Azərbaycan Tibb Universitetində Dünya Böyrək Günü qeyd edilib


MƏNSUR u  Professor-müəllim,  köməkçi  və



Yüklə 11,68 Mb.
Pdf görüntüsü
səhifə2/3
tarix08.12.2016
ölçüsü11,68 Mb.
1   2   3

MƏNSUR

u  Professor-müəllim,  köməkçi  və 



tələbə  heyətinin  təbii  və  texnogen 

xarakterli 

fövqəladə 

hallardan 

qorunması, fövqəladə halların qarşısının 

alınması  və  insanların  bu  sahədə 

xəbərdar 

və 

təlimatlı 

olmasında 

səmərəliliyin  artırılması  məqsədi  ilə 

11  mart  2015-ci  ildə  universitetimizin 

rəhbər  heyətinin  Mülki  Müdafiə  Məşqi 

keçirilmişdir.

Universitetin İnzibati binasında reallaşan 

tədbir  hörmətli  rektorumuz–obyektin 

Mülki Müdafiə rəhbəri, akademik Əhliman 

Əmiraslanovun  göstəriş  və  tövsiyələrinə 

əsasən  universitetin  Mülki  Müdafiə 

Qərargah  rəisi  Firdovsi  Məmmədov 

tərəfindən hazırlanmışdır.

Tədbirə  universitetin  Rəhbər  heyəti–

prorektorlar, fakültə dekanları, Fövqəladə 

Hallar Komissiyasının sədri və üzvləri, MM 

Qərargah  üzvləri  və  Hərbiləşdirilməmiş 

MM  qüvvələrinin  komandir–rəis  heyəti 

cəlb olunmuşdur.

Məşqə 

rəhbərliyi 



obyekt  MM  rəhbərinin 

I  müavini,  tədris  işləri 

üzrə  prorektor  Sabir 

Əliyev etmişdir.

Məşqin 

mövzusu 


“Fövqəladə  hadisələrin 

nəticələrinin 

aradan 

qaldırılması 



zamanı 

mülki  müdafiə  orqan 

və  qüvvələrinin  idarə 

edilməsinin 

təşkili” 

olmuşdur.

Rəhbər  heyətin  MM  məşqi  “Plana 

əsasən” 11.03.2015-ci ildə saat 09:00-da 

başlamış və 17:00-da bitmişdir.

Tədbirin  keçirilmə  vaxtı  iş  xəritəsinə 

uyğun  olaraq,  “şərti”  baş  vermiş  zəlzələ 

nəticəsində  inzibati  binada  “dağıntı” 

və  “yanğın”,  2  saylı  tədris  binasında 

“partlayiş-yanğın”  hadisələri  baş  vermiş, 

xəsarət alanlar olmuşdur.

Mühəndis  kəşfiyyat  manqası  hadisələri 

qiymətləndirmiş  və  xilasedicilər  xəsarət 

alanları şərti tibb məntəqəsinə çatdırmışlar. 

Şərti 

«yanğınlar» 



öz 

qüvvəmizlə 

söndürülmüşdür.  Qəza–bərpa  dəstəsi 

«dağıntı  və  yanğınlar»ın  nəticələrinin 

aradan qaldırılmasına başlamışdır.

Məşqin 


nəticələri 

araşdırılaraq 

bildirilmişdir  ki,  iştirakçıların  fəaliyyətini 

qənaətbəxş qiymətləndirmək olar.



«TƏBİB»

u  Hər  il  olduğu  kimi  fevralın  27-



də Mülki Müdafiə gününə həsr olunmuş 

tədbir keçirilmişdir.

Bu  il  növbəti  dəfə  keçilən 



1  mart 

–  Ümumdünya  Mülki  Müdafiə 

Gününün 

mövzusu  «Radiasiya  və 

kimyəvi  qəzalar  zamanı  mühafizə» 

seçilmişdir.

Tədbir iştirakçıları  ilk öncə Xocalı soy-

qırı mı qurbanlarının xatirəsini 1 dəqiqəlik 

sükutla andılar.

Sonra MMTX təşkili kursunun müdiri – 

hərbiləşdirilmiş MM qüvvələrinin ümumi 

komandiri Aqil Musayev çıxış edərək 

“1 mart – Ümumdünya Mülki Müdafiə 

Günüdür”, “Radiasiya və kimyəvi qəzalar 

zamanı mühafizə” mövzusunda məruzə 

etmişdir. Məruzəçinin çıxışında Beynəlxalq 

Mülki Müdafiə Təşkilatının yaranma 

tarixi və fəaliyyəti istiqamətləri, 1 mart– 

Ümumdünya Mülki Müdafiə Günü və onun 

qeyd edilməsinin məqsədi, Azərbaycan 

Respublikasının Beynəlxalq Mülki 

Müdafiə Təşkilatına üzvlüyü, Azərbaycan 

Respublikasının Mülki Müdafiə sistemi, 

eləcə də mülki müdafiə təbliğatı və əhalinin 

fəlakət riskinin qarşısının alınmasına 

necə hazırlanması barədə ətraflı məlumat 

verilmişdir.

BMT-nin Baş Məçlisinin qərarı ilə 1972-ci 

ildən etibarən hər il 1 Mart bütün ölkələrdə  

Ümümdünya  Mülki  Müdafiə  günü  kimi 

qeyd  olunduğu  diqqətə  çatdırılmışdır. 

Qeyd edilmişdir ki, Ulu öndərimiz Heydər 

Əliyev  hakimiyyətə  qayıtdıqdan  sonra 

onun  təşəbbüsü  ilə  1993-cü  ilin  oktyabr 

ayından 

Azərbaycan 

Respublikası 

Beynəlxalq  Mülki  Müdafiə  Təşkilatının 

üzvlüyünə  qəbul  olunmuş  və  onun 

keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir. 

Bu  sahədə  dövlətin  siyasətini  Fövqəladə 

Hallar  Nazirliyi  layiqincə  həyata  keçirir. 

Müasir  dövrümüzdə  radiasiya  və  kimyəvi 

qəzalar zamanı insanların və ətraf mühitin 

mühafizəsi olduqca zəruridir. 

 

   Qabil



1 MART ÜMUMDÜNYA MÜDAFİƏ GÜNÜDÜR

MÜLKİ MÜDAFİƏ MƏŞQİNİN 

NƏTİCƏLƏRİ ARAŞDIRILMIŞDIR

MÜLKİ MÜDAFİƏ GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR

Tədris Terapevtik Klinikanın Tibbi 

Şurasının yığıncağı keçirilib

14 mart  2015-ci il

http://www.amu.edu.az

5



Artıq dünya Azərbay-



can 

Respublikasını 

idman dövləti  kimi tanıyır. 

Buna    möhtərəm    Prezi-

dentimiz    İlham    Əliyevin  

idmanımıza    və    idmançı-

larımıza  göstərdiyi  qayğı   

nəticəsində  nail    olunub. 

Beynəlxalq  miqyaslı idman  

tədbirlərinin 

ölkəmizdə 

keçirilməsi  və  ilk  Avropa 

Oyunlarının Bakıya həvalə 

edilməsi 

Azərbaycanın 

beynəlxalq nüfuzuna əyani  

sübutdur.

Azərbaycan  Tibb  Univer-

sitetinin  professoru  olmaq-

la  bərabər,  uzun  illər  boyu 

ömrünü  idmana  və  idma-

nın  tədrisinə  həsr  edən  bir 

pedaqoq  kimi  bu    hal    bizi  

çox sevindirir. Ölkəmizin id-

man  həyatında  baş  verən 

hadisələri  daim  izləyirik  və 

qazanılan  uğurlara  görə  

qəlbimiz 

qürurla 

döyü-


nür.  Eyni  zamanda,  çoxil-

lik  təcrübəyə  əsas lanaraq   

fikirlərimizi  də    bö lüşmək  

istəyirik. 

 

Bu  gün  həyatımızın  və  



məişətimizin    bütün    sa-

hələrində  sürətli    bir    in-

kişaf  gedir.  Yeni-yeni  is-

tehsal  müəssisələri  açı-

lır,  geniş    miqyaslı  inşaat  

işləri  aparılır.  Vətənimizin 

gə ləcəyini    təmin  etmək 

üçün  elmin  və  texnikanın 

inkişaf  etdirilməsinə  xü-

susi    diqqət    yetirilir.  Gə-

ləcəyimizin    təminatçısı 

olan    gənc  nəslin  fiziki  və 

mənəvi  cəhətdən  sağlam, 

bilikli,  iradəli,  vətənpərvər 

və  cəsur    yetişməsinə 

önəm  verilir.  Bu  məqsədlə 

ali    ixtisas  məktəbləri,  uni-

ver sitetlər  açılır,    həm  

ölkəmizin paytaxtında, həm 

də bölgələrdə müasir tipli id-

man kompleksləri tikilir.              

       Azərbaycanda gənclərə 

göstərilən  dövlət  qayğısı  ilə 

bərabər, onların fiziki inkişa-

fının  diqqətdə  saxlanılma-

sı  danılmaz bir faktdır. Ulu  

öndərimiz    Heydər    Əliyev  

gənclərin  ictimai    və    siya-

si    həyatda        fəal  iştirakını 

təmin  etmək  üçün  1997–cı 

ildə Gənclər Forumunu  ya-

ratdı.    Ulu  öndərimiz    Milli 

Olimpiya  Komitəsinin  10 

illik    yubleyi  mərasimində  

Gənclər və İdman, eləcə də 

Təhsil  Nazirliyinə,  məşğələ  

saatlarının sayının artırılma-

sını    tövsiyə  etdi.    Heydər  

Əliyev    gənclərin    fiziki  in-

kişafını  daha  da  artırmağın  

səmərəli  yollarını  axtarıb 

tapmaq,    idmanın    inkişafı-

na  nail olmaq  üçün  bu  işi   

məqsədəuyğun    sayır  və 

əlindən gələni əsirgəmirdi.

Azərbaycan    Preziden-

ti    İlham  Əliyevin  idmana 

olan  marağı    gənclərimizə 

örnək    olmalıdır.  Ölkə  baş-

çısının  “Sağlam    və    güclü  

gəncləri olan ölkə hər  şeyə 

qadirdir”  ifadəsi    bu    gün   

gənc  nəslimizin    şüarına  

çevrilməlidir.   

Gənclərin    fiziki  hazırlığı 

kimi,    ideoloji    hazırlığı    da  

yüksək    səviyyədə    həyata 

keçirilir.  Bu  gün    orduya 

cağırılan  gənclərin      fiziki 

cəhətdən    hazırlıqlı    olma-

ması ölkə üçün təhlükəli ola 

bilər. Fiziki hazırlığı möhkəm 

olan  gənclər  hərbi xidmətə 

yollanarkən  çətinliklərdən  

qoxmurlar. 

Ümumiyyətlə, 

gənclərin 

fiziki 


hazır-

lıq    səviyyəsi  daim  diqqət 

mərkəzində   olmalıdır. 

Vətən  torpağını    azad 

etmək  üçün,    gənc  nəslin  

qarşısında      necə    çətin, 

məsuliyyətli    bir  vəzifə  dur-

duğunu    görürük.  İstisna-

sız  olaraq,  hər    bir  gənc  

Vətənimizin 

müdafiəsinə 

hazır      olmalıdır.    Bunu 

Vətən,    millətimiz,  işğal  al-

tında  qalan  ata-baba    yur-

dumız,    ulularımızın    ruhu  

tələb  edir.  

Avropalılar      öz    mil-

li    örnəkləri  ilə  bərabər,  

gənc lərin  fiziki    və    mənəvi  

cəhətdən  formalaşmasında 

əsasən    fiziki    hərəkətlərin  

böyük    əhəmiyyətə    ma-

lik    olduğuna  da      xüsu-

si  diqqət    yetirirlər.    Yeri 

gəlmişkən  qeyd    edək    ki, 

Amerikada    və    Avropanın  

bir    sıra    ölkələrində  qəbul  

imtahanlarına  fiziki  hazırlıq  

normativləri    salınıb.  Ona  

görə    də  həmin    ölkələrdə  

valideynlər    övladlarının 

erkən  yaşlarından başlaya-

raq idmanla məşğul olması-

nın  qayğısına  qalırlar.   Bu 

da  idmanla  məşğul  olan-

ların    sayının    çoxalmasına 

səbəb  olur.  Bu  ölkələrdə  

əhali  parklarda,  stadionlar-

da,  zallarda  və  b.  yerlədə  

sərbəst məşq  edirlər.        

   Bir sıra Avropa ölkələrində 

ali    məktəblərin  tələbələri 

hər  semestr    fiziki  hazırlığa 

aid  olan  normativlərdən  də 

imtahan  verirlər.    Norma tiv-

lərini  yerinə yetirə  bilməyən  

gənclər  əlavə  pul  ödəyirlər. 

Bu proses  ali  məktəbi quta-

rana  qədər  davam edir. Bu 

ali  məktəblərin  hər  birində 

müxtəlif idman növləri  üzrə  

zallar  və  futbol meydança-

ları vardır. Avropalı tələbələr 

ali  məktəblərin idman klub-

larında  məşğələlərin    vaxt-

larını özləri  sərbəst seçirlər.

Şimal qonşumuz Rusiyada 

da  idmanın  inkişafına  xü-

susu  diqqətlə  yanaşılır  və 

idmanın  bütün  sahələrində  

tədris  illərinin  və  dərs  sa-

atlarının  miqdarı  artırılıb. 

Bu,  ölkədə    gənclərin    fi-

ziki    hazırlığı  və    idmanın  

kütləviliyini    təmin    etmiş  

olur.       

Azərbaycanda 

məşhur 


şəxiyyətlərimizin  əksəriyyəti 

idmanla   məşğul  olub  və  

uğur  qazanıb.  Dahi  dirijor  

Niyazi,  bəstəkar  olmaqla 

bərabər,  həm  də    ağırlıq-

qaldırma  üzrə  Azərbaycan  

çempionu    idi.  Akademik,  

ATU–nun  rektoru,  millət 

vəkili  Əhliman Əmiraslanov 

voleybol,    mərhum    akade-

mik,    Sovet  İttifaqı  Qəh rə-

manı    Ziya  Bünyadov    vo-

leybol  və  mərhum  akade-

mik    Tofiq  İsmaylov    futbol,  

Azərbaycan  İdman  Aka-

demiyasının  rektoru,  millət 

vəkili  Ağacan Əbiyev  boks  

növündə güclərinin sınayıb-

lar.  Bir  çox  başqa  görkəmli 

şəxiyyətlərin  də  adlarını bu 

siyahıya əlavə etmək olardı. 

Gənclərimiz  belə  insanlara 

oxşamağa  çalışmalı,  onla-

rı  ideal  kimi  qəbul  etməli, 

cəmiyyətdə  layiqli  yer  tut-

maq  üçün,  onların  həyat  

və  tdman  fəaliyyətlərindən  

nümunə  götürməlidirlər. 

Bir şeyi unutmaq olmaz ki, 

gənclərin  fiziki  hazırlığının 

və  milli  ruhunun  yüksək  ol-

ması,        hər  mənada,  döv-

lətimizin  xeyrinədir.  Fərqi 

yoxdur,  həmin  gənc  idman-

çıdır,  hərbiçidir,          yoxsa 

fəhlə.  Təsiredici  amillərdən 

geniş  istifadə  edilməsi  də 

gənclər üçün çox faydalıdır. 

Çünki    fiziki  hazırlıq  onla-

rın  sağlamlığının  artmasına 

kömək  edir, gənclərə  əlavə 

stimul yaradır,  idmana olan 

marağı artırır,  məşğələlərin 

keyfiyyətinə də müsbət təsir 

göstərir.

Yuxarıda  qeyd  edilənləri  

nəzərə  alaraq  deyə bilərik 

ki, gənclərimizin  sağlam və 

milli  ruhda  tərbiyə olunması, 

iradəli,    mərd,    vətənpərvər 

və  cəsur    böyüməsində 

orta  və  ali    məktəblərdə   

idmanın 

tədrisinin 

rolu 

böyük dür.  Şagirdlərin  və  



tələbələrin    müxtəlıf    fənn  

dərsləri  ilə  yüklənməsi  on-

ları  məcbur  edir    ki,  vaxt-

larının  çox    hissəsini    bu 

fənlərin  öyrənilməsinə  sərf 

etsinlər.  Əgər  onlar  icba-

rı    qaydada  idman  klubla-

rının    məşğələlərinə    cəlb 

edilməsələr, könüllü şəkildə  

idmana  maraq göstərməyə 

vaxtları  və  həvəsləri    olma-

yacaq. Məhz  bu  səbəbdən 

də,  ölkəmizdə təhsil  müəs-

sisələrinin hamısında gənc-

lərin    fiziki    hazırlığı    mü-

hüm    və    əsas    amillərdən 

biri  sayılmalıdır.    Orta  və 

ali    məktəblərdə  tez-tez 

müxtəlif  idman  yarışlarının 

keçirilməsi    yeniyetmələrin  

və    gənclərin      idmana  

olan  maraqlarını    daha  da 

artırar.  Gənclər  idmanla 

nə  qədər  çox  məşğul  ol-

salar,  bir  o  qədər  də  sağ-

lam  ruhda  böyüyər,  mənfi 

xüsusiyyətlərdən,  pis  vər-

dişlər dən 

uzaqlaşarlar. 

Gənclər  həm  də  idmanla 

ona  görə məşğul  olmalıdır-

lar  ki,  yaşlaşanda    sağlam  

olsunlar. 

İdman  və  bədən  tər bi yə-

sinin tədrisi  sahəsində  ça lı-

şan  bir  pedaqoq  kimi hesab  

edirik  ki, gənc   lərimizin  fiziki  

hazır lığının yüksəldilməsinə, 

on ların  sağlamlığının  möh-

kəmləndirilməsinə  yönələn  

tədbirlər  müəyyən  edilməli,  

müəyyən  müddət  ərzində 

sınaqdan  keçirildikdən    və 

onların  nəticələri  ətraflı  

şəkildə  araşdırıldıqdan son-

ra  tətbiq  olunmalıdır. Bütün 

bunlar  gənclərin həyatında 

idmanın    rolunu  müəyyən 

edir  və    onun  mahiyyətinin  

yüksək  olmasını göstərir.

Bir  azərbaycanlı  kimi,  bizi 

sevindirən  odur  ki,  res-

publikamızın  əksər  böl-

gələrində  Olimpiya  idman 

kompleksləri,  idman  zalları 

yaradılıb. İnsanların istirahət 

etdikləri  yerlərdə  də  idman 

etmək  üçün  hər  cür  şərait 

mövcuddur.  Bakıda  Milli 

Parkda  quraşdırılan  idman 

qurğuları buna əyani sübut-

dur.  Gənclərin  sağlam  və 

milli  ruhda  tərbiyə  olunma-

sına  hamımız  dəstək  olma-

lıyıq.   Çünki hər  bir gəncin 

həyatının 

əsas 

mənası  


sağlam  və  xoşbəxt    olmaq, 

cəmiyyətdə özünə layıqli  yer 

tutmaqdır. Dövlətimizin  qar-

şısında  duran  vəzifələrdən  

ən  önəmlisi sağlam gənclər 

yetişdirməkdir.  Hər    birimiz  

dövlətimizin prioritet  saydığı 

bu  məsələyə  öz  əməlimizlə  

tohfə verməliyik.  Bizim  hər  

birimizin    vaxtaşırı    fiziki 

hərəkətlər    etməsinə  ciddi 

ehtiyac  vardır.



Zakir MƏMMƏDOV,

SSRI idman ustası, 

Azərbaycan Respublikasının 

Əməkdar məşqçisi,   

professor

İdmanın  gənclərin həyatında rolu  

və  onun  mahiyyəti

Zakir  Ələkbər  oğlu  Məmmədov  SSRİ  idman  ustası, 

Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi  

və    İdman  xadimi,  Azərbaycan  Respublikasının 

Əməkdar  məşqçisi,  Fəxri  Bədən  Tərbiyəsi    və  İdman 

işçisi, güləş üzrə   Beynəlxalq dərəçəli hakim,   professor,  

İdman  sahəsinə  aid    37  məqalə  və  dərs  vəsaitinin  

müəllifidir.

 FİLA­nın Avropa,   Dünya və Beynəlxalq yarışların  

hakimi, 3 il Moskvada Yunan­Roma güləşi  üzrə SSRİ­

nin  gənçlərdən  ibarət  yığma  kamandasının  məşqçisi 

olub (Dinamolar arasında). Tələbələri gənclər arasında 

SSRİ, Dünya, Avropa və Beynəlxalq yarışların qalibi və  

mükafatçıları olublar. Onların arasında  hazırladığı 

idman internat məktəbininin idmançıları  da vardır.  

Bir  çox  yüksək  dərəcəli    idman  mütəxəssislərini    də  

hazırlamışdır. 

http://www.amu.edu.az

14 mart  2015-ci il

6

Azərbaycan Tibb Universitetinin profes-



so ru, tibb elmləri doktoru, “Qızıl Qələm” me-

dia və “İbn Sina” beynəlxalq mükafatları lau-

reatı Sərvər Nəriman oğlu Alimetovun 75 yaşı 

tamam oldu. 

 

S.Alimetov  1940-cı  ilin  martın  12-də 

Azərbaycan Respublikası Qusar rayonu-

nun  Düztahir  kəndində  anadan  olmuş-

dur.  O,  1946-cı  ildə  Düztahir  kənd  orta 

məktəbinə daxil olmuş və buranı 1956-cı 

ildə qızıl medalla bitirmişdir. Sözügedən 

məktəb  1946-cı  ildə  Düztahir  kəndi  və 

onun ətraf kəndləri üçün, İkinci Dünya və 

Böyük Vətən müharibələri qurtardıqdan 

sonra  açılmış  və  kənd  əhalisi  arasında 

“kənd  akademiyası”  adlanırdı.  Burada 

o zaman tətbiq olunan vahid proqressiv 

proqram  üzrə  qabaqcıl  fənlər  yüksək 

ixtisaslı  müəllimlər  tərəfindən  tədris 

olunurdu, ciddi nizam-intizam gözlənilir, 

təlim-tərbiyə  aparılır,  patriotluq  aşılanır 

və daim canlı həyat ruhu hiss olunurdu. 

Hər  tərəfli  olaraq,  orta  təhsil  biliklərinə 

dərindən  nail  olmuş  S.Alimetov  1956-

cı  ildə  N.Nərimanov  adına  Azərbaycan 

Tibb  İnstitutunun  pediatriya  fakültəsinə 

daxil  olmuşdur.  1962-ci  ildə  ali  təhsilini 

əla  qiymətlərlə  başa  vurduqdan  sonra, 

onun  Azərbaycan  Tibb  Universitetində, 

uşaq cərrahiyəsi kafedrasında saxlanıl-

ması  haqqında  Elmi  Şuranın  qərarına 

baxmayaraq, o, kəndə təyinat götürmüş-

dür.

1962-1970-ci  illərdə  Azərbaycan  Res-



publikası  Qusar  rayonu  Şirvanovka 

Regional  Xəstəxanasında  baş  həkim 

vəzifəsində  çalışmışdır.  Bu  xəstəxana 

Nabran,  Yalama,  Şirvanovka,  Samur 

qəsəbəsi olmaqla Azərbaycan-Dağıstan 

sərhədi  boyunca  20-dən  çox  kənd  və 

obalara  tibbi  xidməti  çox  istiqamətli 

şəkildə  göstərirdi.  Həmin  illərdə  əhali 

arasında müxtəlif parazitar və infeksiya 

mənşəli xəstəliklər, yüksək uşaq ölümü 

göstəricisi, səhiyyə-maarif işinin yoxluğu 

xüsusilə  baş  alıb  gedirdi.  S.Alimetovun 

7 il ərzində bu sahədə peşəkar kollektiv 

və əhalinin fəallığı ilə birlikdə göstərdiyi 

gərgin təşkilatçılıq, səhiyyə, diaqnostika, 

müalicə və profilaktik əməyi sayəsində, 

yüksək nəticələr əldə edilmiş, uşaq ölü-

mü xeyli aşağı endirilmiş, Nabran turistik 

bazasında tibbi xidmət yaxşılaşdırılmış-

dır.


1970-ci  ildə  səhiyyə  sahəsində  böyük 

praktik  təcrübə  qazanmış  S.Alimetov 

Azərbaycan Tibb İnstitutunun, akademik 

C.Abdullayevin  rəhbərlik  etdiyi  hospital 

terapiya kagedrasına aspiranturaya çox 

gərgin konkurs üzrə daxil olmuşdur. 

S.Alimetov  1972-ci  ildə  Azərbaycan 

Tibb  İnstitutunda  “Öd  kisəsi  və  öd-

çıxarıcı  yolların  xəstəliklərində  su  və 

elektrolit  mübadiləsinin  dinamikası” 

mövzusunda, tibb elmləri namizədi dis-

sertasiyasını,  vaxtından  erkən  olmaqla 

müvəffəqiyyətlə  müdafiə  etmişdir.  Bu 

dissertasiya üzrə duodenal zondun mo-

difikasiyasını və öddə elektrolitlərin alov-

lu fotometr vasitəsilə müəyyən edilməsi 

üsulunu işləyib hazırlamışdır.

Tibb  elmləri  namizədi  dissertasiya-

sının  müdafiəsindən  sonra,  aspirantu-

ranı  vaxtından  əvvəl  müvəffəqiyyətlə 

başa  vurmuş  kadr  kimi  o,  Azərbaycan 

Tibb  İnstitutunun  hospital  terapiya  ka-

fedrasında  assistent,  müxtəlif  illərdə 

pediatriya  fakültəsində  elmi  işlər  üzrə 

dekan  müavini,  internatura  şöbəsinin 

müdiri, 


Azərbaycan 

Respublikası 

Tibb-Məhkəmə  Ekspertizasında  tera-

pevt-ekspert,  Səhiyyə  maarif  müşaviri, 

fakültə partiya təşkilatının katibi və sair 

məsul  vəzifələrdə  işləmişdir.  Onu  da 

qeyd edək ki, o illərdə dekan ilə partiya 

təşkilatı katibi bərabər yüklü vəzifələr sa-

yılırdı. 1976-cı ildə Azərbaycan Tibb İns-

titutu  daxili  xəstəliklər  kafedrasına  do-

sent  vəzifəsinə  seçilmişdir.  1977-1980-

ci  illərdə  xüsusi  xarici  ezamiyyət  üzrə, 

Afrika  qitəsində  Əlcəzairdə,  3  il  həkim 

vəzifəsində,  Benisaf  mərkəzi  çox  pro-

filli  xəstəxanada  işləmişdir.  Bu  müddət 

ərzində Əlcəzair, Mərakeş, Tunis, Maca-

rıstan, Bolqarıstan, Rusiya, Yaponiya və 

digər ölkələrdə keçirilmiş elmi konfrans, 

konqress və simpoziumlarda fəal iştirak 

etmişdir.

S.Alimetov  1998-ci  ildə  “Xronik  ürək 

çatışmazlığında hemodinamik və home-

ostaz pozğunluqlarının xüsusiyyətləri və 

korreksiyası”  müvzusunda,  tibb  elmləri 

üzrə doktorluq dissertasiyasını müdafiə 

etmişdir.  Burada  ürək  çatışmazlığı-

na  düçar  olmuş  xəstələrdə  bəzi  toksiki 

mikroelementlərin  çoxluğu  sayəsində 

toksikozlar,  bradikardiya,  hipotoniya, 

refrakter  vəziyyətlərdə  rekompensasiya 

üsullarını  işləyib  hazırlamışdır;  yeni  kli-

nik  əlamət,  Alimetov  simptomu  adı  al-

tında  təsvir  edilmişdir  (“Tibb  terminləri 

və  klinik  simptomlar”).  1971-ci  ildən 

Azərbaycan  və  Rusiya  terapevtlər,  kar-

dioloqlar cəmiyyətlərinin üzvüdür.

Türkiyə,  Rusiya,  Orta  Asiya,  Avro-

pa  və  Amerika  ölkələrində  çap  olun-

muş  onlarla  elmi  məqalənin,  300-dən 

çox  elmi  işin,  50-dən  çox  kitabın,  o 

cümlədən  20-dən  çox  dərsliyin,  el-

mi-praktik  vəsaitin,  monoqrafiyanın, 

metodik  tövsiyənin,  7  səmərələşdirici 

təklifin  müəllifidir.  Azərbaycan  Tibb 

Universitetində 

fəaliyyət 

göstərdiyi 

45  ilin  ərzində  yüzlərlə  tələbə,  gənc 

əməkdaş və dissertantların elmi işlərinin 

yerinə yetirilməsində və formalaşmasın-

da onun yaxından köməyi olmuşdur.

S.Alimetov “Qızıl Qələm” media və “İbn 

Sina” beynəlxalq mükafatları laureatıdır, 

2005-ci ildə ilin ən yaxşı tədqiqatçı alimi 

sayılmışdır.

Böyük  vətənpərvər,  gözəl  insan  və 

valideyn,  dərin  bilikli  və  bacarıqlı  tera-

pevt  və  kardioloq,  məhsuldar  alim  və 

yorulmaz  müəllim  S.Alimetov  hazırda 

Azərbaycan  Tibb  Universitetində  Daxili 

xəstəliklər kafedrasında yaradıcılıq işini 

davam etdirməkdədir.



Kataloq: uploads -> xeberler -> tebib q
tebib q -> Azərbaycan Tibb Universiteti üzrə 2013/2014 cü tədris ilində
tebib q -> Beş günlük rezident ol
tebib q -> Tələbələr robotlar üzərində təcrübə keçirlər Azərbaycan Tibb Universiteti rezidentlərinin
tebib q -> Uroloqlar Assosiasiyasının növbəti tədbiri keçirildi Macarıstanın Semmelveis Universiteti ilə anlaşma memorandumu imzalanıb
tebib q -> Uşaqların göz sağlamlığı Ötən il oxuculara nümunəvi xidmət göstərilmişdir
tebib q -> Tibb Universitetində yeni əczaçılıq laboratoriyası açılıb Macarıstanın Azərbaycandakı səfiri Tibb Universitetində olub
tebib q -> İran nümayəndə heyəti atu- da qonaq oldu qiş İmtahan sessiyasina start veriLDİ
tebib q -> Universitetimizin prorektoru Türkiyədə Azərbaycanı təmsil edib Yeni rektor universitetin
tebib q -> Saatlı və Sabirabad sakinləri pulsuz müayinə olundu 3 atu rəhbərliyi imtahanlara nəzarət edəcək heyət üzvləri ilə görüşüb Akademik Zərifə xanım Əliyevanın anadan olmasının

Yüklə 11,68 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə