AZƏrbaycan VII-IX əsrləRDƏ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə10/28
tarix13.06.2017
ölçüsü2,81 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   28

1. Sultan torpaqları əməvilərdən Abbasilərə keçmişdi

3

. Bu



torpaqlar alğı yolu ilə, ya da ölən, yaxud vəzifədən kənar edilən

məmurların mülklərini müsadirə etmək yolu ilə tədricən artırdı.

1

Əbu Yusif, səh. 178-180.



2

Iqta haqqında ətraflı məlumat üçün b a x: F.Lökkegaard. Islamic

Taxation in the Classic Period, 1950, p. 1.

3

Kudama, BGA, VI, səh. 241; əl-Çahşiyari, səh. 90.



167

Çox geniş olub böyük gəlir verən sultan torpaqlarını idarə etmək

üçün bir neçə divan yaradılmışdı

1

.



2. İqta torpaqları. Becərilən torpaqların əksəriyyəti bu

kateqoriyaya daxil idi. Əl-Xorəzmi (997-ci ildə vəfat etmişdir) bu

kateqoriya haqqında belə deyir: "Sultan [xəlifə] adama torpaq verir

və həmin torpaq üzərində nəzarəti ona tapşırır"

2

, yəni torpaq iqta



sahibinin mülkü olurdu. Lakin sahiblik hüququna həmişə riayət

edilmirdi və qeyd olunduğu kimi, iqta geri alınıb, yenidən xüsusi

divana verilə bilərdi

3

. Formal olaraq xəlifə təkcə xass torpaqlardan



iqta bağışlaya bilməzdi

4

, lakin çox vaxt buna riayət edilmirdi



5

. İqta


sahibləri hərbi mükəlləfiyyət daşımırdılar, lakin bunun əvəzinə vergi

verirdilər

6

. Onlar öz torpaqlarında olan kanal, yol və körpüləri təmir



etməyi öhdələrinə götürmüşdülər

7

. İqta torpaqları nəzəri cəhətdən iki



iki kateqoriyaya bölünürdü ki, bu da iqta torpağına hansı

hüquqa görə sahib olmaqdan asılı idi.

B  a  ğ  ı  ş  l  a  n  a  n    i  q  t  a  (təmlik)  şəxsin  tam  sahibliyinə

çevrilirdi və irs olaraq keçirdi. Bu iqta sahibi üşr verirdi. Bu növ iqta,

adətən, becərilməyən torpaqlardan, ya da sahibi ölmüş və vərəsəsi

olmayan torpaqlardan verilirdi

8

.

İ  c  a  r  ə    e  d  i  l  ə  n    i  q  t  a  (icarə)  irsən  keçmirdi.  Adətən,



hərbçilərə verilirdi. Xərac torpaqları da bunların sırasında idi

9

.



1

İbn Miskəveyh, I, səh. 152.

2

Əl-Xorezmi. Mafatih əl-ülum. Leyden, 1895, səh. 39.



3

Arib, səh. 145.

4

Əl-Mavərdi, səh. 183.



5

 İbn Miskəveyh, I, səh. 136.

6

Əl-Kəlkəşəndi, XIII, səh. 139-143.



7

Əl-Yaqut, IV, səh. 849-850; Hilal əs-Sabi. Tuhfat əl-umara bi-tarix əl-

vüzara, Beyrut, 1904, səh. 254.

8

Əl-Kəlkəşəndi, XIII, səh. 115-116; əl-Mavərdi, səh. 186-187; İbn əl-



Cauzi, səh. 60.

9

Əl-Kəlkəşəndi, XIII, səh. 115-116; əl-Mavərdi, səh. 179.



168

İqta növləri felən onun sahibinin vəziyyətindən asılı idi; buna

əsasən onun aşağıdakı növlərindən bəhs edə bilərik: l) mülki (şəxsi)

iqta, 2) xüsusi (xass) iqta, 3) hərbi iqta, 4) xəlifə iqtası.

M ü 1 k i  i q t a çox geniş yayılmışdı və maaşlarından asılı

olaraq məmurlara verilirdi. Məsələn, birisi yüksək bir vəzifəyə təyin

olunurdusa, ona iqta verilirdi, lakin o, vəzifədən çıxarılanda, iqta

ondan geri alınır və onun yerinə keçən şəxsə verilirdi

1

.

X ü s u s i  i q t a  şairlərdən başqa, xüsusi bir xidməti və ya



xüsusi istedadı olan şəxslərə verilirdi. Onun sahibləri torpağın tam

sahibi olub, onu irs olaraq verə bilərdi. Abbasilər xilafətində bütöv

vilayətlərin bağışlandığı müşahidə olunmuşdu. Məsələn, Babək

üsyanı darmadağın edildikdən sonra xəlifə Mötəsim belə bir iqta adı

ilə Azərbaycan, Arran və Ermənistanı Afşinə vermişdi

2

. Xəlifə



Mütəvəkkil 851-ci ildə Məhəmməd ibn Xalid ibn Yəzid ibn Məzyədə

belə bir iqta bəxş edərək, Bab əl-Əbvab şəhərini ətraf vilayətləri ilə

birlikdə ona vermişdi

3

. Gəncə  şəhəri "Xalidiyyə adlanan məşhur



malikanələrlə birlikdə" yenə ona bəxş edilmişdi

4

.



Herik saxlanan torpaq bu növ iqtaya daxil idi. Torpaq sahibi

onu  becərmək üçün kəndlilərə icarəyə verir, onları toxum, kənd

təsərrüfatı alətləri və suvarma vasitələri ilə təchiz edirdi. Şəxsən özü

hər il xəzinəyə müəyyən məbləğ pul verirdi, əvəzində isə torpağa

nəzarət etmək və onu irs olaraq vermək hüququna malik idi. Bu cür

iqta sahibləri başqa vergilərdən azad idilər

5

.

1



İbn Miskeveyh, I, səh. 33, 155; ət-Tənuhi. Əl-Forəc bəd əş-şiddə, c. I əl-

Qahirə, 1904, səh. 137; Əbu Ishaq əs-Sabi. Rəsa-il əs-Sabi, c. I, Lübain,

1898,səh.23.

2

V.Minorski. Füsul min tarix əl-Bab və Şirvan, səh. 2.



3

Yenə orada, səh. 3.

4

Yenə orada, səh. 4; əl-Bəlazuri (səh. 210), onun əsərində "Həsəniyyə”



malikalərindən danışılır.

5

Əl-Kəlkəşəndi, XIII, səh. 131-132, 139-143.



169

H  ə  r  b  i    i  q  t  a  başqa  torpaq  növləri-xass  iqta,  xəlifə

malikanələri və xəzinə torpaqları hesabına verilirdi

1

. Qoşuna vəqf



torpaqlarından iqta verilirdi. Hərbi iqta irsən də həmişəlik verilmirdi,

bu iqta sahibinin mülkiyyəti deyildi

2

.

Hüquqşünas Əbu Yusif iqtanı satın alına bilən, satıla bilən və



irs olaraq verilən bir əmlak kimi başa düşür. İqta torpağını irs olaraq

və ya pul ilə  əldə etmiş olan şəxsdən onu geri almağa heç kəsin

ixtiyarı yox idi

3

.



Xəlifə Harun ər-Rəşidin dövründə iqta təsisatı  əslində yeni

qoyulmuşdu və qərarlaşma prosesində idi. Bu təsisat yalnız sonrakı

əsrlərdə - X və XIII əsrlər arasında inkişaf edərək tədriclə

benefesiyadan irsi lenə keçmişdir

4

. Harunun hökmranlığı dövründə



iqta hələ rentanın - verginin müəyyən hissəsini almaq hüququ

deyildi. "Mərkəzi hökumət tərəfindən renta - verginin alınması və

hakim siniflərin nümayəndələri arasında onun bölüşdürülməsi

torpağın (iqta) hərbi və mülki xidmətlərə görə bağışlanması ilə əvəz

olmağa başlayır. Kəndlilərin yaşadığı torpaqların bu cür

bağışlanması (iqta) hakim siniflərin kəndliləri təhkim etməyə böyük

cidd-cəhd göstərmələrinə səbəb olur"

5

.



VIII əsrin birinci yarısında iqta sadəcə torpaq sahəsinin

xüsusi  mülkiyyət üçün bağışlanması demək idi, sonrakı (XII əsr və

daha sonra) iqta şəklini Əməvilər və qismən Abbasilər xilafəti (hər

halda Harun ər-Rəşidədək) dövrünə  şamil etmək əsaslandırılmış

hesab edilə bilməz

6

.



1

İbn Miskəveyh, II, səh. 97; III, səh. 72-77; İbn əl-Əsir, VIII, səh. 342-

343.

2

Əs-Sabi, səh. 498.



3

Əbu Yusif, səh. 72.

4

Cl.Cahen. L'evolution..., p. 25-52.



5

Е.А.Беляев. Ислам и арабский халифат VII-IX вв., стр. 68.

6

Azərbaycan tarixi, səh. 111.



170

Abbasilərin dövründə iqta sahibi "muqta" adlanırdı və

"iqtadar" formasını yalnız XI əsrdən başlayaraq işlətmək olar

1

.



Y.A.Belyayevin qeyd etdiyi kimi, "iqta sisteminin tətbiqi Abbasilər

dövlətinin siyasi cəhətdən dağılması ilə bir zamanda baş vermişdi"

2

.

3. Mülk torpaqları. Torpaq üzərində müxtəlif növ ayrıca sahib



lik var idi. Onlardan biri müxtəlif şəxslərə və icmalara bağışlanan

xəlifə iqtası idi

3

. Bu, əl-Mavərdinin "iqta təmlik" adlandırdığı



torpaqlardır

4

. Mavat torpaqlarının canlanması, mərkəzi hökumətin



həvəsləndirilməsi və köməyi ilə bataqlıqların qurudulması və bu

torpaqların əkilməsi həmin torpaq sahiblərinə tam sahiblik hüququ

verirdi. Mülk torpaqlarının digər bir mənbəyi budur

5

. Həmin



kateqoriyadan olan torpaqların digər bir mənbəyi dövlət torpaqlarının

satın alınması idi. Məmurlar və vəsaiti olan digər şəxslər özləri üçün

xəlifə mülklərini (dövlət torpaqlarını) əldə edir və bu torpaqların

daimi sahibi olaraq ondan nisbətən sabit gəlir götürürdülər

6

.

Həmin kateqoriyadan olan torpaqların sahibləri əlavə vergi



verməli və öz torpaqlarından keçən kanalları bərpa etmək xərcini öz

üzərlərinə götürməli idilər

7

. Mülk kateqoriyası Xilafətdə onun



təşkilinin ilk günlərindən mövcud idi. Mülk torpaqlarını alıb-satmaq,

özgəninkiləşdirmək və irs olaraq vermək olardı. Bu torpaqların

sahibləri hərbi xidmətdə olmurdular.

4. Vəqf torpaqları. Bu, torpaq mülkiyyətinin əsas növlərindən

biridir. Vəqf dedikdə, təsisatlara təhkim edilən torpaq mülklərı

1

Yenə orada.



2

Е.А.Беляев. Ислам и арабский халифат VII-IX вв., стр. 68.

3

C.Zeydan, II, 35 və sonrakılar; T.Weillhausen. Das Arabis che Reich



und seine Sturz. Berlin, 1927, p. 267-311; əl-Qasim ibn Salam. Əl-Əmval, əl-

Qahirə, 1353 h., səh. 161.

4

Əl-Mavərdi, səh. 176-177.



5

İbn Miskəveyh, II, səh. 88, Kudama, səh. 241; əl-Mavərdi, səh. 173.

6

İbn Miskəveyh, I, səh. 353-354; ət-Tanuhi, I, səh. 93.



7

Ət-Təbəri, III, səh. 2153; əs-Sabi, səh. 252.



171

nəzərdə tutulur. Bu torpaqlar müqəddəs yerlər (Məkkə və Mədinə)

üçün, qazilər ["din uğrunda mübarizlər"], məscid və qalalar tikmək

 və başqa ehtiyaclar üçün ayrılırdı

1

. Bu torpaqların içərisində zorla



tutulanlar, yəni əvvəlki sahiblərinin əlində saxlanmasından, ya da

digər kafırlərə (zimmilərə) verilməsindən asılı olmayaraq,

müsəlmanlar arasında bölünməyənlər, habelə dinc yolla əldə edilmiş

torpaqlar da var idi. Qanunşünas İbrahim Hələbi bu barədə belə

deyir:  "Sonrakı  qanunşünaslardan  bəziləri  qət  etdilər  ki,  sülh

müqaviləsi əsasında əldə edilən vilayətlərdə, habelə silah gücünə

tutulanlarda əhali üçün saxlanan torpaqlar nə desyatin, nə də xərac

alınan torpaqlara məxsus deyildir. Bunlar dövlət torpaqları [ərz-i-

malikiyyə], ya da xəzinə torpaqları [ərz-i əmiriyyə] adlanır və

əhalinin mülkiyyətinə verilməyərək, beyt ül-mal (xəzinə) üçün

saxlanmış, sonra qanunsuz icarə yolu ilə icarəyə verilmişdir ki,

torpaq sahibləri bunları becərib proporsiyalı xərac [müqasimə]

versinlər, bu isə hamıya üşr adı ilə məlumdur. Bu kimi torpaqlar

onların sahibinin mülkiyyətini təşkil etmir: onlar nə bu torpaqları sata

bilər, nə ala bilər, nə bağışlaya bilə, nə də vəqf edə bilərlər, yalnız

bircə Sultan [yəni xəlifə] torpaq sabibinə mülkiyyət hüququ [ille

bitəmlik əs-Sultan] verə bilər. Torpaq sahiblərindən biri öləndə, onun

oğlu atasının yerini tutur və yuxarıda deyilənlərə  əsasən torpaqdan

istifadə edir, əks-təqdirdə onun əlində olan torpaq beyt ül-mala

qaytarılır. Əgər birinin qızı və ya qardaşı qalarsa və bunlar vəfat

etmiş adamın istifadə etdiyi torpağı tələb edərlərsə, bu torpaq

qanunsuz icarəyə [biicarə fasidə] verilmiş olur; vergi verilən

torpaqdan istifadə edən şəxs, torpağın fərqli olmasından asılı olaraq

üç il, ya daha artıq müddət ərzində onu becərməzsə, torpaq ondan

alınıb başqasına verilir. Torpaq sahiblərindən biri öz torpağını

başqasına vermək istəsə, bu arzusunu yalnız sultanın icazəsi ilə icra

edə bilər"

2

. V.Girkas qeyd etdiyi kimi, bu təfərrüat bir daha belə bir



1

İbn əl-Əsir, VIII, səh. 182; əl-Fəxri, səh. 364; əs-Sala, səh 286.

2

İbrahim Hələbi. Məcmə əl-ənhar. V.Girkasdan sitat gətirilmişdir, səh. 20



172

faktı təsdiq edir ki, ərəblərin hakimiyyətinə tabe edilən vilayət və

şəhərlərin torpaqları vəqfə verilirdi. Vəqf isə "Allahın mülkiyyətidir"

və adamlar bu mülkiyyətdən ancaq istifadə edə bilərdilər, lakin

onların bunun üzərində heç bir şəxsi hüquqları yox idi. Bir vaxt

bütün Azərbaycan vəqf torpağı hesab olunurdu, çünki bu ölkə zorla

tutulmuşdu

1

. Sülh müqaviləsi əsasında müsəlmanların əlinə keçən



torpaqlar da sonralar daimi vəqf olmuşdu

2

.



5. İcma torpaqları. Kəndlərdə  əhaliyə məxsus torpaqlar,

biçənəklər, mal-qara otarılan, yanacaq toplanan yerlər, qəbiristanlıq

və i.a. icma torpaqları idi.

Xərac və cizyədən başqa Xilafətdə başqa vergilər də var idi:

X ü m s - zəkatdan, yəni "islamdan əvvəlki vergilərdən

gizlədilmiş hesab edilən bütün əmlakdan"

3

, mədənlərdən - "qızıl və



gümüş mədənlərindən"

4

, kafırlərə qarşı vuruşmalarda tutulub qul



halına salınan əsirlər də daxil olmaqla qənimətdən, əsir qadın və

uşaqlardan, habelə daşınan əmlakdan alınırdı

5

.

Z ə k a t  v ə  ya  s ə d ə q ə mal-qaradan alınırdı: Dəvədən -



4-dən 9 başa qədər dəvədən 6 aylıq bir köşə, ya da birillik iki keçi;

10-dan 14 başa qədərdən 2 quzu; 15-dən 19 başa qədərdən 3 qoyun

və i.a. alınırdı. İnək və camışdan - 30-dan 39 başa qədərdən 6 aylıq

bir qara-mal; 40-dan 50 başa qədərdən 2 baş qaramal və i.a.

alınırdı.Qoyundan - 40-dan 120 başa qədərdən bir quzu, ya da 2 keçi;

121-dən 199 başa qədərdən 2 quzu; 200-dən 399 başa qədərdən 3

qoyun və i.a. alınmırdı

6

.



1

Əl-Mavərdi, səh. 132.

2

Yenə orada, səh. 133,



3

Yenə orada, səh. 126.

4

Yenə orada, səh. 116.



5

Yenə orada, səh. 123-124.

6

Əbu Yusif, səh. 132; əl-Mavərdi, səh. 110-111.



173

Əkin və meyvədən - təbii suvarılan sahələrdən onda bir, süni

suvarma sahələrindən iyirmidə bir alınırdı, bu da məhsul çəkiləndən

sonra


1

.

Qızıl və gümüşdən - 200 dirhəmdən çox olan məbləğdən və



20 Misqal qızıl və gümüşdən - məbləğin qırxdan biri, ya da onun

dəyəri alınırdı

2

.

Müsəlman olmayan tacirlərdən alınan vergi iki cür idi:



zimmilərdən ildə bir dəfə tacirin əmtəəsinin dəyəri 200 dirhəmdən

artıq olardısa, bu dəyərin 1/10-i alınırdı

3

. Xilafətdən kənar ölkələrdən



gələn tacirlərdən əmtəələrinin dəyəri 200 dirhəmdən artıq olarsa, bu

dəyərin 1/10-i alınırdı

4

. Şirvanda (Bakıda) bütün bunlardan başqa



neft mənbələri və duz mədənləri üzərinə vergi qoyulmuşdu. Hələ

xəlifə Mənsurun dövründə Azərbaycan hakimi Yəzid ibn Useyd "öz

adamlarını Şirvanda neft və duz çıxaranların yanına göndərdi və bu

adamlar onlardan vergi aldılar; sonralar o, vergi alınmasını [xüsusi

adamlara] tapşırdı"

5

. Şirvanda neft mədənlərinin olduğunu



Dərbənddə 150-733-cü illərdə neft anbarlarının tikildiyini təsdiq

edir


6

.Yəqin Bakı o zaman böyük bir yer idi. X əsrin müəllifı  Əbu

Dulaf Bakı  ətrafına gəlişi haqqında belə yazır: "Mən Mukandan

böyük Təbəristan [Xəzər] dənizi sahili ilə ağaclar altında 80 fərsəx

yol getdim, nəhayət, Şirvan vilayətlərindən Bakuya adlanan yerinə

çatdım. Mən orada bir neft mənbəyi gördüm; bunun gündəlik icarə

haqqı min dirhəmə çatır; onun yanında isə gecə-gündüz, ara

vermədən yasəmən yağı kimi ağ neft verən başqa bir mənbə var idi;

1

Əl-Mavərdi, səb. 112-115.



2

Yenə orada, səh. 115.

3

 Yenə orada, səh. 112.



4

Yenə orada.

5

Əl-Bəlazuri, səh. 210.



6

İbn Miskəveyh, II, 153; Dərbəndnamə, səh. 89; Hudud al-Alam, p. 145.



174

bunun da icarə haqqı birinciyə bərabərdir

1

. Xəzərlərə qarşı vuruşma



zamanı ərəblər bu neftdən istifadə edirdilər

2

.



Xilafətin şimal sərhədində dayaq məntəqəsi olan Dərbəndin

üstünlükləri var idi, xəlifələr həmişə bunu nəzərə alaraq  ətraf ərazini

və gəlir mənbələrini vəqf adı ilə onun müdafiəçilərinə verirdilər.

Məsələn, 777-ci ildə xəlifə  əl-Mehdi (775-785) "əmr etdi ki,

Dərbəndin ətraf yerlərinin illik xəracı yığılsın və qalanın döyüşçüləri

ilə şəhər əhalisi arasında bölüşdürülsün"

3

.

873-cü ildə Şirvan hakimi "Dərbənd əhalisinə [əl-Mötəmidin]



(870-892) vəqf olaraq verdiyi hər şeyi geri aldı"

4

.



883-cü ildə xəlifə əl-Mötəmid yenidən "Şirvanın neft və duz

mədənlərinin yarısını vəqf olaraq Dərbənd əhalisinə [döyüşçülərinə]

verdi"

5

 və nəhayət, 885-ci ildə həmin xəlifənin verdiyi fərmanla



Bakının neft və duz mədənləri vəqf olaraq Dərbəndə verildi. "O,

Məhəmməd ibn Əmmarı həmin mədənlərin vergitoplayanı təyin etdi.

Məhəmməd bu mədənlərin illik gəlirini Dərbənd döyüşçüləri

arasında bolüşdürdü"

6

.

Dərbənd qarnizonu döyüşçüləri onlara bağışlanmış vəqflərdən



gəlir əldə etmək imkanından məhrum olanda, bu hal onların

vəziyyətinə çox pis təsir göstərirdi, çünki onların, əlbəttə, hərbi

qənimətdən başqa heç bir yaşayış vəsaiti yox idi. 902-ci ildə xəlifə

əl-Müktəfa dövründə (902-908) "Dərbənd hakimi təyin edilən

Bişutur (?) neft və duz mədənlərinin bütün gəlirini və  ətraf

kəndlərdən gətirilən ərzağı mənimsəyəndə Dərbənd döyüşçüləri

çarəsiz qalıb alver və başqa işlərlə məşğul oldular, onların içərisində

rüşvətxorluq və intizamsızlıq başlandı"

7

.

1



Əbu Dulafın ikinci məktubu, səh. 36.

2

Dərbəndnamə, səh. 117.



3

Dərbəndnamə, səh. 127.

4

Yenə orada, səh. 131.



5

Yenə orada, səh. 138 (Dorna görə)

6

Yenə orada, səh. 136.



7

Yenə orada, səh. 136-137.



175

Təəssüf olsun ki, Azərbaycan, Arran və digər vilayətlərdən

ayrıca olaraq alınan vergilər haqqında məlumat əldə edilə biləcək

sənədlər movcud deyildir. Əməvilərin dövründə yəqin belə sənədlər

var idi, lakin bunlar ilk Abbasilər dövründə ehtimal ki, yox

olmuşdur. Abbasilərin hakimiyyəti dövründə də eynilə elə idi. Hər

halda xəlifə  əl-Məmunun (813-833) hakimiyyəti dövrünədək belə

sənədlər saxlanmamışdır. Bundan əlavə, Xilafət taxtı üstündə  əl-

Əmin (809-813) ilə  əl-Məmun arasında gedən mübarizə dövründə

divan ül-xərac başqa divanxanalarla birlikdə yandırılmış və ayrıca

olaraq hər əyalətdən xəlifə xəzinəsinə verilən gəlir hesabatı yazan

bütün  siyahılar yanğında məhv olmuşdur. Hicri 204 (819-820)-cü il

"xəlifənin divanlarında hesabatın mövcud olduğu ilk il" idi

1

.



Əl-Məmunun dövründə Azərbaycanın xəracı ildə 4,5 milyon

dirhəm idi

2

- Yəqubi bildirir ki, "Azərbaycanın xəracı 4 milyon



dirhəmdir, lakin bəzi illər çox, bəzən də az olur"

3

.



Yuxarıda gətirilən məlumatdan belə nəticə çıxara bilərik ki,

xəlifə xəzinəsinin Azərbajcandan aldığı xərac ildə 4 milyon dirhəm

olmuşdur. Muğandan 30 min dirhəm alındığını nəzərə alsaq

4

, belə



fərz etmək olar ki, Arrandan ildə təqribən 3 milyon alınırdı, 3

vilayətdən birlikdə alınan məbləğ isə ildə təqribən 8 milyon dirhəm

idi.

Xəlifələrdən əl-Vasiq (842), Mütəvəkkil (842-861) və sonrakı



beş xəlifə (Mötəmid - 870-892-ci illər daxil olmaqla) dövründə

yaşayıb divan ül-bəriddə qulluq edən ibn Xordadbeh xəlifə  əl-

Mötəsimin (833-842) vəziri Fəzl ibn Mərvanın, xəlifə Vasiq

dövründə keçmiş Sahib əl-Xəracın adından bu dövr üçün Azərbaycan

xəracı haqqında məlumat verir. Bu xərac 2 milyon dirhəmə bərabər

idi


5

. Xəlifə Mötəsimin hökmranlığı dövründə və ondan sonra

1

Kudama, BGA. IV, səh 236-247; əl-Yəqubi, VII, səh. 272.



2

Kudama, BGA, IV, səh. 244.

3

Əl-Yəqibi, BGA, səh. 172.



4

 Əl-Cahşiyari, səh. 362;A.V.Kremer. Leber bas Budget, p. 6.

5

İbn Xordadbeh, BGA, VI, səh. 121.



176

Azərbaycan və digər vilayətlərdən alınan xərac məbləğinin

azalmasma səbəb, Xilafətdəki üsyanlar və ayrı-ayrı vilayətlərin

ayrılması, habelə hakimlərdə ayrılma təmayülünün güclənməsi idi.

Xilafət xəzinəsinə Azərbaycandan gələn vergi məbləği hicri

296 (908-909)-cı ildən başlayaraq ildə 120 min dinar olmuşdur (l

dinar -15 dirhəm)

1

.



IX  əsrin  axırı  -  X  əsrin  əvvəllərində  Azərbaycan

vilayətlərindən gələn vergilər ölkə hakimlərindən Sacilərin, sonra

Müsafirlərin

2

 xəzinəsinə gedirdi. İbn Havqəlin verdiyi məlumata



görə, keçmişdə Yusif ibn Əbu-s-Saca qulluq edən, Mərzban ibn

Məhəmməd ibn Müsafırin (941-957) vəziri Əbü-l-Qasim Əli ibn

Cəfər Azərbaycana tabe vilayətlərin hakimlərindən aşağıdakı

miqdarda  vergi alırdı

3

.

1. Şirvan hakimi şirvanşah Məhəmməd ibn Əhməd əl-



Əzdidən - ildə 1 milyon dirhəm;

2.  Əbu  Əbd  ül-Malik  adı  ilə  məşhur  olan  Şəki  hakimi

İşxanikdən - saziş ilə müəyyən məbləğ;

3. İbn Savad adı ilə məşhur olan ər-Rüba (Bərdə?)

4

 hakimi


Sanxaribdən - 300 min dirhəm, habelə əlavə olaraq hədiyyələr;

4. Curzan (Gürcivan) və Sagiyan hakimi Vaçaqan ibn

Musadan - 200 min dirhəm;

5. Vayosdzor (Sünik) hakimi Əbü-1-Qasim al-Vayzuridən -

50 min dirhəm, habelə hədiyyələr;

6. Əhər və Varzukan hakimi Əbü-1-Həyca ibn Rəvvaddan -

50 min dirhəm və hədiyyələr;

1

İbn əl-Əsir, VIII, səh. 42; 304 (916/17)-ci ifdə Azərbaycan Xilafət



xəzinəsinə 220 min dinar vermişdir. B a x: Arib, səh. 77; İbn Miskəveyh, 1, səh.

50; İbn əl-Əsir, VIII, səh. 76; İbn Xəldun, III, səh. 369, 372.

2

Müsafirlər haqqında b ax: Cl.Huart. Les Musafırides de 1'Adharbaijan,



p. 228-256; V.Minorsky, Musafırids, in El.

3

İbn Xəvkal, BGA, VI, səh. 354-355; V.Minorsky. Caucastca, p. 519-



520.

4

Minorsky. Caucasica, p. 522-523.



177

7. Xayzan (Xaydak?) hakimi Əbü-1-Qasim əl-Cuyzanidən

(Xayzani) borc qalıqları ilə birlikdə - 400 min dirhəm;

8. Xaçen hakimi Sanxaribdən - saziş əsasında 50 min dirhəm,

habelə hədiyyə və atlar 50 min dirhəm məbləğində.

Azərbaycanın, iki Arranın, Azərbaycan hakimlərinə tabe olan

Ermənistan vilayətləri və  ətraf ərazilər xəracının ümumi məbləği o

zaman 500 min dinar idi

1

.

6. Ərəblərin Azərbaycanda inzibati



siyasəti və idarə sistemi

Bundan  əvvəl  qeyd  edildiyi  kimi,  ərəb  istilasından  sonra  istər

Azərbaycanda, istərsə Arranda idarə aparatı Sasanilərin dövründə

olduğu kimi saxlanmışdı

2

. Sasanilərdə və Bizans imperiyasında



olduğu kimi dövlət təşkilatına malik olmayan ərəblər Azərbaycan və

Arranda mövcud olan idarə qaydalarını çarəsizlikdən qəbul

etmişdilər

3

.



Ərəblər Mərakeşdən Sinziyanədək geniş bir ərazidə öz

hakimiyyətlərini qurduqdan sonra, sayca çox olan bu ölkələri idarə

etmək üçün (vilayətlərdə) canişinlik sistemi yaratdılar. Əvvəllər beş

belə vilayət var idi. Bunlardan birincisinə - Hicaz, Yaməm, Ərəbistan

yarımadasının torpaqları, Suriya, Livan və İordaniya daxil idi, İkinci

vilayət Misir idi. Üçüncü vilayət iki İraqdan - Ərəbistan İraqı qədim

1

Xəlifə Harun ər-Rəşidin dövründə dinar 20, ya 22 dirhəmə bərabər idi.



Əl-Mütəvəkkilin dövründə dinar 25 dirhəm idi. Kudama (təxminən 283 hicri ili -

896-cı il) dövründə dinar 15 dirhəmə bərabər idi, lakin xəlifə  əl-Müqtədirin

dövründə məzənnə yenə qalxdı və dinar 20 dirhəmə bərabər oldu.

2

İbn Xəldun, səh. 203; Е.А.Беляев. Ислам  и арабский халифатVII-IX



вв., стр. 60-61.

3

Həsən İbrahim. Sitat gətirilən əsəri, səh. 48.



178

Babilistan və Assuriya və  İran İraqından ibarət idi. Azərbaycan

Arran, Gürcüstanın bir hissəsi, Ermənistan, Əlcəzirə vilayəti və Kiçik

Asiya ərazisinin bir hissəsi birlikdə dördüncü vilayət idi. Beşinci

vilayətə Şimali Afrika və Əndəlus daxil idi. Birinci dörd "mömin"

xəlifənin ["xüləfayi raşideyn"] dövründə Xitafətin inzibati bölgüsü

yuxarıdakı  şəkildə idi. Əməvilərin dövründə Xilafət, Sasanilərdə

olduğu kimi, 9 əyalətə bölünmüşdü: 1) Suriya və Fələstin 2) Kufə

(İraq), 3) Bəsrə (Tran, Sicistan, Xorasan, Bəhreyn, Oman və ehtimal

Nəcd və Yəmamə ilə birlikdə), 4) Ermənistan, 5) Hicaz, 6) Girman

və Hindistanın sərhəd yerləri, 7) Misir, 8) İfrikiyyə (Afrika), 9)

Yəmən və Cənubi Ərəbistan

1

.

Bir müddət sonra bu 9 vilayət 5 vilayətə endirildi və



bunlardan üçüncüsü olan Əlcəzirəyə Azərbaycan, Arran, Ermənistan

və Kiçik Asiyanın şərq ərazisinin bir hissəsi daxil idi.

Abbasilərin dövründə Xilafət 83 quradan (əyalətdən) ibarət

olan 14 vilayətə bolünürdü; bunlar da daha kiçik inzibati vahid olan

nahiyələrə (mahallara) bölünürdü. Nahiyə 12 rustakdan (rayondan)

ibarət olub, hər birinə 12 kənd daxil idi

2

.

Ərəblərin hücumu ərəfəsində inzibati vahid olan Azərbaycan



ərazısi Həmədan, Əzhər, Zəncandan tutmuş Dərbəndədək uzanırdı

3

.



Azərbaycanın şimal sərhədinin Sasanilər dövründə Dərbəndədək

uzandığı barəsində həmin şəhərin hasarlarındakı pəhləvi yazıları

məlumat verir; bu yazılar b.e. 553-cü ildə Azərbaycandakı Sasani

mərzbanı Bərzini tərəfındən tərtib edilmişdir

4

.

Ərəblərin hücumu zamanı Azərbaycanın şimal hissəsi olan



Arran və Sünik Gürcüstanın bir hissəsi ilə birlikdə xəzərlərin əlində

1

İbn Xəldun. Kitab əl-İbar, c. III, əl-Qahirə, 1283, səh. 4, 10, 15, 17, 134-



141.

2

Yaqut əl-Həməvi. Mücəm əl-buldan. c. I, Beyrut, 1900, səh. 37;



Məhəmməd Ziya əd-din ər-Reys. Əl-Xərac, fi-d-dövlə  əl-İslamiyyə, əl-Qahirə,

1907, səh. 358.

3

Dərbəndnamə, səh. 25.



4

Е.А.Пахомов. Пехдлевийские надписи Дербенда, стр. 29.



179

idi


1

. Azərbaycan və Arran istila edildikdən sonra, bu ölkələrin ərazisi

mahiyyətcə dəyişməz qalmışdı, yalnız bu ərazinin inzibati adı

dəyişilirdi. Məsələn, ibn əl-Fəqih bildirir: "Azərbaycanın ərazisi

Bərdə torpaqlarından Zəncan torpaqlarına qədərdir. Varsan

Azərbaycanın son nöqtəsidir. Azərbaycanın hüdudu Araza

qədərdir"

2

, yəni Bərdə və Zəncan Azərbaycana daxil deyildir. Bəzən



Arranı da Azərbaycana daxil edirdilər və o zaman bu "Yuxarı

Azərbaycan" [Azərbaycan əl-Ülya] adlanırdı

3

. Lakin ərəblər çox vaxt



üç ölkəni – Azərbaycan, Arran və Ermənistanı bir inzibati vahiddə

birləşdirərək, bir canişinlik yaradır və bunu bəzən "Erməniyyə",

bəzən də "Azərbaycan" adlandırırdılar. Bu halda Azərbaycan böyük

ölkə olub, cənubunda Həmədan, şimalında isə Dərbənd yerləşirdi

4

.

İstəxri bu məlumatı verir: "Biz Ermənistan, Arran və



Azərbaycanı xəritədə birləşdirir və ona bir ölkə kimi baxırıq.

Azərbaycanın sərhədləri Tərm və Zəncanın son həddinə çatan dağ

silsiləsidir. Sonra bu silsilə Dinəvərin son hüduduna çatır, sonra

Hülvan və  Şahrazurun o tərəfinədək uzanır, nəhayət, Dəcləyə

yaxınlaşır, sonra isə Ermənistan hüdudlarını əhatə edir"

5

.



Həmin Azərbaycanın hər tərəfini gəzib onun xəritəsini tərtib

edən ibn Havqəl İstəxrinin dediklərini tamamlayaraq, Azərbaycan,

Arran və Ermənistanın ümumi xəritəsini yaratmış və bunu

"Azərbaycanın xəritəsi" adlandırmışdır

6

. O, Xəzər dənizinin də



xəritəsini çəkərək, bütün sahil ərazisini Dərbəndədək Azərbaycan

adlandırmışdır

7

. İbn Havqəldə bu sətirləri oxuyuruq: "Qərbə doğru,



Rum sərhədlərinə tərəf çevrilib onun şərq hüdudları və islamın ən

uzaq hədlərində olan vilayətləri təsvir edək. Yazmağa başladığımız

1

İbn əl-Fəqih, BGA, V, səh. 287; İbn Xordadbeh, səh. VI, 122.



2

İbn əl-Fəqih, səh. 285.

3

Əl-Yəqubi, Buldan, səh. 271.



4

 Chronique de Tabari..., p. 494.

5

Əl-İstəxri, səh. 180-181.



6

İbn Havqəl, səh. 331,332.

7

Yenə orada, səh. 387



180

ilk ölkələr Ermənistan, Arran və Azərbaycandır. Bu ölkələri biz bir

vilayət hesab edirik. Bunları  əhatə edən yerlər: şərqdən Cibal və

Deyləm, habelə Xəzər dənizinin qərb hissəsi; qərbdən - Armen,

Allanlar hüdudu və Cəzirə ərazisinin bir hissəsi; şimaldan - Allanlar

və Kəbk dağları; cənubdan - İraq hüdudu və Cəzirənin şərq

hissəsidir”

1

.



"Hüdud əl-Aləm" müəllifi Azərbaycan, Arran və Ermənistanı

bir ölkə kimi qeyd edir

2

. Müqəddəsi bütün bu üç ölkəni vahid adla



"İqlim ər-Rəhab" adlandırır

3

. Ərəb istilasından əvvəl Azərbaycanın



paytaxtı  Ərdəbil idi və Sasani mərzbanının iqamətgahı burada

yerləşirdi

4

. Ərəblər paytaxtı X əsrədək vilayətin baş  şəhəri olan



Marağaya köçürtdülər, bundan sonra isə Yusif ibn Əbu əs-Sac

yenidən paytaxtı Ərdəbilə köçürtdü. Ərəblərin hökmranlığı dövründə

Azərbaycanın əsas şəhərləri bunlar idi: Marağa, Xunəc, Miyanic

(Miyanə), Ərdəbil, Varsan, Sisar Bərzə (Urmiya gölünün

cənubunda), Səburxast (Urmiya gölünün 8 fərsəx cənubunda),

Cabravan (Urmiya gölünün cənubunda), Təbriz, Mərənd, Xuvey

(Xoy), Külsərə (Kültəpə, Marağanın 53 kilometr şərqində), Mukan

(Muğan), Bərzənd, Cənzə (Qazaka), Nariz (Urmiya şəhərinin

şərqində), Urmiya, Səlmas, Şiz, Sindabaya, Balvankərc, Mayanic

(Dinəvər ilə Sisar arasında)

5

, Naxçıvan



6

.

Arran müəyyən vaxtlarda Azərbaycanın tərkibinə daxil



olmuşsa da, onun ərazisinin hüdudlarının dürüst müəyyən edilməsinə

ehtiyac vardır. Əl-Müqəddəsi Arran haqqında bu məlumatı verir:

"Arrana gəldikdə bu ərazi bütün vilayətin (Azərbaycan vilayətinin -

1

İbn Havqəl, səh. 387.



2

Hüdud əl-Aləm, vər. 33a.

3

Əl-Müqəddəsi, səh. 373 və sonrakılar.



4

Əl-Bəlazuri, səh. 325.

5

Bu şəhərlər haqqında b a x: İbn Xordadbeh, BGA, VI, səh. 119; İbn əl-



Fəqih, BGA, V, səh. 285; İstəxri, BGA, I, səh. 180; İbn Havqəl, səh. 333-335.

6

Əl-Yaqut, IV, səh. 784: "Naxçıvan Azərbaycan şəhəridir. Lakİn bəziləri



deyirlər Arran şəhəridir". Müqayisə et: N.D.Mikluxo-Maklay. Sitat gətirilən əsəri,

səh. 201.



181

Z.B.) üçdə birini təşkil edir və dəniz ilə Araz çayı arasında bir yarım

Cəzirəyə bənzəyir. Malik [Kür] çayı isə vilayəti uzununa iki yerə

bölür. Onun paytaxtı Bərdə, şəhərləri isə bunlardır: Beyləqan,

Şəmkir, Cənzə, Baric, Şamaxı, Şirvan, Bakı, Şabran, Bab ül-Əbvab,

Lahican, Qəbələ, Şəki, Malazkerd və Tebla"

1

. İbn Havqəl bildirir ki,



Arran ərazisi  "Bab  ül-Əbvab  hüdudlarından  Tiflis  hüdudlarınadək

uzanır"


2

.  İstəxri  yazır:  "Arranın  sərhədləri  Bab  ül-Əbvabdan

Tiflisədək və Araz çayı yaxınlığında Həciran (Naxçıvan - Z.B} adı ilə

məşhur olan yerədək uzanır. Arranda Bərdə və Bab ül-Əbvabdan

böyük şəhər yoxdur".

3

 Yaqut bildirir: "Azərbaycanla Arran arasında



Araz adlı çay axır. Bu çayın qərbində və  şimalında olan yerlər

Arrana aiddir"

4

.

"Cami əd-düvəl"də Arran ərazisi haqqında bu məlumat



verilir: "Arrana gəldikdə, bu məşhur ölkədir [ki], cənubdan

Azərbaycanla, qərbdən Ermənistanla, şərqdən və cənubdan

Azərbaycanla, şimaldan isə Kəbk dağları ilə sərhəddir. Onun əsas

şəhərləri bunlardır: Naşava şəhəri, buna Naxçıvan da deyilir, beşinci

iqlimindədir (onun) uzunluq dairəsi 78

0

,  en  dairəsi  42



0

-dir;  Bab  ül-

Əbvab, Gəncə, Şəmkir, Beyləqan və Sərir Allan"

5

.



Qeyd etdiyimiz kimi, Arranın tərkibinə Arsax, Şəki vilayəti

və Sünik


6

 daxil idi. Mirzə Camal Cavanşir bildirir: "Qarabağ vilayəti

vilayəti Arran ölkəsinin bir hissəsidir: bu ölkəyə Kür və Araz çayları

arasında olan vilayət və torpaqlar və bu torpaqlardakı Gəncə,

Naxçıvan, Ordubad, Bərdə və Beyləqan şəhərləri daxil idi"

7

.



Abbasilər dövründə, xüsusilə Harun ər-Rəşidin hökmranlığı

1

Əl-Müqəddəsi, səh. 374.



2

Ibn Havqəl, səh. 346.

3

 Əl-İstəxri, səh. 181.



4

Əl-Yaqut, I, səh. 183

5

V.Minorsky. Studies İn Caucasian History, p.170(19).



6

J.Lourent. L'Armenie..., p. 13.

7

Mirzə Camal Cavanşir. Qarabağ tarixi, səh. 11.



182

zamanında, həm Azərbaycan, həm də Arran, sərhədləri qəti müəyyən

edilmiş vilayətlər idi

1

.



Xəlifələr çox geniş bir imperiyaya çevrilən Xilafəti idarə

etmək üçün hər bir vilayətin əhalisini, vergi sistemini, ictimai

şəraitini, onların vəziyyətini və digər xüsusiyyətlərini ətraflı

öyrənməli idilər.

Hər vilayətin başında xəlifənin canişini olan əmir dururdu ki,

bu da öz vilayətində qoşunların komandanı idi. O, eyni zamanda

vilayətin inzibati idarəsinə başçılıq edirdi. Beləliklə, bütün mülki və

hərbi hakimiyyət əmirin əlində idi. Xilafətin tərkibində az-çox azad

federasiya əmələ gətirən hər bir vilayət, əmirin rəhbərlik etdiyi və

vilayətin beş  şəhərində yerləşən divan tərəfındən idarə olunurdu

2

.

Əmirin rəhbərliyi altında xüsusi tapşırıqları icra edən məmurlar –



amil (mülki hakim, vergi toplanışına baxan) və qazı (məhkəmə

idarəsinin rəisi), yəni dini məhkəmə hakimi dururdıı, qazı vəqf

işlərinə nəzarət edir və amilin hərəkətlərindən narazı olan şəxslərin

işlərini ayırd edirdi.

Xilafətdəki poçt yolları Xilafətin coğrafı  şəraiti haqqında

ətraflı məlumat tələb edirdi. Xilafətin mərkəzi ilə vilayətlər arasında

rabitə yaratmaq üçün bərid adlanan poçt yaradılmışdı. Mənbələrdə

göstərilir ki, bərid I Müaviyənin (66 1 -680) hökmranlığı dövründə

əmələ gəlmişdi, xəlifə  Əbd ül-Malik (685-705) isə bəridin işini

yaxşılaşdıran bir sıra tədbir gördü, poçt işində hətta göyərçindən

istifadə etməyə başladılar. Əl-Kəlkəşəndinin verdiyi məlumata görə,

"yeni düzəldilmiş  şeylərdən ən yaxşısı Xilafətin hər yerində

yaradılan bərid idi. Bərid göndərmələri [pulu] yaxşı qoruyurdu,

xəbərləri tez çatdırırdı və vəziyyəti bərpa edirdi"

3

.

1



G.le Strange kitabında III xəritəyə. The Land of Elastern Caphate.

Historical Atlsas of the Muslim Peoples, p. 7.

2

Xilafətin inzibati quruluşu haqqında ətraflı b a x: A.Mez. Die



Renaissance des İslams, p. 68-79; F.Lökkegaard. Islamic Taxation, p. 146; əl-

Kəlkəşəndi. Sübh əl-əşa, c. X, əl-Qahirə, 1331 h., səh. 274 və başqaları.

3

Əl-Kəlkəşəndi. XIV, səh. 367-368; Məhəmməd Dıya, səh. 184; Həsən



İbrahim Həsən, I, səh. 382-384. Məhəmməd Cəmil Bəyhəm. Qəvafıl əl-Uruba, c. I,

183

Xilafətin müəyyən məntəqələrində poçt stansiyaları və

əvəzetmə vasitələri var idi, bunların yardımı ilə qasidlər Xilafətin

mərkəzi ilə ucqarları arasında nisbətən tez rabitə yarada bilirdilər.

Sonralar xəlifənin və vilayət hakimlərinin əmrləri çox böyük sürətlə

göndərilirdi və mərkəzi hakimiyyətin yerlərə gedən rəsmi

nümayəndələri xəlifə ilə operativ şəkildə rabitə saxlaya bilirdilər.

Stansiyalar bir-birindən bir bərid

1

, yəni dörd fərsəx (22, 176



kilometr) məsafədə yerləşirdi, bu da qasidin bir mənzil at sürməsinə

imkan verirdi, hər bir stansiyada inzibati məqsədlə məmurlar ştatı var

idi. Vilayətlərin paytaxtlarında valilərin yanında poçt direktorları var

idi, lakin bunların vəzifəsi bir tək poçt - inzibati işlər deyil, həmçinin

Xiilafətin paytaxtına siyasi məlumat göndərmək idi, çünki paytaxtda

olan divan ül-bəridin vəzifəsinə canişinlər, qazılar, hərbi rəislər,

amillər və başqalarının fəaliyyəti haqqında məlumat toplamaq,

ümumiyyətlə, yerlərdəki hakimiyyət orqanlarının fəaliyyətinə göz

qoymaq da daxil idi.

A.Müller yazır: "Poçt məntəqələri müdirləri daim yeni cari

məlumat ehtiyatından istifadə etmək üçün, aydındır ki, hər yerdə

casuslar qoymalı idilər. Beləliklə, fəal işləyən əsil gizli polis əmələ

gəlmişdi ki, bu da hər cür digər quruluşlardan daha artıq, müstəbid

üsuli-idarə üçün zəruri idi"

2

.

Beləliklə, poçt idarəsi rəisləri və bunlara tabe olan poçt



məntəqələri rəisləri vilayətlərdə siyasi polis (şurta) vəzifəsini icra

edirdilər. Moisey Kalankatukluda Arrandakı xəlifə canişini

dəftərxanasınm quruluşu və işi haqqında maraqlı məlumat vardır:

"Biz Əmir əl-Möminin

3

 məhkəmə [idarəsi] haqqında məlumat əldə



etdik: Sağda [girişin sağında] şurta başçısı [sahib əş-şurta] oturur; bu

adam cəlladlar başçısından yüksəkdədir, solda qazı və  əmir,

Beyrut, 1948, səh. 56-57; Məhəmməd Musttafa. Əl-Ədəb əl-ərəbiyyə, c. I, səh.

121.


1

Poçtun adı da buradan əmələ gəlmişdi.

2

А.Мюллер. История Ислама, т. II, стр. 151-152; İbn Tiktaqa, səh. 97;



Kudama, səh. 184.

3

Əmir əl-Möminin, xəlifə.



184

xəzinədar oturur, bunlar mühakimə edir [hökm çıxarır] və bütün

ölkədən vergi alırlar. Onlar bu işə (işlərin baxılmasına - Z.B.) eyni

vaxtda, saat doqquzda başlayır və ertəsi gün qərar çıxarırlar. Onlar

əhalinin də işlərinə baxırlar"

1

.



Canişinlik mərkəzindən başqa, inzibati və hərbi aparatların

vilayət və mahallarda öz şöbələri var idi. Lakin ərəblər vilayətlərdə,

mahallarda, şəhər və kəndlərdə olan aparatı öz ərəb kadrları ilə

birdən-birə təmin edə bilməzdilər. Buna görə ərəblər yerli məmur və

əyanlardan istifadə edirdilər; bunlar isə, qeyd edildiyi kimi, əhalinin

aşağı təbəqələrindən fərqli olaraq, əksərən könüllü surətdə islam

dinini qəbul etmiş və xəlifəyə qulluq etməyə razı olduqlarını

bildirmişdilər. Ərəblər dövlət idarələrinin mürəkkəb iş formalarına

əsla hazır deyildilər, buna görə xəlifə  Əbd ül-Malikin

hökmranlığınadək yerli əhali nümayəndələrinin müxtəlif inzibati

vəzifələr tutması qadağan edilməmişdi.

Ərəb dilində yazı işləri, hələ I Ömər tərəfindən təşkil edilən

iki divanda - xərac və cund divanlarında - görülürdü, çünki bu divan-

lara bilavasitə xəlifənin özü nəzarət edirdi

2

. Azərbaycan və Arranda



olan divanlara gəldikdə, Azərbaycanda yazı işləri pəhləvi dilində,

Arranda isə yunan dilində idi, yəni keçmişdə Sasanilər və Bizansa

tabe olan ərazidə inzibati idarə aparatı əvvəlki kimi qalmış və bütün

siyahılar həmin dillərdə yazılırdı

3

.

Xəlifə  Əbd ül-Malik əvvəlcə Suriya divanlarında yazı işləri



islahatına başlamışdı, sonralar isə qanun digər vilayətlərə də  şamil

edildi


4

- İraqla qonşu olan əyalətlərdə yazı işi hicri 81 (b.e. 700-70l)-

ci ildə  ərəb dilinə keçirildi

5

. Əbd ül-Malik ərəb olmayanları



1

Т.И.Тер-Григорян. "История  страны  Албанской" məsələsinə dair,

səh. 94; З.М.Буниятов. Еще  раз  о  неизданных  страницах "История  Агван"

Моисея Каганкатваци, стр. 4-5

2

 Əl-Cahşiyari, səh. 38



3

Əl-Bəlazuri, səh. 193, 300.

4

Əl-Cahşiyari, səh, 40.



5

Əl-Bəlazuri, 300-301; əl-Mavərdi, səh. 192; İ.Y.Kraçkovski ("Древний

арабский документ из Средней Азии” , стр. 94} qeyd edir ki, Orta Asiyada ərəb


185

divanlardakı vəzifələrdən götürəndə onlara demişdi: "Başqa cür

işlərdə özünüzə məşğuliyyət tapın. Allah belə istəmişdir ki, sizin

divandakı xidmətinizə son verilsin"

1

.

Lakin A.Y.Krımskinin dediyinə görə, Əbd ül-Malikin bu



sərəncamı tam ardıcıllıqla "nə onun vaxtında, nə də ondan sonra

həyata keçirilə bilmişdi, çünki ərəb müsəlman ziyalısı az idi"

2

.

Azərbaycanda və xüsusilə Arranda ərəblərin inzibati



siyasətində, Xilafətin şimal sərbədlərində olan əsas şəhər və

məntəqələrdə  ərəb hərbi qarnizonlarının (rəbatların) təşkili

əhəmiyyətli yer tuturdu

3

. Həmin qarnizonları saxlamaq xərcləri,



Xilafətin vergi məngənəsi altında son dərəcə əzilən tabe Arran əhalisi

üzərində ağır bir yük kimi qalmışdı.




Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə