Azərbaycan təqribən doqquz milyon əhalisi və prezident üsuli-idarəsi olan



Yüklə 446,41 Kb.
Pdf görüntüsü
səhifə5/6
tarix06.05.2017
ölçüsü446,41 Kb.
1   2   3   4   5   6

AZƏRBAYCAN 

34

 



Radiosunun veb səhifəsində onunla bağlı məlumat verilmişdir. Bununla bağlı 

xəbər verildikdən sonra, onun ailəsinə dörd hədələyici telefon zəngi edilmiş və 

noyabr ayının 14-də polis Səxavətin kiçik qardaşı Sabiti ittiham irəli sürmədən 

yeddi gün saxlamışdır. Sabit Səxavətin seçki müşahidəçilərindən biri olmuşdur.   

Dekabr ayının 10-da Naxçıvanın Püsyan kəndində polis Əliyevin digər ailə 

üzvlərini, o cümlədən başından xəsarət almış Səxavətin qardaşı Çapay Əliyevi 

bərk döymüşdür. Polis ailənin beş digər üzvünü də döymüşdür: iki əmisi qızı, 

bacısı və yeznəsi. Həmin basqın zamanı polis ailəyə məxsus mağazanı buldozerlə 

dağıtmışdır. Yerli xəstəxana köməyə ehtiyacı olan qadınlardan birini müalicə 

etməkdən imtina etmişdir. Tibbi yardım maşınları zərərçəkmişlərin yardımına 

gəlməkdən imtina etmişdir. Taksi sürücüləri zərərçəkmişləri xəstəxanaya 

daşımaqdan imtina etmişdir. Yerli QHT-lər kəndin ətrafında polis kordonunun 

olması barədə məlumat vermişdir. Dekabr ayının 25-də yaxud o ərəfədə polis 

kordonu götürmüş, amma ilin sonunda Çapay Əliyev hələ də tibbi yardım 

almamışdı.

 

Noyabr ayının 22-də Məmmədqulu Əliyev özünün və oğlunun Naxçıvanda 



müəllim vəzifələrindən azad edilməsinə etiraz olaraq bir həftəlik aclıq aksiyası 

keçirmişdir. Məmmədqulu Əliyev Müsavat Partiyasının yerli filialının sədri 

olmuşdur. Əliyev və onun oğlu seçkiləri müşahidə etmiş və müşahidə etdikləri 

seçki saxtakarlığına diqqəti yönəltmələri nəticəsində işlərinin itirmələrini 

bildirmişlər.

 

Dekabr ayının 7-də RATİ xəbər vermişdir ki, Zülfüqar Tağıyev Şərur rayon 



elektrik şəbəkəsində 20 il tutduğu vəzifəsindən azad edilmişdir. RATİ bildirmişdir 

ki, Tağıyevə deyilmişdir ki, o və ailəsi Səxavət Əliyevə səs verdiklərinə görə işdən 

çıxarılmışlar. Tağıyev habelə iddia etmişdir ki, o, hələ də işdən çıxarılma ilə bağlı 

məktub almamışdır və bu səbəbdən də məhkəməyə müraciət edə bilmir. Tağıyev 

Naxçıvan Ali Məclisinə (Parlament) və Şərur rayon polis şöbəsinə müraciət 

etmişdir.

 

Dekabr ayının 7-də RATİ xəbər vermişdir ki, Şərur rayon kommunikasiya 



qovşağının rəhbəri seçkilərdə müstəqil müşahidəçi olmuş Zakir Əsgərovun işdən 

çıxmasını tələb etmişdir.

 

2009-cu ilin dekabrında ölkə ərazisində bələdiyyə seçkisi keçirilmişdir. Mətbuat 



müşahidəçiləri belə qənaətə gəlmişlər ki, bütün televiziya kanalları seçkiöncəsi 

dövrü geniş şəkildə diqqətdən kənarda qoymuşlar. Siyasi partiyaların öz 

namizədlərini bütün bələdiyyələrin ən azı yarısında qeydiyyatdan keçirməsi tələb 

olunmuşdu, bu, onların sərbəst efir məkanından istifadə edə bilməsi üçün lazım 

idi. Bu tələbə yalnız hakim Yeni Azərbaycan partiyası cavab verirdi və o, bu 

hüququndan imtina etdi. Müxalifət partiyaları və yerli QHT-lər namizədlərin 



qeydiyyat prosesinə müdaxilə olduğunu bildirmişlər. Rəsmi nəticələr seçkilərdə

 

iştirakın 32 faiz olduğunu göstərib ki, bu, ölkə üçün aşağı rəqəmdir və seçicilərin 



həmin seçkilərə laqeydliyini nümayiş etdirmişdi. MSK seçkisonrası şikayətlərə 

cavab olaraq bəzi seçki məntəqələrində seçkilərin yenidən keçiriləcəyini 

planlaşdırdığını elan etsə də, ilin sonunadək belə seçkilər keçirilməmişdi.

 

2009-cu ilin mart ayında səlahiyyətli orqanlar kostitusiyanın 29 maddəsinə təklif 



olunan 41 dəyişikliyə dair referendum keçirmişlər. Həmin dəyişikliklərə, başqa 

məsələlərlə yanaşı, prezidentlik müddətinə məhdudiyyətin aradan qaldırılması və 

müharibə şəraitində seçkiləri təxirə salan müddəa daxil edilmişdir. Rəhbərliyin 

həyata keçirmək istədiyi dəyişikliklər üçün Milli Məclisə və ya ictimaiyyətə çox az 

vaxt verilmişdi. Müxalifət qrupları qeydiyyat üçün imza toplama və seçki 

kampaniyası dövründə həbslər və saxlamalar da daxil olmaqla, geniş miqyaslı 

zorakılıqlara məruz qaldıqlarını bildirmişlər. Seçicilər geniş referendum məsələləri 

üzrə məlumatlı seçim etmək üçün lazım olan məlumatlara malik olmayıblar

.

 

Referendum günündə səsvermə prosedurları qüsurlu olmuş və 2008-ci il prezident 



seçkilərindən daha pis hesab edilmişdir. Müşahidəçilər habelə səslərin sayılması və 

protokolların tərtib edilməsi prosesində əhəmiyyətli qüsurların olduğunu qeyd 

etmişlər. Seçici iştirakı, müşahidəçilərin hesablamalarına görə, rəsmi bildirilən 71 

faiz deyil, 43 faiz olmuşdur. Bu cür aşağı rəqəm qanun üzrə referendumun etibarlı 

olması üçün tələb olunan 25 faizlik həddən yüksək olmuşdur

.

 



Ölkədə 2008-ci ilin oktyabr ayında prezident seçkiləri keçirilmişdir. ATƏT-in seçki 

müşahidə missiyasının yekun hesabatında qeyd edilmişdir ki, xüsusən də seçki 

inzibatçılığının bəzi texniki aspektləri baxımından ölkə ATƏT qarşısında 

götürdüyü öhdəliklərə və digər beynəlxalq starndartlara doğru nəzərəçarpan 

irəliləyişlərə nail olsa da, seçki prosesi bu öhdəliklərin heç də hamısına cavab 

verməmişdir. 2008-ci il seçkilərindən əvvəlki dövr əsas müxalifət partiyaları üçün 

söz və toplaşma azadlıqlarına davamlı məhdudiyyətlərin qoyulması ilə xarakterizə 

olunmuşdu. Əsas müxalifət partiyaları bu məhdudiyyətlər, seçki məcəlləsi və 

xüsusən də onların effektiv seçki kampaniyası keçirmək qabiliyyətini 

məhdudlaşdıran müddəalarla bağlı problemləri qeyd edərək seçkiləri boykot 

etmişdi.

 

Hakim Yeni Azərbaycan Partiyası siyasi arenada dominantlıq etməyə davam 



etmişdir. Yerli müşahidəçilər bildirmişlər ki, hakim partiyaya üzvlük dövlət 

vəzifələrinin tutulması    kimi müəyyən üstünlüklər qazandırır. Noyabr ayından 

keçirilən parlament seçkilərindən əvvəl siyasi blokların yaradılmasına baxmayaraq, 

əsas müxalifət partiyalarından heç biri rəsmi nəticələrə görə Milli Məclisə 

seçilməmişdir.

 

Müxalifət üzvlərinin rəsmilər tərəfindən incidilməsi və əsassız qaydada həbs 



edilməsi və saxlanması ehtimalı digər vətəndaşlardan daha böyük olmuşdur. 

Müxalifət partiyalarının rayon şöbələrinin üzvləri yerli orqanların gündəlik partiya 

fəaliyyətlərinin qarşısını almaq üçün tədbirlər həyata keçirdiklərini bildirmişlər. 

Məsələn, restoran sahiblərinə onlara məxsus ərazilərin müxalifət partiyaları 

 


AZƏRBAYCAN 

36

 



tərəfindən toplantı və tədbirlərin keçirilməsi üçün istifadə edilməsinə imkan 

verməmək məqsədilə təzyiqlər göstərmişlər. Partiya üzvləri çox vaxt keçirdikləri 

toplantıların məqsədlərini gizlətməli və bunları uzaq məntəqələrdə həyata keçirməli 

olmuşlar


.

 

Müxalifət partiyasının üzvləri polisin çox vaxt çayxanalarda kiçik 



toplantıları dağıtdığını və iştirakçıların sorğu-sual üçün saxlandığını qeyd etmişlər. 

Məsələn, şimal bölgəsində müxalifətdən olan namizəd xəbər vermişdir ki, onun 

qeydiyyat ərizəsini nəzərdən keçirmək üçün seçki komissiyasının toplanma vaxtı 

ilə bağlı ona məlumat verilməmişdir. Ona görə də komissiya onun ərizəsini rədd 

etmiş və o, öz adından müvəkkillik etmək üçün orada olmamışdır. Namizədlərin 

qeydiyyat prosesinin sonuna qədər getmələrini təmin etmək üçün yetərli sayda 

imza vərəqələrinin verilməməsi ilə bağlı geniş yayılmış şikayətlər mövcud 

olmuşdur.

 

 

2006-cı ildən bəri müxalifət partiyaları ofis yerlərinin icarəsı ilə bağlı ciddi 



çətinliklərlə üzləşmişlər; ev sahiblərinin rəsmi təzyiqlərə məruz qaldıqlarından ofis 

ərazisini bəzi partiyalara icarəyə verməyə qorxmuşlar. Bu səbəbdən partiyalar öz 

liderlərinin mənzillərində fəaliyyət göstərmişlər

.

 



7 noyabr parlament seçkilərindən sonra

 hal-hazırki

 parlamentdə 19 qadın deputat 

vardır, əvvəlki parlamentdə bu rəqəm 14 idi. Milli Məclisin sədr müavini daxil 

olmaqla bir neçə qadın ali dövlət vəzifələrini tutur. Hicran Hüseynova Ailə, Qadın 

və Uşaq Məsələləri üzrə Komitənin sədridir – vəzifə nazir səviyyəli hesab edilir. 

Qadınların siyasətdə iştirak etmələrinə heç bir hüquqi məhdudiyyət 

qoyulmamışdır. Bununla belə, ənənəvi sosial normalar qadınların siyasi rollarını 

məhdudlaşdırmış və onlar dövlət idarələrində az təmsil olunmuşlar. Heç bir qadın 

icra başçısı (yerli səlahiyyətli orqan) vəzifəsini tutmur. 

Talış, avar, rus və yəhudi kimi etnik azlıqlar Milli Məclis və hökumətdə qulluq 

etməkdə davam etmişlər.

 

Bölmə 4          Rəsmi korrupsiya və hökumətin şəffaflığı



 

Qanun rüşvəti qadağan etməklə korrupsiyaya görə cəzanı nəzərdə tutur; lakin 

dövlət qulluğu, hökumət nazirlikləri və ən yüksək hökumət səviyyələri daxil 

olmaqla cəmiyyətin bütün sahələrində cəzasız korrupsiya geniş yayılmışdır. 

 

Dünya Bankının dünya miqyaslı idarəetmə göstəriciləri korrupsiyanın ciddi 



problem olduğunu əks etdirmişdi. Transparency International (Beynəlxalq 

Şəffaflıq) Maliyyə Monitorinqi Xidmətinin yaradılması ilə əlaqədar olaraq il 

ərzində bəzi irəliləyişlərin olduğunu və dövlət və bələdiyyə əmlakının idarə 

edilməsi sahəsində korrupsiya ilə əlaqəli pozuntu halları ilə mübarizədə 

koordinasiya və əməkdaşlığın artırılması ilə bağlı xəbər vermişdir. Bununla belə,     

Beynəlxalq Böhran Qrupu bildirmişdir ki, “virtual olaraq ictimai həyatın bütün 

sahələrində dominantlıq etmək məqsədilə” elit təbəqə tərəfindən korrupsiyaya 

güvənmə halları artmışdır.   

 


 

AZƏRBAYCAN 

37

 



İl ərzində xırda korrupsiya halları ilə əlaqədar, xüsusilə rüşvətxorluqda ittiham 

edilməkdə cinayət işləri artmışdır. Buna baxmayaraq, belə işlər ölkədə 

rüşvətxorluq, xırda və iri korrupsiyanın miqyasına cüzi təsir göstərmişdir yaxud 

heç bir təsir göstərməmişdir. 



2009-cu ildə Prezident Apparatı Bakı şəhər Nizami rayonunun İcra Başçısı Mehbalı 

Əliyevi, xəbər verildiyinə görə, korrupsiyaya görə vəzifəsindən kənarlaşdırmışdır.   

İlin sonuna kimi Əliyevə qarşı heç bir cinayət işi açılmamışdır

.

 



Hüquq-mühafizə orqanlarında korrupsiya problem olmuşdur. Polis çox vaxt yol 

hərəkəti və digər kiçik pozuntu halları ilə bağlı saxta, qeyri-rəsmi cərimələr tətbiq 

etmiş və yerli sakinlərdən “proteksiya” üçün pul almışdır. Ötən illərdə korrupsiya 

ilə mübarizə məqsədilə yol polisi əməkdaşlarının əmək haqqları əhəmiyyətli 

dərəcədə artırılmışdır; buna baxmayaraq, digər hüquq-mühafizə orqanlarının digər 

əməkdaşlarının əmək haqqlarının aşağı olması polisin korrupsiyasına şərait 

yaratmağa davam etmişdir. İl ərzində nazirlik bildirmişdir ki, o, altı polis zabitini 

işdən azad etmiş və onları cinayət məsuliyyətinə cəlb etmişdir: bunlardan biri 

rüşvətxorluqda ittiham və beş əməkdaş isə zorla pul almaq ittihamı ilə məsuliyyətə 

cəlb edilmişdir. Ədliyyə Nazirliyi bildirmişdir ki, o, 220 nəfər ədliyyə 

əməkdaşından izahat tələb etmiş və 26 əməkdaşı Ədliyyə Nazirliyində müxtəlif 

vəzifələrdən azad etmişdir.

 

Daxili İşlər Nazirliyi bildirmişdir ki, o, insan hüquqları və azadlıqlarının pozulması 



ilə bağlı 174 fakt qeydə almış, o cümlədən: 51 kobud rəftar, 38 əsassız saxlama, 

polisə əsassız gətirmə ilə bağlı 46 hal, sürücü hüquqlarının pozulması ilə bağlı 22 

hal, əsas olmadan cinayət məsuliyyətinə cəlb etmə ilə bağlı beş hal, xarici 

vətəndaşların yaxud vətəndaşlığı olmayan şəxslərin hüquqlarının pozulması ilə 

bağlı üç hal və doqquz müxtəlif hüquq pozuntuları. Nazirliyə əsasən, o, 276 

əməkdaşı intizam məsuliyyətinə cəlb etmiş, 18 əməkdaşın rütbəsini aşağı salmış, 20 

nəfəri işdən azad etmiş və 238 nəfərə qarşı digər intizam tədbirləri görmüşdür.

 

Məhbusların geyimini qaytarmaq və onları azad etmək üçün məhkəmə 



cərimələrindən əlavə polis zabitlərinin əlavə pul tələb etmələri ilə bağlı məlumat 

olmuşdur.

 

Hökumətin şəffaflığın artırılması və korrupsiya ilə mübarizəyə dair 2007-ci il milli 



strategiyasının əsas müddəaları ilin sonuna kimi hələ də həyata keçirilməmişdir. 

Strategiya hökumətin hesabatlılığının artırılması, vətəndaş cəmiyyəti ilə 

əməkdaşlıq və korrupsiya əleyhinə yönəlmiş tədbirlərin sistemli izlənməsi və 

bildirilməsi üçün çərçivə müəyyən etmişdir. Milli strategiyanın əsas 

elementlərindən biri olan maliyyə bəyannaməsinə dair qanun rəsmilərdən illik 

gəlirlərini, gəlirin mənbələrini, əmlak və maliyyə öhdəliklərini açıqlamalarını tələb 

edir. Qanunda həmçinin qohumbazlıq və dövlət rəsmilərinə və üçüncü tərəfə 

hədiyyələrin yaxud birbaşa və ya dolayı maliyyə mənfəətlərinin verilməsi də 

qadağan edilir

.

 



 

 


AZƏRBAYCAN 

38

 



Qanun ayrı-ayrı şəxslər və təşkilatlar tərəfindən hökumət məlumatına ictimai çıxışı 

təmin edir, halbuki    hökumət çox vaxt çıxış imkanlarını təmin etməmişdir.



Hökumət nazirliklərinin məlumat üçün müraciət etməklə bağlı fərqli prosedurları 

olsa da, onlar adi qaydada müraciətlərə mənfi cavab vermişlər. Onların əsas iddiası 

bu məlumata malik olmadıqları olmuşdur. İnsanların məlumatdan imtina ilə bağlı 

məhkəməyə müraciət etmək hüququ vardır, lakin məhkəmələr, bir qayda olaraq

nazirliklərin verdikləri qərarları olduğu kimi saxlamışlar

.

 



Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə (MSŞT) iştirak etmişdir, 

bu təşəbbüs onun müvafiq hasilat sənayelərindən əldə edilən ödəniş və gəlirlərin 

açıqlanması üçün hökumət, şirkətlər və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq 

münasibətlərini qurmaqla təbii ehtiyatların cəmiyyətin bütün üzvlərinin mənfəəti 

naminə idarə edilməsinə dair 12 razılaşdırılmış MSŞT prinsipinə uyğun olmağı 

tələb edir.

 

2009-cu ilin fevral ayında beynəlxalq MSŞT Şurası Azərbaycana MSŞT-ə tam 



riayət edən ilk ölkə statusu vermişdir. MSŞT prinsiplərinin həyata keçirilməsinə 

görə məsuliyyət daşıyan Azərbaycan Dövlət Neft Fondu (ARDNF) həmçinin neft 

və qaz gəlirlərinə dair məlumatlara çıxış səviyyəsini artırmışdı. Amma bəzi 

müşahidəçilər həmin vəsaitin xərclərin yoxsulluğun azaldılması yaxud kommunal 

xidmətlərin təmin edilməsinə yönəldiyini təmin etmək üçün nəzərdə tutulmaması, 

tənzimlənməməsi yaxud idarə edilməməsindən şikayətləniblər. Bundan əlavə, 

müşahidəçilər onu da qeyd edirlər ki, neft-qaz gəlirləri bütövlükdə ARDNF 

tərəfindən idarə edilməmiş və MSŞT şəffaflıq təcrübələri tətbiq edilməmişdir. 

Ölkədəki 26 neft-qaz şirkətinin hamısı MSŞT prosesində iştirak etsə də, çox az 

sayda şirkət təfərrüatlı gəlir hesabatına razılıq vermişdi. Fevral ayında ölkədə çox 

saylı maraqlı tərəflərdən ibarət qrup yaradılmışdır, bu müşahidəçi qrupda 

hökumətin, özəl sənayenin və vətəndaş cəmiyyətinin üzvləri bərabər sayda təmsil 

olunmuşlar. Qrupun yaradılmasında məqsəd vətəndaş cəmiyyətinin fəal iştirakını 

təmin etmək və ictimai debata rəvac verməkdən ibarət olmuşdur

.

 

Bölmə 5        İddia edilən insan hüquqlarının pozuntularının beynəlxalq və 



qeyri-hökumət təşkilatları tərəfindən araşdırılmasına hökumətin 

münasibəti 

 

Bir sıra yerli və beynəlxalq insan hüquqları qrupu insan hüquqları ilə bağlı halları 



təhqiq və nəşr etdirməkdə hökumət məhdudiyyəti olmadan fəaliyyət göstərmişlər. 

Hökumət bəzi insan haqları ilə məşğul olan QHT-lərlə əlaqələr saxlayaraq onların 

sorğularını cavablandırsa da, bəzi hallarda digər insan haqları üzrə QHT-ləri və 

onların fəallarını tənqid etmiş və qorxutmuşdur.

 

Ədliyyə Nazirliyi bəzi insan haqları ilə məşğul olan QHT-ləri müntəzəm olaraq 



qeydiyyatdan keçirməkdən imtina etmişdir. İl boyu QHT-lər bildirmişlər ki, 

adlarında insan haqları, demokratiya, institut və cəmiyyət sözləri olan QHT-lərə 

müntəzəm şəkildə qeydiyyatdan imtina edilməyə davam edilmişdir. Bundan əlavə, 

imtinanın səbəbləri əsassız olmuşdur. Məsələn, Ədliyyə Nazirliyi bir QHT üçün 



AZƏRBAYCAN 

39

 



özünün xoşladığı nizamnaməni qəbul etmiş, amma özünün xoşlamadığı, fərqli 

təşkilat adı ilə eyni nizamnaməni rədd etmişdir. Digər QHT-nin qeydiyyata alınması 

cəm şəkilçisinin olmaması səbəbindən rədd edilmişdir. Bir neçə iş məhkəmə 

sistemindən keçməkdə idi. Ədliyyə Nazirliyi qeyd etmişdir ki, o, yalnız sənədləri 

qanunvericiliyə uyğun olmayan təşkilatları qeydiyyata almaqdan imtina etmişdir.

 

Avqust ayının 9-da Turan Xəbərlər Agentliyi xəbər vermişdir ki, Bakı şəhər İcra 



Hakimiyyəti qeydiyyata alınmamış QHT-lərin yürüşünə icazə verməkdən imtina 

etmişdir. QHT-lər Ədliyyə Nazirliyinin yaxınlığında yürüş üçün icazə istəmişdilər. 

Qeydiyyata alınmayan QHT-lərin sayı 1000-ə qədər olmuşdur. İl ərzində Ədliyyə 

Nazirliyi 124 QHT-ni qeydiyyata almışdır.

 

İnsan haqları ilə məşğul olan əsas QHT-lər bunlardır: Qadın Hüquqlarının 



Müdafiəsi Birliyi, İnsan Hüquqları və Qanuna Hörmət Bürosu, Azərbaycan 

Demokratik İnkişaf və İnsan Hüquqlarının Müdafiəsi Fondu, İşgəncələrə Qarşı 

Azərbaycan Komitəsi, Sülh və Demokratiya İnstitutu, Helsinki Vətəndaş 

Assambleyası, RATİ və Azərbaycan İnsan Hüquqları Mərkəzi. Əksər aparıcı 

QHT-lər iki müstəqil, çərçivə təşkilatı olan İnsan Hüquqları Federasiyası və İnsan 

Hüquqları üzrə Təşkilatların Monitorinq Qrupuna qoşulmuşlar. 

 

2009-cu il ərzində bir neçə QHT fəaliyyətlərinə görə onlara qarşı təzyiqlərin 



artdığını bildirmişdir. Məsələn, Daxili İşlər naziri Sülh və Demokratiya 

İnstitutunun rəhbəri Leyla Yunusu İnternetdə yayımlanan bir qəzetə müsahibəsində 

polisin işini tənqid etdiyinə görə məhkəməyə vermişdi. Sonradan nazir həmin işi 

dayandırmışdı. Bundan əlavə, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi 

mərkəzinə qoşulmuş bir neçə seçki müşahidəçisi müşahidə fəaliyyətinə görə yerli 

orqanlar tərəfindən təqibə məruz qalmışdılar (bax bölmələr 2.b. və 3

).

 

Bir neçə QHT bildirmişdi ki, hökumət və polis onları vaxtaşırı olaraq QHT 



fəallarına hədə-qorxu gələn, hücum edən və onların əmlakını talayan 

təxribatçılardan qorumaqdan imtina etmişdir. İl ərzində bəzi yerli QHT yerli 

məmurlara qarşı rəsmi şikayət etmiş vətəndaşlara qarşı təzyiqlərin artması ilə bağı 

məlumat vermişdir. Məsələn, aprel ayında insan hüquqları üzrə fəal və 

Demokratiyanın Müdafiəsinə Kömək İctimai Birliyinin sədri Vidadi İsgəndərov 

Göyçay rayonunda polisin rüşvətxorluğu ilə bağlı Azadlıq qəzetində məqalə çap 

etdirmişdi. May ayının 3-də Göyçay rayon polis şöbəsinin keçmiş rəisi Vüqar 

Məmmədyarov, İnzibati Prokurorluğun rəisi Bəxtiyar Həşimov, və müstəntiq 

idarəsinin rəhbəri Rüfat İbayev İsgəndərovu böhtanda ittiham edərək onu cinayət 

məsuliyyətinə cəlb etmişdirlər. İlin sonunda iş məhkəmə    icraatında idi.

 


AZƏRBAYCAN 

40

 



2009-cu ilin dekabr ayında Naxçıvan Dövlət Universitetinin rəhbərliyi və 

tələbələrindən ibarət bir qrupun həmin universitetdə korrupsiya halını təhqiq edən 

Naxçıvan Demokratiya və QHT-lərin İnkişafı Resurs Mərkəzinin iki 

nümayəndəsini döydüyü bildirilmişdi. Universitetdən olan qrup habelə hücum 

yerinə gəlib çıxmış RATİ jurnalistinə hədə-qorxu gəlmişdi. QHT nümayəndələri 

hücumun gözlənildiyindən qorxduqları və qorunmaq istədikləri üçün hadisədən 

əvvəl polisə xəbər vermişdi. Lakin hücum edənlər həmin yerdən 

uzaqlaşmayanadək polis gəlib çıxmamışdı. Yerli orqanlar hadisələrin baş verdiyini 

təkzib etmiş və 2010-cu ilin yanvarında Resurs Mərkəzində vergi yoxlaması təyin 

etmişdi. Audit hesabatın gecikmə ilə təqdim edilməsinə görə mərkəzi AZN 332 

($393) məbləğində cərimələmişdi. QHT iddia etmişdir ki, Vergi Orqanı cərimə 

tətbiq etməzdən qabaq ilk olaraq bəyanatın təqdim edilməsi ilə bağlı olan ehtiyacla 

bağlı məlumat verməli idi. İl ərzində QHT-nin habelə ofis tapmaqla bağlı problemi 

olmuş və iki dəfə ofisdən çıxmağa məcbur edilmişdi. İlin sonunda mərkəzin ofisi 

yox idi

.

 



2009-cu  ildə  Helsinki  Vətəndaş  Assambleyasının  fəalı  Akifə  Əliyeva  Gəncə 

şəhərində ukraynalı məhbusun hüquqlarını müdafiə etməsi ilə bağlı işinə görə 

yerli  orqanlar  tərəfindən  dəfələrlə  təqib  edildiyini  bildirdikdən  sonra  ölkədən 

qaçmışdır. O vaxtdan bəri o, xaricdədir.

 

QHT-lərin qeydiyyat prosesi çətin olaraq qalmış və buraya xarici təşkilatlardan 



alınan qrantları qeydiyyatdan keçirmək tələbi daxil edilmişdi. Xarici təşkilatlardan 

alınan QHT qrantlarından işçi əmək haqqının 22 faizi nisbətində sosial sığorta 

haqqı tutulur, halbuki hökumətlə ikitərəfli müqaviləsi olan çox az sayda ölkədən 

alınan qrantlardan yalnız 2 faizlik vergi tutulmuşdu. QHT fəalları bu müddəaların 

onların təşkilatlarının fəaliyyətini məhdudlaşdırdığını bildirmişlər. 

 

İl ərzində QHT-lərə Dövlət Dəstəyi Şurası 352 QHT-yə 2.10 milyon ($2.56 



milyon) məbləğində vəsait təmin etmişdir, 2009-cu ildə QHT-lərin sayı 250 

olmaqla vəsait AZN 1.8 milyon (təqribən $2.2 milyon) olmuşdu. Bu QHT-lərin 

çoxunun hökumət yönümlü olması hesab edilsə də, hökumət barədə tənqidi fikirdə 

olan bəzi QHT-lər də qrantlar almışlar. Bir QHT onun üçün ayrılan qrantın geri 

alınmasına görə şuranı məhkəməyə vermişdi. Şuranın qrantların verilməsi 

prosesinin korrupsiyaya uğradığını iddia edən rəsmi şikayətdən sonra QHT ona 

verilən qrantın geri alındığını bildirmişdir. Ali Məhkəmə iyun ayının 30-da işi 

rədd etmişdir. 

 

Ümumən hökumət BMT nümayəndələri və BQXK-nin timsalında digər 



beynəlxalq təşkilatların nümayəndələrinin səfərlərinə icazə vermişdir. 

Sərhədsiz Reportyorlar kimi beynəlxalq QHT-lər ümumən hökumətin maneəsi 

olmadan fəaliyyət göstərmişlər.

 


AZƏRBAYCAN 

41

 



Vətəndaşlar dövlət yaxud ayrı-ayrı şəxslərin törətdiyi pozuntulardan insan 

hüquqları üzrə ombudsmana – Elmira Süleymanovaya müraciət edə bilərlər. 

Ombudsman bir ildən çox olan zorakılıq halları, anonim şikayətlər və məhkəmə 

icraatında olan işləri qəbul etməkdən imtina edə bilər. Ombudsman 2009-cu ildə 

8000 müraciət qəbul etmiş, bunun 83.7 faizi il ərzində edilmiş şikayətlər 

olmuşdur; şikayətlərin 51 faizi təhqiqat üçün qəbul edilmiş və təhqiq edilənlərdən 

44.7 faizi müvəffəqiyyətlə həll edilmişdir. Milli Məclis mart ayının 5-də Elmira 

Süleymanovanı ikinci müddətə seçmişdir

.

 

2009-cu ildə ombudsman bildirmişdir ki, beş alt komitədən ibarət insan haqlarına 



dair milli fəaliyyət planının (MFP) işçi qrupu fəaliyyət planında prioritet kimi 

müəyyən olunmuş sahələr üzrə işi davam etdirmişdir. İl ərzində ombudsman insan 

haqları ilə bağlı şikayətləri dinləmək üçün ölkə boyu səfərlər etmiş, xarici 

diplomatlar və insan haqları ilə məşğul olan yerli QHT-lərlə əməkdaşlıq etmiş və 

Millli Məclisə illik hesabat təqdim etmişdir. 

Milli Məclis və Ədliyyə Nazirliyi şikayətləri dinləyən, təhqiqatlar aparan və 

müvafiq hökumət orqanlarına tövsiyələr verən insan hüquqları üzrə şöbələrə 

malikdir. Xarici İşlər Nazirliyinin İnsan Hüquqları idarəsinin rəsmiləri narahatlıq 

doğuran məsələləri müzakirə etmək üçün diplomatik missiyalarla müntəzəm 

görüşlər keçirmişlər

.

 

Bölmə 6          Ayrı-seçkilik, cəmiyyətdə zorakılıq və insan alveri 



 

Qanun irq, cins, fiziki qüsur, dil və ya sosial statusa əsasən ayrı-seçkiliyi 

qadağan etsə də, təcrübədə hökumət bu qadağalara heç də həmişə hörmətlə 

yanaşmamış və ya onları səmərəli şəkildə tətbiq etməmişdir

.

 

Qadınlar 



 

Zorlama qanunsuzdur və maksimum 15 illik həbs cəzası daşıyır. 2009-cu il ərzində 

hökumət 35 zorlama halının baş verdiyini bildirmişdir. Hökumət 15 şəxsə qarşı 

zorlama yaxud zorlamaya cəhd ilə bağlı 16 faktın və 40 nəfərə qarşı seksual 

xarakterli zorakılıq hərəkətləri ilə bağlı 48 faktın olduğunu bildirmişdir.

 

Əksər zorlama qurbanları təcavüz edənləri tanısalar da, qorxduqları və 



utandıqlarına görə baş verən hadisələr barədə məlumat verməmişlər.

 

1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə