AZƏrbaycan VII-IX əsrləRDƏ


 Ərəb-Xəzər müharibələri və Azərbaycan



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə8/28
tarix13.06.2017
ölçüsü2,81 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   28

4. Ərəb-Xəzər müharibələri və Azərbaycan

Xəlifə I Validin hökmranlığı illərində (705-715) ərəblər

tədriclə  şimala keçməyə başladılar. Lakin I Valid xəzərlərə qarşı

ciddi hücuma başlamazdan əvvəl öz arxasını: Arranı, Şərqi

Gürcüstanı və Ermənistanı bu ölkələrdə olan yerli bizanspərəst

hakim və knyazların gizli qəsdlərindən təhlükəsiz hala gətirməli idi.

İlk növbədə erməni naxararlarına qarşı cəza tədbirləri görülmüşdü.

Xəlifə sərkərdəsi Məhəmməd ibn Mərvan yunan-erməni qoşunlarını

darmadağın etdikdən sonra təslim olmayan bütün erməni

başçılarından 800 nəfəri aldadıb əsir etdi və Naxçıvan hakimi

Hişama (?)

1

 əmr etdi ki, onları kilsəyə salıb yandırsın. Bu qayda ilə



də 400 nəfər məbəddə yandırıldı

2

.



Bu hadisələrdən sonra 89 (707-708)-cu ildə, Təbərinin verdiyi

məlumata görə, xəlifənin qardaşı Məsləmə ibn Əbd-ül-Malik

Azərbaycanda təslim olmamış bütün qala və şəhərləri tutub, türklərlə

vuruşa-vuruşa Bab ül-Əbvaba çatdı

3

.

Hicri 91 (709-710)-ci ildə Məsləmə ibn Əbd-ül-Malik



türklərə qarşı yeni hücuma keçdi və "Azərbaycan vilayətində əl-Baba

çatdı, burada şəhər və qalaları aldı"

4

. Lakin erməni erasının 158



(2.06.709-1.06.710)-ci ilində "xəzər hökmdarı 80 min nəfərlik

qoşunla yürüş etdi və Albaniyanı tutdu"

5

, yəni ərəblər Dərbənddən



qovuldular və Arrandan Azərbaycana geri çəkildilər. İki il sonra

(711) xəlifə  Əbdül-Əzizin canişini ibn Xatim əl-Bəhili Arran

paytaxtı Bərdəyə gəldi və xəzərlərə qarşı yeni hücum hazırlayaraq,

1

Asogik, səh. 92.



2

История  Агван, səh. 259; Asogik, səh. 92-93; Gevond, səh. 22-24;

Vardan, səh. 91-92; Q.Artsruni, səh. 93.

3

Ət-Təbəri, II, 1200; İbn əl-Əsir, IV, səh. 428.



4

Ət-Təbəri, II, 1217; İbn əl-Əsir, IV, səh. 439.

5

История Агван, стр. 260; əl-Məkin, səh. 62.



137

yenidən Kürün o tayına keçdi

1

. Yəqin bu, ərəb qoşunlarının Dərbənd



üzərinə yeni hücumu idi, çünki Təbəri bildirir ki, hicri 92 (710-711)-

ci ildə  ərəb ordusu Dərbəndə çatdı, lakin şəhəri yalnız 714-cü ildə,

xəlifə I Validin hökmranlığının axırıncı ilində ala bildi

2

. Məsləmə



714-715-ci ildə Dərbənd üzərinə yenidən hücuma keçdi, onu

dağıdaraq, xaqanlığın ərazisinə soxuldu. Burada xəzərlər Məsləmənin

ordusu ilə vuruşmağa başladılar və  ərəblər geri çəkildilər. Ərəblər

geri çəkilərkən onları "Alban patrisilərindən..." Eranşahik Vaçaqanın

komandanlığı altında olan Arran qoşunları arxadan mühafizə edirdi.

"Xəzərlər onun üzərinə atıldılar, lakin məğlub edilib qaçmağa

başladılar"

3

.



Asogik və Gevond bildirirlər ki, Məsləmənin komandanlığı

ilə ərəblərin Dərbənd üzərinə hücumu xəlifə Süleymanın (715-717)

hökmranlığının "üçüncü ilində" (Asogik) və ya "ikinci ilində"

(Gevond) başlandı

4

. Şəhər üstündə vuruşma gecə-gündüz davam etdi



və ertəsi gün səhərçağı Dərbənd alındı. Ərəb ordusunda 6 min nəfər

var idi və hər birinə çoxlu qənimət düşdü. Məsləmə  Əbd əl-Əzizi

Arranda qoyub özü Dəməşqə qayıtdı

5

.



Xəlifə II Ömərin (717-720) hökmranlığının birinci ilində

xəzərlər ərəblərə qarşı böyük hücumlara başladılar

6

. Xəzərlər



Arrandan keçib Azərbaycana soxuldular və işğal edərək ərəb

qoşunlarından bir qədər qırdılar. Bu hadisəni Təbəri belə qeyd edir:

"Bu il [99(717-718)-cu il] türklər Azərbaycana hücum edib bir qədər

müsəlman qırdılar və onlara ziyan yetirdilər. Ömər ibn Əbdül-Əziz

1

Yenə orada, səh. 260/209.



2

Ət-Təbəri, II, 1217.

3

История Агван, стр. 260-261.



4

Asogik, səh. 27-28; Gevond, səh. 95. Hər iki müəllif bildirir ki, ərəblər

Dərbənd qala hasarlarını dağıdarkən üzərində aşağıdakı yazı olan bir daş tapdılar:

"İmperator hökmdar Markian (450-457) bu şəhər və qalanı saldı və buna öz

xəzinəsindən çoxlu talant (pul vahidi - mütərcim) sərf etdi. Sonralar İsmayıl

övladları [ərəblər] onları dağıdıb öz pulları ilə yenidən quracaqlar".

5

A.Bakıxanov. Gülüstani-İrəm, səh. 53-54.



6

M.Kmoşko. Araplar ve Hazarlar, s. 135-136.



138

onlara qarşı Xatim ibn əl-Noman d-Bəxilini göndərdi. O həmin

türkləri qırdı və  əsir düşən 50 nəfərdən başqa heç kəs canını

qurtarmadı; o, bu əsirləri Xunasirə Ömərə göndərdi"

1

.

II Yəzidin (720-724) hökmranlığı zamanı 722-723-cü illərdə



xəzərlər qıpçaq və digər türk tayfalarının köməyi ilə təqribən 30 min

nəfərlik ordu ilə yenidən Arrana soxuldular

2

 və onun ərazisindən



keçərək Ermənistana girdilər. Mərc əl-Həcərdə bunları Sübeytə  ən-

Nəhraninin komandası altındakı  ərəb ordusu qarşıladı

3

. Ərəblər



məğlub edildilər və onların ordugahı xəzərlərin əlinə keçdi.

Həmin ildə II Yəzid əl-Cərrah ibn Abdullah əl-Həkəmini

Azərbaycan və Ermənistana hakim təyin etdi və ona 25 min nəfərlik

qoşun verib, əmr etdi ki, xəzərlərə qarşı hücuma başlasın

4

. Lakin


xəzərlər böyük ərəb ordusunun hücuma keçdiyi xəbərini alıb

Dərbəndə tərəf çəkildilər. Cərrah Bərdəyə yaxınlaşdı, orduya

istirahət verdi, sonra Kürdən keçərək, Dərbəndə yaxınlaşdı. Xəzərlər

xaqanın oğlu Barcikin

5

 komandası altında 40 min nəfərlik ordunu



Cəraha qarşı çıxartdılar. Vuruşma nəticəsində xəzərlər məğlub

edildilər, onlardan çoxu əsir düşdü. Ərəblər Xamzin

6

 və  Tarqu



7

şəhərlərini tutdular və Balancara çatdılar

8

. Qala qarnizonu qısa



1

Ət-Təbəri, II, 1346; İbn əl-Əsir, V, 31

2

Bal'ami. Chronicle, ed. B. Dorn. Nachrichten uber die Ghazaren. St- P.,



1844, p-510 (sonralar-Bələmi).

3

Ət-Təbəri, II, 1453; İbn əl-Əsir, V, 82-83.



4

Yenə orada, 83-84.

5

Bələmi (səh. 510): "Barxabak"; "Dərbəndnamə" (səh. 72); "Paşenk"; İbn



Əsam (vər. 180 a): "Barsbik", Gevonda görə (səh. 71) xaqanın anası "Parsbit"

adlanır. Bartolda görə (Türküstan, səh. 79). Xaqanın oğlunun adı gərək "Barcinq"

olsun, bu Aral dənizinin şərqində Barciq Liq kənd adı ilə  əlaqədardır. B a x:

V.Minorsky. A New Book, p, 126.

6

İbn Əsam (vər. 180 a): "Xasin"; İbn əl-Əsir (V, 84); "əl-Hüseyn".,



7

İbn əl-Əsir, V, 84; "Yarqu".

8

Ə

T



-T

ƏBƏRI


, II, 1453; əl-Mekin, səh. 79.

139

vuruşmadan sonra təslim oldu və ərəblər çoxlu qənimət əldə etdilər

1

.

Cərrah bu şəhərlərin əhalisini Arran ərazisinə, xüsusilə Qəbələ



mahalına köçürtdü, burada xəzərlərin məskən saldığı kəndlər var idi

2

.



idi

2

.



İbn əl-Əsirin verdiyi məlumata görə, hər bir ərəb atlısı

Balancar vuruşmasından sonra qənimət olaraq 300 dinar almışdı

3

.

Yenə də ibn əl-Əsirin verdiyi məlumata görə, ərəb ordusunda 30 min



atlı olduğunu nəzərə alsaq, xəzərlərdən alınan pulun böyük bir

məbləğ təşkil etdiyini görərik. Ərəblər xəzərlərdən çoxlu əsir aldılar.

Balancardan sonra Cərrahın ordusu Vabandar (ya da

Vananlar)

4

 şəhərini aldı; burada 40 min türk evi var idi, bu ordu



xaqanlıq ərazisində daha bir neçə yürüş etdikdən sonra, qışlamaq

üçün Şəki vilayətinə çəkildi.

Hicri 107 (725-726)-ci ildə xəlifə Hişam (724-743) Cərrahı

vəzifədən kənar edərək Ermənistan və Azərbaycan hakimi vəzifəsinə

öz qardaşı Məsləmə ibn Əbd-ül-Maliki təyin etdi

5

.



Hicri 108 (726-727)-ci ildə xəzərlər "xaqanın oğlunun"

komandası altında Arrana növbəti hücum etdilər. Ölkəni işğal

etdikdən sonra Azərbaycana tərəf yeridilər və orada bəzi şəhərləri

mühasirəyə aldılar. Əl-Haris ibn Əmra ət-Tainin komandası altında

ərəb ordusu onlara qarşı hücuma keçdi. Xəzərlərin qarşısı alındı,

onlar məğlub edilib Arazın o tayına qovuldular, oradan isə geri

çəkilməyə məcbur oldular

6

.



1

Əl-Bələmi, səh. 522-524; İbn Əsam, vər. 180a-181.

2

Əl-Bəlazuri, səh. 194. b a x: A. Bakıxanov. Sitat gətirilən əsəri, səh, 55.



3

 İbn əl-Əsir, V, 84; M.Kmoşko (səh. 152) 30 dinar göstərir.

4

İbn əl-Əsir, V, 84; Vardan (səh. 95): "Varaçan"'. Bu şəhər haqqında b a



x: М.Артамонов. Очерки…, стр. 1-49; История хазар, стр. 207-208.

5

Məsləmə haqqında b a x: İbn əl-Əsir, V, 102.



6

Ət-Təbəri bu hadisə üçün hicri 108 (729/130)-ci ilini göstərir: İbn əl-

Əsir, V, 104; Feofan, səh. 340-341; "Həmin [728] ildə xəzər şahzadəsi xaqanın

oğlu Midiyaya [Azərbaycana] böyük hücum etdi. Xəzərlər Midİya əyalətlərini

viran etdilər".


140

727 və 728-ci illərdə Məsləmə ibn Əbd-ül-Malik

Azərbaycandan iki dəfə xəzərlərin üzərinə hücum etdi

1

. O, xaqanlıq



ərazisinə basqın edib, müxtəlif yaşayış məntəqələrinə hücumlar edir,

əsir və qənimətlərlə geri qayıdırdı

2

.

729-730-cu illərdə Hişam Məsləməni geri çağırdı və  əl-



Cərrah ibn Abdullah əl-Həkəmini yenidən Ermənistan və

Azərbaycanın hakimi təyin etdi; o isə çox çəkmədən yenidən şimala

doğru hücuma başladı

3

.



730-731-ci illərdə xəzər və türklərin 300 min nəfərlik ordusu

4

ordusu



4

 Barcikin komandası altında ərəblərə qarşı  əks-hücuma

başlayıb Dərbənd, Daral və digər keçidlərlə Arran ərazisinə soxuldu

5

.



soxuldu

5

. Əl-Cərrah öz qoşunlarını Bərdə yolu ilə Ərdəbilə çəkdi və



orada hadisələrin inkişafmı gözləməyə başladı.

Xəzərlər ərəb qoşunlarının harada yerləşdiyini bir gürcü

knyazından öyrəndilər

6

. İki ordu Araz sahilindəki Varsanda üz-üzə



gəldi. Ərəblər xəzərlərin üstün qüvvələrinin təzyiqi altında Ərdəbilə

tərəf çəkildilər; burada Savalan dağı yaxınlığında onların arasında bir

gecə-gündüz davam edən böyük vuruşma oldu. Ərəblər tamamilə

məğlub edildilər, əl-Cərrah öldürüldü

7

.

Xəzərlər uzun mühasirədən sonra Ərdəbili aldılar, şəhərin kişi



əhalisini qırdılar, qadın və uşaqları isə  əsir apardılar

8

. Sonra xəzər



1

İbn əl-Əsir, V, 108, 115.

2

Ət-Təbəri, II, 1500-1506; əl-Yəqubi, II, 315; İbn əl-Əsir, V, 108, 115;



Feofan, səh. 341.

3

История Агван, стр. 209-210; ət-Təbəri, II, 1527; İbn əl-Əsir, V, 117.



4

Gevond, səh. 71-72; ət-Təbəri, II, 1530-31; İbn əl-Əsir, V, 118.

5

Bələmi, səh. 517.



6

Yenə orada, səh. 516.

7

История  Агван, стр. 261; əl-Malik, səh. 79; ət-Təbəri, II, 1521; əz-



Zəhəbi, səh. 56; Dərbəndnamə, səh. 175-176; İbn əl-Əsir, V, 118; "Aqvan tarixi"nə

görə  əl-Cərrah erm. erasının 179 (28.05.730-27.05.731)-cu ilində, ərəb

mənbələrinə görə hicri 112 (26.03.730-14.03.731)-ci öldürülmüşdür (Baratov. Sitat

gətirilən əsərisəh. 79).

8

İbn əl-Əsir, V, 112, Feofan, səh. 626; Gevond, səh. 72,



141

ordusu Azərbaycanı viran etdi, ölkənin şəhər və qalalarını bir-birinin

ardınca tutub Diyarbəkrə və Mosula çatdı

1

.



Gevond xəzərlərin basqını haqqında belə məlumat verir.

"Onlar Hunlar torpağından, Cor [Dərbənd] keçidindən, Maskutlar

torpağından keçərək Paytakaran [Beyləqan] ölkəsinə basqın etdilər;

Araz çayından keçib İrana [Azərbaycana] getdilər, Artaveti

[Ərdəbili], Qandzak-Şahastanı, Atşi-Baquan adlanan vilayəti, Spatar-

Perozu və Ormizd-Perozu dağıtdılar"

2

.

Xəzərlərin belə sürətli hücumu xəlifəni və onun saray əhlini



çox çaşdırdı. Hişam ərəb qoşunlarının baş komandanı vəzifəsinə Səid

ibn Əmr ül-Xəraşini təyin etdi və o dərhal 30 minlik ordu ilə

xəzərlərə qarşı yola çıxdı. Səid xəlifədən məxaric üçün 100 min

dirhəm pul da aldı

3

.

Ərəblər Van gölü yaxınlığındakı Xilat şəhəri hasarları



qabağında xəzərlərlə qarşılaşdılar

4

.  Ərəblər  hücumla  şəhəri  alıb



xəzərləri təqib etməyə başladılar. Onlar Bərdə üzərinə hücuma

keçərkən yolda bütün qalaları dağıdırdılar. Ərəblər "onları [xəzərləri]

tamamilə məğlub edib onların bayrağını  aldılar; bayrağın mis təsviri

indiyədək Xəraşi dəstəsində onların əcdadının igidliyi şərəfinə

saxlanılır"

5

.



Bərdədə Səid şəhər əhalisi qarşısında nitq söyləyib, onları

xəzərlərdən gözlənilən böyük təhlükə qarşısında birləşməyə çağırdı.

O, xüsusilə Arran paytaxtının zəngin sakinlərinə müraciət edərək,

vəsait verməkdə xəsislik etməməyi onlardan xahiş etdi

6

.

Sonra Səid Beyləqana getdi, şəhəri alıb Varsana gəldi,



buradan da xəzərlərin qarnizonunu qovdu.

1

Əz-Zəhəbi, səh. 56-57; İbn əl-Əsir, V, 118.



2

Gevond, səh. 72.

3

Bələmi, səh. 520.



4

İbn əl-Əsir, V, 118.

5

Gevond, səh. 72.



6

Dərbəndnamə, səh. 117-178; A. Bakıxanov. Sitat gətirilən əsəri, səh. 56.



142

Xəzərlər Barcikin komandası altında 100 min nəfərlik qoşunu

Səid ordusuna qarşı göndərdilər. Beyləqan yaxınlığındakı çayın

kənarında

1

baş verən vuruşma nəticəsində xəzərlər darmadağın



edildi. Barcikin özünü isə Səid atdan saldı və başını kəsərək Hişama

göndərdi


2

.

Ərəblər xəzərlərin üzərində böyük qələbə çaldılar, çoxlu



qənimət ələ keçirdilər. Hər bir ərəb əsgərinə mükafat olaraq, azı 1700

dinar (!) verildi

3

.

Yenə də hicri 112 (730-73l)-ci ildə xəlifə Hişam əl-Xəraşini



paytaxta çağırdı. Məsləmə ibn Əbd ül-Maliki Ermənistan və

Azərbaycana hakim təyin etdi; o dərhal xəzərlərə qarşı hücuma

başladı və qışa yaxın Dərbəndə çatdı

4

. Hicri 113 (731-732)-cü ildə



Məsləmə daha irəliyə doğru hücum edərək, Balancara çatdı; buradakı

vuruşmada xaqanın ikinci oğlu öldürüldü

5

.

Yenə də hicri 113-cü ildə xəzərlər yenidən Arrana



soxuldular

6

, lakin Dərbənddə məğlub edildilər. 1000 nəfər öz ailələri



ailələri ilə birlikdə əsir düşdü

7

.



Sonrakı hicri 114 (732-733)-cü ildə

8

 ərəblər Hişamın Cəzirə,



Azərbaycan və Ermənistan hakimi təyin etdiyi Mərvan ibn

Məhəmmədin komandası altında xəzərlərə qarşı hücuma keçdilər.

Mərvanın qərargahı Kasalda (Qazaxda) idi

9

, buradan Bərdəyə 40



fərsəx  və  Tiflisə  20  fərsəx  yol  var  idi

10

.  O,  buradan  Daryal  keçidi



1

 İbn əl-Əsir, V, 120; Dərbəndnamə, səh. 178-180

2

Əl-Yəqubi, II, 381.



3

Bələmi, 531; A. Bakıxanov. Sitat gətirilən əsəri, səh. 57.

4

Ət-Təbəri, II, 1531-1532; İbn əl-Əsir, V, 120; Kitab əl-Uyun, səh. 90.



5

Ət-Təbəri, I, 1560; Kitab əl-Uyun, səh. 90; İbn ət-Əsir, V, 129-130.

6

Ət-Təbəri, II, 1560; İbn əl-Əsir, V, 120; əl-Yəqubi, II, 381.



7

Bəlaziri, 207; Bələmi, 533-534.

8

Ət-Təbəri, II, 1562; İbn əl-Əsir, V, 131-132; Kitab ol-Uyun, səh. 90.



9

Kasal haqqında b a x: V.Minorsky. Kasal (Kazah), p. 120-123.

10

Əl-Bəlazuri, 207. Vardan (səh. 95) deyir ki, "Mərvan hun şəhəri



Varaçana hücum etdi və oradan qələbə ilə qayıtdı".

143

vasitəsi ilə xəzərlərin diyarına hücuma keçdi, qoşunun digər

hissəsinə isə əmr etdi ki, Dərbənddən hücuma keçsinlər. Bəlazurinin

dediyinə görə, ərəblərin gücündən qorxuya düşən xaqan sülh istədi,

Mərvan isə  əsir aldığı xəzərləri "Samur ilə  Şabiran arasında

düzənlikdə Lakzlar vilayətində yerləşdirdi"

1

. Gevond bildirir ki,



Varaçan şəhərini alan Mərvan böyük qənimət əldə etdi və "Hunlar

ölkəsindən şanlı qələbə ilə qayıtdı. Partav şəhəristanına [paytaxtına]

çatan Mərvan qənimətin beşdə birini və əsirləri öz hökmdarı Geşama

[Hişama] gondərdi və ona məktub yazıb qələbə haqqında məlumat

verdi"

2

.



Xaqan islam dinini qəbul etdi, Mərvan isə "Şirvan

hökmdarına (Şirvanşaha - Z.B.) bir vəzifə olaraq tapşırdı ki,

müsəlman ordusu xəzər diyarına hücum edərkən qoşunun qabağında

getsin, bu ordu oradan qayıdarkən arxada gəlsin"

3

.

Sonrakı iyirmi il ərzində  Əməvilər sülaləsi devrilənədək



xəzərlər ərəblərin nəzarəti altında idi. Abbasilər hakimiyyət başına

gələndə xəzərlər Xilafətdə baş verən hadisələrdən istifadə edərək, öz

paytaxtlarında xəlifə nümayəndələrini öldürüb, bir müddət müstəqil

oldular.


Bizans da Xilafətdəki daxili çəkişmələrdən istifadə edərək,

Zaqafqaziyada öz hərbi və diplomatik fəaliyyətini gücləndirdi.

Xəlifə Mənsur (754-775) hakimiyyət başına gələn kimi,

ərəblər Bizansa qarşı dərhal əks-tədbir gordülər, "Mənsur xəlifə

olanda Yəzid ibn Useyd əs-Sulamini Azərbaycan və Ermənistana

hakim təyin etdi. O, [Yəzid] Bab əl-Lanı [Daryal] tutdu və orada

muzdlu əsgərlərdən ibarət qarnizon yerləşdirdi. Sonra o, sanarları

tabe etdi və onlar xərac verməyi öhdələrinə götürdülər. Bu zaman

Mənsur ona  məktub yazaraq əmr etdi ki, xəzər padşahı ilə qohum

olsun. Yəzid bu əmri yerinə yetirdi"

4

. Bu, şübhəsiz, onu göstərir ki,



1

Əl-Bəlazuri, 208; İbn əl-Əsir, V, 132.

2

Gevond səh. 80-81.



3

Əl-Bəlazuri, 209; əl-Yəqubi, II. 382; İbn əl-Əsir, V, 133

4

Əl-Bəlazuri, 209-210; əl-Yəqubi, II, 446-447.



144

xəzərlər yenidən qüvvətlənmişdilər və Bizansdan kömək görüb təhrik

edilərək, Xilafətin mənafeyi üçün təhlükə təşkil etməyə

başlamışdılar. Mənsur bununla hesablaşmalı idi, çünki Bərdədə olan

Yəzidə göndərdiyi başqa bir məktubda belə yazmışdı: nə qədər ki,

xəzərlər fəaldır, Azərbaycan onun canişinliyi üçün rahat yer

olmayacaqdır – "mən sənin üçün və bütün sənin vilayətin üçün

xəzərlər tərəfindən gələn təhlükədən ehtiyat edirəm"

1

.

Yəzid ibn Useyd xəzər xaqanının qızı ilə evləndi. Bu qadın



"onun üçün bir oğlan doğdu, lakin uşaq öldü; anası da doğum zamanı

öldü"


2

. Bu hadisə haqqında Gevond belə məlumat verir: "Yəzid öz

hökmranlığı zamanı, Xaqan adlanan Şimal padşahının yanına elçilər

göndərdi ki, onunla qohum olsun, beləliklə də, onunla və xəzər

qoşunları ilə sülh şəraitində dolansın. Xəzər padşahı öz qızı Xatunu

ona verməyə razı oldu"

3

.

Xəzərlərin arasında belə bir şayiə yayıldı ki, Xaqanın qızını



və uşağı  ərəblər özləri öldürmüşlər. Bundan bir az sonra Xaqan

ərəblərə qarşı müharibəyə başladı. "Xaqan güclü qoşun toplayaraq,

onu Xatirlitber nəslindən olan sərkərdə Raj Tarxana [ərəbcə Rəs

Tarxana] tapşırdı və Yəzidin idarə etdiyi bizim ölkəyə göndərdi.

Xəzərlər böyük Kür çayının şimal tərəfınə səpələnərək, bir çox

vilayətləri

4

,  hamısı  Albaniya  vilayətləri  olan  Xecar,  Qala,  Ostan-i



Marzpanyan

5

, Xaband



6

, Qelave, Şake, Biyes, Xeni, Kambexçan

7

,

Xozmas vilayətlərini tutdular; çox gözəl Balasakan çöllərini də



tutdular

8

 və saysız-hesabsız mal-qara və ilxı apardılar



1

. Bundan


1

İbn Əsam, II, 241. (Kurat, p. 272).

2

Əl-Bəlazuri, 210; İbn Əsam, II, vər. 242 a.



3

Gevond, səh. 92; K.Segledi. Sitat gətirilən əsəri, səh. 79.

4

Albaniya vilayətlərinin adları haqqında b a x: М.Хоренский. История



Армении.

5

N.Hubsehmann. Die Altar menische ortsnamen, p. 461.



6

Yenə orada, səh. 348-349.

7

Y.Marquart. Sitat gətirilən əsəri, səh. 118.



8

Н.Адонц. Армения в эпоху Юстиниана, стр. 220.



145

əlavə, xəzərlər Gürcüstan vilayətləri Şuçk, Kuyeskapor, Çeltd,

Suket

2

, Velissixe



3

, Tianet


4

və Yergini

5

 qarət edib, böyük qənimətlə



vətənə getdilər.

Yəqubi, Təbəri və ibn əl-Əsir xəzərlərin bu hücumunun hicri

145 (763-764)-ci ildə olduğunu qeyd edirlər

6

. Təbərinin verdiyi



məlumata görə, bundan iki il sonra (764-765) xəzərlər yenidən

Zaqafqaziyaya soxuldular: "Bu ilin (hicri 147) hadisələri sırasına

Astarxan əl-Xarəzminin türk qoşunları ilə Zaqafqaziya müsəlmanları

[ərəblər] üzərinə hücumu daxildir. Onlar müsəlman və zimmilərdən

çoxlu əsir aldılar, Tiflisi tutdular. Hərb ibn Abdullah ər-Ravəndi

onlarla vuruşdu. Hərb öldürüldü və ərəblər qaçdılar"

7

.

Sonrakı ildə Mənsur, Hərbi öldürən və Tiflisi qarət edən



xəzərlərə qarşı Hümeydə ibn Qəhtabı göndərdi, lakin o, xəzərlərə rast

gəlməyib qayıtdı

8

.

Sonralar xəzərlər VIII əsrin axırınadək Zaqafqaziyanı öz



basqınları ilə narahat etmədilər. 796-797-ci ildə xəlifə Harun ər-

Rəşid (786-809) Səid ibn Səlm ibn Kuteybə  əl-Bəhilini Ermənistan

və Azərbaycana hakim təyin etdi; o da öz vəzifəsinə yerli

hökmadarları təhqir etməklə başladı, nəticədə isə Arranda iğtişaşlar

1

 Gevond, səh. 92-93. Raj Tarxan adı haqqında b a x: K.Segledi, səh- 86-



87, qeyd 48

2

M.Brosset. Sitat gətirilən əsəri, səh. 305-307.



3

Yenə orada, səh. 315.

4

Histoire de la Georgie, 1, p. 127, n. 153.



5

K.Toumanoff. Iberia, p. 218-219, n. 2: "Xerki".

6

Ət-Təbəri, III, 318; əl-Yəqubi, II, 446; İbn əl-Əsir, V, 437.



7

Ət-Təbəri, III, 328; əz-Zəhəbi, 77; İbn əl-Əsir, V, 441; K.Segledi, səh.

83-84.

8

Ət-Təbəri, III, 353. Xəzərlərin Tiflis zonasında ve Gürcüstandakı



əməliyyatının təfsilatı haqqında b a x: K.Segledi, səh. 84-88. Əz-Zəhabi (səh. 77)

bildirir ki, bunlar xəzərlər deyil, qıpçaqlar idi (K.Seklediyə görə türklər və

xarəzmlərdən olan muzdlu qoşunlar idi).


146

baş verdi

1

. Bu zaman Dərbəndin komendantı (hakimi) ən-Nəcm Ibn



Haşim idi.

Səid ən-Nəcmə  əmr etdi ki, qaladakı komandirlərdən birini

vəzifədən çıxarıb başqasını təyin etsin. Lakin Nəcm bundan boyun

qaçırdı. Səid isə onu itaətsizlik üstündə öldürdü. O zaman ən-Nəcmin

oğlu Həyyun ibn ən-Nəcm, Səidin Dərbənd nümayəndəsi əl-

Munacim əs-Sulamini öldürtdü və xəlifə əleyhinə üsyan qaldırdı. "O,

xəzər padşahı xaqanla danışığa girdi, xaqan da onun köməyinə

gələrək böyük bir ordu ilə müsəlmanlara hücum etdi, onları qırıb,

həddən artıq əsir aldı"

2

.



100 min nəfərdən çox xəzər ordusu

3

 kiçik ərəb dəstələrinin



müqavimətini qıraraq, Arran ərazisində irəlilədi və az sonra Kür

sahilinə çatdı

4

. Harun ər-Rəşid hücumun qarşısını almaq üçün tədbir



görüncəyədək, xəzərlər tutduqları əsirlərlə öz yerlərinə qayıtdılar. Bu

dəfə onlar Albaniyada 70 gün qaldılar

5

. Əs-Suyuti bildirir ki, xəzərlər



xəzərlər "özləri ilə 100 mindən artıq əsir apardılar. Bu elə bir dəhşətli

fəlakət idi ki, indiyədək əhali [Arran əhalisi] bunun mislini

görməmişdi"

6

.



Bu, Xilafətə qarşı mübarizədə xəzərlərin son əhəmiyyətli

müvəffəqiyyəti idi. Xəlifə Harun ər-Rəşidin hökmranlığı dövründə

xəzərlərin Arrana və onunla qonşu olan ölkələrə hücumları kəsildi,

xəzərlərlə sülh və ittifaq bağlandı.

1

Əl-Yəqubi, II, 517-518.



2

Əl-Yəqubi, II, 518-519; ət-Təbəri, III, 648; Dərbəndnamə, səh. 129-130.

3

Ət-Təbəri, III, 648; İbn əl-Əsir, VI, III; əl-Məkin, səh. 115.



4

Əl-Yəqubi, II, 518-519; Ət-Təbəri, III, 648; İbn əl-Əsir, V, III.

5

Ət-Təbəri, 648; İbn əl-Əsir, VI, 1 1 1-112.



6

Əz-Zəhəbi, 285; Katib Çələbi "Cahannüma”da 140 min nəfərin

öldürülməsindən danışır (İstanbul nəşri, hicri 1145-ci il, səh. 400); nıüqayisə et:

A.Bakıxanov. Sitat gətirilən əsəri, səh. 60-61; С.Н.Джанашиа. К критике Моисея

Хоренского, стр. 494; Е.А.Пахомов. Краткий  курс  истории  Азербайджана,

стр. 13.


147

Beləliklə, A.Y.Krımski deyəndə ki, xəzərlər Arranda yüz il

hökmranlıq etmişlər, daha haqlıdır. Baxmayaraq ki, yüz il ərzində

Arran daim xəzərlərin hakimiyyəti altında olmamışdır. Ancaq onların

ölkə üzərində nəzarəti və hücumlarının arası, demək olar, kəsilmirdi.

Onlar ölkəni daim gərgin vəziyyətdə saxlayır və ondan böyük bac

alırdılar. A.Y.Krımski xəzərlərin Arrandakı hökmranlığı və dağıdıcı

hücumlarının təqribən 737-ci ildə qurtardığını yazırsa da

1

yuxarıda


göstərilən materiallardan görünür ki, xəzərlər hətta VIII əsrin

axırında: 796 və ya 799-cu illərdə Arran ərazisinə hücum etmişlər

2

.

Doğrudur, xəzərlərin çox sonralar da ərəblərlə vuruşduğu haqqında



məlumat  vardır.  Məsələn,  X  əsrə  aid  bir  yəhudi  sənədində  deyilir:

“budur, bu xalqlar bizimlə (xəzərlərlə) müharibə edirlər: Bab ül-

Əbvab, Zibus, Türklər, Luzaniya”

3

.



...Lakin Kordova xəlifəsi III Əbd ür-Rəhmanın (912-961)

yəhudi əyanı Xasay ibn Şapruta xəzər padşahı Yusifin (İosifın)

yazdığı cavab məktubundan göründüyü kimi, bu zaman xəzərlər

Ərəb xilafətinin şimal sərhədlərində bir növ mühafızə dəstəsi rolunu

oynayaraq, ruslar və digər xalqların Zaqafqaziya vasitəsilə müsəlman

ölkələri ərazisinə girmələrinə mane olurdular. Yusif belə yazmışdı:

"Mən çayın [İtil çayının] ağzını qoruyuram və gəmilərə minib gələn

rusları dənizdən keçib İsmayıl övladının [ərəblərin] üstünə getməyə

qoymuram və [eynilə] onların [ərəblərin] bütün düşmənlərinin quru

yol ilə Bab ül-Əbvaba (Dərbəndə) yaxınlaşmalarına imkan

vermirəm. Mən onlarla müharibə edirəm. Əgər mən onları bir saat

[rahat] buraxsam, onlar bütün İsmayıl övladının ölkəsini Bağdada

qədər məhv edərlər

”4

.



1

Y.A.Krımski. Sitat gətirilən əsəri, səh. 300.

2

Əs-Suyuti və əz-Zəhəbidə belədir.



3

S.Schechter. An unknown Khazar Document, p.219; П.К.Коковцев.

Новый  еврейский  документ  о  хазарах  и  хазаро-русско-византийских

отношениях в X веке, стр. 16

4

П.К.Коковцев. Еврейско-хазарская  переписка  в X веке, стр. 83-84;



müqayisə et: О.И.Артамонов. История  хазар, стр. 262-282. Xəzərlərin
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə