AZƏrbaycan VII-IX əsrləRDƏ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə2/28
tarix13.06.2017
ölçüsü2,81 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   28
,

1841; К.П.Патканов. Библиографический  очерк  армянской  исторической

литературы. СПб., 1880, стр. 35; M.X.Şərifli. Sacilər dövləti, səh. 23.

2

Th. Ardzrouni. X-e S. Histoire des Ardzrouni, tr. par M.Brosset Collection



Historiens Armeniens, t. I, St.-P., 1874 (sonrakı səhifələrdə bu mənbə

Arstruni göstəriləcəkdir). K.P.Patkanov. Sitat gətirilən əsəri, səh. 35-36.

3

Степаннос  Таронский (Acoruk). Всеобщая  история. Ermənicədən



N.Emin tərcümə etmişdir. M., 1864; К.П.Патканов. Sitat gətirilən əsəri, səh. 37-

38.


18

"Ümumi tarix"

1

 əsərindən, Stepannos Orbelianın çox qiymətli "Sünik



tarixi"

2

 əsərinin 14 fəslindən və Mxitar Ayrivantsinin "Xronoqrafık



tarix"

3

 əsərindən istifadə edilmişdir. Bu əsərlərdə erməni dilindəki



digər mənbələri tamamlayan məlumat və tarixlər vardır. Gürcü

mənbələri bizim tədqiqatımızda xüsusi yer tutur. Bunların içərisində

"Kartlis Tsxovreba"

4

 salnamə külliyyatı çox əhəmiyyətlidir: burada



Məzyədilər-Şeybanilər sülaləsi nümayəndələrinin fəaliyyətinə,

sanarların ərəblərə müqavimət göstərmələrinə, xəzərlərin Azərbaycan

və Zaqafqaziyaya soxulmalarına dair və i.a. bir çox qiymətli məlumat

vardır.


Azərbaycan tarixinə dair bir çox maraqlı məlumat verən gürcü

agioqrafık abidələri də çox maraqlıdır

5

.

Ərəb dilində yazan tarixçi, qanunşünas və ilahiyyat mütəxəssisi



Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbərinin (838-923) "Tarix ər-

rüsul və-1-müluk" ("Peyğəmbərlərin və padşahların tarixi")

6

əsəri


1

Всеобщая  история  Вардана  Великого. Ermənicədən N.Emin tərcümə

etmişdir. M., 1861; К.П.Патканов. Sitat gətirilən əsəri, səh. 42-43.

2

К.П.Патканов. Sitat gətirilən səri, səh. 45-46.



3

Mxitar vardapet Ayrivanskinin tərtİb etdiyi "Хронографическая

история". Ermənicədən К.П.Патканов  tərcümə etmişdir. CП6., 1869.

4

Kartlis Tsxovreba. Kauçxişvilinin nəşri. Tbilisi, 1955, I cild (gürcü



dilində); histoire de la Georgie, trad. M.Brosset. St.-P., 1849; Gürcüstan

mənbələrində Azərbaycan tarixinə dair materiallar haqqında daha müfəssəl

məlumat üçün b a x: L.M.Melikset-Bek. Gürcü mənbələri "Azərbaycan tarixinə

dair mənbələrin icmalı” məcmuəsində, II buraxılış, Bakı, 1939.

5

М.Сабинин. Полное  жизнеописание  святых  грузинской  церкви, ч. I,



II. СПб., 1871-1872; Qədim gürcü agioqrafık ədəbiyyatı abidələri. Gürcü mətninin

tərcüməçisi, tənqidçisi və ona müqəddimə yazan Gürcüstan EA-nm akademiki

K.S.Kekelidzedir. Tbilisi, 1954-1956.

6

Annales quos scripsit Aby Djafar Mohammed Ibn D'arir at-Tabari. Ed.



M.J. de Goeje, ser. I-IU, Lugduni Batavorum, 1879-1901 (sonrakı səhifələrdə bu

mənbə  ət-Təbəri göstəriləcəkdir). Onun haqqında bax: В.И.Беляев. Арабские

источники  по  истории  туркмен  и  Туркмении IX-XIIl вв., стр. 21-23;

Н.А.Медников. Палестина  от  завоевания  ее  арабами  до  Крестовых  походов,

стр. 35-138; R. Paret. At-Tabari. EI, IV, 607-608; C.Broc Kelmann. Geschichte

der Arabischen Litterature, I, p. 142-143; Supplementband (SB), I, 217-218.



19

Azərbaycanın tədqiq etdiyimiz dövrünün siyasi tarixinə dair əsas

mənbədir.

Ayrı-ayrı ölkə və ya vilayətlərin tarixi şərh edilərkən materialın

çoxluğu və dəqiqliyi, həmçinin xilafət daxilində baş vermiş üsyan və

xalq hərəkatları haqqında verilən məlumat - bütün bunlar ət-

Təbərinin əsərini birinci dərəcəli tarixi mənbələr sırasına keçirir.

K.Brokkelman ət-Təbərini orta əsrlərin çox görkəmli

tarixşünası kimi qiymətləndirərək yazır: "Əlbəttə, o, müstəqil

düşüncəli bir mütəfəkkir olmamışdır, lakin çox qiymətli materialın

toplanıb mühafızə edilməsinə səy göstərdiyi üçün biz ona

minnətdarıq"

1

.

Ət-Təbəri Azərbaycan tarixinə dair materialları özündən



əvvəlki müəlliflərin: Əbu Abdullah Məhəmməd ibn Ömər əl-Vəqidi,

əl-Mədayini, Əbu Minhəf, Əbu Məşər və başqalarının əsərlərindən

istifadə edərək verir

2

. Ət-Təbərinin istinad etdiyi müəlliflərin demək



olar ki, hamısı  ərəblərin istilaçılıq səfərlərində (xüsusilə

Azərbaycana) bilavasitə iştirak etmiş olduqlarından onların

əsərlərində verilən məlumat Azərbaycanın ərəblər tərəfindən işğal

edildiyi dövrün tarixini tədqiq etmək üçün son dərəcə qiymətlidir.

Ət-Təbərinin əsərində verilən məlumat VII-IX əsrlərdə

Azərbaycanın siyasi tarixinin mənzərəsini təsəvvür etməyə imkan

verir, Ət-Təbərinin Azərbaycan xürrəmilərinin Xilafətə qarşı

üsyanını xarakterizə edən materialları, xəlifə  əl-Mötəsim dövründə

ərəb ordularının baş komandanı Afşin Heydər ibn Kavusun

fəaliyyəti, onun Babəklə  əlaqələri, Babəklə və Təbəristan hakimi

Məzyarla danışıqları, Babək qalib gəldiyi təqdirdə Xilafəti devirmək

və parçalamaq planları, habelə Babəkin Bizans imperatoru Feofillə

yazışması haqqındakı məlumatı xüsusilə qiymətlidir. Ət-Təbərinin

məlumatı Xilafətin siyasi həyatında türklərin rolu və Azərbaycanda

1

C.Brockelmann. GAL, I, 142.



2

Ət-Təbəri. I, 2647; II, 3397; II, 343, 635, 896 və sonrakı səhifələr; III,

3037; Kytab al-Fihrist, 2 Bde, Leipzig, 1871-1872, p. 98-99 (sonrakı səhifələrdə bu

mənbə  əl- Fihrist göstəriləcəkdir. EI, IV-də "Əl-Vəqidi məqaləsinə bax; Əli

Ədhəm. Bə'z mu’arrixey əl-İslam. Əl-Qahirə, səh. 17-18.


20

onların fəaliyyəti haqqında da mühüm material verir. Azərbaycanda

sülalə və mütəqəlliblər - ayrı-ayrı vilayətlərin və feodal dövlətlərinin

hakimləri haqqında ət-Təbərinin verdiyi məlumat da maraqlıdır.

Həmin feodal dövlətlərindən biri IX əsrin sonlarında yaranmış

Sacilər dövlətidir.

Lakin ət-Təbərinin əsəri 302 (914-915)-ci illərdə baş vermiş

hadisələrin təsviri ilə qurtarır: odur ki, biz Sacilər dövlətinin sonrakı

taleyi haqqındakı məlumatı ət-Təbərinin davamçısı Arib ibn Səd əl-

Kurtubinin "Silat tarix ət-Təbəri"

1

 adlı əsərindən öyrənirik.



Əbu-l-Abbas Əhməd ibn Yəhya ibn Cabir əl-Bəlazurinin (892-

ci ildə ölmüşdür) "Kitab fütuh-əl-buldan" ("Ölkələrin fəthi

kitabı")

2

əsəri də bizim tədqiqatımız üçün qiymətli mənbələrdəndir.



Əl-Bəlazuri sadəcə kompilyator olmamışdır. O, tarixşünas

istedadına malik olduğu üçün istifadə etdiyi şifahi məlumata tənqidi

surətdə yanaşaraq, bunların içərisindən daha mötəbər olanları

seçmişdir. "Kitab fituh əl-buldan"ın məziyyəti orasındadır ki, bu

əsər, İ.Y.Kraçkovski demişkən, "quru bir hərbi tarix deyildir. Əl-

Bəlazuri əhali və mühacirət haqqındakı yerli məlumatı diqqətlə

toplayırdı. O, dəftərxanalarda ərəb dilinin işlənməsi, vergilər, sikkə

işləri, ərəb hürufatının tarixi haqqında tam təfsilatı ilə bir sıra tarixi

məlumat verir"

3

.



Əl-Bəlazurinin Azərbaycan və Arran haqqında, ərəb

ordularının bu ölkələrə hərbi yürüşləri, Azərbaycan vilayət və

şəhərlərinin hakimləri ilə  ərəb hərbi rəislərinin bağladıqları

1

Arib ibn Sa'd al-Katib al-Kortobi. Tabari continiatus. Ed. M.J. de Goeje,



1871 (sonrakı səhifələrdə bu mənbə Arib göstəriləcəkdir). Həmçinin bax:

M.X.Şərifli. Sitat gətirilən əsəri, səh. 22-23.

2

Kitab futuh al-Buldan. Liber expugnationis regionum. Ed. M.J. de Goeje,



Leiden, 1870 (sonrakı səhifələrdə bu mənbə  əl-Buldan göstəriləcəkdir). Əl-

Bəlazuri haqqında b a x: В.И.Беляев. Арабские источники по истории туркмен

и  Туркмении IX-XIII вв.,

  СТР


, 18-19; И.Ю.Крачковский. Арабская

географическая  литература, стр. 35, 154-156, 158, 161, 206, 208, 302;

Х.А.Р.Гибб. Арабская литература, стр. 56; C.H.Becker. Al-Beladhori, EI, I, 624-

625; C.Brockelmann. GAL, I, 141-142

3

И.Ю.Крачковский. Избор. Соч., т. IV, стр. 156.



21

müqavilələr, ərəb tayfalarının Azərbaycan ərazisinə köçürülüb

yerləşdirilməsi haqqında verdiyi məlumat bizim tədqiqatımız üçün

əhəmiyyətli olmuşdur.

Əl-Bəlazurinin verdiyi məlumat ən xırda təfərrüatda belə digər

orta əsr tarixçilərinin məlumatı ilə düz gəldiyinə görə bu məlumatın

səhihliyi heç bir şübhə doğurmur

1

.



İzzəddin Əbü-l-Həsən Əli ibn Məhəmməd ibn əl-Əsir (1160-

1233) Azərbaycanın siyasi tarixinə dair çoxlu material verir. Onun

"əl-Kamil fıt-tarix" ("Tarixə dair mükəmməl məcmuə")

2

 adlı  əsəri



dünya tarixi haqqında on iki cildlik böyük bir külliyyatdır. Burada

hadisələr xronoloji qaydada, ilbəil verilir. İbn əl-Əsirin 303 (915)-cü

ilədək Azərbaycanda baş vermiş hadisələrdən bəhs etdiyi hissələr əl-

Bəlazurinin əsərindən götürülmüş materiallar da əlavə edilməklə, ət-

Təbərinin əsərinə əsaslanır. Azərbaycanda 303 (915)-cü ildən sonra -

290-363 (903-974)-cü illər baş vermiş hadisələr haqqında məlumatı

ibn əl-Əsir, ət-Təbərinin davamçısı olan tarixçi Sabit ibn Sinanın

əsərindən götürmüşdür. Hadisələrin təsvirini 370 (980)-ci ilədək

davam etdirən "Təcarib ül-üməm" ("Xalqların təcrübəsi") əsərinin

müəllifi ibn Miskəveyh də Sabit ibn Sinanın əsərindən istifadə

etmişdir. İbn əl-Əsir ibn Miskəveyhinin də materiallarını öz

salnaməsinə daxil etmişdir. Sacilər haqqında ət-Təbəri, Arib və ibn

Miskəveyhə nisbətən daha geniş məlumat verən ibn əl-Əsir tarixçi

Əbu Zəkəriyyə Yəzid ibn Ayas əl-Əzdi əl-Mavsilinin bizə gəlib

çatmamış "Tarix Mavsil" ("Mosul tarixi") əsərindən də istifadə

etmişdir. Bu əsərdə Sacilər haqqında başqa müəlliflərdə təsadüf

edilməyən çox maraqlı və müfəssəl məlumat verilmişdir. İbn əl-Əsir

1

Əl-Bəlazurinin əsərləri ərəblərin Azərbaycanı istila etməsi haqqındakı



hissə P.KJuze tərəfındən rus dilinə tərcümə edilmişdir. Bax: Əl-Bəlazuri. Ölkələrin

istilası kitabı. Azərbaycan tarixinə dair materiallar. Azərbaycan tədqiq və tətəbbö

cəmiy-yəti, Bakı, 1927.

2

Ibn-el Athire chronicon, quod perfectissimum Inscriibtur. Ed



C.I.Tornberg, 14 Bde, Lugbuni Batavorum, 1851-1876; 12 Bde, Kairo, 1290, 1303

(sonrakı səhifələrdə bu mənbə - İbn əl-Əsir göstəriləcəkdir). Onun haqqında b a x;

C.Brockelmann. GAL, I, 345-346- SB, I


22

ibn Ayasdan hörmətlə yazır, onu ləyaqətli imam, hərtərəfli biliyə

malik alim adlandırır və qeyd edir ki, ibn Ayas təsvir etdiyi

hadisələrin şahidi olmuşdur

1

.

Qeyd etmək lazımdır ki, ibn əl-Əsir ət-Təbərinin əsərinin bizə



gəlib çatmayan mükəmməl redaksiyasından, həmçinin sonradan itmiş

bir çox mənbələrdən istifadə etmişdir. Misal üçün, ibn əl-Əsir Babək

üsyanı haqqında əlavə olaraq çoxlu maraqlı məlumat verir ki, bunlar

ət-Təbərinin əsərində yoxdur, bundan başqa, ibn əl-Əsir Azərbaycan

xürrəmilərinə qarşı müharibədə Afşin Heydər ibn Kavusun fəaliyyəti

ilə  əlaqədar olaraq onu ət-Təbəriyə nisbətən daha ciddi xarakterizə

edir.

İbn əl-Əsirin ət-Təbəri



2

, əl-Bəlazuri və digər müəlliflərə etdiyi

əlavələr onun əsərlərini Azərbaycan tarixinə aid mühüın müstəqil

mənbə kimi qiymətləndirməyə haqq verir.

Babəkin Bizans imperatoru Feofıllə yazışması haqqında ibn əl-

Əsirin verdiyi məlumat da maraqlıdır.

Beləliklə,  demək  olar  ki,  ibn  əl-Əsir  öz  dövrünün  birinci

dərəcəli tarixçisi olmuşdur; buna görə ibn əl-Əsirin hətta "tarixçisi"

sözünün o zamankı mənasında da tarixçi olmadığı haqqındakı yanlış

fikri gözdən keçirib dəyişdirmək lazımdır

3

.

1



İbn əl-Əsir, VII, 300, "va kənə imamən fadilən alimən bimə yəqul və huvə

yuşahidul-hal". Əbu Zəkəriyyə  əl-Əzdi 334(945)-ci ildə vəfat etmişdir.

Onun üçcildlik "Mosul tarixi" əsərindən yalnız ikinci cildi (719-837-ci illərin

hadisələri) bizə gəlib çatmışdır. Onun haqqında bax: Qurqis Avvad. Mədinət əl-

Mausil. Bağdad, 1959, səh. 16.

2

İbn əl-Əsir və  ət-Təbərinin materiallarının müqayisəsi haqqında b a x:



O.B.Frolova. Ibn əl-Əsir (XIII əsr) salnaməsinin mənbələri SSRİ xalqlarının

tarixinə həsr olunmuş bölmələrdə. Dissertasiyasının avtoreferatı, L., 1954; İbn əl-

Əsir və  ət-Təbərinin dil xüsusiyyətlərinə görə tutuşdurulması haqqında bax:

C.Brockelmann. Das verhaitnis von İbn-el-Athiri Kamil fit Tarih in Tabaris ahbar

errusul val muluk. Strassburg, 1820.

3

"Tarix əl-Kamil"dən Azərbaycan tarixinə dair materiallar, səh. 8.



23

Əbu Hənifə əd-Dinəvərinin (təxminən 895-ci ildə vəfat etmiş-

dir)  "Kitab  əl-Əxbar  ət-Tivəl"  ("Uzun  rəvayətlər  kitabı")

1

əsərində



Babək üsyanının son dövrünə həsr olunmuş səhifələr xüsusi maraq

doğurur.


Azərbaycanın, həmçinin Xilafətin bir çox digər vilayətlərinin

VII-IX əsrlər tarixinə dair mühüm mənbələrdən biri də  Əhməd ibn

Əbu Yəqub ibn Cəfər əl-Yəqubinin (897-ci ildə vəfat etmişdir)

"Tarix"


2

 əsəridir. Əl-Yəqubinin əsərində hadisələrin şərhi 872-873-

cü ilədək çatdırılır: bu əsərdə Azərbaycan tarixinə dair verilmiş

materiala başqa mənbələrdə təsadüf edilmir.

X əsrin orijinal coğrafıyaşünas müəlliflərindən biri olan

3

 Əbü-



1-Həsən Əli ibn əl-Hüseyn ibn Əli əl-Məsudinin (956-ci ildə vəfat

etmişdir)

4

 əsərlərində Azərbaycan,  xüsusilə də Xəzər dənizi



haqqında, onun qərb sahillərində yerləşən ölkələr haqqında, Urmiya

gölü haqqında maraqlı və müfəssəl məlumat vardır. Onun əsərlə-

rindən ikisi – tarixi-coğrafı  əsər olan "Mürüc əz-zəhəb və məadin

əlcəvahir" ("Qızıltəmizləmə yerləri və  əlvan daş mədənləri") və

coğrafi əsər olan "Kitab ət-tənbih və-l-işrəf” ("Xəbərdarlıq və təkrar

yoxlama kitabı") Hindistandan Mərakeşə, Qırmızı dənizdən Xəzər

dənizinə qədər, demək olar ki, bütün ölkələrə səyahət zamanı

müəllifin şəxsi müşahidələri və sorğu-sualı əsasında yazılmışdır.

Bu əsərlər Abbasilər xilafətinin mədəni həyatı haqqında ən

yaxşı hesabatdır. Bunlarda hər bir ölkə, vilayət, şəhər və xalqın tarixi

və coğrafiyası haqqında məlumat verilir. Əsil ensiklopediya olan əl-

Məsudinin əsərləri ət-Təbərinin əsərlərindən sonra IX əsrdən

1

Kitab al-ahbar at-tiwal. Ed. W. Guirgass. Leiden, 1888 (sonrakı



səhifələrdə bu mənbə  əd-Dinəvəri göstəriləcəkdir). Onun haqqında bax:

S.Brockelmann. GAL, I, 153; SB, I, 187.

2

А.Ю. Крачковский. Избр. Соч., тIV,  стр  . 151-154C.Brockelmann.



SB, I, P- 405; əl-Yəqubinin əsərinin Azərbaycana aid hissəsini P.K.Juze rus dilinə

tərcümə etmişdir

3

T.N.Kramers. Masudi. EI, SB, 67.



4

Əl -Məsudi haqqında bax: Н.Ю.Крачковский.Избр.Соч., т. IV, стр. 171-

184; S.Brockelmann. GAL, I, 220-221.


24

başlayaraq Azərbaycan tarixinə dair çox mühüm mənbələrdir. Səlcuq

sultanlarından Alp Arslan və Məlik şahın vəziri Nizam ül-Mülkün

"Siyasətnamə" adlı siyasi traktatından

1

 "bidətçilər" və xalq üsyanları



haqqındakı fəsillər xüsusilə əhəmiyyətlidir: həmin fəsillər Babək və

xürrəmilər haqqındakı materialı tamamlamaqla bərabər, xürrəmilərin

üsyanı və onun Xilafətin digər vilayətlərinə yayılmasına dair əlavə

məlumat verir.

Əbu-l-Fərəc Məhəmməd ibn İshaq ən-Nədiminin (995-ci ildə

vəfat etmişdir) "əl-Fihrist"

2

 əsərində xürrəmilər hərəkatının meydana



gəlməsi, Cavidan və Babəkin gəncliyi haqqında material vardır.

Müəllif bu əsəri 987-988-ci ildə yazmağa başlamış və XI əsrin

əvvəllərində bitirmişdir. İbn ən-Nədiminan bu əsəri nə məqsədlə

yazdığı onun öz müqəddiməsindən aydın görünür: "Bu kitab, bütün

ərəb və qeyri-ərəb xalqların ərəb dilində və hürufatında, müxtəlif

elmlərə dair kitablarının siyahısı, həmin kitabların tərtibçiləri

haqqında, müəlliflərinin kateqoriyası və mənşəyinə dair, təvəllüd

tarixi, vəfat tarixi haqqında, ölkələrinin yeri, məziyyət və nöqsanları

haqqında, icad edilmiş hər bir elmin meydana gəlməsindən bizim

günlərədək, yəni hicri 377-ci ilədək məlumat verən məcmuədir"

3

.

V.V.Bartold yazır ki, ibn ən-Nədiminin əsəri "islamın ilk



dörd  əsrinin ədəbiyyatı və elmi haqqında daim başlıca məlumat

mənbəyi  olaraq qalacaqdır"

4

.

Biz burada qeyd etməliyik ki, Babək və xürrəmilərin mənşəyi



haqqında məlumat yalnız ibn ən-Nədiminin əsərində mühafizə

olunub saxlanmışdır, çünki ən-Nədiminin həmin məlumatı götürmüş

olduğu Vaqid ibn Əmr ət-Təmiminin "Babəkin tarixi" əsəri bizə

gəlib çatmamışdır.

1

Siyasətnamə. XI əsr vəziri Nizam-ül-Mülkün dövləti idarə etmək



haqqında kitabı. Fars dilindən ruscaya B.N.Zaxoder tərcümə etmişdir. M., 1949.

2

İbn ən-Nədim haqqında b a x: C.Brockelmann. GAL, I, 147-148; SB, I,



207.

3

Əl-Fihrist, səh. 2; И.Ю. Крачковский. Избр. Соч., т. IV, стр. 238-240.



4

В.В.Бартольд. Мусульманский мир, стр.51.



25

Təsviri xarakter daşıyan "Kitab əl-məsalik və-1-məmalik"

("Yollar və dövlətlər haqqında kitab") adlı coğrafı  əsəri bizə gəlib

çatan ilk müəllif Əbü-1-Qasim Übəydullah ibn Abdullah ibn

Xordadbeh (912-913-cü illərdə vəfat etmişdir) olmuşdur

1

. Xəlifə  əl-



Mötəsimin hakimiyyəti dövründə Cibəl əyalətinin poçt rəisi

vəzifəsini tutan

2

 ibn Xordadbeh o zamanın demək olar, bütün yazılı



mənbələri ilə tanış olmuş və onlardan istifadə etmişdir. Əl-

Müqəddəsi göstərir ki, ibn Xordadbeh "xəlifənin vəziri idi və  Əmir

əl-mömininin kitabxanasında saxlanılan elmi sərvətlərdən tam

istifadə etmək hüququna malik idi"

3

.

"Yollar və dövlətlər haqqında kitab" Zaqafqaziya ölkələrinin,



xüsusilə Azərbaycanın tarixi və tarixi coğrafıyasını öyrənmək üçün

çox mühüm mənbədir. Yaşayış məntəqələri arasındakı məsafələri

göstərən müfəssəl yol marşrutları  şəhərlər, iqtisadiyyat, kənd

təsərrüfatı haqqında müxtəlif məlumat, hər cür coğrafı məlumat,

Azərbaycanın inzibati bölgüsü, vergilər və i.a. haqqında məlumat -

bütün bunlar ibn Xordadbehin əsərini ərəb coğrafı ədəbiyyatının elə

əsərləri sırasına keçirir ki, bunlarsız orta əsrlər Xilafətinin tarixini

tədqiq etmək olmaz

4

.

Əbu İshaq İbrahim ibn Məhəmməd əl-Fərnan əl-İstəxri



(təqribən 951-952-ci illər)

5

 930-933-cü illərdə özünün "Kitab məsalik



əl-məmalik" ("Dövlətlərin yolları haqqında kitab") əsərini tərtib

1

Kitad al masalik wal mamalik. BGA, 1889 (sonrakı səhifələrdə bu mənbə-



Ibn Xordadbeh göstəriləcəkdİr). Onun haqqında b a x: И.Ю.Крачковский. Избр.

Соч., т. IV, стр. 147-150; C. von Arendonk. Ibn Khorbadhben. EI, II, 442;

C.Brockelmann. GAL, I, 225-226; SB, 1,404.

2

Əl-Fihrist, səh. 149.



3

 Əl-Müqəddəsi, BGA, III, 362.

4

П.Г.Булгаков. "Книга путей и государств" Ибн Хордадбеха, стр.127-



136.

5

Kitab al-mamalik, BGA, I (sonrakı səhifələrdə bu mənbə  əl-İstəxri



göstəriləcəkdir). Qnun haqqında bax: И.Ю.Крачковский. Избр. Соч., т. IV, стр.

194-198; Hüdud əl-aləm, səh. 11-17; C.Huart. Al-Balkhi. EI, 1, 638; yenə də onun:

Al-Istakhri, EI, II, 596; M.Y. de Goeje. Die Istakhri-Balkhi Frage, p. 42 və sonra

C.Brockelmann. GAL, I, 229, SB, 1, 408.



26

edərək Əbu Zeyd ibn Səhl əl-Bəlxinin (850-934) "Süvar əl-Əqalim"

("İqlimlərin təsviri") əsərindən coğrafı xəritələr atlasını izahları ilə

birlikdə işləyib düzəldərək, demək olar ki, bütünlüklə öz əsərinə

daxil etmişdir. Əl-İstəxri Azərbaycan və Arranın sərhədləri,

şəhərləri, marşrutları, məsafələri haqqında ətraflı məlumat verir,

Xəzər dənizini təsvir edir. Əl-İstəxrinin əsərini onun xahişi ilə 951-ci

ildə müasiri Əbu-1-Qasim ibn Havqəl onun bu əsərini yenidən

işləmiş və tamamlamışdır. İbn Havqəl yazır ki, "Kitab əl-məsalik və-

1-mətnalik", yaxud "Kitab surət əl-ard" əsərini tərtib edərkən "ibn

Xordadbehin, əl-Ceyhaninin kitablarından, Əbu-1-Fərəc Kudama ibn

Cəfərin yaddaş kitabından ayrılmırdım. Mən Əbu İshaq və-1-Farisi

(əl-İstəxri) ilə görüşdüm. Mən Azərbaycanı bu səhifədə olduğu kimi

təsvir etdim, o, bunu bəyəndi, lakin əl-Cəzirəni bundan üstün tutdu. 0

(əl-İstəxri) mənə dedi: Mənim kitabımın səhv olan yerlərini

düzəltməyi səndən xahiş edirəm". Mən həmin kitabda onun müəllif

olduğu bir neçə xəritəni düzəltdim, lakin sonradan bu qərara gəldim

ki,  həmin  kitabı  ayrıca  olaraq  tərtib  edim,  səhvlərini  düzəldim,  ona

izahı ilə birlikdə xəritələr daxil edim. Əbü-1-Fərəcin yaddaş kitabı

hər bir cəhətdən, ümumiyyətlə, doğru və dürüst olsa da, mən ona

riayət etməməyi qət etdim. Mən bu kitabımda onun həkimanə

sözlərini verməli  idim, lakin başqasının zəhmətinin məhsulu olan

şeydən istifadə etməyi layiq bilmədim"

1

.



İbn Havqəlin kitabında Azərbaycan və Arranın maraqlı

coğrafi təsviri (dağları, çayları və iqlimi) verilir. Habelə əkinçilik və

suvarmanın vəziyyəti, torpağın münbitliyi, bağ, otlaq və faydalı

qazıntıları, ixracat və idxalat malları, yolları, bazar və karvansaraları

sikkə,  vergi  və  rüsumları  və  sairədən  danışılır.  İbn  Havqəl  əhalinin

məişəti: yeməyi, geyimi, qonaqpərvərliyi, adamların xarakteri

Azərbaycanın şəhər və kəndləri haqqında da məlumat verir. Əl-

İstəxri kimi ibn Havqəl də Azərbaycan və Arranın sərhədlərinin

müfəssəl  təsvirini,  habelə  paytaxtlar  və  digər  şəhərlər  haqqında

tarixi-coğrafı məlumat verir: "Mən Azərbaycanın xəritəsini verir və

1

 İbnHavqəl, BGA, 11,235.



27

orada heç bir dənizlə  əlaqəsi olmayan Xilat və Kəbuzan göllərinin

təsvirinə qədər dağları, yolları, Araz və Kür kimi şirin sulu çayları

göstərirəm"

1

.

Göründüyü kimi, ibn Havqəlin Azərbaycan haqqında verdiyi



məlumat çox müfəssəl və dürüstdür: bu məlumata etibar etmək olar.

Buna görə də iqtisadi məsələlərin tədqiqində ibn Havqəl və  əl-

İstəxrinin əsərləri başlıca mənbə olacaqdır.

Şəmsəddin Əbu Abdullah Məhəmməd ibn Əbu Bəkr əl-

Müqəddəsi (946-947- 1000-ci illər)

2

 özünün "Əhsən ət-təqasim fı



mərifət əl-əqalim" ("İqlimləri dərk etmək üçün ən yaxşı bölgü")

əsərində  əl-İstəxri və ibn Havqəlin materiallarına əlavə olaraq

Azərbaycan tarixi haqqında bir çox qiymətli məlumat verir.

İ.Y.Kraçkovski qeyd edir ki, əl-Müqəddəsi "ətraflı

düşünülmüş və metodik işi ilə fərqlənir"

3

. Əl-Müqəddəsi oxucuya



müraciətlə yazır: "Bil ki, mən bu kitabı möhkəm bünövrə üzərində

yazıb ona davamlı dayaqlar vermişəm. İmkanım daxilində həqiqəti

yazmağa çalışmışam, ağıllı adamların biliyindən kömək istəmiş və

Allahtaalaya yalvarmışam ki, səhv və nöqsanları məndən uzaq etsin,

məni ümid və təvəkkülə yaxınlaşdırsın. Bu kitabın ən möhkəm

istinadı mötəbər əsası mənim görüb dərk etdiklərim və öyrənib yaz-

dıqlarımdır"

4

.



Əl-Müqəddəsidə rustak və şəhərlərin sayı haqqında məlumata

rast gəlirik ki, başqa coğrafiyaşünasların əsərlərində belə məlumat

yoxdur. Əl-Müqəddəsi Azərbaycanı təsvir edərkən şəhərlərin

topoqrafıyası, salınma tarixi, əhalisi, dili, dini, mədəniyyəti, məişəti,

adətləri sənətkarlığı, ixracat və idxalat malları, suvarma, kənd

təsərrüfatı bitkiləri, yerli çəki və ölçü vahidləri, vergilər və nəhayət,

1

İbn Havqəl, BGA, II, 8.



2

Al-Muqaddasi. Ahsan at-taqasim, Fi ma'rifatal aqalim. BGA, II (sonrakı

səhifələrdə bu mənbə  əl-Müqəddəsi göstəriləcəkdir) onun haqqında bax:

C.Brockelmann, GAL, I, 230: SB, S.411.

3

И.Ю.Крачковский. Избр. Соч.,т. IV, стр.



4

Əl-Müqəddəsi. III, 3.



28

yol marşrutları haqqında məlumat verir. Beləliklə, X əsr ərəb

coğrafiyaşünasının klassik inkişaf dövrünü tamamlayan əl-

Müqəddəsinin əsəri Azərbaycanın, həmçinin Abbasilər xilafətinin

tərkibinə daxil olan bir çox başqa ölkələrin iqtisadi tarixinə dair

qiymətli mənbədir.

Azərbaycan haqqında məlumat verən orta əsrlər ərəb

coğrafiyaşünaslarından biri də Əbu Bəkr Əhməd ibn Məhəmməd ibn

İshaq ibn əl-Fəqih əl-Həmədanidir (902-903-cü illərə yaxın

yazmışdır)

1

. Onun "Kitab əl-buldan" ("Ölkələr haqqında kitab"),



yaxud "Kitab əxbar əl-buldan" ("Ölkələr haqqında hekayələr kitabı")

adlı böyük coğrafı külliyyatında hər cür elmi tənqiddən uzaq

hekayələr toplanmışdır ki, bunlarda azacıq da olsa coğrafiyaya,

yaxud coğrafi adlar məsələsinə toxunulur.

Ibn əl-Fəqihin bir növ kompilyativ coğrafi müntəxəbat

xarakterli əsəri demək olar ki, başdan-ayağa digər yazılı mənbələr

(əl-Mədaini, əl-Bəlazuri, əl-Yəqubi, ibn Xordadbeh və başqaları)

əsasında tərtib edilmişdir. Əl-Fəqihin verdiyi məlumat, qismən də

şifahi rəvayətlərə

2

- hadisələrə, əfsanələrə və i.a. əsaslanır. İbn



Xordadbeh kimi ibn əl-Fəqih də Azərbaycanın bəzi şəhərlərinin

cografı təsvirini verərkən Afşinin xürrəmilərlə etdiyi müharibələr

dovründə gördüyü tikinti işlərindən də qısaca danışır.

Xəlifə Mütədidinin hakimiyyəti dövründə  (892-902) yaşamış

Əbu Əli Əhməd ibn Rusta (IX əsrin sonu - X əsrin əvvəlləri) böyük

bir ensiklopedik əsərin müəllifidir: bu əsərin bizə yalnız yeddinci

hissəsi olan "Kitab əl-əlak ən-nəfisə" ("Qiymətli sərvətlər kitabı")

gəlib çatmışdır. İbn Rusta əsərinin coğrafıyaya  dair bölməsində

1

Kitab  al-Buldan,  BGA,  V.  İbn  əl-Fəqih  haqqında  b  a  x:



И.Ю.Крачковский. Избр. Соч., т. IV, cтр. 124-127; В.Р.Розен. Рецензия  на

издание  де  Гуе, стр. 239-248; А.З.Валидов. Мешхедская  рукопмсь  Ибн  ал-

Факихас, стр. 237-248; А.П.Ковалевский. Книга Ахмада ибн Фадлана, стр. 9-

117; C.Brockelmann. GAL, I.

2

Kitab al a'Iaq annafisa, BGA, VII. İbn Rusta haqqında b a x:



И.Ю.Крачковский. Избр. cоч., т. IV, стр. 159-160; C. von Arendonk. Ibn Rosteh.

El. II, 435; C.Brockelmann. GAL, I, 227; SB, 1,406.



29

Məkkə və Mədinənin, sonra digər ölkələrin – əvvəlcə "İslam

aləminin", sonra isə bütün qalan yerlərin təsvirini verir. İbn Rustanın

əsəri başdan-ayağa yazılı mənbələrə - ərəb səyyahlarının və öz

müasiri  olan  alimlərin  əsərlərinə  əsaslanır.  Buna  görə  də  ibn

Rustanm Azərbaycan və Arran haqqındakı məlumatı başqa

mənbələrdən bizə məlum olan materialın təkrarıdır, odur ki, onun

bütün yazdıqlarını kütləvi ədəbiyyat tipinə aid etmək olar.

Arami Əbü-1-Fərəc Kudama ibn Cəfər əl-Katib əl-Bağdadi

(922-948-ci illər arasında vəfat etmişdir)

1

 ibn əl-Furatın vəzirliyi



dövründə nəzarət idarəsinin müdiri ("sahib məclis əz-ziməm"),

ömrünün sonlarında isə "sahib əl-bərid" poçtun müdiri olmuşdur.

"Kitab əl-xərac və sənət əl-kitabə" ("Xərac və katiblik sənəti

haqqında kitab") əsərində Xilafətin bütün vilayətlərindən, o

cümlədən də Azərbaycan və Arrandan gələn vergilər haqqında

məlumat vardır. Bundan başqa, həmin əsərdə poçt marşrutları

göstərilir, poçt xidmətinin təşkili haqqında məlumat və Azərbaycanın

iqtisadi coğrafıyasına dair materiallar verilir.

Kudama vergi məsələlərinə xüsusi fikir verərək, Xilafətin

ayrı-ayrı vilayətlərində vergilərin bölüşdürülməsi və yığılması

sistemini ətraflı təsvir edir, hər bir əyalətdən yığılan verginin dürüst

məbləğini göstərir.

"Kitab əl-xərac" Xilafət divanlarının sənədlərinə  əsaslanır.

Kudama ibn Xordadbehin əsərindən istifadə etdiyi materiala xeyli

əlavələr etmişdir ki, bu da hər iki mənbədə verilən materialları

tutuşdurmağa və bunlardakı rəqəmləri dəqiqləşdirməyə imkan verir.

İbn Xordadbehin, əl-Yəqubinin, ibn əl-Fəqihin, ibn Rustanın

və Kudamanın verdiyi məlumatlar bir sıra hallarda digər

mənbələrdəki materialları təkrar etsə də, onları tamamlayır, yaxud

əlavə yeni məlumatla zənginləşdirir. Bu əsərlərdəki məlumatlarda

1

Kitab al-harag, BGA, VI. Kudama haqqında b a x: И.Ю.Крачковский.



Избр.  Соч.,  т. IV, стр. 160-162; Kudama ibn Cəfərm "Bəlağət" əsəri, səh. 373-

387; C.Brockelmann. Kudama, EI, II, 1158; GAL, I, 228; SB, I, 406-407.



30

yalnız yaşayış məntəqələri arasındakı məsafələrdə, həmçinin digər

kiçik təfərrüatlarda müxtəliflik nəzərə çarpır.

Əbu Əli Əhməd ibn Məhəmməd ibn Miskəveyhin (1030-cu

ildə vəfat etmişdir)

1

 "Kitab təcarib al-üməm" ("Xalqların təcrübəsi



haqqında kitab") adlı çox böyük əsərində biz xürrəmilərin üsyanı

haqqındakı məlumatdan istifadə etmişik ki, bu da ət-Təbərinin

əsərindən köçürülərək tərtib edilmişdir. İbn Miskəveyhin əsərində

300(912-913)-cü illərdən sonrakı hadisələrin təsviri, daha doğrusu,

Sacilərin fəaliyyətindən söhbət gedən hissələr maraqlıdır. Həmin

hadisələr haqqındakı məlumatı ibn Miskəveyh ət-Təbəridən və

Aribdən götürmüş olsa da, özündən əvvəlki müəlliflərdə olmayan

maraqlı məlumat da verir

2

.

Cəmaləddin əl-Əzdinin Sacilər sülaləsinə həsr edilən "Vaxtilə



movcud olmuş dövlət haqqında məlumat" əsəri Sacilər dövlətinin

siyasi tarixini öyrənmək üçün maraqlı mənbədir. Bu əsərin əlyazması

Britaniya muzeyində saxlanılır

3

. Bu əsərdə Sacilər haqqında digər



mənbələrdə olan məlumatı tamamlayan çox maraqlı material

verilməsinə baxmayaraq, vətən tarixşünaslığında bu mənbədən

istifadə edilməmişdir.

Məşhur ərəb coğrafıyaçısı və səyyahı Yaqut ibn Abdullah ər-

Rumi əl-Həməvinin (1179-1229) "Mu'cəm əl-buldan" ("Ölkələrin

1

The conciuding Portuon of the Experiences of the Nations by



Miskawaihi, arabic toxt ed. by H.F.Amedroz, v. 1, Oxford, 1920 (sonrakı

səhifələrdə bu mənbə  İbn Miskəveyh göstəriləcəkdir). Onun haqqında b ax:

C.Brockelmann. GAL, I, 342, 518, 525; SB, I, 582; Б.Я.Шустер. Место  Ибн

мискавейха среди арабоязычных историков, стр. 127-138; yenə onun: Шестой

том  Всемирной  истории. Ибн  Мискавейха  как  источник  по  социалбном

отношениям в позднем халифате, стр. 82-88.

2

Kitab tagarib al-uman. Ed. M.J. de Goeje. FCA, t. II, Lugbun



Batavorum, 1871.

3

Ms. Or. 3685 in British Museum, Bax: Ch. Ricu Supplement to the



catalogue of the Arabic Manusarits. London, 1894, № 461 (fol. 25a-29 a).

31

əlifba sırası ilə siyahısı") adlı çox böyük coğrafi lüğəti Azərbaycan

və Arranı öyrənmək üçün son dərəcə mühüm mənbədir

1

.



"Mu'cəm əl-buldan" böyük kompilyativ əsərdir. Burada çoxu

bizə gəlib çatmayan yüzdən artıq ilk mənbədən istifadə edilmişdir.

Yaqut Azərbaycan və Arran tarixinə dair məlumatında əl-İstəxri ibn

əl-Fəqih və bir çox başqa müəlliflərin əsərlərindən material verir.

Özü də demək olar ki, hər yerdə hansı mənbədən istifadə etdiyini

göstərir və başqa əsərlərdən götürdüyü materialı öz səyahətləri

zamanı topladığı məlumatla tamamlayır. O öz materialını müvafiq

ölkə, vilayət, şəhər və kəndlərin adlarına uyğun əlifba sırası ilə

sistemə salmışdır. Yaqutun lüğətinin xüsusiyyəti burasındadır ki,

müntəzəm olaraq, gətirdiyi coğrafı adların dürüst tələffüzünü

müəyyən edir və beləliklə, toponimika cəhətdən düzgün nəticələr

çıxarmağa imkan verir.

Yaqut şəhərləri və yaşayış məntəqələrini təsvir edərkən

bunların görməli yerlərini saymaqdan əlavə, həmin yerlərdən çıxmış

görkəmli şəxsiyyətlərin tərcümeyi-halı haqqında da məlumat verir.

Əbu Yusif Yəqub əl-Kufinin (731-798) müsəlman hüququ

haqqındakı "Kitab əl-xərac" ("Xərac haqqında kitab") əsəri

Azərbaycanın və Xilafətdəki digər vilayətlərin tədqiq etdiyimiz dövr

tarixi üçün xüsusilə qiymətlidir

2

. Xəlifə Harun ər-Rəşidin



hakimiyyəti zamanı (786-809) Bağdadda qazılıq edən Əbu Yusif

xərac və onun yığılması haqqında, dövlət torpaqlarında və xüsusi

şəxslərə məxsus torpaqlarda kəndlilərin feodal istismarımn növləri və

formaları və i.a. haqqında xəlifə üçün çox mühüm və qiymətli

məlumat verən bir əsər tərtib etmişdir

3

.



1

Mugam al-buldan. Jacuts geographicshes worterbuch. V nəşr.

F.Wustenfeld, 6 Bde. Leipzig. 1866-1873 (sonrakı səhifələrdə bu mənbə Yaqut

göstəriləcəkdir). Onun haqqında bax: C.Brockelmann. GAL, I, 479-480; SB, I,

1880; О.И.Сенковский.Некоторые сомнения касателбно истории Грузии, стр.

191; И.Ю.Крачковский. Избр. соч., т. IV, стр. 370.

2

C.Brockelmann. GAL, I, 171; SB, I, 283.



3

Э.Т.Сихарулидзе."Китаб  ал - Харадж" Абу  Йусуфа  Йакуба  как

источник по истории феодальных отношений в халифате. Автореферат дисс.


32

"Kitab əl-xərac" elə bir mənbədir ki, Xilafətin VII-VIII əsrlər

tarixini tədqiq edərkən onsuz keçinmək olmaz. Əbu Yusifin əsərində

vergi və  əhalinin natural mükəlləfıyyəti sistemi həyata keçiriləndə

istilaçı ərəblərin öz mənafelərini necə güddüklərindən çoxlu məlumat

verilir.


Ərəblərin Azərbaycanda yeritdikləri inzibati siyasət və idarə

sistemi məsələlərini təsdiq edərkən ibn Xəldunun "Kitab əl-ibar və

divan əl-mübtəda" əsərində qiymətli materiala rast gəldik. Ərəblərin

vergi siyasəti və torpaq münasibətləri haqqında Məkrizinin “əl-

Məvaid və-l-i’tibar bi zikr əl-xitab və-l-asar", əl-Kəlkəşən-dinin

"Sübh əl-ə'şa fı sina, at al-inşa" əsərində, ət-Tənuhinin "əl-Fərəc bə'd

əş-şiddə" və "Kitab nişvar əl-mühadərə" əsərlərində, əs-Samaninin

"Kitab əl-ənsab", ibn əl-Cauzinin "Kitab əl-müntəzəm", əl-

Mavərdinin "əl-Əhkam əs-sultaniyyə", əl-Cəhşiyarinin "Kitab əl-

yüzara və-1-küttab" əsərində də və i.a. məlumat vardır

1

.

Bu əsərlərdə bizim tədqiqatımız üçün ikinci dərəcəli



əhəmiyyəti olan çoxlu digər materialdan da istifadə edilmişdir; çünki

həmin materialda, başlıca mənbələrdə olmayıb diqqəti cəlb edən bu

və ya digər təfərrüat vardır.

Azərbaycanın VII-IX əsrlər tarixi hələ yazılmamışdır. Lakin

bu heç də o demək deyildir ki, tarixçilər Azərbaycanın həmin dövr

tarixinin bu və ya digər aspektinin tədqiqi ilə məşğul olmamışdır.

Tarixçilərin bizi maraqlandıran məsələlərə bu və ya digər dərəcədə

toxunan ən mühüm tədqiqatlarının qısa xülasəsini aşağıda veririk.

Ərəb istilası  ərəfəsində və istila dövründə Azərbaycanın siyasi

tarixini öyrənmək nöqteyi-nəzərindən N.V.Piqulevskayanın

2

tədqiqatları diqqəti cəlb edir, bu tədqiqatlar ərəb istilasınadək



Azərbaycanın da inzibati bir vahid kimi daxil olduğu Sasanilər İranı

Тбилиси, 1958.Bu mənbə materialları A.Y.Yakubovskinin "Об  испольных

арендах в Ираке в VIII

B

." adlı məqaləsində təhlil olunur (CB,



T

. IV, 1947)

1

İstifadə etdiyimiz ərəb müəlliflərinin əsərlərinin siyahısı kitabın axırında



verilmişdir.

2

H.B.Пигулевская. Византия  и  Иран  на  рубеже VI-VII веков, M.-Л.,



1945; yenə onun: K вonpocy o податной реформе Хосрова Ануширвана. BDU,

1937, Ns 1.



33

tarixinin bir sıra prinsipial məsələlərini işıqlandırır.

N.V.Piqulevskayanın tədqiqatları bizi bir daha inandırmışdır ki,

ərəblər Azərbaycanda yeritdikləri inzibati siyasəti və idarə sistemini

öz sələfləri olan Sasani və Bizans imperiyalarından əxz etmişdilər.

N.Adons


1

 və  K.Patkanovun

2

 tədqiqatları  da  Azərbaycanın



ərəb istilası dövrü tarixini öyrənmək üçün qiymətlidir, çünki bu

tədqiqatlarda təkcə Ermənistanın deyil, Azərbaycan və Gürcüstanın

da daxili tarixi məsələləri işıqlandırılır. Azərbaycan tarixinin

tədqiqatçısı üçün görkəmli bizansşünaslardan F.İ.Uspenski,

Y.M.Kulakovski, A.A.Vasilyev, Q.Laskin və başqalarının əsərləri də

faydalıdır. Bu əsərlərdə Azərbaycan ərazisindəki dövlətlərin Bizans

ilə qarşılıqlı münasibətlərinin tarixinə, İran-Bizans müharibələri

zamanı Bizans qoşunlarının Azərbaycanda fəaliyyətinə, VII-IX

əsrlərdə Bizans imperatorlarının Azərbaycan hakimləri ilə qarşılıqlı

münasibətlərinə dair bir sıra maraqlı məlumat və müşahidə materialı

vardır.

VII əsrdə Albaniyada meydana gəlmiş antifeodal pavlikianlar



hərəkatı məsələsi Azərbaycan tarixində yeni problemdir.

Ermənistanın qədim əlyazmaları mühafızə olunan Matenadaranda

pavlikianlar haqqında mövcud əsərlər belə bir cəhəti müəyyən

etməyə imkan vermişdir ki, bu hərəkat məhz Albaniyada meydana

gəlmiş və buradan Ermənistan və Bizansa keçmişdir. Buna görə də

pavlikianlar hərəkatının guya Ermənistanda meydana gəldiyi barədə

bu vaxtadək mövcud olan mülahizə

3

 əsassız sayılmalıdır.



1

Burada və sonralar qeyd olunacaq müəlliflərin əsərləri ədəbiyyat

siyahısında verilir.

2

К.П.Патканов. Опыт  истории  династии  Сасанидов  по  сведениям,



сообщаемым армянскими писателями, ч.  XIV, CП6., 1869.

3

Г.Мелик-Бахшян. Павликианское  движение  в  Армении. Ереван,



1955; А.Г.Иоаннисян. Очерки истории армянской освободительной мысли, т.

1. Ереван, 1957 (erm.dilində); С.Т.Еремян. Раннефеодальная  культура

Армении. Очерки истории СССР, III-IX вв., М., 1958


34

Q.M.Bartikyanın əsəri də pavlikianlar hərəkatına həsr

olunmuşdur, Müəllifin gətirdiyi sənədlərə (Partav kilsə yığıncağının

706-707-ci illərdə qəbul etdiyi qərarlar) əsasən bu hərəkatın meydana

gəldiyi tarixi və yeri müəyyən etmək olar.

T.İ.Ter-Qriqoryanın Azərbaycan Elmlər Akademiyası Tarix

İnstitutunun elmi arxivində saxlanılan "Azərbaycan III-VII əsrlərdə",

Moisey Kalankatuklunun "Alban ölkəsinin tarixi məsələsinə dair"

dərc olunmamış  əsərlərində  ərəb istilasından əvvəlki Azərbaycan

haqqında bir çox maraqlı məlumat vardır.

Ərəb istilasından əvvəlki Azərbaycanın orta əsrlər

şəhərlərinin həyatına dair məsələləri tədqiq etmək üçün Azərbaycan

tarixçiləri və arxeoloqlarından Y.A.Paxomov, Q.M.Aslanov,

Q.M.Əhmədov, İ.M.Cəfərzadə, S.M.Qazıyev, R.M.Vahidov və

Z.İ.Yampolskinin əsərlərindən istifadə etmişik. Qazıntılar zamanı

əldə edilən materiallara həmçinin mənbələrə  əsasən müəyyən

edilmişdir ki, Qafqaz albanlarının gürcü və erməni yazıları ilə ümumi

əlamətləri  olan  öz  yazısı  olmuşdur.  Qeyd  etmək  lazımdır  ki,  bu

məsələnin öyrənilməsində akademiklərdən A.Q.Şanidze, Ş.Abuladze,

L.M.Melikset-Bek və Z.İ.Yampolskinin böyük xidməti olmuşdur.

K.V.Treverin  əsəri  eramızdan  əvvəl  IV  əsrdən  eramızın  VII

əsrinə qədər Albaniyanın tarixi və mədəniyyəti aspektlərinin

öyrənilməsinə həsr edilmişdir. Əsər ona görə maraq doğurur ki,

burada ölkənin tarixi və arxeologiyasına dair materiallar birlikdə

toplanmışdır. Bir sıra nəticələrinin mübahisəli olmasına baxmayaraq,

K.V. Treverin kitabı Azərbaycanın (Albaniyanın) orta əsrlər tarixi ilə

maraqlananlara lazımi kömək göstərə bilər.

Öz əsərlərində Azərbaycanın ərəb istilasından əvvəlki

dövrünün tarixinə diqqət yetirən xarici tarixçilərdən, Sasanilər

imperiyasının tarixinə dair böyük bir tədqiqatın müəllifı olan

Q.Raulinsonu, "Sasanilər zamanında  İran"  əsərinin müəllifi

A.Kristenseni, "Sasanilər dövründə Qafqaz və Ermənistanın hərbi

cəhətdən müstəmləkəyə  çevrilməsi"  adlı  məqalənin müəllifi

C.Kramersi, "Bizans imperiyasının tarixi" çoxcildli əsərinin müəllifı

Ş.Lebonu, "Atropatenada Roma və Bizans müharibələri" adlı

məqalənin müəllifi V.Minorskini, Qafqazdan Bizans ərazisinə



35

mühacirət etmiş, pavlikianlar haqqında məqalə yazmış Q.le Strenci

göstərmək olar.

Vyanada çıxan "Handes Amsoria" jurnalının redaktoru

mxitarist N.Akinyan bütün xarici tədqiqatçılar arasında xüsusi

mövqe tutur. İllərdən bəri N.Akinyan Moisey Kalankatuklu

(Dasxuranlının) "Ağvan tarixi"ni tənqidi surətdə təhlil edən

məqalələr yazır. Bir cəhəti qeyd etməmək haqsızlıq olardı ki,

N.Akinyan Qafqazda qriqoryan kilsəsinin ilkinliyi məsələsinə dair

yazılarında məsələdən dərindən baş çıxardığını göstərir, fıkrini isbat

etmək üçün hətta mümkün olmayan hər şeyi edir. Özünün hər bir

yeni məqaləsində N.Akinyan daha faydalı işlərdə tətbiq olunmağa

layiq böyük məharət və dəqiqliklə orta əsr "yalançılarının", yəni

Albaniya tarixinin müstəqil inkişafı lehinə danışmağa cüzi də olsa

səy göstərmiş tarixçi və xronika müəlliflərinin əleyhinə çıxır.

Albaniya tarixçisi Moisey Kalankatuklu haqqındakı bütün

məqalələrində N.Akinyan tarixi həqiqəti təhrif etməyə çalışır ki,

bizim bəzi müasir tədqiqatçılar da təəssüf ki, bundan istifadə edirlər.

Misal üçün, N.Akinyan belə hesab edir ki, "Ağvan tarixi"nin

müəllifi Moisey Kalankatuklu, demək olar ki, bütün hadisələri

erməni müəlliflərinin əsərlərindən sadəcə olaraq köçürmüşdür və

buna görə həmin mənbə  əhəmiyyətsiz bir şeydir. Daha sonra

N.Akinyan “Ağvan tarixi"nin müəllifini bir çox hadisə və

şəxsiyyətləri özündən uydurmaqda ittiham edir. N.Akinyan bunların

sırasına alban knyazı Cavanşiri də daxil edərək iddia edir ki,

"ümumiyyətlə belə bir knyaz heç olmamışdır".

Lakin N.Akinyanın məqalələrində Gürcüstan katolikosu

Kürion və Albaniya katolikosu Viro haqqında maraqlı məlumatlar

vardır; müəllif bu məlumatı Vyanada mxitaristlər kitabxanasında

saxlanılan nadir əlyazmalarından götürmüşdür.

Azərbaycan əhalisinin bir qisminə islam dininin, digər

qisminə isə qriqoryan dininin qəbul etdirilməsi ciddi məsələlərdəndir.

Ərəb istilasına məruz qalmış ölkələrdə islam dininin yayılması

haqqında istər tədqiqat xarakteri daşıyan, istərsə də kütləvi xarakterli

bir çox əsər yazılmışdır. Ərəb istilasına qədər Azərbaycan əhalisinin

bir qismi (cənubda yaşayanlar) atəşpərəst; digər qismi isə (şimalda



36

yaşayanlar) xristian idi. Buna görə də burada islam dini iki müxtəlif

yolla yayılmışdır; məcusların (maqların) yaşadığı cənubda islam dini

zor gücünə yayılmış, daha doğrusu, əhalinin qarşısına iki şərt

qoyulmuşdu - ya müsəlmanlığı qəbul etmək, ya da məhv olmaq,

Buna görə də Cənubi Azərbaycan şəhər və vilayətlərini işğal edərkən

ərəblərin bağladığı müqavilələrdən görünür ki, əhali özü üçün yeni

olan bu dini hamılıqla qəbul etmişdi, xüsusən ona görə ki, islam

dinini qəbul edənlər ilk vaxtlarda can vergisindən azad idi.

Ölkənin şimal hissəsində isə xristian əhalisi "əhl əl-kitab"

olduğu üçün islam dinini qəbul etməyə bilərdi, lakin bu halda onlar

xəracdan əlavə cizyə də verməli idi. Ölkənin kəndli kütlələrinə

göstərilən bu iqtisadi təzyiq nəticəsində Azərbaycanın şimal

hissəsinin əhalisi həm ərəblərə, həm də yerli feodallara verilən vergi

yükünə tab gətirə bilməyib islam dinini qəbul etməyə məcbur oldu.

V.V.Bartold,

Y.A.Belyayev, A.J.Yakubovski öz

tədqiqatlarında Azərbaycan əhalisinə islam dinini qəbul etdirmək

məsələsinə toxunmuşlar.

Alban və qriqoryan ruhaniləri arasında kilsə rəhbərliyi və

birinciliyi üstündə əsrlər boyu davam edən mübarizə, məlum olduğu

kimi, qriqoryan kilsəsinin qələbəsi ilə qurtarmış və qriqoryan kilsəsi

alban katolikosluğunun bütün kilsə camaatını xarici qüvvələrin

köməyi ilə özünə tabe etmişdi. Alban katolikosluğu Eçmiədzinin

təkidi ilə Müqəddəs Sinod tərəfindən 1836-cı ildə bağlanmışdır.

Lakin nədənsə tədqiqatçıların çoxu albanlarla ermənilər

arasındakı kilsə mübahisələrini bir qədər qərəzlə işıqlandırır. Belə ki,

külli miqdarda sənədlərin və çoxlu ciddi tədqiqat nəticələrinin əksinə

olaraq, Nerses Akinyanın və S.T.Yeremyanın məqalələrində,

A.L.Yakobsonun məqaləsində və K.V.Treverin yuxarıda adı çəkilən

əsərində iki düşmən kilsənin mübarizə tarixi tamamilə, yaxud qismən

qriqoryan kilsəsinin mənafeyi nöqteyi-nəzərindən işıqlandırılır.

K.Patkanov, N.Y.Marr, İ.A.Cavaxov, İ.P.Petruşevski, A.S

Vartapetov, T.İ.Ter-Qriqoryan və digər müəlliflərin əsərlərindən

görünür ki, VII əsrdə Azərbaycanın şimalında əhali qriqoryan

kilsəsinin himayəsi altında olmamış və qriqoryanlıq onlara zorla

qəbul etdirilmişdir.


37

Orta əsrlər dövründə alban və gürcü kilsələrinin erməni

kilsəsi ilə qarşılıqlı münasibətləri və mübarizəsi məsələsi isə hələ

tədqiq edilməyə möhtacdır.

Azərbaycan tarixində Xəzər problemi mühüm yer tutur.

Məlum olduğu kimi, ölkənin şimal hissəsində xəzərlər 150 ilə yaxın

ağalıq etmiş və ölkənin cənubuna, Xilafətin içərilərinə tərəf dağıdıcı

basqınlar etmişlər.

Xəzər xaqanlığı və xəzərlərin Qafqaz ölkələrinə hücumları

haqqında mənbələrdə çoxlu məlumat vardır; bu barədə bir neçə əsər

də yazılmışdır ki, bunlann içərisində M.İ.Artamonov və

D.M.Danlopun kitablarını, M.Kmoşko, A J.Krımski, Z.M.Bünyadov,

K.Tseqledi, S.B.Şişmanın məqalələrini qeyd etmək lazımdır.

Xəzərlərin Albaniyada nə qədər qaldıqları haqqında iki rəy vardır.

Bunlardan biri A.J.Krımskinin rəyidir ki, xəzərlərin burada 100 il

qaldığını qeyd edir; ikinci rəy isə M.İ.Artamonovundur, onun

fikrincə, xəzərlər bu ölkədə cəmi üç il ağalıq etmişlər. Mənbələrdə

verilən məlumatı  ətraflı öyrənmək və tutuşdurmaqla müəyyən etdik

ki, həqiqətdə xəzərlər ölkədə 150 ildən də çox qalmışlar, beləliklə,

M.İ.Artamonovun tezisi rədd edilmiş olur.

Bu vaxtadək heç tədqiq edilməyən çox ciddi məsələlərdən

biri də  ərəblərin Azərbaycan ərazisində məskən salması haqqında

vaxtilə P.K.Juzenin irəli sürdüyü problemdir. Bu problem haqqında

V.V.Bartoldun "Müsəlman aləmi" əsərində, P.K.Juzenin

“Zaqafqaziyada IX-X əsrlərdə mütəcəlliblər", M.H.Vəliyevin

“Azərbaycan əhalisi etnoqrafık xəzinə "muzeyidir", N.K.Zeydlisin

“Bakı quberniyasının etnoqrafik oçerki", A.N.Genkonun "Ərəb dili

və qafqazşünaslıq" əsərində və bir sıra başqa müəlliflərin qeydləri

vardır.

Bu əsərdə biz mənbələrin köməyi ilə  ərəb qəbilələrinin



Azərbaycanda yerləşdirilməsi tarixini izləyib, tarixşünaslıqdakı bu

boşluğu doldurmağa çalışacağıq.

Azərbaycanın tədqiq etdiyimiz dövrdəki tarixini öyrənmək

üçün ölkədə ərəblərin vergi siyasətinə və torpaq münasibətlərinə dair

məsələnin böyük əhəmiyyəti vardır. Bu münasibətlər həmin

torpaqların əhali ilə dinclik şəraitində bağlanan müqavilələr əsasında



38

tutulmasından ("sülhən"), yoxsa silah gücünə  ələ keçirilmiş

olmasından ("ənvətən") asılı idi. Bu məsələ ilə Vətən tarixçilərindən

V.Girqas və V.V.Bartold ("Xəlifə II Ömər və onun şəxsiyyəti

haqqında ziddiyyətli xəbərlər") məşğul olmuşlar. Tədqiq etdiyimiz

dövrdə Azərbaycanda torpaq kateqoriyaları və əhalidən alınan vergi

növləri məsələsini öyrənməkdə A.J.Yakubovskinin və

Y.A.Belyayevin əsərləri bizə kömək etdi. Azərbaycan şimalda və

şimal-qərbdə yerləşən ölkələrlə Bağdadın tranzit ticarətində

yükboşaltma məntəqəsi idi. Xilafətin ümumi ticarət sistemində

Azərbaycan ticarət mərkəzlərinin oynadığı rolu tədqiq edərkən

Ş.A.Mesxianın "IX-XIİI əsrlərdə feodal gürcü şəhərləri tarixindən"

və Y.A.Manandyanın "Qədim dövrlərin dünya  ticarəti ilə  əlaqədar

olaraq Ermənistan ticarəti və  şəhərləri haqqında”əsərini də gözdən

keçirdik. Hər iki əsər öz quruluşu etibarı ilə, həmçinin VII-IX

əsrlərdə Gürcüstan və Ermənistan iqtisadiyyatının təşkilinə dair

çıxarılan nəticələrinə görə maraqlıdır.

Azərbaycanda pul tədavülü məsələlərini tədqiq etmək üçün

professor Y.A.Paxomovun Azərbaycan, Gürcüstan və digər ölkələrin

numizmatikasına dair əsərləri çox qiymətlidir.

Azərbaycanın qocaman arxeoloqu İ.M.Cəfərzadənin "Köhnə

Gəncənin tarixi-arxeoloji oçerki" əsəri, Y.A.Paxomov, V.M.Sısoyev

və L.P.Taşçyanın Bərdə haqqında məqalələri, M.Altmanın Gəncə,

M.X.Şəriflinin Şamaxı, V.F.Minorskinin Qazax, S.M.Qazıyev və

O.Ş.İsmizadənin Qəbələ, R.M.Vahidovun Mingəçevir, Y.A.Paxomov

və Q.M.Əhmədovun Örənqala (Beyləqan) haqqında əsərləri

Azərbaycanın iri şəhərlərinin meydana gəlməsi və inkişafı tarixinə

həsr olunmuşdur.

Xilafətə qarşı Azərbaycan xalq kütlələrinin hərəkatını və

Babəkin rəhbərlik etdiyi xürrəmilər üsyanını tədqiq edərkən, hər

şeydən əvvəl, "xürrəm" termininin mənşəyini izah etməyə çalışdıq.

Bu termin haqqında, həmçinin xürrəmilər dini barəsində mövcud

olan bütün nöqteyi-nəzərləri ətraflı təhlil edərkən bu nəticəyə gəldik

ki, "xürrəm" terminini Q.Vayl, Y.A.Manandyan, Q.Flyugel, V.Myur,

Q.van Floten, İ.Velhauzen və digər tədqiqatçıları əsərlərində olduğu

kimi izah etmək olmaz. Həmin tədqiqatçılar xürrəmiləri hər cür



39

qəbahət və  əxlaqsızlıqda təqsirləndirərək, "xürrəm" terminini

istədikləri kimi izah etmiş, onun tarixi və etimoloji köklərini

araşdırmamışlar.

F.Engelsin fıkirlərinə, həmçinin A.Müllerin və

N.V.Piqulevskayanın müşahidələrinə  əsasən biz belə bir nəticəyə

gəldik ki, "xürrəm" termini qədim fars və qədim erməni sözü olan

"xur", "xvar" - "günəş", "gözə görünməyən, mücərrəd atəş" sözləri

ilə  əlaqəli surətdə izah etmək bəlkə də daha doğrudur. Bu haqda

N.Emin və N.Nemətov da öz əsərlərində yazırlar.

Babəkin rəhbərliyi ilə Azərbaycan xürrəmilərinin üsyanından

danışmazdan əvvəl biz Azərbaycan və Xilafətin tərkibinə daxil olan

qonşu ölkələr ərazisində xürrəmilər üsyanından qabaq baş vermiş

xalq hərəkatlarının xarakteri və gedişini tədqiq etdik, habelə

xürrəmilər hərəkatını meydana gətirən səbəbləri öyrəndik.

IX əsrin birinci yarısında Babəkin rəhbərliyi ilə Azərbaycan

xalq kütlələrinin hərəkatı məsələsi, mənbələrdə və tarixçilərin

əsərlərində müxtəlif vaxtlarda müxtəlif şəkillərdə izah edilmişdir.

Lakin bu vaxta qədər, ümumiyyətlə, Xilafət tarixinin tədqiqatçıları,

xüsusilə də babəki-xürrəmilər hərəkatını tədqiq edənlər orta əsrlər

tarixinin bu mühüm hadisəsini öyrənmək məsələsinə lazım olduğu

kimi yanaşmamışlar.

Babəkilər hərəkatı təkcə Azərbaycan tarixində böyük yer

tutmur. Bu hərəkat qüdrətli Abbasilər dövlətinin ayrı-ayrı dövlətlərə

parçalanmasına səbəb olan əsas siyasi qüvvələrdən biri olmuşdur.

Babəkilər hərəkatı Xilafət tarixində  ən möhtəşəm xalq

hərəkatlarından biri olmuş və X əsr ərəb müəlliflərindən birinin

dediyi kimi, ”...az qala Abbasilər dövlətini yıxmışdı"

1

. Babəkin



fəaliyyəti və şəxsiyyəti Hannibalın fəaliyyəti və şəxsiyyətinə bərabər

tutulur


2

.

1



Əl-Məsudi, II, 348.

2

H.Daghbaschean. Gründung des Bagratidenreiches dürch Aschot



Bagratuni, s.2-4; müqayisə et: Əhməd Fərid Riafa'i. Əsr əl-Mə'mun, c. III, Bağdad,

1927, səh. 258.



40

Lakin bu ötəri müqayisələr Abbasilər xilafətinin taleyi üçün

Babəkin rəhbərlik etdiyi xalq hərəkatının həqiqi əhəmiyyətini və

Babəkin özünün rolunu yalnız təhrif edilmiş  şəkildə göstərir. IX

əsrdə Azərbaycan xalq kütlələrinin hərəkatını üsyan kimi

qiymətləndirmək azdır. Bu hərəkat, xarici işğalçılara qarşı

Azərbaycan xalqının apardığı uzunsürən qüdrətli azadlıq müharibəsi

idi.


Bu mübarizənin hansı  şüarlar altında edildiyi, babəki-

xürrəmilərin sosial siyasəti, hərəkatın güddüyü ınəqsədlər, babəkilər

ordusunu təşkil edən xalq kütlələrinə rəhbərlik - bütün bunlar hələ

ətraflı tədqiq edilməli olan son dərəcə mürəkkəb məsələlərdir.

Babəkilər hərəkatı haqqında əsasən ərəb mənbələrindən çoxlu

məlumat bizə gəlib çatmışdır. Lakin mənbələrdə bir-birinin təkrarı

olan  bütün  bu  məlumatlar  ən  adi  həqiqətləri  belə  bu  və  ya  digər

dərəcədə təhrif edir, E.Raytın

1

 haqlı  olaraq  göstərdiyi kimi,



qərəzkarlıq ruhu daşıyaraq babəki-xürrəmilər hərəkatını "milli"

(bütün Xilafət üçün, sülalə üçün) fəlakət və bədbəxtlik kimi qələmə

verir. Bu mənbələrdə Babək özü və onun rəhbərlik etdiyi xalq

kütlələri birtərəfli, təhrif olunmuş  şəkildə  əks etdirilir. Həmin

mənbələrdə xəlifələrin müdrikliyindən, Xilafətin ərəb sərkərdələrinin

rəşadəti və  strateji  istedadından uzun-uzadı  danışıldığı halda,

Xilafətə düşmən olub öz azadlığı uğrunda mübarizə edən

Azərbaycan xalqı barəsində az və qərəzkarlıq ruhunda yazılmışdır.

IX-X əsrlər salnamə və "tarixlərinin" müəllifləri üsyan etmiş xalqı

təhqir edən kobud ibarələr yağdırmaqdan çəkinmirdilər; halbuki bu

"qara camaat", "tərbiyəsiz" Xilafətə və onun sərkərdələrinə uzun

müddət yaddan çıxmayan bir çox ibrət dərsi vermişlər. Ərəb və

erməni mənbələrində, həmçinin onlardan sonra fars və digər

dillərdəki mənbələrdə verilən məlumatlarda yeganə fərqli cəhət

üsyan etmiş xürrəmilərin verdikləri "qurbanların" sayında bir də bəzi

1

E. M. Wright. Babak of Badhdh and al-Afshin during the yeaps 816-



841; A.D. The Muslim world, v. 38, №  1-2, 1948, p.45 (sonrakı səhifələrdə bu

mənbət E.Rayt gösləriləcəkdir).



41

xırda təfərrüatlardadır. Bütün qalan məsələlərdə həmin mənbələr

mahiyyət etibarı ilə bir-birini təkrar edir. Misal üçün, Azərbaycan

xürrəmilərinin hərəkatı haqqında fars mənbələrində verilən məlumat

babəkilər hərəkatından təqribən yüz il sonrakı dövrdə yaşamış  ət-

Təbəri, ibn ən-Nədimi, əl-Məsudi, əd-Dinəvəri və başqa ərəb

tarixçilərinin verdikləri məlumatm eynən təkrarından başqa bir şey

deyildir. Fars dilində yazan müəlliflər, həmçinin nisbətən sonrakı

dövrün tarixçiləri IX əsrin birinci yarısı hadisələrinin şərhində Babək

və xürrəmilərdən danışarkən əsli olmayan bir çox şeylər uydurmuş,

öz dövrünün hakim dairələrinə qulluq göstərərək hadisələri qəsdən

tünd boyalarla təsvir etmişlər.

Burjua şərqşünaslarının böyük əksəriyyəti, orta əsr

mənbələrinin Babəkə və onun başçılıq etdiyi xalq hərəkatına sinfi

cəhətdən məhdud və qərəzli münasibətini tənqidi surətdə, demək

olar, heç təhlil etmədən öz tədqiqatlarının səhifələrinə köçürmüşlər.

Bu alimlərin heç biri xürrəmilərin və Babəkin tarixdə dərin iz

buraxdığını inkar etməsə də, ənənəyə uyaraq xürrəmiləri və Babəki

bədnam etməkdən çəkinməmişdi. Onlardan bəzisi, sanki Babəklə

şəxsi ədavəti olan bir adam kimi, açıq-aşkar onu "quldur və nihilist"

1

,

"lovğa və təkəbbürlü adam"



2

,"məşhur soyğunçu və quldur"

3

adlandırır. Başqaları isə özlərini Xilafət dövrünün adamı və



hadisələrin sanki canlı  şahidi hesab edərək, Azərbaycan

xürrəmilərinin başçısını "qorxunc bidətçi və qiyamçı"

4

, "təriqətçi və



mehdi"

5

, "üsyançı"



6

, "böyük bidətçi"

7

 deyə qələmə verir.



1

Ameer Ali. A.Short History of the Saracens. London, 1834, p.271.

2

M.Chamich. History of Armenia, v. I, Calcutta, 1927, p. 400.



3

W.Muir. The Caliphate, its Rise, Decline and Fall, Edinburg, 1924,

p.504.

4

W.C.Taylor. The History of Mohammedanİsm and its sects. London,



1839, p.203

5

Я.А.Манандян. Народные  восстания  в  Армении  против  арабского



владычества. Ереван, 1939, стр. 21

6

Ph. Hitti. History of the Arabs. London, 1937; 1957, p.323.



7

 Edw. A.Browne. Literary History of Persia. London, 1929, p.323.



42

Burjua şərqşünasları arasında elə tədqiqatçılar da vardır ki,

onlar Azərbaycan xürrəmilərinin hərəkatını elmi surətdə təhlil

etmədən Babəkin fəaliyyətinə subyektiv surətdə heyran olurlar. Bu

halda həmin tarixi hadisənin elmi təhlili deyil, yalnız ona verilən

qiymət yaxın olur və Babəkin bütün əzəmətini dərk etməyə kömək

edir. Məsələn, Bernard Lüis Babəki "bidətçi" hesab etsə də, göstərir

ki, o "böyük hərbi və siyasi istedada malik bir adam"

1

 olmuşdur.



R.Dozi Babəki "cəsur mübariz"

2

 adlandırır. Lakin Babəkə layiq



olduğu qiyməti verən burjua tədqiqatçıları azdır. Buna görə də

babəki-xürrəmilər hərəkatı haqqında şərqşünasların əksəriyyəti

tərəfindən elmi ədəbiyyatda yaradılmış yanlış təsəvvür hələlik

üstünlük təşkil edir

3

.

İlk dəfə bilavasitə Babək haqqında yazan xarici burjua



şərqşünası Qustav Flyugel

4

 



olmuşdur.  O,  ibn  ən-Nədimin

"Fihrist"inin mətnini nəşr etməklə Avropada ilk dəfə "Babəkin

meydana gəlməsi və təşəkkülü məsələsini aydınlaşdırmağa və

beləliklə, Babəkin şəxsiyyəti, istedadı və çıxışları haqqında düzgün

fıkir yeritmək üçün imkan yaratmağı"

5

 qarşısına məqsəd qoymuşdu.



Lakin Flyugelin məqaləsi nə qədər əhəmiyyətli olsa da, onun müəllifı

orta əsrlər ərəb və fars müəlliflərinin Babəkə verdikləri qiymətin

təsiri altına düşməkdən yaxa qurtara bilməmişdir. Q.Flyugel Babəki

və onun ardıcıllarmı düşmənə qarşı rəhmsiz olmaqda və özünə tabe

olan ərazidə təxribat törətməkdə ittiham edir. Vaxtilə

Z.İ.Yampolskinin qeyd etdiyi kimi, A.Müller də Babəki və

xürrəmiləri Xilafət daxilində "ən dəhşətli qarışıqlıq" salmaqda

təqsirləndirir; həm də Müllerin fıkrincə, bütün bu "qarışıqlıq" ilə eyni

zamanda "hədsiz fikir azğınlığı gözə çarpırdı"

6

. E.Braun özünün



1

 B.Lewis. The Arabs in History. London, 1950, p.103.

2

R.Dozy. Essai sur l'histoire de l'Islamique. Paris, 1874, p.246.



3

Z.M.Bünyadov. "Xürrəm" termini haqqında, səh. 45-52.

4

 G.Flügel. Bahek, Seine Abstammung und Erstes Auftreten, 1869, p.531-



542.

5

Yenə orada, səh. 531.



6

А.Мюллер. История ислама, т. II, стр. 183, 195, 237; З.И.Ямпольский.



43

"Fars ölkəsinin ədəbi tarixi" əsərində xürrəmilərə və Babəkə geniş

yer vermişdir

1

. E.Braun bu əsərində ibn ən-Nədimin "Fihrist”ində



Babək və onun ardıcılları haqqında olan fəslin məzmununu eynilə

təkrar edir.

Babək haqqında yazan müasir şərqşünaslardan E.Raytı

göstərmək lazımdır. Onun məqaləsində Babək haqqında, həmçinin

Xilafət ordusunun baş komandanı Afşinin yüksəlişi və süqutu

haqqında, Babək, Afşin və Məzyar arasındakı qarşılıqlı münasibətlər

haqqında ibn ən-Nədimdən və digər tarixçilərdən götürülən faktlar

obyektiv surətdə şərh edilmişdir

2

.

Çex alimi İrji Çeypek Babək haqqında icmal məqaləsi dərc



etməmişdi

3

V.Minorski də xürrəmilərə və Babəkə müəyyən diqqət

yetirmişdir

4

.



Öz əsərlərində Babəkin rəhbərlik etdiyi xürrəmilər hərəkatı

məsələsinə toxunan müasir ərəb tarixçilərindən misirli Həsən

İbrahim Həsəni və  İraq alimi Əbd ül-Əziz əd-Durinini göstərmək

olar. Həsən İbrahim Həsən Xilafətin sosial-iqtisadi tarixinə dair

böyük bir əsərin müəllifidir. Ərəb burjua millətçiliyinin nümayəndəsi

olmaq etibarilə, o, mümkün olmayan bir şeyi - xəlifələrin və onları

əhatə edənlərin mənəvi təmizliyini və qüsursuzluğunu sübut etməyə,

tarix qarşısında onların üzünü ağartmağa cəhd edərək, Xilafətin

bütün düşmənlərini, xüsusilə də xürrəmilər hərəkatına heç bir elmi

təhlil vermədən Babəki və xürrəmiləri bədnam edir

5

. Əd-Duri



xürrəmilərə və Babəkə daha ciddi yanaşaraq, "Birinci Abbasilər

dövrü" əsərində etiraf edir ki, bu hərəkat Abbasilər xilafətinin

müqəddəratı üçün ən təhlükəli olub, öz vüsətinə görə Xilafət

Восстание Бабека, стр. 7.

1

E.Braun. Sitat gətirilən əsəri, səh. 247, 313-315, 323-330.



2

E.Rayt. Sitat gətirilən əsəri, 1948, Jfe 1, səh. 43-59, M° 2, səh. 124-131.

3

 J.Ceipek. Babek, muz pred kterym setrasli chalifore. Praha, 1952, № s.163-



164

4

 V.Minorsky. Caucasica, IV, BSOAS, XV/3, 1953.



5

Həsən İbrahim Həsən. Tarix əl-islam-əs-siyasiy və-d-diniy və-s-səqəfıy

və-l-ictima'iy, c. II, əl-Qahirə, 1953, səh. 95-98


44

əleyhinə bundan əvvəlki hərəkatların heç biri ilə müqayisəyə

gəlməz

1

.



Müasir İran tədqiqatçıları xürrəmilər və Babək haqqındakı

tədqiqatlarında sübut etməyə çalışırlar ki, istər xürrəmilər, istərsə də

Babəkin özü sırf İrana məxsus hadisə imiş. Paniranizm mövqelərində

duran Q.X.Sadiqi

2

, Abbas Xəlili



3

 və başqaları kimi tədqiqatçılar belə

bir fıkir yürüdürdülər ki, Azərbaycan həmişə olduğu kimi indi də

İran vilayətlərindən biri olduğuna görə Babəkin rəhbərlik etdiyi

xürrəmilər hərəkatı Abbasilər xilafətinə qarşı Iran azadlıq hərəkatının

ən parlaq təzahürüdür. İnqilabdan əvvəlki burjua tarixçiləri babəkilər

və xürrəmilər tarixindən yazarkən özlərinin demək olar, bütün xarici

həmkarları kimi burjua subyektivizmi mövqelərində duraraq bu

hərəkatın bütün mütərəqqi cəhətlərini heçə çıxarmış, xürrəmilərin o

dövrün xüsusiyyətlərindən doğan mənfi cəhətlərini qəsdən gözə

çarpdırmış, onları "qadınları kommunistcəsinə ictimailəşdirməkdə"

ittiham etmək üçün bəhanələr axtarmağa cəhd etmişlər. Tarixçilərdən

Leo

4

 və Y.A.Manandyan



5

 məhz belə tədqiqatçılardandır; onlar orta

əsr müəlliflərinin yolu ilə gedərək, xürrəmiləri və Babəki fars

üsyançı və təriqətçiləri adlandırırlar. Məşhur bizansşünas

A.A.Vasilyev özünün böyük əsərində

6

 Azərbaycan  xürrəmiləri



hərəkatına nisbətən obyektiv qiymət verərək, Babəkin illər boyu

davam etmiş Xilafətə qarşı etdiyi və Xilafətə böyük maddi ziyan və

insan tələfatı verən qızğın mübarizəsini işıqlandırır.

Sovet tarixşünaslığında babəkilər tarixinə ilk dəfə

toxunanlardan biri P.K.Juze

7

 olmuşdur. Xürrəmilər haqqında öz əsas



müddəaları və fıkirlərinin yanlış olmasına baxmayaraq P.K.Juze

1

 Əbd əl-Əziz əd-Diiri. Əl-əsr əl-Abbasiy əl-əvvəl. Bağdad, 1945, səh. 335-



336.

2

 G.H.Sadighi. Les Mouvements Religieux iraniens. Paris, 1938.



3

 Abbas Xəlili. İran və İslam, Tehran, 1336 h.

4

Лео. История Армении, т.II, Ереван, 1947, стр. 347.



5

Y.A.Manandyan. Sitat gətirilən əsəri, səh. 3, 4, 21, 22.

6

А.А.Василбев. Византия и аоабы. СПб., 1900.



7

 П.К.Жузе. Папак и папакизм, Баку, 1921, стр. 204-216.



45

onların mürəkkəb ictimai-siyasi proqramını araşdırmağa çalışmışdır.

V.V.Bartold

1

 və  A.Y.Krımski



2

 də bir sıra tədqiqatlarında bu

məsələyə toxunmuşlar.

1936-cı ildə "Görkəmli adamların həyatı" seriyasından

M.Tomaranın "Babək" kitabçası çapdan çıxmışdır. Geniş oxucu

kütləsi üçün nəzərdə tutulan bu kitabça mahiyyət etibarı ilə Xilafət

tarixində xürrəmilər hərəkatının rolu kimi mürəkkəb məsələni

həqiqətən elmi cəhətdən işıqlandırmaq üçün göstərilən ilk təşəbbüs

idi. Qeyd etmək lazımdır ki, M.Tomaranın əsəri də xürrəmilər

hərəkatına qiymət verilməsində hələ ona qədər buraxılmış bir sıra

səhvləri təkrar edirdi. Lakin biz xalqımızın tarixinin diqqətəlayiq

səhifələrindən birinin tədqiqi işində müəllifin böyük xidmətini inkar

edə bilmərik.

Böyük Vətən müharibəsi dövründə, Azərbaycan xürrəmiləri

haqqında kütləvi kitabçalar nəzərə alınmazsa, sovet tədqiqatçılarının

iki əsəri çapdan çıxmışdı

3

. Tədqiqat xarakteri daşıyan bu əsərlərdə



ilk mənbələrin məlumatı  əsasında xürrəmilər hərəkatı tarixinin bir

sıra konkret məsələləri dəqiqləşdirilmiş, bu hadisənin Azərbaycan

xalqının tarixi ilə üzvi surətdə bağlı olduğu elmdə ilk dəfə olaraq

göstərilmişdir. Z.İ.Yampolskinin kitabçası

4

 və  Z.İ.İbrahimovun



dissertasiyasının

5

 qiyməti də məhz burasındadır.



1

В.В.Бартольд. Историко-географический  обзор  Ирана, СПб., 1905;

yenə onun: К  истории  крестьянских  движений  Персии (Сб. "Памяти

Н.И.Караева"), Петроград, 1926.

2

А.Е.Крымский. Страницы  из  истории  Северного  или  Кавказского



Азербайджана (классическая Албания). Шеки. Сб. "Памяти акад. Н.Я.Марра"

М.-Л., 1938.

3

Z.İbrahimov və Y.Tokarjevskİ. Azərbaycanlıların mərdliyi və



qəhrəmanlığı

haqqında. Bakı, 1943; Z.İbrahimov. Babək. Bakı, 1944.

4

Z.İ.Yampolski. Sitat gətirilən əsəri.



5

Z.İbrahimov. Azərbaycan xalqının ərəb işğalçılarına qarşı mübarizəsi.

Bakı, 1941.


46

1954-cü ildə  İran alimi Səid Nəfisinin kitabı çapdan

çıxmışdır. Babək haqqında onun ilk əsərləri hələ 30-cu illərin

əvvəllərində yazılmışdı

1

. Həmin kitaba müəllifin əvvəllərdə yazdığı



məqalələri də daxildir. Bu kitab xürrəmilər və Babək haqqında orta

əsr mənbələrində olan məlumatların məcmusundan ibarətdir. Müəllif

özü də etiraf edir ki, kitabı tərtib etməkdə məqsədi "Babəkin həyatına

dair bizə gəlib çatmış təfsilatı bir yerə toplamaq" (səh.7) olmuşdur.

S.Nəfısinin əsəri ona görə böyük maraq doğurur ki, burada çoxlu

faktiki material toplanmış, həm də ilk müxtəlif mənbələrdən

götürülən bu materiallar çox diqqətlə bir-biri ilə tutuşdurulmuşdur.

Özündən əvvəlki bir sıra tədqiqatçılardan fərqli olaraq

S.Nəfisi xürrəmilərin mübarizəsini dini bir hərəkat kimi deyil,

azadlıq və istiqlaliyyət uğrunda xalqın mübarizəsi kimi

qiymətləndirir. Lakin belə bir faktı da qeyd etməyə bilmərik ki,

İranın digər müasir alimləri kimi S.Nəfısi də bu məsələdə

paniranizmə haqq qazandıraraq, Babəki "İran torpağının böyük

simalarından biri" (səh.3), "İranın adını  əbədiləşdirən milli

qəhrəmanlardan biri'

1

 (səh.7) adlandırır. S.Nəfısi belə hesab edir ki,



Azərbaycanın babəki-xürrəmilər hərəkatı milli Azərbaycan

xüsusiyyətlərindən məhrum olub, yalnız İran milli ruhu üçün

xarakterikdir (səh. 24-25)

2

.



Mənbələrdə xürrəmilər hərəkatının vətəni olaraq bilavasitə

Azərbaycanın göstərildiyinə baxmayaraq, S.Nəfisi oxucuya belə bir

fikir təlqin etməyə çalışır ki, xürrəmilər üsyanı  İranda, İsfahanda

törəmiş və guya bundan yalnız 30 il sonra Azərbaycan xürrəmiləri

mübarizəyə qoşulmuşlar. Müəllifin qərəzkarlığı bundan görünür ki,

1

S.Nəfisi. Babek xürrəmdin, "Mehr" jurnalı, Tehran, 1312 (hicri),  № 9, 19;



1313 (hicri), № 12; yenə onun: Babəkin ələ keçirilməsi ve edamı, Yenə orada,

1313 (hicri), № 1,3 (fars dilində).

2

"Babək xürrəmdin" məqaləsinin müəllifi Ehsan Təbəri də beləcə



paniranizm mövqelərində durur. Misal üçün, o yazır ki, Babək "Iran inqilabının

görkəmli qəhrəmanlarından biridir", "xürrəmilər hərəkatı  İran xalqının ictimai

hərəkatı idi, və i.a. Ehsan Təbəri. Babək xürrəmdin. "Dünya" jurnalı, № 4, 1339 h.


47

Azərbaycan tarixində baş vermiş böyük bir hərəkatı açıq-aşkar

iranlılaşdırmağa cəhd edir (səh.28, 38-39).

Bütövlükdə S.Nəfisinin əsəri, bir sıra nöqsan və yanlış

cəhətlərinə, həmçinin nəzəri ümumiləşdirmələrin yoxluğuna

baxmayaraq,  Azərbaycan xalqının qəhrəman oğlu Babək haqqında,

onun 20 ildən artıq rəhbərlik etdiyi xürrəmilər hərəkatı haqqında orta

əsr mənbələrindən götürülüb toplanmış mühüm məlumat verir.

İlk mənbələrin köməyi ilə biz "Babək ölkəsinin" paytaxtı

Bəzz qalasının yerini dəqiq müəyyən edə bilmişik; V.F.Minorski də

bizim bu barədəki nəticələrimizlə razıdır. Bu əsərdə biz xürrəmilər

üsyanının meydana gəlməsi, inkişafı və dağıdılması məsələlərini

təfsilatı ilə araşdırmağa çalışmışıq.

Babəklə Afşin arasındakı  əlaqələrə dair materiallar da,

şübhəsiz, maraq doğurur. Afşinin, həmçinin daha sonrakı dövrlərdə

Usruşananın digər nümayəndələrinin Azərbaycandakı fəaliyyəti

N.Nemətovun əsərində

1

 təsvir olunmuşdur.



Biz bu əsərdə, xürrəmilərin ərəb qoşunları ilə mübarizəsini

imkan daxilində müfəssəl təsvir edərək, Babəkin bir sərkərdə kimi

oynadığı rolu, onun ən mühüm vuruşmalarının gedişini və nəhayət,

üsyanın məğlub olmasının səbəblərini, həmçinin sonralar Xilafətdə

baş verən siyasi hadisələrə və xalq hərəkatlarına bu üsyanın təsirini

göstərmişik.

Əsərdə Azərbaycan tarixində görkəmli rol oynamış bəzi

hökmdarlar haqqında da məlumat verilmiş, habelə Azərbaycanda ilk

müstəqil sülalələr olan Məzyədi-Şirvanşahların və Sacilərin

fəaliyyəti göstərilmişdir.

Babək və xürrəmilər üsyanı haqqında ərəb dilindəki

mənbələrdən götürülən məlumatların tərcüməsi də  əsərə  əlavə

edilmişdir.

1

Н.Негматов. Усрушана  в  древности  и  раннем  средневековье.



Сталинабад, 1957.
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə