AZƏrbaycan ssr elmlər akademġyasi tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix21.04.2017
ölçüsü2,8 Kb.
1   2   3   4   5   6   7

8-ci cədvəl
*
 
   
 
 
№ 
ġəxsin adı 
Haradan gəlmiĢdir 
YaĢı 
MəĢğuliyyəti 
1. 
Ramazan Məhəmmədov 
Şamaxı 
40 
ticarətlə məşğul olur 
və can vergisi verir 
a)
 
qardaşı Qurban Əli 

38 
b)
 
qardaşı İbrahim 

25 
c) oğlu Əhməd 


2. 
Hacı İsmayıl Sarı Əhməd 
Şamaxı 
55 
ticarətlə məşğul olur 
və can vergisi verir 
 
a) oğlu Ağa Mirzə 

22 
b) oğlu İbrahim 

18 
c) oğlu Akşin 

20 
3. 
Səfər Hacı Qulamov 
Dərbənd 
32 
muzdurluq edir 
 
a) oğlu Həmid 


b)Yarməhəmməd 


4. 
Şaban Abdulhəmidov 
Dərbənd 
52 
Xırda ticarətlə 
məşğul olur, can 
vergisi verir 
 
a) oğlu Malik 

26 
b) oğlu Məhəmməd Hüseyn 

6 ay 
5. 
Məhəmməd Əli Sadıqov 
 
Dərbənddən 1714-cü 
ildən gəlmişdir 
70 
Ticarətlə məşğul 
olur və can vergisi 
                                                             
368
 PSZRİ, t. 12, № 8919, səh. 77-78;  
 

82 
 
 
a) oğlu Şaban 

19 
verir 
b)Şabanın oğlu 
İsmayıl 

5 ay 
 
*
QAAO, fond 394, siyahı 1, iş 1025 (1744 q.)  
   
 
 
9-cu cədvəl
*
 
 
№ 
ġəxsin adı 
Haradan gəlmiĢdir 
YaĢı 
MəĢğuliyyəti 
1. 
 
İsmayıl Əbdül Əziz 
Şamaxı 
50 
Ticarətlə məşğul 
olurlar 
a) qardaşı Yaqub və ögəy atası 
tacir Mövlad Verdi 
Şamaxı (Həştərxana 
1743-cü ildə 
gəlmişdir) 
12ay 
28 
2. 
 
 
Məhəmməd İbrahim 
Şamaxı 
19 
muzdurluqla dolanır 
a)qardaşı Şaban 

15 
b)qardaşı Məhəmməd 

10 
3. 
 
Qasım İmambəyov 
Təbriz (Həştərxana 
1738-ci ildə gəlmişdir) 
30 
xırda alverlə 
məşğuldur 
a) oğulluğu Məhəmməd 


4. 
Məhərrəm Bayramov 
Dərbənd 
25 
muzdurluqla dolanır 
a)qardaşı İsa 

19 
b)qardaşı Musa 

23 
c)Musanın oğlu 
Mustafa 


ç)qaynı Həsən Camalov 

25 
5. 
Musa Həsənbəyov 
Dərbənd 
24 
tacirdirlər 
a) qardaşı Mustafa 

16 
6. 
Səfərəli Şıxməmmədov 
Dərbənd (Həştərxana 
1714-cü ildə 
gəlmişdir) 
54 
Əvvəllər ticarət 
edərdi, indi isə 
muzdurluqla 
məşğuldur. 
a)
 
Oğlu Kərimbəy 
 


 
 
 
 
 
*
 QAAO, fond 394, iş 1025 (1744 q.) 
 
1747-ci  ildə  Nadir  şah  öldükdən  sonra  onun  qılınc  gücü  ilə  saxladığı  və 
onsuz  da  parçalanmaqda  olan  dövlətinin  tənəzzülü  daha  da  sürətləndi.  Nəticədə 
İranın  əyalətləri  hesab  edilən  bir  çox  ölkələr,  o  cümlədən  Azərbaycan  İran 
boyunduruğundan  xilas  olub  müstəqillik  əldə  etdi.  Lakin  tarix  səhnəsində  bu 
zaman  Azərbaycan  vahid  bir  dövlət  kimi  deyil,  müstəqil  və  yarımmüstəqil 
xanlıqlar halında çıxış etdi
369
. Həmin dövrdən başlayaraq Azərbaycanın Rusiya ilə 
siyasi və iqtisadi əlaqəsi daha da möhkəmləndi. Artıq təkcə ayrı-ayrı azərbaycanlı 
tacirlər  deyil,  eyni  zamanda  bir  çox  feodallar  da  rus  dövləti  ilə  yaxından  əlaqə 
                                                             
369
 F.  M. Əliyev.   Şimali Azərbaycan şəhərləri, səh. 3. 

83 
 
saxlamaq siyasəti yürüdürdülər
370
. Bu, o demək idi ki, Azərbaycan xalqının bir çox 
nümayəndələri  İranın  hədə-qorxusuna  baxmadan  Rusiya  ilə  yaxınlıq  etmək 
istəyirdilər.  Bunu  bir  sıra  arxiv  sənədləri  də  sübut  edir.  Doğrudur,  əldə  olan 
sənədlər  Quba,  Şamaxı  və  Bakı  xanlıqlarına  aiddir,  lakin  şimali-şərqi 
Azərbaycanın  bu  başlıca  xanlıqlarındakı  əhval-ruhiyyə  Rusiyaya  qarşı  olan 
təmayülü aydın göstərmək üçün kifayət edər. 
1749-cu ilin əvvəllərində Bakı, Quba, Dərbənd xanlıqlarında olmuş rotmistr 
A. Çerneski həmin il aprel ayının 8-də Həştərxanda olarkən rus ordusunun kapitanı 
Konıtovskiyə  Azərbaycanda  ona,  rus  dövlətinin  nümayəndəsi  kimi  göstərilən 
hörmət haqqında yazılı surətdə məlumat vermişdir. A. Çerneski yazırdı ki, Bakıya 
gələn  kimi  general-leytenantın  göndərdiyi  məktubu  Bakı  xanı  Mirzə  Məhəmməd 
xana  verdim.  Xan  mənim  gəlişimlə  sevindi,  mənə  çox  hörmət  edərək  bildirdi  ki, 
əgər yoluma davam etməliyəmsə, o, məni məmnuniyyətlə müşayiət edə bilər, sonra 
o atı olmayan ruslara öz atlarından verdi və məni dənizin sahilinə qədər yola saldı. 
Sahildə  rus  gəmisində  Çerkasov  məni  gözləyirdi.  O,  tez  mənim  üçün  qayıq 
göndərdi və mən Çerkasovla görüşüb, onun üçün göndərilən məktubu ona verdim. 
Mən  Bakıda  on  gün  qaldım.  Bakı  xanı  kazaklara  mənzil  verdi,  onları  ərzaqla  və 
atlarını arpa-samanla təmin etmək üçün üç nəfər ayırdı. Mənim özümü isə xan öz 
sarayında saxladı. Mən Bakıdan gedənə kimi sarayda yaşadım
371

Rotmistr  A.  Çerneski  Bakıdan  sonra  Dərbənd  və  Qubada  olmuşdur.  Onun 
yazdığına  görə,  Quba  xanı  Hüseyn  Əli  xan  demişdir  ki,  İran  hücum  edərsə  o,  və 
Bakı  xanı  İrana  tabe  olmayacaqlar
372
.  Sonra  Quba  xanı  A.  Çerneskidən  xahiş 
etmişdir  ki,  o,  general-leytenanta  bildirsin  ki,  əgər  Rusiyadan  İrana  iş  dalınca 
getmək  istəyən  olsa,  Quba  hakimi  heç  bir  zərər  toxundurmadan  məmnuniyyətlə    
onları    qəbul  edib,  yola  salmağa  hazırdır.  Hazırda  yollarda  ruslar  üçün  heç  bir 
təhlükə yoxdur
373

Bakı,  Quba,  Şəki  və  b.  xanlıqlar  ilə  Rusiya  arasında  iqtisadi  əlaqələrin 
olması  haqqında  da  arxiv  sənədlərindən  hələlik  az  da  olsa  maraqlı  məlumat  əldə 
edilmişdir. 
1749-cu ildə Bakı xanlığını İran hücumu hədələdiyi bir zamanda Bakı xanı 
öz  şimal  qonşusu  Rusiyaya  müraciət  edərək  bildirmişdi  ki,  Bakı  qalasında 
müqavimət göstərmək üçün taxıl azuqəsi yoxdur. Odur ki, xan öz qiymətində Bakı 
əhalisinə çata biləcək
374
 taxıl  göndərməyi  və  əgər  dövlətin  taxılı  olmasa,  o zaman 
rus  tacirlərinə  satmaq  üçün  Bakıya  un  aparmaqlarına  icazə  verməsini  xahiş 
                                                             
370
 H.  B.  Abdullayev.  Из истории Северо-восточного  Азербайджана в 60-80-х гг.  XVIII в., Баку. 
1958. 
 
371
 QAAO, fond 394, iş 32 (1749), vərəq 204. 
372
 Yenə orada, vərəq 205. 
373
 QAAO, fond 394, iş 32 (1749 q.), vərəq. 205. 
374
 Sənəddə taxılın miqdarı göstərilmir. 

84 
 
etmişdir
375
.  Xan  göstərmişdir  ki,  Bakıya  un  gətirən  rus  tacirləri  öz  mallarını 
istədikləri qiymətə sata bilərlər
376

Qızlar şəhərindən karvan yolu ilə Azərbaycanda ticarət etmək üçün Qubaya 
gələn rus təbəələri qubalı Hüseyn Əli xan tərəfindən nəzakətlə qarşılanmış və xan 
onların  təhlükəsizliyini  təmin  etmək  üçün  onlara  silahlı  dəstələr  də  qoşmuşdur. 
Hüseyn  Əli  xan  Qızlar  şəhərinin  komendantı  general-leytenant  Devizə  yazdığı 
məktubunda  bildirmişdir  ki,  o,  rus  tacirlərini  keşikçi  dəstələri  ilə  təhlükəsiz  yolla 
öz  dostu  Hacı  Çələbinin  vilayətinə,  yəni  Şəki  xanlığına  göndərmişdir,  onlar 
Şəkidən Şirvana,  Şirvandan isə yenə də Qubaya qayıdacaqlar. Məktubun sonunda 
xan bildirmişdir ki, o, rus tacirlərini bir qonaq kimi qarşılamış və onları lazım olan 
hər bir şeylə təmin etmişdir
377

Beləliklə,  XVIII  əsrin  birinci  yarısında  Azərbaycanın  iqtisadiyyatı  ümumi 
tənəzzül  dövrü  keçirdiyi  bir  zamanda  ticarətin  arası  uzun  müddət  kəsilməmişdir. 
Hətta  XVIII  əsrin  ikinci  rübündə  Azərbaycanın  Xəzər  boyu  əyalətləri  Rusiyanın 
himayəsi  altına  keçdikdən  sonra  burada  ticarət  sahəsində  müəyyən  canlanma  da 
hiss  olunmuşdur.  Doğrudur,  bu  zaman  müvəqqəti  olaraq  Türkiyənin  hakimiyyəti 
altına düşən Azərbaycan vilayətləri türk feodalları tərəfindən işğal edilmiş və xalq 
qarət  olunmuşdur.  Lakin  bu  Azərbaycan  tacirlərinin  Xəzər  boyu  əyalətlərinə 
gedişinə  və  ticarət  etmələrinə  tam  mane  olmamışdır.  XVIII  əsrin  ikinci  rübündə 
Azərbaycanın  tranzit  və  xarici  ticarətində  əmələ  gələn  canlanmada  Rusiyanın 
rolunu xüsusilə qeyd etmək lazımdır. Rusiyanın Azərbaycanla ticarət etməsi eyni 
zamanda rus tacirlərini  uzaq  Hindistana  aparıb  çıxarırdı.  Həştərxanda  və  xüsusilə 
Abşeronda yurd salan hindlilər Rusiya və Azərbaycanın mallarını Hindistana aparır 
və oradan yerli mallar gətirirdilər. 
Azərbaycan-rus  ticarət  münasibətləri  siyasi  əlaqələrin  yaranmasına  və 
Azərbaycanın inkişafına müsbət təsir göstərirdi. Ticarət rus və Azərbaycan xalqları 
arasında qarşılıqlı əlaqənin yaranmasında və hər iki xalqın yaxınlaşmasında böyük 
rol oynamışdır. Buna görə də təsadüfi deyildir ki, Azərbaycan tacirləri qonaqpərvər 
rus  xalqı  ilə  bir  ölkədə  —  Rusiyada  yaşamaq  üçün  buraya,  hətta  öz  ailələri  ilə 
axışıb  gəlirdilər.  Rus  xalqının  səmimiyyəti azərbaycanlılar arasında  onlara hədsiz 
hüsn-rəğbət qazandırdı. 
 
 
 
 
IV FƏSĠL 
                                                             
375
 QAAO, fond 394, iş 90 (əlavə
), 
vərəq 461. 
376
 Yenə orada. 
377
 Yenə orada, vərəq 306. 
 

85 
 
 
XƏZƏR TĠCARƏTĠ UĞRUNDA RUSĠYA ĠLƏ ĠNGĠLTƏRƏ  
RƏQABƏTĠ VƏ AZƏRBAYCAN 
 
XVIII  əsrdən  hələ  xeyli  əvvəl  ingilislər  xam  ipək  mənbələrini  ələ 
keçirməyə, hazır mallar üçün yeni əlverişli bazar tapmağa və Şərq ilə Qərb ölkələri 
arasında  ən  rahat  yol  sayılan  Volqa-Xəzər  ticarət  yolunda  hakim  mövqe  tutmağa 
can atır, rus tacirləri ilə ciddi rəqabət aparırdılar. 
Azərbaycan  və  İran  xam  ipək mənbələri  ilə  çox  zəngin  idi. Əsas  xam ipək 
mənbələri Gilan, Şamaxı, Gəncə, Şəki, Təbriz və Astrabadda yerləşmişdi. 
Azərbaycanın  qədim  şəhərləri  —  Təbriz,  Şamaxı,  Gəncə,  Bakı,  Ərdəbil 
Şərq  ilə  Qərb  arasında  əlverişli  coğrafi  mövqe  tuturdu.  Bu  isə  həmin  şəhərlərin 
tranzit ticarətindəki rolunu və beynəlxalq bazar kimi əhəmiyyətini çoxaldırdı. 
Volqa  —  Xəzər  ticarəti  yolunda  Azərbaycanın  liman  şəhərləri  olan 
Dərbənd, Nizabad, Bakı və Lənkəranın əhəmiyyəti az deyildi. 
Bütün  bunları  nəzərə  alaraq,  Rusiya  ilə  İngiltərə  arasında  Xəzər  ticarəti 
uğrunda  aparılan  rəqabətdə  Azərbaycanın  əsas  mübarizə  obyektlərindən  biri 
olduğunu qeyd etmək lazımdır. 
İngilislər  hələ  XVI  əsrdə  Arxangelsk  limanı  vasitəsi  ilə  Volqa—Xəzər 
ticarət yolundan istifadə etməyi qərara almış və bu məqsədlə də ticarət şirkəti təsis 
etmişdilər
378

XIX əsr tarixçisi S. Bronevskinin yazdığına görə, ingilislərin hələ o zaman 
əsas  məqsədi  İranla,  xüsusilə  Şirvan  əyaləti  və  onun  zəngin  bazara  malik  olan 
Şamaxı şəhəri ilə ticarət aparmaqdan ibarət idi
379

Şirvanın ingilislər üçün Xəzər dənizi ticarətində nə kimi böyük əhəmiyyətə 
malik olmasını C. Hanvey də qeyd edir: «O vaxt bizim  şirkətin yeri Şirvan idi və 
bir çox ingilis təbəələri də elə bu idarədə işləyirdilər
380

Qeyd etmək lazımdır ki, dəniz ticarətində təcrübəli olan ingilisləri Rusiyada 
və  eləcə  də  Xəzər  dənizində  ticarət  aparmağa  I  Pyotrun  özü  dəvət  etmişdi. 
Şübhəsiz,  bu  da  səbəbsiz  deyildi.  Bunu,  hər  şeydən  əvvəl,  Rusiyada  sənayenin, 
xüsusilə  toxuculuğun inkişafı  tələb  edirdi.  Məhz  buna görə  də  I  Pyotr  ingilislərə 
Gilan,  Şirvan  və  Ərəşdən  aldıqları  xam  ipəyi  yalnız  Volqa—Xəzər  yolu  ilə 
aparmaq  şərti  ilə  Rusiyadan  getməyə  icazə  vermişdi
381
.  Bununla  da  I  Pyotr  xam 
ipəklə  aparılan  ticarəti  Volqa—Xəzər  yoluna  köçürməklə  Rusiyanın  toxuculuq 
sənayesini  zəruri  xammalla  təmin  etmək,  xarici  tacirlərdən  toplanılan  gömrük 
hesabına dövlətin qazancını çoxaltmaq və ən nəhayət, dəniz texnikasında təcrübəli 
                                                             
378
 C. Hanvey. Göstərilən əsəri, səh. 1. 
379
 С. Броневский. Новейшие географические и исторические известия о Кавказе, II cild, М., 1823, 
səһ. 190. 
380
 C. Hanvey. Göstərilən əsəri, I cild, səh. 5. 
381
 Yenə orada, səh. 8; M. Çulkov. Göstərilən əsəri (müqəddimə), səh. 82. 

86 
 
olan ingilislərdən gəmiçilik işlərində istifadə etmək məqsədlərini güdürdü. Məlum 
olduğu  kimi,  I  Pyotrun  hakimiyyətinin  ilk  çağlarında  Rusiyanın  dənizçilik 
texnikası  Qərbi  Avropa  ölkələrinə,  xüsusilə  İngiltərəyə  nisbətən  aşağı  səviyyədə 
idi. Buna görə də rus dənizçiləri Xəzərdə uzaq səfərlərə çıxmaqdan ehtiyat  edərək 
çox zaman Nizabad limanından uzağa getmirdilər. 
XVIII  əsrdə  ilk  dəfə  Azərbaycan  şəhərlərində  Con  Bel  olmuşdur.  O,  I 
Pyotrun  İrana  göndərdiyi  səfir  A.  P.  Volınskinin  dəstəsində  həkim  sifəti  ilə 
çalışarkən  Azərbaycanın  bir  çox  şəhərlərində,  o  cümlədən  Dərbənd,  Nizabad, 
Şamaxı,  Təbriz,  Lənkəran,  habelə  Muğanda  olmuşdur.  Con  Bel  ikinci  dəfə 
Azərbaycana  1722-ci  ildə  I  Pyotrun  qoşunlarının  tərkibində  gəlmişdir.  Həmin 
səyahətlər zamanı C. Bel Azərbaycanın şəhərləri və iqtisadiyyatı haqqında zəngin 
məlumat toplamışdır
382

I Pyotrun qoşunlarının tərkibində H. P. Bryus adlı başqa bir ingilis zabiti də 
var  idi.  Bryus,  həmçinin  1723-cü  ildə  Matyuşkin  tərəfindən  Bakının  alınmasında 
da  iştirak  etmişdir.  O  da  Bel  kimi,  olduğu  yerlər haqqında iqtisadi  vəziyyətə  dair 
məlumat  toplamışdır
383
.  Daha  sonra  Xəzər  boyu  əyalətlərdə  olmuş Cems  Spilman 
öz xatirələrində Azərbaycanın ticarətindən bəhs etmişdir
384
. Beləliklə, qeyd edilən 
müasirlərin  təsərrüfat  və  ticarət  haqqındakı  məlumatları  ingilislərin  Xəzər 
ticarətinə olan marağını daha da artırdı. 
1723-cü ildə Rusiyada Azərbaycan və eləcə də İranla ticarət edən tacirlərin 
şirkəti təşkil edildi. 
Həmin  şirkətin  üzvləri  üçün  hər  biri  150  manata  bərabər  olan  400  aksiya 
tərtib edildi. Bu şirkət 40 il fəaliyyət göstərdi
385

1721  -  1725-ci  illər  arasında  Rusiyada  Xəzər  dənizi  üçün  onlarca  gəmi 
quraşdırıldı
386

Lakin  qeyd  etmək  lazımdır  ki,  sonralar  rus  dövləti  Xəzər  dənizindəki 
fəaliyyətini  xeyli  zəiflətdi.  Xəzər  dənizi  üçün  Kazan  və  Nijni  Novqorodda 
tikilməkdə  olan  gəmilər  yarımçıq  qaldı.  A.  Ştılko  rusların  Xəzər  ticarətinin  I 
Pyotrdan  sonrakı  dövrü  haqqında  yazır  ki,  Pyotr  öldükdən  sonra  elə  bir  dövlət 
xadimi tapılmadı ki, onun Xəzərdə başladığı işləri davam etdirsin. Gəmi tikilməsi 
üçün  buraxılan  147.000  manat  puldan  yalnız  80.000  xərclənmişdi
387
.  I  Pyotrun 
təklifi  üzrə  Xəzər  dənizinin  şimalında  yerləşən  «Четыре  угол»  adasında  tikilən 
liman yarımçıq qalıb, ləpələr altında məhv olub getmişdi
388

                                                             
382
 C. Bel. Göstərilən əsəri. 
383
 S. B. Aşurbəyli. Göstərilən məqaləsi, səh. 63. 
384
 C. Spilman.  Göstərilən əsəri, səh. 10 və b. 
385
 S. Bronevski. Göstərilən əsəri, II cild, səh. 208. 
386
 F. Veselaqo. Göstərilən əsəri, səh. 55; А. Штылко. Волжско-Каспийское судоходство в старину, 
СПб, 1896, səһ. 40 
387
 А.  Штылко. Волжско-Каспийское судоходство в старину, səһ. 40.
 
388
 Н.   Попов.  В. К. Татищев и его время, СПб, 1896, səһ. 378. 

87 
 
İmperatriça  Anna  İvanovna  hökumətinin  siyasəti  onun  Xəzər  ticarəti  və 
Xəzər boyu əyalətləri haqqında olan laqeydliyini tamamilə biruzə verdi. 1732-ci il 
Rəşt, 1735-ci il Gəncə müqavilələrinə əsasən Rusiya hökuməti vaxtı ilə I Pyotrun 
Rusiyaya  birləşdirdiyi  Xəzər  boyu  əyalətlərdən  də  əl  çəkməli  oldu.  Bununla 
əlaqədar  olaraq  Xəzər  üçun  nəzərdə  tutulan  gəmilərin  hazırlanması  da  yarımçıq 
qaldı.  Anna  İvanovna  hökümətinin  İrana  güzəştə  getməsini  görən  şah,  hətta 
Rusiyadan  Həştərxan  limanındakı  gəmiləri  İrana  satmağı  və  İrana  gəmiçilik 
ustalarının göndərilməsini kobudcasına tələb etmişdi
389

Yeri gəlmişkən göstərmək lazımdır ki, bu tələbləri İran özü deyil, bilavasitə 
ingilislərin  təkidi  ilə  edirdi.  Xam  ipək  mərkəzlərində  gözü  olan  ingilislər  rusları 
İran və Azərbaycandan sıxışdırıb çıxarmaq məqsədi ilə «düşməni başqasının əli ilə 
vur»  —  siyasətini  yürütməyə  başladılar.  İngilislər  İran  hökümətini  tədricən  öz 
təsirləri altına alaraq, iranlıların köməyi ilə ruslara qarşı mübarizəyə başladılar. 
İngiltərə  ilə  Rusiya  arasında  Xəzər  ticarəti  uğrunda rəqabət  başladı.  Lakin 
bu  mübarizə  əvvəlcə  birtərəfli  idi.  İngilislər  Londonda,  Peterburqun  özündə  və 
İranda  rus  ticarətinə  qarşı  qəsd  hazırladıqları  halda,  siyasətdə  çox  sadəlövh  olan 
Anna İvanovna höküməti Rusiyanın Şərq ticarətinə dəyəcək zərbəni hiss etmədi və 
əksinə, Rusiyada ticarət edən və ya Rusiyadan keçib İran, Zaqafqaziya və sair Şərq 
ölkələrinə mal  aparan  ingilis  tacirləri  üçün  hər  cür  şərait  yaratdı.  İngiltərə həmin 
dövrdə  Rusiyanın  Qərbi  Avropa  ölkələri  ilə  ticarətində  əsas  yerlərdən  birini 
tuturdu
390
. Rusiyanın xarici ticarətində belə bir mövqe tutmaları ingilislərə 1734-cü 
ildə  Rusiya  ilə  yeni  ticarət  müqaviləsi  bağlamağa  imkan  verdi
391
.  Həmin 
müqavilənin 8-si bəndi ingilislərin Rusiya ərazisindən keçib, İranla ticarət etmələri 
məsələsinə həsr  edilmişdi.  P.  A.  Ostrouxov  yazır ki,  ingilislər  düz  150  ildən artıq 
bir müddət ərzində belə bir hüquq qazanmaq üçün can atırdılar
392

Bu  müqavilə  Rusiyaya  tranzit  ticarətdən  böyük  qazanc  əldə  etmək  ümidi 
verirdi.  Digər  tərəfdən  rus  tacirləri  ingilislərin  köməyi  ilə  xam  ipəyin  Volqa  — 
Xəzər yolu ilə Rusiyaya daşınmasına ümid bəsləyirdilər. 
1739-cu ildə  Həştərxandan  cənuba  İngiltərənin nümayəndəsi  C. Elton  yola 
düşmüşdür. 
Tarix  elmləri  namizədi  S.  Aşurbəyli  vaxtı  ilə  Rusiyada  xidmət  edən  C. 
Eltonun 1740-cı ildə Nadir şah tərəfindən İrana dəvət olunduğunu və şahın təklifi 
üzrə onun İran üçün donanma yaratdığını öz qısa və ümumi məqaləsində qeyd edir 
və  göstərir  ki,  Elton  və  onun  yoldaşı  kapitan  Vudrufun  hərəkətləri  rus  dövlətinin 
                                                             
389
А.   Штылко. Волжско-Каспийское судоходство в старину, səһ. 46. 
390
 С. А. Покровский. Внешняя торговля и внешнеторговая политика России, М., 1947, səһ. 99. 
391
 Yenə orada

392
 П.  А.  Остроухов.  Англо-русский  торговый  договор  1734  г..  СПб,  1914,  səһ.  109;  В.  Лебедев. 
Русско-английские  торговые  отношения  и  договор  1734  г.,  «Ученые  записки  МГУ  им.  М.  В. 
Ломоносова кафедра истории СССР», вып. 167, səһ. 126.
 

88 
 
narazılığına  səbəb  olmuş  və  nəticədə  «Rusiya  kompaniyasının»  əleyhinə  bir  sıra 
tədbirlər görülmüşdür
393

Bu məsələni bir qədər dəqiqləşdirmək və genişləndirmək lazım gəlir. 
Rusiya  ilə  rəsmi  müqavilə  bağladıqdan  sonra  İran,  Zaqafqaziya,  Hindistan 
və Çinə Rusiya ərazisindən daha rahat, ucuz və yaxın yol axtaran İngiltərə 1735-ci 
ildə özünün məxfi agentini, dəniz kapitanı C. Eltonu Rusiyaya göndərmişdi. O, bir 
neçə  il  rusların  Orta  Asiyaya  göndərdikləri  ekspedisiyalarda  iştirak  etmişdi.  C. 
Elton  ekspedisiya  zamanı  yerli  şəraiti,  həmçinin  Kama,  Volqa  və  b.  çayların 
xüsusiyyətini öyrənmiş və hətta həmin yerlərin coğrafi xəritəsini də tərtib etmişdir. 
Qazağıstan və Orta Asiya tərəfindən əlverişli yol olmadığına bir daha əmin olan C. 
Elton  yeganə  rahat  ticarət  yolu  olan  Xəzər  dənizinə  çıxmağı  qərara  almışdır.  C. 
Hanveyin yazdığına görə, C. Eltonun məqsədi guya  yalnız Astrabaddan Buxaraya 
getmək idi
394
. Əslində isə C. Elton Xəzər dənizi ticarətini qaydaya salmaq və İranı 
Rusiyanın  əleyhinə  qaldırmaqla  rusları  Xəzər  dənizindən  sıxışdırmaq  məqsədi  ilə 
İngiltərədən göndərilən rəsmi bir şəxsiyyət idi
395

C.  Elton  1738-ci  ildə  Orenburq  ekspedisiyasından  sonra  Peterburqa 
qayıtmış  və  İngiltərə  tacirləri  ilə  müəyyən  danışıqlar  apardıqdan  sonra  Munqo 
Qrem  adlı  bir  ingilis  taciri  ilə  Moskvaya  gəlmiş,  1739-cu  il  martın  19-da 
Moskvadan  çıxaraq,  Həştərxana  yola  düşmüşdür.  C.  Elton  özü  yazır  ki, 
Həştərxandan Rəştə tezliklə gəmi getmədiyi üçün biz 3 həftə burada qalmalı olduq. 
Bu  müddət  ərzində  biz  İran  ticarətinin  xarakterini  və  bu  ticarətdə  rus  və  erməni 
tacirlərinin iştirakını öyrəndik. Erməni tacirləri məqsədimizi duyub, bizə məlumat 
vermək istəmədilər
396

Lakin bununla belə C. Elton Xəzər ticarətinin müəyyən məsələləri ilə tanış 
oldu.  C. Elton  Rəştə  gəldikdən  sonra mustofi
397
 ilə  söhbət zamanı  bildirmişdir  ki, 
o, bura yalnız ticarət xatirinə gəlmiş və özü ilə bir qədər ingilis mahudu gətirmişdir 
ki,  onu  yaxşı  sata  bilsə,  şahın  qarşısında  İranda  öz  şirkətlərini  təsis  etmək 
məsələsini qoysun
398

C. Elton həmçinin  bildirmişdir  ki,  onu  eyni zamanda həm Xəzər  dənizinin 
sahilləri  və  həm  də  bu  dənizdə  üzən  İran  gəmiləri  maraqlandırır.  Əgər  gəmilər 
yararsız olarsa, o zaman onlar İran üçün gəmi də tikə bilərlər
399

Onu  da  qeyd  etmək  lazımdır  ki,  Nadir  şah  dövlətin  gəlirini  çoxaltmaq, 
müharibələrin  xərcini  ödəmək  məqsədi  ilə  zorakılıqla  həyata  keçirdiyi  bir  çox 
tədbirlərlə  yanaşı,  İranın  başqa  ölkələrlə  ticarət  etməsi  üçün  də  şərait  yaratmaq 
                                                             
393
 S. Aşurbəyli. Göstərilən əsəri, səh. 69. 
394
 C. Hanvey. Göstərilən əsəri, I cild, səh. 9; P. Butkov. Göstərilən əsəri, I cild, səh. 221. 
395
 QAAO, fond 394, iş 871 (1743 q.), vərəq 68-70. 
396
 C. Hanvey. Göstərilən əsəri, I cild, səh. 11 
397
 İstifadə edilən mənbədə Mustofinin adı qeyd edilməmişdir. 
398
 Bax: C. Hanvey. Göstərilən əsəri, I cild, səh. 15. 
399
 K. Əşrəfyan. Göstərilən əsəri, səh. 184. 

89 
 
fikrində  idi.  Məhz  bu  məqsədlə  də  şah  İranla  ticarət  edən  bir  çox  ölkələrə 
imtiyazlar vermişdi. 
Nadir şahın xarici ölkələrlə ticarətə müsbət münasibət bəsləməsi C. Eltonun 
ümidlərini  qanadlandırdı.  Lakin  C. Elton  birdən-birə  Nadir  şahla  görüşə  bilmədi. 
Şah hərbi səfərdə olduğu üçün onu Məşhəd şəhərində oturan oğlu Rza Qulu Mirzə 
əvəz edirdi. Odur ki, C. Elton vaxt itirmədən şahzadəyə müraciət etdi. C. Elton M. 
Qremlə  birlikdə  Böyük  Britaniyanın  tacirlərinə  də  İranda  imtiyazla  ticarət  etmək 
üçün  səlahiyyət  verilməsi  haqqında  10  bənddən  ibarət  xahişnamə  tərtib  edib, 
Məşhəddəki şahzadə Rza Qulu Mirzəyə göndərdi
400

Həmin  xahişnamənin  birinci  bəndi  İngiltərənin  Xəzər  dənizində  nə  kimi 
siyasət yürütmək istədiyini açıqdan-açığa göstərir: «Britaniya  şirkətinin üzvlərinin 
hər  zaman  və  məhdudlaşdırılmadan  öz  mallarını  şahın  bu  dənizdə  olan  hər  hansı 
bir limanına aparmağa ixtiyarları olmalıdır» və s.
401
 
Rza  Qulu  Mirzə  ingilislərə  müsbət  cavab  göndərdi.  Doğrudur,  C. Elton  ilə 
Rza Qulu Mirzənin məktublarında bilavasitə Azərbaycandan danışılmırdı. Lakin C. 
Elton sonrakı məktublarında İranda ingilis tacirlərinin maraq göstərdikləri üç xam 
ipək mərkəzlərindən  bəhs  edərkən  bunlardan ikisinin — paytaxtı  Şamaxı  olmaqla 
Şirvanı və Ərəşi göstərirdi
402

Rza Qulu Mirzədən müsbət cavab aldıqdan sonra C. Elton M. Qremi Rəştdə 
qoyaraq, tezliklə özünu Peterburqa yetirdi. Burada onun səfərinin müvəffəqiyyətlə 
başa  çatması  xəbəri  bütün  ingilis  tacirlərinin  sevincinə  səbəb  oldu.  C.  Elton  öz 
təkliflərini  İngiltərənin  Peterburqdakı  səfiri  E.  Fincə  yazılı  surətdə  bildirdi.  C. 
Elton məktubunda yazırdı ki, ingilislər Xəzərdə möhkəmləndikdən sonra Hindistan 
və Çinlə də yaxından əlaqə saxlaya bilərlər
403

C. Elton gəmiçilik sahəsində Xəzər dənizinin əhəmiyyətini
404
 və ingilislərin 
bu ticarətdə güclü rəqiblərinin olmamasını göstərirdi
405
. O yazırdı ki, ingilislərdən 
başqa,  heç  bir  xalq  buranı  külli  miqdarda  və  ucuz  qiymətə  parçalarla  təmin  edə 
bilməz və eyni zamanda heç kəs buradan aldığı xam ipəyə bizim qədər qiymət verə 
bilməz
406
.  Hərçənd  erməni  tacirlərinin  nümayəndəsi  patriarx  bizə  verilən 
güzəştlərin  ləğv  olunmasını  xahiş  etdi,  lakin  Rza  Qulu  Mirzə  bu  xahişi  qəbul 
etmədi
407
.  Britaniya  tacirləri  yəqin  etdilər  ki,  nə  qədər  Rusiya  imperiyasının 
                                                             
400
 C. Hanvey. Göstərilən əsəri, I cild, səh. 17. 
401
 Yenə orada. 
402
 C.  Hanvey.  Göstərilən  əsəri,  I  cild,  səh.  23;  Донесения  и  другие  бумаги  антлийских  послов, 
посланцев и  резидентов при  русском дворе  с 1740 по 3 марта 1741 года; Донесение  Ед. Финча 
лорду Гаррингтону 1740 г. (приложение «В»), СИРИО, т. 85, səh. 129; P. A. Ostrouxov. Göstərilən 
əsəri, səh. 114; C. Spilman. Göstərilən əsəri, səh. 58. 
403
 C. Hanvey. Göstərilən əsəri, I cild, səh. 24. 
404
 Yenə də orada, səh. 24; müqayisə et: C. Spilman. Göstərilən əsəri, səh. 39. 
405
 C. Hanvey. Göstərilən əsəri, I cild, səh. 24. 
406
 C. Hanvey. Göstərilən əsəri, I cild, səh. 24. 
407
 Yenə orada. 

90 
 
ərazisindən keçməyə və Xəzər dənizində azad üzməyə icazə verilir, onları heç vaxt 
bu  ticarətdən  sıxışdırmaq  mümkün  olmayacaqdır.  Xəzər  dənizi  ticarətinin 
üstünlüyündən və bu ticarətdən alınacaq mənfəətdən bəhs edən C. Elton yazır ki, 
Gilan  və  Şirvan  vilayətlərinin  dəniz  kənarında  olması  bizim  üçün  mənfəətlidir
408

Mənə  elə  gəlir  ki,  dünyanın  heç  bir  yerində  qazanc  barəsində  başqa  belə  bir 
ticarətin  mövcud  olmasını  təsəvvür  etmək  mümkün  deyildir.  İpək  emal  edən 
sənaye  böyük  gəlir  verəcəkdir  və  bu  ticarətin  nəticəsində  qızıl,  qaş-daş,  pambıq, 
zərif yun və s. qiymətli mallar əldə etmək mümkün olacaqdır
409

Daha  sonra  C.  Elton  səfir  E.  Fincə  bildirmişdi  ki,  o,  iranlılarla  türklərin 
arasında gedən rəqabətdən istifadə edərək İran və Azərbaycan ipəyinin Türkiyənin 
ərazisindən deyil,  Xəzər vasitəsi ilə Rusiyadan Londona aparmaq üçün Rza Qulu 
Mirzənin razılığını almışdır
410

C. Elton məktubunun sonunda bildirmişdir ki, rusların Rəştdə konsulxanası 
olduğu kimi, ingilislər də Məşhəddə öz ticarət məntəqələrini təsis etməlidilər
411

Britaniyanın  səfiri  E.  Finc  C.  Eltonun  yazılı  təkliflərini  öz  məktubu  ilə 
birlikdə  Britaniyanın  dövlət  katibi  hersoq  Nyukestelə  göndərmişdir.  Hətta  Finc 
bildirmişdir ki,  İrandan  xam  ipək alan  bir  ingilis  taciri  onu  Amsterdamda  sataraq 
80 faiz mənfəət götürmüşdür
412
. İngiltərədən Moskvaya gətirilib, arşını 1 manat 40 
qəpiyə  satılan  mahudu  erməni  tacirlərindən  biri  1  manat  90  qəpiyə  alıb,  İrana 
aparmış və ingilis tacirinə 35 faiz gəlir vermişdi
413
.  Beləliklə,  həm  idxal, həm də 
ixracetmə  ingilislərə  əhəmiyyətli  qazanc  əldə  etməyə  ümidlər  verirdi.  Hersoq 
kralın əmri ilə həmin təklifləri iri ticarət nümayəndələrinin müzakirəsinə vermişdir. 
Bütün  tacirlər  qərara  alıb  krala  bildirmişlər  ki,  bu  ticarət  Böyük  Britaniya  üçün 
Türkiyə ərazisindən aparılan ticarətə nisbətən iki qat mənfəətlidir. Yəni bu ticarətin 
xərci  ingilislərə  50  faiz  ucuz  başa  gələcəkdir.  Xəzər  ticarətinin  ingilislər  üçün 
başqa  bir  üstünlüyü  də  var  idi
414
.  İspaniya  və  ya  Fransa  ilə  münasibətlərin  hər 
zaman pozulması İngiltərənin toxuculuq sənayesini xammalsız qoya bilərdi. Məhz 
buna  görə də ingilislər  belə  bir  vəziyyətin  qarşısını almağı yalnız  Volqa  —Xəzər 
ticarət  yolunun  istifadəsində  görürdülər
415
.  İngilis  tacirləri  bu  yolun  əhəmiyyəti 
haqqında  İngiltərə  kralına  yazmışdılar  ki,  «əgər  həmin  yoldan  keçməyə  icazə 
verilməsə, biz belə bir (mənfəətli) ticarətdən tamamilə məhrum olacağıq»
416

                                                             
408
 Yenə orada, səh. 23. 
409
 Yenə orada. 
410
 Yenə orada, səh. 26. 
411
 Yenə orada, müqayisə et: Донесение Ед. Финча лорду Гаррингтону, 1740 г. (приложение «В»), 
СИРИО, т. 85, səһ. 129, 140. 
412
 SİRİO, t. 85, səh. 69, 362. 
413
 P. P. Ostrouxov. Göstərilən əsəri, səh. 116 
414
 C. Hanvey. Göstərilən əsəri, I cild, səh. 32. 
415
 Yenə orada. səh. 33. 
416
 Yenə orada. 

91 
 
Xəzər dənizi ilə aparılan ticarətin bütün üstünlüyünü qeyd etməklə bərabər, 
C. Elton yazır ki, bu  ticarəti aparmaq üçün bizə ilk növbədə heç olmasa bir və ya 
iki gəmi lazım gələcəkdir. O, bu gəmilərin Kazan şəhərində quraşdırılması təklifini 
vermiş  və  göstərmişdir  ki,  ingilis  tacirləri  üçün  rus  dövlətində  belə  gəmilərin 
quraşdırılması üçün icazə almaq onlar üçün çox çətin olacaqdır
417

Peterburqla  London  arasında  aparılan  danışıqların  nəticəsində  ingilis 
tacirlərinə  Xəzər  dənizində  sərbəst  üzməyə  və  xam  ipək  məhsullarını  Rusiya 
ərazisindən İngiltərəyə aparmağa icazə verildi. 
İlk  baxışda  C.  Eltonun  təklifləri  həm  Rusiya  və  həm  də  İngiltərə  üçün 
əlverişli idi.  Odur  ki,  ingilislər  Kazan  şəhərində  gəmi  quraşdırmaq icazəsi almaq 
istədikdə rus hökuməti heç bir tərəddüd etmədən onlara razılıq verdi
418
. Lakin rus 
höküməti hiss etmədi ki, o, belə bir hərəkət etməklə özünün  Xəzər ticarətinə ağır 
zərbə  endirəcək  və  bir  neçə  ildən  sonra  bu  ticarətdə  ingilislərin  simasında  güclü 
rəqiblərlə qarşı-qarşıya durmalı olacaqdır. Çox güman ki, rus çinovniklərinin bəzisi 
belə  vəziyyəti  bəlkə  də hiss  edirlərmiş.  Çünki C.  Hanveyin  yazdığına  görə,  onlar 
ikinci belə bir gəminin quraşdırılması üçün çox çətinliklə razılıq almağa müvəffəq 
oldular.  Göründüyü  kimi,  çar  hökuməti  burada  öz  siyasi  kütlüyünü  büruzə 
vermişdir. 
Kazan  şəhərində  quraşdırılmaqda  olan  iki  gəmi  hazır  olduqdan  sonra  C. 
Elton  Həştərxandan  İrana  yola  düşdü
419
.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  ingilis 
tacirləri əsasən rus gəmilərində Xəzər boyu əyalətlərə mal aparırdılar.   
Çox  keçmədən  ingilislər  Xəzər  ticarətində  böyük  fəallıq  göstərməyə 
başladılar.  Rus  tacirlərinin  əldən-ələ  alıb  Şamaxı,  Təbriz,  Bakı  və  yaxud  da  Rəşt 
bazarlarında üzərinə bir qədər də qoyub satdıqları ingilis və ya holland mahudunu 
indi  artıq  ingilis  tacirləri  özləri həmin  bazarlarda  satırdılar.  İngilis mallarına  İran 
bazarlarında daha çox ehtiyac hiss olunurdu. Təkcə bunu qeyd etmək kifayətdir ki, 
1742-ci  ildə  rus  tacirləri  Xəzər  boyu  əyalətlərə  29.685  manatlıq  mal  gətirdikləri 
halda,  ingilislər  həmin  ildə  Xəzər  sahillərinə  230.592  manatlıq  mal 
çıxartmışdılar
420

Maraqlı  burasıdır  ki,  ingilis  tacirlərinin  Həştərxandan  cənuba  dörd  ilin 
ərzində  (1741,  1742,  1743,  1744-cü illər)  ixrac etdikləri malın ümumi məbləği 
rus  tacirlərinin  8 il  ərzində   (1737,  1738,  1739,  1740, 1741,  1742,  1743,  1744-cü 
illər)  ixrac  etdikləri  malın  ümumi  məbləğdən  262.128  manat  artıq  idi
421
.  Həmin    
rəqəmlər  özü-özlüyündə  40-cı  illərdə  ingilislərin  Xəzər  ticarətində  rus  tacirlərini 
sıxışdırmalarını  göstərən  təkzibedilməz  dəlildir.  İngilis  tacirlərinin  Rusiya 
                                                             
417
 Yenə orada. 
418
 Yenə orada, səh. 30; P. Sayks. Göstərilən əsəri, səh. 364; V. V. Lebedyev. Göstərilən əsəri, səh. 126. 
419
 А. Штылко. Волжско-Каспийское судоходство в старину, səһ. 47. 
420
Ведомость  об  отпускных  из  России  в  Персию  и  о  привозимых  из  России  в  Персию  товаров. 
Письма и указы государей: ... Левашову, səһ. 91; P. Butkov. Göstərilən əsəri, I cild, səh. 222.
 
421
 Yenə orada. 

92 
 
ərazisindən  keçib  cənuba  mal  aparmaları  tezliklə  rus  və  erməni  tacirlərinin  ciddi 
etirazına  səbəb oldu. Lakin ilk vaxtlar hökumət buna əhəmiyyət vermədisə də bir 
qədərdən  sonra  rus  tacir  və  matroslarının  Həştərxana  gətirdikləri  xəbərlər  rus 
hökumətini narahat etməyə başladı. 
Alınan məlumatlara görə, C. Elton İranda Nadir şahla yaxınlaşmış, Xəzərin 
Qafqaz  və  s.  sahillərində  İran  qoşunlarını  lazım  gəldikdə  azuqə  və  hərbi 
ləvazimatla  təmin  etməyə  və  hətta  İran  üçün ticarət  və hərbi  gəmilər  tikməyə  söz 
vermişdir
422

Belə  bir məlumatın, əlbəttə,  əsası  var idi.  Dövrün  şahidi  olan  C.  Hanveyin 
özü  bunu  etiraf  edir.  O  yazır  ki,  1741-ci  ildə  Nadir  şah  Şirvanda  olarkən  onun 
qoşunları demək olar ki, tamamilə azuqəsiz qalmışdı. Şirvan iranlılar tərəfindən o 
dərəcədə  talan  edilmişdir  ki,  ordunu  yemək  ilə  təmin  etmək  iqtidarında  deyildi. 
Karvan  yollarından  istifadə  etmək  qeyri-mümkün  idi.  Buna  görə  də  Nadir 
Dərbəndə  tərəf  hərəkət  etdi.  Burada  o,  gəmilərə  nə  qədər  ehtiyacı  olduğunu  hiss 
etdi.  Nadirin  gəmiləri  olsaydı  öz  ordusunu  dəniz  vasitəsi  ilə  gətirilən  azuqə  ilə 
təmin  edər  və  yerli  xalqın  müqavimətini  qıra  bilərdi.  Məhz  Nadir  şahın  belə  bir 
arzusu bilavasitə  C. Eltonun əsil məqsədinə uyğun gəldi
423

C. Elton Xəzərdə tutduğu bütün işlərin əsil mahiyyətini gizlədib bəzi kütbaş 
məmurları  aldadır,  öz  pozucu  fəaliyyətini  «ticarətin  inkişafı»  pərdəsi  altında 
genişləndirirdi. 
Rus  dövləti  ingilislərə  verdiyi  səlahiyyət  üçün  peşiman  oldu.  İngilislərin 
Xəzər  dənizində  fəaliyyət  göstərmələri  Rusiyanın  dəniz  ticarətinə  ağır  zərbə 
endirdi.  Bu  münasibətlə  Peterburqda  uzun-uzadı  götür-qoydan  sonra  Həştərxan 
qubernatoru  V.  İ.  Tatişşevə  1742-ci  il  noyabrın  23-də  göstəriş  verildi  ki,  vaxt 
itirmədən Xəzər dənizi üçün yeni gəmilər tikdirsin
424

Tezliklə  on  gəmi  hazırlanıb  suya  salındı.  Bundan  əlavə,  Kazan  şəhərində 
daha üç gəminin quraşdırılması qərara alındı
425

Lakin  bu  gəmilər  say  etibarilə  I  Pyotrun  dövründə  Xəzərdə  üzən  rus 
gəmilərinin  onda  bir  hissəsini  ancaq  təşkil  edirdi.  Bu,  bir  tərəfdən  Rusiyanın  I 
Pyotrun  ölümündən  sonra  Xəzər  ticarətinə az əhəmiyyət  verdiyini,  digər  tərəfdən 
hökumətin yenidən Xəzərdə fəaliyyətə başlamaq təşəbbüsündə olduğunu göstərir. 
Lakin  bu  barədə  ingilislərlə  iranlılar  heç  də  ruslardan  geridə  qalmırdılar. 
Əksinə, başda C. Elton olmaqla İranda  ingilis mütəxəssislərinin rəhbərliyi altında 
                                                             
422
 Н.  Попов.  Göstərilən  əsəri,  səһ.  384-385;  А.  Штылко.Волжско-Каспийское  судоходство  в 
старину, səһ. 47; А. П. Соколов. Астрахань о ее прошлом и настоящем. Государственный архив 
Астраханской области, инв. 29832, səһ. 72. 
423
 C. Hanvey. Göstərilən əsəri, II cild, səh. 209. 
424
 N. Popov. Göstərilən əsəri, səh. 378. 
425
 Yenə orada. 

93 
 
sürətlə  gəmilər  tikilirdi
426
.  C.  Eltonun  xidmətində  iranlılardan  başqa,  çar 
mütləqiyyətinin zülmündən qaçıb özünə xoş güzəran axtaran rus ustaları, dülgərləri 
və  matrosları  da  var  idi.  Əldə  edilən məlumatlara görə, hətta  bir neçə rus təbəəsi 
müsəlmanlığı  qəbul  edib,  İranda  yaşamışdır
427
.  Lakin  tezliklə  ruslar,  hətta 
iranlıların  çoxu  ağır  istismara  dözməyib  C.  Eltonu  tərk  etdilər.  C.  Elton  isə 
sözündən  çıxanları  qulaqlarından  mıxlatdırır,  döydürür  və  işgəncə  verdirirmiş
428

C.  Eltonun  gəmilərində  işləyən  rus  matros  və  muzdurları  Rusiyanın  İrandakı 
konsulu  Arapova  müraciət  edərək  şikayətlənmişlər  ki,  dənizdə  üzərkən  C.  Elton 
onlara  içməli  suyu  belə  doyunca  vermirdi,  onları  yerli-yersiz  döydürtdürürdü  və 
s.
429

İngilislərin  aktiv  fəaliyyəti  Rusiya  hökümətini  daha  çox  təşvişə  saldı  və 
Xəzər  ticarətinin  müqəddəratı  haqqında  ciddi  tədbirlər  görməyə  məcbur  etdi. 
Çünki, sonralar məlum olmuşdur ki, C. Elton İrana ticarət mallarından əlavə, tikinti 
və digər strateji əhəmiyyəti olan mallar da daşıyırmış. 1742-1743-cü illər arasında 
C.  Elton  Rəştə  hər  biri  12  pud  ağarlığında  olan  15  sal  qalay,  hər  biri  20  pud 
ağırlığında içində naməlum mal olan 40 çəllək çıxarmış və şaha göndərmişdir
430

Belə fəaliyyəti ilə Nadir şahın etimadını qazanan və ona arxalanan C. Elton 
Rusiyanın qəzəbindən ehtiyat etmirdi. Rus konsulu Arapov Peterburqa bildirmişdir 
ki,  C.  Elton  İranda  ticarət  edən  rus  tacirləri  ilə  çox  kobud  rəftar  edir  və  onları 
İrandan sıxışdırıb çıxarmaq üçün rus tacirləri ilə iranlıların arasını vurur
431
.  Daha 
sonra  Arapov  bildirmişdir  ki,  C.  Elton  üç  ilin  ərzində  Nadir  şah  üçün  hərəsi  34 
arşın uzunluğunda olan gəmi tikəcək və İran gəmiləri üçün lövbər hazırlayacaqdır. 
Bu münasibətlə şah ona ildə 2.000 manat pul verməyi vəd etmişdir
432
. Peterburqa 
həmçinin  xəbər  gəlib  çatmışdır  ki,  C.  Elton  İranın  hərbi  xadimlərini  Xəzərin 
sahillərini öyrənmək üçün tez-tez öz gəmilərində gəzdirir. 
Rusların  Dərbənddəki  rezidenti  Bratişşevin  yaranan  vəziyyət  haqqında 
Rusiyaya  göndərdiyi  məktubları  Peterburqda daha  artıq narahatlığa  səbəb  oldu.  O 
yazırdı ki, İranda dörd rus ticarət gəmisi müsadirə edilmişdir
433
. Konsul Arapovun 
Bratişşevə  yazdığı  məktubda  eyni  zamanda  deyilirdi  ki,  C.  Elton  öz  xüsusi 
gəmisini İrana satmaq fikrindədir
434
. Əlbəttə, «satmaq» məsələsinin özü C. Eltonun 
fırıldaqlarından biri idi. Bu, bir daha göstərir ki, C. Elton əsil düşmən fəaliyyətini 
                                                             
426
 А. Штылко.Волжско-Каспийское судоходство в старину, səh. 47; M. S. İvanov. Göstərilən əsəri, 
səh. 100-101. 
427
 А. Штылко.Волжско-Каспийское судоходство в старину, səh. 47. 
428
 П.  Юдин.  Россия  и  Персия  в  конце  1712  года  (из  писем  переводчика  Братищева  к  канцлеру 
князю Черкасскому) «Российский архив» № 3, 1899, səh. 384; N. Popov. Göstərilən əsəri, səh. 285. 
429
 N. Popov. Göstərilən əsəri, səh. 385. 
430
 Yenə orada. 
431
 N. Yudin. Göstərilən əsəri, səh. 384. 
432
 N. Popov. Göstərilən əsəri, səh. 386. 
433
 N. Yudin. Göstərilən əsəri, səh. 384. 
434
 Yenə orada. 

94 
 
pərdələyir  və  İran  üçün  hazırladığı  gəmiləri  öz  adından  guya  İrana  satırmış  kimi 
qələmə verir. 
Şübhəsiz,  Peterburqda  belə  xəbərlər  nəticəsiz  qala  bilməzdi.  Tezliklə  rus 
höküməti rəsmi surətdə İngiltərənin Peterburqdakı səfarətxanasına müraciət edərək 
C. Eltonun geri çağırılmasını və həbs edilməsini tələb etdi. 
Əks  təqdirdə  rus  höküməti  ingilislərin  fəaliyyətini  məhdudlaşdıracağını 
bildirdi.  Peterburqdan  V.  N.  Tatişşevə  tapşırılmışdı  ki,  C.  Elton  iş  dalınca 
Həştərxana gəlmiş olsa, onu o  saat həbs etsin
435
. Əgər C. Eltonun özü Həştərxana 
gəlməsə, onu müxtəlif yollarla ora çağırsın və ələ keçirsin
436

İranda  olan rus  konsulu  Arapov  da  öz növbəsində  bu  barədə  Dərbənddəki 
Bratişşevə tapşırıq vermişdi ki, C. Elton Dərbəndə gəldikdə onu müxtəlif üsullarla 
Həştərxana  göndərməyə  çalışsın
437
.  Peterburqda,  hətta  C.  Eltonu  tutub  dövlətə 
təhvil verən adam üçün mükafat da ayrılmışdı
438

Lakin  rus  hökumətinin  məqsədindən  xəbərdar  olan  C.  Elton  artıq  bir  daha 
Həştərxana qayıtmadı. V. N. Tatişşevə isə yalnız C. Eltonun hərəkətlərini izləmək 
və  ya  müşahidə  etmək  qaldı.  Bu  sahədə  heç  bir  müvəffəqiyyət  əldə  etməyən  rus 
hökuməti  ingilislərin  şirkətini  sıxışdırmağa  başladı.  Artıq  Rusiyanın  ərazisindən 
İrana  gedən  gəmi  ustalarına  xaricə  getmək  üçün  pasport  verilmirdi.  Nəhayət, 
məsələ  o  yerə  qalxdı  ki,  ingilislər  öz  parlamentlərinə  müraciət  etməli  oldular. 
Tezliklə  Londondan  Peterburqa  Vıq  (Wyah)  adlı  bir  nümayəndə  göndərildi.  Vıq 
Peterburqdan Rəştə öz agentlərindən birini göndərməli idi. Agent guya C. Eltonun 
fəaliyyətini  təftiş  etməli  və  onun mədaxil  və məxaric  dəftərini  yoxlamalı idi.  Vıq 
bunun üçün Peterburq kabinəsindən icazə aldıqdan sonra 1743-cü ildə tarixdə çox 
zaman  səyyah  kimi  qələmə  verilən  ingilis  ticarət  kompaniyasının  agenti  C. 
Hanveyi Həştərxana göndərdi
439

V.  N.  Tatişşev  C.  Hanveylə  şəxsi  söhbət  zamanı  bildirmişdir  ki,  əgər  C. 
Elton  həqiqətən  Nadir  şahın  xidmətinə  keçmişsə,  onun  bu  hərəkəti  Xəzər 
ticarətində  ingilislərə  çox  baha  oturacaq  və  Peterburq  sarayının  qəzəbinə  səbəb 
olacaqdır.  V.  N.  Tatişşev  eyni  zamanda  C.  Hanveyə  məsləhət  görmüşdü  ki,  C. 
Eltonu  İrana  xidmət  etmək  fikrindən  yayındırsın
440
.  V.  N.  Tatişşev  C.  Hanveyə 
İranın  donanmaya  sahib  olmasının  rusların  Xəzər  ticarəti  üçün  nə  kimi  qorxu    
törədəcəyini bildirdikdə,  C. Hanvey cavabında demişdir: «Bu vaxtı ilə isveçlərin 
Baltik  dənizində  Rusiyanın  donanmaya  malik  olmasına  razılıq  verməmələrinə, 
                                                             
435
 N.   Popo v. Göstərilən əsəri, səh. 385. 
436
 А. Штылко.Волжско-Каспийское судоходство в старину, səh. 47. 
437
 P. Yudin. Göstərilən əsəri, səh. 47; N. Popov. Göstərilən əsəri, səh. 385. 
438
 А. Штылко.Волжско-Каспийское судоходство в старину, səh. 47. 
439
 N. Popov. Göstərilən əsəri, səh. 386; P. Sayks. Göstərilən əsəri, səh. 364-365; tarix elmləri namizədi 
S. Aşurbəyli yazır ki, ingilis taciri C. Hanvey ticarət məqsədi ilə Rusiyadan keçib İran və Azərbaycana 
getmişdir. Bax: S. Aşurbəyli. Göstərilən əsəri, səh. 69. 
440
 N. Popov Göstərilən əsəri, səh. 387. 

95 
 
buna mane olmalarına bənzəyir» və əlavə etmişdir ki,  çox  güman ki, Nadir şahla 
C.  Eltonun  Xəzər  dənizindəki  fəaliyyəti  bir  neçə  gəminin  tikilməsi  ilə 
məhdudlaşacaqdır,  halbuki,  ruslar  hər  bir  zaman  onlarca  belə  gəmi  quraşdıra 
bilərlər
441
.  Müxtəlif  yollarla  öz  nümayəldələrinin  əsil  təxribatçı  fəaliyyətini  ört-
basdır  etməyə  çalışan  C.  Hanvey,  nəhayət,  bildirmişdir  ki,  C.  Elton  haqqında 
söylənilənlərin  əksəriyyəti  həddən  artıq  şişirdilmişdir  və  çox  güman  ki,  bütün 
bunların  hamısı  rus  konsulu  Arapovun  C.  Eltona  qarşı  olan  şəxsi-qərəzliyindən 
irəli gəlmişdir
442

İrana yola düşən C. Hanveydən V. İ. Tatişşev eyni zamanda tələb etmişdir 
ki, o, yazılı surətdə söz versin ki, İranda olan ingilislərin heç biri  şahın xidmətinə 
keçməyəcəkdir
443

S.  Hanvey  yola  düşdükdən  sonra  da  İrandan  C.  Eltonun  haqqında    gələn 
şikayətlərin    ardı  kəsilmirdi.    Məktublarının  birində  rus  konsulu  V.  İ.  Tatişşevə 
bildirirdi  ki,  matroslarından  aldığı  xəbərə  görə,  C.  Elton  bu  yaxınlarda  Xəzər 
dənizinin ətraflarını  öyrənmək  üçün  çıxdığı  səfərdən qayıtmışdır
444
.  Buldan  xəbər 
tutan  C.  Hanvey  V.  İ.  Tatişşevə  bildirmişdir  ki,  C.  Elton  bu  səfərə  yalnız  ticarət 
xatirinə çıxmışdır və bunun İran şahına heç bir dəlaləti yoxdur
445
. Həmin məlumatı 
eşidən V. İ. Tatişşev tezliklə bu barədə Peterburqa xəbər vermişdir. V. İ. Tatişşevin 
Peterburqdan   aldığı  cavab  məktubunda  deyilirdi  ki,  C.  Hanvey  də  C. Elton  kimi 
eyni  «ticarət  şirkətinə»    xidmət  edir.  Odur  ki,  onların hərəkətlərində heç  bir  fərq 
olmayacaq, C. Hanvey də C. Elton kimi fırıldaqçıdır
446

C.  Hanveyin  açıqdan-açığa  C.  Eltonun  tutduğu  işləri  ört-basdır  etməsi  bir 
daha  göstərir  ki,  C.  Elton  İran  dövlətinə  özbaşına  deyil,  bilavasitə  Londonun 
göstərişi ilə xidmət edirdi. Şübhəsiz, İngiltərə təkcə Xəzər ticarətini ələ keçirmək 
məqsədini  güdmürdü.  İngilislər  eyni  zamanda  Rusiyaya  siyasi  cəhətdən  də  zərbə 
vurmaq  niyyətində  idilər.  Həmin  məsələləri  mərhum  tarixçi  A.  Əbdürrəhmanov 
tədqiq etdiyi üçün onun üzərində dayanmaq lazım gəlmir. 
Rus  hökuməti  C.  Eltonun  tutduğu  işlərdən  əbəs  yerə  narahat  olmurdu. 
İrandan  alınan  xəbərlərdən  məlum  olurdu  ki,  1742,  1743  və  1744-cü  illərdə  C. 
Elton  adını  çəkdiyimiz  başqa  bir  ingilis  mütəxəssisi  Vudruf  ilə  birlikdə  Xəzər 
dənizinin  butün  sahillərini  gəzmiş,  öyrənmiş  və  həmin  dənizin  xəritəsini  tərtib 
etmişdir
447
.  Başqa  bir  məlumatda  deyilir  ki,  C.  Elton  Həştərxandan  gizli  surətdə 
                                                             
441
 N. Popov.  Göstərilən əsəri, səh. 388. 
442
 Yenə orada. 
443
 Yenə orada, səh. 389. 
444
 Yenə orada. 
445
 Yenə orada. 
446
 Yenə orada. 
447
 P. Butkov. Göstərilən əsəri, I cild, səh. 221. 

96 
 
İrana  çoxlu  miqdarda  gəmiçilik  alətləri,  rus  fabriklərində  toxunulmuş  yelkən 
avadanlığı və s. aparmışdır
448

Məhz buna görə də Peterburqdan V. İ. Tatişşevə tapşırılmışdı ki, o, C. Elton 
və  digər  ingilislərin  hərəkətinə  dəqiq  nəzarət  etsin  və  Rusiyanın  mənafeyini 
qorumaq məqsədi ilə hər cür bəhanə gətirib, Həştərxandan ingilis ustalarının İrana 
getməsinə  mane  olsun  və  həmçinin  lövbər,  kanat,  yelkən,  qatran,  kanifas,  bez, 
habelə dənizçiliyə lazım olan bu və ya digər materialların heç birini Həştərxandan 
İrana buraxmasın
449

Əldə  edilən məlumatlardan  belə  qənaətə  gəlmək  olar  ki,  ingilislərin  Xəzər 
dənizində  aşkar  fırıldaq  işlətmələrilə  baxmayaraq,  Rusiya  İngiltərə  ilə 
münasibətlərini  açıqdan-açığa  pozmaq  fikrində  deyildi.  Bu  da  təsadüfi  deyildir. 
Qeyd  edildiyi  kimi,  bu,  hər  şeydən  əvvəl,  Rusiyanın  Qərbi  Avropa  ölkələri  ilə 
ticarətində  ingilislərin  əsas  rol  oynamasından  irəli  gəlirdi.  Digər  tərəfdən  Rusiya 
ingilislərin  Şirvan,  Ərəş  və  Gilandan  aldıqları  xam  ipəyi  Volqa  —  Xəzər  yolu  ilə 
deyil,  Hələb  —  İzmir  yolu  ilə  Qara  dəniz  və  yaxud  da  İran  körfəzi  ilə 
aparmalarından ehtiyat edirdi. Bu isə Rusiyanın xammala ehtiyacı olan sənayesinə 
zərər vura bilərdi. 
Rusiya  ingilislərlə  mübarizə aparmağı  ilk  vaxtlarda  Həştərxan  qubernatoru 
V.  İ.  Tatişşevə  və  Rusiyalın  İrandakı  konsulu  Arapova  həvalə  etmişdi.  V.  İ. 
Tatişşev  ingilislərin    İrana    getmələrinə    maneçilik  törətdiyi    kimi,  Arapov  da 
İranda C. Eltonun fəaliyyətinə az maneçilik törətmirdi. Axırda məsələ o yerə çatdı 
ki,  C.  Eltonun  özü  Rusiyaya  məktub  yazaraq  Arapovdan  şikayətlənməyə  başladı. 
C.  Elton  yazırdı  ki,  Arapov  ingilislərln  gəmilərində  işləyən  rus  matroslarını  dilə 
tutaraq  yoldan  çıxarır,  onun  əleyhinə  qalxmağa  və  yaxud  da  onu  tamamilə  tərk 
etməyə  çağırır
450
.  C.  Eltonun  yazdığına  görə,  Arapov  ingilis  gəmilərində    işləyən   
rus    matroslarını  qanunsuz  olaraq  tutub  saxlayır  və  onlar  üçün  C.  Eltondan 
müəyyən  məbləğ  istəyir  və  hətta  ekipajların  böyük  hissəsini  ruslar  təşkil  etdiyi 
üçün  C.  Eltonun  gəmilərinin  ona  tabe  olmasını  tələb  edir.  C.  Eltonun  yazdığına 
görə, Arapov İrandakı ingilisləri qıracağı ilə onu hədələmişdir və s.
451
 
Yeri  gəlmişkən  qeyd  etmək  lazımdır  ki,  ingilislərin  Xəzər  dənizində 
möhkəmlənmələri eyni zamanda yerli tacirlərin mənafeyinə də toxunurdu.  Onların  
xaricdən gətirdikləri və baha qiymətə satdıqları malları indi ingilislər ucuz qiymətə 
satırdılar.  Odur  ki,  Xəzər  əyalətlərinin  ticarət  mərkəzlərində  ingilislərə  qarşı    
müsbət  rəğbət  oyanmamışdı.  Rus  dövləti  yerli  tacirlərin  ingilislərə  olan  pis 
münasibətindən  hər  vasitə  ilə  istifadə  edirdi.  Bunu  yenə  də  C.  Eltonun 
məktubundan  müəyyən  etmək  olar.  O  yazırdı  ki,  Dərbəndə  yan  alan  ingilis 
gəmisindən  mal  boşaldan  matroslar  yerli  tacirlər  tərəfindən  bərk  döyülmuşlər.  C. 
                                                             
448
 N. Popov. Göstərilən əsəri, səh. 389.
 
449
 Yenə orada. 
450
 Yenə orada, səh. 390. 
451
 Yenə orada, səh. 390, 391, 392. 

97 
 
Eltonun  yazdığına  görə,  onları  Bratişşev  öyrətmişdi
452
.    C.  Elton  eyni  zamanda 
bildirmişdi ki, Bratişşev Dərbənd limanında dayanan  ingilis gəmilərinə gələrək öz 
adamlarına  ingilis  bayrağını  gəmidən  çıxarmağı  və  qırıb  dənizə  atmağı  əmr 
etmişdir
453

C.  Elton  məktubunun  sonunda  bildirmişdir  ki,  Peterburqda  yaşayan  ingilis 
tacirləri İsveç kralına tabe olmadıqları kimi, o da Britaniya təbəəsi kimi özunün və 
ona tabe olanların hərəkətinə görə yalnız dövlətlərində yaşadığı şah və həmçinin öz 
kralı qarşısında məsuliyyət daşımalıdır
454

C. Elton rusların ingilislərlə açıqdan-açığa mübarizəyə başlamalarından çox 
ehtiyat  edirdi.  Odur  ki,  ingilislərin  Xəzərdəki  fəaliyyətini  Rusiyanın  nəfinə  olan 
siyasi  məsələlərlə  bağlamağa  çalışırdı.  O,  məktublarından  birində  V.  İ.  Tatişşevə 
yazırdı  ki,  Türkiyənin  Şərqdəki  təsirinə  zərbə  endirmək  üçün  Rusiyaya  mütləq 
başqa  Avropa  ölkələrinin  köməyi  lazımdır.  Məhz  bunu  nəzərə  alaraq  mərhum 
imperatriçə Anna İvanovnanın nazirləri şüurlu surətdə ingilislərə Xəzər dənizində 
hüquq vermişdilər. Ümidvaram ki, hazırki imperatriçə də mənim İngiltərə — İran 
ticarətinə göstərdiyim xidmətə görə yenə də bizə belə bir icazəni verəcəkdir, çünki 
Xəzər ticarətinin güclənməsinin Rusiya üçün də xeyiri vardır
455

 
Beləliklə,  C.  Elton  İranda  Nadir  şah  üçun  gördüyü  işləri,  həmçinin  İranı 
Rusiyanın əleyhinə qaldırmaq üçün göstərdiyi cəhdləri ticarət və yaxud Türkiyəni 
Şərqdən  sıxışdırmaq  bəhanəsi  altında  pərdələyirdi.  Bunu,  C.  Hanveyin  V.  İ. 
Tatişşevə  yazdığı  məktub  da  bir  daha  təsdiq  edir.  C.  Hanvey  V.  İ.  Tatişşevi 
inandırmağa çalışırdı ki; «o, (Elton) ticarətin xatiri üçün şahla yaxınlıq   aparır»
456

Sonra  C.  Hanvey  öz  məktubunda  bildirirdi  ki,  əgər  Rusiya  ingilislərin  Xəzər 
ticarətinə  maneçilik  törətsə,  onlar  bu  ticarəti  «başqa  yollarla»  aparmağa  məcbur 
olacaqlar.  İpək  ticarətindən  əldə  etdiyi  gəliri  itirməsindən  və  ümumiyyətlə,  xam 
ipəkdən  məhrum  olmasından  ehtiyat  edən  Rusiya  C.  Eltonun  əl-ayağını  dolayı 
vasitələrlə  yığışdırmağa  çalışırdı.  Peterburqdan  verilən  əmrə  görə  rusların 
Londondakı  konsulu  Britaniyanın  Xarici  İşlər  Nazirliyinə  müraciət  edib,  C. 
Eltonun yaramaz hərəkətlərindən uzun-uzadı danışdıqdan sonra Rusiyanın adından 
C.  Eltonun  İrandan  İngiltərəyə  geri  çağrılmasını  tələb  etdi
457
.  Lakin  konsula 
İngiltərə nazirliyində müəyyən cavab verilmədi. Buna görə də rus hökuməti İ. V. 
Tatişşevə ciddi surətdə tapşırdı ki, Rusiyanın ərazisindən Həştərxan vasitəsi ilə C. 
Eltonun  adına  göndərilən  malların  heç  birini  İrana  buraxmasın  və  ümumiyyətlə, 
                                                             
452
 N. Popov. Göstərilən əsəri, səh. 392. 
453
 Yenə orada. 
454
 Yenə orada, səh. 393. 
455
 Yenə orada, səh. 396. 
456
 Yenə orada, səh. 397. 
457
 N.  Popov.  Göstərilən  əsəri,  səh.  396;  А.  П.  Соколов  Астрахань  о  ее  прошлом  и  настоящем, 
ЖМВД, ч. 12   СПб   1845. Səһ. 72. 

98 
 
ingilislərin  Xəzər  dənizindəki  gəmiləri  ilə  heç  bir  işgüzar  əlaqə  yaratmasın
458

Lakin  çox  keçmədi  ki,  Rusiya  bununla  kifayətlənmədi.  Yeni  qərara  görə  ingilis 
gəmilərində  yalnız  komandirlər  ingilislərdən  ibarət  olmalı  idi  və  bu  gəmilərdə 
yalnız  elə  ruslar  matros  sifəti  ilə  işləyə  bilərdilər  ki,  onların  Rusiyada  arvad-
uşaqları  qalmış  olsun  və  bununla  da  onlar  nə  C.  Eltona,  nə  də  şaha  satıla 
bilməsinlər
459

Rusiya  dövləti  bununla  da  kifayətlənmədi.  Peterburqun  göstərişi  ilə 
Bratişşev  və  Arapov  ingilislərin  ticarətini  məhdudlaşdırmaq  məqsədi  ilə  öz 
adlarından  çıxış  edərək  belə  təklif  irəli  sürdülər  ki,  ingilislərin  Gilana  yazda  bir, 
yayda  bir,  payızda  iki,  qışda  isə  Bakı  limanına  yalnız  bir  ticarət  gəmisi  yanaşa 
bilər.  Daha  sonra  V.  İ.  Tatişşev  Dərbənd,  Bakı  şəhərlərinə  və  Mazandarana 
Rusiyanın  ticarət  agentlərinin
460
 göndərilməsini  təklif  etdi.  Onun  fikrincə,  bu 
agentlər  ingilislərin  hər  bir  fəaliyyəti  haqqında  yaxından  məlumat  toplayıb, 
Peterburqa çatdırmalı idilər. 
Rusiyanın  ingilis  tacirlərinə  göstərdiyi  təzyiq  nəticəsində,  nəhayət, 
İngiltərənin  Xarici  İşlər  naziri  lord  Travley  rus  hökumətinə  bildirdi  ki,  kralın 
razılığı ilə C. Elton İrandan geri çağrılacaq, hətta onun adına Rusiyanın ərazisindən 
keçmək üçün pasport da hazırlamışdır
461
. Lakin İrandan nə C. Elton və nə də onun 
həmrəyi  Braun  qayıtmadı.  Onların  əvəzinə,  1743-cü  ilin  axırında  Həştərxana  C. 
Hanvey qayıtdı. İrandan gələn C. Hanveyi V. İ. Tatişşev çox soyuq və pis qarşıladı. 
Həmin  hadisədən  sonra  C.  Elton  artıq  açıqdan-açığa  İranın  himayəsinə 
keçib  Nadir  şaha  xidmət  etməyə  başladı
462
.  Bratişşev  bu  barədə  V.  İ.  Tatişşevə 
yazırdı  ki,  eşitdiyimə  görə  Nadir  şah  C.  Eltona  hörmətli  adamlara  bəxş  edilən 
xələtlərdən bağışlamış, onu İranın Xəzər donanmasının baş komandanı təyin etmiş 
və ona iranlılara dənizçiliyi öyrətməyi tapşırmışdır
463
. Çox güman ki, C. Elton İran 
üçün  gəmiləri  Gilandan  başqa,  Bakı  limanında  da  hazırlayırmış.  Çünki  Bratişşav 
V.  İ.  Tatişşevə  bildirirdi  ki,  əgər  Həştərxandan  onun  üçün  iki  silahlandırılmış 
qekbot  göndərilərsə,  o,  Abşerona  gedib,  gəmi  quraşdıran  C.  Eltonu  tuta  bilər
464

Xəzər dənizində İran sahillərinin gəmi quruculuğu üçün yararsız olduğu haqqında 
C.  Elton  özü  söhbət  əsnasında  demişdir  ki,  ora  nəinki  böyük  gəmilər,  hətta  kiçik 
şxerbotlar qurmaq üçün də yararlı deyildir
465

Amsterdamda  çıxan  qəzetlərdən  birinin  1743-cü  il  sentyabr  nömrəsində 
dərc  edilən  məlumatdan  aydın  olmuşdur  ki,  C.  Elton  şahdan  ildə  2.000  manat 
                                                             
458
 N. Popov. Göstərilən əsəri, səh. 397. 
459
 Yenə orada. 
460
 Yenə orada, səh. 398. 
461
 Yenə orada, səh. 399. 
462
 N. Butkov. Göstərilən əsəri, I cild, səh. 222; N. Popov. Göstərilən əsəri, səh. 389, 400. 
463
 N. Yudin. Göstərilən əsəri, səh. 385; N. Popov. Göstərilən əsəri, səh. 389. 
464
 N. Popov. Göstərilən əsəri, səh. 389. 
465
 Yenə orada, səh. 394. 

99 
 
məvacib  almış,  bundan  əlavə,  şah  ona  ilin  müxtəlif  vaxtlarında  1.500  manatlıq 
mükafat  vermişdir.  Bunun  müqabilində  C.  Elton  Nadir  şah  üçün  bir  hərbi  gəmi 
tikmişdir
466

Lakin ikinci dəfə Britaniyadan İrana  C. Eltonun işlərini təftiş etmək adı ilə 
yola düşən C. Hanvey V. İ. Tatişşevə göndərdiyi məktubunda yenə də C. Eltonun 
İrandakı  fəaliyyətini  ört-basdır  etməyə  çalışaraq  yazırdı  ki,  C.  Eltonun  üzərinə 
qoyulan  bütün  bu  təqsirlərin  hamısı  erməni  tacirlərinin  uydurulmuş 
böhtanlarıdır
467

Beləliklə,  Rusiyanın  dolayı  yollarla  ingilisləri  Xəzər  dənizindən  çıxarmaq 
üçün gördüyü tədbirlər gözlənilən nəticəni vermədi. İngilis gəmiləri Xəzərdə üzür. 
İran  dövlətinin  hərbi  gəmiləri  də  tikilirdi.  Bu  isə  Rusiyanı  həddən  artıq  narahat 
edirdi.  Rusiya  nəyin  bahasına  olursa-olsun  İranın hərbi  donanmasını  məhv  etmək 
üçün  tədbirlər  görürdü.  1744-cü  ilin  yayında  Xəzər  dənizinin  cənub-qərb 
sahillərində  baş  vermiş  şiddətli  tufan  nəticəsində  Ənzəli  limanında  bir  neçə  rus, 
ingilis  və  İran  gəmiləri  fəlakətə  uğrayaraq  qərq  olmuşdu.  Lakin  ingilis 
gəmilərindən  birisini  dalğalar  sahilə  atmışdı.  Arapovu  əvəz  edən  rus  konsulu 
Bakunin həmin gəmini zəbt edib, içindəki rus matroslarını öz tərəfinə çəkmişdi
468

Gəminin  komandirləri  Bleer  və  Braun  buna  qəti  etiraz  edərək  öz  tacirləri 
Tomson  vasitəsi  ilə  Həştərxanda  V.  İ.  Tatişşevə  və  İngiltərənin  Peterburqdakı 
konsulu  Bulf  vasitəsi  ilə  Rusiya  Xarici  İşlər  Kollegiyasına  şikayətlə  müraciət 
etdilər. Rusiya isə bunun cavabında Londona müraciət edərək Bleerin, Braunun və 
Eltonun  İrandan  İngiltərəyə  geri  çağırılmasını  tələb  etdi.  Eyni  zamanda 
Peterburqdan  V.  İ.  Tatişşevə  gizli  surətdə  bildirildi  ki,  ingilis  losmanlarını  satın 
alıb, onların gəmilərini hiylə ilə Həştərxana cəlb etsin. Burada isə onları müsadirə 
edib,  ya  rus  tacirlərimə  satsın  və  yaxud  da  sadəcə  olaraq  gizli  surətdə  yandırsın. 
Lakin Hanveyin verdiyi məlumata görə, V. İ. Tatişşev buna etiraz edərək Peterburq 
kabinəsinə bildirmişdi ki, ingilis tacirləri ilə belə sərt rəftar edilərsə, bu, Rusiyanın 
şöhrətini  azaldar  və  ingilislərin  ruslara  qarşı  ittiham  yürütmələrinə  səbəb  ola 
bilər
469

Beləliklə,  Rusiyanın  ingilis  tacirlərinin  köməyi  ilə  rus  —  İran  ticarətini 
canlandırmaq  ümidi  gözlənilən  nəticəni  vermədi.  İngilislərin  Volqa  —  Xəzər 
ticarəti  yolundan  istifadə  etmələrinin  müəyyən  dərəcədə  xeyri  də  oldu.  Xəzər 
dənizində  İran  üçün  Avropa  texnikası  ilə  bir  neçə  gəmi  tikilib  silahlandırıldı. 
Müasirlərin yazdığına görə, həmin gəmilər Xəzərdə o qədər azğınlaşmışdı ki, hətta 
                                                             
466
 Yenə orada. 
467
 Yenə orada. Lakin ingilislərin əli  Xəzər ticarətindən  çıxandan  sonra C. Hanveyin özü etiraf edir ki, 
C.  Eltonun  fırıldaqları  «ingilislərin  Xəzərdəki  ticarətinə  sağalmaz  yara  vurmuşdur».  Bax:  C.  Hanvey. 
Göstərilən əsəri, II cild, səh. 409. 
468
 İ.  Lerx. Göstərilən əsəri  (ikinci səyahət), səh. 98. 
469
 C.  Hanvey. Göstərilən əsəri, II cild, səh. 410. 

100 
 
rus  gəmilərindən  onları  salamlamağı  tələb  edir  və  ruslara  hər  cür  maneə 
törədirdi
470

Rus  höküməti  heç  bir  dolayı  yol  ilə  ingilislərin  əl-ayağını  yığa 
bilməyəcəyini  görüb,  1746-cı  ildə  onları  Rusiya  ərazisindən  keçib  İrana  və  Şərq 
ölkələrinə getmək hüququndan  məhrum etdi
471

Rus hökumətinin tədbiri ingilis ticarətinə dəyən yeganə zərbə deyildi. 1747-
ci  ildə  Nadir  şahın  ölümü,  ondan  sonrakı  feodal  hərc-mərcliyi  də  ingilis  ticarət 
şirkətinə ağır zərbə endirdi. 
Nadir şahın ölümündən sonra İranda hakimiyyət üstündə qanlı mübarizələr 
başladı.  İran  taxtı  əldən-ələ  keçdikcə  onsuz  da  siyasi  və  iqtisadi  cəhətdən 
sarsıdılmış  İran  dövləti  zəiflədi  və  sarsıldı.  Bütün  bu  hadisələr  İranın  xarici 
ölkələrlə  olan  ticarətinə  də  ağır  zərbə  vurdu.  Bir  çox  ingilis,  rus  və  b.  ölkələrin 
tacirləri ölkədə başlayan üsyan və feodal ara vuruşmalarının qurbanı oldular. 
İran  və  Azərbaycanda  baş  verən  ən  böyük  üsyanlardan  biri  özünü  II  Şah 
Təhmasibin oğlu kimi qələmə verən dəmirçi Sam Mirzənin adı ilə bağlıdır
472

Qısa  müqavimətdən  sonra  Sam  Mirzənin  adamları  Rəştə  daxil  oldular.  İ. 
Lerx  yazır  ki,  üsyançılar  Rəşt  şəhərində  konsulxanada  gizlənən  rus  tacirlərinə 
toxunmadılarsa da ingilis tacirlərinin mallarını qarət etdilər. İngilislərin Rəştdə iki 
mal  anbarını  qarət  edən  üsyançılar  əllərinə  keçəni  ucuz  qiymətə  satırdılar. 
Beləliklə,  ingilislər  Rəştdə  50.000  manatlıq  mal  itirdilər
473
.  İ.  Lerxin  yazdığına 
görə,  Rəşt  şəhərində  azdan-çoxdan  qarət  olunmalı  anbarlar  ingilislərə  məxsus 
idi
474
. Şübhəsiz, İ. Lerx burada mübaliğəyə yol vermişdir
475

İ.  Lerxin  yazdığına  görə,  üsyançılar  ingilisləri  rusların  rezidentinin  gözü 
qarşısında  qarət  etdikləri  zaman  rus  tacirləri  bundan  mütəəssir  olmaq  əvəzinə 
sevinirdilər. Çünki ingilislərin Xəzər ticarətindəki əməliyyatı ruslara nisbətən xeyli 
artıq idi. İngilis tacirlərinin qarət olunmaları bir yana dursun, üsyançılar onlardan 
Nadir  şahın  dövründə  İran  hökumətinin  almadığı  gömrük  pullarını  da  tələb 
edirdilər.  İngilislər  buna  qəti  surətdə  etiraz  etdikdə,  şəhərin  hakimi  Ağa  Həsən 
bildirmişdir  ki,  rəsmi  müqaviləyə  əsasən  yalnız  rus  tacirlərinə  gömrüksüz  ticarət 
etmək icazəsi verilmişdir
476

                                                             
470
 A. Ştılko. Göstərilən əəsri, səh. 47. 
471
 P. A. Ostrouxov. Göstərilən əsəri, səh. 140; P. S. Sayks. Göstərilən əsəri, səh. 365; A. V. Lebedev. 
Göstərilən  əsəri,  səh.  127;  А.  П.  Соколов.  Астрахань  о  ее  прошлом  и  настоящем,  ЖМВД,  ч.  12, 
СПб, 1845, səh. 72. S. Bronevski həmin hüququn 1747-ci ildə ləğv edilməsini iddia edir. 
472
 İ. Lerx. Göstərilən əsəri, səh. 101. Sam Mirzənin şəxsiyyəti hələ müəyyən edilməmişdir. 
473
 İ. Lerx. Göstərilən əsəri, səh. 101-102. 
474
 Yenə orada. 
475
 İ.  Lerx.  Göstərilən  əsəri,  səh.  106.  Lakin  arxiv  sənədlərində  1745-1748-ci  illərdə  rus  tacirlərinə  də 
maddi cəhətdən xeyli zərər toxunması haqqında məlumat verir. Kopıtopskinin verdiyi xəbərə görə, rus 
tacirlərinə həmin illərdə 158.079 manatlıq zərər dəymişdir.  А. Юхт. Торговля России с Закавказьем 
и Персией во второй четверти XVIII в., журн. «История СССР», № 16, 1961, səһ. 133-134. 
476
 İ. Lerx. Göstərilən əsəri, səh. 103. 

101 
 
Həm  Rusiya  tərəfindən  1734-cü  ildə  ingilislərə  verilən  imtiyazların  ləğv 
edilməsi  və  həm  də  yerli  bazarlarda  ingilis  ticarət  şirkətinə  bir-birinin  ardınca 
endirilən  zərbə  ingilislərin  Volqa  —  Xəzər  ticarət  yolundan  gələcəkdə  istifadə 
etmək  ümidlərini  qırdı.  Bu  hadisədən  sonra  ingilislərin  Rəştdəki  şirkəti  tamamilə 
dağıldı.  Şirkətin  başlıca  üzvlərindən  Mirons  və  Karl  Tomson  1748-ci  ildə 
İngiltərəyə qayıtmalı oldular. Daha sonra öz borclarını toplamaq məqsədi ilə İranda 
qalan digər ingilislər də Rusiyadan keçib, İngiltərəyə geri döndülər
477
. İngilislərdən 
təkcə C. Elton inad  göstərib İranda Lənkərud şəhərində qalmaqda idi. Çox  güman 
ki,  o,  İngiltərəyə  Volqa—  Xəzər  dəniz  yolu  ilə  qayıtmaqdan  ehtiyat  edirdi,  digər 
tərəfdən  İran  dövlətində  baş  verən  feodal  ara  vuruşmaları,  üsyan  və  qiyamlar  C. 
Eltona  qısa  müddət  ərzində  İranda  topladığı  var-dövləti  Fars  körfəzi  və  ya  Qara 
dəniz  vasitəsi  ilə  İngiltərəyə  aparmağa  imkan  vermirdi.  Odur  ki,  C.  Elton 
soyuqqanlıq  göstərərək  İranda  qalmalı  oldu.  Lakin  1750-ci  ildə  o,  sui-qəsd 
nəticəsində öldürüldü
478

İ.  Lerxin  yazdığına görə,  Nadir  şahın  ölümündən  sonra  İranda  baş  vermiş 
feodal ara vuruşmaları, özbaşınalıq, həmçinin Rusiyanın ingilisləri Volqa — Xəzər 
yolundan  istifadə  etmək  hüququndan  məhrum  etməsi,  nəhayət,  ingilislərin  Xəzər 
boyu  əyalətlərdən  geri  dönmələri  İranın  ticarətinə  böyük  zərbə  endirdi.  Lakin  bu 
zərbə əsasən ingilis tacirlərinə də dəymişdi. 
Yeri  gəlmişkən  göstərmək  lazımdır  ki,  ingilislərin  şirkəti  təsis  ediləndən 
sonra İrana 172.623 funt-sterlinq məbləğində mal gətirilmiş və 93.375 funt-sterlinq 
məbləğində  mal  ixrac  edilmişdi.  Nadir  şahın  ölümündən  sonra  baş  verən  qarətlər 
nəticəsində 80.000 funt-sterlinq miqdarında mal itmişdi
479

Bundan sonra rus gəmiləri Xəzər dənizində daha artıq fəaliyyət göstərməyə 
başladı.  İ.  Lerx  rus  gəmilərinin  Gilana,  Bakı  və  Dərbəndə  çoxlu  mal  gətirdiyinin 
şahidi olmuşdur
480

Beləliklə,  yuxarıda  şərh  edilən  materialların  əsasında  belə  bir  qənaətə 
gəlmək olar ki, XVIII  əsrin birinci yarısında Xəzər dənizi ticarəti uğrunda Rusiya 
ilə  İngiltərə  arasında  aparılan  rəqabət,  nəhayət,  ingilislərin  məğlubiyyəti  ilə 
nəticələnmişdir. 
 
 
 
                                                             
477
 C. Hanvey. Göstərilən əsəri, I hissə, səh. 349-350. 
478
 İ.  Lerx.  Göstərilən  əsəri,  səh.  12;  А.  Штылко.  Волжско-Каспийское  судоходство  в  старину,  P. 
Butkov. Göstərilən əsəri, I cild, səh. 22. 
479
 C. Hanvey. Göstərilən əsəri,  səh. 350; P.  Sayks. Göstərilən  əsəri,  səh. 365; C. Hanveyin  yazdığına 
görə,  ingilislərə  1744-cü  ildə  də  böyük  zərbə  dəymişdi.  Həmin  il  ingilis  tacirlərinin  Astrabaddan 
Məşhədə gedən zəngin karvanları qarət olunmuşdu. C. Hanvey. Göstərilən əsəri, II cild, səh. 108. 
480
 İ. Lerx. Göstərilən əsəri, səh. 108; А. Штылко.Волжско-Каспийское судоходство в старину, səh. 
47. 
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə