AZƏrbaycan VII-IX əsrləRDƏ


Erməni katolikosu İlyanın Əbd ül-Malik Əmir əl-



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə7/28
tarix13.06.2017
ölçüsü2,81 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   28

Erməni katolikosu İlyanın Əbd ül-Malik Əmir əl-

Mömininə məktubu

"Hökmdar Əbd ül-Malik

2

 Əmir  əl-Mömininə  erməni

katolikosu İlyadan.

Qadir Allahın iradəsi ilə bizim tabe ölkəmiz Sizə qulluq edir.

Biz və Alban kilsəsi bir ilahi İsa dininə etiqad edirik. Partav taxtında

oturan indiki Alban katolikosu yunan imperatoru ilə sazişə girib öz

ibadətlərində onun adını çəkir və ölkəni məcbur edir ki, hamı dini

etiqadda ona qoşulsun və onun himayəsini qəbul etsin.

İndi qoy bu Sizə məlum olsun, ta bu barədə qərar qəbul

edəsiniz, çünki bu bədəfkarlıqda onun bir əyan qadın həmfikri də

1

История Агван, стр. 237; Киракос Гандзакетси, səh. 101.



2

Vardan (səh. 92) və Drasxanakertli İohannes (səh. 78}onu səhv olaraq

Ömər (II. 717-720) adlandırırlar.


121

vardır. Böyük hökmdar, Siz öz hakimiyyətinizlə  əmr buyurun onlar

Allaha qarşı  işlədikləri  günah üstündə müstəhəqq olduqları cəzaya

çatsınlar".

Erməni katolikosu İlyanın məktubuna Əbd ül-Malik

Əmir əl-Mömininin cavabı

"Ey Allahın xadimi və erməni xalqının katolikosu İlya, sənin

səmimi məktubunu oxudum və sənə mərhəmətim olduğuna görə öz

sədaqətli bəndəmi çoxlu qoşunla göndərdim. Əmr etdik ki, bizim

hökmranlığımıza qarşı qiyam edən albanlarda sizin dininizə uyğun

dəyişiklik edilsin. Bizim hökmü bəndəmiz Partavda, sənin hüzurunda

icra edəcəkdir: Nersesi və bədəfkarlıqda onun həmfikri olan qadını

bir zəncirə bağlayacaq və elə şahanə mühakimə edəcəkdir ki. onlar

bütün qiyamçıların yanında rüsvay olsunlar".

Erməni katolikosu İlyanın Partava gəlməsi; Nersesin

cəzalandırılması

Böyük erməni patriarxı Albaniya paytaxtı Partava gəlib

böyük kilsədə oturdu və  əmr etdi ki, Nersesi onun hüzuruna

gətirsinlər. Lakin Nerses gizlənmişdi və onu tapa bilmirdilər; onda

böyük din xadimi, Alban knyazı Şeroy onun yaxın adamlarını tutub

əmr etdi ki, Nersesi gətirsinlər; sonra onu böyük yığıncağın ortasında

İlyanın qarşısına gətirdilər. Lakin bu aciz adam cavab verə bilmədiyi

üçün padşahın əmri ilə dəhşətli əzab çəkdi, həmin qadınla addım-

addım  gətirildi və onların sürgün edilməsi qərara alındı. Nerses buna

dözə bilmədi, 8 gün heç bir şey yemədi və öldü. O vəsiyyət etdi ki,

özünü ayağındakı zəncirlə basdırsınlar. Nerses Şeroya lənət yağdırdı,

çünki hakimiyyət üstündə  Şeroy və Sprama arasında başlayan

çəkişmədə, o [Şeroy], Nerseslə Spramanın məhv olmasına səbəb

oldu. Nerses pravoslav məzhəbinin patriarx taxtında 14 il oturdu və 3

il yarım günahkar qaldı (688-704-cü illər).

Bütün bunlardan sonra dini yığıncaq həlim adam Simeonu

seçdi və onu Albaniyanın katolikosu etdi. O, ölkədə Nersesin

hərcmərcliyini dayandırdı və yolunu azmış kilsəyə çoxlu həqiqi



122

etiqad qərarı verdi. O özünün Berdakor adlanan yay iqamətgahında

əmr etdi ki, Nersesin bidət dolu bütün kitablarını sandıqlara doldurub

Trtu [Tərtər] çayına atsınlar

1

.

Bu əhvalatı IX əsrin başqa (erməni) mənbəyi də təsdiq edir.



"Böyük Yegiya öz hikmət və mərdliyi ilə ismaililərin amirapeti

(xəlifəsi - Z.B.) Ömərə

2

 məktub yazıb ərz etdi ki, "bizim ölkədə bir



yepiskop  və  onun  kimi  bir  qadın  (I  Varaz-Trdatın  arvadı  Sprama  -

Z.B) vardır; bunlar sizin böyük dövlətinizə tabe olmaqdan boyun

qaçırıb, oxuduğumuz dualarda sizin adınızı çəkmək məsələsində

bizimlə (erməni kilsəsi ilə - Z.B.) bir deyildirlər, əksinə, yunan

padşahının adını çəkib ölkəmizi onlara vermək fıkrindədirlər. Əgər

təcili surətdə onları aramızdan götürüb məhv etməsəniz, onlar vergi

məsələsində və digər işlərdə tez bir zamanda böyük imarətə

[Bizansa] tərəf keçərlər".

Sonra amirapet bunu oxudu və boyük patriarxın elçisinə

minnətdarlıqla hörmət etdi və xadimlərindən birini göndərib əmr etdi

ki, dərhal həmin Nersesi böyük qadınla birlikdə onun yanına

göndərsinlər.

O gəldi, hər ikisini tutub zəncirlə bağladı, dəvələrə mindirib

amirapetin yanına apardı

3

.



Az sonra xəlifənin nümayəndələri knyaz Şeroyu və Arranın

bir çox knyaz və əyanlarını Suriyaya apardılar

4

.

1



История  Агван, стр. 239-241; Vaxtilə Konstantinopol patriarxı

Malaxiya Ormannan "Erməni kilsəsi" adlı kitabında (səh. 45) Alban katolikosunun

"bidətini" əzməkdə Ilyanın rolunu xüsusilə qeyd edir: "Artçeşli İlyanın (703-717)

patriarxlığının ən görkəmli cəhəti Xəzər Albaniyasını erməni kilsəsinin ağuşunda

saxlamağa səy göstərməsi idi. Alban patriarxı Nerses Bakur yunan kilsəsinə tərəf

meyil göstərirdi. O, dərhal kənar edildi".

2

Burada səhv vardır, gərək xəlifə Əbd ül-Malik olsun.



3

Katolikos Drasxanakertli İohannesin "История  Армении", səh. 78;

Vardan, səh. 92,

4

Onların [knyazların] hamısını  Əbd ül-Malik Əmir əl-Mömininin



arxivinə yazdılar ki, əgər onlardan biri öz pərəstişində iki təbiətli olarsa, qılıncla və

əsarətlə məhv ediləcəkdir'". История Агван, стр. 247/198.



123

Arran yarımmüstəqil vəziyyətini itirir və tamamilə  ərəblərin

hakimiyyəti altına keçir.

Sonralar erməni kilsəsi Alban ruhanilərini tutduqları

mövqelərdən sıxışdırıb çıxarmış və ölkədə  ərəblərin əlləri çatmayan

dağlıq yerlərdə yaşayan albanları möhkəm qriqoryanlaşdırmağa

başlamışdı. Erməni ruhaniləri Arran kilsəsinin nüfuzunu yerli əhali

arasında tədricən heçə çıxarmış və ərəb hakimlərinin əli ilə albanların

bütün ədəbi abidələrini dağıdıb Alban mədəniyyətini, heç olmazsa,

azacıq xatırlada biləcək hər şeyi məhv etmişlər. Bütün bu işlər, təkrar

edirik, əvvəlcə Xilafətin köməyi ilə, sonralar isə digər istilaçıların

icazəsi və köməyi ilə görülmüşdür

1

.

Qriqoryan kilsə xadimləri Arran ədəbi abidələrini məhv



edərkən, əvvəlcə bu abidələri qrabara çevirirdilər

2

. Məsələn, Moisey



Kalankatuklunun "Ağvan tarixi" əsəri ilə, albanların bir çox başqa

ədəbi əsərləri kimi.

T.Ter-Qriqoryan qeyd edir ki, Moisey Kalankatuklunun əsəri

öz əvvəlki şəklində bizə gəlib çatmamışdır və onun üzünü köçürüb

yazanlar erməni rahibi olduqlarına görə, əsərin üzünü köçürəndə

erməni katolikoslarının göstərişi ilə mətndə qəsdən təhriflərə yol

vermişlər

3

. S.T.Yeremyan "Ağvan tarixi"nin bizə gəlib çatan məhz



erməni variantlarına istinad edərək yaza bilmişdir ki, guya Moisey

Kalankatuklu "öz Albaniya ölkəsinin tarixini" yalnız qədim ədəbi

erməni dilində yaza bilərdi"

4

.



Bizim fikrimizcə, M.Kalankatuklunun guya erməni tarixçisi

olduğu haqqında bəzi alimlərin "qəti iddiası" yanlışdır. Arran

(Albaniya) əhli olan M.Kalankatuklu yeganə müəllifdir ki, öz vətəni

haqqında X əsr hadisələrinədək məlumat verən tarixini yazmış və

bizə miras qoyub getmişdir. Y.Manandyan da bu fıkrə şərikdir. Lakin

1

İ.Ormanian. Sitat gətirilən əsəri, səh. 45, 118.



2

С.Т.Еремян. Идеология и культура Албании III- VIII вв., стр. 329

3

T.Ter-Qriqoryan. Sitat göstərilən əsəri, səh. 4; З.И.Ямпольский. К



изучению летописи Кавказской Албании..

4

С.Т.Еремян. Экономика  и  социальный  строй  Албании IV-VII вв.,



стр. 305.

124

V.S.Nalbandyan isə Tbilisi haqqında bu yaxınlarda çıxan kitabında

inadla sübut etməyə cəhd edir ki, M.Kalankatuklu erməni tarixçisi

imiş


1

.

Şübhəsiz, M.Kalankatuklu VII əsrin başlanğıcındakı hadisələr



haqqında "məzmunlu və aydın nəql edir" və "bu dövrdəki Tbilisi

tarixi haqqında yeganə etibarlı mənbə" M.Kalankatuklunun əsəridir

2

.

Ancaq qəribə görünən cəhət budur ki, Moisey Kalankatuklunun



həqiqətən "qədim Alban tarixçisi olması" inkaredilməz bir fakt

olduğu halda, V.S.Nalbandyan həm bu faktı, həm də bu barədə məhz

"Gürcüstan tarixi" kimi mötəbər əsərdə də bəhs edildiyini bir növ

kədərverici bir anlaşılmazlıq" hesab edir

3

.

T.Ter-Qriqoryan  "Ağvan  tarixi"  əlyazmasına  erməni  kilsə



xadimlərinin münasibətini göstərən maraqlı faktlar gətirir. Məsələn,

Eçmiədzin katolikosu Simeon əlyazmasının kənarlarında bu sözləri

yazmışdır: "Yalnız Albaniya tarixində [deyilir ki,] - buna bütün

nüsxələrdə deyil, ancaq bəzi nüsxələrdə rast gəlmək olar – guya

Yegişedən sonra (b.e. 74-cü ili) Müqəddəs Qriqoriyədək (340)

Albaniya patriarxı taxtında başqaları (albanlar) da oturmuşlar. Lakin

bu yalandır və bunlar sonradan əlavə edilmişdir". Başqa bir yerdə:

"Bizim dırnaqla işarə etdiyimiz yerlər - yalandır və sonralar

şöhrətpərəstlər tərəfindən öz xeyrinə  əlavə edilmişdir, çünki digər

tarixlərdə ("Ağvan tarixi" əlyazmalarında - Z.B.) bu əsla yoxdur.

Belə güman olunur ki, bunu katolikos Ananiyadan sonra (945-ci il)

Alban rahibləri etmişlər"

4

.

Albaniya şairi Davtakın əsərlərinin aqibəti də belə olmuşdur.



S.T.Yeremyan onu "Alban-erməni (?) işxanı Cuanşerin saray şairi"

1

В.С.Налбандян. Тбилиси  в  армянских  литературных  памятниках



древних и средних веков, стр. 32, 34, 39, 44, 47.

2

В.С.Налбандян. Тбилиси  в  армянских  литературных  памятниках



древних и средних веков, стр. 34, 47.

3

Н.Бердзенишвили, И.Джавахишвили, С.Джанашиа. История



Грузии' I, стр. 142. (V.Nalbandyanda b a x səh. 34).

4

 Архив армянской истории, 1894, стр. 399; T.Ter-Qriqoryandan sitat



gətirilmişdir, səh.5.

125

hesab edir

1

. Bizim fıkrimizcə, Davtakın qəsidələrini Albaniyanın



deyil, "feodal Ermənistanı ilk dünyəvi poeziyasının abidəsi"

2

hesab



etmək doğru deyildir.

Mxitar


 Qoşun

 "Qanunnamə"sinin

 taleyi

 də


M.Kalankatuklunun "Ağvan tarixi"nin taleyinə bənzəyir. Məlumdur

ki, Mxitar Qoşun başlıca əsərinin adı "Datastanak", yəni

"Qanunnamə"dir və onu müəllif təxminən 1184-cü ildə (erm.

erasının 633-cü ilində) tərtib etmişdir

3

. Lakin Qoşun bu əsərinin



naşirləri nədənsə əlyazmasında olmayan "hayos" sözünü onun adına

əlavə etmişlər və beləliklə, Qoşun özünün heç bir zaman yazmadığı

yeni qondarma ad: "Datastanagirk hayos", yəni "Erməni

qanunnaməsi" adını uydurmuşlar

4

.

Məlum olduğu kimi, Qoş bu "Qanunnamə"ni "Alban sülalə



kilsələrinin nəcib başçısı" Albaniya katolikosu III Stepannosun

dəfələrlə etdiyi xahişinə görə yazmışdır

5

. "Qanunnamə"yə heç bir



sistem və rəhbər rabitə olmadan Şərqi Roma imperiyası qanunları ilə

yanaşı Albaniya kilsə qanunları, "Musanın qanunları"

6

 və  erməni



xalq adətləri daxil edilmişdir ki, bu da "Qanunnamə"nin erməni

hüququ sənədlərinə aid olduğunu əsla təsdiq etmir.

Arran tarixinə dair bir çox digər orta əsr mənbələri kimi

Qoşun "Qanunnamə"si və Kirakos Qandzaketsinin "Tarix"i də

qrabarca yazılmış Alban ədəbiyyatı abidələri hesab edilməlidir.

Azərbaycanda Arran (Albaniya) tarixinin xristian dövrü

1

С.Т.Еремян. Раннефеодальная культура Армении, стр. 236.



2

Yenə orada, səh. 237.

3

Bu barədə b a x G.Vovsepean. Visatakarank jeragrac..., Antelias, 1951,



507-508; C.J.Dowsett. The albanian chronicle..., p. 473.

4

Mxitar Qoşun "Erməni qanunnamə"si, A.A.Papovyanın tərcüməsi.



Yerevan, 1954. Mütərcim Alban qanunlarını  şərh edən mətnin xeyli hissəsini

atmışdır.

5

Yenə orada.



6

B a x:  Kirakos Qandzaketsinin "Tarix"i. T.İ.Ter-Qriqoryanın 540-cı

qeydi,  səh. 260.


126

tədqiqatçılarının mövcud olmaması buna imkan vermişdir ki, ortada

dildən başqa heç bir əsas olmadığı halda, bütün bu ədəbiyyat

nədənsə, erməni ədəbiyyatı hesab edilmişdir. Geniş yayılmış Alban

ədəbi abidələrinin mövcud olduğu, Ermənistan dövlətinin

Matenadaran kitab anbarında tapılmış  əlyazmaları ilə təsdiq olunur.

Məsələn, A.D.Anasyan bu yaxınlarda belə bir əlyazması tapmışdır

(siyahı  № 101, səh, 386a-389a; siyahı  № 2121, səh. 341b-343b);

"Müqəddəs və ilahi mərhəmin tarixi haqqında"; bunu müqəddəs keşiş

babalar Şərqdə (yəni Albaniyada - Z.B.) Alban dilində tapmış və

erməni dilinə tərcümə etmişlər"

1

.



A.Q.Şanidze göstərir ki, VII-IX əsrlərdə albanlar Qafqazın

bütün siyasi və mədəni həyat sahələrində gürcü və ermənilərlə

bərabər fəal surətdə iştirak etmişlər"

2

. S.T.Yeremyan belə bir sual



verir: "Səbəb nədir ki, erməni və gürcü yazıları tətbiq olunduğu ilk

günlərdən etibarən erməni və gürcü dillərində indiyədək mövcud

olan zəngin ədəbiyyat meydana gəldiyi halda Alban yazısı və Alban

dilində mətnlər heç izi-tozu qalmadan yox olmuşdur?"

3

.  Bu  sualın



cavabını, nəticə etibarilə Alban kilsəsinin bütün hüquqlarını

zorakılıqla qəsb etmiş qriqoryan katolikosluğunun albanlara zidd

olan siyasətində axtarmaq lazımdır.

Alban ədəbi abidələrinin yox olmasını heç də bununla

əsaslandırmaq olmaz ki, "Alban dili daha dini ibadət dili deyildi" və

yaxud "Alban kilsəsi dini cəhətdən erməni kilsəsinə mənsub idi"

4

.

Alban dili ərəb istilası dövründə ərəblərin nüfaz dairəsindən kənarda



qalan vilayətlər əhalisinin qriqoryanlaşdırılması nəticəsində yox

olmuşdur; bu hal ermənilərin kütləvi surətdə aşağıda göstərilən

rayonlara köçürüləndən sonra baş vermişdi; ərəblərin işğal etdiyi

1

С.Т.Еремян. Идеология  и  культура  Албании III-VII вв., стр. 329.



Matenadarandakı əlyazmalarının diqqətlə yoxlanılması nəticəsində, çox ehtimal ki,

digər bu kimi əlyazmaları da kəşf edilə bilər.

2

А.Шанидзе. Новооткрытый алфавит кавказских албанцев, стр. 3.



3

S.T.Yeremyan.  Sitat gətirilən əsəri, səh. 327.

4

Yenə orada, səh. 328.



127

digər vilayətlərdə isə Alban dili X əsrdən sonra yox olmağa başladı.

Lakin qriqoryanlaşdırma prosesi albanların kəskin müqavimətinə rast

gəldi, buna görə də bu çox uzun sürdü. XIII əsrdə Gəncədə yaşamış

Kirakos Qandzaketsi yazır ki, "...erməni dilini yalnız Alban

"rəislərinin" əksəriyyəti, yəni zadəganlar bilir və bu dildə danışırdı.

Deməli, hətta XIII əsrdə Arran əhalisinin hamısı erməni dilini bilmir

və öz ana dilində danışırdı. Bunu S.T.Yeremyan da təsdiq edir və bu

nəticəyə gəlir ki, "Alban ədəbiyyatı" yenə də (!) yaşayırdı"

1

.



Arranın dağlıq vilayət və rayonları olan Sünik

2

, Arsax,



Xaçen, Şəki, Girdiman əhalisi ilə indiki Gəncə, İsmayıllı, Qəbələ,

Oğuz rayonlarının və Azərbaycan Respublikasının bir sıra digər

rayonların əhalisi, həmçinin Ermənistan Respublikasında Sisian,

Basarkeçər və digər rayonların bəzi kənd yerlərinin əhalisi indi

erməni olsa da, bu əhalinin adət və ənənələri, qonşuluqda yaşayan və

ata-babaları müxtəlif səbəblər üzündən müsəlman olan

azərbaycanlıların adət və ənənələrinin eynidir. Bu rayonların əhalisi

məhz onlardır ki, “erməni dini kilsəsinə qoşulmuş və ermənilərlə

qarışmışlar”

3

.



İ.P.Petruşevski haqlı olaraq göstərir ki, erməni kilsəsi

Albaniyada "ölkəni erməniləşdirmək aləti olmuşdur. Onun bu rolu

VIII əsrin başlanğıcından etibarən xüsusilə nəzərə çarpır, yəni o

zamandan sonrakı erməni monofızit katolikosu Yegi xalkedonçuluq

edən Alban katolikosu Nersesi (Bakuru) ərəb xəlifəsinin köməyi ilə

devirmişdi və Albaniyada ruhanilər və knyazların bir hissəsinin,

Alban kilsəsinin erməni kilsəsindən müstəqilliyini qorumaq cəhdini

əks etdirən xalkedonçuluq (pravoslav, yunanpərəst, gürcüpərəst)

hərəkatı ermənipərəst monofızitlər tərəfındən yatırılmışdır"

4

.



N.Y.Marr da vaxtilə göstərmişdir ki, Albaniya ərəb

xəlifələrinin köməyi ilə "Ermənistanın antixalkedon kilsəsinin əlinə

1

Yenə orada, səh. 329.



2

Sünikin Alban vilayəti olması barədə b a x: Feofon.

3

A.İohannesyan. Sitat gətirilən əsəri, səh, 130.



4

И.П.Петрушевский. О  дохристианских  верованиях  крестьян

Нагорного Карабаха, стр. 8.


128

keçmişdir"

1

. Ruhanilərin başına əl qoyub onları keşişliyə keçirmək



hüququ Alban katolikoslarından erməni katolikoslarına keçdi və

bundan sonra Arranda xalkedonçuluğa rəğbət bəsləyənlər "qılıncla və

əsarətdə məhv edilməli"

2

 idi. Tədqiqatçıların bir hissəsi arasında



geniş yayılan "erməni Albaniyası", "erməni albanları"

3

 kimi adlar elə



buradan törəmişdir.

Beləliklə, aydın olur ki, nə Arsax və nə də  əhalisi

erməniləşdirilmiş albanlardan, hazırda isə ermənilərdən ibarət olan

digər vilayət və rayonlar "heç bir zaman erməni mədəniyyəti

mərkəzlərinə mənsub olmamışdır. Erməni kilsəsi heç olmazsa

Sünikdə Orbeli naxararları dövründə və ondan sonra göstərdiyi

mədəni təsiri Arran xalqlarının erməniləşmiş nəsilləri arasında

göstərə bilməmişdir."

4

Beləliklə, erməni kilsəsi "Albaniyanın bütün kilsələrində



sülh"ü yalnız yadelli işğalçıların köməyi ilə bərqərar etmişdi

5

.



Erməni katolikosluğu və naxararlarının mənafeyi hər dəfə tələb

etdikdə erməni kilsəsi həmişə yadelli işğalçıların köməyinə  əl atır,

1

Н.Я.Марр. Аркаун, монгольское  название  христиан  в  связи  с



вопросом об армянах-халкедонитах, т.XIII, 1906, стр. 7.

2

История Агван, стр. 240-247/192-198.



3

К.П.Патканов. Ванские  надписи  и  значение  их  для  истории

Передней Азии, стр. 338-339.

4

İ.P.Petruşevski. Sitat gətirilən əsəri, səh. 13. B a x: Н.Адонц. Армения



в эпоху Юстиниана (стр. 225): "Arsax həmişə erməni təsiri dairəsindən kənarda

olmuşdur". Belə fikirlər söyləndiyi halda, başa düşmək olmur, nə səbəbə

A.L.Yakobson, məsə-lən, iddia edir ki, Arsax (və Xaçen) qədim erməni

vilayətləridir (və ya knyazlıqlarıdır), halbuki onun özü Alban Qandzasar

məbədindən (monastırından deyil) bəhs edərkən təsdiq edir ki, bu məbəd "XIX

əsrədək Alban katolikosunun kafedrası olmuşdur (b a x

А.Л.Якобсон. Из истории армянского средневекового зодчества, стр. 144)

5

История Агван, стр. 247.



129

"xaç bayrağı ilə öz yolu üzərində tarixi Aqvaniya və onun bir hissəsi

olan Qarabağ (Arsax) xalqlarını" yox edirdi

1

.



N.Vartapetov qeyd etdiyi kimi, erməni kilsəsi "həmişə özü

üçün yeni şəraitə bacarıqla uyğunlaşırdı və siyasi vəziyyətdən asılı

olaraq, Səfəvilərə, sonra da rus çarına qulluq göstərirdi; necə ki,

vaxtilə eynilə həmin qaydada hərəkət edib Bizans imperatorları,

İranın Sasani şahları, ərəb xəlifələri, monqollar və digərləri

qarşısında baş əymişdi"

2

.

3. Azərbaycan Əməvilər xilafəti tərkibində



(VIII əsrin I yarısı)

Təxminən 681-ci ildə knyaz Cavanşir bizanspərəst əhvali-

ruhiyyəli Arran knyazlarının gizli qəsdi nəticəsində öldürüldü

3

.



Knyaz Cavanşir öldürüləndən sonra, Arran knyazlıq taxtını  ələ

keçirmək üstündə ölkədə daxili çəkişmə və vuruşmalar başlandı; bu

çəkişmədə knyazlar və ruhanilərdən başqa, "silahlı camaat" da iştirak

edirdi


4

. Xalq kütlələrini sakitləşdirmək üçün, paytaxt şəhəri Bərdəyə

zadəgan nəsillərinin başçıları, hökmdarlar, canişinlər, əyanlar,

naxararlar və ölkənin hıər yerindən knyazlar toplandılar; onlar

katolikos Yeliazarla birlikdə vəliəhd seçmək barəsində

məsləhətləşməyə başladılar. Onlar "razılaşdılar ki, [taxta] baş

naxararlardan birini, imperatorun verdiyi ekskonsul [apoipat] titulu

1

А.С.Вартапетов. К  вопросу  об  историческом  исследовании



христианских памятников Народного Карабаха, в I; yenə onun: Христианские

памятники Карабаха, л. 9.

2

А.С.Вартапетов. Христианские памятники Карабаха, стр. 11



3

Bu əhvalat, Alp İlitverin komandanlığı ilə xəzərlərin ölkəyə basqınından

bir az əvvəl,  681-ci ilin 9 iyun-23 dekabr arasında və yəqin 680-cı ilin

sentyabrından sonra baş vermişdir. B a x: История Агван, стр. 185.

4

История Агван, стр. 182/145.



130

dərəcəsinə yüksəldilən və patrisi rütbəsi olan bir şəxsi seçsinlər.

Onun adı, Cavanşirin qardaşı Varaz-Perojun oğlu, Varaz-Trdat idi"

1

.



Xəlifə I Yəzid (680-683) I Varaz-Trdatı (680-699) "Şərq

vilayətlərinin canişini, Alban padşahlığı və Uti əyalətinin hökmdarı"

kimi tanıdı

2

.



Varaz-Trdat taxta seçilən kimi böyük Xəzər ordusu Ali

İlitverin komandanlığı altında, xaqanın qohumu knyaz Cavanşirin

öldürülməsinin intiqamını almaq bəhanəsi ilə Arrana basqın etdi

3

.



Xəzərlər "Albaniyaya soxularaq lap Böyük Qafqaz dağları

ətəklərinədək irəlilədilər və Kapalax vilayəti kəndlərindən [keçdilər].

O, [Alp İlitver] çoxlu dəstələri ilə birlikdə düzənliklərə üz qoyaraq,

Kür sahili boyunca Uti əyalətinə getdi. Orada çoxlu əsir alıb,

vilayətin mal-qarasını tutub və qənimət götürüb, hamısını  əsarətə

apardi. Oradan qayıdandan sonra Lpink vilayətindəki düzənlikdə

ordugah qurdu"

4

.



I Varaz-Trdat Arranı xəzərlərin yeni basqınlarından xilas

etmək üçün bu qərara gəldi ki, mötəbər bir adamı xaqanla danışığa

göndərsin, çünki "çoxlu xəzər qoşununun ölkəyə basqın edərək çoxlu

əsir götürdüyünü və hər şeyi dağıtdığını görürdü"

5

.

681-ci ildə katolikos Yeliazar xəzərlərin yanına göndərildi; I



Varaz-Trdat xaqana yazdığı məktubunda "sədaqətlə itaət etdiyini"

bildirib deyir ki, knyaz Cavanşirin öldürülməsində albanların əli

yoxdur və onu "alçaq bir adam" öldürmüşdür. Yeliazar xaqanın

1

История Агван, стр. 185/149.



2

Yenə orada, səh. 186-187/151.

3

Yenə orada, St. Taronski (Asogik, səh. 72) xəzər basqınının tarixi üçün



erm. erasının 130-cu ilini (9. 06. 681) göstərir. Bu, İsrailin xəzər elçiliyi ərəfəsində,

yəni 681-ci il dekabnn 23-dən əvvəl olmuşdur. Bax: History, səh. 154, çıxarış 1.

4

История Агван, стр. 185-186/150.



5

Yenə orada.



131

ürəyini yumşalda bildi və ondan "sülh və pozulmaz dostluq" əldə

etməyə nail oldu"

1

.



Yenə həmin 681-ci ildə (sentyabrın 20-dək) Alban knyazları

və katolikosun iştirak etdiyi müşavirədə I Varaz-Trdat demişdir:

"Rəhmsiz Ərəbistan [Taçkastan] xalqının üzərimizə qoyduğu vergilər

bizi möhkəm sıxır, eyni zamanda hunların hər il ölkəmizə etdiyi

basqınlar da bizim üçün dəhşətli fəlakətdir, buna gorə də ölkəmiz

ikitərəfli düşmən basqınlarından talan olunub taqətdən düşür"

2

.

Müşavirədə yepiskop İsrailin başçılığı ilə xəzərlərə elçilər



göndərmək qərara alındı.

Erməni erasının 130-cu ilinin 18 mexekanında (23.12.681)

elçilər yola düşdülər. Altı həftədən sonra (8.02.682) onlar "gözəl

Varaçan şəhərinə

3

 gəldilər və burada "hunların böyük knyazı



tərəfındən ehtiramla qarşılandılar

4

.



Təəssüf ki, mənbələr İsrailin elçilik missiyasının nəticələri

haqqında məlumat vermir. Yalnız M.Kalankatuklu deyir ki, yepiskop

İsranlin dini təbliğatı nəticəsində xəzərlərin müəyyən hissəsi

xristianlığı qəbul etdi

5

. Xəzər xaqanı Alp İlitverin öz əyanları



1

Yenə orada

2

 История Агван, стр. 190/53.



3

Varaçan haqqında b a x: V.Minorsky. Hudud al-Alam, p. 453; yenə

onun: Addenda to the Hudud al-Alam, p. 268.

4

Səfir hahaqqında ətraflı b a x: Ю.Кулаковский. К  истории  Готской



епархии (в  Крыму) в VIII вв., 1898, ч. 315, стр, 186; С.Т.Еремян. Моисей

Каланкайтукский  о  посольстве  албанского  князя  Вараз-Трдата  к хазарскому

хакану Алп Илитверу, стр. 129-155.

5

Biz belə güman edirik ki, "İsaya yaxınlaşmağa tələsən və namuslu



keşişlərin əllərindən ata, oğul və məşhur Abo Tbileli müqəddəs ruh naminə

xristianlığı qəbul edən" xaçaçuran mərasimindən Varaçanda və ya harada isə onun

yaxınlığında keçmişdir, çünki M.Kalankatuklunun verdiyi məlumata görə (səh.

193-209), Alp-İlitverin başçılığı ilə bir çox xəzər xristianlığı qəbul etmişdi. Gürcü

tarixçisinin verdiyi məlumata görə, "bu şimal ölkəsində [Xəzərdə] sərbəst olaraq

xristian dinində olan çoxlu kənd və şəhər var idi". Biz akademik K.S.Kekelidzenin

belə bir fıkri ilə  şərik deyilik ki, Abonun xaçaçuran mərasimindən keçdiyi yer

"yalnız Azov dənizinin şərq sahilində qot-tetraksitlər ölkəsi ola bilərdi" (Иоанн



132

Xorasan iltigini

1

 və Çatn Xəzr vasitəsilə I Varaz-Trdata göndərdiyi



məktubda deyilir ki, ancaq yepiskop İsrail xəzərlərin yanında qalarsa,

"bizim vəhşi xalqların sizin ölkənizə basqınları kəsiləcəkdir”

  2

 .

Lakin nə Varaz-Trdat, nə də Arran katolikosu Yeliazar xəzərlərin



yanına İsraili göndərməyə razılıq vermədilər, yalnız buna razı oldular

ki, o, Arran ilə xaqanlıq arasında vasitəçi olsun

3

.

N.Akinyan qeyd edir ki, İsrailin bir daha xəzərlərin yanına



gedib gəlmədiyi məlum deyildir

4

. Aydındır ki, o, ikinci dəfə



xəzərlərin yanına getməmişdir, çünki Arran ilə xəzərlərin arasındakı

qısamüddətli sülh az sonra pozulmuşdu: "Onun [Bizans imperatoru II

Yustinianın - 685-711 padşahlığının] birinci ilində Xəzər adlanan

şimal xalqı Ermənistan, İberiya və Albaniyanı  ələ keçirdi. Onlar

vuruşmada knyaz Qriqorinin

5

, bir çox gürcü və alban əyan və



knyazlarını öldürdülər. Yenə onlar Ermənistanı talan etdilər, çoxlu

Сабанисдзе. Мученичество Або Тбилели, стр. 34,  49). Fikrimizi təsdiq etmək

üçün aşağıdakı mətnə istinad edək: "Müqəddəs, şanlı, məzlum Abo Tiflislinin

həyatı və çəkdiyi əzablar" (М.Сабинин. Полное  жизнеописание  святых

грузинской  церкви, ч. I, стр. 167-168). "Nerses [Kartaliniya hökmdarı] Daryeli

adlanan Osetiya qapısından üç yüz adamla kcçdi; müqəddəs Allah bəndəsi Abo da

onların arasında idi. Lakin Nerses təqib olunmaqdan çəkinərək Osetiya torpağında

qalmadı, xəzərlərin yaşadığı  Şimal ölkəsinə tərəf getdi, Müqəddəs Abo özünü

müsəlmanlardan xətərsiz gördükdə, İsaya qovuşmağa tələsdi və mömin keşişdən

xristianlığı qəbul etdi. Bu ölkədə elə  şəhərlər var idi ki, burada xristianlar əmin-

amanlıq içində İsaya ibadət edirdilər.

Bir az keçəndən sonra Nerses Xəzər padşahından xahiş etdi ki, onu Abxaziyaya

buraxsın... Nerses öz dəstəsi ilə yola çıxdı, bütpərəst ölkələrdən maneəsiz və

zərərsiz keçdi və üç aydan sonra Abxaziya hökmdarının torpağına qədəm qoydu".

1

K.P.Patkanov. "Zirdkin-Xursan".



2

История Агван, стр. 211/169.

3

Yenə orada, səh. 213/171.



4

N.Akinyan. Sitat gətirilən əsəri.

5

Qriqori Mamikonyan (662/3-685). Həmin İsrail I Varaz-Trdatın əmrilə



ondan ürfanlı Qriqorinin çənəsini xahiş edib almışdı. История  Агван, стр. 188-

190; Vardan. səh. 87.



133

vilayət və kəndləri tutdular, qənimət və çoxlu əsir ələ keçirib, öz

ölkələrinə getdilər"

1

.



Bu vuruşmada bütün üç ölkə qoşunlarının inadlı

müqavimətinə baxmayaraq, xəzərlər böyük qələbə qazandılar.

Beləliklə, onlar "Albaniya ilə bu yaxınlarda əmələ gəlmiş dini

əlaqələri unudaraq"

2

 ərəblərin bu ölkə üzərindəki nəzarətinin



zəifləməsindən istifadə edib yenidən Arrana, sonra da Gürcüstan və

Ermənistana növbəti dağıdıcı basqın etdilər

3

.

Bu zaman Xilafətdə xəlifə taxtı üstündə daxili çəkişmə və



vuruşmalar gedirdi. Xəlifə  əleyhdarı  Əbd-ul-lah ibn əz-Zübeyrin

üsyanı yatırıldıqdan sonra hakimiyyət başına Mərvanilər sülaləsinin

banisi I Mərvan keçdi. Mərvan cəmi bir il hakimiyyət başında dayana

bildi (684-685), sonra onun oğlu Əbd-ül-Malik (685-705) xəlifə

oldu. Məhz bu qarışıq zamanda "errnənilər, gürcülər və ağvanlar 30

illik itaətdən sonra {ərəblərə} daha vergi vermədilər"

4

.

Xəlifə  Əbd-ül-Malik 685-ci ildə imperator II Yustinianla



barışıq bağladı; həmin barışığa görə, Arran, Gürcüstan və

Ermənistandan alınan vergi Xilafət ilə Bizans arasında bərabər

bölünməyə başladı

5

. Zaqafqaziya hər iki qüdrətli rəqib üçün nüfuz



dairəsi oldu; onlardan hər biri burada istədiyi kimi hərəkət edirdi:

hücum edir, rəhmsizliklə qarət edir və əhalini əsarət altına alır, maddi

nemətləri məhv edirdi. Məsələn, 688-ci ildə II Yustinian Ermənistana

çox böyük qoşun göndərdi; bunlar da 25 mahalı talan etdi və 8 min

ailəni qul kimi satdı

6

. Sonrakı 689-cu ildə Ermənistana yenidən



hücum etdilər; bu dəfə hücum iki tərəfdən: - həm Bizans, həm də

1

Gevond, səh. 10; Asagik, səh. 72, 91; Vardan, səh 90; K.Qandzaketsi,



səh. 39

2

D.M.Dunlop, p. 60; History..., p. 270.



3

Xəzərlərlə  ərəblər arasında xəlifə  Əbd-üI-Malikin hökmranlığından

başlayaraq 710-cu ilədək edilən müharibələr haqqında b a x: F.Gabrieli. le califfato

di Hisman, p. 74-85; A. H.V.Togan. Ibn Fadlan, p. 296-298.

4

Gevond, səh. 9-10.



5

Ю.Кулаковский. История Внзантии, III, стр. 251.

6

Asogik. səh. 72; Gevond, səh. 10-11



134

Xilafət tərəfindən edildi və Ermənistana yenidən dəhşətli fəlakət üz

verdi

1

.



689-690-cı illərdə Zaqafqaziya ölkələrinə qarşı ikinci hərbi

səfərə II Yustinian özü başçılıq etdi. O öz qoşunlarını üç dəstəyə

böldü və bunları Gürcüstan,  Arran və  Ermənistana göndərdi. II

Yustinian "bu ölkələrin bütün knyazlarını öz yanına çağırdı; onlar da

heç istəmədikləri halda onun yanına gəlməyə məcbur oldular: II

Yustinian bəzi knyazları özü ilə apardı, digərlərindən tələb etdi ki, öz

oğlanlarını onun yanında girov qoysunlar. Bəzi knyazlara isə

hədiyyələr verib, onları adı çəkilən ölkələrin hökmdarı təyin etdi:

Nersesi... Ermənistan hökmdarı, ikinci knyazı Ağvan padşahı, patrisi

Varazdatı [Varaz-Trdatı] ekzarx etdi, onlara kömək üçün 30 min

qoşun verdi, özü isə Konstantinopola qayıtdı

2

.



Beləliklə, Əbd-ül-Malik və II Yustinian arasında barışıq

haqqında bağlanan saziş nəticəsində, Arran "üç xalqa: xəzərlərə,

taciklərə [Xilafətə] və yunanlara [Bizansa] bac verirdi"

3

.



I Varaz-Trdat xəzərlərlə münasibəti nizama saldıqdan sonra

bu qərara gəldi ki, Bizansa dözülməz dərəcədə ağır bacı daha

verməsin, çünki bu bac üzündən "bərk sıxıntı çəkirdi"

4

. Bu məqsədlə



məqsədlə o, iki oğlu Haciq və Vardan ilə birlikdə danışıq aparmaq

üçün 699-cu ildə ildə Konstantinopola getdi. Burada II Yustinian

onları  qalaya  saldı,  buna  gorə  ki,  I  Varaz-Trdat  Xilafət  ilə

yaxınlaşmış və Bizansla hər bir əlaqəni kəsmişdi. II Yustinian I

Varaz-Trdatın oğlanlarını öz yanında girov saxladı, knyazın özünü də

geri buraxmayıb, 704-cü ilədək il Konstantinopolda saxladı.

Bu zaman Arranda elə bir hadisə baş verdi ki, Xilafətin bu işə

bilavasitə qarışmasına səbəb oldu. Xalkedon dini təliminin ardınca

gedən Girdiman yepiskopu Nerses Bakur I Varaz-Trdatın arvadı

1

Yenə orada. Müqayisə et: Feofan, səh. 267.



2

Asogik, səh. 72.

3

История Агван, стр. 253.



4

История Агван, стр. 253/203.



135

Spramanı dilə tutub "özünün Ağvan patriarxlığına dəvət olunmasını"

ondan xahiş edə bildi, çünki Yeliazar öləndən sonra (688-ci ildə)

katolikos taxtı boş qalmışdı. Varaz-Trdat Bizansda olanda Nerses bu

qərara gəldi ki, knyazın Xilafətlə yaxınlaşmaq siyasətinin əleyhinə

çıxsın və Konstantinopola tabe olmağa davam etsin. Lakin knyaz

Şeroy başda olmaqla Arranın bir qrup nüfuzlu feodalları

xalkedonçuluğun qatı düşməni olduqlarına görə buna mane oldular.

Xəlifə  Əbd-ül-Malik Ermənistan katolikosu İlyanın

məktubunu aldıqdan sonra, Bərdədə dini yığıncaq çağırmasını ona

əmr etdi; bu yığıncaqda Nerses, Bakur xəlifə nümayəndəsinin

hüzurunda mürtəd elan olundu, knyaz arvadı Sprama isə qalaya

salındı. Bundan əlavə, xəlifə bir çox Arran knyazlarının xüsusi

siyahıya alınmasını əmr etdi, ona görə ki, "əgər onlardan biri diofızit

olarsa, qılınc və əsarətlə məhv edilməlidir"

1

.



704-cü ildə knyaz I Varaz-Trdat Arrana qayıtdı və bu

zamandan Arran Xilafətdən asılı bir vassal oldu. Ölkə "ancaq

taciklərə [ərəblərə]"

2

 bac verməyə başladı, çünki bu vaxt Ərəb-



Bizans müharibələrinin başlanması ilə  əlaqədar olaraq Ermənistana

Məhəmməd ibn Mərvanın komandanlığı altınla ərəb qoşunları

göndərilmişdi. Ərəblərin cəza dəstəsi Arrana da göndərilmişdi.

Məhəmməd ibn Mərvan burada knyaz Şeroyu və ona yaxın olan

adamları tutub Taron vasitəsilə Dəməşqə göndərdi

3

.



Knyaz I Varaz-Trdatın

4

 hökmranlığından başlayaraq Arran



hətta öz vassallığını da itirdi. Ölkədə xəlifənin canişinləri tam

hökmran olmağa başladılar. Knyaz və katolikos canişinlərin yanında

bir növ məşvərətçi oldular; onlar müstəqil surətdə daha heç bir qərar

qəbul edə bilmirdilər.

1

Yenə orada, səh. 246-247/197-198.



2

 Yenə orada, səh. 253/203.

3

Yenə orada, səh. 259-260.



4

I Varaz-Trdatın vəfatı tarixi mənbədə göstərilmir, Yalnız deyilir ki,

"...bu Varaz-Trdatın günlərində Ağvaniya içərisində dəhşətli aclıq oldu". История

Агван, стр. 253-254.


1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə