Elektrik dövrəsinin bir qərarlaşmış haldan digərinə keçməsi keçid prosesi, bu keçidə sərf olunan zaman isə keçid müddəti adlanır.Elektrik dövrələrində ayrı-ayrı budaqların qoşulması və açılması, ayrı-ayrı hissələrin açılıb bağlanması, qısaqapanması, pBu dəyişmələr kommutasiya adlanır. Bu dəyişmələrin ani baş verdiyini qəbul edək. arametrlərin birdən kəskin dəyişməsi və s. baş verə bilər.
Həmin dəyişmələr zamanı keçid prosesləri baş verir və bu proseslər də kommutasiyadan müəyyən müddət sonra (nəzəri olaraq bu müddət sonsuz böyük ola bilər) sona yetir. Kommutasiyanın iki qanunu vardır: Kommutasiyanın I qanunu induktivliyə malik dövrələrə aiddir. Bu qanuna görə kommutasiya anında dövrənin induktivlik olan iхtiyari budağındakı cərəyan və maqnit seli öz qiymətini sıçrayışla dəyişə bilməz. Kommutasiya anında onlar kommutasiyadan əvvəlki qiymətlərini saхlayır və sonra bu qiymətdən başlayaraq zaman keçdikçə tədricən dəyişirlər. Cərəyan olmayan sarğaclı budağı dövrəyə qoşanda kommutasiya anında bu budaqda cərəyan sıfırdır. Əgər kommutasiya anında bu budaqda cərəyan sıçrayışla dəyişsəydi, onda induktivlikdə gərginlik sonsuzluq olardı və Kirхhofun II qanunu ödənilməzdi.