AZƏrbaycan VII-IX əsrləRDƏ


 Cavidan. Babək və xürrəmilərin fəallaşması



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə17/28
tarix13.06.2017
ölçüsü2,81 Mb.
1   ...   13   14   15   16   17   18   19   20   ...   28

3. Cavidan. Babək və xürrəmilərin fəallaşması.

Bəzz qalası

Məlum olduğu kimi, Azərbaycanda xürrəmilərin üsyanı öz

başlanğıc mərhələsində Cavidan ibn Səhl və ya ibn Sührak

3

 adı ilə



bağlı idi. İbn ən-Nədimin qismən sitat gətirdiyi Baqid ibn Əmr ət-

Təmiminin itirilmiş "Babəkin tarixi" əsərində xürrəmilər hərəkatının

meydana gəlməsindən bəhs edilən çox maraqlı və mötəbər sayıla

biləcək təfərrüat vardır, hərçənd ki, bütünlükdə "Babəkin tarixi"

əsəri-hadisə və  şəxsləri təhrif edən mövqedən yazılmışdır,

xürrəmilərə və Babəkə pis meyil və niyyətlər isnad verir, habelə

şəxs" deməkdir; lakin yeni fars dilində "xubramin". Yusifov "huram" sözünü

"yaxşı qayda, rahathq" deyə tərcümə edir.

1

Н.О.Эмин. Очерк  религии  и  верований  языческих  армян, стр. 27,



51.

2

"История  Агван"da (səh. 193/150) qeyd edilir ki, hunlar;n



(massagetlərin) “k’uar” allahı varmış və ona at qurban verirmişlər. B a x : Strabon,

XI, səh. 86: "Onlar (massagetlər) yalmz günəşi allah bilir və ona at qurban

verirlər".  Pəhləvicə  "Xvar"  günəşdir".  B  a  x  :  T.Halasi  Kun.  Türk  dili  ve  tarihi

hakkında araştırmalar, Ankara, 1950.səh. 49.

3

Ət-Təbəri (III, səh, 1015) və İbn əl-Əsir (VI, səh. 121) "Səhl" formasını



çaq,ərəb və fars dillərində "x" və "h” səsləri "q" ilə göstərilir. B a x : Əl-Məsudi,

Muruc(VII, səh. 62) "Şahrak", Fihristdə "Sihrak" variantı verilir"



299

Xilafət düşmənlərindən bəhs edildikdə tamamilə yanlış məlumat

verir.

Babəkin tarixi"nə görə, Cavidan Ərdəbil mahalında yaşayırdı,



onun böyük qoyun sürüləri var idi və o, qoyunları Zəncan bazarında

satırdı. Yağ gəzdirib satan Abdullah adlı

1

 bir şəxs Mədaindən köçüb



bu yerlərə, daha doğrusu, Meymad rustakının Bilalabad kəndinə

gəlmişdi. O, yağını satarkən bir kənddən digərinə gedərdi, nəhayət,

kəndlərdən birində özünə Bərumənd adlı birgözlü məşuqə tapır ki, o

da yerli hakim ibn ər-Rəvvadın qulluqçusu idi. Bir ildən sonra

Abdullah ölür, Bərumənd isə oğlu Babək ilə Səraba köçür. Burada

Babək  əvvəlcə  çobanlıq  edir,  sonra  isə  Təbrizə  gedib,  şəhər  hakimi

Məhəmməd ibn ər-Rəvvad əl-Əzdinin yanında qulluq etməyə

başlayır. Bundan sonra o, anasının yanına qayıdır.

Bir dəfə Cavidan Zəncanda bir qədər mal-qara satıb öz

yerinə, Bəzzə qayıdanda hava pis olduğuna görə təsadüfən Babəkin

anasının evində qalır. Görür ki, onun müxtəlif tapşırığını yerinə

yetirən Babək çox bacarıqlı və zirək oğlandır. O, Cavidanın xoşuna

gəlir, bu da gənc Babəkin gələcək müqəddəratını həll edir. Cavidan

Babəkin anasına təklif edir ki, oğlunu ona qulluq etməyə versin,

bunun müqabilində Cavidan onun anasına hər ay müəyyən məbləğ

pul ödəsin. Bərumənd razılaşır, Babək də Bəzzə gedib, Cavidanın

malikanəsini idarə etməyə başlayır. Az sonra Cavidan öz daimi

rəqibi Əbu İmranla vuruşmada ölümcül yaralanır və üç gündən sonra

ölür. Cavidanın Babəkə gözü düşən cavan arvadı, ərinin ölümündən

sonra tez Babəklə danışır ki, Cavidanın tərəfdarlarına rəhbərliyi öz

öhdəsinə götürsün. Arvad onları ölən rəhbərin yanına toplayıb deyir

ki, onların ağası Cavidan ölümqabağı ona aşağıdakı vəsiyyəti

etmişdir: "Mən bu gecə öləcəyəm. Mənim ruhum bədənimdən çıxıb

1

Fihristdə belədir. Ət-Təbəridə (III, səh. 1232) "Matr" yazılmışdır.



Mənbələr Babəkin atasının adını dolaşıq salır, çünki sonrakı hadisələrdən

göründüyü kimi Babəkin Abdullah adlı qardaşı var idi.



300

Babəkin bədəninə keçəcək və onun ruhu ilə birləşəcəkdir... Mən onu

öz yerimə öz ardıcıllarıma rəhbər təyin edirəm"

1

.



Cavidanın tərəfdarları onun dul arvadının sözünə inanıb,

şərtlərini danışıqsız qəbul etdilər, bundan sonra isə Babəkin icma

rəhbərliyini qəbul etməsi mərasimi başlandı. Arvad əmr etdi bir inək

gətirdilər, onu kəsdilər, dərisini soyub yerə sərdilər. Sonra dərinin

ortasında bir şərab qədəhi qoyuldu, arvad da onun içərisinə çörək

doğradı. Bu hazırlıq görüldükdən sonra, arvad Cavidanın hər bir

tərəfdarını adı ilə çağırmağa başladı və ona əmr etdi ki, dərinin

üstünə çıxsın, qədəhdən bir tikə çörək götürüb yesin və onun ardınca

bu sözləri təkrar etsin: "Mən Cavidanın ruhuna inandığım kimi, sənə

də inanıram, ey Babəkin ruhu!" Bundan sonra hər biri Babəkin

əlindən tutub öpür və ona baş əyirdi. Sonra kef məclisi quruldu, bu

ziyafətdə dul arvad Babəki öz yanında oturtdu və ona bir budaq

reyhan verdi, bu isə kəbin mərasiminin simvolu idi. Mənbələrin

məlumatına görə, bu əhvalat hicri 201 (b.e. 816)-ci ildə olmuşdur

2

.

Babəkin başçılıq etdiyi vaxtdan, yəni 816/7-ci ildən etibarən



xürrəmilər hərəkatından bəhs etməzdən əvvəl, bu cəhəti qeyd

etməliyik ki, xürrəmilər hələ xəlifə Mehdinin (775-785) hökmranlığı

dövründə Xilafəti ciddi surətdə narahat etməyə başlamışdılar. Nizam

ül-Mülkün verdiyi məlumata görə, "hicri 162 [778]-ci ildə Mehdinin

xəlifəliyi zamanında sorxələm"

3

 adlandırılan  Qorqan  batiniləri



1

B.M.Tirmizi yanlış olaraq belə hesab edir ki, "Cavidan ibn Şahrak əl-

Xürrəmi Babəkin ardıcıllarından biri imiş". B.M.Tirmizi. Zoroastrians and their

fıre femples in Iran and adjoining countries from the 9-th to the 14-th centuries as

gleaned from Arabic geografical Works, c. XXIII, № 4b 1950, p. 273; İbn

Təqriberdi. Ən-Nucmi əz-zahirə, səh. 577.

2

Ət-Təbəri, III, səh. 1015, əl-Məsudi. Muruc, VII, səh. 130; İbn əl-Əsir,



VI, səh. 121. P.K.Juze bu hadisəni yanlış  şərh edərək deyir ki, "Cavidan

xürrəmilərə rəhbərliyi və  İran xalqını ona düşmən olan feodallar və Abbasilərdən

azad etmək üçün başladığı işi davam etdirməyi təntənəli surətdə öz istedadlı şagirdi

Papaka və ya Babəkə həvalə etdi" (П.К.Жузе. папак и папакизм, стр. 209-210.).

3

Mənbələrdə ərəbcə "mühəmmirə" (Ət-Təbəri, III, səh. 493 və sonrakılar;



əd-Dinəvəri, səh. 382; İbn Cövzi, V, səh. 144) və farsca "Sorxələm" (Siyasətnamə,

səh. 224; Həmdulla Qəzvini, səh. 320) terminlərinin işlədilməsi diqqəti cəlb edir,



301

xürrəmdinlilərlə birləşmişdilər. Onlar deyirdilər: "Əbu Müslim

sağdır! Padşahlığı  ələ keçirək!" Onlar öz başçıları  Əbu əl-Qərranın,

onun oğlunun rəhbərliyi ilə Reyə hərəkət etdilər. Mehdi müxtəlif

vilayətlərə və Təbəristan hakimi Əmr ibn əl-Əlaya belə məktub

göndərdi: "Birləşin, onlarla vuruşmağa çıxın". Onlar vuruşmağa

çıxdılar və o dəstə dağılıb qaçdı"

1

.



Bir neçə ildən sonra xəlifə Harun ər-Rəşidin hökmranlığında

xürrəmilər yenidən üsyan qaldırdılar. "192 [807/18]-ci ildə

Azərbaycanda xürrəmilərin hərəkatı başlandı

2

. Harun ər-Rəşid



Abdullah ibn Malikin başçılığı ilə onlara qarşı 10 min atlı göndərdi

3

.



O, xürrəmilərdən çoxunu qırdı, kişi və qadınları əsir alıb, Karmasinə,

Harun ər-Rəşidə göndərdi, o da əmr etdi, kişi əsirləri qırsınlar,

qalanlarını isə satsınlar"

4

.



Bundan sonra xürrəmilər Xilafətə qarşı mübarizədə öz

fəaliyyətlərini bir müddət zəiflətdilər. Onların rəhbərləri olan

Cavidan və Əbu İmran öz şəxsi mübahisələrini həll etməklə məşğul

olduqlarından ardıcıllarını bu mübarizədən yayındırdılar. Babək

Birincisi, "qırmızı geymiş", ikincisi, "qırmızı bayraqlı" deməkdir. Fikrimizcə,

xürrəmilər tarixdə Ilk dəfə olaraq yadelli zülmkarlara qarşı mübarizədə bir simvol

kimi qırmızı rəng və bayraqdan istifadə etmişlər. Müqayisə et: А.Ю.Якубовский.

Восстание  Муканны, стр. 41;Əbu Dulaf: [Bəzzeyndə] “xürrəmilər” adı ilə

məşhur olanlar qırmızı bayraqlar qaldırmışdılar (Əbu Dulafın ikinci məktubu, səh.

37). Əbu Tammamın "Divan”ında da bu barədə deyilmişdir. Əbu Səid Məhəmməd

ibn Yusif ət-Taiyə həsr etdiyi qəsidəsində  Əbu Tammam deyir ki, xürrəmilər öz

qələbələrini qeyd edərkən qırmızı bayraqlar asırdılar. Divan Əbu Tammam bi-şərh

əl-xətib ət-Təbrizi, c. II, əl-Qahirə, 1957, səh. 41.

1

Siyasətnamə, səh. 224.



2

Siyasətnamə (səh. 224) bildirir ki,”.. üsyan habelə İsfahanı, Tərmidaini,

Kapulu, Fabiki və digər kənd yerlərini bürüdü. Rey, Həmədan, Dəstə və Girədən

çox adaın camaata qoşuldu".

3

Siyasətnamə, səh. 224; "Abdullah ibn Mübarək 20 min atlı ilə".



4

Ət-Təbəri, IIIsəh. 732; əz-Zəhəbi, səh. 93; İbn əl-Əsir, VI, səh. 74;

Siyasətnamə, səh. 224; "Əbu Dulaf İcli və Abdullah ibn Mübarək qəflətən hücum

etdilər, çox adam öldürdülər, onların uşaqlarını Bağdada aparıb satdılar".



302

xürrəmilərə rəhbərliyi qəbul etdikdən sonra onların mübarizəsi

tamamilə Xilafətə qarşı çevrildi.

Bəzi mənbələrin verdiyi məlumata görə, Babək guya bir vaxt

islamı qəbul edibmiş və onun müsəlman adı Həsən imiş

1

. Babəkin



islama müəyyən münasibətini göstərən bu yeganə məlumat nəzərə

alınmazsa, bütün digər mənbələr təsdiq edir ki, Babək ərəblərə və

onların dininə nifrət bəsləyirdi, bütün ömrü boyu Xilafətə qarşı

mübarizə edirdi və Azərbaycanda islamdan əvvəl mövcud olan

qaydaqanunları bərpa etməyə çalışırdı. Birincisi, o özünün müsəlman

olmayan Babək (Papak) adını bərpa etdi, ikincisi Allahın insan

surətində görünəci (hülul) nəzəriyyəsini elan etdi; üçüncüsü, ruhun

bir cisimdən başqa bir cismə köçdüyünə (tənasüx əl-ərvah) inanırdı

və dördüncüsü, bu əqidədə idi ki, imamın qeyb olan ruhu çox

sonralar qayıdacaqdır (ricət)

2

.

Xürrəmilər icmasını, yəqin, hüquq qaydaları məsələlərini həll



edən bir növ imamlar, elçilər və ya mələklər (firiştələr) idarə

edirdilər; bunlar bir icmadan digərinə gedərək, ilham təbliğ edir və

icma üzvlərini öyrədirdilər. Xürrəmilərin dini - işıq və zülmətin

simvolu olan iki böyük mənəvi qüvvəyə, yəni xeyir və  şərə inama

əsaslanırdı. Azərbaycanın kəndli kütlələri, müəyyən dərəcədə

zərdüştilik və məzdəkiliklə  əlaqədar olan islamdan əvvəlki

etiqadlarında idilər. Bu kəndli kütlələrindən ərəblərə və islama xoş

münasibət gözləmək bir də ona görə olmazdı ki, islam əhalinin

şüurunda ərəblərin hökmranlığının ideoloji ifadəsi idi, kənd

təsərrüfatı məhsullarının təqribən yarısını Azərbaycan kəndlilərinin

əlindən almaq üçün ərəblərin qoyduğu vergi (xərac) sistemi isə güclü

müqavimətə rast gəlir və  ərəblərə qarşı onları daha artıq

qəzəbləndirirdi

3

.



1

Ət-Təbəri, III, səh. 1015; Məsudi. Muruc, VII, səh. 130.

2

Əş-Şəhrəstani, səh. 132.



3

А.Мюллер. история  ислама т II.стр.18



303

Xürrəmilərin əksəriyyəti Azərbaycanın və qonşu vilayətlərin

kəndlilərindən ibarət idi

1

. Cavidanın rəhbərlik etdiyi xürrəmilər 816-



cı ilədək Xilafəti yalnız hərdənbir narahat edirdilərsə, Cavidanın

ölümündən sonra Xilafət üçün dəhşətli bir qüvvə oldular. Babək

Xilafətə qarşı üsyan qaldırmaq vaxtını yaxşı seçdi. O, Əmin və

Məmun qardaşlarının Xilafət taxtı üstündəki daxili mübarizələrindən

istifadə etdi, çünki bu zaman ərəblərin yuxarı təbəqələrinin diqqəti

Bağdaddan uzaqdakı  şimal vilayətlərindən yayınmışdı.Dinəvərinin

verdiyi məlumata görə, "Babək (Xilafətdə) arası kəsilməyən

qarışıqlıq və çətinliklər dövründə püxtələşmişdi"

2

. O, "Azərbaycan



vilayətinin Bəzzeyn dağında meydana çıxdı. Orada onun

tərəfdarlarının sayı artdı"

3

. Demək olar eyni məlumatı Vardan da



verir: "Bu günlərdə [817-ci ildə] Bağdaddan (yəni Bəzzdən) əsli

iranlı


4

 olan Bab[ək] adlı bir adam gəldi; bu adam İsmayıl övladını

[ərəbləri] ağır məğlubiyyətə uğradır, çoxlarını əsir aparırdı..."

5

. Əbu



Dulaf qeyd edir ki, Bəzzdə "əl-xürrəmiyyə adı ilə məşhur olan əl-

mühəmmirə bayraqları təntənəli surətdə təqdis edildi. Babək buradan

çıxmışdır"

6

. "Əl-xürrəmiyyə və  əl-babəkiyyənin mənşəyi Babək əl-



xürrəmidir; o, Mötəsimin vaxtında meydana gəlmişdir, onları ona

görə  əl-mühəmmirə adlandırdılar ki, Abbasilər öz bayraqlarını qara

rəngə boyadıqları kimi onlar da qırmızı [rəngə] boyayırdılar"

7

.



Orta əsr mənbələrində bildirildiyi kimi, əvvəlcə Cavidanın,

sonra isə iyirmi ildən artıq Babəkin başçılıq etdiyi xürrəmilərin

1

Bağdadi, səh. 252; müqayisə et: Е.А.Беляев. Мусульманское



сектанство, стр. 21; З.И.Ямпольский. Восстание Бабека, стр. 14.

2

Əd-Dinəvəri,səh.397.



3

 Əl-Bağdadi, səh. 251; əl-Məsudi. Tənbeh, səh. 352

4

Bütün erməni tarixçiləri Babəki iranlı adlandırırlar.



5

Vardan, səh. 101; Ş.Lebo Babək üsyanının başlanma tarixini yanlış

olaraq 831-ci il göstərir.

6

Abu Dulaf. Mis'ar ibn Muhalhil's travels in Iran, p. 6.



7

İbn Kəsir, səh. 62.



304

Azərbaycandakı mərkəzi və ya paytaxtı qala şəhəri olan Bəzz idi

1

.

Ət-Təbəri deyir ki, Bəzz "Babəkin vilayəti və şəhəri idi"



2

. Əl-Məsudi

yazır ki, Babək "Azərbaycan ölkəsində olan Bəzzeyn dağlarında"

3

üsyan  qaldırmışdı.  Onun  əsərində  deyilir  ki,  "Babəkin  ölkəsi



Bəzzeyn - Azərbaycan, Arran və Beyləqandadır", Bəzzeyndə

Arranda, "Babəkin ölkəsində" olan dağdır

4

. Yaquta görə "Bəzz -



Azərbaycanla Arran arasında bir vilayətdir"

5

. Biruni yazır ki, "Bəzz



Babək əl-Xürrəminin ölkəsidir"

6

 və i.a.



Gördüyümüz kimi, mənbələrdə Bəzz (Bəzzeyn) haqqında

müxtəlif məlumat verilir - həmin ad ölkə, vilayət, şəhər, kənd və iki

yaşayış məntəqəsinə, həmçinin dağ, iki dağ, dağlıq yer və sairəyə

verilir. Bir məsələ aydındır: həmin adda bir yer, daha doğrusu, qala

şəhəri mövcud olmuşdur və biz onun yerini müəyyən etməyə

çalışırıq, çünki Bəzzin bu yerin harasında yerləşdiyi haqqında çox

müxtəlif fikirlər vardır.

Demək olar, bütün tədqiqatçılar Bəzzin Ərdəbil rayonunda bir

yerdə olduğunu söyləyirlər. N.Karaulov öz xəritəsində iki Bəzz

olduğunu göstərir və belə güman edir ki, "bu iki Bəzzdən biri, bütün

ehtimala görə, indiki Rus-İran sərhədində, Əliabad kəndinin yerində

olmuşdur, biri də, şübhəsiz, Alvadı adlanır

7

. V.Myur deyir ki, Bəzz



Ərdəbilin arxasında idi

8

, bunun harada olduğu isə məlum deyildir.



M.Tomara da onun kimi fıkir irəli sürərək, Bəzzi Ərdəbil ilə Arran

1

Təkcə  İbn Nədim belə hesab edir ki, Babəkin vətəni Bəzz deyil,



Bilalabaddır (Fihrist, I, səh. 343); E.Rayt (Sitat gətirilən əsəri, səh. 46, qeyd 9) belə

zənn edir ki, Bəzz (Bəzzeyn) Bilalabad adının ikinci hissəsindən əmələ gəlmişdir.

2

Ət-Təbəri, III, səh. 1171; Əbu Dulaf (səh. 37): "Oradan [Bəzzdən]



Babək çıxış etmişdir".

3

Əl-Məsudi, BGA, VIII, səh. 353.



4

Əl-Məsudi, II, səh. 235, 247.

5

ƏI-Yaqut, I, səh, 529.



6

Əl-Biruni, səh. 36.

7

Н.Караулов. Примечание к СМОМПК, вып. 29, стр 61.



8

V.Myur, səh. 514.



305

arasında göstərir

1

. Əsərlərin birində Bəzzin Talış ölkəsində



2

yerləşdiyi, digərində isə Bəzzin Savalan dağının şimal yamacında

3

olduğu bildirilir, lakin həmin məcmuəyə  əlavə edilən xəritədə Bəzz



Ərdəbilin cənubunda yerləşir. "Böyük Sovet Ensiklopediyası"ndakı

xəritədə Bəzz təqribən Ərdəbilin 100 kilometr cənub-qərbində

4

,

T.İ.Ter-Qriqoryanın xəritəsində Salyanın cənub-şərqində



5

 yerləşir.

S.Nəfisi öz xəritəsində Bəzzi Bəlhəbin yaxınlığında, Muğanın

şərqində və Xəzərin qərb sahilində yerləşirdi

6

. Z.İ.Yampolski də eyni



eyni fıkirdədir

7

.



Fikrimizcə, tədqiqatçıların göstərdiyi yerlərdən heç biri

Bəzzin həqiqətdə olduğu yerə uyğun deyildir. Bu ehtimalı təsdiq

etmək üçün orta əsrlərdə Bərdə-Ərdəbil yolundakı  əsas yaşayış

məntəqələri arasındakı məsafəni birinci növbədə öyrənmək lazımdır.

Əl-Müqəddəsi

8

 və ibn Havqəlin



9

 cədvəlləri həmin ticarət yolundakı

şəhərlər arasındakı məsafənin eyni olduğunu göstərir. Hər iki

müəllifdə Bərzənddən Ərdəbilədək məsafə 2 mənzil və ya 14-15

fərsəx idi. Yolun bu hissəsi bizi hər şeydən çox maraqlandırır, çünki

Afşinin komandası altındakı  ərəb orduları ilə Babək qoşunları

arasında əsas hərbi əməliyyat məhz burada, həmin Bərdə-Ərdəbil

yolunda olurdu. İbn Xordadbeh

10

 Ərdəbil-Bəzzənd yolundakı yaşayış



məntəqələri arasında, habelə Bəzzin üstünə hücum edərkən Afşinin

dayandığı ara məntəqələrin məsafəsi haqqında bizə çox mühüm

1

М.Томара. Бабек, стр. 30.



2

IX-XIII əsrlərdə SSRİ tarixinin xülasələri, səh. 646.

3

Azərbaycan tarixi, c. I, səh. 118.



4

БСЭ, т. I, стр. 441.

5

Azərbaycan Respublikası MEA-nın Tarix İnstitutunun arxivi, inv. №



832.

6

S.Nəfisi. Sitat gətirilən əsəri, səh. 28-29, 36.



7

З.И.Ямпольский. Восстание Бабека, стр. 28.

8

 Əl-Müqəddəsi, III, səh. 378.



9

İbn Havqəl, II, səh. 251.

10

İbn Xordadbeh, VI, səh. 121.



306

cədvəl vermişdir. O deyir: "Ərdəbil ilə Babəkin anadan Bəzz şəhəri

arasındakı məsafələr belədir:

            Ərdəbildən Xuşşa - 8 fərsəx

Xuşşdan Bərzəndə - 6 fərsəx

Bərzənddən Sadaraspa

1

 - 2 fərsəx



Sadaraspdan Zəhrkəşə

2

 - 2 fərsəx



Zəhrkəşdən Davalruda

3

 - 2 fərsəx



Davalruddan Babəkin Bəzz şəhərinə - fərsəx".

Deməli, Ərdəbildən Bəzzə təqribən 21 fərsəx, yəni, təxminən

145-147 kilometr yol var idi: Afşin Bərzənddən hücuma başladı,

buradan da Bəzzə 7 fərsəx - təqribən 50 kilometrdir. Lakin ərəb

qoşunları Bərzənddən hansı istiqamətdə hücum edirdi? Bəzzi

Ərdəbilin şimal-şərqində, cənubunda və hətta cənub-qərbində

yerləşdirən tədqiqatçıların demək olar, hamısının nöqteyi-nəzəri bizə

aydındır. Lakin bunlar mənbələrdə Bəzz haqqında verilən aşağıdakı

məlumata əsla uyğun gəlmir. Mənbələrdə deyilir ki, "Araz,

Azərbaycan ilə Arran arasında bir vilayət olan Bəzzin sərhədi boyu

axır"

4

, "ər-Ras çayı, Azərbaycan, Arran və Beyləqan arasında



yerləşən Bəzzeynə, Babək ölkəsinə tərəf axır".

İbn Havqəl deyir ki, Arran vilayətinin şərq sərhədi, Varsan

şəhərinin yerləşdiyi ər-Ras çayının aşağı axarından başlanır

5

. Məlum



Məlum olduğu kimi, Arranın Azərbaycan ilə sərhədi Araz boyu

uzanırdı. Deməli, Bəzz Varsanın qərbində və  əlbəttə, indiki

Ordubadın şərqində, bu iki nöqtənin arasındakı orta bir yerdə,

şimaldan Araz çayı, şərqdən Qarasy çayı, cənubdan Əhər və qərbdən

Hacılarçay ilə  əhatə olımmuş bir ərazidə, yəni dağ vilayəti

1

Sambur çayı sahilindəki Sadaraspda ərəb qoşunlarının birinci



istehkamlar xətti var idi.

2

Qarasu çayındakı Zəhrkəşdə  ərəb qoşunlarının ikinci istehkamlar xətti



var idi.

3

Salançaydakı Davalrudda (Ət-Təbəri: "Kəlanrudda") ərəb



istehkamlarının üçüncü, axırıncı xətti var idi.

4

Əl-Yaqut, I, səh. 529.



5

İbn Havqəl, II, səh. 237.



307

Qaradağda idi. Burada, Qırxsu-Peyvançay hövzəsində, hündürlüyü 2

kilometr və daha yüksək olan böyük dağlıq sabə vardır (Dairbaşı,

Saqram, Suracartəpə, Qabaqtəpə, Sal və digər dağlar). Bu dağların

başında bir çox xarabalar, o cümlədən bir neçə dağılmış qala vardır.

Biz bu fikirdəyik ki, bu xərabələrdən hansı isə biri vaxtilə Bəzz imiş.

Bunda heç bir şübhə ola bilməz, çünki Həştadsər dağı da daxil

olmaqla bütün əlavə təfərrüat bunu göstərir ki, istər Bəzz, istərsə

"Babək ölkəsi" olan Bəzzeyn məhz Ərdəbilin şimal-qərbində idi.

E.Rayt belə güman edir ki, Bəzz "Ərdəbilin 90 mil [145 kilometr]

şimal-qərbində Pul-e Xudafərin adlanan yeni körpünün və kiçik

şəhərin yaxınlığında olmalıdır"

1

.

Beləliklə, biz, qala şəhəri Bəzzin bu yerdə harada olduğu



barəsindəki mühakiməmizdə tək deyilik. Həmin variant ilə razı olan

V.F.Minorski yazır ki, Bəzz dağlıq yer olan Qaracadaqda idi

2

.

Əl-Məsudi Bəzzin olduğu yeri daha dürüst müəyyən etmişdir:



"Araz, Azərbaycanda Babək əl-Xürrəminin vətəni Bəzzeyn ölkəsi ilə

Arran ölkəsinin bir hissəsi olan Əbu Musa dağı arasından axır"

3

.

N.Karaulov həmin Əbu Musa dağından bəhs edərkən yazır ki,



"müəllifin hansı dağı belə adlandırdığını demək çətindir"

4

, lakin Əbu



Musa məhz Beyləqan (Arran vilayəti) hökmdarıdır ki, erməni

müəllifləri onu knyaz Yesai Əbu Musa

5

, ərəb mənbələri isə  Əbu



Musa ibn Yusif ibn uxt İstifanus adlandırırlar

6

.



Əbu Musa dağı adlanan yer, yəqin ki, indiki Füzuli

rayonunun Xələfli kəndi yaxınlığında Arazın Muğan düzünə çıxan

1

Sitat gətirilən əsəri, səh. 46, qeyd 9.



2

V.Minorsky. Caucasica, IV, p. 505.

3

Əl-Məsudi, II, səh. 75.



4

N.Karaulov. Sitat gətirilən əsəri, səh, 77, qeyd 132.

5

Histoire des Ardzroui, p. 145-150; Т.И.Тер-Григорян. К  вопросу  об



“Истории  страны  Албанской…”, стр. 35; yenə onun nəşr edilməmiş səhifələr,

səh. 19; М.М.Альтман. О  времени  возникновения  Гянджи, стр. 83;

C.J.F.Dowsett, p. 161.

6

Ət-Təbəri, III, səh. 1228; İbn əl-Əsirdə belədir (VI, səh. 336): "İsa ibn



Yunis ibn İstifanus”.

308

yerdə, onun sol sahilindəki Diridağdır. Bu yer - Arazın Muğana

çıxdığı yerdir.

Orta əsr müəllifləri bildirirlər ki, Afşinlə Babək arasındakı

bütün müharibələr Həştadsər dağı, Darvaz, Rud ər-Rud tərəflərində

və Bəzzin özündə gedirdi. Salannayın başlanğıcı olan Həştadsər dağı

yaxınlığında, 835/6-cı ildə Babək ilə Böyük Buğa (Buğa əl-Kəbir)

arasında böyük vuruşma olmuşdur. Həmin dağın ətəyində eyni adlı

kənddə Buğa əl-Kəbir mühasirə olunub darmadağın edildi.

Babəkin sərkərdələrindən biri olan Tərxan ondan xahiş etdi

ki, 836-cı ilin qışını öz kəndində keçirməyə ona icazə versin. Babək

Tarxanı buraxdı, o da Həştadsər yaxınlığındakı öz kəndinə getdi

1

.

Təbəri bildirir ki, ərəb sərkərdələri üç tərəfdən: Afşin



Bərzənddən, Əbu Səid Xuşşdan və Böyük Buğa Həştadsərdən

hərəkət edib Darvazda

2

 birləşdilər. Babək ilə döyüşə girdilər.



837-ci ilin yazında Afşin Bərzənddən hərəkət edib, qoşunu

Bəzzin yanından axan Kəlanrud çayına tərəf yeritdi

3

 və  onun



sahilində səngərə girməyə əmr etdi. Burada Afşin eşitdi ki, Babəkin

başqa bir sərkərdəsi Adin öz ailəsini Rud ər-Rud kəndi üzərində

yüksələn dağa köçürmüşdür; məlum olduğu kimi bu yerdən

Bərzəndə 6 fərsəx və Bəzzə bir fərsəx yoldur. Afşinin əsgərləri

səngərlərdən eyni adlı çayın sahilinə

4

 yalnız bir gecədə çatdılar. Çaya



Çaya çatan kimi Afşin əmr etdi ki, burada yeni və dördüncü səngər

xətti qazılsın.

1

Ət-Təbəri, III, səh. 1193-1194.



2

Ət-Təbəri, II. səh. 1187; əl-İmrani Əbu Tammamın şeirleri əsasında belə

güman edir ki, Darvaz Azərbaycan sərhədlərində bir yerdir. ƏI-Yaqut, IV, səh.

320.


3

Əl-Yaqut. IV, səh. 297. Ehtimal, o zaman Qırxsu-Peyvançay bu adla

məşhur idi.

4

 Ət-Təbəri, III, səh. 1195, 1203. Ehtimal Lekənçaydır.


1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə