Azərbaycan təqribən doqquz milyon əhalisi və prezident üsuli-idarəsi olan



Yüklə 446,41 Kb.
Pdf görüntüsü
səhifə6/6
tarix06.05.2017
ölçüsü446,41 Kb.
1   2   3   4   5   6

AZƏRBAYCAN 

42

 



Həyat yoldaşı tərəfindən təhqir və zorlama ilə bağlı qanunlar yoxdur, lakin həyat 

yoldaşlarından biri şikayət edərsə, belə cinayətlər üzrə cinayət məcəlləsinin digər 

maddələrinə müvafiq olaraq məhkəmə işi açıla bilər. Məişət zorakılığı daxil 

olmaqla qadınlara qarşı zorakılıq problem olaraq qalmışdır. Kənd yerlərində 

qadınların həyat yoldaşları və digərləri tərəfindən zorakılığa məruz qalmalarına 

qarşı effektli mexanizm yoxdur.

 

Zorlama yaxud məişət zorakılığının qurbanları üçün hökumət tərəfindən 



maliyyələşdirilən heç bir proqram olmamışdır. Bakıdakı Sülh və Demokratiya 

İnstitutu tərəfindən idarə edilən qadın böhran mərkəzi qadınlar üçün pulsuz tibbi, 

psixoloji və hüquqi yardım təmin etmişdir. Mərkəz habelə Qafqaz regionunda 

gender zorakılığı və insan alveri ilə mübarizə aparmaq üçün beynəlxalq donorların 

maliyyələşdirdiyi bir sıra layihələr üzrə fəaliyyət göstərmişdir. İnstitutun 

nümayəndələri qadın məsələlərini müzakirə etmək üçün vaxtaşırı olaraq populyar 

ictimai televiziya debatlarında iştirak etmişlər. 

 

Qanun cinsi zorakılığı qadağan edir; lakin hökumət bu qadağanı nadir hallarda 



tətbiq etmişdir. Belə şikayətləri qəbul edəcək heç bir xüsusi təşkilat olmamışdır.

 

Cütlüklər və şəxslər uşaqlarının sayını, uşaqlara sahib olmaq vaxtını və bununla 



bağlı fasiləni sərbəst şəkildə müəyyən etmək hüququna malikdirlər.

 

Ailə və 



fərdlərin ayrı-seçkilik, zorakılıq və məcburiyyət olmadan reproduktiv qərarlar verə 

bilməsi üçün məlumat əldə etməsi mümkün olmuşdur. Kontraseptivlər geniş 

miqyasda mövcud olsa da, demoqrafik tədqiqatlar onlardan istifadə səviyyəsinin 

aşağı olduğunu göstərmişdir. Doğuş zamanı peşəkar xidmət, habelə hamiləlik 

zamanı qayğı, əsas mamalıq və doğuş sonrası yardım mümkün olmuşdur

.

 



Beynəlxalq təşkilatların hesablamalarına görə, anaların ölüm faizi 2008-ci ildə hər 

100,000 doğuşa təqribən 38 ölüm halı olmuşdur. Qadın və kişilərin HİV daxil 

olmaqla cinsi yolla yoluxmuş infeksiyalarla bağlı diaqnoz və müalicəyə çıxışı 

bərabər olmuşdur. Bununla belə, mədəni, tarixi və sosio-iqtisadi amillərə əsaslanan 

patriarxal normalar bəzi hallarda qadınların reproduktiv hüquqlarını 

məhdudlaşdırmışdır

.

 

Qadınlar nominal olaraq kişilərlə eyni hüquqlara malikdir, amma cəmiyyətdə 



ayrı-seçkilik problem olaraq qalmışdır. Ənənəvi sosial normalar və ölkənin 

regionlarının geridə qalmış inkişaf səviyyəsi qadınların iqtisadiyyatda rolunu 

məhdudlaşdırmaqda davam etmişdir və qadınların cinsi ayrı-seçkilik səbəbindən 

öz qanuni hüquqlarından istifadə etməkdə çətinlik çəkdiklərinə dair məlumat 

verilmişdir. Yüksək biznes vəzifələri daxil olmaqla qadınlar yüksək vəzifələrdə az 

təmsil olunmuşlar. Bir yerli QHT-nin bildirdiyinə görə, qadınların maaşları 

kişilərin maaşlarının 70 faizi həddindədir

.

 



 

AZƏRBAYCAN 

43

 



Uşaqlar 

Ölkədə vətəndaşlıq doğuş və ya valideynlərin vətəndaşlığı ilə müəyyənləşdirilir

.

 

Qanun hökumətdən uşaqların təhsil və tibbi xidmət hüquqlarını qorumağı tələb 



edir. Təcrübədə hökumət proqramları uşaqlar üçün aşağı standartlı təhsil və tibbi 

xidmət təmin etmişdir. Təhsil 17 yaşa kimi icbari, pulsuz və ümumi olsa da, 

yoxsul kənd yerlərində yaşayan böyük ailələr bəzən qız uşaqlarını evdə işləmək 

üçün saxladıqları halda, oğlan uşaqlarının təhsilinə yüksək üstünlük vermişlər. 

Bəzi yoxsul ailələr isə uşaqlarını məktəbə getmək əvəzinə işləməyə və ya 

dilənməyə məcbur etmişlər. Bakı şəhərində küçə uşaqları ilə işləyən QHT 

bildirmişdir ki, dilənən və/yaxud fahişəliklə məşğul olan oğlan və qızlar ayda 

müəllimdən üç dəfə çox pul qazanır. 

 

Dekabr ayının 29-da xəbər verilmişdir ki, Bakının Xocasən rayonunda valideynlər 



həmin ayın əvvəlində Təhsil Naziri tərəfindən elan edilmiş hicab qadağasına etiraz 

olaraq qızlarını evdə saxlayır və məktəbə göndərmir (bax bölmə 2.b.).

 

Daxili İşlər Nazirliyi il ərzində uşaqlara qarşı zorlama yaxud cinsi zorakılıq 



hallarına dair hər hansı informasiya təmin etməmişdir. Verilən xəbərlərə görə, 

uşaqlar cinsi istismar və dilənçilik məqsədilə insan alverinin qurbanı olmuşlar. İl 

ərzində insan alveri cinayətinin qurbanı olmuş şəxslərin üç nəfəri 18 yaşadək 

olmuşdur


.

 

Bir beynəlxalq və iki yerli QHT uşaq nikahının artmaqda olan problem olduğunu 



bildirmişdir. Qadınlar arasında Həmrəylik İctimai Birliyi (QHİB) qeyd etmişdir ki, 

dövlət qurumlarından statistik məlumat əldə etmək mümkün olmamışdır. QHİB 

bildirmişdir ki, problem cənub və şimal regionlarından ölkənin bütün ərazisinə 

yayılmışdır. Qanunvericilik o qədər də aydın deyildir; erkən nikahlar 

konstitusiyanın 34-cü və Cinayət Məcəlləsinin 152 və 153-cü maddəsi ilə cinayət 

məsuliyyətini tələb etsə də, heç bir cinayət təqibi həyata keçirilməmişdir. QHİB 

aydınlaşdırmışdır ki, kənd yerlərindəki qızlar səkkiz və doqquzuncu siniflərdə 

ikən ailə qurur. Dini nikah müqavilələri (kəbin yaxud kəbinnamə) ilə ailə quran 

qızlar dövlət qurumlarından yan keçir və boşanma olduğu təqdirdə yuxarıda qeyd 

edilən qanunlar statusun tanınması hüququnu vermir. Amerika Vəkillər 

Assosiasiyası (AVA) bildirmişdir ki, 12 yaşlı qız sözarası sinif yaldaşlarına deyib 

ki, “ərim məni qucağına alır”. AVA habelə həyat yoldaşından boşandıqdan sonra 

əmlak yaxud əmlaksız qalmış 15 yaşlı qadına kömək etməyə çalışdıqlarını 

bildirmişdir. QHİB kişilərin iş üçün Rusiyaya getmələri ilə bağlı çox saylı hallar 

barədə məlumat vermişdir, bu zaman onlar yetkinlik yaşına çatmayan həyat 

yoldaşlarını Azərbaycanda qoyub gedirlər.

 

Yetkinlik yaşına çatmayanlarla cinsi əlaqə qanunla qadağan edilir və "18 yaşına 



 

AZƏRBAYCAN 

44

 



çatmış şəxsin 16 yaşa çatmamış digər şəxslə cinsi əlaqədə olması və ya cinsi 

xarakterli digər hərəkətlər etməsi” kimi müəyyən edilir və üç ilə kimi həbs cəzası 

nəzərdə tutulur. Qanun qeyd edir ki, qız uşağı 17 yaşında və yerli səlahiyyətli 

orqanın icazəsi ilə 16 yaşında ailə qura bilər. Qanunda daha sonra deyilir ki, 

oğlanlar 18 yaşında evlənə bilər. 2002-ci ildə Qafqaz Ruhani İdarəsi 18 yaşı nikah 

yaşı kimi elan edən fətva vermişdir, lakin dini kəbinlərdə bu, böyük təsirə malik ola 

bilməmişdir

.

 



Uşaq pornoqrafiyası qanunla qadağan edilir və onun istehsalı, yayılması və ya 

reklam edilməsi üç ildən beş ilədək həbs cəzasını nəzərdə tutur. Əgər 

pornoqrafiyanı uşağın valideynləri, müəllimləri yaxud digər təlimçilər yaradarsa, 

cəza dörd ildən yeddi ilədək artır

.

 

Çox sayda qaçqın və məcburi köçkün uşaqlarının yaşayışı standartlardan aşağıdır. 



Bəzi hallarda bu uşaqlar məktəbə gedə bilməmişlər.

 

Ölkə Beynəlxalq Uşaq Oğurluğunun Mülki Aspektləri üzrə 1980-ci il Haaqa 



Konvensiyasına qoşulmamışdır.

 

Anti-Semitizm



 

Ölkənin yəhudi icmasına qarşı anti-semit hərəkətlərlə bağlı etibarlı məlumat 

olmamışdır.

 

İnsan alveri



 

İnsan alveri ilə bağlı informasiya üçün bax Dövlət Departamentinin www, 

state, gov/g/tip internet səhifəsi, illik İnsan Alveri Hesabatı.

 

Fiziki qüsurlu şəxslər



 

Qanun fiziki, hissi, zehni və əqli qüsuru olan şəxslərin məşğulluq, təhsil, tibbi 

qayğı və digər dövlət xidmətlərinin təminatı sahəsində ayrı-seçkiliyə yol verməni 

qadağan etsə də, hökumət bu müddəaları effektiv şəkildə tətbiq etməmişdir. 

Məşğulluqda ayrı-seçkilik problem olaraq qalmışdır. Geniş yayılmış fikrə əsasən, 

fiziki qüsuru olan uşaqlar xəstədir və başqa uşaqlardan ayrılmalı və digər 

müəssisələrdə təhsil almalıdır. Bir sıra beynəlxalq və yerli QHT fiziki qüsuru olan 

uşaqlar barədə düşüncə tərzini dəyişmək və qüsurlu uşaqları cəmiyyətə yenidən 

inteqrasiya etmək üçün təhsil kampaniyaları həyata keçirmişlər

.

 



AZƏRBAYCAN 

45

 



Fiziki qüsuru olan şəxslərin dövlət və digər binalara girişinə şəraitin yaradılmasını 

nəzərdə tutan qanun yoxdur və əksər binalara giriş onlara müyəssər olmamışdır.

 

Ruhi xəstə və fiziki qüsurlu şəxslər üçün müəssisələrdə tibbi xidmət səviyyəsi 



fərqli olmuşdur; bəziləri lazımi xidmət təmin etdiyi halda, digərlərində xidmət 

göstərən şəxslərin, avadanlığın və sanitariya şəraitinin, habelə lazımi pəhrizi təmin 

etmək üçün təchizatın qıtlığı mövcud olmuşdur.

 

Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri fiziki qüsurlu şəxslərin 



hüquqlarının müdafiəsinə görə məsuliyyət daşımışlar.

 

Milli/irqi/etnik azlıqlar 



 

Ölkə ərazisində yaşayan təxminən 20 000 erməni mənşəli şəxslər tarixən 

məşğulluq, təhsil, mənzil təminatı, sosial xidmətlər və digər sahələrdə onlara qarşı 

ayrı-seçkiliyin olduğundan şikayətlənmişlər. Etnik erməni olan Azərbaycan 

vətəndaşları çox vaxt pasportlarında etnik mənsubiyyəti qanuni yolla dəyişərək öz 

etnik mənsubiyyətlərini gizlətmişlər. İl ərzində ermənilərə qarşı hər hansı 

zorakılığa dair məlumat olmamışdır

.

 



Bəzi qruplar bəzən ayrı-seçkilik halları, onların öz dillərində dərs demək 

imkanlarının məhdudlaşdırılması və yerli orqanlar tərəfindən incidildiklərini 

bildirmişlər. Bu qruplara cənubda talışlar, şimalda Qafqaz ləzgiləri, köçkün 

Məhsəti türkləri və Ermənistanın dəstəklədiyi Dağlıq Qarabağ separatçılarının 

nəzarət etdiyi Laçın rayonundan olan qaçqın kürdlər daxildir.

 

 



Cəmiyyətdə seksual oriyentasiya və cinsi mənsubiyyətə görə pis rəftar, 

ayrı-seçkilik və zorakılıq hərəkətləri 

 

 

Yerli QHT-yə əsasən, seksual oriyentasiyasına görə şəxslərə qarşı polis 



qəddarlığına dair çoxsaylı hallar olmuşdur. Səlahiyyətli orqanlar buna görə 

məsuliyyət daşıyan şəxslərin hərəkətlərini araşdırmamış yaxud 

cəzalandırmamışdır; bunun əsas səbəbi zorakılıq qurbanının ictimai qınaq 

qorxusundan şikayət etmək istəməməyi olmuşdur

.

 

İl ərzində lesbiyan, gey (homoseksual), biseksual və transgender (LGBT) icmasının 



üzvləri qisas yaxud repressiv təqibdən qorxaraq hüquq-mühafizə orqanlarına qarşı 

rəsmi şikayət verməkdən imtina etməyə davam etmişlər. Habelə il ərzində LGBT 

icması demək olar ki, hər ay yığıncaqlar keçirmiş və bunlar mütəmadi olaraq polis 

reydlərinə məruz qalmışlar.

 


AZƏRBAYCAN 

46

 



2009-cu ildə polis dörd dəfə gey barlarında reyd keçirmiş və demək olar ki, 50-yə 

yaxın şəxsi həbs etmişlər. Əldə edilən məlumata görə polis onları saxlamış və 

rüşvət ödəməyəcəkləri təqdirdə onların seksual oriyentasiyasını açıq bəyan 

edəcəkləri ilə hədələmişlər. İnsan hüquqları üzrə ombudsman aparatı bu məsələləri 

həll etmək üçün müdaxilə etmişdir.

 

Ölkədə LGBT (seksual azlıqlar) məsələləri ilə məşğul olan bir QHT vardır. Bu 



QHT HİV/QİÇS-in yayılmasının qarşısının alınması istiqamətində fəaliyyət 

göstərmiş və hüquqi məsləhət, psixoloji yardım və məlumatlandırma fəaliyyəti 

göstərmişdir. QHT fəaliyyətində hər hansı rəsmi təqiblə üzləşmədiyini 

bildirmişdir. İl ərzində gey paradlarının təşkilinə cəhdlər edilməmişdir, lakin 

Beynəlxalq Anti-Homofobiya Gününü qeyd etmək üçün 17 may tarixində kiçik 

toplantı olmuşdur.

 

Avqust ayının 11-də polis iki transgender şəxsin – Zamiq Qasımov və Yadigar 



Kuzminin Bakı şəhərində meyidini tapmışdır. Polis seksual azlıqlara qarşı nifrət 

zəminində iki nəfəri öldürdüklərini boynuna alan üç cinayətkarı həbs etmişdir. 

Yerli QHT bildirmişdir ki, cinayət işinin istintaqı qapalı aparıldığından onunla 

bağlı yeni məlumatı ala bilməmişdir. 

 

Dekabr ayında Baş Prokurorluq İdarəsi ölüm təhqiqatı ilə bağlı bəyanat vermişdir, 



Həmin  bəyanata  əsasən  “qeyri-ənənəvi”  seksual  oriyentasiya  cinayət  davranışı  ilə 

əlaqələndirilmiş və ona müvafiq təfsir edilmişdir. 

 

LGBT şəxslərə qarşı ictimai qərəz olmuşdur. Seksual oriyentasiyaya görə işdən 



çıxarılma qeyri-qanuni hesab edilsə də, LGBT şəxslər işə götürənlər tərəfindən 

onları işdən çıxarmaq üçün başqa səbəblərin tapıldığını qeyd etmişlər. Tibbi 

xidmətin təmin edilməsi sahəsində ayrı-seçkilik problem olaraq qalmışdır.

 

Cəmiyyətdə digər zorakılıq və ayrı seçkilik halları 



 

HİV/QİÇS daşıyıcıları olan şəxslərə qarşı sosial zorakılıq yaxud ayrı-seçkilik halı 

olmayıb

.

 



Bölmə 7          İşçi hüquqları

 

a.              Birləşmə hüququ



 

Qanunda həmkarlar ittifaqlarını yaratmaq hüququ daxil olmaqla birləşmə 

azadlığının təmin olunması nəzərdə tutulur. Lakin təcrübədə bu hüquqa müəyyən 

məhdudiyyətlər qoyulmuşdur. Hərbçilər və polisin həmkarlar ittifaqına qoşulması 

qadağan olunur. 

 


AZƏRBAYCAN 

47

 



Qanun həmçinin rəhbər heyətin həmkarlar ittifaqına qoşulmasını qadağan etsə də, 

dövlət sənaye sahələrində idarəetmə səviyyəsində çalışan şəxslərin həmkarlar 

ittifaqına üzvlük haqları avtomatik olaraq onların maaşlarından tutulmuşdur.

 

Qanun həmkarlar ittifaqlarına öz fəaliyyətlərini dövlət müdaxiləsi olmadan həyata 



keçirməyə icazə verir, lakin təcrübədə əksər həmkarlar ittifaqları müstəqil 

olmamışdır. Bəzi jurnalist birlikləri istisna olmaqla həmkarlar ittifaqlarının böyük 

əksəriyyəti hökumətlə sıx təmasda fəaliyyət göstərmişdir.

 

Ölkədə yeganə həmkarlar ittifaqı konfederasiyası olan Azərbaycan Həmkarlar 



İttifaqı Konfederasiyası (AHİK) rəsmi iqtisadiyyatdakı işçi qüvvəsinin təqribən 37 

faizini təmsil etmişdir. AHİK müstəqil qurum kimi qeydiyyata alınsa da, bəzi 

işçilər onun hökumətlə sıx əlaqələrinin olduğunu hesab etmişdir

.

 



Qanun əksər işçilərin tətil etmək hüququnu tanıyır. Tətil etmələrinə qadağa 

qoyulmuş işçi kateqoriyalarına aşağıdakılar aiddir: yüksək vəzifəli icra və 

qanunverici orqan rəsmiləri; hüquq-mühafizə orqanlarının işçiləri; məhkəmə 

işçiləri; yanğınsöndürənlər; səhiyyə, elektrik enerjisi, su təchizatı, telefon, dəmir 

yolu və hava nəqliyyatına nəzarət işçiləri. İctimai nəqliyyatın işini pozmuş tətilə 

çıxmış şəxslər üç ilə qədər həbs cəzasına məhkum edilə bilərlər. Qanun işdən 

çıxarma və ya başqa işlə əvəzolunma kimi cəzalarla tətilə çıxanların 

cəzalandırılmasını qadağan edir. Həm yerli, həm də beynəlxalq QHT-lər iddia 

etmişdir ki, əksər sənaye sahələrində çalışan işçilərin böyük qismi öz hüquqlarını 

bilmir və şikayət edəcəkləri təqdirdə cəzalandırılacaqlarındann qorxurlar. Bu, 

xüsusilə, dövlər sektorunda çalışan şəxslərə aiddir.

 

Əmək qanunvericiliyi ölkə ərazisindəki bütün işçilərə və müəssisələrə şamil



 

edilsə 


də, hökumət çoxmillətli təşkilatlarla ikitərəfli razılaşmaları müzakirə edə bilmiş və 

nəticədə bu cür müəssisələr milli əmək qanununa riayət etməkdən azad 

olunmuşlar. Məsələn, hökumətlə çoxmillətli enerji müəssisələri arasında 

imzalanmış İstehsalın Bölüşdürülməsi üzrə Sazişlər (İBS) əməkdaşların həmkarlar 

ittifaqlarında iştirakını nəzərdə tutmur.

 

Əmək təşkilatları və yerli QHT-lər bildirmişdir ki, bu şirkətlərdən bəziləri öz 



işçilərini həmkarlar ittifaqı yaratmaqdan çəkindirmiş və istisnalar olmasına 

baxmayaraq, İBS üzrə fəaliyyət göstərən çoxmillətli təşkilatların əksər işçiləri 

həmkarlar ittifaqının üzvü olmamışdır. British Petroleum şirkətində çalışan işçilər 

həmkarlar ittifaqında birləşmişlər, lakin digər çoxmillətli korporasiyalarda, 

xüsusilə Çinli subpodratçıların idarə etdiyi şirkətlərdə vəziyyət daha acınacaqlı 

olmuşdur. AHİK bildirmişdir ki, 2009-cu ildə yeni həmkarlar ittifaqlarının 

yaradılmasında bəzi irəliləyişlər olmuş və ölkədəki çoxmillətli korporasiyalar bu 

təşəbbüsləri təqdir etməyə başlamışlar.

 


AZƏRBAYCAN 

48

 



Qanun həmkarlar ittifaqlarına siyasi fəaliyyətlə məşğul olmağı, siyasi partiyalarla 

birləşməyi və ya siyasi partiyalardan maliyyə dəstəyi almağı qadağan edirdi, 

amma bu müddəa daimi olaraq təmin edilməmişdir

.

 



Rəsmi iqtisadiyyatda üstünlük təşkil edən dövlət müəssisələrinin əksəriyyəti 

işçilərin əmək haqqlarından həmkarlar ittifaqı üçün üzvlük haqqını tutmuş, lakin 

həmin haqları həmkarlar ittifaqlarına çatdırmamışlar. Neft işçiləri ittifaqı üçün 

toplanmış haqların dörddə biri həmkarlar ittifaqının idarə edilməsi ilə bağlı 

“inzibati xərclər” üçün nəzərdə tutulmuşdur. Bununla belə, şəffaflığın olmaması 

səbəbindən həmin haqlardan əslində necə istifadə olunduğunu bilmək 

qeyri-mümkündür. Həmkarlar ittifaqları və onların üzvlərinin tutulmuş vəsaitləri 

araşdırmaq üçün qanuni vasitəsi olmamışdır. 

 

Neft-qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqında üzvlüyü Dövlət Neft 



Şirkətinin 65 000 işçisi üçün məcburi olaraq qalmışdır. Onların həmkarlar 

ittifaqına üzvlük haqqı (hər işçinin əmək haqqının 2 faizi) avtomatik olaraq 

onların əmək haqqından çıxılmışdır.

 

b. 



Təşkilatlanmaq və kollektiv sövdələşmək hüququ 

 

Qanun işçiləri kollektiv sövdələşmə üzrə razılaşmalar əldə etmək hüququ ilə təmin 



edir; hökumət tərəfindən təyin edilən şuralar əsas dövlət şirkətlərini idarə 

etdiklərinə və bütün hökumət işçiləri üçün maaş səviyyələrini müəyyən etdiklərinə 

görə həmkarlar ittifaqları faktiki olaraq maaş səviyyələrini və iş şəraitini effektiv 

şəkildə razılaşdıra bilməmişdir. Kollektiv sövdələşməyə dair razılaşmalar, çox 

vaxt, formallıq kimi nəzərdən keçirilmiş və tətbiq edilməmişdir. AHİK bildirir ki, 

il ərzində cəmi 11 890 kollektiv müqavilə üçün 130 yeni saziş imzalanmışdır. 

Bundan əlavə, AHİK bildirmişdir ki, qeyri-dövlət sektoru ilə həmkarlar ittifaqları 

arasında 1,971 kollektiv müqavilə imzalanmışdır ki, bu da, illik artımın 7.5 faizi 

deməkdir. AHİK habelə bildirmişdir ki, birgə müəssisələrdə yaxud xarici 

investisiyaları olan müəssisələrdə 2 157 üzvü olan 11 təşkilat daxil olmaqla il 

ərzində 88 yeni həmkarlar ittifaqı yaradılmışdır.

 

 



Bakıda fəaliyyət göstərən xarici şirkətlər tərəfindən həmkarlar ittifaqına qarşı 

ayrı-seçkiliyə dair məlumatlar olmuşdur. Əmək QHT-ləri bildirmişdir ki, 

çoxmillətli enerji şirkətləri və onların subpodratçıları çox vaxt əməkdaşlarını 

həmkarlar ittifaqlarına üzvlükdən çəkindirmişdir. Bir sıra çoxmillətli şirkətlər 

üçün İBS-lərdə həmkarlar ittifaqlarında üzvlük hüquqlarının olmaması bu 

davranışa rəvac vermişdir.

 

İxrac emal zonaları mövcud olmamışdır.



 

c. 


Məcburi yaxud icbari əməyin qadağan edilməsi 

AZƏRBAYCAN 

49

 



Müharibə vəziyyəti və ya hər hansı hökumət orqanının nəzarəti altında məhkəmə 

qərarının icrası ilə bağlı hallar istisna olmaqla konstitusiya və qanun məcburi 

əməyi qadağan edir. Bəzi müşahidəçilər bildirmişdir ki, məcburi yaxud icbari 

əmək halları olmuşdur. Bundan əlavə, kişi və oğlanlar məcburi əmək üçün 

Rusiyaya aparılmışlar. Həmçinin bax Dövlət Departamentinin illik İnsan Alveri 

üzrə Hesabatı www, state. gov/g/tip.

 

 



İnşaat və Ağac Emalı Sənayesi İşçilərinin Beynəlxalq Birliyi (İAB) bildirmişdir ki,   

Azərbaycanın İnşaat Kompleksi İşçilərinin Müstəqil Həmkarlar Təşkilatı; Bosniya 

və Herseqovinanın İnşaat və İnşaat Materialları Həmkarlar İttifaqı; Serb 

Respublikasının İnşaat, Mənzil Tikintisi və Kommunal Xidmətlər sahəsinin 

Həmkarlar İttifqı və İAB aprel ayının 1-də miqrant işçilərinin hüquqlarının 

müdafiəsi üzrə əməkdaşlıq sazişi imzalamışlar. İAB-a görə, sazişin imzalanmasına 

Azərbaycanda Bosniya və Herseqovina və Serbiyadan olan işçilərlə fəaliyyət 

göstərən SerbAz şirkəti ilə bağlı vəziyyət təkan vermişdir. SerbAz-la bağlı fakt 

2009-cu ilin oktyabrında aşkar edilmiş və təqribən 496 qurbanı ehtiva etmişdi.

 

d. 



Uşaq əməyinin qadağan edilməsi və minimal məşğulluq yaşı

 

Qanun uşaqları iş yerində istismar edilməkdən və onların sağlamlığı üçün təhlükəli 



olan işlərdən qoruyur vəuşaq əməyinə dair qanunların pozulması barədə   

şikayətlərin sayı az olmuşdur. İki yerli QHT bildirmişdir ki, pambıq istehsalında 

əhəmiyyətli azalma bu sektorda işləyən uşaqların sayını azaltmışdır. Bundan əlavə 

hökumət QHT vasitəsilə məsələni daha da ünvanlamaq üçün yardım həyata 

keçirmişdir. Verilən məlumatlara görə, uşaqlar həmçinin kommersiya məqsədi ilə   

cinsi istismar və dilənçilik üçün insan alverinə məruz qalmışlar.

 

Həmçinin bax Dövlət Departamentinin illik İnsan Alveri üzrə Hesabatı www. state. 



gov/g/tip. 

 

Minimal məşğulluq yaşı işin növündən asılı olmuşdur. Bir çox hallarda qanun 



uşaqlara 15 yaşdan sonra işləməyə icazə verir; 14 yaşlı uşaqlar ailə bizneslərində 

yaxud valideynlərinin icazəsi ilə sağlamlıqlarına təhlükə törətməyən, məktəbdən 

sonra işlərdə gün ərzində işləyə bilərlər. 16 yaşına çatmamış uşaqlar həftədə 24 

saatdan artıq, 16 – 18 yaş arası uşaqlar həftədə 36 saatdan artıq işləyə bilməzlər. 

Qanun 18 yaşına çatmamış uşaqların çətin və təhlükəli iş şəraitində işləməsini 

qadağan edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi uşaq əməyinə dair 

qanunların icrasına görə məsuliyyət daşısa da, bu qurumun məsuliyyəti səmərəsiz 

hesab edilmişdir

.

 

e. 



Məqbul iş şəraiti

 


AZƏRBAYCAN 

50

 



Avqust ayının 31-də hökumət aylıq minimal əmək haqqını    85 manata (təqribən 

$104) qaldırmışdır. Minimal əmək haqqı inzibati baxımdan müəyyən edilmişdir. 

Yerli QHT-lər bildirmişdir ki,bu, işçi və ailəsinin orta yaşayış standartının təmin 

edilməsi üçün yetərli deyildir. Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial 

Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu minimal əmək haqqının 

tətbiqinə görə birgə məsuliyyət daşıyırlar. Lakin təcrübədə minimal əmək haqqı 

effektiv şəkildə tətbiq edilməmişdir.

 

Qanun xarici və yerli işçilərə bərabər hüquqları nəzərdə tutur. Buna baxmayaraq, 



yerli insan hüquqları qrupları, o cümlədən Neft İşçilərinin Hüquqlarını Müdafiə 

Komitəsi (NHMK) bildirmişdir ki, işə götürənlər, xüsusilə xarici neft şirkətləri heç 

də həmişə yerli və xarici işçilərə bərabər münasibət bəsləməmişdir. Xarici neft 

şirkətlərinin yerli işçilərinin əmək haqqları çox vaxt daha aşağı olmuş və onlar 

əmək müqaviləsi və tibbi sığortaları olmadan işləmişlər. NHMK habelə çoxmillətli 

şirkətlərdə əmək mübahisələrinin həll olunmasını yerli şirkətlərə nisbətən daha 

asan olduğunu bildirmişlər Bunun səbəbi çoxmillətli şirkətlərin əmək 

münasibətləri sahəsində daha təcrübəli və şəffaf olduqları ilə izah olunmuşdur. 

Beynəlxalq Əmək Təşkilatının (BƏT) nümayəndəsi qeyd etmişdir ki, dövlət 

tənzimləyici orqanlarında çalışan bir çox şəxslərin biznes maraqlarının olması bu 

sahədə maraqların toqquşmasına səbəb olmuşdur.

 

Qanun 40 saatlıq iş həftəsini nəzərdə tutur; maksimal gündəlik iş növbəsi 12 



saatdır. Təhlükəli sahələrdə çalışan işçilərə həftədə 36 saatdan artıq işləməyə icazə 

verilmir. Qanun əmək müqavilələri və kollektiv razılaşmalara əsasən müəyyən 

edilən nahar və istirahət vaxtlarının olmasını tələb edir. Yerli şirkətlərin əlavə iş 

vaxtı üçün qanunla tələb olunan ödənişləri təmin edib-etmədiyi məlum olmasa da, 

beynəlxalq şirkətlər adətən bunu təmin etmişlər. İş vaxtından artıq davam edən 

məcburi işə qadağa qoyulmur. Lakin əksər insanlar hökumətin müqavilə və ya 

əmək qanunlarını tətbiq etmədiyi qeyri-rəsmi iqtisadiyyat sahələrində işləmişlər.

 

Qanunla tibbi və təhlükəsizlik standartları müəyyən edilmişdir. Bununla belə, 



hökumətin iş şəraitinə nəzarəti zəif və səmərəsiz olmuş və standartlara məhəl 

qoyulmamışdır. AHİK əmək və peşə qaydalarına necə riayət olunmasına nəzarət 

etmiş və buraya sağlamlıq və təhlükəsizlik şəraiti daxil olmuşdur. 2008-ci ildə 

AHİK-ə 236 220 şikayət daxil olmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi 

Nazirliyinə isə cəmi bir şikayət daxil olmuşdur.

 

Qanun sağlamlıq və təhlükəsizlik standartlarını müəyyən edir, halbuki,, hökumətin 



iş şəraitini yoxlaması zəif və səmərəsiz olmuş və standartlara geniş anlamda məhəl 

qoyulmamışdır. 2009-cu ildəki 236 220 şikayət ərizəsi ilə müqayisədə AHİK 158 

627 şikayət ərizəsi almışdır.

 

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası bildirmişdir ki, hökumətin 



çoxmillətli şirkətlərlə məzmunu məxfi saxlanılan ikitərəfli müqavilələri əmək 

AZƏRBAYCAN 

51

 



haqlarının

 

pozulmasına şərait yaratmışdır. 2007-ci ildə Azərbaycan 



Respublikasının Neft-Qaz Sənayesi İşçilərinin İttifaqı Dövlət Neft Şirkəti ilə daha 

çox sosial müdafiə, sağlamlıq və təhlükəsizlik öhdəliklərini nəzərdə tutan yeni 

saziş imzalamışdır. 2009-cu ilin sonuna müqavilə müddəalarının 20 faizinə riayət 

edilmişdi və ilin sonuna yeni məlumat olmamışdır.

 

 

İşçilər məşğulluqlarına zərər yetirmədən sağlamlıqlarını təhlükə altında qoyan 



vəziyyətdən özlərini uzaqlaşdırmaq hüququna malik olmamışlar. BƏT-in 

Azərbaycan ofisinin təmin etdiyi məlumata əsasən, 2009-cu ildə ilin ilk iki ayı 

ərzində 33 ölümlə nəticələnən qəza və 122 xəsarət hadisəsi baş vermişdir, 18 

ölüm və 38 xəsarət hadisəsi yalnız tikinti sektorunda baş vermişdir. Neft 

sektorunda çalışan işçilərin hüquqlarını müdafiə edən bir QHT – Neftçilərin 

Hüquqlarını Müdafiə Komitəsi (NMHK) bildirmişdir ki, 2010-cu ildə doqquz 

ölüm hadisəsi olmuşdur: Dövlət Neft Şirkətində yeddi, Salyan Oil-də bir və Asfen 

Tekfendə bir. Neft sektorunda habelə yeddi xəsarət halı qeydə alınmışdır. NHMK 

37 məhkəmə işinin başlanması xəbərini vermişdir ki, bunlardan 17-si uğurla 

nəticələnmişdir



 

 




Yüklə 446,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə