AZƏrbaycan VII-IX əsrləRDƏ


 Şirvanşahlar - Məzyədilər dövləti



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə14/28
tarix13.06.2017
ölçüsü2,81 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   28

3. Şirvanşahlar - Məzyədilər dövləti

1

Yenə orada, səh. 149-150.



2

Ət-Təbəri, III, səh. 1416; İbn Miskəveyh, VII, səh. 548; İbn əl-Əsir, VII,

səh. 24; müqayisə et: V.Minorsky. Caucasica, IV, p.514

3

Əl-Bəlazuri, səh. 212; Vardan ("Всеобщая  история", стр. 103), Buğa



əl-Kəbirin hərəkətini təsvir edərək yazır: "Buğa əl-Kəbir Sünik knyazlarından

Vasakı,qardaşı Aşot ilə, Xaçen mahalında böyük knyaz Atrnersexi, Girdirnan

knyazı Ketritçi,Uti əyalətində isə Stepan Kliani, - onun nəsli Sevko-Ordik adını öz

əcdadından almışdır – və Axovan knyazı  İsaini tutub, hamısını  əmirin yanına

göndərdi"; müqayisə et:V.Minorsky. A History of Shirvan and Darband, p. 13.


246

Azərbaycan və xüsusilə Arran (Şirvan) tarixində  ərəb Rəbiə

tayfasının Şeyban qəbiləsi nümayəndələri böyük yer tutur; bunlar

əvvəlcə mərkəzi Bərdədə olan yarımmüstəqil əmirlik, sonralar isə XI

əsrədək yaşamış müstəqil Şirvanşahlar dövlətini yaratmağa müvəffəq

olmuşlar.

VIII əsrin 70-ci illərində Şeyban qəbiləsinin başçısı Məan ibn

Zaidin vəfatından sonra, Məanın öz uşaqları olduğu halda, onun

qardaşı oğlu Yəzid ibn Məzyəd qəbilə başçısı oldu. Məanın arvadı

ondan soruşanda ki, "Nə üçün sən öz qardaşın oğlu Yəzidi birinci

yerə irəli çəkir, öz uşaqlarını isə kənar edirsən, halbuki uşaqlarını

irəli çəksəydin, onlar da birinci yeri tuta bilərdilər?" Məan buna belə

cavab verdi: "Yəzid mənə yaxındır və mənim üçün oğul yerindədir.

Doğrudur, mənim oğullarım mənim üçün daha əzizdirlər, lakin mən

qardaşım oğlunda gördüyüm istedadı öz oğullarımda görmürəm. O

istəsə, mümkün olmayan şey mümkün olar, düşmən isə dost olar"

1

.

Məan haqlı idi; onun qardaşı oğlu Azərbaycan, xüsusilə



Şirvan tarixinə aid sonrakı hadisələrdə görkəmli rol oynadı. Təqribən

1100-cü ildə Dərbənddə tərtib edilən "Tarix" kitabının müəllifi

bildirir ki, Yəzid ibn Məzyəd ibn Zaid ibn Abdulla ibn Zaid ibn

Matar ibn Şüreyk ibn əs-Səlt, adı  Əmr ibn Qeys ibn Şuraxbil ibn

Xumam ibn Murra ibn Zuhl ibn Şeyban əş-Şeybani olan şəxs "adlı-

sanlı əmir və məşhur igidlərdən biri idi"

2

.

Xəlifə Harun ər-Rəşid taxta çıxan zaman Yəzid ibn Məzyəd



Zaqafqaziya vilayətlərinin hakimi idi, hərçənd ki, mənbələr onun bu

vəzifəyə təyin olunma tarixini göstərmir. Yəqin onu xəlifə Hadi

(785-786) təyin etmişdi, çünki xəlifə öz atası Mehdinin vəsiyyətini

pozaraq, qardaşı Harunu deyil, öz oğlunu özünə xələf təyin etdikdə,

Yəzid ibn Məzyəd onun tərəfıni saxlamış və digər sərkərdələrilə

birlikdə Harunu vəliəhd adından məhrum edərək, Cəfərə beyət

1

İbn Xallikan, II, səh. 423-424.



2

Füsul, səh. I.



247

etmişdi


1

. Harun ər-Rəşid taxta çıxandan bir il bir neçə aydan sonra

(788-ci ildə) Yəzid ibn Məzyədi Ermənistandan geri çağırdı və onun

yerinə öz qardaşı Ubeydullah ibn Mehdini təyin etdi

2

. Sikkələrə



görə, xəlifə Hadi Yəzidi ilk dəfə 786-cı ildə Ermənistan hakimi təyin

etmiş və Yəzid 788/9-cu ilədək bu vəzifədə qalmışdı

3

.

Gevondun verdiyi məlumata gorə, Ubeydullah “ölkəmizə



özbaşına iş görən, hiyləgər və Allahdan qorxmayan hakimlər təyin

edirdi: əvvəlcə Məzyəd oğlu Yəzidi, bir müddət keçəndən sonra isə

Əbd ül-Kəbiri (ibn Əbd ül-Həmid əI-Ədəvini)”

4

.



Harun ər-Rəşid Yəzidə inanmasa da onun xidməti olmadan

keçinə bilmirdi, odur ki, ikinci dəfə onu Azərbaycan, Arran və

Ermənistan hakimi təyin etdi, çünki Xilafətin həmin vilayətlərində

baş verən iğtişaşların öhdəsindən yalnız Yəzid gələ bilirdi. Yəzid

ikinci dəfə təyin olunduqdan sonra "hər tərəfdən Rəbiiləri oraya

köçürdü və hazırda (786-dan 788-ci ilədək - Z.B.) onlar orada [ərəb

əhalisinin] əsas hissəsini təşkil edirlər. Yəzid ölkəni elə möhkəm

idarə edirdi ki, heç kəs tərpənməyə qadir deyildi"

5

.

788/9-dan 792/3-cü ilədək Yəzid yenidən iş başında deyildir;



792/3-cü ildə isə Harun ər-Rəşid onu üçüncü dəfə həmin vilayətlərin

hakimi təyin etdi, çünki bu yerlərdə Xilafətə qarşı yenidən üsyan

qaldırmışdılar. Bu dəfə yerli əhalidən başqa, ərəb feodalları da

üsyanda iştirak edirdilər. Harun tərəfındən bu vilayətlərə hakim təyin

edilən əl-Fəzl ibn Yəhya ibn-Xalid əI-Bərməki "Bab ül-Əbvab

ölkəsinə gələn kimi Xamzin qalasına hücum etmiş, lakin qala əhalisi

1

Ət-Təbəri, III, səh. 634; müqayisə et:Weil. Geschichte der Chalifen, p.



100, 103-104, 126, 147, 158.

2

Əl-Təbəri, III, səh. 636; İbn əl-Əsir, VI, səh. 42-43.



3

Е.А.Пахомов. Монеты Азербайджана (dərc edilməmiş), vər. 168-169.

4

Gevond, səh. 115.



5

Əl-Yəqubi, II, səh. 515; Y.A.Paxomov (vər. 169) belə güman edir ki, bu

onun birinci hökmranlığı idi. Y.Zambar belə hesab edir ki, Yəzidin bu hökmranlığı

171(787-788)-ci ildə başlanmışdır, lakin sikkələr (Y.A.Paxomov, yenə orada) 170

(786-787)-ci il tarixini göstərir.


248

onu qaçmağa məcbur etmişdi; o isə heç bir şeyin qeydinə qalmadan o

qədər qaçmışdı ki, nəhayət gedib İraqa çıxmış, ölkədə isə öz yerinə

Ömər ibn Əyyub əl-Kənanini canişin qoymuşdu. Əl-Fəzl İraqa gələn

kimi, Əbu əs-Sabahı Arminiyaya xərac yığan, Səid ibn Məhəmməd

əl-Harranini isə ordu komandanı göndərdi. Əbu əs-Sabah [oraya]

çatan kimi, Bərdə  əhalisi üsyan qaldıraraq, onu öldürdülər. Sonra

Arminiya üsyan etdi, burada Əbu Müslim şərit çıxış  etdi

1

. Bunun


ardınca əl-Fəzl Xalid ibn Yəzid ibn Useyd əs-Sulamini hakim təyin

etdi və ona kömək üçün Əbd ül-Malik ibn Xalid əl-Xəraşinin

sərkərdəliyi altında 5 min nəfərlik bir dəstə göndərdi. Ruyanda onlar

Əbu Müslimlə vuruşdular və  Əbu Müslim onları qaçmağa məcbur

etdi, özü isə Kilab qalasına yürüş edib oranı aldı. Ər-Rəşid bundan

sonra əl-Abbas ibn Cərir ibn Yəzid ibn Abdullah əl-Bəcəlini

Arminiyaya hakim təyin etdi. O, Bərdəyə gələn kimi beyləqanlılar

ona qarşı üsyan qaldırdılar, lakin o, beyləqanlılara qarşı Bərdə

yaxınlığında möhkəmləndi. Əbu Müslimin əleyhinə [xəlifə] altı min

nəfərə [döyüşçüyə] başçılıq edən Mədan əl-Xumsini göndərdi. Onlar

üz-üzə gəldilər və aralarında gedən vuruşmada Mədan əl-Xumsi

öldürüldü. Əbu Müslim isə Dəbilə tərəf hərəkət etdi və dörd ay

1

Ə b u  M ü s l i m- xəlifələrdən Hadi və Harun ər-Rəşidin hökmranlığı



dövründə dəfələrlə üsyan qaldırmış məşhur xaricidir. Bəzi Dağıstan xalqlarının

müsəlmanlaşdırılması prosesi Əbu Müslimin adı ilə bağlıdır. Hətta "Əbu Müslimin

tarixi" əlyazmalarının siyahıları da vardır (A.R.Şeyxsəidov. X-XV əsrlərdə Cənubi

Dağıstanda islamın yayılması, səh. 137). KumuxdaXyumizit məscidində belə bir

yazı vardır: “162 (778)-ci ildə mömin Əbu Müslimin (Allah ona rəhmət eləsin)

buyuruğu ilə bu məscid Allah xatirinə tikilmişdir" (M.S.Seyidov. Dağıstan

Respublikasının Lak rayonlarında bəzi maddi mədəniyyət abidələri, səh. 122). Bu

Əbu Müslimin, Əməvilər sülaləsini devirməkdə fəal xadimlardən biri olan Əbu

Müslimlə heç bir münasibəti yoxdur. Lakin V.N.Xanıkov (N.Khanikoff. Memoire

sur les inscriptions musulmanes du Caucas, p. 85) və M.S.Seyidov ("Dağıstanda

Əbu Müslimin islam dinini yayması haqqında”, səh 42-51) deyəndə ki, Əbu

Müslim Dağıstanda olmamışdır, haqlı deyildilər. Bu sözlər, bizim Əbu Müslimə

deyil,  yalnız  Abbasilərin  tərəfdarı  olan  Əbu  Müslimə  aiddir.  Bu  barədə  b  a  x  :

A.R.Şeyxsəidov. Sitat gətirilən əsəri, səh. 147-148.



249

ərzində onu mühasirədə saxladı. Bundan sonra Beyləqana getdi və

orada yerləşdi"

1

.



Gördüyümüz kimi, bu vilayətlərdə üsyanlar yatırılmamışdı və

baş verə biləcək daha böyük qarışıqlıqlardan çəkinən Harun ər-Rəşid

yenidən Yəzid ibn Məzyədi yanına gətirmişdi. Xəlifə Yəzidi çağırıb

ona on min qoşun verdi və əmr etdi ki, üsyan etmiş vilayətlərə qarşı

hərəkət etsin. Orada Yəhya əl-Xəraşi 12 minlik bir ordu ilə ona

qoşuldu. Yəzid ibn Məzyəd üsyançılara divan tutdu, lakin az sonra

yenə işdən kənarda qaldı.

Xəlifə dördüncü dəfə 183 (799)-cü ildə Yəzidi Arminiya

hakimi təyin edərək, "Azərbaycan, Şirvan və Bab ül-Əbvab

hökmranlığını ona tapşırdı"

2

. Dərbənd "Tarix"i bildirir ki, bu iş



aşağıdakı hadisədən sonra oldu, o, xaricilərdən əl-Vəlid ibn Tarif əş-

Şeybaniyə qarşı edilən qalibiyyətli [müharibədə] böyük xidmət və

gözəl səy göstərir və Vəlidi 178 (794)-ci ildə öldürür. Bu Vəlid

mütəəsib xarici idi, Haruna qarşı çıxaraq, üsyan elan etmişdi. Əl-

Cəzirə vilayətində onun tərəfdarlarının sayı artmış və o, vilayəti

tutmuşdu. [Bir dəfə o, Harunun qoşunlarını  əzdikdən sonra] onun

təkəbbürü və pis əməlləri artdı; nəhayət, Harun Yəzid ibn Məzyədi

qoşunla onun üstünə göndərdi. Yəzid onun [Vəlidin] üstünə getdi,

onların arasında bir-birinin ardınca şiddətli vuruşmalar oldu. Sonra

onlar təkbətək vuruşdular. Yəzid ona qalib gəldi və onun ayağını

kəsdi. Sonra Yəzid 178-ci ildə deyildiyinə görə, 179 (795)-cu ildə əl-

Cəzirə  ərazinin əl-Həc adlı yerdə onun başını kəsdi. O, Harunun

yanında ləyaqətinə görə yüksəldi. Harun da onu, yuxarıda qeyd

etdiyimiz kimi, 183 (799)-cü ildə həmin vilayətlərin hakimi təyin

etdi"

3

.



Yəzid ibn Məzyədin əl-Vəlid üzərində qələbəsi, Harun ər-

Rəşidin ona olan münasibətini dəyişdirdi; o, Yəzidi özünə

1

Əl-Yəqubi, II, səh. 515-516.



2

Füsul, səh. 1; əI-Yəqubi, II, səh. 51; R.Fasmer (səh. 177) yanlış olaraq

bu təyinin 186 (802)-cı ildə olduğunu qeyd edir. Yəzid 185 (801)-ci ildə ölmüşdür.

3

Füsul, səh. 2; ət-Təbəri, III, səh. 638.



250

yaxınlaşdırdı və ona hörmət göstərməyə başladı. Yəzidin şöhrəti

bütün Xilafətə yayıldı və  şair Müslim ibn əl-Vəlid onun şərəfinə

mədhiyyə yazdı:

Əgər Yəzidlə onun ilkin igidlikləri olmasaydı,

Mürtəd Vəlid hələ çox yaşayardı!

Lakin xəlifə, bədən və başları ikiyə bölən

Bənu Matardan birisinin qılıncını çıxartdı.

O, (Yəzid) Xilafət və islamı qorudu.

Onları elə möhkəmlətdi, necə ki, aslan

Qoruyur balalarının yuvasını hər an

(Yəzid) bir ölümdür ki, Harun (ər-Rəşid) ən çətin

anlarda

Düşmənlərinin üstünə onu göndərir,



Vəlidi öldürmüş bənu Matardan elə bir qəhrəman ki,

Ağır günlərdə təhlükə ona ancaq cürət artırır.

Xilafətdən söhbət gedəndə, sən, ey Yəzid,

Olursan onun dayağı,

Abbasilər də - onun hökmdarları

1

.



"Onun  (Yəzidin  - Z.B.) gəlməsi ilə xalq sakitləşdi və ölkədə

qayda-qanun yarandı. O, nizariləri yəmənlilərlə bərabərləşdirdi,

padşahların (müluk) və patriklərin oğulları ilə məktublaşıb onlara

böyük ümidlər verdi. Ölkə də sakitləşdi"

2

.

Yəzid ibn Məzyəd ömrünün axırınadək Azərbaycanda



(Bərdədə) qaldı, 185 (801)-ci ildə öldü və Bərdədə basdırıldı

3

.



Beləliklə, Şirvanın birinci rəsmi məliki (padşahı), eyni

zamanda Azərbaycan, Ermənistan, Arran və Dərbənd hakimi Yəzid

ibn Məzyəd əş-Şeybani olmuşdur. Lakin bundan xeyli əvvəl "Şirvan

1

İbn Xallikan, II, səh. 420-421.



2

 Ət-Təbəri, III, səh. 648; əl-Yəqubi, II, səh. 517.

3

Ət-Təbəri, III, səh. 650; İbn əl-Əsir, IV, səh. 60; İbn Xallikan, II, səh.



427

251

məliki [padşahı]"

1

 Şamax ibn Şüca adlanırdı; o, xəlifə canişini Səid



ibn Səlmin hökmranlığı zamanı mərkəzi hakimiyyətin itaətindən

çıxmışdı


2

.

Yəzid ibn Məzyədin ölümündən sonra üç oğlu qalmışdı:



Əsəd, Xalid və Məhəmməd.

3

 Lakin sikkələrə görə fıkir yeridilərsə,



Yəzid hələ sağlığında Arranı idarə etməyi öz qardaşı  Əhməd ibn

Məzyədə və oğlu Əsəd ibn Yəzidə tapşırmışdı. Y.A.Paxomovun

verdiyi məlumata görə, Əhməd cəmi bir ilə yaxın hökmranlıq etdi

(800-cü ildə); bundan sonra Arran hakimiyyəti Əsədə keçir

4

, həm də


"atası öləndən sonra bir tək Arranda deyil, habelə Arminiyada və

Dəbildə  Əsədin adı ilə sikkə kəsilirdi"

5

. Atası öləndən sonra Əsəd



Harun ər-Rəşid tərəfindən Yəzidin vəzifəsinə təyin edilmişdi, lakin

Əsədin bıı vəzifədə nə qədər qaldığı dürüst müəyyən edilməmişdir.

Hər halda, Əsədin adı ilə kəsilən axırıncı sikkə 802-ci il tarixli

dirhəmdir

6

. Yenə həmin ildə Yəzidin digər oğlu Məhəmmədin adı ilə



bir neçə sikkə vardır ki, "sonrakı 187 (802/3)-ci ildə bunlar arasında

kəsilmədən davam edir"

7

.

Lakin Məhəmməd ibn Yəzidin fəaliyyəti Azərbaycandan



kənarda - Mosulda və Tarsusda xəlifə Harun ər-Rəşidin öldüyü 809-

cu ilə qədər davam etmişdi

8

. Xəlifə  Əminin dövründə  Əsəd ibn



Yəzid Azərbaycanın ilk canişini təyin edilir. Bu, Əsədin ikinci

hökmranlığıdır ki, 194 (809)-cü ildə kəsilən dirhəm pullar da həmin

vaxta aiddir

9

. Lakin bir il sonra (196-cı ildə) Əsəd, xəlifə taxtına



çıxmaq istəyən Məmunun əleyhinə çıxmaqdan imtina etdiyi üçün,

1

 V.Minorsky. A History of Sharvan and Darband, p. 22.



2

 Əl-Bəlazuri, səh. 210; əl-Yəqubi, II, səh. 518

3

Füsul Əsəd haqqında heç bir şey demir.



4

Y.A.Paxomov. Sitat gətirilən əsəri, vər.190.

5

Yenə orada, vər.192.



6

Ət-Təbəri, III, səh. 648; İbn əl-Əsir, VI, səh. 60; Y.A.Paxomov. Sitat

gətirilən əsəri, vər.195.

7

Əl-Bəlazuri, səh. 210; Y.A.Paxomov. Sitat gətirilən əsəri, vər.195.



8

Füsul, səh. 2.

9

Y.A.Paxomov. Sitat gətirilən əsəri, vər.220.



252

hakim vəzifəsindən çıxarılır və hətta həbs edilir. Bundan sonra Əmin

öz saray adamlarına müraciət edib onlardan soruşur: "Əsədin

ailəsində elə bir adam yoxdurmu onu əvəz etsin? Mən heç istəmirəm

onları [məzyədiləri] öz əleyhimə qaldırım, çünki onlar keçmişdə

[bizim xanədana] sədaqətlə xidmət edib, sadiq olmuşlar"

1

. Xəlifəyə



məzyədilərdən Əsədin əmisi Əhmədi nişan verdilər. Əmin ona əmr

etdi ki, ordunun komandanlığını öz öhdəsinə gotürüb Məmuna qarşı

çıxsm. Təqribən hamısı rəbiilərdən ibarət olan 12 minlik ordu

Hülvana çatanda dağıldı, Məmun isə müqavimət görmədən Bağdada

girdi, öz qardaşını öldürüb 813-cü ildə özünü xəlifə elan etdi.

Bundan sonra mənbələrdə nə Əsəd, nə də onun əmisi Əhməd

barəsində  heç  bir  şey  deyilmir.  Məmun,  xəlifə  sarayının  köhnə

ənənəsinə görə, məzyədilər xanədanı nümayəndələrinə etimad

göstərirdi, lakin 820-ci ilədək onlar heç bir inzibati vəzifə

tutmurdular. Məmun 205 (820)-ci ildə Xalid ibn Yəzid ibn Məzyəd-

əş-Şeybanini Azərbaycan, Arran və Ermənistan hakimi təyin etdi və

o, təyin olunduğu yerə getdi

2

. Lakin bu məlumat numizmatik



materiallarda təsdiq olunmur, çünki Xalidin adı üstündə olan sikkələr

yalnız 212 (827)-ci ildə buraxılır

3

.

Xalid ibn Yəzidin bu vəzifəyə təyin olunmasından əvvəl



aşağıdakı hadisələr baş vermişdi. Xilafətdə baş verən qarışıqlıqdan,

yəni iki qardaşın - Əmin və Məmunun taxt üstündə mübarizəsindən

istifadə edərək, Azərbaycan, Arran və Gürcüstanda Xilafətə qarşı

yenidən üsyan qaldırılır. Bu zaman (202/817-ci ildə) həmin

vilayətlərin hakimi Əbd ül-Əla ibn Əhməd əs-Sülami idi; özü də

"işgüzar deyildi və hərbi işlərdən beç bir şey başa düşmürdü". O,

sanarların köməyi ilə mütəğəllib Məhəmməd ibn Əttab  tərəfindən

məğlub edildi

4

. Məzyəd elə bu zaman Məmunun yadına düşmüşdü.



1

Ət-Təbəri, III, səh. 836.

2

Kartlis Sxovreba, səh. 253; "Ərəb Xəlil (Xalid) İzid (Yəzid) oğlu gəldi



s

Ermənistan Kartli və Xeretini tutdu".

3

Y.A.Paxomov. Sitat gətirilən əsəri, vər. 252



4

Əl-Yəqubi, II, səh.541-542.



253

Xalid hələ Bərdəyə gedərkən Səhl ibn Sumbatın vilayəti

Şəkidə itaətdən çıxan əhalinin üsyanını yatırmalı oldu. Xalid Kasala

(Qazağa) gəlib Məhəmməd ibn Əttabla vuruşmaq üçün hazırlaşmağa

başladı, lakin o, Xalidin yanına gəlib ondan aman istədi. "Xalid də

ona aman verib soruşdu: "Sanarlar sənə tabe olurlarmı?" "Yox, -deyə

Məhəmməd cavab verdi, - onlar mənə tabe olmurlar". Onda Xalid

onların üstünə getdi. Curzanda onlarla bərk vuruşub, qaçmağa

məcbur etdi və onların mal-qarasını tutdu. Sonra Xalid onlara sülh

bağlamağı təklif etdi, onlar da sülh bağlayıb 3 min madyan at və 20

min qoyun verməyi öhdələrinə götürdülər"

1

. Lakin bir müddət sonra



ona qarşı "gürcülər üsyan qaldırdılar, Xalid bir müddət də onların

üstünə getdi və orada sanarlarla vuruşdu. Onlara qalib gəldi və

onlardan çox adam qırdı. Sonra onların içərisindən bir qədər girov

adam götürdü və onları dara çəkdi

2

.

Gürcü və erməni mənbələrindən məlum olduğu kimi,



Məhəmməd ibn Əttab gürcü knyazları ilə onların yarımmüstəqil

təbəələri olan sanarlar və mtiullarla birlikdə Xilafətə qarşı çıxırdı.

"Kartlis Sxovreba" həmin hadisələr haqqında belə deyir: "Bu zaman,

Aşot hərbi səfərə gedəndə, Tevdos onun köməyinə gəldi,

Abxaziyapad padşahı Qriqol, onun kürəkəni və Kaxetiya mtavarı II

Leonun oğlu Kaxetiyadan çıxış etdilər, burada mtiullar, sanarlar və

Tiflis əmiri [Məhəmməd ibn Əttab] onun müttəfıqi idilər... Bundan

sonra, Ərəbistandan gəlib Somxetiyanı, Kartlisi və Heretisi tutan

İzidin oğlu [Xalid] Aşot Kuropalata qarşı müharibəyə başladı, ona

müqavimət göstərməyə qadir olmayan Aşot Yunanıstana [Bizansa]

qaçdı, anasını, arvadını, həddi-büluğa çatmamış iki oğlunu - böyük

oğlu Adarnası və kiçik oğlu Baqratı da özü ilə birlikdə apardı. Onun

1

Yenə orada,II,səh.542-543.



2

Yenə orada



254

[Aşotun] dəstəsi, arvad və uşaq ilə birlikdə bir az xidmətçidən ibarət

idi. Bu Aşot 826-cı ildə öldürüldü"

1

.



Lakin Xalid ibn Yəzid Xilafət xeyrinə böyük fəaliyyət

göstərdiyinə baxmayaraq, 217 (832/3)-ci ildə Məmun tərəfindən geri

çağırıldı, çünki canişin Xalidin adı ilə axırıncı sikkə həmin ildə

kəsilmişdi

2

. Belə fəal canişini dəyişdirməyə Məmunu nə vadar etdiyi



aydın deyildir, lakin görünür Xalid Zaqafqaziya feodalları ilə,

Xilafətin mənafeyinə zərər vuran əlaqəyə girişmişdi. Bəlazurinin

verdiyi məlumat bu hadisələri müəyyən qədər aydınlaşdırır. O yazır

ki, Xalid "onlardan [knyazlardan] hədiyyələr alıb, onları özünə

yaxınlaşdırdı ("Özü ilə qarışdırdı" xəllətuhum bi-nəfsihi) və bununla

onları korladı və Xaliddən sonra Məmunun təyin etdiyi hakimlərə

qarşı cəsarətli etdi"

3

.



Beləliklə, Xalid ibn Yəzidin birinci canişinliyi altı il davam

etdi


4

. Xalidin ikinci canişinliyi xəlifə Mötəsimin dövründə oldu; o

zaman 839/40-cı ildə Zaqafqaziya vilayətlərini yenidən üsyan

bürümüşdü və bu vilayətlər, demək olar, Xilafətdən ayrılmışdı. "Bu

xəbər (Xalidin hakim vəzifəsinə təyini xəbəri - Z.B.) Ermənistana

çatanda, sülalələrə mənsub olanların hamısı onun qarşısında böyük

vahiməyə düşərək, öz qalalarında qapanıb qaldılar və ona qarşı

üsyana qalxdılar"

5

. Gürcü mənbəyində bildirilir: "Ərəb Xəlil [Xalid]



ikinci dəfə gəldi, qardabanlılar onunla vuruşdular və onlardan

[ərəblərdən] çoxu qırıldı"

6

. Yəqin Xalidin məğlubiyyəti xəlifənin



narazılığına səbəb olmuşdu, çünki dərhal bundan sonra Mötəsim onu

1

Histoire de la Georgie, p.261; müqayisə et: J.Marguart. Streifzüge, p.



409-410.

2

Y.A.Paxomov. Sitat gətirilən əsəri, vər. 257-258



3

Əl-Bəlazuri, səh. 211.

4

M.J.St-Martin. Memoires historiques et geographiques sur l'Armenie, I,



p. 417, on yeddi il.

5

Əl-Yəqubi, II, səh. 578.



6

Kartlis Sxovreba, səh. 254.



255

geri çağırdı və Xalid "227 (842)-ci il içərisində Mötəsimin

vəfatınadək işdən kənarda qalırdı"

1

.



Xəlifə əl-Vasiq (842-847) taxta çıxan kimi "Xalid ibn Yəzidi

çağırıb Azərbaycan və Arrana hakira təyin etdi, qoşunu yedirtmək

üçün ona 500 min dinar, əlavə xərclər üçün bir milyon dirhəm və

bütün zəruri təchizatı olan 12 min süvari verdi"

2

.

Azərbaycan, Arran və Gürcüstanda işlər yenidən çox pisləşdi,



çünki "ərəblərin, patriklər və mütəğəlliblərin bir hissəsi hərəkətə

gəlmişdi. Dağların və Bab ül-Əbvabın padşahları qonşu vilayətləri

tutub sultanın [xəlifənin] hakimiyyətini zəiflətmişdilər"

3

. Böyük bir



orduya başçılıq edən Xalid üsyançılarla vuruşmağa getdi. Müxtəlif

erməni knyazları və "təxminən 20 min döyüşçüdən ibarət nizami

erməni qoşunu" ona qoşuldu

4

. Xalid, Xilafətdən ayrılan Tiflis



hökmdarı  İshaq ibn İsmayıla təklif etdi ki, təslim olmaq üçün onun

yanına gəlib aman istəsin, lakin İshaq bundan boyun qaçırdı. Onda

Xalid ordunu İshaqa qarşı göndərdi və Gürcüstana girib Cavaxetiyə

çatdı. Lakin o öz qələbəsini görə bilmədi, çünki xəstələnib öldü.

Xalidi Dəbilə aparıb orada basdırdılar. Dərbənd "Tarixi"nin verdiyi

məlumata görə bu hadisə "230 [844]-cu ildə, bəzilərinin dediyinə

görə isə, 228 [842]-ci ildə"

5

 baş vermişdir. Y.A.Paxomovun verdiyi



məlumata görə, təəssüf ki, Zaqafqaziyada xəlifə Vasiqin hökmranlığı

1

Füsul,səh.2.



2

Yenə orada, səh. 2.

3

Əl-Yəqubi, II, səh. 587.



4

Füsul, səh. 3.

5

Əl-Yəqubi, II, səh. 587. Stepannos Taronatsi (Asogik, səh. 134-135)



Tiflis üzərinə bir hərbi səfər üçün erm. 290 (30.04.841-29.04.842)-cı il tarixini

göstərir və deyir ki, Xalid Cavaxda Xosapir kəndində ölmüşdür (öldürülmüşdür!);

İbn Xallikan (IV, səh. 230-231) qeyd edir ki, Xalid Tİflisə gedərkən yolda

xəstələnmiş və 230 (844,5)-cu ildə Dəbildə ölmüşdür. Gürcü mənbəyi "Ağvan

tarixi"nin (səh. 270) verdiyi bu məlumatı təsdiq edir ki, Xəlil öldürülmüşdür: "Xəlil

(Xalid) üçüncü dəfə qayıtmış (842/3-cü ildə) və Cavaxetidə öldürülmüşdür" (b a x:

Kartlis Sxovreba, səh. 255; Füsul, səh. 3); V.Minorsky. A History of Sharvan and

Darband, p. 57; C.J.F.Dowestt, p. 457.



256

zamanı sikkəsi hələ tapılmamışdır

1

 və Xalid ibn Yəzidin üçüncü



hökmranlığını təsdiq edən numizmatika əlimizdə yoxdur.

Xalid öləndən sonra, onun oğlu ƏIi ibn Xalid ordu

komandanlığını öz öhdəsinə aldı. Lakin az sonra ordu dağıldı, onda

xəlifə  əl-Vasiq Xalidin ölümündən sonra "ölkədə vəziyyətin

əvvəlkindən daha pis olduğunu"

2

 görüb təşvişə düşdü və Xalidin



ikinci oğlu Cəzirə hakimi Məhəmmədi yanına çağırdı, ona əmr etdi

ki, atasının yerini tutsun və  İshaq ibn İsmayıla qarşı müharibəni

davam etdirsin

3

. Məhəmməd ibn Xalid 230 (844/5)-cu ildə



Azərbaycan, Arran və Ermənistanı idarə etməyə başladı.

Məhərmnəd atasının qoşununu öz ətrafına toplayıb, İshaqın

üstünə getdi. Yəqubinin verdiyi məlumata görə, Məhəmməd

"sanarlarla və  İshaqla o vaxtadək müharibə etdi ki, axırda onu

[ölkədən] qovdu  və onları [sanarları] qaçmağa vadar etdi

4

, bundan



sonra ölkəni möhkəm idarə etməyə başladı". Lakin deyəsən,

Yəqubinin bu məlumatı dürüst deyildir, çünki digər mənbələrdə

bildirilir ki, Məhəmməd Gürcüstana (Kartli) girən zaman İshaq ibn

İsmayıl öz müttəfiqləri və sanarlarla, ya da gürcü rəvayətinə görə, -

kaxetlilərlə

5

 onun  qabağını  kəsməyə  getdi  və  Rexə  çatdı"



6

,

Məhəmməd isə öz qoşunları ilə Uplis-Sixeni tutdu



7

. Rexdo, bərk

vuruşmadan sonra Məhəmməd məğlub edildi və Bərdəyə çəkildi

8

.



Həmin ildə Məhəmməd ibn Xalid Buğa əl-Kəbir tərəfındən

Hakim vəzifəsindən götürüldüyünə görə 237 (851)-ci ilədək işdə

deyildi; bu zaman xəlifə Mütəvəkkil Zaqafqaziya mütəğəlliblərini

sakitləşdirmək üçün Buğa-əl-Kəbiri göndərir, o da ermənilər və

1

Y.A.Paxomov. Sitat gətirilən əsəri, vər. 273.



2

Əl-Yəqubi, II, səh. 527.

3

Yenə orada.



4

Əl-Yəqubi, II, səh. 588.

5

J.Marguart. Streifzüge, p. 410.



6

 Ksaninin qərbində Rexuli çayı kənarında

7

Kürün sol sahilində, Didi-Mexvi ilə Ksani çayları arasında.



8

Füsul,səh.3.



257

onların patrikləri arasında qırğını artırır"

1

. Məhəmməd ibn Xalid və



Buğa əl-Kəbir ilə birlikdə idi. Uzun sürən vuruşmalardan sonra,

Tiflis hakimi İshaq ibn İsmayıl məğlub və edam edildi"

2

. Gürcü


mənbəyi bu hadisə haqqında belə məlumat verir: "Baqratın

padşahlığında 851 [826-878]-ci ildə Bağdad xəlifəsi öz sərkərdəsi

Buğanı Gürcüstana göndərdi. Buğa Ermənistanı talayıb viran etdi və

sonra gəlib ərəblərə qarşı üsyan edən Tiflisi mühasirə etdi. Tiflis

əmiri Saakı [İshaqı] öldürdü, şəhəri dağıdıb yandırdı və  ətrafındakı

yerləri talayıb viran etdi. Abxaziya padşahı Tevdose onun əleyhinə

çıxdı"

3

. Sonra Buğa-əl-Kəbir sanarların üstünə getdi, lakin onlar



Buğa-əl-Kəbiri məğlub edib, qaçmağa məcbur etdilər. Əvvəlcə

Buğa-əl-Kəbirə təslim olmuş mütəğəlliblər həmin hadisədən istifadə

edərək, ondan üz döndərib qaçdılar, "Rum, Xəzər və Səqləblərin

hökmdarları ilə məktublaşıb, böyük bir qoşun topladılar; Buğa-əl-

Kəbir bu barədə Mütəvəkkilə məlumat verdi, o da Məhəmməd ibn

Xalid ibn Yəzid ibn Məzyəd-əş-Şeybanini ölkəni idarə etməyə

çağırdı. EIə ki, [o] gəldi, qiyamçılar sakitləşdilər, o da onlara bir

daha aman verdi"

4

.

Xəlifə Mütəvəkkil 851-ci ildə Bab ül-Əbvab şəhərini



vilayətləri ilə birlikdə iqta olaraq Məhəmməd ibn Xalidə verdi

5

,



Məhəmməd və mütəğəlliblərlə müharibə qurtarandan sonra buraya

gəldi. Buradan da o, əl-Babın qonşuluğunda yaşayan "kafirlərə

basqınlar etməyə başladı, nəhayət, Buğa əl-Kəbirin köməyi ilə 242

(856)-cı ildə Azərbaycan, Ermənistan və Arran hakimi [vəzifəsində]

bərpa edildi"

6

.



1

Yenə orada.

2

История Агван, стр. 272/219.



3

М.Джанашвили. Известия  грузинских  летописей  и  историков, стр.

28, 29; С.Баратов. История Грузии, стр. 13-14.

4

Əl-Yəqubi, II, səh. 598-599; Kartlis Sxovreba, səh. 255.



5

Füsul, səh.3.

6

Məhəmməd Rəfiyə isnad verilən əsərdə deyilir ki, ərəblər Qumuxu viran



viran edib, avar torpaqlarına soxuldular. "Nusal adlanan avar padşahı Bayar ibn

Suraka" öz ailəsi və yaxın adamları ilə birlikdə Tuşetidə sığınacaq tapdı. Ərəblər



258

Sonra Dərbənd “Tarix”i bildirir ki, Məhəmməd 245 (859)-ci

ildo Gəncə  şəhərini saldı, halbuki "Ağvan tarixi" şəhərin salınması

üçün başqa bir tarixi göstərir. Xəzr Patqos öldürüləndən sonra onun

oğlu Məhəmməd Arrana gəldi və "ölkəmizi qılınc və  əsarətlə tutub

bir çox kilsə yandırdı, sonra Bağdada getdi. Oradan padşah fərmanı

və xəzinə ilə qayıtdı. Arşakaşen vilayəlində Qandzak şəhərini saldı

[erm. 295-ci ilində b.e. 846/7-ci il]"

1

.

Sonralar Məhəmməd ibn Xalid ölkəni daha idarə etməyib



Gəncədə yaşadı. Əl-Müstəinin xəlifəliyi dövründə (862-866)

Məhəmməd Bizans sərhədində Xilafət qoşunlarının komandanı və

yəqin Cəzirə hakimi idi.

Lakin Şirvanşahlar sülaləsinin əsasını qoymaq xidməti

Xalidin o biri oğlu, Şirvan hakimi Heysəm ibn Xalid ibn Məzyəd əş-

Şeybaninindir.

861-ci ildə xəlifə Mütəvəkkil öldürüldükdən sonra, Xilafət

paytaxtında türklərin fəaliyyəti ilə  əlaqədər olaraq, Xilafətdə iğtişaş

başlandı; bundan istifadə edən Heysəm Şirvanın müstəqilliyini elan

edib, mərkəzi hakimiyyətlə  əlaqəni tamamilə kəsdi

2

. O,


məzyədilərdən birinci adamdır ki, şirvanşah deyə məşhıır olmuşdıı.

Onun vəfat ili məlum deyildir.

Onun yerini tutan oğlu Məhəmməd ibn Heysəm atası kimi

qonşu vilayətlərə basqınları davam etdirirdi. Xalidin üçüncü oğlu -

Yəzid ibn Xalid qardaşı Heysəm ibn Xalid ilə eyni zamanda özünü

Layzanşah elan etdi, çünki Layzan vilayəti onun əlində idi

3

. O, 917-



ci ildə öləndən sonra oğlu Əbu Tahir Yəzid ibn Məhəmməd onun

yerinə keçdi və Şirvandakı qarışıqlıqdan istifadə edərək oraya hücum

etdi və bir nəfər istisna olmaqla, Heysəm ibn Xalid ailəsi

onun iqamətgahı Xunzakı dağıtdılar və bütün silahdaşlarını öldürüb məhv etdilər.

B a x: "Очерки истории Дагестана", стр. 56.

1

 История Агван, стр. 270/218; müqayisə et: CJ.F.Dowsett. Passage, p.



462.

2

Füsul, səh. 4.



3

 Füsul, səh. 5; müqayisə et: M.X.Şərifli. Şirvanın Lizan padşahlığı ilə

birləşməsi.

1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə