Azərbaycan təqribən doqquz milyon əhalisi və prezident üsuli-idarəsi olan



Yüklə 446,41 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix06.05.2017
ölçüsü446,41 Kb.
1   2   3   4   5   6

AZƏRBAYCAN 

18

 



Ali Məhkəmənin Plenar İclası formal olaraq Fətullayevi böhtan və təhriketmə 

ittihamından azad etmiş, amma onun vergidən yayınma ilə bağlı ittihamını iki il 

altı aya qədər artırmışdır – mahiyyət etibarilə bu, həbsdə yatılan müddətdir. İlin 

sonunda Fətullayev narkotiklə bağlı ittihamdan şikayətə baxılmasını gözləyərək 

həbsdə qalmışdır.

 

Noyabrın 2-də Qubadlı Rayon Məhkəməsi Güzgü qəzetinin müxbiri Kamran 



Bəyalıyevi (Kamran Səxavət) dələduzluq və qəsdən bədənə yüngül xəsarət 

yetirməklə bağlı bir illik islah əmək işlərinə məhkum etmişdir. Reportyorların 

Azadlığı və Təhlükəsizliyi İnstitutu (RATİ) bu ittihamı Bəyalıyevin 2009-cu ildə 

çap edilmiş, yerli məmurların Ceyranbatanda iddia edilən korrupsiya əməllərini 

tənqid edən məqalələrinə cavab olaraq həyata keçirildiyini hesab edirlər. İlin 

sonunda iş Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim edilmişdi.

 

Dövlət rəsmilərini tənqid edən bir sıra jurnalistə qarşı təqib, qorxutma və ya fiziki 



zorakılıq halları baş vermişdir, bu halların onları hökuməti yaxud dövlət 

məmurlarını tənqid etmələri ilə bağlı olduğu görünürdü. Hökumət cinayətkarları   

məsuliyyətə cəlb etməmişdir. Sərhədsiz Reportyorlara görə, müstəqil və müxalifət 

jurnalistləri fəaliyyətləri ilə bağlı daimi təzyiqlə üzləşmişlər.

 

Media  monitorinq  QHT-si  xəbər  vermişdir  ki,  2009-cu  ildəki  51  hadisə  ilə 



müqayisədə  il  ərzində  müxbirlərə  qarşı  şifahi  və  fiziki  hücumlar  daxil  olmaqla 

106 hadisə baş vermişdir.

 

Məsələn, Human Rights Watch qrupuna əsasən, mayın 15-də səlahiyyətli orqanlar 



Azadlıq və Bizim Yol qəzetinin müxbiri Seymur Həziyevi Noyabr parlament 

seçkilərindən əvvəl toplaşma azadlığı ilə bağlı məhdudiyyətlərin aradan 

qaldırılmasını tələb edən yürüşdə iştiraka görə həbs etmişdir. Polis digər 30 

nəfərlə birlikdə Həziyevi polis bölməsinə aparmış və vəkilə çıxışa icazə 

verməyərək onu sorğu-sual etmişdir. Həziyev Bakı məhkəməsinin qərarı ilə yeddi 

günlük həbsə məhkum edilmişdir. Həziyev Human Rights Watch-a demişdir ki, 

mayın 17-də onu kameradan çıxarmış və bir otağa gətirmişdilər, orada iki nəfər 

şəxs onu bir saatlıq istintaq zamanı müntəzəm olaraq döymüş və Prezident İlham 

Əliyevi və hökuməti tənqid edən məqalələri yazma səbəbləri ilə bağlı ona suallar 

verilmişdir. Mayın 22-də Həziyev həbsdən azad edilmişdir. Hadisədən sonta 

Həziyev polisdən şikayət etmişdir. Ilin sonunda məsələ həllini gözləyirdi.

 

İyulun  28-də  Yeni  Musavat  xəbər  vermişdir  ki,  iki  naməlum  şəxs  Bakının 



kənarında  yerləşən,  Nəqliyyat  naziri  Ziya  Məmmədova  məxsus  olduğu  güman 

edilən  dəbdəbəli  villalar  haqqında  araşdırıcı  məqalə  üçün  şəkil  çəkdiklərinə  görə 

müxbirlər Elmin Bədəlov və Anar Gəraylıya hücum etmişdir.   


AZƏRBAYCAN 

19

 



Onlar villanın şəkillərini çəkərkən üç maşın yaxınlaşmış, maşınlardan düşən altı 

nəfər şəxs reportyorları döymüş və hədələmişdir. Naməlum şəxslər iki jurnalisti 

binaların ətrafında üç saat saxlamış və şəkilləri sildikdən sonra onları azad 

etmişdir. Hadisə ilə bağlı məlumat verilən kimi Yeni Musavat hadisə ilə bağlı 

polisə müraciət etmişdir. Lakin polis heç bir zərərçəkəni çağırmamışdı.

 

Komanda qəzetinin redaktoru Rəşad Ergün iddia etmişdir ki, avqustun 22-də 

futbolçu Mahmud Qurbanov avqustun 15-də Qurbanovu tənqid edən məqələsinə 

cavab olaraq ona hücum etmişdir. Ergün Qurbanovu məhkəməyə vermiş və ilin 

sonunda iş üzrə araşdırma aparılırdı. 

2009-cu ilin yanvarında polis Yeni Musavat müxalifət qəzetinin müxbiri Əfqan 

Muxtarlıya hücum etmişdir. Human Rights Watch-a əsasən, Müxtarlı bəyan edir 

ki, hücumu Yasamal rayon polis şöbəsinin rəisi sifariş etmişdir. Muxtarlı əvvəllər 

polis rəisi haqqında tənqidi məqalələr yazmışdır.

 

2009-cu ilin aprelində Yasamal rayon polisi böyük mübahisəyə səbəb olmuş 



məscidin dağıdılması zamanı hadisəni lentə alan ANS Televiziyasının üç 

əməkdaşını döymüşdür. Əməkdaşlar yüngül bədən xəsarəti almış və onların 

avadanlıqları sıradan çıxarılmışdır. Polis avadanlığa görə həmin televiziya kanalına 

kompensasiya ödəsə də, video materiallar geri qaytarılmamışdır.

 

2009-cu ilin mayında polis Elçin Həsənov, Əfqan Muxtarlı və Natiq Adilova qarşı 



fiziki güc tətbiq etmişdir. Jurnalistlər “gül bayramı”nın bayram edilməsinə və 

Azərbaycan Dövlət Neft Akademiyasında kütləvi qətlin qurbanları ilə bağlı heç bir 

rəsmi matəm mərasiminin olmamasına etiraz edən bir qrup gəncin saxlanması ilə 

bağlı məlumat verirdilər. Aprelin 2-də Səbayıl rayon məhkəməsi jurnalistlərin 

polisə qarşı şikayətini rədd etmişdir. Jurnalistlər Apelyasiya Məhkəməsinə 

müraciət etmiş, noyabrın 2-də dinləmə keçirilmişdir. Dinləmə zamanı polisin 

jurnalislərə qarşı hücumu ilə bağlı titrlərdə yazı gedən video göstərilmişdir. 

Müdafiə tərəfinin şahidi Rüfət Ələkbərov bildirmişdir ki, jurnalistlərə hücum edən 

polis zabitləri Səbayıl rayon polis şöbəsinin əməkdaşları deyildirlər. Müşavirədən 

sonra hakim məhkəmə iddiasını rədd etmişdir.

 

2009-cu ilin sentyabrında naməlum şəxslər hücum edərək Ayan qəzetinin redaktoru 



Cavid Ələsgəroğlunu döyüb zibil yeşiyinə atmışlar. Ələsgəroğlu ağır xəsarətlər 

aldığına görə xəstəxanaya yerləşdirilmişdir. Zərərçəkmişin ailəsi bu hadisəni onun 

peşəkar fəaliyyəti ilə əlaqələndirmişdir. Qəzet dövlət məmurları ilə bağlı bir neçə 

tənqidi məqalə yazmışdır.



AZƏRBAYCAN 

20

 



Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov 

polis əməkdaşlarının kütləvi mitinqi dağıtmalarını lentə alarkən polis tərəfindən 

döyülərək xəstəxanaya yerləşdirilmişdir. Sonra o, Daxili İşlər Nazirliyinə qarşı 

iddia qaldırmış və ona hücum edənlərin məsuliyyətə cəlb edilmədiyini 

bildirmişdir.   

 

Son bir neçə il ərzində jurnalistlərə qarşı fiziki güc tətbiq etmiş polis işçilərinin 



dövlət tərəfindən məsuliyyətə cəlb edildiyini təsdiqləyən heç bir məlumat 

olmamışdır

.

 

Elmar Hüseynovun 2005-ci ildə törədilən qətli ilə bağlı cinayətkarların hələ də 



məsuliyyətə cəlb olunmadığı barədə ciddi narahatlıqlar qalmaqdadır. Media və 

insan hüquqları fəalları hakimiyyəti işi tam olaraq araşdırmağa çağırmağa davam 

etmişdir. İl ərzində qətllə bağlı hesabatlığın olmadığını vurğulayanların arasında 

ATƏT-in media azadlığı üzrə nümayəndəsi, Beynəlxalq Böhran Qrupu və doqquz 

beynəlxalq QHT vardır. Həbsdə olan jurnalist Eynulla Fətullayev mart ayında 

müraciət edərək Hüseynovun qətlinin Milli Təhlükəsizlik Nazirliyinin yüksək 

rəsmisi tərəfindən təşkil edildiyini, nazirliyin qətllə bağlı onun və digər müstəqil 

araşdırmanın qarşısını almağa cəhd etdiyini və nazirliyin onu qətllə bağlı 

araşdırmaya davam etdiyinə görə həbs etdirdiyini iddia etmişdir. Fətullayevin 

bəyanatından həftələr sonra onun atası hər ikisinə “həmişəlik ağızlarını 

yummayacaqları” təqdirdə ölümlə bağlı hədələr aldığını bildirmişdir. Jurnalistlərin 

Müdafiə Komitəsi Fətullayevin həbsinin Hüseynovun üstü açılmamış qətlini həddən 

ziyadə işıqlandırmasına cavab olduğu qənaətinə gəlmişdir.

 

Milli Məclis fevralda 2009-cu ilin mart referendumunda mətbuat azadlığını 



məhdudlaşdırmaqla bağlı konstitusiyaya edilmiş bir neçə dəyişikliyi icra etmək 

məqsədilə iki qanuna dəyişiklik etmişdir. Bu dəyişikliklərə öz razılığı olmadan 

kimsəni video kamera yaxud fotoapparatla çəkmək qadağası daxildir. Səlahiyyətli 

orqanlar bu qadağanı selektiv şəkildə icra edirlər. Məs, iyulun 20-də Prezident 

Apparatının mühafizə xidmətinin əməkdaşları qanuna istinad edərək Sabirabad 

rayonunda sel daşqınlarına dəyən zərərə hökumətin reaksiyası ilə razılaşmayan 

Sabirabad sakinlərinin etiraz aksiyasının şəklini çəkən və lentə alan jurnalistlərə 

qarşı təcavüz etmişlər. Mühafizəçilər RATİ və Turan İnformasiya Agentliyinin 

əməkdaşları Cavid Qurbanov və Mehman Hüseynovu, Azadlıq Radiosunun 

müxbiri Abbas Atilay və Bizim Yol qəzetinin müxbiri Hacı Zeynalovu saxlamışdır. 

Mühafizəçilər jurnalistlərin video lentlərini almış, binanın görüntülərini silmiş və 

Prezident Apparatının binalarını lentə almaq yaxud şəklini çəkmək üçün 

icazələrinin olmadığı ilə bağlı xəbərdarlıq etmişlər. Bunun əksi olaraq, səlahiyyətli 

orqanlar noyabr parlament seçkilərindən bir neçə həftə keçəndən sonra, oktyabrın 

25-də Lider Televiziyası müxalifət qəzetlərindən birinin redaktoru ilə bir qadının 

açıq şəkildə cinsi əlaqədə olmalarınınvideo yazısını yayımladığına görə bu 



qanunun tətbiq edilməsi üçün 

 


AZƏRBAYCAN 

21

 



heç bir addım atmamışdır. Ölkə ərazisində geniş yayımlanan Lider    hökumətə 

yaxın olan kanal hesab edilir. Müxalifyönümlü jurnalistlər hökumət rəsmilərini açıq 

şəkildə tənqid etsələr də, müstəqil jurnalist və redaktorların əksəriyyəti hədələr 

nəticəsində və potensial reklam sifarişçilərini özündən uzaqlaşdırmamaq məqsədilə 

özlərinə müəyyən qədər senzura tətbiq etmişlər.

 

Jurnalistləri qorxutmaq üçün saxta məhkəmə proseslərindən istifadə olunmuşdur. 



Məsələn, il ərzində mətbuata qarşı 40 mülki iş olmuşdur. Aşağıdakı mətbuat 

vasitələri və jurnalistlərə qarşı məhkəmə iddiaları qaldırılmışdır: Yeni Musavat 

qəzetinə qarşı altıqəzetin redaktor müavini Azər Ayxana qarşı üç və qəzetin 

redaktoru Rauf Arifoğluna qarşı bir məhkəmə iddiası qaldırılmışdır. Azadlıq qəzeti 

və onun müxbiri Əlövsət Osmanlıya qarşı üç məhkəmə iddiası olmuşdur. Bizim yol 

qəzeti və onun müxbiri Natiq Cavadlıya qarşı iki məhkəmə prosesi olmuşdur. 



Gündəlik Bakı qəzetinə qarşı dörd və Hürriyyət qəzetinə qarşı bir məhkəmə prosesi 

olmuşdur. Həmçinin Ölkə qəzeti, onun baş redaktoru Rafael Becanov, qəzetin 

müxbirləri Elmidar Bayramov, Nicat Dağlar, Nəsimi Şərəfxanlı və Zülfüqar 

Hüseynliyə qarşı məhkəmə iddiası olmuşdur. Xural qəzetinin baş redaktoru Əvəz 

Zeynallı və redaktor müavini Məlahət Zeynallıya qarşı altı məhkəmə iddiası 

olmuşdur. Dünya Kriminalı qəzeti, Trend Informasiya AgentliyiMillətim 

qəzetindən Fərəməz Novruzoğlu, P.S. Nota qəzetinin baş redaktoru Sərdar Əlibəyli 

və Tribuna İnformasiya Agentliyinə qarşı məhkəmə prosesləri olmuşdur

.

 

Bu 40 mülki məhkəmə işi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, 



Təhsil Nazirliyinin Dərsliklərin Qiymətləndirilməsi Şurasından Məhin Orucova, 3 

saylı uşaq musiqi məktəbinin direktoru, hərbi bölmələrdən birinin komandiri 

Elsevər Axundov, keçmiş baş prokuror İxtiyar Şirin, Gəncə şəhər Polis Şöbəsinin 

rəisi Rasim Musayev, parlamentin üzvü Cəlal Əliyev, parlamentin üzvü Novruzəli 

Aslanov, Binəqədi bələdiyyəsinin başçısı, İdeal qəzetinin həbsdə olan baş 

redaktoru Nazim Quliyev, Binə Satış Mərkəzinin sahibi Dilşad Əmirova, vətəndaş 

Nina Əhmədova və müğənni Kərim tərəfindən qaldırılmışdır. Nəqliyyat naziri Ziya 

Məmmədovun oğlu Anar Məmmədov Azadlıq və Yeni Musavat qəzetlərinə qarşı 

iddia qaldırmış və hər bir qəzetin 500 000 manat ($609,760) cərimə edilməsini 

tələb etmişdir. 

 

İl ərzində mətbuat təşkilatlarına qarşı cəmi    37 500 manat ($45,730) cərimə tətbiq 



edilmişdir. Ən yüksək məbləğdə cərimə aşağı və orta səviyyəli məmurları tənqid 

etməkdə məşhur olan müstəqil Tribuna Agentliyinə -    20 000 manat ($24,390) və 

pantürkist ideyaları ilə məşhur olan həftəlik Xural qəzetinə -    10 000 manat 

($12,195) tətbiq edilmişdir.

 


AZƏRBAYCAN 

22

 



Qanun böhtanla ittiham edilən şəxslərdən böyük miqdarda cərimələr tutmağa və üç 

ilə kimi həbs cəzası verməyə icazə verir. Administrasiya rəsmiləri aprel ayında açıq 

şəkildə bəyan etmişlər ki, bu müddəa cinayət məcəlləsindən çıxarılacaqdır. Bunun 

nəticəsində məhkəmələr iki jurnalistin böhtana görə hökmünü ləğv etmişdir. 

Bununla belə, hökumətin bəyanatlarına baxmayaraq, böhtançılıq cinayət əməli 

olaraq qalmaqdadır.

 

Ötən illərdə mətbuat vasitələrinə hədə-qorxu gəlmək üçün hökumət rəsmiləri 



defamasiyaya görə məhkəmə iddiaları və böhtana görə həddindən artıq yüksək 

cərimələrdən istifadə etmişdir. Əvvəlki defamasiyaya görə cinayət işlərindən 

cərimə ödənişləri mətbuat vasitələri və jurnalistlərin maliyyə dayanıqlığını təhlükə 

altına qoymuşdur. Hökumətin müstəqil qəzet və jurnalların çap edilməsi və 

yayımlanmasını əngəlləyən tədbirlərdən istifadəsi əsasən dəyişməz qalmışdır.

 

 



Əksər qəzet və jurnallar dövlət nəşriyyat evlərində və ya hökumət rəsmiləri ilə 

əlaqələri olan şəxslərin özəl nəşriyyat orqanlarında çap edilmişdir. Müstəqil və 

müxalifət qəzetlərinin əksəriyyətinin maliyyə vəziyyəti zəif olmuşdur. Onların 

əmək haqqı, vergi və mütəmadi məhkəmə cərimələrininödənilməsində problemlərlə 

üzləşməsi davam etmişdir. Bir çoxları maliyyələşdirmə üçün siyasi partiyalara 

yaxud nüfuzlu sponsorlara güvənmişlər. Məşhur jurnalistlərə görə, hökumət 

nümayəndələri birbaşa, yaxud dolayısı ilə şirkət və müəssisələri müxalifət 

mətbuatında reklam yerləşdirməkdən çəkindirmişlər. Nəticədə, müxalifət 

mətbuatında ödənişli reklam, demək olar ki, yox dərəcəsində olmuşdur.

 

Hökumət bəzi dövlət kitabxanalarının müxalifət qəzetlərinə abunə yazılmasını , 



dövlət biznes qurumlarının müxalifət qəzetlərində reklam yerləşdirməsini qadağan 

etmiş və eyni cür hərəkət etmək üçün özəl biznes qurumlarına da təzyiq 

göstərmişdir. Siyasi şərhçilər qeyd etmişdir ki, bu təcrübə müxalifət və müstəqil 

media vasitələrinin öz işçilərinə verdikləri əmək haqqını azaltmış və hökumətə 

meylli qurumların yüksək ixtisaslı kadrları işə götürməsinə imkan yaratmışdır. 

Bundan əlavə, mətbuat üzrə beynəlxalq monitorinqin hesabatlarında qeyd 

edilmişdir ki, Vergilər Nazirliyinin rəsmiləri tərəfindən edilən hədə-qorxular 

mətbuatın müstəqilliyini daha da məhdudlaşdırmışdır

.

 

Sistemlərin xarici stansiyalar tərəfindən peyk yayımlarını qəbul etməsində 



məhdudiyyətlər olmasa da, MTRŞ özəl teleradio stansiyalara xarici mənşəli 

xəbərlər proqramlarını tam olaraq yenidən yaymamaqları ilə bağlı ümumi tələb 

tətbiq etməyə davam etmişdir.

 

Oktyabrda doqquz beynəlxalq QHT xəbər vermişdir ki, regionlarda jurnalistlərlə 



bağlı mühit Bakıya nisbətən daha məhdudlaşdırıcıdır. Onlar Naxçıvan anklavında 

vəziyyətin xüsusilə təhlükəli olduğunu vurğulamışlar. 2009-cu ildə 



AZƏRBAYCAN 

23

 



Naxçıvan və Bakıda fəaliyyət göstərən jurnallistlər bildirmişlər ki, Naxçıvan 

rəsmiləri müxalifət qəzetlərinin yayılmasının qarşısını almağa davam etmişlər.

 

Internet azadlığı



 

Hökumət ümumən İnternetə çıxışı məhdudlaşdırmasa da, İnternet xidmət 

provayderlərindən lisenziya əldə etməyi və Rabitə və İnformasiya Texnologiyaları 

Nazirliyi ilə formal razılaşmalar əldə etməyi tələb etmişdir. Rabitə və informasiya 

Texnologiyaları Nazirliyi bildirmişdir ki, əhalinin 45%-i İnternetdən istifadə edir; 

əhalinin 12%-nin çoxzolaqlı İnternetə çıxışı vardır və hər 100 nəfərə 14 kömpüter 

düşür

.

 



Hökumətin xarici biznes qurumlarının və müxalifət liderlərinin İnternet trəfikini 

izləməsinə dair geniş yayılmış inamı təsdiqləyəcək heç bir sübut olmamışdır. 

Oktyabr ayının 8-də satirik www.eqreb.com İnternet səhifəsinin istifadəçiləri 

səhifəyə yalnız ölkədən kənarda yerləşən proxy serverlər vasitəsilə çıxış əldə edə 

bilmişlər, çünki ölkə daxilində ora birbaşa çıxış bloklaşdırılmışdı. Ölkədə 

mətbuatla bağlı vəziyyətin monitorinqini aparan yerli QHT bu hərəkəti dövlət 

senzurası kimi dəyərləndirmişdir

.

 



Yerli müşahidəçilər bildirmişlər ki, il ərzində ölkənin əksər hissəsində hökumət 

internet səhifələrini bloklaşdırmamışdır. Bununla belə, eyni müşahidəçilər 

göstərirlər ki, Naxçıvan anklavında müntəzəm olaraq veb səhifələr bloklaşdırılır. 

 

Noyabr ayının 18-də səlahiyyətli orqanlar gənc fəal və bloqçu Adnan Hacızadənin 



hökmünün icrasını müvəqqəti olaraq dayandırmış və onu şərti olaraq həbsdən azad 

etmişdir. Noyabrın 19-da məhkəmə eyni şərtlərlə gənc fəal və bloqçu Emin Millini 

azad etmək göstərişini vermişdir. Polis Hacızadə və Millini 2009-cu ilin iyul ayında 

iki  nəfərin  onlara  hücum  etmələri  ilə  bağlı  polisə  şikayət  etdikdə  onları  həbs 

etmişdi.  Hacızadə  və  Milli  2009-cu  ilin  noyabr  ayında  müvafiq  olaraq  24  və  30 

aylıq həbs cəzasına məhkum edilmişdilər.

 

Akademik azadlıq və mədəniyyət tədbirləri   



Hökumət bəzi hallarda təhsil azadlığını məhdudlaşdırmışdır. 

Bəzi yerli müşahidəçilər hökumətin dövlətin maliyyələşdirdiyi xaricdə təhsil 

proqramlarına iştirakçıların seçilməsi siyasətindən öz narahatlıqlarını ifadə 

etmişlər. Hökumət iddia edirdi ki, xaricdə təhsil üçün seçim prosesi şəffafdır və 

siyasi mənsubluq amil deyildir

.

 



 

 

 

 

 

AZƏRBAYCAN 

24

 



Müxalifət partiyalarının üzvləri məktəb və universitetlərdə müəllimlik işi tapmaqda 

çətinliklər çəkdiklərini bildirmişlər. Dövlət təhsil müəssisələrndə dərs deyən əksər 

tanınmış müxalifət partiya üzvləri ötən illərdə işdən çıxarılmışdılar

.

 



Yanvar ayının 19-da Dövlət Neft Akademiyası Poliqon informasiya agentliyində 

jurnalist kimi fəaliyyət göstərən tələbə Elmin Bədəlovu institudan xaric etmişdir. 

2009-cu ilin sonunda Bədəlov akademiyada rüşvət və maliyyə fırıldaqları ilə bağlı 

məqalə çap etdirmişdi. Aprel ayının 5-də Bədəlov institutdan xaric edilməsi ilə 

bağlı məhkəməyə müraciət etmiş və may ayının 5-də Apelyasiya Məhkəməsinə 

şikayət vermişdi. İlin sonuna iş Ali Məhkəmədə baxılmasını gözləyirdi.

 

Payızda keçirilən parlament seçki kampaniyası zamanı tələbələri seçkiləri izləyən 



müstəqil təşkilatlarla məkdaşlıqdan çəkindirmək, habelə iqtidaryönlü namizədlərə 

səs vermək üçün rəhbərlik tərəfindən onlara təzyiq göstərilmişdir. 2008-ci il 

prezident seçkiləri kampaniyası zamanı bir neçə universitetdə təhsil alan tələbələr 

dekanları tərəfindən onlara təzyiq edilərək seçkiləri izləyən müstəqil QHT ilə 

əməkdaşlıq etməməyə məcbur edildiklərini bildirmişdilər. Bəzi tələbələr bildirirdi 

ki, fakültə dekanları onlara göstəriş vermişdi ki, universitetdə səs verə bilmək üçün 

qeydiyyat olduqları yerdən seçici qeydiyyatının yerini dəyişsinlər. Digərləri 

bildirirdi ki, universitetlərdə tələbələrdən prezident yönümlü yürüşlərdə iştirak 

etmək tələb olunmuşdu, bu məqsədlə onlar nəqliyyat vasitələri ilə təmin edilmiş və 

iştirak etmədikləri təqdirdə universitetdən qovulacaqları ilə onlara hədə-qorxu 

edilmişdi. Digər bir halda tələbələr seçki monitorinqində iştirak etdikləri təqdirdə 

yataqxanadan qovulacaqları ilə hədələnmişdilər

.

 

Hökumətin mədəniyyət tədbirlərinə məhdudiyyət qoymasına dair məlumat 



olmamışdır

.

 



b.

 

Sərbəst toplaşma və birləşmə azadlığı   



Sərbəst toplaşma azadlığı

 

Qanunla toplaşma azadlığı təmin edilsə də, hökumət bu hüququn praktiki tətbiqni 



kəskin sürətdə məhdudlaşdırmışdı. Qanunda qrupların yalnız müvafiq hökumət 

orqanlarının ilkin razılığından sonra sərbəst toplaşmasına icazə verilsə də, hökumət 

bu müddəanı yerli rəsmilərdən əvvəlcədən icazə alınmasına dair tələb kimi təfsir 

etməyə davam etmişdir

.

 

İl ərzində hökumət bütün yürüşlərin əvvəldən təsdiq edilməsini və şəhər 



mərkəzindən kənarda yerləşən məntəqələrdə keçirilməsinə dair tələbini davam 

etdirmişdir, bu şərti əksər siyasi partiyalar və QHT-lər qeyri-məqbul hesab etmişdi. 

Ölkənin hər yerində səlahiyyətli orqanlar belə tələbləri müntəzəm olaraq rədd 

 


AZƏRBAYCAN 

25

 



etmişdir. Hökumət müxalifətin, QHT-lərin, dini azadlıq müvəkkillərinin və 

digərlərinin çoxsaylı hadisələrlə bağlı yürüş keçirmək tələblərini rədd etmiş və bir 

neçə icazəsiz piket və nümayişləri dağıtmış, çox vaxt iştirakçıları bir neçə saatlığa 

saxlamışdır. Bu saxlamaları bir çoxu əsassız olmuşdur (bax bölmə 1.d.).

 

Məsələn, may ayının 15-də müxalifətin Azadlıq Bloku Bakıda icazəsiz yürüş 



keçirmişdir. Polis müxalifətin 10 iştirakçısını saxlamışdır: etiraz edənlərdən beş 

nəfəri yeddi və beş nəfəri beş gün saxlanmışdır.

 

İyunun 5-də Azadlıq Bloku Bakıda digər icazəsiz yürüş keçirmişdir. Yürüş 



dağıdıldıqdan sonra polis qısa müddətə 19 iştirakçını saxlamışdır. 

 

İyun ayının 12-də Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Bakıda 



icazəsiz nümayiş keçirmişdir. Polis 32 nəfəri, o cümlədən Ramiz Xəlilov 

(Müsavat) və Əbülfəz Qurbanlını (AXCP) hər birini 10 gün saxlamışdır. Polis 

habelə Arif Hacılı və Tofiq Yaqubluya rəsmi xəbərdarlıq etmiş və Tural Abbaslı 

və Əhəd Məmmədlinin hər birini AZN 25 ($30) cərimə etmişdir.

 

İyun ayının 19-da Azadlıq Bloku Bakı şəhərində digər icazəsiz etiraz aksiyası 



keçirmişdir. Polis 83 iştirakçını saxlamışdır. Polis sonra 79 nəfəri azad etmiş, lakin 

dörd fəal bir neçə gün saxlanmışdır.

 

İyul ayının 3-də müxalifət partiyaları Bakı şəhərində birgə icazəsiz nümayiş 



keçirmişdir. Polis təqribən 70 iştirakçını saxlamışdır. Nümayişdən əvvəl polis üç 

müxalifət fəalını evlərində saxlamışdı: Tural Abbaslı, Yalçın Abbaslı və Əhəd 

Məmmədli. Məhkəmə onlara rəsmi xəbərdarlıq etmiş və onlardan hər biri AZN 25 

($30) cərimələnmişdir. Polis habelə etirazdan əvvəl Fuad Qəhrəmanlı, Razi 

Nurullayev, Nurəddin Məmmədli və Əbulfəz Qurbanlı daxil olmaqla digər doqquz 

müxalifət fəalını saxlamışdır. Polis 10 yaxud 11 etiraz yürüşü iştirakçısını 8 saylı 

Səbayıl rayon polis bölməsinə aparmış və həmin axşam onları azad etmişdir. Polis 

təqribən 60 nəfərdən ibarət qalan iştirakçını Bakıdan 40 mil məsafədə yerləşən 

Qobustana aparmış və onları izah edilməz şəkildə izolə edilmiş sahədə tərk 

etmişdir.

 

İyul ayının 31-də AXCP, Klassik Xalq Cəbhəsi və Müsavat partiyaları Bakı 



şəhərində icazəsiz mitinq keçirmişdir; polis 100-dən çox etirazçını saxlamışdır. 

Polis etiraz yürüşünün 10 iştirakçısını saxlamışdır; onlardan yeddi nəfəri 10, bir 

nəfəri səkkiz və iki nəfəri yeddi gün saxlanmışdır. Polis yeddi nəfəri AZN 20-25 

($25-30) cərimə etmişdir. Polis 20 nəfər etirazçını avtobusla Bakıdan 40 mil 

məsafədəki Qobustana aparmış, orada düşürmüş və orada həyatın axarına buraxıb 

getmişdir.

 

1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə