AZƏrbaycan VII-IX əsrləRDƏ


Azərbaycan əhalisinin müsəlmanlaşdınlması



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə6/28
tarix13.06.2017
ölçüsü2,81 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   28

2. Azərbaycan əhalisinin müsəlmanlaşdınlması

    və qriqoryanlaşdırılması

Ərəb orduları 642-ci ildə Sasani ordularını darmadağın

etdikdən sonra Sasani şahlarının əfsanəvi sərvətlərindən başqa, Sasa

nilər İranının bütün ərazisi də onların əlinə keçdi. Zahirən qüdrətli

görünən bir dövlətin məhv olub getməsi ərəblər üçün bir qədər

təəccüblü və gözlənilməz oldu, çünki Təbərinin dediyinə görə,

ərəblər öz istilalarını daha da davam etdirmək fikrində deyildilər

1

 və



əsas məqsədləri, məlum olduğu kimi, hələ o zaman ərəblərin yaşadığı

və onların həyatı üçün zəruri olan Mesopotamiyanı (Beyn ən-

Nəhreyni) tutmaq idi. Xəlifə Ömər ibn əl-Xəttab (634-644) öz

qoşunlarını təhlükəyə salmaq istəmirdi və görünür, ərəblərə məlum

olmayan digər ölkələrdə Xilafət ordularının başına nələr gələ

biləcəyindən ehtiyat etdiyinə görə qoşun komandanı Sədə belə bir

əmr verdi: "Öz yerində dayan və onları (düşmənləri) təqib etmə"

2

.



Lakin ərəb qoşunu, məğlub olub hər tərəfə qaçışan Sasani orduları

üzərində asanlıqla qazandığı qələbələrdən və  əldə etdiyi zəngin

qənimətlərdən həvəsə gəlib daha şimala doğru irəliləməkdə davam

edirdilər və xəlifələr adətən öz komandalarının bu "özbaşınalığına"

fıkir vermirdilər, xüsusilə ona görə ki, qələbə ilə qurtaran hər bir

vuruşma xəlifənin xəzinəsinə və qoşuna böyük gəlir gətirirdi. Ərəblər

yeni vilayət və ölkələri tutanda əvvəllər həmin yerləri öz idarə

1

Ət-Təbəri, IV257.



2

Yenə orada, 141.



110

anlayışları  əsasında idarə etməyə başladılar. Bu idarə üsulu həmin

ölkələrdə yalnız mümkün olduğu qədər çox vergi və natural

mükəlləfıyyətlər əldə etməkdən, habelə başqa dinə mənsub olub itaət

altına alınanlar arasında islam dinini yaymaqdan ibarət idi.

Azərbaycan və xüsusilə Arran əhalisi, bu ölkələr ərəblər

tərəfindən istila edilməzdən əvvəl, daimi Bizans-İran müharibələri,

xəzərlərin və digər köçəri xalqların basqınları nəticəsində çox yoxsul

vəziyyətdə idi. Müharibələr təsərrüfatın dağılmasına səbəb olur,

ölkələrin istehsal qüvvələrini tükəndirirdi. Buna görə  əhali ərəb

istilaçılarının Azərbaycana gəlməsini illər boyu davam edən zülm və

əzablardan xilas olmaq kimi hesab edirdi. Ərəblərin dövründə (hər

halda Əməvilər hakimiyyəti başlayanadək) kəndlilər əvvəlkinə

nisbətən, bir qədər yaxşı yaşamağa başlamışdılar, çünki ərəblər

yalnız vergi və töycüləri yığıb, bu ölkələrin daxili həyatına

qarışmırdılar, öz dini əqidələrində və dini ayinləri icra etməkdə

onlara sərbəstlik verirdilər. N.V.Piqulevskayanın qeyd etdiyinə görə,

"Ərəblərin bunları (müxtəlif vilayətləri - Z.B.) işğal etdikdən sonrakı

ilk onilliklərdə ağır vergi yükü şübhəsiz azaldılmışdı, habelə dini

əqidəyə görə təqiblər dayandırılmışdı"

1

.

Əksəriyyəti köçəri olan istilaçı ərəblərin özləri hələ yeni olan



dini (islamı) lazımınca mənimsəmədiklərinə görə, əvvəllər

Azərbaycan əhalisini islamı qəbul etməyə məcbur etmirdilər

2

,

əlbəttə, yeni dini qəbul etmək istəyənlərə mane olmurdular. Bu



xüsusilə Arrana aid idi, çünki onun əhalisi xristian, "Kitab əhli" ("əhl

əl-Kitab") idi

3

.

1



Н.В.Пигулевская. К  вопросу  об  общественных  отношениях  на

Ближнем Востоке, стр. 68.

2

B a x : Beyt ül-müqəddəs xristianları ilə xəlifə I Ömərin bağladığı



müqavilənin 9-cu şərtinə, burada deyilir: "Sizin (xristianların - Z.B.)

qohumlarınızdan biri islamı qəbul etmək istəsə, ona mane olmamaq" (Ət-Turtuşi.

Sirac əl-Mülük. Bulaq, 1872, səh. 229-230); müqayisə et: Əli əl-Həmədaninin bəhs

etdiyi müqavilə mətninin 6-cı şərti.

3

Е.А.Бельяев. Мусульманское сектанство, стр.17.



111

Ölkənin cənub hissəsinə gəldikdə isə, burada islam dini İranın

dövlət dinini (zərdüştiliyi) sıxışdırmışdı. Ancaq atəşpərəstlər və

məcuslar (çoxallahlılar) təqib olunurdular, çünki onlar "Kitab əhli"

deyildilər.

Azərbaycan dehqan-feodalları  əvvəllər öz ata-babalarının

dinini müdafiə etməyə cəhd etmiş olsalar da, çox keçmədən yəqin

etdilər ki, öz əvvəlki imtiyazlarını saxlamaq üçün onlara ancaq

ölkədə hakimiyyəti ələ keçirmiş  ərəblərlə  əməkdaşlıq etmək qalır.

Buna görə də Azərbaycanın feodal aristokratiyasının (kəndli kütlələri

hələ bir yana dursun) islam dinini qəbul etməsi prosesi çox tez başa

çatdı, belə ki, cəmi yüz il ərzində, Abbasilərin hakimiyyət başına

keçməsi ilə islam dini zərdüştiliyi tamamilə sıxışdırdı

1

.



Azərbaycanda yalnız ərəb qoşunları və hakimiyyət

idarələrinin əl çatdıra bilmədiyi dağ rayonlarının əhalisi qədim dinə

inanmaqda davam edirdi, çünki ibn Xəldunun sərrast söylədiyi

fıkrinə görə, ərəblər "dağlıq yerlərə deyil, düzənlik yerlərə basqın

etməyə meyil göstərirlər, ona görə ki, bu xalq öz vəhşiliyindən qarəti,

soyğunçuluğu və viran etməyi sevir, dağ yerlərində isə bu məqsədə

nail olmaq asan deyildir"

2

.



Lakin qeyd etməliyik ki, ərəblərin Azərbaycanda "Kitab-əhli"

ilə mülayim rəftar etmələrinin səbəbi bir də odur ki, onlar Bizans

imperiyasına qarşı mübarizədə hərbi əməliyyat meydanı olan

Zaqafqaziya vilayətlərinin strateji əhəmiyyətini yaxşı başa

düşürdülər. Buna görə də işğalçı ərəblərin Zaqafqaziya əhalisi ilə, nə

səbəbə belə "dostcasına iltifatla" rəftar etdiklərini başa düşmək olar.

Şimali Azərbaycanda da islam dini əvvəlki xristian dilini

sıxışdırıb aradan qaldırmağa başlamışdı, lakin Cənubi Azərbaycana

nisbətən müsəlmanlaşdırma prosesi burada uzun sürdü. Arranda

islam dini birinci növbədə o qədər də müqavimət göstərmədən

ərəblərə tabe olan yerli zadəganlar tərəfindən qəbul olunurdu

3

, çünki



1

Yenə orada, səh. 18.

2

İbn Xəldun, I, 125.



3

А.Ю.Якубовский. Ирак на грани VIII-IX вв., стр. 28.



112

knyazlar öz aralarındakı  şəxsi ixtilafları həll etmək üçün işğalçıları

köməyə çağırırdılar. Bundan əlavə, Arran zadəganlarının islam dinini

qəbul etməsi maddi mənfəətdən və  əsasən bundan irəli gəlirdi ki,

ərəblər zadəganların torpaq mülkiyyətinə sahiblik hüququnu olduğu

kimi saxlayır vo onları cizyə verməkdən azad edirdilər; məlum

olduğu kimi, cizyə aşağıdakı prinsipə görə alınırdı: dövlətlinin

dövlətindən, varlının varından, yoxsulun yoxsul güzəranından.

V.V.Bartold qeyd etmişdir ki, "xristianlıqdan fərqli olaraq,

islam dini fərdi missionerlərdən istifadə etmirdi və yalnız istila yolu

ilə yayılırdı; müsəlman torpaqlarının sərhədləri ilə islamın yayılan

sərhədləri bir-birinə uyğıın gəlirdi", həm də "islam dini zorakılıqla

yayılmırdı və nə xristianlar, nə də zərdüştilər təqib olunmurdular"

1

.



Biz, islam dininin qəbul edilməsi məsələsində yalnız

Əməvilərdən sonrakı Xilafət dövründə kəskin dönüş  əmələ

gəldiyindən bəhs edə bilərik. Vaxtilə V.R.Rozen bu cəhətə diqqəti

cəlb etmişdi; o, X əsrin əvvəllərindəki ərəb münəccimi ibn Əbu

Tahirin (Tayfurun) aşağıdakı sözlərini sübut gətirir: "...bu vəziyyətdə

(göstərilən övzəyi kəvakibdə - Z.B.} hakimiyyət Əməvilərdən

Abbasilərə keçdi, dehqanların da sehrbaz maqlara etiqadı ölüb getdi

və onlar Əbu Müslimin dövründə islam dinini qəbul etdilər; bu

[etiqad] dəyişikliyi [yeni] dinin başlanğıcına oxşayırdı [yəni bu

dəyişiklik öz əhəmiyyətinə, öz mənasına görə, yeni dinin əsası

qoyularkən əmələ gələn dəyişikliyə bənzədilə bilər]"

2

.



Əməvilər Xilafətdə vahid hakimiyyət və vahid dil bərqərar

edib, Xilafətin təbəələri arasında islam dinini yaymaqla yalnız

sonralar onların xələfləri Abbasilərin istifadə etdikləri maddi şəraiti

yaratmışdılar

3

.

Arran əhalisi haqqında hətta bunu da demək olmaz, çünki



"Kitab əhli" olan Arran əhalisini onlar üçün yeni olan bir dini qəbul

1

 В.В.Бартольд. Место прикаспийских областей…, стр. 45, 142



2

В.Розен. Рецензия на "Alberuni's İndia", стр. 156.

3

H.A.R.Gibbə (Арабская  литература, стр. 36) görə Abbasilərin



tərəqqisi "teokratik və monarxiyaçı  ərəb partiyalarının ittifaqı və farsların dövlət

tabeliyində olan digər xalqların sayəsində" baş vermişdi.



113

etməyə heç də məcbur etmirdilər, əksinə, xristianların özləri islam

dinini çox müvəffəqiyyətlə qəbul edirdilər

1

.



Xəlifələr ərəblərdən "təqaüd alan və divanın hesabında olan

şəxsləri"

2

 Azərbaycan torpaqlarında yerləşdirir və onlara əmr



edirdilər ki, "əhalini islama dəvət etsinlər"

3

.



Bütün islam tədqiqatçıları qeyd edirdilər ki, ərəblərin itaət

altına aldıqları ölkələrin xalqları yeni dini kütləvi şəkildə qəbul

edirdilər, cünki V.Rozenin dediyinə görə "ərəblər öz sadəliyi və

bəsitliyi ilə əzəmətli, yeni bir din gətirmişdilər və dini təqib və

didişmələrin təzyiqi altında haldan düşüb əzilən kütlələrin zövqünə

bu yeni din xüsusən ona görə uyğun gəlmişdi ki, demək olar, hər

yerdə yadellilərin (əlavə edək: öz həmvətənlərinin də - Z.B.} ağır

iqtisadi zülmündən kütlələri azad edən xilaskar kimi göstərirdi"

4

.

Buna görə aydındır ki, ərəblərin itaət altına aldıqları xalqların



ərəb istilaçılarının zülmündən şikayət etməyə heç bir ciddi əsası yox

idi. Başqa dindən olanlar öz əvvəlki dinlərini dəyişdirməyə bilərdilər,

lakin bu halda onlar xəracdan başqa cizyə də verməli idilər, ərəblər

isə öz təbəələrinin "ruhunu xilas etmək" ilə heç maraqlanmırdılar.

Yalnız vergilər vaxtında və düzgün ödənməyəndə və  əvvəlki dini

etiqadı müdafıə etmək bəhanəsi siyasi və milli istəkləri örtüb

gizlədən bir pərdə rolunu oynayanda, yəni iş böyüyüb ərəb hakim

dairələrinə qarşı açıq üsyan şəklini alanda ərəblər cəza tədbirlərinə əl

atırdılar.

Əlbəttə, xəlifə I Ömərin zimmilər (başqa dindən olanlar)

haqqında təhqiredici qərarları, yəni onların öz əvvəlki dini

etiqadlarında qala biləcəklərini, lakin aşağı silkə mənsub olub cizyə

verdiklərinin əlaməti olaraq boyunlarına qurğuşundan nişan

taxdıqlarını yadda saxlamalı olduqlarını göstərən bu qərarlar

bildirirdi ki, Allah elçisinin qanunları yalnız çoxallahlılara və

1

V.Rozen. Sitat gətirilən əsəri, səh. 155.



2

Divan əl-'əta - təqaüd verilən dəftərxana.

3

Əl-Bəlazuri, 328.



4

V.Rozen. Sitat gətirilən əsəri, səh. 155.



114

atəşpərəstlərə qarşı çıxır. A.J.Krımski düzgün olaraq qeyd etmişdir

ki, "xristianlıqda hər bidəti amansızlıqla təqib edən qonşu xristian

Bizansa nisbətən, islam dini qanunu, hətta Ömərin nəzəriyyəsində

kifayət qədər liberal qanun idi"

1

, xəlifə Ömər ibn Xəttab isə



Məhəmmədin özündən daha ardıcıl müsəlman idi

2

.



Ərəb istilasından sonra zərdüşt ruhaniləri ölkədə öz hakim

mövqelərini itirmiş olsalar da, yerli əhali üzərində öz təsirlərini

itirməmişdilər

3

. Bu cəhət, xüsusilə, Azərbaycanın və  İranın digər



əyalətləri, dağ rayonlarının (Deyləm, Gilan, Təbəristan) əhalisinə

aiddir, zira bu yerlərdə hakim vəziyyətdə olan din ərəblərə qarşı

üsyanlar zamanı əhalini birləşdirirdi. Azərbaycanın dağ rayonlarının

əhalisi, digər rayonlardan ayrılmış vəziyyətdə olduğuna görə, uzun

zaman müstəqil siyasi həyat keçirməkdə davam edirdi.

Ərəblər Azərbaycanda özlərine tabe etdikləri əhalinin mədəni

səviyyəsindən aşağıda olaraq, Azərbaycana islam dini və öz

dillərindən başqa heç bir şey gətirmədilər. Bundan əlavə, ərəblər

özlərindən əvvəl bu ölkələrdə mövcud olan qayda və  ənənələri öz

ehtiyaclarına uyğunlaşdırmağa başladılar, xüsusilə ona görə ki,

ərəblərdən əvvəlki dövlət mexanizmi "yaxşı qurulmuşdur"

4

.



Sasanilər İranının və Bizansın siyasi mexanizmləri Ərəb

xilafətinin təzyiqinə tab gətirmədilər, çünki bu mexanizmlər çoxdan

"içəridən pozulmuşdu"

5

, lakin həm İranın, həm də Bizansın mənəvi



qüvvələri kütlələr içərisində yaşamaqda davam edirdi və Xilafət

əleyhinə çoxlu üsyanlar şəklində özünü büruzə verirdi.

VIII əsrin əvvəllərinə doğru, islam dini Azərbaycanda hakim

bir din olur. Azərbaycanda islam dinini yuxarı silk adamları birinci

1

Ət-Turtuşi, səh. 232.



2

A.Y.Krımski. Sitat gətirilən əsəri, səh. 131; Th. Nöldeke, Orientalische

Skizzen, p. 83.

3

Zərdüştilik ruhaniləri haqqında ətraflı b a x: Karaka. The History of the



Parsis, v. I, II, London, 1884.

4

К.А.Иностранцев. Сасанидские этюды, стр. 2.



5

V.Rozen. Sitat gətirilən əsəri, səh. 153.



115

növbədə və tamamilə danışıqsız qəbul etdilər, çünki belə hərəkət

etməklə öz imtiyazlı mövqelərini itirmədilər

1

. Yeni din tacir və



sənətkarlar arasında müvəffəqiyyət qazanırdı, çünki ərəb hakim

dairələri tacir sinfinə və sənətkarlara böyük güzəştə gedir, asanlıq

yaradır və beləliklə, onların fəaliyyətini genişləndirirdilər. Kəndlilər

isə islam dinini qəbul etməklə birinci növbədə çalışırdılar ki, çox ağır

can vergisindən xilas olsunlar

2

, çünki Xilafətdə bu vergi, Sasanilər və



ya Bizans xəzinəsinə verilən töycülərdən yüngül və az olsa da, ağır

idi. Bundan başqa, kəndli islam dinini qəbul etdikdə, xəlifə I Ömərin

qanununa görə, müəyyən müddət xəzinədən hətta illik pul mükafatı

alırdı


3

.

Lakin yuxarıda göstərdiyimiz kimi, şəhərlərdə islam dini



nisbətən sürətlə yayılırdısa, Azərbaycanın kənd yerlərində yeni dinin

qəbul edilməsi, bəzən ərəblər əleyhinə geniş üsyanlarla qarşılanırdı;

çünki ərəblər kənd yerlərində öz dinlərinin yayılmasını ölkədə

mövcud olan istismar (ərəblərə Sasanilərdən keçən istismar) sistemi

ilə sıx əlaqələndirirdilər.

İslam dini bütün bütpərəstlik və çoxallahlılıq formalarına

qarşı  şiddətlə mübarizə edib canlı vücudların şəklini çəkib onlara

sitayiş  etməyi  qəti  qadağan  edirdi.  Lakin  bizə  elə  gəlir  ki,  bəzi

"tədqiqatçılar" arasında yayılan belə bir fıkri tamamilə və həmişəlik

rədd etmək lazımdır ki, guya islam dini əmələ gəldiyi gündən insanın

və canlı vücudların təsvir edilməsinə düşməncəsinə münasibət

bəsləyirmiş. Çoxdan müəyyən edilmişdir ki, VIII əsrin ortalarına

qədər ərəblər arasında insanı və canlı vücudları təsvir etməyin

yolverilməz olduğu haqqında heç bir təsəvvür yox idi

4

.

1



В.В.Бартольд. К ситории крестьянских движений в Персии, стр. 57.

2

89



Mahmud Mustafa. Əl-ədəb əl-ərəbiyy və tarixuhu (Fi əsrey sədr əl-

İslam və`d-davla əl-Əməviyyə), c. I, əl-Qahirə, 1937, səh. 165.

3

 A.Y.Krımski. Sitat gətirilən əsəri, səh. 133.



4

K.A.Creswell. The Lawfullness of Paintingin..., №11-12, 1946; IC,

№24, 1950.


116

Islam dininin yayılması ilə Azərbaycan və Arranda təsviri

incəsənətin tətbiq dairəsi daralır. Burada islamdan əvvəlki dövrün

incəsənətində (xristian incəsənəti) böyük yer tutan dini naqqaşlıq və

heykəltəraşlıq tamamilə yox olur. Lakin müsəlman ilahiyyatçıları

dini olmayan təsviri incəsənəti X əsrədək təqib etmirdilər.

Qeyd etdiyimiz kimi, Arran əhalisinin islam dinini qəbul

etməsi, Azərbaycandakı müsəlmanlaşdırma şəraitindən fərqli idi.

İstilaçılardan asılı olmayan müxtəlif səbəblərə görə, Arran

əhalisinin müsəlmanlaşdırılmayan hissəsinin taleyindən ayrıca

danışacağıq. Bu, xüsusilə dağ rayonlarının əhalisinə aiddir.

Digər xristian ölkələrində olduğu kimi, Arranda da yunan

diofizit dini etiqadından kənara çıxan bir çox hallar var idi və bunlar

qriqoryan təriqətinə düşmən, müxtəlif bidət cərəyanları  şəklində

təzahür edir və amansızlıqla təqib olunurdu.

Ortodoks "kilsə knyazlarının" üstünlüyü və təzyiqi yerli

Alban ruhanilərini hiddətləndirir və onların qəzəbinə səbəb olurdu.

Lakin Alban kilsəsini təqib etməkdə və onun müstəqil olmaq

hüququnu məhdudlaşdırmaqda erməni qriqoryan kilsəsi xüsusi rol

oynamışdır. Erməni katolikosluğu həmişə özünün ilkinliyini və

Alban kilsəsindən üstün olduğunu iddia edirdi. Alban "bidətçilərinin"

"başına ağıl qoymaq" üçün öz əleyhdarını təhqir etməkdə heç bir

vasitədən çəkinmirdi. Erməni və Alban ruhaniləri arasında əsrlər

boyu mübarizə olmuşdur

1

.

Erməni katolikosları Alban kilsəsini öz nüfuzuna tabe etmək



üçün əvvəlcə Sasanilərin, sonra isə  Ərəb xilafətinin silahlı

qüvvələrinin  köməyinə  əl  atırdılar.  Nəhayət,  Alban  kilsəsi  erməni

katolikosunun xahişi əsasında 1836-cı ildə Peterburq Müqəddəs

Sinodunun qərarı ilə ləğv edildi və daha yaşamadı

2

.

1



Alban kilsəsi b.e. 74-cü ilindən mövcuddur (История  Агван, I, глава

VI).


2

М.Орманиан. Армянская  церковь, ее  история, учение, управление,

внутренний  строй, литература, ее  настоящее. М. 1913, стр. 118; "Xəzər(?)

Albaniyasının taxtı XIX əsrin əvvəllərində Xəzər-Alban və ya Ağvan millətinin

erməni milləti ilə birləşməsi nəticəsində məhv edildi".


117

Bir çox tədqiqatçılar arasında belə bir fıkir vardır ki, "Alban

xalqı heç bir zaman ayrıca dini kilsədə təşəkkül tapmamış və onun

dili dua icra edilən dil olmamışdır" (yəni Alban dilində kilsə ayinləri

icra olunmurdu. - Z.B.

1

Biz bu cür iddialarla razılaşa bilmərik, çünki əsrlər boyu

erməni kilsəsinin Alban kilsəsinə qarşı mübarizəsi məhz bunun

əksini sübut edir, hər dəfə Alban ruhaniləri öz kilsələrinin hər bir

başqa kilsədən və xüsusilə erməni kilsəsindən asılı olmayıb müstəqil

olduğunu müdafiə üçün hər dəfə öz səslərini ucaldanda, bu kimi

hadisələr erməni katolikosluğunun heç xoşuna gəlmirdi, odur ki,

erməni katolikosluğu hər vasitə ilə bu kimi təşəbbüslərin əleyhinə

çıxırdı. Alban katolikosları Arran ilə qonşu olub ondan asılı olan

knyazlıqların (məsələn, Sünik)

2

 yepiskoplarını bu vəzifədə təsdiq



etmək üçün öz əllərini onların başına qoyub dua etmək hüququna

malik olduqlarına baxmayaraq, erməni katolikosları Alban

katolikoslarının bu hüququna etinasız yanaşırdılar. Məsələn, Sebeos

bildirir ki, hələ ermənilərin üsyanından və  İran mərzbanı Surenin

577-ci ildə öldürülməsindən əvvəl, "Sünik torpağının hakimi Vaqay

üsyan edib ermənilərdən ayrıldı və İran şahı Xosrovdan xahiş etdi ki,

Sünik torpağının arxivini (divanını - Z.B.) Dvindən Paytakaran

(Beyləqan) şəhərinə köçürsün və onların şəhərində Atrpatakan

hüdudlarına daxil etsin ki, erməni adı onların üzərindən götürülsün.

Bu əmr yerinə yetirildi"

3

.

S.T.Yeremyan Alban və erməni kilsələri arasındakı kilsə



ixtilaflarından danışarkən bu nəticəyə gəlir ki, "VII əsrdən (qəti

olaraq VIII əsrin əvvəllərindən) Alban kilsəsinə erməni kilsəsinin bir

1

А.Иоханнисян. Очерки  истории  армянской  освободительной



мысли, стр. 129; habelə N.Akinyanın "Andes Amsorea" jurnalının 1953-1960-cı

illərdəki nömrələrində erməni və Alban katolikosluğu arasında gedən kilsə

mübahisələri haqqındakı məqalələr seriyasına bax.

2

История  Агван, стр. 10; И.А.Джавахов. История  церковного



разрыва между Грузией и Арменией, стр. 436.

3

История  епископа  Себеоса, стр. 28-29; Н.Адонц. Армения  в  эпоху



Бстиниана, стр. 220.

118

hissəsi kimi baxılırdı"

1

 və bu zaman Arran vilayətlərindən Sünik,



Arsax, Uti və başqaları erməniləşdirildi

2

.

Bu iki kilsənin kilsə mübahisələri məsələsi böyük və  ətraflı



tədqiqat tələb edirsə də biz bu barədə qısaca danışacağıq, çünki

Arranın dövlət dini VII əsrdə və sonrakı  əsrlərdə erməni

katolikosluğu üçün böyük cəncəl olub ona daim narahatlıq və

başağrısı vermişdir.

Yuxarıda qeyd edildiyi kimi, Mitilenli Zaxarinin VI əsrə aid

olan "Suriya xronikası"nda deyilir: "Bu şimal tərəfdə (Zaqafqaziyada

Z.B.} özlərinin 24 yepiskopu olan beş dindar xalq vardır. Qurzan da

Ermənistan torpağındadır, onların dili yunan dilinə oxşayır, onların

İran şahına tabe olan xristian padşahı vardır. Arran torpağı da həmin

Ermənistan torpağındadır, onların [öz] dili, dini və xaçpərəst xalqı

vardır, onların da İran şahına tabe olan padşahı vardır".

3

Qurzanın (İberiya, Gürcüstan) və Arranın VI əsrdə öz dilləri



və öz padşahları olduğunu nəzərə alaraq qeyd etmək olar ki, nə

Qurzan, nə Arran etnik və ya siyasi cəhətdən Ermənistanın bir hissəsi

olmamışlar. Burada birlik sırf kilsə birliyi olmuş və 527-ci ildə Dvin

şəhərində çağırılan Alban, İberiya və erməni kilsələrinin

yığıncağında elan edilmişdi; lakin 607-ci ildə həmin Dvində bu

kilsələr erməni kilsəsindən ayrılmışdır

4

.

Bizim üçün isə bu cəhət daha çox əhəmiyyətlidir ki, Suriya



xronikası müəllifi açıqca deyir ki, Arranın öz dili vardı və bu dil

müəllifin xronikada adını çəkdiyi xalqlardan heç birinin dilinə  əsla

1

С.Т.Еремян. Идеология и культура Албании III-VII вв., стр. 328.



2

Kursiv bizimdir. İki müxtəlif anlayış olan erməniləşdirmə və

qriqoryanlaşdırma anlayışlarının qarışdırılması diqqəti cəlb edir. Bu yerdə erməni

kilsəsinin köməyi ilə Arran əhalisinin yalnız qriqoryanlaşdırılmasından danışıla

bilər. S.T.Yeremyanın bu barədəki nöqteyi-nəzəri o qədər də doğru deyildir, çünki

Arran vilayətlərində Sünik vilayəti və Arsaxın xeyli hissəsi, XII əsrin əvvəllərinə

yaxın erməniləşdirilmişdir. B a x: А.С.Вартапетов. Христианские  памятики

Карабаха, л. 8.

3

Из сирийской хроники Захария Митиленского, стр. 114.



4

Histoire de la Siounie, p. 252: İ.A.Cavaxov. Sitat gətirilən əsəri, səh.

445.a


119

oxşamırdı. N.V.Piqulevskaya qeyd edir ki, "VI əsrdə güclü erməni

təsirinə baxmayaraq, bu vilayət (Arran - Z.B.) hələ öz doğma

ləhcəsini saxlamışdı"

1

.

Biz yalnız bunu əlavə edək ki, "güclü erməni təsiri" xeyli



dərəcədə onda ifadə olunurdu ki, ərəblərin basqını və  Ərəb-Bizans,

ondan əvvəl isə, İran-Bizans müharibələri zamanı Arrana külli

miqdarda erməni köçmüşdü və bunlar yerli əhali ilə qarışaraq,

qriqoryan kilsəsinin təlimi və ehkamlarını yaymaqda bu kilsəyə

böyük yardım göstərirdilər. Buna baxmayaraq, təkcə VI əsrdə deyil,

habelə IX-X əsrlərdə Bərdə  ətrafında Arran dili qalmışdı. Orta

əsrlərdəki ərəb müəllifləri və coğrafiyaşünasları (İstəxri, ibn Havqəl,

Müqəddəsi və s.) bildirirlər ki, Arran əhalisi öz Arran dilində

danışırdı. XIII əsrdə Gəncədə yaşamış Kirakos Qandzaketsi yazır ki,

yalnız Alban "rəislərinin", yəni zadəganlarının əksəriyyəti erməni

dilini bilirdi və bu dildə danışırdı

2

.



Müasir tədqiqatçılar (A.Y.Krımski, V.F.Minorski, S.Nəfisi,

Z.İ.Yampolski və s.) da bu fikrə şərikdirlər ki, IX-X əsrlərdə Bərdə

şəhərinin ətrafında Arran dilində danışırdılar; onlar belə güman

edirlər ki, Azərbaycan Respublikasının şimal hissəsində və

Gürcüstanda yaşayan udilər (utilər) Alban dilçiliyi ənənələrinin

bilavasitə davamçıları hesab olunur

3

.

Beləliklə, Arranın öz dili olduğundan bəhs edən həm Suriya



mənbəyi, həm də IX-X əsrlərdəki ərəb müəlliflərinin verdiyi

məlumat belə bir həqiqəti təsdiq edir ki, Arran nə etnik, nə də siyasi

cəhətdən Ermənistan və ya onun bir hissəsi olmamışdır, yalnız eyni

adlı bir kilsəyə mənsubiyyət buna səbəb olmuşdur ki, suriyalılar

1

Н.В.Пигулевская. Сирийский  источник VI в. о  народах  Кавказа,



стр.109.

2

Киракос Гандзакеци, səh 99.



3

А.Крымский. Страницы  из  истории  Северной  или  Кавказского

Азербайджана, стр. 372; Səid Nəfisi.Babək xürrəmdin. Tehran, 1333, səh.21.


120

Arran və Qurzanı Ermənistanın tərkibinə daxil etmiş və Ermənistan

adlandırmışlar.

VIII əsrin əvvəllərində erməni katolikosu İlya, xəlifə Əbd ül-

Malikə (685-705) xəbərçilik edib bildirmişdi ki, albanlar Xilafət

əleyhinə Bizansla ittifaq bağlayırlar. Onda, Əbd ül-Malik ərəblərin

hərbi siyasi qüdrətinə istinad edərək, Arran katolikoslarını  İlyaya

tabe etdi. Ermənistan, Arran və İberiya torpaqlarının Suriya və ərəb

mənbələrində "Arminiya" adlandırılması yalnız onların inzibati

birliyini və Ermənistan katolikosluğunun iddialarına iltifatla yanaşan

Xilafətdə erməni keşişlərinin yaxınlığını ifadə edirdi

1

. Alban



(diofızit) kilsəsinin Bizansdan kömək umub ona arxalanması

ərəblərin heç xoşuna gəlmirdi. Buna görə də  ərəblər erməni

katolikosluğunun xahişlərini böyük həvəslə qəbul edir və beləliklə,

bir oxla "iki dovşan" vururdular, yəni Zaqafqaziyada Bizansın

mənafeyini sarsıdır və qriqoryan keşişlərindən yardım görürdülər; bu

keşişlər isə Arranda öz mənafelərini yeridirdilər.

Erməni katolikosu İlyanın xəlifə  Əbd ül-Malik ilə yazışması

aşağıda verilir.




Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə