AZƏrbaycan VII-IX əsrləRDƏ


 Ərəblərin dövründə Azərbaycan şəhərləri



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə11/28
tarix13.06.2017
ölçüsü2,81 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   28

7. Ərəblərin dövründə Azərbaycan şəhərləri,

Ticarət və ticarət yolları

Mənbələrdə  şəhərlər haqqında ciddi məlumatın olmaması

üzündən Azərbaycandakı orta əsr feodal şəhərlərinin meydana

gəlməsinin səbəb və  şərtləri və bunların inkişafı hələlik çox az

öyrənilmişdir. Ölkənin iqtisadi sistemində Azərbaycan şəhərlərinin

rolu, bunların daxili həyatı, quruluşu, şəhər əhalisinin müxtəlif

təbəqələrinin qarşılıqlı münasibətləri və bunlara oxşar bir sıra digər

problemlər də kifayət qədər öyrənilməmişdir

4

.

Azərbaycan şəhərləri arxeoloji cəhətdən pis öyrənilmişdir.



Azərbaycanın orta əsrlərdəki şəhərlərinin necə yerləşdiyi haqqında

hələlik əlimizdə bir xəritə yoxdur. Azərbaycan ərazisində qədim

dili idarə aparatı üçün h. 124 (742)-ci ildə məcburi olmuşdur. Bu barədə b a x: əl-

Cahşiyari, səh. 64-65.

1

 Ibn Xəldun. Müqəddimə, səh. 244.



2

А.Крымский. История арабов и арабской литературы, т. l, стр. 332;

İ.Y.Kraçkovski, Sitat göstərilən əsəri.

3

Əbd əl-Munim Macid, səh. 231.



4

Г.М.Ахмедов. Неполивная керамика Азербайджана, стр. 9.



186

şəhər xərabələrində çox az qazıntı işləri görülmüşdür. Arxeoloqlar

göstərirlər ki, Azərbaycanın yazılı mənbələrdən məlum olan

şəhərlərinin əksəriyyəti nəinki elmi cəhətdən öyrənilməmişdir, hətta

qeydə alınmamış və bunların harada yerləşdiyi müəyyən

edilməmişdir

1

. Şərti olaraq qeyd etmək olar ki, ərəblərdən əvvəlki



dövrdə olan şəhərlər padşah və knyazların torpaqlarında salınırdı və

adətən kənd mahalları – rustaklar bunlara aid edilirdi

2

. Şəhərlər



narazı və qaçqın kəndlilərin gedib pənah gətirdiyi yerlər idi və

buralarda toplanan əhalinin birlikdə fəaliyyət göstərən vahid kütlə

halında birləşməsinə kömək edirdi. Şəhər əhalisinin əsas kütləsini

bilavasitə istehsalçıların özləri təşkil edirdi və burada onlar ağır

güzəran keçirirdilər.

Şəhərlərdə zadəganlarla bərabər “zadəgan olmayanlar” və

“sadə” adamlar yaşayırdılar, lakin həmin kateqoriyadan olanlar

arasında varlı adamlar, xüsusilə tacirlər də var idi. Hər peşədən olan

sənətkarlar bir küçədə və ya bir məhəllədə yerləşirdilər

3

.



  Orta əsrlərdəki yazılı mənbələr və qazıntı materialları

Azərbaycan və Arranda bir ençə kateqoriyadan şəhər olduğunu

müəyyən etməyə imkan verir. Həmin dövrdə daha geniş surətdə

ictimai əmək bölgüsü əmələ gəlir, sənətlər kənd təsərrüfatından

ayrılır və  şəhərlərdə mərkəzləşir. Şəhər kənddən ayrı düşür. Lakin

həmin dövrdə Azərbaycan və Arran şəhərlərinin əksəriyyəti hələ

mühüm ticarət-sənaye mərkəzi olmamışdı. Mənbələrdə təkcə

“böyük” və “məşhur” adlanan şəhərlər ticarət-sənaye mərkəzi idi,

bunlar da beynəlxalq tranzit ticarətinin əsas yolları üzərində salınmış

şəhərlər olmuşdu. Bərdə, Dərbənd, Çoqa, Beyləqan (Paytakaran) belə

şəhərlərdən idi

4

. Həmin şəhərlərdə ruhani və dünyəvi zadəganlar,



1

Е.А.Пахомов. Пайтакаран-Байлакан-Оренкала, стр. 15;

Q.M.Əhmədov. Sitat gətirilən əsəri, səh. 7-8.

2

M.M.Dyakonov. Sitat gətirilən əsəri, səh. 285.



3

Daha  ətraflı  məlumat  üçün  b  a  x:  Н.В.Пигулевская.  К  вопросу  о

городах Ирана в раннем средневековье, стр. 74-75

4

История Агван, стр. 90, 102,104, 105, 135, 240, 245, 255-270.



187

tacirlər, sələmçilər və  əkinçiliklə  əlaqəsini kəsmiş sənətkarlar

yaşayırdılar. Mənbələrdə göstərilir ki, şəhərlərdə geniş istehlak

şeyləri hazırlayan sənətkarlardan başqa “qızıl, gümüş, dəmir filizi və

mis çıxarmaqda biliyi olan müxtəlif sənətkarlar da”

1

 var idi.



Şəhərlərin ikinci kateqoriyası - əsas ticarət yollarından uzaqda

yerləşən qapalı sənətkarlıq və ticarət mərkəzləridir. Şəki, Qəbələ,

Amaras, Şamxor, Naxçıvan, Ərdəbil, Girdiman bu kimi şəhərlərdən

idi. Həmin şəhərlər eyni zamanda qala idi, çünki burada çoxlu hərbi

dəstələr olurdu.

Kənd tipli şəhərlər, yəni əkinçilik xarakterli şəhərlər də var

idi; bunlar ictimai-iqtisadi mənada şəhər olmayıb, feodal vilayətlərin

inzibati mərkəzi idi. Bunlarda ictimai və əmlak cəhətdən hələ aydın

təbəqələşmə yox idi. Bu şəhərlərin əhalisi natural təsərrüfat həyatı

keçirirdi və başqa bazarlarla əlaqələri, demək olar ki, yox idi. Bu

dövrdə ticarət və mal mübadiləsi tədricən, bunların ardınca pul

tədavülü artırdı

2

.

Biz qeyd edə bilərik ki, ərəblərin istilası başlananda



Azərbaycan və Arranda keçmişdə qala şəhəri olmuş bir sıra məşhur

şəhərlər vardı, məsələn: Ərdəbil, Bərdə, Beyləqan, Qəbələ, Şamxor,

Dərbənd, Çoqa, Naxçıvan, Şabran, Şamaxı, Qazaka (Şiz) və

başqaları. Azərbaycanın (Arranın) bəzi şəhərlərinin əzəmətini və

bunların strateji əhəmiyyətini həmin şəhərlər ətrafında çəkilən hasar

və bürclərin qalıqları aydın göstərir. Demək olar, bütün hasar və

bürclərin yonulmuş iri daşdan hörülmüş, bunların özülü isə bişmiş

kvadrat kərpicdən tikilmişdir. Azərbaycanın orta əsr şəhərlərinin

quruluşu belə idi ki, qala hasarları və qüllələrin başında həmişə

mazğal və bacalar qoyurdular, çünki bunlar xaricdən ediləcək

hücumlardan şəhərlərin müdafiəsini gücləndirirdi

3

.



1

Yenə orada, səh. 131/104

2

Sikkə tədavülü haqqında ətraflı məlumat üçün b a x: Е.А.Пахомов.



Монетные  клады  Азербайджана  и  других  республик,  краев  и  областей

Кавказа, I-IV buraxılış, Bakı, 1926-1957.

3

Ö.Ş.İsmizadə. Qafqaz Albaniyasının qədim paytaxtı Qəbələ, səh. 60



188

Aydındır ki, orta əsrlərdə ölkənin siyasi və iqtisadi həyatında

əhəmiyyətli rol oynayan Azərbaycan şəhərləri də digər ölkələrin

feodal şəhərləri kimi birdən-birə qəflətən meydana gəlmirdi. Bu kimi

şəhərlərin əmələ gəlməsinin iqtisadi şəraiti hələ orta əsrlərin

əvvəllərində yaradılmışdı, lakin həmin dövrün yaşayış

məntəqələrinin heç də hamısı iri feodal şəhəri səviyyəsinə yüksələ

bilmirdi. Orta  əsrlərin əvvəllərində  şəhər təsərrüfatlarının ümumi

inkişafı  bunların  dönüb  orta  əsr  feodal  şəhəri  olması  üçün  zəmin

yaratdı. Məhz bu nöqteyi-nəzərdən orta əsrlərin əvvəllərinə aid

arxeoloji abidələrinin tədqiqi çox əhəmiyyətlidir.

Təəssüf ki, Azərbaycanın arxeoloji xəritəsində müəyyən

edilməmiş yerləri göstərən ağ ləkələr hələ çoxdur. Bunun əsas səbəbi

Azərbaycandakı orta əsr abidələrinin arxeoloji nöqteyi-nəzərdən

qeyri-bərabər surətdə öyrənilməsidir. Ayrı-ayrı təsadüfi tapıntılar

hesaba alınmazsa, orta əsrlərin əvvəllərinə aid abidələr son

zamanlaradək ciddi və müntəzəm surətdə öyrənilməmiş, bu məqsədlə

qazıntı işləri görülməmişdir.

Gürcüstan və Ermənistanda da eyni vəziyyət vardır.

Gürcüstanda orta əsrlərin əvvəllərinə aid yalnız qədim qəbiristanlar

tədqiq edilmişdir, məskənlər isə hələ öyrənilməmişdir

1

. Əksinə,



Ermənistanda bu dövrün qəbiristanları məlum deyildir. Böyük şəhər

və yaşayış məntəqəsi olan Ani, Dvin və Qarni qazıntılarında, bəzi

memarlıq abidələri nəzərə alınmazsa, orta əsrlərin əvvəllərinə aid

abidələr, demək olar, tapılmamışdır

2

.

1



Г.А.Ломтатидзе. Археологические раскопки в Мцхета, стр. 92-99.

2

N.Y.Marr. Ani. Şəhərin kitabda yazılan tarixi və qədim şəhər yerində



qazıntılar. М.-Л., 1934; К.Т.Кафадарян. Город  Двин  и  его  раскопки. Ереван,

1952; Г.Н.Аракелян, Гарни, I, Результаты  раскопок 1949-1950 гг., Ереван,

1951.


189

Azərbaycanda yalnız Mingəçevir

1

 və  qismən  Beyləqan



2

kompleks şəkildə və müntəzəm öyrənilmişdir. Mingəçevir arxeoloji

abidələri, ümumiyyətlə, həm Azərbaycanın orta əsrlərdəki əhalisinin

təsərrüfat və mədəni həyatını öyrənmək, həm də xüsusilə

Azərbaycanın orta əsr şəhərlərinin tarixini öyrənmək üçün böyük

əhəmiyyətə malikdir.

Azərbaycanın tədqiq edilən dövrdəki şəhərlərində inkişaf

etmiş sənətkarlıq təsərrüfatı var idi, burada orta əsrlərə xas olan

bütün əsas sənət növləri – keramika, dəmirçi, ayaqqabı, dərzi

sənətkarları, qab-qaçaq emalı, qızıl və gümüş məmulatı, toxuculuq və

i.a. var idi

3

. Məsələn, 1944-cü ildə Qəbələ şəhəri dairəsində görülən



qazıntı işlərində bir neçə qəbir və içərisində müxtəlif əşya – həmin

yerdə hazırlanmış qızıl və gümüş  şeyləri, sikkə, keramika və s.

tapılmışdır

4

.



Mingəçevirdə bir sərdabə məqbərəsi qazılarkən toxucu

dəzgahı hissələri, çəkməçilik ləvazimatı, ipək və yun parça qırıqları,

pambıq, yun və ipək saplar, xalı tikələri və s. tapılmışdır

5

. Bunlar



Arranda yun və ipək parça istehsalının və xalçaçılığın mövcud

olduğunu göstərir

6

. Həm də toxucu yarımfabrikatları Mingəçevirin



özündə hazırlanırdı

7

.



Mingəçevirin evlərində tapılan müxtəlif quş və heyvan

sümükləri şəhər əhalisinin ovla məşğul olduğunu göstərir. Sərdabə və

1

R.M.Vahidov. III-VIII əsrlərdə Mingəçevir, Bakı, 1961; Ö.Ş.İsimizadə.



Sitat gətirilən əsəri, səh. 54-74; S.M.Qazıyev. Qəbələ mahalının tarixindən, səh.

75-105.


2

Azərbaycan (Örənqala) arxeoloji ekspedisiyasının əsərləri, I, 1953-1955,

М.-Л., 1959

3

История Агван, стр. 45, 131, 254/35, 104, 204.



4

S.M.Qazıyev. Vartaşen və Qutqaşen rayonlarında arxeoloji kəşfiyyat,

səh. 146-147.

5

Q.M.Aslanov. Mingəçevirdə orta əsrlərin əvvəllərinə aid abidələrin



tədqiqinə dair, səh. 68-69.

6

Yenə orada, səh. 68.



7

R.M.Vahidov. Sitat gətirilən əsəri, səh. 86.



190

xristian məqbərələrində tapılan müxtəlif silah növləri həmin fikri

təsdiq edir

1

.



Kür çayında balıqçılığın inkişafını həm mənbələr

2

,  həm  də



arxeoloji tapıntılar göstərir.  Yaşayış evlərindəki qazıntı nəticəsində

tor üçün daş və gildən qayırılmış çoxlu lot tapılmışdır

3

. Əhalinin



iqtisadiyyatında balıqçılıq böyük rol oynamışdır.

Qədim Örənqala (Beyləqan) şəhərinin salındığı yerdəki

qazıntı  şəhərin b.e. V əsrin axırı – VI əsrin əvvəllərində meydana

gəldiyi haqqında orta əsr müəlliflərinin verdiyi məlumatı təsdiq etdi

4

.

etdi



4

. Şəhər xərabələrinin ölçülməsi göstərdi ki, tədqiq edilən dövrdə

şəhər ərazisi 40 kv. kilometrdən artıq və bunun 14 kv. kilometri şəhər

hasarları daxilində idi

5

. Bu dövrdə Beyləqan üç hissədən: ətrafına



hasar çəkilmiş kvadrat kiçik qala şəhərindən, kvadrat böyük şəhərdən

və  şimal-qərbdən böyük şəhərə bitişik ərazidən ibarət idi.

Q,M.Əhmədov belə hesab edir ki, şəhərin bu hissəsi sənətkarlar

mərkəzi olmuşdur ki, həmin yerdə tapılan dulusçu kürələri, çoxlu

dulusçuluq alətləri, habelə çağdaş saxsı məmulatı bunu təsdiq edir

6

.



Arranın mühüm orta əsr şəhərlərindən biri Çoqa (Çora) idi.

Mütəxəssislərin dediyinə görə, bu “indi Dağıstanda məlum olan bu

cür abidələrin ən böyüyüdür. Onun sahəsi 100 hektardır”

7

. Qədim



şəhər xərabələrinin ətrafında bürc və darvazaları olan qala hasarının

qalıqları görünür, onun hündürlüyü 2 m, eni isə 12-15 metrdir.

Şəhərin ətrafında enli (20-25 m) və dərin (4-6 m) xəndək var idi və

1

Q.M.Aslanov. Sitat gətirilən əsəri, səh. 66.



2

История Агван, стр. 5, 131/4; З.М.Буниятов. Еще раз о неизданных

страницах “Истории Агван” М.Каганкатваци, стр. 4.

3

R.M.Vahidov. Sitat gətirilən əsəri, səh. 81-82



4

А.А.Иессен. Новые данные  для  истории Азербайджана по работам

Оренкалинской  экспедиции 1953-1955 гг., стр. 36; Q.M.Əhmədov. Sitat

gətirilən əsəri, səh. 34.

5

Г.М.Ахмедов. Неполивная бытовая керамика Азербайджана IX-XIII



вв., стр. 5.

6

 Yenə orada, səh. 6.



7

В.Г.Котович. Дагестан в III-V вв. н.э., стр. 33.



191

mühasirə zamanı buraya su buraxılırdı. Çoqa o zaman Arranın ən

böyük siyasi və mədəni mərkəzlərindən biri olmuşdur; ölkənin

patriarx taxtı da burada idi

1

.

Arxeologiya materialları orta əsr Arranın digər böyük şəhəri



Dərbənd (Bab ül-Əbvab) haqqında da çox maraqlı məlumat

vermişdir. Şəhərin VI əsrdə mövcud olduğu haqqında mənbələrdə

verilən məlumatı Dərbəndin qala hasarındakı pəhləvi yazıları təsdiq

edir


2

.

VI əsrin axırları – VII əsrin əvvəllərində Azərbaycanda və



xüsusilə Arranda çoxlu yeni şəhərlər salınır və mövcud şəhərlər

möhkəmləndirilir; buna səbəb hər şeydən əvvəl həmin ölkələrdə

məhsuldar qüvvələrin daha da artması idi. Şəhərlər ticarət və sənət

mərkəzi olur, məhsula tələbat artır, ölkənin təbii sərvətləri daha çox

işlədilir ki, bütün bunları Moisey Kalankatuklu təsdiq edir

3

.



Azərbaycan və Arran ərəblər tərəfindən işğal edilməzdən əvvəl,

habelə  ərəblərin hökmranlığı dövründə həmin ölkələrdən keçən

ticarət yollarının birinci dərəcəli əhəmiyyəti var idi: bu ticarət yolları

bütün Xilafət sistemindəki ticarətdə heç də axırıncı rol oynamırdı. Bu

ərazinin ərəblər tərəfindən işğalı və Ön Asiyada çox geniş sahənin

Xilafət çərçivəsində birləşdirilməsi ticarətin inkişafı üçün son dərəcə

əlverişli şərait yaratdı, tacirlər üçün quru yol ilə və Xəzər dənizi ilə

şimala (bulqarlar, slavyanlar) və Avropanın şimal-şərqinə gedən

ticarət yollarını açdı. Avropa, Asiya və Afrikanın müxtəlif

rayonlarında tapılan çoxlu sikkə dəfinələri əsasında təsəvvür etmək

olar ki, Xilafətin hökmranlığı dövründə ticarət nə qədər

genişlənmişdi və o zaman məlum olan təqribən bütün ölkələrlə

Zaqafqaziya ölkələrinin ticarət əlaqələri nə qədər uzaqlara çatırdı.

Dünya ticarətində Bizans və Ermənistanın rəhbər rolu tənəzzülə

1

История Агван, стр. 90, 280/70, 228/



2

Е.А.Пахомов. Пехлевийские  надписи  Дербента, стр. 3-22; yenə

onun: Dərbəndin pəhləvi yazılarının təfsirinə dair, səh. 15; Г.С.Нюберг.

Материалы по истолкованию пехлевийских надписей Дербенда, стр. 29.

3

История Агван, стр. 5/4.



192

uğradıqdan sonra qonşu ölkələrlə ticarətdə Xilafətin ticarət

balansında Azərbaycan və Arran şəhərlərinin rəhbər vəziyyəti daha

da gücləndi.  Azərbaycanın paytaxtı Bərdəyə keçirildikdən sonra

ticarət mərkəzi olmaq etibarilə Dvinin əhəmiyyəti aşağı düşdü; o

zaman Ermənistan şəhərlərinə nisbətən Bərdə, Gəncə, Şamxor,

Dərbənd, Ərdəbil, Şabran və digər şəhərlər beynəlxalq ticarət

həyatında daha əhəmiyyətli rol oynayırdı

1

. Bunun səbəbi bu idi ki,



Xilafətin ticarət əməliyyatı yeni yolla inkişaf edərək, başqa

şəhərlərdə mərkəzləşmişdi

2

. Y.A.Manandyan belə hesab edirdi ki,



həmin dövrdə Şərqi Gürcüstan və Azərbaycanda ticarətin canlanması

xəzərlər və slavyanlarla ticarətin inkişafı ilə əlaqədardır

3

. Ş.A.Mesxia



qeyd edir ki, bu zaman beynəlxalq ticarətdə Azərbaycanla birlikdə

iqtisadi cəhətdən kifayət qədər inkişaf etmiş Gürcüstan padşahlıq və

knyazlıqları da iştirak edirdilər, həm də bunlar digər xalqlarla

ticarətdəvasitəçi kimi hərəkət edirdilər

4

.

Azərbaycan şəhərləri məhz ərəb hökmranlığı dövründə



iqtisadi cəhətdən inkişaf etmişdir. Zaqafqaziyanın bu rayonunda,

yeni şəhərlərin meydana gəlməsinin və Bərdənin sürətlə inkişafının

səbəbi əsasən bunda idi ki, Şimali Qafqaz, Volqa və Don çayları

hövzəsinin xalqları ilə ticarət əlaqələri sürətlə inkişaf etmişdi: bu

cəhət isə Azərbaycan və Arranda əmtəə münasibətlərinin inkişafının

başlıca amillərindən biri olmuşdu

5

.

Azərbaycan və Arran şəhərləri öz zəngin bazarları və yerli



sənətkarların cürbəcür məhsulları ilə ticarət əməliyyatında iştirak

edərək, Xilafətdə  şimal-şərqi Avropa ölkələri arasında ticarət

əməliyyatının inkişafına yardım edirdi.

1

Я.А.Манандян. О  торговле  и  городах  Армении  в  связи  с  мировой



торговлей древних времен, стр. 198.

2

Ш.А.Месхиа. Из  истории  грузинского  феодального  города IX-XIII



вв., стр. 133-134.

3

Y.A.Manandyan. Sitat gətirilən əsəri, səh. 198.



4

Ş.A.Mesxia. Sitat gətirilən əsəri, səh. 134

5

N.Y.Marr. VII əsr xəzər yeməyinin qədim erməni təsvirində rus "salo"



sözünə dair; Е.А.Пахомов. Краткий курс истории Азербайджана, стр. 13.

193

Bu  dövrdə  Azərbaycan  və  Arran  şəhərləri  Xilafətin  böyük

məmurlar iqamətgahının yerləşdiyi inzibati mərkəz olub müstəqil

həyat keçirirdi. Bu dövrün başlıca ticarət-sənətkarlıq mərkəzi olan

şəhərlərində inkişaf etmiş sənətkarlıq təsərrüfatı adamların kənddən

axıb gəlməsinə səbəb olurdu. Şəhərlərdə orta əsrlərdə məlum olan

bütün sənətlər, məsələn, dulusçuluq, dəmirçilik, çəkməçilik,

dabbağlıq, dərzilik var idi, metal qablar, qızıl və gümüş məmulatı,

müxtəlif parça və s. hazırlanırdı. Sənətlər Arran şəhərlərində xüsusilə

inkişaf etmişdi, çünki mənbələrdə qeyd edildiyi kimi, ərəblər

sənətkarlara nifrət edirdilər

1

, bu sənətkarlar isə hələ islamdan əvvəlki



dövrdə xristianlar və yəhudilərdən ibarət idilər. Ölkə işğal edildikdən

sonra "inşaatda, dərzilik, çəkməçilik və digərlərində xristianlar

işləyirdilər. Boyaqçılar, dabbağlar, dəlləklər [zəli qoyanlar]

yəhudilərdən idi; onlar xristianların iyrəndiyi digər xırda sənətlərlə

də məşğul olurdular"

2

.



Bu dövrün şəhərlərində yaşayan əhalinin etnik tərkibi çox

qarışıq idi. Bu şəhərlərdə yerlilərdən başqa, ərəblər, ermənilər,

yəhudilər və digər xalqlar yaşayırdılar

3

. Şəhərlərin ticarət və sənətlə



məşğul olan yerli əhalisi çox vaxt xalis ticarət mülahizələrinə görə

islam dinini qəbul edirdilər. Arran şəhərlərində başqa dinlərə mane

olmamaq halları mövcud idi; odur ki, kilsə ilə yanaşı məscidə rast

gəlmək olardı; bunu, demək olar, bütün ərəb müəllifləri qeyd edirlər.

VII əsrin axırları - VIII əsrin əvvəllərində xəlifə  Əbd ül-

Malikin hökmranlığı dövründə Xilafətdə böyük sikkə islahatı

keçirildi, qızıl dinar və gümüş dirhəm Sasani dirhəmi və Bizans

miliarisisini sıxışdırıb aradan çıxartdı

4

.

1



B a x: İbn Xəldun, səh. 337.

2

H.Lammens. La Syrie, p. 116-117.



3

Mənbə və ədəbiyyat haqqında b a x: Ph.Grierson. The Monetary Reform

of Abd al-Malik...,p. 241-264.

4

Е.А.Пахомов. Ганджинский  клад 1929 г. и  переломный  момент



арабской торговли в Закавказье, стр. 746.

194

Demək lazımdır ki, Sasanilər İranı və qismən Bizans

imperiyası tərkibinə daxil olan əyalətlərin ərəblər tərəfındən işğalının

birinci əlli illiyi ərzində işğalçı  ərəblər köhnə çəki və sikkə

sistemlərini dəyişdirmədilər, Azərbaycanda, habelə Xilafətin digər

şimal vilayətlərində əvvəlki çəki ölçüləri - kafız və mudd, həmçinin

pul vahidləri dinar və dirhəm olduğu kimi qalmışdı

1

. Sasani sikkə



sistemi gümüş monometallizmin növlərindən biri idi və buna bir az

başqa metallar qatılmışdı. Keçmiş Sasani əyalətlərindən, hətta

ərəblərin dövründə üzərində II Xosrovun, yaxud III Yəzdigerdin və

atəşgədə təsviri olan dirhəm kəsilirdi. Bir tək sikkənin tarixi

dəyişirdi, Qurandan kufi hərflərlə bir ayə yazılır və adətən, ərəb

xəlifəsi, ya hakiminin adı əlavə edilirdi.

660-cı ildə I Müaviyə sikkə islahatı keçirməyə təşəbbüs etmiş

və hətta gümüş və qızıl sikkə kəsməyə başlamışdı. Lakin əhali bu

yeni pulu qəbul etmədi və islahat müvəffəqiyyətsizliyə uğradı

2

.



Bəzi ərəb mənbələri Əbd ül-Malikin hökmranlığından əvvəl

də Xilafətdə sikkə sistemi islahatı keçirməyə cəhd göstərildiyini qeyd

edirlər, lakin mənbələrin əksəriyyəti bu fıkirdədir ki, bu islahat yalnız

Əbd ül-Malikin və onun vəziri əl-Həccacın işidir

3

.

İbn Havqəl təsdiq edir ki, Azərbaycan və Arranda qızıl və



gümüş sikkə işlənirdi

4

. Bu zaman burada ərəblərin öz sikkəxanası



meydana gəlir, çünki ticarətin yüksəlişi və bununla əlaqədar olaraq

şəhərlərin artması bunun meydana gəlməsinə səbəb olmuşdu.

Azərbaycan və Arran sikkəxanalarında kəsilən sikkə uzaqlara,

şimalda - Rusiya, Almaniya, İsveç, Norveç, Baltik sahillərinə,

həmçinin Şərq ölkələrinə gedir, əvəzində həmin ölkələrdən xammal

1

Maqrizi. Traite des mannoies musulmanes, p. 35.



2

Y.Walker. A.Catalogue of the Arab Byzantine...

3

H.Sauvaire. Materiaux pour servira l’histoire de la numismatique et de



la metrologie musulmanes, p. 476 ff.

4

İbn Havqəl, səh. 349.



195

gətirilirdi. Azərbaycan və Arranda pul tədavülünün belə inkişaf

etdiyi bir şəraitdə ticarət daha artıq canlanmağa başladı

1

.



Arranda sikkəxana Bərdə, Dərbənd və Şamaxıda (Yəzidiyyə)

var idi. Ərəblərin dovründə Arranda kəsilən ən qədim pul hicri 89

(707-708)-cu il tarixli dirhəmdir

2

. Lakin o dövrün sikkəxanasının



dürüst yerini göstərmək çətindir, çünki bu sikkəxana Bərdədən başqa,

Şamxorda, Qəbələ, Beyləqan və Gəncədə də ola bilərdi. Azərbaycan

sikkəxanasında kəsilmiş dirhəmlərin üzərində hicri 105 (723-734) və

hicri 106 (724-725)-cı ilin tarixi vardır

3

. Bu sikkəxana Ərdəbildə



yaxud Marağada ola bilərdi. Dərbənddə kəsilmiş  ən qədim pulun

üzərində hicri 115 (733-734)-ci ilin tarixi vardır

4

. Əməvilərin



sikkəxanalarında pul kəsilməsi hicri 131 (748-749)-ci ildə bitir.

Arran ərazisində Abbasilərin ilk sikkələri, hicri 140 (757-758)-cı ildə

meydana gəlir

5

. Bıı sikkələr hicri 140-cı Yəzidiyyədə və hicri 142



(759-760)-ci ildə Bərdədə kəsilmiş fels adlı sikkə idi

6

. Azərbaycan



sikkəxanalarında kəsilən pullara çox vaxt şimal ölkələrində və

Rusiyanın Avropa hissəsi dəfınələrində təsadüf edilir

7

. Yerli tacirlər



öz əmtəələrini bu ölkələrə aparır, həmin ölkələrin tacirləri isə

Azərbaycana və Arrana mal gətirirdilər. Bununla bərabər, bu pulları

işlədən vasitəçi tacirlərin mövcud olduğu ehtimalını rədd edə

bilmərik.

Əməvilərin dövründə  ərəblər tədqiq etdiyimiz ölkələrdə öz

ölçü-çəki sistemlərini tətbiq etmişdilər. Bu tədbir 722-ci ildə, əl-

Cərrah ibn Abdullah əl-Həkəmi Azərbaycan və Arran canişini

1

Е.А.Пахомов. Монетные клады Азербайджана и Закавказья, стр. 22.



2

Yenə orada, 43.

3

Yenə orada, səh. 49.



4

Yenə orada, 51.

5

Yenə orada, səh. 59.



6

Yenə orada, səh. 60; b a x А.А.Быков. Дейсам ибн Ибрахим ал-Курди

и его монет, ЭВ, X1955.

7

M.Gozdowski, A.Kmietowicz və b. Wczesnosredni-wieczny skarb



srebrny z Mauzz yc pod Zowiszem, p. 1-140.

196

olduğu zaman həyata keçirilmişdi. O, Bərdəyə gəldikdə, şəhərdəki

ölçü və çəki işlərində sui-istifadələr və xəyanət olduğunu ona xəbər

verdilər; o, həmin qüsurları aradan qaldırdı və Cərrahiyyə adı ilə

məlum olan yeni dürüst ölçü vahidi tətbiq etdi

1

.



Tədqiq etdiyimiz dövrdə ticarətin inkişafında Xəzər dənizi

əhəmiyyətli rol oynayırdı. Xəzər hövzəsinin cənub hissəsində ticarətə

Bağdad, Buxara və Səmərqənd bazarlarının yaxınlığı böyük təkan

verirdi, çünki bunların inkişaf etmiş sənətkarlıq mərkəzi olan çoxlu

Asiya ölkələri ilə geniş əlaqələri var idi. Xəzər sahilindəki limanlarda

(Abaskun və Astrabaddan Dərbəndədək) fəal ticarət dənizçiliyi

inkişaf edirdi. Məsələn, Astrabaddan ipək parça ixrac edilir, Dərbənd

bazarları isə, demək olar, bütün Xəzər sahillərindən mal gətirən

tacirlərin toplanış yeri idi

2

.



Xəzər limanlarında yığışan mallar Zaqafqaziyadan su yolu

Kür və Rion çayları iləmi Qara dənizə aparılırdı, yoxsa Dərbənddən

Qafqaz vasitəsi ilə quru yolla daşınırdı? Alman tarixçisi Heyd bu

suala belə cavab verir: "Zənnimizcə, axırıncı yol şübhəli görünür.

Bərzəx əhalisinin siyasi və dini cəhətdən Yunan imperiyasına bağlı

olan xristian hissəsi ilə Xəzər dənizinin cənub-qərb hissəsinin sahibi

olan müsəlmanlar arasında antaqonizm var idi və bu cəhət ticarət

əlaqələrinə o qədər də  əlverişli şərait yaratmırdı

3

. Bundan əlavə,



xristian Gürcüstanına ərəblərin çoxlu basqınları quru yolları o qədər

də etibarlı etmirdi. Nəhayət, müxtəlif tayfaların yaşadığı Qafqaz

sıldırım və  əyri-üyrü cığırları ticarət yolu salmaq üçün heç də

münasib deyildi. Beləliklə, Xəzər dənizi sahilində yaşayanlar çətin

1

Əl-Bəlazuri, səh. 206.



2

A.Şeyxsəidov. Xristianlığın və islamın Dağıstana sirayət etməsi

haqqında, səh. 67.

3

Doğrudan da, D.Q.Kapanadzenin (“Грузинская  нумизматика”,



Тбилиси, 1953) əsərindən gördüyümüz kimi, Qərbi Gürcüstanda ərəb pulları

məlum deyildir. Bunu SSRİ ərazisində sikkə dəfinələrinin topoqrafıyası təsdiq edir.

B a x:  P.P.Фасмер. Завалишинский клад куфических монет VIIl-IX вв., стр. 1-

19.


197

ki, Qafqazın quru yolları ilə ticarətə gedəydilər, çünki Volqa

vasitəsilə limana getmək üçün geniş yollar onların üzünə açıq idi"

1

.



Azərbaycan tacirləri, habelə, bu ölkədən keçən ərəb tacirləri

Volqa ilə yuxarı qalxaraq, şimala doğru bulqarlara tərəf gedirdilər

2

.

Bu tacirlər orada öz mallarının



1

/

10



dəyəri hesabilə gömrük verir və

yaxşı sövdə edirdilər, çünki islam dinini qəbul edən bulqarlar ticarət

işlərinə mane olmurdular

3

. Bulqar və burtaslardan Azərbaycan, Arran



və bütün Xilafət bazarlarına samur, dələ və tülkü xəzi xəz papaq, ox,

balıq yapışqanı, qılınc, zirehli geyim, slavyan qullar mis, mum və s.

gəlirdi

4

.



Ərəblər bizanslıların Qara dənizdən keçən əsas ticarət

yollarını pozaraq, bu yolları şərqə, Xəzərə tərəf keçirmişdilər; bu isə

Xəzər ətrafındakı  şəhərlərin coşqun inkişafına səbəb olnıuşdu.

Ərəblər Xəzər dənizi - Volqa ticarət yolunu nəzarət altına almağa

başladılar

5

, o zamana qədər isə bu yol Bizansın əlində idi. Ərəblərin



hərbi siyasəti də böyük cənub-şimal ticarət yolunun cinahını

qorumağa yönəldilmişdi, ərəblər şimalda Tiflisdən Dərbəndədək

geniş  ərazini öz əllərində tutduqlarına görə onların bu siyasəti

müvəffəqiyyətli idi. Ərəblər Bizansən dayağı olan xəzərləri məğlub

etmişdilər və artıq onlar yeni ticarət magistralı üçün ciddi bir təhlükə

təşkil etmirdilər. Xəzər dənizində bütün limanlar ərəblərin əlində idi

və ibn Havqəlin dediyinə görə bu limanlara "tez-tez bir limandan

başqasına gedən tacir gəmiləri gəlirdi"

6

.

1



Xəzərdən Qafqaz bərzəxi ilə Qara dənizə ticarət yolu haqqında

Z.İ.Yampolskinin məqaləsinə bax.

2

Ət-Tənuhi. Nişvar, səh. 282-284.



3

İbn Rusta, səh. 140-141.

4

Əl-Müqəddəsi, səh. 324-325; П.Савельев. Торговля волжских булгар.



ЖМНП,  1886,  №  8;  А.П.Ковалевский.  Книга  Ахмеда  ибн  Фадлана  и  его

путешествия на Волгу в 921-922 гг. Харьков, 1956.

5

Б.Н.Заходер. Из истории волжско-каспийских связей древней Руси.



СВ, 1955, №3, стр. 108-118.

6

İbn Havqəl. BGA, II, səh. 386-398.



198

Sonralar, X əsrdə Xilafətin qüdrəti tənəzzülə uğradıqda

rusların gəmiləri Xəzər hövzəsinə soxulmağa başladı; dənizdə

cəsarətli reydlər keçirən bu gəmilər hətta Arranın paytaxtı Bərdəyə

də gəlib çatırdı (943-944)

1

.



Xilafətin ruslarla ticarəti haqqında olduqca çox məlumat

vardır. İbn Xordadbeh göstərir ki, rus tacirləri Volqa ilə aşağı enərək,

Xəzər dənizinin cənub sahillərinə gəlir və oradan öz mallarını

dəvələrə yükləyib Bağdada gedirdilər. Orada ruslar kafir hesab

edildiklərinə görə öz mallarına gömrük verməkdən əlavə bir də cizyə

verirdilər

2

. Ruslar Novqoroddan dələ dərisi, xəz və qul gətirirdilər



3

.

Xilafətdən gələn tacirlər Xəzər hövzəsi ilə bilavasitə Kiyevlə ticarət



edirdilər

4

. Baltik dənizi sahillərindən Xilafətə kəhrəba aparılırdı



5

.

Pskov ətrafında, Volqa hövzəsində Yaroslavl, Vladimir və



Kazanda, Dnepr sahillərində, Vitebskdə və Baltik dənizi sahillərində

tapılan sikkə dəfinələri Xilafətin Rus dövləti ilə geniş ticarət əlaqələri

saxladığını göstərir

6

.



Arrandan, o zaman məşhur olan toxunma mallar aparılırdı.

Bu mallar Dərbənd yolu ilə müxtəlif ölkələrə gedirdi, çünki bu şəhər

toxucu müəssisələrinin məhsulu üçün bölüşdürücü məntəqə idi

7

.



Arran Xilafətin bütün bazarlarında çox tələb olunan boyaq və zəfəran

ixrac edən bir ölkə kimi də məşhur idi. Arran ixracatının xüsusi

maddəsini qızıl boyaq təşkil edirdi. "Bab ül-Əbvabdan Tiflisədək

bütün Ran ölkəsində yerdə boyaq bitir və burada onu külli miqdarda

yığırlar. Bu məhsul su yolu ilə Xəzərdən Cürcana, oradan da

karvanla Hindistana göndərilir. Bu məhsul öz keyfıyyətinə görə

1

D.S.Margoliouth. The Russian Seisure..., p. 82-95; А.Ю.Якубовский.



Ибн Мискавейх о походе руссов на Берда’a/

2

İbn Xordadbeh, səh. 154.



3

İbn Rusa, səh. 145.

4

İbn Havqəl, səh. 392, 397; əl-İstəxri, səh. 225-226.



5

Əl-Mərvəzi, səh. 16-17; əl-Məsudi, II, səh. 15-18.

6

 Р.Р.Фасмер. Завалишинский клад, стр. 10-19



7

А.Мюллер. История ислама, т. II, стр. 161.



199

bütün digər boyaqlardan üstündü

1

. Arrandan nərə balığı kürüsü də



ixrac edirdilər

2

.



Yuxarıda qeyd edildiyi kimi, Arran və Xilafət tarixində çox

böyük rol oynayan Bərdə Xilafətin bu rayonunda ən əhəmiyyətli bir

şəhər idi. Bartold göstərmişdir ki, Bərdə  ərəblərin Zaqafqaziyadakı

əməliyyatı və bütün ticarət yollarının mərkəzi və kəsişdiyi yer, şimal

ilə tranzit ticarətinin mərkəzi idi

3

.  M.Kalankatukluya  görə  bu  şəhər



Sasani şahı Perozun (Pərvizin) (459-488) əmrinə əsasən padşah Vaçe

tərəfindən salınmışdır

4

. Bəlazuri bildirir: "Kavad... Arranda bütün



ölkənin [baş  şəhəri] Bərdə  şəhərini saldı"

5

. Həmdullah əl-Qəzvini



yazır ki, Bərdəni Makedoniyalı İskəndər salmışdır, sonralar isə şəhəri

Sasani Kavad (Qubad) abadlaşdırmışdır

6

. Mirxond Bərdənin əsasının



əsasının qoyulmasını Kavadın (Qubadın) şahlığı dövrünə, yəni V

əsrə aid edir

7

. Bu axırıncı tarix M.Kalankatuklunun verdiyi belə bir



məlumatla təsdiq olunur ki, padşah Vaçaqanın hökmranlığı dövründə

(başlanğıcı 487-488-ci ildir) onun çağırdığı Aquen dini yığıncağında

Partav arxiyepskopu Şupxakişo və Partav (Bərdə) keşişi Mate iştirak

edirdilər

8

.

İranla Bizans arasında gedən müharibələr zamanı Bərdə 628-



ci ildə Bizansın müttəfiqi olan xəzərlər tərəfindən dağıdılmışdı.

Şəhər yalnız birinci Əməvi xəlifəsi Müaviyə dövründə (661-680)

Arran  hakimi  Əbd  ül-Əziz  ibn  Hatəm  tərəfindən  bərpa  edildi;  o,

"Bərdəni bərpa etdi, başqalarının dediyinə görə isə şəhəri tikdirdi və

ətrafında möhkəm xəndək qazdırdı, çünki ondan əvvəl şəhər

1

Əl-İdrisi. Nüzhət əl-Muştaq, Leninqrad Dövlət kitabxanası, № 176, vər.



101 b.

2

Əl-Məsudi, I, səh.438.



3

В.В.Бартольд. Историко-географический обзор Ирана, стр. 151.

4

История Агван, стр. 32, 141, 143/25, 113, 115.



5

Əl-Bəlazuri, səh. 193.

6

The Geographical Part of the Nuzhat al-Qulub, p. 91.



7

Mirhond. Rövzat əs-səfa, c. I, Bombey, 1271 h, səh. 233.

8

История Агван, стр. 65, 66/50.



200

tamamilə dağıdılmışdı". Bəziləri belə güman edirlər ki, Bərdəni Əbd

ül-Malik ibn Mərvanın xəlifəliyi zamanı Məhəmməd ibn Maraği

təsis  etmişdir.  Vaqidi  bildirir  ki,  "Əbd  ül-Malik  Bərdə  şəhərini

Hatəm ibn ən-Nöman əl-Bəxilinin və ya onun oğlunun köməyi ilə

inşa (bərpa-Z.S.)etmişdir"

1

.

Cəlaləddin əs-Suyuti təsdiq edir ki, Bərdə "hicri 85 (704)-ci



ildə  Əbd  ül-Əziz  ibn  Hatəm  tərəfindən  təsis  (bərpa  - Z.B.)

edilmişdi"

2

.

Bərdənin ərəblər tərəfindən salındığı barədə  əlbəttə, danışıq



ola bilməz, çünki hələ Sasanilər dövründə tarixçi şəhəri "böyük"

adlandırmışdı və bu şəhər Arranın paytaxtı idi

3

. Ərəblər Arranı işğal



etməzdən əvvəl, İran mərzbanlarının

4

 və  552-553-cü  illərdə



katolikosların Çoqadan köçürülmüş patriarx taxtının iqamətgahı

Bərdədə idi. Ərəblər ölkəni işğal etdikdən sonra knyaz taxtı ilə

birlikdə xəlifə canişinlərinin də iqamətgahı Bərdədə idi.

Əməvilərin hökmranlığı dövründə  ərəblər Arranın daxili

işlərinə demək olar ki, qarışmayıb, ölkədən bac almaqla

kifayətləndikləri halda, 752-ci ildə Abbasilərin dövründə "Ağvan

knyazlarının” əlindən alınan Bərdə Arran vilayətinin paytaxtı oldu və

bu zamandan şəhər ərəblərin tam nəzarəti altına keçdi. Xəlifə

Mənsurun hökmranlığı dövründə canişin Yəzid ibn Useyd olanda,

Bərdənin öz sikkəxanası var idi və burada "Bərdə" möhürü ilə pul

kəsilirdi

5

. Lakin M.Kalankatuklu bildirir ki, hələ 160 (712)-cı ildə



canişin Əbd ül-Əziz ibn Hatəm əl-Bəxili Bərdədə qalmışdı

6

 və bu



əhvalat xəlifə II Validin (705-715) hökmranlığı dövründə baş

vermişdi.  Buna  görə  belə  güman  etmək  olar  ki,  ərəb  sikkəxanası

1

 ƏI-Bəlazuri, səh. 205; əz-Zəhabi, səh. 43.



2

History of the Caliphs..., p. 321.

3

История Агван, стр. 6, 32, 90, 135, 240; К.Гандзакеци. история, стр.



101.

4

История Агван, стр. 121/96.



5

Е.А.Пахомов. Монеты Азербайджана, стр. 60.

6

История Агван, стр. 260/208.



201

Bərdədə çoxdan var idi, çünki "Arran" möhürü ilə hicri 89 (707-

708)-cu il tarixli sikkələr vardır

1

.



Sasanilər dövründəki Bərdənin əzəməti haqqında

M.Kalankatuklunun verdiyi yazılı məlumat istisna olmaqla, əlimizdə

bu şəhərin həyatı barəsində başqa təfsilat yoxdur, çünki hələ 1934-cü

ildə Y.A.Paxomov qeyd etmişdi ki, "ərəblərdən əvvəlki Partavdan

hələlik sikkə puldan başqa beç bir şey tapılmamışdır. Ərəblərin

dövründəki şəhərdən yalnız, torpağın altında qalan binaların

bünövrəsi..., qurumuş suvarma kanalları, bir neçə on il bundan əvvəl

bəzi yerlərdə küçələrin istiqamətini göstərə bilən qeyri-müəyyən

təpələr, qab-qacaq qırıntıları, sikkə pul və i.a. qalmışdır"

2

.



Xristian ruhanilərinin köməyi ilə Arranda öz təşəbbüslərini

həyata keçirən ərəblər bu yardımdan istifadə etmək zərurətinin

aradan qalxdığını görəndən sonra katolikosluq Bərdədən

uzaqlaşdırıldı və katolikos Ovanesin dövründə (797- 822) patriarx

taxtı Berdakura köçürüldü

3

.



Bütün ərəb tarixçiləri Bərdənin əhəmiyyəti və əzəmətini qeyd

edirlər. "Bərdə  şəhəri Arranın paytaxtı və bu ölkənin mərkəzidir.

Bərdə qədim zamanlardan böyük şəhər olmuşdur; onun uzunluğu

təqribən bir fərsəx, eni isə fərsəxdən bir qədər az idi. Əkin və

meyyələri bol, ağac və suları çox olan sağlam, çiçəklənən bir

şəhərdir. Iraqla Təbəristan arasında Rey və  İsfahandan sonra, öz

mövqeyinə görə, öz əkinləri, bazarları, karvansaraları, malları və

ticarətinə görə ondan daha böyük, daha artıq çiçəklənən, daha gözəl

bir şəhər yoxdur. Bərdədən çoxlu ipək ixrac edilir. Baramaqurdunu

tut ağacı ilə bəsləyirlər. Onun [ipəyin] çoxu buradan Fars və

Xuzistana göndərilir. Bərdənin [məşhur] darvazalarından biri

"Kürdlər darvazası"dır, onun yanında sahəsi bir fərsəx olub "el-

1

Е.А.Пахомов. Монеты  Азербайджана, стр. 43; müqayisə et:



В.М.Сысоев. Берда'a, стр. 56.

2

Е.А.Пахомов. Башни и мавзолеи в Барде, стр. 82.



3

История  Агван, стр. 282/230; К.Гандзакеци. История, стр. 102.

Bərdənin tarixi haqqında daha ətraflı məlumat üçün b a x : Л.П.Ташчьян.

Средневековая Барда в период расцвета, стр. 52-61.



202

Kurkiy bazarı"

1

 adlı bir bazar vardır. Hər bazar günü bütün



ölkələrdən gələn camaat bazara yığılır və alver edirlər. Bərdə came

məscidində bu diyarın beyt ül-malı vardır; bu beyt ül-mal Əməvilərin

Misirdəki beyt ül-mallarının eynidir"

2

.



Bərdədə hazırlanıb buradan ixrac edilən mallar, habelə bu

yerin kənd təsərrüfatı məhsulları haqqında İstəxrinin verdiyi məlumat

maraqlıdır: "[Bərdədən] bir fərsəxdən az uzaqlıqda əl-Əndərab adlı

bir yer vardır ki, bu da Qarna, Lasub və Yəqtan arasında yerləşir və

sahəsi bir günlük yoldan artıqdır. Bu yerin bağ və bostanları boldur.

Burada hər cür meyvə yetişir, bunlardan əl-bunduq [fındıq]

Səmərqənddəkindən yaxşıdır. Oradakı  əş-şahibbəllüt [şabalıd]

Suriyadakından gözəldir. Onlarda ər-ruqal [zoğal] adlı bir meyvə

vardır ki, əl-ğubeyrə [zeytuna] oxşayır. Onun içərisində çəyirdəyi

vardır. Bu meyvə yetişəndə  şirindir, lakin kalı acıdır. Əş-şahibəllut

qozun yarısı boydadır, dadı  əl-bunduq və  ər-rutəb [təzə xurma]

kimidir. Bərdədə Labusdan gətirilən əla keyfıyyətli ət-tin [əncir]

vardır. [Bərdədən] çoxlu barama [əl-əbrişəm] aparılır,

baramaqurdunu isə orada geniş tut ağaclıqlarında bəsləyirlər.

Buradan Fars və Xuzistana çoxlu ipək ixrac edirlər.

Bərdənin üçdə bir fərsəxliyində əl-Kurr (Kür) çayı [axır]. Əl-

Kurr çayında isə  əs-surmahi balığı vardır ki, duza qoyulmuş halda

müxtəlif ölkələrə göndərilir. Əl-Kurr çayından habelə əz-zərəkan və

əl-əşubə adlı balıq tutulur. Bu diyarda həmin balıqların hər ikisi digər

balıqlardan üstün hesab edilir. Bərdədən həmçinin qoşqu heyvanı və

boyaq ixrac edilir"

3

.



Ərəb müəlliflərinin məlumatına görə

4

, Azərbaycanın ən



böyük şəhərlərindən biri Ərdəbil idi; bu şəhər demək olar həmişə

1

Yunanca bazar, bazar günü deməkdir.



2

İbn Havqəl, BGA, II, səh. 337-339; əl-İstəxri, BGA, I, səh. 182-184; əl-

Müqəddəsi, BGA, III, səh. 379; "Bərdə bu vilayətin Bağdadıdır"; Hüdud əl-Aləm,

səh. 113.

3

İstəxri, səh. 182, 183, 184, 218; müqayisə et: Ibn Havqəl, səh. 388.



4

İstəxri, səh. 181; ibn Havqəl, səh. 335; Hüdud əl-Aləm, səh. 142. 154



203

ölkə hökmdarlarının iqamətgahı olmuşdur. IX əsrin axırlarında

şəhərin sahəsi üçdə iki fərsəx idi. Onun ətrafına hasar çəkilmişdi, üç

darvazası var idi. Şəhər gözəl idi və ərzaq qiymətlərinin ucuzluğu ilə

şöhrət qazanmışdı. Ərdəbildə və onun ətraf mahalında 50 çörək bir

dirhəm, batman yarım (1,4 kq) ətin qiyməti də bir dirhəm idi. Bal,

ərinmiş yağ, qoz, kişmiş və bütün qida maddələri o qədər ucuz idi ki,

bunları az qala müftə verirdilər. Ərdəbilin yaxınlığında güclü

istehkamları olan böyük Kursara qalası vardı. Geniş vilayətlər və

çiçəklənən kəndlər bu qalanınkı idi. Hər ay müəyyən vaxtda (hər

yeni ay çıxanda) burada böyük bir bazar açılırdı. Əslində bu, bazarlar

kompleksi idi, çünki Kursara bazarı orta əsrlərə məxsus ən böyük

yarmarka idi. İbn Havqəl özü burada olmuş və bazarı çox gözəl

təsvir etmişdir: "Mən bu bazara [yarmarkaya] çoxdan bələdəm və

hələ gənc ikən orada olmuşam. Buraya müxtəlif ölkələrin camaatı

toplanır. Onlar buraya mal, satlıq şey, parça, mücrü [səqət], əl-

bərbixar [?], ətriyyat, keçə, qul, sərrac məmulatı, sərrac alətləri ilə

çox hazırlanmış yəhər, qılınc, kisə, bəzək şeyləri, silah asmaq üçün

Marağa gönündən hazırlanmış kəmər gətirirdilər. Orada İraqdan

gətirilmiş latun, saf qızıl və gümüşdən qayırılmış məmulat, at, qatır,

uzunqulaq, qaramal və davar var idi. Əgər biri desəydi ki, bu torpaq

və vilayət vəqf torpaqlarından genişdir və burada olan şeylərin

hamısı onun çöllərində, dağlarında, hüdudunda külli miqdardadır,

sadaladığım və nəzərdə tutduğum müxtəlif şeylərdən daha çoxdur;

hər halda mən bunu ayrıca yoxlayıb təsdiq etmədən inanmazdım,

hərçənd vəqf torpaqları Araratadək üç fərsəx uzanır.

Yarmarkaya gələnlərin arasında Azərbaycan tacirləri və

torpaq sahiblərinin başçısı  Əbu Əhməd ibn Əbd ür-Rəhman əş-Şizi

əl-Maraği də var idi. Onun katibi Əbü-1-fəth ibn Mehdi ona dedi:

"Əbu İshaq əl-Macardani öz mal-qarasını satıb oraya getdi və [ona

tapşırılmış] mal-qaramızı bizə qaytarmadı". [Əbu Əhməd] soruşdu:

"O nə qədər satdı?" Katib cavab verdi: "Yüz min baş". Mən Əbu

Əhməd-dən xahiş etdim bunu bir neçə dəfə təkrar və təsdiq etsin. O

dedi: "Sən başa düşdünmü? Əbu Əhməd bazar olmayan bu yerdən

bir milyon qoyunla çıxıb getdi". Mən ondan xahiş etdim, bu sözləri


204

bir də təkrar etsin. O dedi: "Bəli! Şueyb də eyni miqdarda

[qoyunla]”

1

.



Arranın başqa böyük şəhəri Gəncə idi. Bu şəhərin meydana

gəlməsi barəsində çoxlu fıkir irəli sürülür. İ.M.Cəfərzadə belə hesab

edir ki, Gəncə "həmin yerdə, özünün inkişaf etmiş mədəniyyəti olan

qədim yaşayış məntəqəsindən" əmələ gəlmişdir

2

. Gəncənin əmələ



gəlməsi barəsində orta əsr müəlliflərinin verdiyi məlumatı və

tədqiqatçıların mülahizələrini bildirməyi zəruri hesab edirik. Hələ

XVIII əsrdə V.Bezmenov rəvayət əsasında belə bir fikir irəli

sürmüşdü ki, Gəncə Makedoniyalı  İskəndər tərəfindən salınmışdır

3

.

Başqa bir müəllif belə hesab edir ki, şəhər eramızdan əvvəl II əsrlə



eramızın IV əsri arasındakı dövrdə  əmələ gəlmişdir

4

.



Y.A.Hagemeyster belə güman edirdi ki, Gəncə Bərdədən və

Beyləqandan qədimdir

5

. İ.Şopen də eyni məzmunda fikir irəli



sürmüşdür. "Bərdədən yaxın məsafədə başqa bir şəhər, yəni Gəncə

inkişaf edirdi ki, onun da başına növbə ilə eyni hadisələr gəlirdi.

Onların mənşəyi, gərək ki, bir-birinin eynidir"

6

. Mənbələrə baxılsa,



Gəncənin əmələ gəlməsinin ən qədim tarixini XV əsr müəllifı

Mirxond yazmışdır: şəhəri şah Kavad [Qubad] salmışdır

7

. Qəzvini



Gəncənin əsasının qoyulmasını hicri 39-cu ilə (659-660) aid edir

8

.



M.Kalankatukluda belə məlumat vardır: "Sonrakı qoşa illər keçəndən

sonra (yəni, erm. 287-ci il +2 + 2 = erm. 291 -ci il - eramızın 842/3-

cü ili] rəhmsiz və qəddar Xazr Patqos gəldi; o həmin ildə öldürüldü.

1

İbn Havqəl, səh. 351-352.



2

İ.M.Cəfərzadə. Qədim Gəncənin tarixi arxeoloji oçerki, səh. 102.

3

В.Безменов. Материалы  для  древней  географии  Закавказья  по



персидскому сочинению "Зинет-уль-таджлис", т. I, 1822-1823, стр. 135.

4

Русские города”, стр. 37.



5

Ю.А.Гагемейстер. Новые очерки Закавказья, стр. 87.

6

И.Шопен. Новые  заметки  на  древние  истории  Кавказа  и  его



обитателей, стр. 486.

7

Mirxond, səh. 233,



8

Həmdulla Qəzvini, səh. 91; V.V.Bartold (Ganja, El) belə zənn edir ki,

hicri 39, yəqin hicri 239-cu ilin qısaldılmışıdır.


205

Onun oğlu [Məhəmməd] ölkəmizə gəlib onu qılıncdan keçirərək əsir

apardı, bir çox kilsəni yandırdıqdan sonra Bağdada getdi. Yenidən

şahın fərmanı və xəzinəsi ilə oraya gəldi və Arşakaşen vilayətində

Dandzak şəhərini tikib qurtardı”

1

.



Nəhayət, "Dərbəndnamə"də belə məlumat vardır ki, Gəncə

VII əsrin axırı - VIII əsrin əwəllərində var idi

2

. Lakin bunu heç bir



ərəb müəllifı təsdiq etmir.

Gəncənin nə zaman əmələ gəldiyi haqqında fıkir yürütmək

üçün bir cəhət daha vardır ki, bu da hicri 94 (712-713)-cü ildə

Gəncədə kəsilmiş dirhəmdir. Lakin Y.A.Paxomov belə güman edir

ki, "gələcək şəhərin yerində hələ VIII əsrin əvvəllərində eyni adda

salınmış bir yaşayış məntəqəsi var idi; ola bilər canişin qoşunları

yolüstü burada qalmışlar və onlarla müvəqqəti səfər sikkəxanası var

imiş"


3

.

Münəccimbaşının əsərinə daxil olan "Şərvan və  əl-Babın



tarixi"ndə Gəncənin tikilməsi barəsində belə məlumat vardır: "245

(859)-ci ildə [Məhəmməd ibn Xalid ibn Yəzid ibn Məzyəd] Arran

vilayətində Gəncə şəhərini tikdirdi. Bu şəhərin salınmasına səbəb bu

idi ki, o, Cubant (Xunan?) yaxınlığında üç təpə olan yerdə qaldığı

zaman, üç gecə dalbadal [yuxu görür ki]; ortadakı təpədə xəzinə

(gənc) vardır və ucadan bir səs ona deyir: "Təpəyə qalx və atını orada

saxla, sənin atın dırnağı ilə yeri döyəcləyəndə, əmr et, bu yeri

qazsınlar və orada nə varsa çıxart, tapdığınla şəhər sal və adını qoy

Gəncə ("Xəzinə"), O belə də etdi və üç qazan tapdı, biri ağzınadək

dinarla, ikisi dirhəmlə dolu idi. Həmin pulla Gəncə şəhərini saldı və

Bağdada qayıdaraq xəlifəyə xəzinə və şəhər haqqında məlumat verdi.

Xəlifə belə dedi: "Məni bu şəhər əsla maraqlandırmır, sən mənə nağd

pulu gətir". Məhəmməd ona pul [vermək] boyun oldu ki, əvəzində

1

История  Агван, стр. 270/218. erm. 291 (300.4. 842-29,4. 843)-ci il.



Xazr (Xald) Patqos Xalid İbn Yəzid ibn Məzyad; V.Minorsky. A Hisfory of

Sharvan and Darband, p. 57.

2

Dərbəndnamə, səh. 513.



3

Е.А.Пахомов. Монеты Азербайджана, стр. 46.



206

xəlifə ona və onun varislərinə  şəhəri və indiyədək "xalidiyyə"

adlanan məşhur malikanələri bağışlasın. Xəlifə bunu təsdiq etdi,

Məhəmməd də Gəncəyə qayıtdı"

1

.

J.A.Manandyan şəhərin salınması tarixi üçün 844-cü ili



göstərir

2

.



Beləliklə, biz Gəncənin əmələ gəlməsi haqqında müxtəlif

tarixlərlə qarşılaşırıq

3

.  Lakin  şəhərin  tarixi  ilə  məşğul  olan



müəlliflərdən heç biri onun əmələ gəlməsinin dürüst tarixini göstərə

bilməmişdir. İ.M.Cəfərzadə belə hesab edir ki, Gəncə Sasani Kavad

(Qubad) tərəfindən tikilməmiş, VII əsrdə (hicri 39-cu ildə) ərəblər

tərəfindən salınmamış və "IX əsrdə Abbasilər sülaləsindən olan

Bağdad xəlifəsinin fərmanı ilə"

4

 inşa edilməmişdir,  əksinə, bu



tarixlərdən çox əvvəl mövcud olmuşdur.

Nə deyilirsə deyilsin, əhəmiyyətli ticarət şəhəri olan Gəncə

yalnız 944-cü ildə Bərdə  şəhərinin ruslar tərəfindən darmadağın

edilməsi ilə  əlaqədar olaraq Bərdənin əhəmiyyəti düşdükdən sonra

məşhur olmuşdur.

Dərbənd şəhəri Xilafətlə  şimal ölkələri arasında mal

mübadiləsində böyük rol oynayırdı. Xəlifələr Dərbəndin strateji və

ticarət nöqteyi-nəzərindən xüsusi əhəmiyyətini nəzərə alaraq burada

azad şəhərə oxşar bir idarə orqanı qurmuşdular; bu orqana əmirlər,

yaxud rəislər şurası başçılıq edirdi. Hələ 736-cı ildə Əsəd ibn Zafirin

başçılığı ilə xəlifə Hişam tərəfindən Dərbəndə göndərilən 400 əmir

şəhərin bu cür idarə orqanının əsasını qoydu. Şəhərin başçısı

(rəislərin rəisi) öz işində nizamnamə və ya hərəkət dəstur ül-əməli ilə

məhdud edilmişdi. Şəhərin bu cür xüsusi vəziyyəti bir də ondan irəli

gəlirdi ki, Dərbənd qarnizonu ilə sərhəd qalalarındakı qarnizonlar

xəzinədən maaş almayıb, yerli idarənin hesabına dolanırdı. Buna

1

 V.Minorsky. A History of Sharvan and Darband, p. 3-4



2

Я.А.Манандян. О  торговле  и  городах  Армении  в  связи  с  мировой

торговлей древных времен, Ереван, 1954, стр. 198.

3

М.М.Альтман. О  времени  возникновения  Гянджи  как  города, стр.



81-85.

4

İ.M.Cəfərzade. Sitat gətirilən əsəri, səh. 102.



207

görə də bir sıra vilayətlər, Abşeronun neft və duz mədənlərinin gəliri

xəlifələrin sərəncamı ilə vəqf olaraq sərhəd qoşunlarına verilmişdi.

Dərbəndin rəislər rəisinə  əmr edilirdi ki, şəhərin mühafızəsinə,

qayda-qanuna və təmizliyinə nəzarət etsin. "Əgər hakim əhalidən

xərac, üşr və paltar vergisi alarsa, ya da Dərbəndin qazılarını hər

hansı bir mükəlləfıyyət daşımağa məcbur edərsə, hakim vəzifəsindən

kənar ediləcəkdir. Əgər Dərbənd hakimi, qalanı müdafiə etməyə

qüdrəti olmazsa, əgər o, qədim məlum olmayan bir zülmlə  əhalini

sıxışdırarsa, vəzifədən çıxarılmalı və başqa hakim təyin edilməlidir.

Əgər Dərbəndin hakimi ölərsə, ya da əhaliyə zülm edərsə, bu şəhərə

ləyaqətli hakim gəlincəyədək rəislər onun yerinə müavin təyin

etməlidirlər. Əgər Dərbənd hakimi müəyyən adamları müharibəyə

göndərərsə, xəlifə Hişamın Əsəd ibn Zafirlə birlikdə Dərbəndə

göndərdiyi 400 nəfərdən birini [onlarla bərabər] göndərməlidir və bu

zaman digər qoşunlar şəhəri müdafiə etməlidirlər"

1

.

“Dərbəndnamə"yə görə, hətta Harun ər-Rəşidin özü şəhərdə



olmuşdur; o həm döyüşçülərin, həm də  şəhərin rifahı qeydinə

qalaraq, “əmr etdi ki, Rubas çayından bir neçə kanal çəkilsin,

nəticədə su şəhərin ətrafına gəldi. O, bağ və bostanlar saldı,

dəyirmanlar tikdirdi və bunların hamısını Dərbəndə vəqf etdi"

2

.

Demək lazımdır ki, Dərbəndin hakim dairələri Xilafətin təkcə



hərbi-strateji mənafeyini qorumaq deyil, həmçinin ticarət mənafeyini

də qoruyurdular, 739-cu ildə Məsləmə ibn Əbd ül-Malik sərəncam

vermişdi ki, "Xəzər tacirləri ticarət üçün Dərbəndə gəlsələr, şəhərdən

bir fərsəx aralı dayanmalı və orada alver etməlidirlər. Əgər Dərbənd

əhalisindən biri Xəzər ölkələrinə gedib ticarət etmək istəsə, ya öz

malının dəyərinin onda birini ödəməli, ya da ticarəti buraxmalıdır"

3

.

Şəhərə gələn Xəzər elçilərinin gözlərini bağlayırdılar ki, şəhərin



istehkam sistemindən bir şey başa düşə bilməsinlər. "Kafirlərdən heç

1

Dərbəndnamə, səh. 109; müqayisə et: В.В.Бартольд. Место



прикаспийских областей, стр. 27.

2

Dərbəndnamə, səh. 128.



3

Yenə orada, səh. 92-110.



208

kəs yanında müşayiətçi olmadan qalaya girməməlidir. Kafirlərdən

olan elçi qalaya gözü bağlı gətirilməli və eyni qaydada çıxarılmalıdır

ki, qalada heç bir şey, nə onun hasarlarını, nə də darvazalarını

görməsin"

1

.



Ticarət məqsədi ilə Xilafət ərazisinə, bu halda isə Dərbəndə

gələn yadellilərdən gömrük rüsumu alınırdı. Bu rüsumlar hələ xəlifə

Ömər ibn əl-Xəttabın hökmranlığı dovründə qoyulmuşdu; o, belə

sərəncam vermişdi: "Xarici [hərbi] tacirlər bizim torpaqlara gələndə,

onlardan on faiz alın, çünki digər ölkələrdə (dar ül-hərb)

müsəlmanlardan da eynilə o qədər alırlar. Zimmi tacirlərdən

[mallarının dəyərindən] beşdə bir, müsəlman tacirlərdən ümumi

dəyəri 200 dirhəm olanda beş dirhəm, sonrakı hər 40 dirhəmdən bir

dirhəm alın”

2

. Gətirilən əmtəə, habelə qul, heyvan və hər cür əşya



üzərinə qoyulan bu rüsumlar xəlifə xəzinəsinə çox böyük gəlir

verirdi. İbn Havqəlin verdiyi məlumata görə, gömrük rüsumları ildə

100 min dirhəmdən 1 milyon dirhəmədək gəlir verirdi

3

.



VIII-IX əsrlərdə genişlənən ticarət xəzinəyə böyük gəlir və

mənfəət verirdi. Lakin bu ticarətə çox pul qoyulması, bəzən də

qısamüddətli, ya da uzunmüddətli borc verilməsi tələb olunurdu ki,

bu da sələmçiliyin inkişafına kömək edirdi. M.Kalankatuklu göstərir

ki, Arranda faizlə pul borc verən adamlar olmuşdur

4

.



Şimala ticarət yolu Xilafətin paytaxtı Bağdaddan başlanıb,

Zəncan və  Ərdəbildən keçərək, Zaqafqaziya vasitəsi ilə xəzərlərə,

bulqarlara, burtaslara tərəf gedirdi. Ərdəbil mərkəzi qovşaq nöqtəsi

idi və Cənubi Azərbaycanda məsafə buradan başlanaraq ölçülürdü,

Şimali Azərbaycanda isə belə bir nöqtə Bərdə idi

5

.



1

Yenə orada, səh. 110.

2

Yəhya ibn Adəm. Kitab əl-Xərac, əl-Qahirə, səh. 173.



3

İbn Havqəl, səh. 104.

4

История  Агван, стр. 249/199; Müqayisə et: А.Якубовский. Ирак  на



грани VIII-IX вв., стр. 43.

5

Eyni zamanda biz münasib hesab edirik ki, ərəb mənbələrində



məsafənin ölçülməsi haqqında N.Karaulovun yazdığını burada qeyd edək.

Məsafənin dürüst olmamasının səbəbi budur ki, bunları "minik heyvanlarının yerişi

ilə ölçürdülər, ərəblər düzənlikdə yaşadıqlarına görə Qafqazın dağ yerlərinə səfər

1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə