qoyunu dərisi» aparmışdı
337

Yuxarıda  verilən  cədvəllər,  göründüyü  kimi,  XVIII  əsrin  birinci  yarısında 
Azərbaycandan  ixrac  edilən  malların  hamısını  əhatə  etməmişdir.  Bir  çox 
mənbələrin  verdiyi  məlumata  görə,  həmin  dövrdə  Azərbaycandan  neft,  quru 
meyvə,  şərab,  quru  balıq  və  b.  mallar  da  ixrac  edilirdi.  Azərbaycandan  Rusiyaya 
gətirilən malların əksəriyyəti, xüsusilə xammallar başqa Şərq ölkələrindən gətirilən 
mallar  kimi,  əsasən  Rusiyanın  sənaye  mərkəzlərinə  daşınırdı.  Rusiyanın  sənaye 
mərkəzləri  arasında  Moskva  ön  sırada  dururdu.  Buna  görə də  təsadüfi  deyildir ki, 
1730-1740-cı  illərdə  Həştərxana  gətirilən  Şərq  mallarının  1/3  hissəsi  Moskva 
şəhərinə  daşınırdı.  Həştərxan  vasitəsi  ilə  Moskvaya  aparılan  Şərq,  o  cümlədən 
Azərbaycan  malları  üçün  Moskva  bazarında  xüsusi  «Həştərxan»  və  «Pambıq» 
cərgələri ayrılmışdı
338
. Birinci cərgədə Həştərxan vasitəsi ilə cənubdan gətirilən hər 
cür mallar, ikinci cərgədə isə pambıq və pambıq parçalar satılırdı. 
Bəs Rusiyadan Azərbaycan və İrana nə kimi mallar ixrac edilirdi? 
Rus  qoşunları  Xəzər  boyu  əyalətləri  tutana  qədər  Həştərxandan  cənuba, 
demək  olar  ki,  ərzaq  mallarının  aparılması  büsbütün  qadağan  edilmişdi
339
.  Lakin 
                                                             
334
 QAAO, fond 394, iş 283 (1732), vərəq 1. 
335
 П.  Любомиров.  Проект  таможенного  тарифа  для  Астрахани  1757  года  (Этюд  истории 
восточной торговли), журн. «Наш край, Астрахань,
 
№ 2, 1927, səһ. 67.
 
336
 Y.  N.  Kuşyeva. Göstərilən əsəri, səh. 69. 
337
 QAAO, fond 1, iş 539 (1735), vərəq 55. 
338
 Y. N. Kuşyeva. Göstərilən əsəri, səh. 69.
 
339
 QAAO, fond 681, siyahı I (1752), iş 4, vərəq 7; A. Юхт. Восточная торговля России в 30—40-х 
годах XVIII в. и роль в ней армянских купцов, «Изв. АН Арм. ССР», № 8, 1956. 
 

76 
 
rus  qoşunları  Xəzər  boyu  əyalətləri  tutduqdan  sonra  ərzaq  mallarına  olan 
məhdudluq  aradan  götürüldü  və  Azərbaycana hazır mallarla  yanaşı, ərzaq  malları 
da  axışıb  gəldi.  Amma  bu  hal  çox  davam  etmədi.  Rus  qoşunları  Azərbaycan 
ərazisini  tərk  edib  getdikdən  sonra  Rusiya  hökuməti  ərzaq  mallarının  ixracını 
tamamilə  qadağan  etmədisə  də,  ticarətin  bu  sahəsini  xeyli  məhdudlaşdırdı.  Xəzər 
vasitəsi  ilə  cənuba  ərzaq  malları  aparmaq  istəyən  tacir  belə  hallarda  hökumətdən 
xüsusi icazə almalı idi. 
İxrac edilən digər malların vəziyyəti necə idi? Burada bir məsələyə xüsusi 
diqqət  vermək  lazımdır.  Məlum  olduğu  kimi,  Rusiyanın  inkişaf  etməkdə  olan 
sənayesinin  xammala  böyük  ehtiyacı  var  idi.  Belə  olduqda,  şübhəsiz,  hökumət 
xammalın  ixracına  qəti  surətdə  yol  verməzdi.  Rusiyadan  xaricə  hazır  sənaye 
mallarının  ixrac  edilməsinə  isə  hökumət  etiraz  etmirdi.  Buna  misal  olaraq  dəri 
aşlama sənayesini göstərmək olar. 
Rusiyada  sənayenin  başqa  sahələri  kimi,  dəri  aşlama  sənayesinə  böyük 
əhəmiyyət  verilirdi.  Odur  ki,  30-40-cı  illərdə  hökümət  aşlanmış  dərinin  ixracına 
icazə  verdiyi  halda,  xam  dərinin  xarici  ölkələrə,  xüsusilə  Şərq  ölkələrinə,  o 
cümlədən  Azərbaycana  aparılmasını  tamamilə  qadağan  etmişdi.  Rusiyanın  xam 
dərinin  xarici  ölkə  bazarına  ixracını  qadağan  etməsi  ölkə  daxilində  dəri  aşlama 
sənayesini inkişaf etdirmək və xarici bazara xammal əvəzinə, hazır mallar aparmaq 
məqsədini  güdürdü.  Lakin  buna  baxmayaraq,  bəzi  hallarda  ayrı-ayrı  tacirlər 
Həştərxandan  xaricə  xam  dəri  və  gön  aparmağa  müvəffəq  olurdular.  Məsələn, 
1735-ci  ilə  aid  olan  sənədlərin  birində  rus  gəmi  sahiblərindən  birinin  Həştərxan 
qubernatoruna verdiyi məlumatından aydın olur ki, onun gəmisində «şamaxılı tatar 
müsəlman  Əhməd»  Gilan  və  Mazandarana  on  tay  xam  dəri,  150  dənə  aşlanmış 
dəri,  on  beş  tuluq  yağ  və  s.  aparır
340
.  Çox  güman  ki,  şamaxılı  tacir  Əhməd 
Həştərxandan  apardığı  xam  dəri  üçün  yalnız  qızıl  pul  verdiyi  üçün  ona  bu  qədər 
xam dəri  ixrac  etməyə  icazə  verilmişdi.  Çünki  1745-ci  ildə  də  Həştərxandan  dəri 
ixrac edilmişdir. Həmin ildə hökumət Həştərxan taciri Kubyakova Xəzər dənizi ilə 
Xəzər  əyalətlərinə  və  İrana  başqa  ticarət  malları  ilə  yanaşı,  10.000  manatlıq 
qaramal  və  at  dərisi  aparmağa  icazə  vermişdi.  Bunun  müqabilində  Kubyakov 
qazandığı  pulun  əvəzində  xəzinəyə  yalnız  qızıl  və  qızıl  pul  təhvil  verməli  idi. 
Kubyakov getdiyi səfərdən 1754-cü ildə qayıtmış və xəzinəyə 35 funta yaxın qızıl 
təhvil vermişdir
341

Rusiyadan  Azərbaycan  və  İrana  daha  bir  sıra  malların  ixracı  qadağan 
edilmişdi.  C. Eltonun  fəaliyyəti nəticəsində
342
 ingilislərin  Xəzər  dənizində  fəallığı 
artdıqdan  sonra  rus  dövləti  Xəzər  boyu  əyalətlərinə  taxta,  qatran,  yelkənlik 
material, lövbər və s. mallar aparılmasını qadağan etmişdi. 
                                                             
340
 QAAO, fond 394, iş 544, vərəq 4. 
341
 QAAO, fond 394, iş 1176 (1745-1754), vərəq 1. 
342
 Bu barədə IV fəsildə müfəssəl bəhs ediləcəkdir.
 

77 
 
Başqa  ölkələrdə  olduğu  kimi,  Rusiyada  da  xaricdən  gətirilən  mallardan 
müəyyən məbləğdə gömrük alınırdı. 
Lakin XVIII əsrin birinci yarısında gömrükalma siyasətində Rusiyanın Şərq 
ölkələri ilə Qərbi Avropa ölkələri arasında apardığı ticarətdə müəyyən fərq var idi. 
Qərb ölkələri ilə ticarəto gəldikdə, artıq I Pyotrun hakimiyyəti illərində hər bir ölkə 
ilə ixrac və idxal edilən mallardan alınan gömrük üçün xüsusi qiymət cədvəli tərtib 
olunmuşdu.  Həmin  qiymət  cədvəllərində  mallardan  alınan  gömrüyün  miqdarı 
müəyyən  edilmişdi.  Bunun  sayəsində  hökumət  ticarətdən  əldə  etdiyi  qazancı 
nəzərə  alaraq  özünə  daha  mənfəətli  olan  (ixrac  və  idxal  etdiyi)  malların  say  və 
miqdarını bu və ya digər tərəfə çoxaldır və azaldırdı. 
Həmin  qaydanın  əksinə  olaraq,  Rusiyanın  Şərq  ölkələri  ilə  ticarəti  XVIII 
əsrin ortalarına kimi hələ də Pyotrdan əvvəlki dövrlərdə olduğu kimi aparılırdı
343

Şərq  ölkələrinə  ixrac  və  əksinə,  həmin  ölkələrdən  idxal  edilən  mallardan  adətən 
eyni  miqdarda  gömrük  alınırdı  —  1  manat  5  qəpik
344
.  Bu,  misal  gətirilən 
cədvəllərdən  də  aydın  görünür.  Doğrudur,  həmin  cədvəllər  1735-ci  ilə  aiddir. 
Lakin sonrakı dövrlərə aid olan sənədlərdə də külli miqdarda eyni faktlara təsadüf 
edilir
345
. Lakin onu da qeyd etmək lazımdır ki, Rusiyada sənayenin ehtiyacı olduğu 
xammallardan heç bir gömrük alınmırdı. Bu siyasətlə rus höküməti ehtiyacı olduğu 
xammalın  miqdarını  artırmaq  və  başqa  yerlərdən  gələn  tacirləri  şirnikdirmək 
məqsədini  güdürdü.  Gömrüksüz  satış  birinci  növbədə  xam  ipəyə  aid  idi.  1725-ci 
ilin qərarına əsasən Rusiyaya gətirilib, Moskva və Peterburqda satılan xam ipəkdən 
gömrük alınmamalı idi
346
.  Amma,  əgər  xam  ipək  Rusiyanın  şəhərlərində  satılmaq 
üçün deyil, xarici bazara aparmaq üçün gətirilmişdisə, o zaman ipəkdən artıqlaması 
ilə  gömrük  alınırdı
347
.  Belə  hallarda  gömrük  haqqı  pul  və  yaxud  da  mal  halında 
toplanılırdı
348
.  1725-ci  il  noyabrın  6-da  Matyuşkinin  Həştərxandan  verdiyi 
məlumatda  deyilirdi  ki,  təkcə  iyul  ayının  8-dən  avqustun  1-nə  kimi  Həştərxanda 
5.982  manat  5  qəpik,  həmçinin  276  bağlama  və  248  batman  10  funt  ipək  və  62 
ədəd  darayi  gömrük  alınmışdır
349
.  Belə  ipəkdən  Rusiyanın  digər  şəhərlərində  də 
gömrük alınırdı
350
. Belə ki, başqa şəhərlərdə toplanılan gömrüyün miqdarı ilk dəfə 
verilən  gömrüyün  miqdarından  qat-qat artıq  olurdu
351
. İpəkdən başqa, Həştərxana 
                                                             
343
 П.  Любомиров.  Проект  таможенного  тарифа  для  Астрахани  1757  года  (Этюд  истории 
восточной торговли), səh. 61. 
344
 Yenə orada. 
345
 QAAO, fond 394, iş 708, 709 (1739). 
346
 QAAO, fond 394, iş 1043 (1725).
 
347
П.  Любомиров.  Проект  таможенного  тарифа  для  Астрахани  1757  года  (Этюд  истории 
восточной торговли), səh. 62. 
348
 АВПР, ф. Сношения России с Персией, 77/1, iş 5 (1725), vərəq 357. 
349
 Yenə orada. 
350
 П.  Любомиров.  Проект  таможенного  тарифа  для  Астрахани  1757  года  (Этюд  истории 
восточной торговли), səh. 62. 
351
QAAO, fond 394, iş 1043, vərəq 1. 

78 
 
gətirilən  digər  mallardan,  yuxarıda  qeyd  edildiyi  kimi,  malın  dəyərinin  5  faizə 
qədəri,  yəni  hər  manata  5  qəpik  gömrük  alınırdı.  Əgər  mal  Həştərxanda  deyil, 
başqa  şəhərlərdə  satılmaq üçün aparılsaydı,  o zaman  gəlmə  tacir  öz malını  yalnız    
topdansatış  şəklində  satmalı  idi
352
.  Xam  ipəyin  satışına  edilən  güzəşt  ipək 
məmulatına  edilmirdi.  Rənglənmiş,  işlənmiş  və  sap  halına  salınmış  ipəkdən, 
qoyulmuş  qayda  üzrə  gömrük  alınırdı.  Nazik  və  zərif  sap  halında  əyrilmiş  və 
Rusiya toxuculuq fabriklərində işə gedə bilən yun və pambıq saplardan isə  gömrük 
alınmırdı
353

Rusiyada  yalnız  xam  ipək  satışına  deyil,  eyni  zamanda  burada 
hazırlanmayan  və  yaxud  cüzi  miqdarda  hazırlanan  gətirilmə  mallara  da  güzəşt 
edilirdi.  Belə  hallarda  gömrük  yalnız  limanda  malın  dəyərinin    3  faizi  qədər 
alınırdı
354
. Rusiyada neft idxalına da güzəştə gedilirdi. Doğrudur, neftdən də 5 faiz 
gömrük  alınırdı.  Lakin  onu  Rusiyada  baha  qiymətə  alırdılar,  ağ  neftin  pudu  2 
manata,  qara neftin  pudu  isə  50 qəpiyə  satılırdı.  Bununla  yerli hökumət  Rusiyada 
istehsal edilməyən neft üçün əlverişli bazar yaratmaq məqsədini güdürdü
355

Xəzər  vasitəsi  ilə  İran  və  Azərbaycandan  Həştərxana  gətirilən  mallardan 
gömrük  alınması  haqqında  rəsmi  qanunun  olmasına  baxmayaraq,  bəzi  hallarda 
Həştərxan  gömrükxanasının  işçiləri  mövcud  qayda-qanunu  pozaraq  gömrük 
pulunun miqdarını çoxaldırdılar. Bu eyni zamanda Rusiya ilə İran arasında 1732-ci 
və eləcə də 1735-ci illərdə bağlanılmış sülh müqaviləsinin bəzi müddəalarına zidd 
idi.  1736-cı  ildə  Nadir  şah  tərəfindən  Peterburqa  göndərilən  səfir  Mirzə 
Məhəmməd Kafi Şamaxıdan keçərkən Həştərxandan qayıtmış Şamaxı tacirləri ona  
müraciət edərək bildirmişlər ki,  Həştərxan gömrükxanasında  onlardan artıqlaması 
ilə xərc və gömrük alınmışdır. Mirzə Məhəmməd Kafi Həştərxanda olarkən knyaz 
Qolitsinlə  görüşmuş  və  rus  -  İran  müqavilələrinə  əsaslanaraq  bildirmişdir  ki, 
Şamaxı  tacirlərinin  dediyinə  görə,  Həştərxan  gömrükxanasında  onlardan  
artıqlaması ilə alınan gömrükdən  əlavə, keşikçi haqqı da  alınır,  onlara Rusiyanın 
daxili  şəhərlərinə  getmək  üçün  pasport  verilməsi  işi  xeyli  yubadılır  və  s.
356

Şübhəsiz, Azərbaycan tacirləri tərəfindən edilən şikayətə Peterburqda laqeyd baxa 
bilməzdilər.  Odur  ki,  xüsusi  qərarla  Həştərxan  qubarnatoruna  bildirilmişdi  ki, 
bundan  sonra  «İran»  tacirlərindən   gömrük  alınması  qaydaya  salınsın  və  onlardan 
əlavə xərc və rüşvət alınmasın, onlara yersiz əziyyət və zərər verilməsin. Belə ki, 
bu  barədə  bir  daha  şikayət  eşidilməsin
357
.  Rusiyanın  Azərbaycanla  ticarət 
                                                             
352
 П.  Любомиров.  Проект  таможенного  тарифа  для  Астрахани  1757  года  (Этюд  истории 
восточной торговли), səh. 62. 
353
 Yenə orada, səh. 71. 
354
 PSZRİ, t. 12, № 9424, səh. 727. 
355
 П.  Любомиров.  Проект  таможенного  тарифа  для  Астрахани  1757  года  (Этюд  истории 
восточной торговли), səh. 71. 
356
 QAAO, fond 394, iş 581, vərəq 7. 
357
 Yenə orada. 

79 
 
münasibətlərinə    nə  qədər  əhəmiyyət  verməsini  ondan  müəyyən  etmək  olar  ki, 
Peterburqdan  Həştərxana  göndərilən  əmrdə  ciddi  surətdə  bildirilmişdi  ki, 
gömrükxana işçiləri Şirvan tacirlərini nahaqdan incitsələr, rüşvət alsalar və  onlara 
pasport  verilməsini  yubatsalar  bu  işdə  müqəssir  tutulan  şəxs  ölümlə 
cəzalandırılacaqdır
358
.  Eyni  zamanda  Peterburqdan  Qolitsinə  tapşırılmışdı  ki,  o, 
gömrükxana  işçilərindən  qoyulan  gömrükdən  əlavə  artıq  xərc  və  rüşvət 
almayacaqları barədə onlardan yazılı vəd alsın
359

Bəzi  arxiv  sənədlərindən  görünür  ki,  gömrükxana  işçiləri  qoyulal  qayda-
qanuna  o  qədər  də  riayət  etmirdilər.  Buna  görə  də  tacirlər  bir  çox  fırıldaqlara  əl 
atmalı  olurdular.  1732  və  1735-ci  illər  müqaviləsinə  əsasən  şahın  malları 
Həştərxanda heç bir gömrük verilmədən satılmalı idi
360
. Bəzi tacirlər müqavilələrin 
həmin  bəndindən  istifadə  edib  saxta  sənədlər  düzəldərək  özlərini  «şahın  taciri» 
kimi qələmə verir, gömruk vermədən mallarını Rusiya bazarlarında satırdılar. Belə 
tacirlər müəyyən vaxtdan sonra ifşa olunub cəzalandırılırdılar
361
. Hər halda belə bir 
faktın mövcud olması Həştərxanda gəlmə tacirlərin sıxışdırılması demək idi. 
Azərbaycan  və  eləcə də  İran  tacirlərinin  Xəzər  dənizi ilə  ticarət  etmələrinə 
maneçilik törədən amillərdən biri də həmin tacirlərin uzaq məsafələri qət edə bilən 
gəmilərinin  olmaması  idi.  Həştərxandakı  gəmilərin  kapitanları  isə  bundan  sui 
istifadə  edərok  yol  xərcini  bahalaşdırır  və  onlara rüşvət  və ya  artıq  pul  verməyən 
tacirlərə  öz  mallarını  gəmilərə  yükləməyə  icazə  vermirdilər.  Yuxarıda  adını 
çəkdiyimiz  səfir  Mirzə  Məhəmməd  Kafi  Həştərxanda  ikən  belə  halların  şahidi 
olmuş  və  Peterburqda  hökumət  başçıları  ilə  görüşərkən  yazılı  surətdə  bildirmişdi 
ki,  İran  tacirləri  Həçtərxandan  dəniz  vasitəsi  ilə  qayıtmaq  istədikdə  kapitanlar 
gəmilərin  özlərinə  lazım  olduğunu  bəhanə  gətirirlər.  Lakin  tacirlərin  dəfələrlə 
etdikləri  xahişdən  və  onlardan  külli  miqdarda  pul  aldıqdan  sonra  onlara  yalnız 
şəxsi gəmilərə minməyə icazə verilir. 
Rus hökuməti bu özbaşınalığın qarşısını almaq üçün xüsusi qərar qəbul etdi. 
Bu  münasibətlə  Həştərxana  göndərilən  əmrdə  müqəssirlərin  ağır  cərimə 
olunacaqları bildirildi
362

Yeri  gəlmişkən  qeyd  etmək  lazımdır  ki,  bəhs  edilən  illərdə  Rusiyanın 
özünün  Xəzər  dənizində  kifayət  qədər  gəmisi  yox  idi.  Təkcə  bunu  göstərmək 
kifayətdir ki, XVIII əsrin 40-cı illərində Rusiya dövlətinin Xəzər dənizi vasitəsi ilə 
ticarət  malları  və  sərnişinləri  daşıyan  otuzdan  bir  qədər  artıq  gəmisi  var  idi
363

Gəmilərin yükgötürmə qabiliyyəti üç tondan beş tona çatırdı
364

                                                             
358
 Yenə orada. 
359
 Yenə orada. 
360
 Yenə orada, iş 708, vərəq 126. 
361
 Yenə orada, vərəq 130. 
362
 QAAO, fond 394, iş 10, vərəq 20-21. 
363
 QAAO, fond 394, iş 1118  (1746), vərəq 312-313. 
364
 QAAO, fond 394, iş 1450 (1749), vərəq 126.
 

80 
 
Rus  ticarət  gəmiləri  Xəzər  dənizində  başlıca  olaraq  Dərbənd,  Bakı, 
Lənkəran,  Ənzəli  və  Astrabad  limanlarına  yan  alırdı.  Lakin  bu  limanlar  arasında 
Bakı hər cəhətdən üstün idi. Bütün rus dənizçiləri Bakını Xəzər dəiizində ən yaxşı 
gəmi  dayanacağı  kimi  qələmə  verirdilər.  1745-ci  ildə  Həştərxan  limanının  rəisi 
leytenant  Qornyakov  Həştərxan  qubernatoru  V.  N.  Tatişşeva  bildirmişdir  ki, 
«...bütün Xəzər dənizində qumlu  sahillərin müqabilində Bakıdan başqa, gəmilərin 
təhlükəsiz  dayanmaları  üçün  yer  yoxdur,  çünki  burada  şəhərin  lap  yaxınlığına 
gəlmək  və qışlamaq  mümkündür, ticarət  gəmiləri  burada rahat  alver  edə  bilər,  bu 
yerdə heç bir tufandan ehtiyat etmək lazım gəlməyəcək»
365

1740-cı  ildə  İranla  daha  yaxından  ticarət  aparan  rus  tacirləri  Ənzəli 
limanının  qumla  dolduğuna  görə  gəmilərin  sahilə  yaxınlaşa  bilməməsi  barədə 
şikayət etdilər
366

1745-ci  ildə  Həştərxanda  Şərq  ölkələri  ilə  ticarət  etmək  üçün  əsas  limanı, 
«rus  qoşunlarının  İrana  gəlməzdən  əvvəl»,  rus  gəmilərinin  həmişə  yan  aldıqları 
Lənkəranda  inşa  etmək  qərara  alındı
367
.  Lakin  bu  qərarın  həyata  keçirilməsi 
haqqında  hələlik  arxiv  sənədlərində  məlumat  əldə  edilməmişdir.  Hər  halda  rus 
çinovniklərinin  İran  da  daxil  olmaqla,  Şərq  ölkələri  ilə  ticarət  aparmaqda  əsas 
liman  kimi  Bakı  və  yaxud  Lənkəranı  seçmələri  Azərbaycan  şəhərlərinin  rus-şərq 
ticarətindəki əhəmiyyətini bir daha göstərir. 
Rus  tacirlərinin  Azərbaycanda  və  Azərbaycan  tacirlərinin tez-tez  Rusiyada 
olmaları  yalnız  iqtisadi  xaraktermi  daşıyırdı?  Bu  suala  da  arxiv  sənədləri  cavab 
verir.  Rusiyanın  Azərbaycanla  əlaqəsi  eyni  zamanda  hər  iki  ölkənin  xalqlarını 
yaxınlaşdırmış  və  bir-biri  ilə  daha  yaxından  tanış  olmaq  üçün  şərait  yaratmışdır. 
Təsadüfi  deyildir  ki,  öz  ailələri  ilə  Rusiyaya  uzun  müddətə  ticarət  etmək  üçün 
gələn  azərbaycanlı  tacirlərin  bir  çoxu  İran  qoşunlarının  qanlı  hücumlarına  məruz 
qalan  Azərbaycana  qayıtmaqdan  imtina  edərək,  Rusiyanın  təbəəliyinə  keçməyi 
daha  üstün tuturdular.  Bu  barədə  Həştərxan  Dövlət  Vilayət  arxivində  maraqlı  bir 
sənəd  mövcuddur.  1744-cü  ildə  Həştərxandakı  «Gilan»  karvansarasının 
sahiblərindən  olan  Mustafa  Nadir  Məmmədov  və  İmamquliyev  rus  dövlət 
başçılarına müraciət edərək karvansarada öz ailə və qohumları ilə yaşayıb, ticarətlə 
məşğul  olan  və  ya  muzdurluq  edən  bir  neçə  azərbaycanlının  Rusiya  təbəəliyinə 
keçmək istədikləri haqqında məlumat vermişlər. Aşağıda həmin şəxslərin siyahısı 
verilir (8 və 9-cu cədvəllər). 
Nəzərdən  keçirilən  arxiv  sənədində  həmin  şəxslərin  rus  təbəəliyinə  qəbul 
olunmaları haqqında məlumata təsadüf edilmir. Lakin digər bir rəsmi sənəd həmin 
                                                             
365
 QAAO,  fond  394,  iş    1078  (1745);  müqayisə  et:  Донесение  капитана  Рентеля  адмиралу 
Апраксину,  1710  г.  «Материалы  для  истории  русского  флота»,  ч.  IV.  səһ.  289;  Донесение 
капитана Вердена Петру I, 1719, yenə orada, səh. 286-287;  F. Soymonov.   Göstərilan əsəri, səh 2. 
366
 QAAO, fond 394, iş 1046 (1745), vərəq 8. 
367
 Yenə orada, 1078 (1745), vərəq. 8. 
 

81 
 
azərbaycanlıların  rus  təbəəliyinə  qəbul  olunmaları  haqqında  məlumat  verir. 
Doğrudur,  bu  sənəddə  bəhs  edilən  dövrə  aid  olan  başqa  sənədlərdə  olduğu  kimi 
«azərbaycanlı»  sözü  yazılmışdır.  Lakin  yuxarıda  qeyd  edildiyi  kimi  «Gilan» 
karvansarasında  əsil  iranlılarla  yanaşı,  «Şamaxı,  Dərbənd,  Təbriz  tatarları», 
«iranlı» kimi qələmə verilən azərbaycanlılar da yaşayırdılar. 
Ölkəni idarə edən senat azərbaycanlıların və Şərq ölkələrindən gələn digər 
tacirlərin  rus  təbəəliyinə  qəbul  olunmaları  haqqında  1744-cü  il  aprelin  13-də 
aşaqıdakı  məzmunda  qərar  qəbul  etmişdir:  1.  «İrandan  gəlmiş»  tacirlər  Rusiya 
təbəəliyini qəbul etmək istəsələr onları nəzakətlə, müvəqqəti olaraq təbəəliyə qəbul 
etməli,  lakin  bu  barədə  heç  bir  məlumat  dərc  etməməli.  2.  Müvəqqəti  olaraq  rus 
təbəəliyinə  qəbul  olunmuş    «iranlılardan»    bələdiyyə  idarəsinin  qanunu  üzrə 
hamıdan  alınan  qədər  vergi  alınsın;  3.  həmin  tacirlərdən  Rusiyada  yaşamaq 
istəməyib  geri  dönmək  istəyənlərə icazə  verilsin;  4.  Lazım  gəldikdə  onlar  öz  adət 
və  qanunları ilə  mühakimə  edilsinlər;  5.  Onlara  dini ayinlərin  icrasında maneçilik 
törədilməsin  və  müsəlmanlar  xaç  vurmağa  məcbur  edilmsinlər;  6.  Onlar  heç  bir 
icbari  işə  cəlb  edilməsinlər;  7.  Karvansarada  yaşamaq  istəməyənlərə  şəhərdə 
yaşamağa  icazə  verilsin;  8.  Onlara  milliyyətlərinə  görə  şəhərdə  yer  ayrılsın;  9. 
Əgər  onların  biri  Həştərxanda  toxuculuq  fabriki  və  yaxud  manufakturası  açmaq 
istəsə, Manufaktura kollegiyasının razılığı ilə  icazə verilsin
368

 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə