ATU-nun mətbuat xidməti
Tarixdə çox döyüşlər,
müharibələr olmuşdur. Bu
müharibələrin törədilməsinin
başlıca səbəbləri əsasən hər
hansı bir dövlətin başqa bir
dövlətə torpaq iddiası, var-
dövlət hərisliyi, dünya ağa-
lığı xülyası və s. olub. Bu
müharibələrdən ən dəhşətlisi
isə hər hansı bir millətin,
xalqın kökünü kəsmək, Yer
üzündən silmək məqsədini
güdən müharibələrdir. Ən
pisi də odur ki, soyqırımları
törədənin özü ustalıqla mas-
kalanır, öz əməlini, vəhşiliyini
ört-basdır edir. Dünya
ictimaiyyətini çaş-baş salır,
əsrlərlə öz məkrli siyasətlərini
yürüdür, nəsilləri bu ruhda
tərbiyə edir. Məqam gələndə
cildini dəyişə bilir, haqlını “gü-
nahkar” kimi qələmə verməyə
çalışır, özünə tərəfdarlar tapır.
1917-ci il oktyabr çevrilişi və
hakimiyyətə kom munistlərin gəlməsi
zamanı
yaranmış
vəziyyətdən
istifadə edən erməni millətçiləri və
onların cəmləşdiyi “Daşnaksütyun”
partiyası Bakıda və respublikamızın
digər yerlərində azərbaycanlılara
qarşı mitinqlər keçirməyə başladı-
lar. Ermənilər bütün Azərbaycanı
işğal etməyə cəhd göstərirdilər.
Onlar bu dəfə Qarabağda yaşayan
ermənilərlə birləşib Gəncəyə hü-
cuma hazırlaşırdılar. Lakin 1918-
ci ilin mayında Azərbaycan Xalq
Cümhuriyyətinin
yaradılması,
Azərbaycanın ərazi bütövlüyü uğ-
runda ölüm-dirim mübarizəsinin
başlanması işğalçıların bütün plan-
larını pozdu.
A.Mikoyanın başçılığı ilə yara-
dılmış “İnqilabı müdafiə” adı ilə çı-
xış edən bu quldur dəstələri Bakının
ən gözəl memarlıq abidələrindən
olan “İsmailiyyə”ni yandırmış, “Açıq
söz”, “Kaspi”, “Baku”, qəzetləri re-
daksiyalarını dağıtmış, “Təzə pir”
məscidinin minarələrini isə top atəşi
ilə dəlik-deşik etmişdilər.
Təpədən dırnağa qədər silahlan-
mış erməni əsgərləri müsəlmanların
evlərinə basqınlar edərək onla-
rı vəhşicəsinə öldürür, körpələrə və
qocalara aman vermirdilər. Qadınlar
daha ağır şəkildə öldürülürdü. Arxiv
materiallarına əsasən qulaqları, bu-
runları kəsilən, orqanları parça-par-
ça edilən 37 qadının meyiti tapılmış-
dı. N.Nərimanov erməni vəhşilərinin
törətdikləri haqqında belə bəhs edir:
“Bolşevik olan bir müsəlmana belə
aman verilmədi. Müsəlmanlara hər cür
cinayəti etdilər. Nəinki kişilər, hətta
hamilə qadınlar da daşnaqlardan can-
larını qurtara bilmədilər”.
Mart hadisələri əslində bolşe-
viklərin
daşnaqlarla
birlikdə
həyata keçirdikləri milli qırğın idi.
Bu qırğının əsas təşkilatçısı olan
S.Şaumyan özü də 1918-ci il ap-
relin 13-də RSFSR XKS-ə yazdığı
məktubunda etiraf etmişdi: “Biz
süvari dəstəmizə birinci silah-
lı hücum cəhdindən bəhanə kimi
istifadə etdik və bütün cəbhə boyu
hücuma keçdik... Bizim altı min
nəfərə yaxın silahlı qüvvələrimiz
var idi... “Daşnaksüytun”un da üç-
dörd min nəfərlik milli hissələri
var idi ki, bunlar da bizim ixtiya-
rımızda idi. Milli hissələrin inkişa-
fı vətəndaş müharibəsinə qismən
milli qırğın xarakteri vermişdi, la-
kin buna yol verməmək mümkün
deyildir. Biz bilərəkdən buna yol
verdik”.
1918-ci ilin mart-aprel ayla-
rında Bakı, Şamaxı, Quba, Lənkəran
və digər ərazilərdə erməni faşistləri
50 min azərbaycanlını qətlə ye-
tirmiş, 10 minlərlə insanı öz torpaq-
larından qovmuşlar. Həmin hadisə
xalqımızın tarixinə qara hərflərlə ya-
zılmışdır.
Ulu öndər ümummilli lider
Heydər Əliyevin 26 mart 1998-ci il
tarixli fərmanından sonra hər il mart
ayının 31-i Mart soyqırımı anım günü
kimi qeyd olunur.
31 Mart-azərbaycanlıların soyqırımı günüdür...
Martın 28-də
Azərbaycan Tibb Uni-
versitetinin Tədris
Cərrahiyyə Klinikasında
“Azərbaycan-Türkiyə
II bariatrik və meta-
bolik cərrahiyyə günü”
keçirilib. Tədbirdə
bariatrik cərrahiyyə
sahəsində hər iki
ölkənin mütəxəssisləri
ilə yanaşı, gənc alimlər,
rezidentlər və tələbələr
də iştirak ediblər.
“Azərbaycan-Türkiyə II ba-
ri atrik və metabolik cər ra-
hiyyə günü”ndə açılış nitqi
ilə çıxış edən ATU-nun rek-
tor əvəzi, tədris işləri üzrə
prorektor, professor Sabir
Əliyev qonaqları salamla-
dıqdan sonra hazırda bü-
tün dünyada başbəlası kimi
qiymətləndirilən piylənmə və
bunun səbəbləri haqqında
məlumat verdi. S.Əliyev qeyd
etdi ki, hərəkətsizlik və texno-
logiyanın gətirdiyi tənbəllik,
digər tərəfdən ekologiya-
nın çirklənməsi orqanizmdə
maddələr mübadiləsinin po-
zulmasına gətirib çıxarır ki,
bu da xəstəliklə nəticələnir:
“Əgər bu xəstəliyin üzərinə
vaxtında düşülərsə, qarşısını
almaq olar”.
Türkiyəli professoru, La-
poraskopik Dərnəyinin pre-
zidenti Cavid Avcı Azər-
bay canda
olduğundan
məm nunluq hissi duyduğunu
vurğuladı: “Biz iki dövlət ol-
saq da, bir millətik. Eyni isti
duyğuları burada da hiss edi-
rik. Bizim özümüzdən başqa
dostumuz yoxdur. Həm bilik,
həm mədəni, həm də sosial
yöndə bir-birimizə dəstək ol-
maqda davam edəcəyik”.
Sözünə davam edən pro-
fessor dünyada endoskopik və
bariatrik cərrahiyyənin möv-
cud vəziyyəti haqqında danı-
şaraq qeyd etdi ki, köklüyün
əməliyyatla müalicəsi yeni bir
üsul deyil: “Lakin bu sahəyə
1990-cı illərdən etibarən
daha çox diqqət ayırmağa
başlanılıb. Səbəb laparosko-
pik üsulla əməliyyatların geniş
yayılmasıdır. Bu da çox kök
insanların
əməliyyatlarının
daha asan və ağrısız olması-
na kömək edir. Bədən kütlə
indeksi 40 və daha çox olan
insanlara köklük əməliyyatı
məsləhət görülür”.
Tədris Cərrahiyyə Klinika-
sının direktoru, professor
Nuru Bayramov diqqətə çat-
dırdı ki, konfransın məqsədi
köklük, diabet və digər me-
tabolik xəstəliklərlə bağlı
bilikləri paylaşmaq, cərrahi
yeniliklər, minimal inva-
ziv müdaxilələrlə bağlı əldə
olunan son məlumatları
mütəxəssislərdən dinləmək
və bütün bunlarla bərabər,
cərrahiyyənin alternativ üsul-
larını müzakirə etməkdir.
Eyni
zamanda,
konf-
rans gənc cərrahlarımızın
təcrübəli
mütəxəssislərlə
münasibət qurmaq, bilikləri
təkmilləşdirmək baxımından
faydalı olacaq. Konfransın
digər hədəfi köklük və me-
tabolik xəs təliklərin müali-
cəsində və izlənil mə sin də
cərrahların sıx əlaqədə olduğu
endokrinoloqlar, dietoloqlar,
psixoloqlar, anestezioloqlar,
terapevtlər,
qastroentero-
loqlar və tibb bacıları ilə ko-
manda şəklində çalışmasının
önəmini göstərəcək atmosfer
yaratmaqdır.
Sonda İstanbul Universiteti
Cərrahpaşa Tıbb Fakültəsinin
professoru Mustafa Taş-
kın tərəfindən 124 kiloqram
çəkidə olan xəstə üzərində
icra olunan “Mini Gastrik-
Bypass” əməliyyatı konfrans
zalında canlı olaraq yayım-
landı. Əməliyyat konfrans iş-
tirakçıları tərəfindən maraqla
qarşılandı.
Bu əməliyyat ATU-nun
nəzdində təşkil olunmuş
Azərbaycan Bariatrik və Me-
tabolik Cərrahlar Assosiasi-
yasının həyata keçirdiyi ikin-
ci canlı əməliyyat idi. Qeyd
edək ki, bu xəstənin çəkisi
1 il öncə Bariatrik-Metabolik
Cərrahiyyə bölməsinin rəhbəri
Tariyel Ömərov tərəfindən
186 kiloqramdan “Sleeve
Gastrektomi” əməliyyatı ilə
124 kiloqrama çatdırılmışdı.
Onu da diqqətə çatdıraq ki,
konfransdan öncə Türkiyədən
gələn nümayəndə heyəti ilə
ATU-nun rəhbərliyi görüş ke-
çirib. Görüşdə ATU-nun rek-
tor əvəzi, professor Sabir
Əliyev, Tədris Cərrahiyyə
Klinikasının
direktoru,
professor Nuru Bayramov
və baş həkim Asiman
Həsənov iştirak ediblər.
Söhbət əsnasında ölkə-
lərimiz arasında sə hiyyə,
elm, təhsil sa hə sindəki
əlaqələr dən və təcrübə
mübadiləsindən söz açı-
lıb. Müzakirələr zamanı
azərbaycanlı gənc həkim
və mütəxəssislərin Tür-
ki
yə də
ixtisasartırma
kurs larında iştirakı, ey-
ni zamanda Türkiyənin
bu sahədə olan təcrübəli
mütəxəssislərinin ölkəmizdə
əməliyyatların icrasına dair il-
kin razılıq əldə olunub.
Klinikanın baş həkimi Asi-
man Həsənov qeyd edib ki,
Azərbaycan və Türkiyə ara-
sında tibb təhsili sahəsində
əlaqələr son illər daha da
intensivləşib: “Artıq son
illərdə həm Azərbaycan, həm
də Türkiyə həkimləri bir-
birləri ilə birgə əməkdaşlığa
başlayıb və bundan son-
ra da bu əlaqələr daha da
genişlənəcək”.
“Azərbaycan-Türkiyə II bariatrik və
metabolik cərrahiyyə günü”
31 mart 2016-cı il
http://www.amu.edu.az
7
Y
enicə işıq üzü görən “Şərəfli
ömür yolu” kitabı tanınmış zi-
yalı, istedadlı jurnalist, gözəl insan
Əsgər Fərhad oğlu Əsgəroun 80
illik yubileyinə həsr olunmuşdur.
Kitabda yubilyarın keçdiyi çətin,
lakin şərəfli ömür yolu haqqında
qələm yoldaşları, dostları, qohum-
ları və onu tanıyanlar tərəfindən
qələmə alınmış maraqlı yazılar,
həzin, kövrək xatirələr toplan-
mışdır. Kitaba həmçinin Əsgər
müəllimin müxtəlif illərdə bir sıra
mətbu orqanlarda dərc olunmuş
bəzi məqalələri və foto şəkillər də
daxil edilmişdir.
Yuxarıda qeyd etdiyimiz kimi,
Ə.Əsgərov uzun bir həyat yolu ke-
çib. O, 1936-cı il martın 14-də Qərbi
Azərbaycanın Ağbaba mahalının Qa-
raçanta kəndində ziyalı ailəsində
anadan olub. 1944-1954-cü illərdə
doğma kənddəki 7 illik və rayon
mərkəzindəki orta məktəbdə təhsil
alıb. 1955-1960-cı illərdə V.İ.Lenin
adına APİ-nin tələbəsi olmuş və tarix–
filologiya fakültəsini bitirmişdir.
Elə hamin il Yeniyol kənd 8 illik
məktəbində dil-ədəbiyyat müəllimi
kimi əmək fəaliyyətinə başlayan
Ə.Əsgərov həmin vaxt Amasiya rayo-
nunun orqanı olan “Kolxozçu trubi-
nası” qəzetində ədəbi işçi kimi işə gö-
türülmüşdür.
Əsgər müəllim 1976-1978-ci illərdə
Moskvaya Ali Partiya Məktəbinə təhsil
almağa göndərilmiş və 1978-ildən
1986-cı ilə kimi “Sovet Ermənistanı”
qəzetində məsul katib işləmişdir.
Geniş erudisiyaya, yüksək əmək
qabiliyyətinə malik olan Əsgər
Əsgərov Bakıya köçdükdən sonra da
jurnalistlik fəaliyyətini dayandırma-
mışdır. “Xalq qəzetı”, “Respublika”,
“525-ci qəzet”, “Kredo”, “Təbib” və
bir sıra tanınmış mətbu orqanlarında
öz dəyərli yazıları ilə mütəmadi çıxış
edir.
Ə.Əsgərov hal-hazır da Azərbaycan
Tibb Uni ver sitetində əmək fəaliyyətini
davam etdirir. Əvvəllər universitetin
“Təbib” nəşriy yatında baş redaktor
vəzifəsində işləyən Əsgər müəllim
hazırda universitetin Əsaslı kitabxa-
nasında çalışır.
Ömrünü milli mətbuatımıza həsr
edən Əsgər müəllimin bu günlərdə
80 yaşı tamam oldu. Biz də “Təbib”
qəzetinin kollektivi adından gözəl in-
san, fəal ictimaiyyətçi olan əziz qələm
dostumuzu yubileyi münasibətilə
səmimi qəlbdən təbrik edir, ona bun-
dan sonra da sağlam can, firəvan
həyat arzulayırıq.
“Təbib” in əməkdaşları
“Şərəfli ömür yolu”
u Bu günlərdə ATU-nun normal
fiziologiya kafedrasının professoru,
tibb elmlər doktoru Əhməd
Kazımovun 60 yaşı tamam oldu.
Əhməd Hacı oğlu Kazımov 1956-cı
il martın 23-də Qərbi Azərbaycanının
Kalinino rayonunun İlməzli kəndində
müəllim ailəsində anadan olmuşdur.
1973-cü ildə İlməzli kənd orta məktəbini
əla qiymətlərlə bitirmişdir. 1974-cü ildə
Nəriman Nərimanov adına Azərbaycan
Dövlət Tibb İnstitutuna daxil olmuş və
1980- ci ildə tibbi təhsilini müvəffəqiyyətlə
başa vurmuşdur.
Tibb İnstitutunda təhsil aldığı
dövrdə institutun içtimai işlərində
fəal iştirak etmişdir. 1980-1985-ci
illər ərzində Azərbaycan Respublika-
sı Kurortlar İdarəsinin “Qızıl-qum” və
“Abşeron” sanatoriyalarında həkim
vəzifəsində çalışmışdır. 1985-ci ilin
oktyabr ayında normal fiziologiya
kafedrasının əyani aspiranturasına
daxil olmuş və 1988-ci ildə aspi-
ranturanı müvəffəqiyyətlə bitirmiş,
Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin əmri ilə normal fizio-
logiya kafedrasına assistent təyin
edilmişdir. 1989-cu ildə İ.M.Seçenov
adına I Moskva Tibb İnstitutu ilə
Rusiya
Elmlər
Akademiyasının
P.K.Anoxin adına Normal Fiziologiya
İnstitutunun ixtisaslaşmış müdafiə
şurasında “Mikroionoforez üsulu
ilə tənəffüs neyronlarının mediator
xüsusiyyətləri” mövzusunda disser-
tasiya müdafiə edərək tibb elmləri
namizədi, alimlik elmi dərəcəsini
almışdır. 1988-ci ildən 1993-cü ilə
qədər normal fiziologiya kafedra-
sında assistent, 1993-cü ildən isə
kafedranın baş müəllimi vəzifəsinə
seçilmişdir. Azərbaycan Respublika-
sı Səhiyyə Nazirliyinin müvafiq əmri
ilə 2002-2005-ci illərdə tədrisdən
ayrılmamaqla Nərimanov rayonu Gi-
giyena və Epidemiologiya Mərkəzinin
direktoru vəzifəsində çalışmış-
dır. 2007-ci ilə qədər baş müəllim,
2007-ci ildən dosent vəzifəsinə se-
çilmişdir. Ə.Kazımov özünə qarşı
çox tələbkar və daim öz üzərində
çalışan bir mütəxəssisdir. 1993-
cü ildən 2012-ci ilədək Bakı şəhəri
Əsəbi-ruhi dispanserin klinik neyro-
fiziologiya laboratoriyasında elekt-
rofiziolji tədqiqatları təşkil etməklə
diaqnostik müayinələrə rəhbərlik
etmişdir. Bu məqsədlə də o, elmi
fəaliyyətini davam etdirmiş və 2013-
cü ildə “Müxtəlif hüdudi vəziyyətlər
və funksional musiqi ilə reablitasi-
ya zamanı gənclərin elektroensefa-
loqrafik, psixofizioloji və vegetativ
xüsusiyyətləri” mövzusunda doktor-
luq dissertasiyasını müdafiə etmiş
və tibb üzrə elmlər doktoru elmi
dərəcəsinə layiq görülmüşdür. Hal-
hazırda özəl tibbi klnikalarda diaq-
nostik kompyuterlə EEQ-müayinələri
davam etdirməklə praktik fəaliyyətlə
də məşğul olur.
2015-ci ildə müsabiqə yolu ilə nor-
mal fiziologiya kafedrasının profes-
soru vəzifəsinə seçilmişdir. Dəfələrlə
dünyanın bir çox ölkələrində mötə bər
simpozium və konfranslarda ma-
raqlı elmi məruzələrlə çıxış edərək
Azərbaycanı layiqincə təmsil et-
mişdir. Ə.Kazımov 1 tədris-metodik
vəsaitin və 90 elmi əsərin müəllifidir.
Bu elmi əsərlər xarici ölkələrin çöx
sanballı və mötəbər jurnallarında və
respublika mətbuatında dərc olun-
muşdur. Ə.Kazımov universitetin, ka-
fedranın ictimai həyatında fəal iştirak
edir. Bütün fakültələrdə Azərbaycan
və xarici dillərdə mühazirələrini
aydın, səliş, sadə və maraq-
lı şərh etməklə tələbələrin diqqətini
həddindən artıq özünə cəlb edir.
Tədris materiallarını müasir texna-
logiyanın köməyi ilə slayd və ani-
masiyalardan istifadə etməklə dün-
ya tibb elminin ən yeni nailiyyətləri
ilə tələbələrdə fənnə canlı maraq
oyatmağı və onların tibbi dünya
görüşlərini genişləndirməyi bacarır.
Təcrübə dərslərini müasir tələblərə
uyğun şəkildə özünəməxsus baca-
rıqla təşkil edərək diqqətə çatdırır
və dərin təcrübi-bacarıq vərdişlərini
tələbələrə aşılamaqla onların dərin
hörmətini qazanmışdır. Onun ən
gözəl keyfiyyətlərindən biri də in-
sanı dinləmək mədəniyyəti, yüksək
dünyagörüşü, tələbkarlığı ilə yana-
şı, sadəliyi və gülərüzlü olmasıdır.
Ə.Kazımov çox intizamlı, öz işinə
məsuliyyətlə yanaşan, ixtisasını dai-
ma artıran müəllimdir. Təbabətlə ya-
naşi incəsənət, rəssamlıq və musiqi
sahəsindəki istedad, bacarıqları da
diqqətə layiq olmaqla onu tanıyan-
ları valeh edir.
Evlidir, 3 övladı, 5 nəvəsi var.
Əhməd müəllim xöşbəxt insandır ki,
xalqımızın ən əziz günü olan “Nov-
ruz bayramı”nda dünyaya gəlmişdir.
Tarixin bu günündə bir çox görkəmli
şəxsiyyətlər anadan olmuşlar. Onlar-
dan biri də bizim dostumuz Əhməd
Hacıoğludur.
Hörmətli Əhməd müəllimi yubileyi
münasibətilə səmimi qəlbdən təbrik
edir, onu həmişə gümrah və cavan
görünməyi, can sağlığı və gələcək
işlərində yeni-yeni uğurlara imza
atmağı arzulayırıq.
Normal fiziologiya kafedrasının
əməkdaşları
ABŞ virusoloqları təsadüfən her-
pesin müalicəsi üçün çox təsirli
dərman kəşf ediblər: sən demə,
ürəklə bağlı problemlər yaranan-
da istifadə olunan “spirolakton”
preparatı herpesin müalicəsində
də səmərəlidir. Məlum olub ki,
artıq əlli ilə yaxın tibbi praktika-
da istifadə olunan bu preparatın
öyrənilməmiş xüsusiyyətləri var.
AZƏRTAC “planet-today.ru” saytı-
na istinadla xəbər verir ki, Yuta Uni-
versitetinin (Solt-Leyk-Siti) əməkdaşı
Sankara Svaminatanın rəhbərliyi ilə bir
qrup alim herpes viruslarına qarşı yeni
səmərəli vasitələrin axtarışı ilə məşğul
olublar. Təcrübələr göstərib ki, “spiro-
lakton” yoluxmuş hüceyrənin içindəki
virus hissəciklərinin toplanmasının
son fazasını pozur. Bu da virusun in-
kişafının və başqa hüceyrələrin yolux-
masının qarşısını alır.
Sankar Svaminatan deyib: “Spi-
rolakton” Epşteyn-Barra virusunu,
habelə başqa herpes viruslarını, o
cümlədən insanların dodaqlarında
əmələ gələn sadə herpesi çoxalmağa
qoymur. Qəribədir ki, yaxşı öyrənildiyi
düşünülən bu preparatın belə
xüsusiyyətləri var”.
Təyinatı başqa olduğu üçün çox-
saylı əlavə təsirləri olan “spirolakton”
hələlik herpesin müalicəsinə yararlı
deyil, amma mütəxəssislər bu dərman
əsasında heç bir əlavə təsiri olma-
yan yeni dərman hazırlamağa ümid
bəsləyirlər.
Ürək preparatı herpesin
müalicəsində də effektlidir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2016-cı il aprelin 3-də
2016/2017-ci tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında
həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul im-
tahanının I mərhələsini keçirəcək.
TQDK-nın mətbuat xid mətindən verilən mə lumata görə, namizədlər mar-
tın 29-dan etibarən öz elektron ərizələrinə daxil olaraq “Namizədin imtaha-
na buraxılış vərəqiəsi”ni çap edə bilərlər. Məlumat üçün bildiririk ki, imta-
handa iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə 2016-cı il martın
1-dən 10-dək aparılıb və 1239 nəfər namizəd elektron ərizə doldurub və
təsdiq edib. Onlardan 853 nəfəri qız, 386 nəfəri isə oğlandır. 1085 namizəd
Azərbaycan bölməsinin, 154 namizəd isə rus bölməsinin məzunudur.
TQDK-dan rezidentura
imtahanı barədə açıqlama
Əhməd Kazımov
-
60
http://www.amu.edu.az
31 mart 2016-cı il
Stomatologiya fakültəsinin II kurs, 720
a
qrup tələbəsi
Gündoğdu Sertaçın adına verilmiş Azərbaycan Res-
publikasının ərazisində müvəqqəti yaşamağa görə
verilən icazə vəsiqəsi itdiyi üçün etibarsız sayılır.
Quliyeva Gülnar Bəşir qızına 2008-ci ildə
Azərbaycan Tibb Universiteti tərəfindən terapevt ix-
tisası üzrə verilmiş internatura vəsiqəsi itdiyi üçün
etibarsız sayılır.
Quliyeva Gülnar Bəşir qızına məxsus əmək kitabça-
sı itdiyi üçün etibarsız sayılır.
Şirinova Vəfa Sahib qızının adına 1995-ci ildə veril-
miş orta təhsil haqqında attestat itdiyi üçün etibarsız
sayılır.
Baş redaktor
ELDAR İSMAYIL
Müəlliflərlə redaksiyanın
mövqeyi üst-üstə düşməyə
bilər.
Əlyazmalar geri qaytarılmır.
Qəzet “Təbib” qəze ti nin
kompyuter mər kə zində yığılır,
səhi fə lənir, “Bəxtiyar-4” İKŞ-də
çap olunur.
Ü N V A N I M I Z:
Mərdanov qardaşları - 98
c
2-ci mərtəbə,
Tel.: 595-24-97
tabibqazeti@gmail.com
Lisenziya Н - 022633
İndeks -0269
Sayı 3000
Sifariş: 302
Azərbaycanda adətə görə Novruz
bayramında göyərdilən səməni
yazın gəlməsinin, təbiətin can-
lanmasının, əkinçiliyin rəmzidir.
Azərbaycan kəndlisi səməni
göyərtməklə növbəti təsərrüfat
ilinə bərəkət, bolluq arzulamış,
bayrama dörd həftə qalmış, hər
çərşənbə axşamı və bayram günü
tonqal qalamaqla, mahnı (“Gün,
çıx!” nəğməsi və s.) qoşmaqla
oda, atəşə, günəşə olan etiqad
və inamını ifadə etmişdir. Bütün
bu mərasimlər İslamdan çox-çox
əvvəl mövcud olmuş qədim şərq
ənənələrinin davamıdır.
Novruz
bayramı
qaba-
ğı adətən evdə, həyətdə abadlıq,
təmizlik işləri aparılır, ağac əkilir
və s. Novruz bayramında şirniyyat
növləri (qoğal, külçə, fəsəli, paxla-
va, şəkərbura, şəkərçörəyi və s.) və
plov bişirilir. Rəngbərəng yumurta
boyanır, məcməyi və sinilərdə xon-
ça bəzənir, şam yandırılır, tonqal
qalanır, səməni qoyulur, ölənlərin
xatirəsi yad edilir, küsülülər ba-
rışır, qohum-qonşular bir-birinə
qonaq gedir, pay göndərirlər.
Aşıqlar baharı mədh edir. Oğlan və
qızlar təzə paltar geyib çalıb oyna-
yır, yallı gedirlər. Cavanlar at ça-
pıb, güləşir, küştü tuturlar. Novruz
bayramında “haxışta”, “bənövşə”,
“kos-kosa” oynayırlar.
Novruz bayramında süfrədə
yalnız acılıqdan, şorluqdan uzaq,
şirniyə baxan xörəklər olmalıdır.
Şirniyyatlardan şəkərbura, paxla-
va, badamburma, ballıbadı və s.
saymaq olar. Adətə görə süfrəyə
“s” hərfi ilə başlayan 7 növ ərzaq
qoyulur. Su, süd, səməni, sünbül,
sucuq, siyənək balığı, süzmə və
sairə də bayram süfrəsinin bəzəyi
olur.
Azərbaycan Tibb Universiteti-
nin Tədris Cərrahiyyə Klinika-
sında Azərbaycan Qızıl Aypara
Cəmiyyətinin (AzQAC) 96 illiyinə və
Novruz bayramına həsr olunmuş
qanvermə aksiyası keçirilib.
Görüşü açıq elan edən ATU-nun
Tədris Cərrahiyyə Klinikasının baş
həkimi Asiman Həsənov qonaqla-
rı qarşıdan gələn Novruz bayramı və
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
fəaliyyətinin 96 illiyi münasibətilə
təbrik edib. Onlara can sağlığı, uzun
ömür, uğurlar diləyib. Daha sonra
Tədris Cərrahiyyə Klinikasının gör-
düyü işlər haqqında məlumat verən
A. Həsənovun sözlərinə görə, klini-
kanın fəaliyyəti 3 əsas istiqamətdə
qurulub. Birinci diaqnostik-cərrahi
müalicə, ikinci tədris, üçüncü isə
elmi fəaliyyətdir.
A.Həsənov klinikanın ən müasir
tibbi avadınlaqlarla təchiz edildiyini
və burada savadlı mütəxəssislərin
çalışdığını da söyləyib. Baş həkim
Qızıl Aypara Cəmiyyətinin indiyədək
həyata keçirdiyi bir çox belə xeyriyyə
aksiyalarını dəstəklədiklərini, gələcəkdə
Tədris Cərrahiyyə Klinikasının belə
layihələrdə mütəmadi olaraq iştirak
edəcəyini də vurğulayıb. AzQAC-ın ic-
raçı katibi Ceyhun Mirzəyev təbrikə və
xoş münasibətə görə təşəkkür edib. O,
Qızıl Aypara Cəmiyyəti haqqında qısa
məlumat verib və bütün universitetlərdə
fəaliyyət göstərdiklərini bildirib: “Bu sı-
raya ATU-nun da daxil olmasına çox
sevindik”.
AzQAC-ın icraçı katib müavin-
lərin dən Səbinə Məhbubi görüşdə
cəmiyyətlərinin nəinki ölkə daxilində,
həmçinin ölkədən kənarda da tanın-
dığını qeyd etdi. Gördüyümüz
işlər artıq beynəlxalq səviyyəyə
də çatıb. “Biz işlədiyimiz
hər müəsisənin tələblərinə,
şəraitinə uyğun olaraq öz işi-
mizi qura bilirik. Və bu bizə
gələcək işlərimizdə heç bir
problemin
yaşanmamasına
imkan verir”.
Görüşdə həmçinin AzQAC-
ın icraçı katib mü avin lərindən
Sabah Şayev, Azərbaycan Qı-
zıl Aypara Cəmiyyətinin Tibb
Universiteti komitəsinin sədri Şahrud
Əhmədov, ATU-nun Tədris Cərrahiyyə
Klinikasının qan bankının müdiri Sev-
da Quliyeva, Ürək-damar cərrahiyyəsi
şöbəsinin müdiri Mirəli Məcidov, Anes-
teziologiya şöbəsinin müdiri Cavid Pa-
şayev də iştirak ediblər.
Daha sonra Tədris Cərrahiyyə
Klinikasında qanvermə aksiyası keçi-
rilib. Məlum olduğu kimi, Azərbaycan
Qızıl Aypara Cəmiyyəti ölkənin ən iri
xeyriyyə təşkilatlarından biridir. Qu-
rum xüsusilə xəstə uşaqlar üçün qan
toplanması ilə bağlı dəfələrlə müxtəlif
tədbirlər təşkil edib. Tibb Universiteti
də öz növbəsində, daim belə xe-
yirxah təşəbbüslərə dəstək olub.
Belə ki, indiyədək ATU-nun Tədris
Cərrahiyyə Klinikasında dəfələrlə
belə ortaq qanvermə aksiyaları təşkil
olunub.
Azərbaycan
Qızıl
Aypa-
ra Cəmiyyətinin Tibb Universi-
teti komitəsinin sədri Şahrud
Əhmədovun sözlərinə görə, bu gün
keçirilən qanvermə aksiyasında 100-
ə yaxın donor iştirak edib. “Universi-
tetin tələbə və rezidentləri, həmçinin
həkimlər qan xəstəliyindən əziyyət
çəkən insanlara yardım məqsədilə kö-
nüllü donor qismində çıxış edirlər. Biz
azacıq da olsa, bu insanlara kömək edə
bildiyimiz üçün çox sevinirik” - deyə, o
bildirib. Ş.Əhmədov həmçinin aksiyanın
keçirilməsinə şərait yaratdığına görə
ATU rəhbərliyinə təşəkkür edib.
Onun sözlərinə görə, təşkilat bu
sahədə fəaliyyətini davam etdirəcək və
gələcəkdə Tibb Universiteti ilə birgə
digər tədbirlər keçirməyi də planlaşdı-
rır.
ATU-nun mətbuat xidməti
Novruz bayramı Azərbaycanda
ATU-da Qanvermə aksiyası
Elimizin ən qədim bayramlarından olan
Novruzu nəinki yerli tələbələr, hətta xarici
tələbələr də qeyd edir.
ATU-da təhsil alan əcnəbi tələbələr də
İlaxır çərşənbədə şənlik təşkil edib.
ATU-nun beynəlxalq əlaqələr üzrə pro-
rektotu Rəhimə Qabulova şənlikdə işti-
rak edərək, xarici tələbələrə Novruz bay-
ramı haqqında genş məlumat verib, adət
ənənələridən danışıb.
Şənlikdə ATU-nun xarici tələbələrlə iş
üzrə dekanı İsmayıl Əfəndiyev və dekan
müavinləri də iştrak edib.
ATU-nun xarici
tələbələri ilaxır
çərşənbəsini qeyd etdi
Yaz yağışı zirvələrə ələnir,
Dağ– dərələr çən- dumana bələnir.
Aşıqların döşündə saz dillənir,
Deyir: bahar ömrümüzə nur bəzə,
Xoş gəldin Novruzum, xoş gəldin bizə.
Yolunu gözləyir şən ellərimiz,
Məzarda uyuyan şəhidlərimiz.
Qədəm qoy azalsın ələmlərimiz,
Həmdəm ol, məlhəm et kədərimizə,
Xoş gəldin Novruzum, xoş gəldin bizə.
Müjdən olsun xəfif əsən küləklər,
Xonça tutsun, şam yandırsın mələklər.
Niyyət etsin, kama yetsin diləklər,
Sevinc, fərəh bağışla qəlbimizə,
Xoş gəldin Novruzum, xoş gəldin bizə.
Qapı pusaq, kömək olsun Yaradan,
Süfrə açaq noğul, şəkərburadan.
Pay götürüb Qarabağdan, Şərurdan
Adın anıb, qonaq gedək Təbrizə,
Xoş gəldin Novruzum, xoş gəldin bizə.
Bu bir ildə küsən varsa barışsın,
Tonqal çatıb dövrəsində yarışsın.
Zurna- qaval bir- birinə qarışsın,
Qol qaldırıb kosa versin şux məzə,
Xoş gəldin Novruzum, xoş gəldin bizə.
Mənsur
1991-ci il.
Xoş gəldin Novruzum!
Dostları ilə paylaş: |