AZƏrbaycan VII-IX əsrləRDƏ


Azərbaycanda torpaq münasibətləri və



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə9/28
tarix13.06.2017
ölçüsü2,81 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   28

5. Azərbaycanda torpaq münasibətləri və

    ərəblərin vergi siyasəti

Qeyd etdiyimiz kimi, ərəblər Azərbaycanı və Arranı istila

etdikdən sonra, tutduqları digər ölkələrdə olduğu kimi, burada da öz

sələfləri olan İran və Bizans vergi aparatını saxlamışdılar.

Əməvilər hakimiyyət başına gələndən sonra vergi toplamaq

qaydası dəyişməyə başladı, lakin bu vergilər yenə də o qədər ağır

deyildi. Anili Samuilin dediyinə görə, Əməvilər Zaqafqaziya

ölkələrində bərqərar olduqda aşağıdakı vergiləri alırdılar: "Hər

həyətdən dörd dirhəm, üç modi

1

 ələnmiş buğda, heyvan tükündən bir



ip və bir əlcək. Əmr edilmişdi ki, keşişlərdən, habelə azadlardan və

atlılardan bir şey alınmasın"

2

. Keşişlərə belə münasibətin səbəbi o idi



ki, ərəblər Arran, Ermənistan və digər xristian ölkələrində kilsələrə

himayəçilik edir, onların toxunulmazlıq və vergidən azad olmaq

yəhudiləşdirilməsi tarixinin bəzi təfərrüatı haqqında b a x : S.Szyszman. Le Roi

Bulan et la Probleme de la conversion des Khazars, t. 33, I, 1957.

1

Modi (mudd) - 3,264 kiloqram.



2

Anetsi Samuil. Ayrı-ayrı parçalar məcmuəsi, səh. 92. Ərəb

müəlliflərinin verdiyi məlumata görə 4-dən 12 dirhəmədək alınırdı. B a x: ət-

Təbəri, I, səh. 960-962, əd-Dinəvəri, səh. 72-73.



149

hüququ olduğunu qəbul edirdilər. Ərəb hakimləri ruhanilərə ona görə

imtiyaz verirdilər ki, əhalini dinin köməyi ilə itaətdə  saxlamaq

istəyirdilər.

Beləliklə, Azərbaycan və Arranın istila edilməsinin lap

başlanğıcından vergilərin ayrı-ayrı  şəxslərdən deyil, bütün ölkədən

alındığı faktına təsadüf edirik. Bunu təsdiq edən sənəd, 658-ci ildə əl-

Əştərin Misir hakimi vəzifəsinə təyin edilməsi ilə  əlaqədar olaraq

xəlifə  Əlinin (656-661) ona yazdığı məşhur məktubdur. Əl-Əştərə

əmr olunurdu ki, "xərac yığmağa deyil, torpağın becərilməsinə çox

böyük diqqət versin, çünki [xərac] yalnız becərilmiş torpaqdan alına

bilər və hər kəs torpağın becərildiyini [hesaba almadan] xərac tələb

edirsə, ölkəni var-yoxdan çıxarır, xalqı qırıb tükədir, buna görə də

belə bir şəxs yalnız qısa müddətdə fəaliyyət göstərə bilər. Əgər xalq

vergilərin ağırlığından, yaxud hər hansı təbii fəlakətdən, suvarmanın

kəsilməsindən, bədbəxt hadisələrdən, ya da torpağın

dəyişdirilməsindən, onun bataqlığa və ya quraq yerlərə

çevrilməsindən öz narazılığını bildirirsə, onların dərdini öz bildiyin

yolla yüngülləşdir. Sən bunlara gücçatmaz ağır bir yük kimi

baxmamalısan"

1

. Sonra deyilirdi ki, əgər torpaq gəlir verməzsə,



xəzinəyə gələn vergi kəsilər.

Məsələn, vəzirin vəzifələri haqqında Nəcm əd-Din-Razinin

verdiyi izahat da bu qəbildəndir: "Kəndlilərin var-yoxdan çıxması

ölkənin var-yoxdan çıxmasına səbəb olur"

2

.

Bu vəziyyət xəlifə Əbd ül-Malikin hökmranlığınadək davam



etdi, o isə vergilərin alınması qaydasını dəyişdirdi. Tell-Mahrlı

Dionisi bildirdi ki, "1003 [b.e. 691-692]-cü ildə  Əbd ül-Malik

[vergilərin alınmasında] dəyişiklik etdi. O bir sıra sərəncam verərək

hər bir adama əmr etdi ki, öz ölkəsinə, doğulduğu kəndə qayıtsın və

orada öz adını, habelə atasından irs qalmış öz təsərrüfatını,

üzümlükləri, zeytun ağaclarını, əmlak və uşaqlarını, malik olduğu hər

şeyi dəftərə saldırsın. Can vergisi [cizyə] və xristianlara şamil edilən

1

Əli ibn Əbu Talib. Nəhc əl-Bəlağa. Beyrut, c. II, 1889, səh. 23-25.



2

Nəcm əd-Din Razi. Maraşid əl-İbad min əl-məbdə ilə a-imad. Tehran,

1312 h., səh. 268.


150

bütün müsibətlər belə  əmələ gəldi. O zamanadək padşahlar

adamlardan deyil, torpaqdan bac alırdılar. Bu, ərəblərin həyata

keçirdikləri ilk sayım adı idi"

1

. Suriyalı Mixail də bundan danışır,



lakin bu hadisənin bir il sonra baş verdiyini göstərir

2

.



Arran əhalisi xristian olduğuna görə, xəlifənin xəzinəsinə iki

vergi - cizyə və xərac verirdi, müsəlmanlar isə istila etməsindən

əvvəl nə qədər idisə, indi də o qədər idi, yəni dövlətlilərdən ildə 48

dirhəm, orta varlılardan 24 dirhəm, yoxsullardan isə 12 dirhəm

alınırdı. Müsəlmanlardan yalnız onda bir vergisi (üşr) alınırdı.

Torpaq vergisinə gəldikdə, müsəlman olmayanlardan ikiqat artıq

alınırdı. Əmr olunmuşdu ki, xristian əhalidən vergi təzyiq

göstərmədən

3

, bağlanan müqavilələrə  əsasən alınsın, digər vergi



toplayanlar həqiqətdə, adətən, bu əmrə qulaq asmırdılar. Kilsələrin

vəqf təsis etmək hüququ qəbul edilmişdi. Xristian əhalisi haqqında

bir qədər güzəştə getmək halları yalnız xəlifə II Ömərin (717-720)

hökmranlığı zamanında nəzərə çarpmağa başladı

4

. Gevondun



dediyinə görə, sonra xəlifə olan Hişam Xilafət xəzinəsinin gəlirini

azaldan bu güzəştlərə görə Öməri təqsirləndirdi. O, "Ömərin

səxavətini pislədi və onu öz sələflərinin yığdığı sərvətləri qanunsuz

olaraq xərcləyib dağıtmaqda təqsirləndirdi"

5

.

Xəlifə Ömər öldükdən sonra, onun xələfı II Yəzidin (720-



724) zamanında Xilafətin xərac işləri müdiri (sahib əl-xərac) Usamə

ibn Zeyd ət-Tənuhi 721-722-ci illərdə "xristianlar üçün xəracı artırdı,

onları vergi verməyə məcbur edib pullarını  əllərindən alırdı və

rahiblərin əllərini damğalayırdı"

6

. II Yəzidin hökmranlığında



Zaqafqaziyanın xristian əhalisinə qarşı ifrat rəhmsizlik göstərildi.

Erməni dilində yazan tarixçilərin hamısı bildirir ki, Yəzid kinli,

1

 Chronique de Denys de Tell-Mahre, p. 10.



2

Suriyalı Mixail, II, 473.

3

 Ət-Təbəri, II, 1366-1367.



4

Gevond, səh. 29. Bu xəlifə haqqında V.V.Bartoldun maraqlı məqaləsinə

b a x: “Халиф Омар" противоречивые известия о его личности.

5

Gevond, səh. 71



6

Əl-Məqrizi. Əl-məvaiz və-1-etibar bi-ziir əl-xitət və-l-asar. c. IV, əl-

Qahirə, səh. 395.


151

qəddar, qəzəbli bir adam idi. O, ikona və xaçların məhv edilməsi

əmrini vermişdi. Sərəncam vermişdi ki, Xilafət ərazisindəki bütün

donuzlar məhv edilsin

1

.

Xəlifə Hişamın zamanında Azərbaycan və Arranda ərəblərin



vergi siyasəti əsaslı dəyişikliyə uğradı. O zamanadək müsəlman

hüququ cizyə ilə xərac arasında fərq qoymurdusa da, bu terminlərin

hər ikisi sinonim kimi işlədilirdisə

2

, indi yerlərdəki əməvi hakimləri,



Hişamın sərəncamlarını rəhbər tutaraq, xəracı xəzinəyə böyük gəlir

gətirən əsas vergilərdən biri hesab etməyə başladılar. Əlbəttə, əsas

diqqət xəracın özülü hesab edilən kənd təsərrüfatına verilirdi, çünki

ərəblərin arasında belə möhkəm əqidə var idi ki, "müsəlmanların

gücü xəracdadır". Məqrizinin verdiyi məlumata görə, Hişamın

hökmranlığı dövründə Zaqafqaziyada "xristianların istismarı da,

xəracı da artdı"

3

.



725-726-cı illərdə Hişamın sərəncamına görə, Azərbaycan və

Arranda əhali, torpaq, mal-qara və hər cür digər əmlak yenidən

siyahıya alınıb sayım keçirildi. Bu barədə həm M.Kalankatuklu, həm

də Gevond məlumat verir: "Bunun ərəfəsində Arranda 174-cü erməni

ilinin (29.05.725-28.05.726) yayında mal-qara qırılmışdı"

4

. Hişam öz



öz sərkərdəsi Haris ibn Əmri

5

 Arrana  göndərdi,  o  da  həmin  ilin



qışında sayım keçirdi. M.Kalankatuklunun dediyinə görə, ağır vergi

qoyulmasına səbəb olan bu növbəti sayım "insanları, mal-qaranı və

bütün ölkəni köləlik boyunduruğu altına saldı"

6

, belə ki, sonrakı ildə



Arrana dəhşətli aclıq üz verdi.

1

Gevond, səh. 70-75; Asogik, səh. 96; Vardan, səh. 94.



2

Ət-Təbəridə isə (II, 1367) II Ömərin ləğv etdiyi vergilərin sırasında

xəracın da adı çəkilir.

3

Əl-Məqrizi, səh. 395; Asogik, səh. 96.



4

История Агван, стр. 261/209.

5

Veyldə: "Hars ibn Şurayk".



6

История  Агван,  стр.  261;  müqayisə  et:  Gevond,  səh.  71.  Ayrivanlı

Mxitarın tərtib etdiyi xronoqrafik tarix, səh. 399; Asogik, səh. 96.


152

Həmin sayımdan sonra tətbiq edilən yeni vergi sistemində

əhalidən başqa, rahiblərdən də vergi alınması nəzərdə tutulurdu

1

.



"[Xəlifə] əmr etdi rahiblər siyahıya alınsın, buna görə onları siyahıya

aldılar; onların hər birindən cizyə almağa başladılar və bu,

rahiblərdən alınan ilk cizyə (oldu)

2

.



Yenə də Hişamın dövründə əhalinin üzərinə sənaye və sənət

məlumatı vergisi, kəbin kağızı vergisi kimi əlavə vergilər qoyuldu

3

.

Azərbaycanda isə  əvvəlki Sasani vergiləri, "Novruz və Mehrican



hədiyyələri" adlanan bəxşişlər

4

 bərpa edildi, halbuki bu vergilər



xəlifə II Ömərin dövründə ləğv edilmişdi. Onun xələfi II Yəzid belə

bir sərəncam verdi: "Ömər aldadılmışdı... Siz onun zamanında

bildiyiniz şeyləri unudun, qoy xalq öz əvvəlki işinə qayıtsın fərqi

yoxdur: istər məhsul alsın, istər qıtlıqdan əzab çəksin, istər toxum

alsın, ya almasın, istər yaşasın, ya da ölüb getsin"

5

. Haris ibn Əmrin



keçirdiyi sayımdan sonra qoyulan vergi sistemi o dərəcəyə çatdı ki,

təkcə yoxsulları deyil, hətta Arranın bir çox əyan və varlı adamlarını

da dilənçi kökünə saldı. Bu barədə Gevond aydınca deyir: "O [Haris

ibn Əmr] çox fəlakətlərə səbəb oldu, [belə ki] hamı ağır zülmdən

inləyirdi və dözülməz fəlakətlərdən xilas olmağa heç bir imkan yox

idi"


6

.

Bu çətinliklər, birinci növbədə, vergi ödəyən zimmilərə zərbə



endirdi, zira məlum olduğu kimi, onlar bir tək ərəblərə deyil,

həmçinin öz ağaları olan yerli feodallara da vergi verirdilər. Vergi

verənlərdən alınan böyük məbləğlər xəlifə xəzinəsinə tam şəklində

1

ƏI-Məqrizi, səh. 394.



2

Bəndəli Cövzi. Min tarix əl hərəkat əl-fıkriyyə fi-l-İslam, əl-Qüds, 1928,

səh. 42.

3

Ət-Təbəri, VIII, 129; İbn əl-Əsir, V, 23.



4

Ət-Təbəri, II, 1366-1367; В.В.Бартольд. "Халиф  Омар II и

противоречивые известия о его лияности", XB, VI, 1920, səh. 228.

5

Kürd Əli. Əl-İdarə əl-islamiyyə fı izz əl-ərəb, əl-Qahirə, 1934, səh. 114.



6

Gevond, səh. 71.



153

gedib çatmırdı, çünki əyalətin əmiri və onun məmurları, onlara

tapşırılan  əyaləti  şəxsən  varlanmaq  üçün  bir  mənbə  hesab  edirdilər.

Xəlifələr bu cinayətlərin qarşısını almağa cəhd edir və çox vaxt

məmurlara qarşı çox sərt tədbirlər görürdülər. I Müaviyə (661-680)

hətta xüsusi nəzarət orqanı (dar əl-istixrac) yaratmışdı; bu orqanın

vəzifəsi hər hansı bir əyalətdə məmurlar arasında rüşvətxorluq

hallarını aşkara çıxartmaqdı. Lakin bu tədbir az kömək edirdi. Dövlət

xəzinəsi məmurlarının etdiyi cinayətlərin qarşısını almaq məqsədilə

bu vəzifələrə  ərəblərin əvəzinə yerli feodalları təyin etməyə

başladılar, çünki bunlar xəzinə işlərinə yaxşı bələd idilər və

gizlədilən məbləğləri verməyə onları asanlıqla məcbur etmək olardı.

Lakin bu tədbir də nəticə vermədi, çünki əksəriyyəti islam dinini

yalnız zahirdə qəbul edən yeni məmurlar öz imtiyazlarını  əldə

saxlamaq üçün tez bir zamanda ərəblərdən daha pis oldular, ərəblərə

can-başla qulluq edib, onlarla əlbir olub öz keçmiş təbəələri olan

əkinçiləri qarət etməyə başladılar. Kremer bunu belə qeyd edir: "Bu

feodal zadəganlar islam dinini qəbul etməklə öz keçmiş hakimiyyət

qalıqlarını vaxtında qorudu və vergi toplayan kimi əlverişli vəzifə ələ

keçirərək tezliklə sərvət və nüfuz qazandı"

1

.

Çoxlu ağır vergilər torpaq sahiblərini çox tez iflasa uğradırdı,



buna görə də onlar məcbur olurdular ki, öz torpaqlarını  ərəb

tayfasının, ərəb iri torpaq sahibləri və dövlət qulluqçularının

hamiliyinə versinlər. Bu torpaqlar hami və ya ilca kateqoriyasına

daxil edilib qeydə alınırdı. Torpağın əsil sahibləri məhsulun bir

hissəsini hamilərə verirdilər ki, onlar torpaq sahiblərini məmurların

zülmündən qorusunlar

2

, torpağın özü isə sahibinin adına qeydə



alınırdı. Məsələn, Marağa əhalisi öz torpaqlarını Mərvan ibn

Məhəmmədin himayəsinə vermişdilər

3

. Həmin qayda ilə Azərbaycan



əhalisindən bir çoxları öz kənd və torpaqlarını, onları mühafızə

etmək üçün buraya köçmüş  ərəb tayfalarının himayəsinə verirdilər.

Azərbaycana köçmüş  ərəblər "nə qədər bacarırdılarsa, bir o qədər

1

A.V.Kremer. Streifzüge auf dem Gebiete des Islam, s. 19.



2

Cahşiyari, 118; В.Р.Озен. Рецензия на А.Ф.В.Кремер, стр. 134.

3

Əl-Bəlaziri, səh. 329.



154

torpaq [tuturdular]. Onlardan bəziləri torpağı  ərəb olmayanlardan

(əcəmlərdən) satın alırdılar. Bundan əlavə, mühafızə etdikləri

kəndləri onlara güzəşt edirdilər, beləliklə, həmin kənd əhalisi onlar

üçün işləyirdilər"

1

.



Əməvilər dövründə Xilafətin şimal sərhədlərinə hələ də

istilaçı hərbi səfərlər edilirdi və ərəblər hər hansı bir vilayəti tutduqda

bütün vilayət üzərinə bac qoymaqla kifayətlənirdilər. Xəlifə Hişamın

dövründə Arran hakimi Mərvan ibn Məhəmməd Sərir

2

 torpaqlarını



tutaraq,  "Sərir  hökmdarını  məcbur  etdi  ki,  ona  tabe  olsun  və  öz

üzərində onun hakimiyyətini qəbul etsin. Onların arasında bağlanan

sülh müqaviləsinə görə Sərir hökmdarı öhdəsinə götürmüşdü ki,

[Xilafətə] ildə 1500 oğlan və 500 qız versin və  əl-Bab [Dərbənd]

taxıl anbarına 100 min mudd buğda gətirsin..."; Tuman əhalisi

“öhdəsinə almışdı ki, ildə 150 qız, 50 oğlan versin və taxıl anbarına

20 min mudd buğda gətirsin"; Zirehgeran hökmdarı "təəhhüd etmişdi

ki, ildə 50 oğlan verib taxıl anbarına 100 min mudd buğda gətirtsin";

Xəmzin hakimi "öhdəsinə götürmüşdü ki, birdəfəlik 500 [oğlan və

qız] göndərsin və taxıl anbarına ildə 30 min mudd [taxıl] təhvil

versin"; Sindan hakimi "öhdəsinə almışdı ki, sonralar

mükəlləfıyyətdən azad olmaq şərtilə birdəfəlik ona 100 [oğlan və

qız] göndərsin və ildə əl-Bab taxıl anbarına 5 min mudd [taxıl] təhvil

versin"; Lakz hökmdarı "öhdəsinə götürmüşdü ki, taxıl anbarına ildə

20 min mudd [taxıl] təhvil versin" və i.a

3

.738-ci ildə Mərvan ibn



Məhəmməd Dərbənddə olanda "Məsləmə tərəfindən qoyulan xəracı

[Dağıstan] vilayətlərindən yığırdı. O, Qumuxdan və Tumandan ildə

1

Əl-Bəlazuri, səh. 329; "ilca" məsələsi haqqında b a x: İbn əl-Fəqih, 282;



İbn Xəldun II, 308, Cürci Zeydan. Tarix ət-təməddün əl-islami, I, səh. 142 (ərəb

dilində) (sonralar - C.Zeydan); T.Qədirova. İlkin feodal təsisatı "ilca" haqqında

yeni məlumat, səh. 37-41.

2

Əl-Yaqut, III, səh. 88: "Sərir əl-Lan ilə Bab əl-Əbvab arasında yerləşən



geniş ölkədir. Onun dağlarında 18 min kənd vardır. İstəxri deyir ki, bu həm dövlət,

həm də şəhər adıdır.

3

Əl-Bəlazuri, səh. 208-209; əl-Yəqubi, II, səh. 381-382.



155

100 qul, 100 kəniz və 20 min batman buğda alırdı; Kəbəçidən 50

kəniz, Qaraqaytaqdan 500 qul və 20 min batman buğda, Kür və

Miskincidən 1 4 min batman buğda və 40 min dirhəm, Şirvandan 20

min batman buğda və 50 min dirhəm alırdı. Bütün bu vəsait müəyyən

yerdə saxlanılır və [Dərbənd] şəhəri əsgərlərinə maaş verməyə

xərclənirdi"

1

.



Lakin xərac, cizyə və digər vergi və gəlirlərin miqdarı

haqqında bir sıra orta əsr müəlliflərinin verdiyi məlumatm mövcud

olmasına baxmayaraq, terminologiyanın qeyri-müəyyənliyi və ya

dürüst olmaması Əməvilər dövründə Azərbaycan və Arran torpaqları

üzərində qoyulmuş vergilərin məbləğini dürüst hesablamaq mümkün

deyildir. Habelə həmin ölkələrdə vergi qoyulmasının dinamikasını və

torpaq sahibliyinin xarakterini izləmək mümkün deyildir, çünki

Əməvilər dövründəki torpaq sahibliyinin və torpaqdan istifadənin

xarakterik cəhətlərini təsvir edən heç bir yerli mənbə hələlik əldə

edilməmişdir (halbuki Xilafətin bəzi əyalətlərinin tarixi, kənd

təsərrüfatı və sənəti haqqında yazılan əsərlərdə bu cür məlumat

vardır, məsələn, Suriya, Təbəristan, Qum və i.a. tarixinə dair

mənbələr). Hətta Abbasilər dövründə, tədqiq etdiyimiz ölkələrin öz

reyestri yox idi və biz bu barədə yalnız qırıq-qırıq məlumat tapa

bilərik. Azərbaycan və Arran haqqında daha ətraflı məlumata yalnız

X əsrdən başlayaraq Abbasi xəlifələrinin hökmranlığı dövründəki

mənbələrdə təsadüf edilir.

Əməvi hökmranlığının son dövründə, Xilafətin əyalətlərində,

xüsusilə Azərbaycan və Arranda belə bir vəziyyət əmələ gəldi ki,

ölkədə hər bir hakim öz bildiyi kimi ağalıq edərək, əhalini qarət edib

sıxışdırır, var-yoxdan çıxarır və öz əməlləri üçün mərkəzi hakimiyyət

qarşısında demək olar, heç bir zaman məsuliyyət daşımırdı. Əməvi

xəlifələri və onların yerlərdəki hakimləri əhalidən yalnız vergi

qopartmaqla məşğul olur, təkrar istehsalın qeydinə qalmırdılar. Əhali

vergi təzyiqinin ağırlığına tab gətirməyərək kütləvi surətdə kəndləri

tərk edir, torpaqsız kəndlilər (sülukların) sırasını artırırdı. Bu

1

Dərbəndnamə, səh. 108.



156

süluklar iri torpaq sahibləri və feodalların yanına muzdurluğa

gedirdilər; torpaq sahibləri və feodallar isə kəndlilərin tərk etdiyi

bütün torpaqları, demək olar, tutur və ya alıb tədricən öz əllərinə

keçirirdilər. Bu proses Azərbaycanda feodalizmin daha da

genişlənməsinə və Əməvilərin mövqeyinin zəifləməsinə səbəb oldu,

çünki iri  feodallar (mütəcəlliblər) və torpaq sahibləri daha mərkəzi

hakimiyyətin nümayəndələri ilə hesablaşmır və tədricən separatizm

göstərməyə başlayırdılar. Lakin Abbasilər hakimiyyət başına

gəlincəyədək bu feodalların Xilafətdən ayrılması barəsində danışıq

da ola bilməzdi və Azərbaycanda, Arranda bu yolla nadir hallarda

edilən belə cəhdlərin qarşısı dərhal Xilafətin silahlı qüvvələri

tərəfindən alınırdı. Haşimilərin nümayəndəsi olan Abbasilər Əməvi

mövqelərinin zəifləməsindən istifadə edərək siyasi səhnəyə çıxdılar.

Abbasilər Xilafətin şimal vilayətlərində  Əməvilər əleyhinə geniş

fəaliyyətə başladılar və müxtəlif vədlərlə öz tərəfınə çəkdikləri

məzlum kütlələrin köməyi ilə 750-ci ildə  Əməvi sülaləsini yıxdılar.

Lakin Abbasilərin çevrilişi xalqın ağır vəziyyətini yalnız müvəqqəti

olaraq yüngülləşdirdi.

Əməvilər öz fəaliyyətində yalnız ərəblərə arxalandıqları

halda, 750-ci ildə onları  əvəz edən Abbasilər Mövliya

1

 silki



vasitəsilə, yəni islam dinini qəbul etdiyi halda, Əməvilər dövründə

heç bir nüfuza malik olmayan yerli feodallar vasitəsilə təbəələrə

rəhbərlik etməyə başladılar.

Lakin Abbasilərin inzibati idarəsi və mahiyyəti etibarilə

Əməvilər dövründə olduğu kimi idi. Vergilərin toplanması, yerli

özünüidarə, ordu və divanxana qaydaları əvvəlki kimi qalırdı

2

.

Abbasilərdən birinci xəlifə olan Əbu-l-Abbas əs-Səffah (750-



754) Xilafətin şimal vilayətlərində olan bütün Əməvi məmurlarını

işdən çıxarıb öz adamlarını təyin etdi və demək olar, bütün

vilayətlərdəki hakimlər ya sülalə və ya saray adamları

1

Mövliya haqqında b a x: И.Ю.Крачковский. Избр. соч., т. I, cтр. 194-



195

2

ƏI-Bəlazuri, səh. 329; Əbd əl-Əziz əd-Duri. Əl-əsr əl-Abbasiy əl-əvvəl,



səh. 45.

157

nümayəndələrindən ibarət oldu. Azərbaycan və Arranda Əməvilərin

bütün torpaq və mülkləri Abbasilərin əlinə keçdi. Bəlazuri bildirir ki,

Marağa, Varsan, Azərbaycanın digər şəhərləri və bunların ətrafında

olan torpaqlar "Əməvilərin bütün mülkləri ilə birlikdə müsadirə

edildi"


1

.

Abbasilərin verdiyi vədlərə baxmayaraq, yeni hakimlərin



dövründə Azərbaycan və Arran kəndli kütlələrinin vəziyyəti çox tez

bir zamanda Əməvilərin dövründə olduğundan daha da pis oldu.

M.Kalankatuklu yazır ki, Abbasilərin hakimiyyət başına keçməsi

"bizim vətənimiz Ağvan üçün böyük bədbəxtlik idi, çünki taciklər

[yəni ərəblər] öz iyrənc qarətçiliyi üzündən Partav [Bərdə] paytaxtını

Ağvan knyazlarından aldılar və öz hökmranlıqlarının keçmiş paytaxtı

Suriya Dəməşqində olduğu kimi, indi Ağvan Partavında özlərinə

iqamətgah qurmuşlar ki, torpağın bol nemətlərini sorsunlar"

2

 .

Əməvilərin dövründə bütün vergilər nağd pulla ödənilirdisə,



Abbasilər dövründə vergilərin yalnız bir hissəsi nağd pulla alınırdı.

Bu sistem, xüsusilə ikinci Abbasi xəlifəsi əl-Mənsur (754-775)

dövründə işə düşmüşdü. Onun vaxtında torpağın əkilib-

əkilmədiyindən asılı olmayaraq, xərac nağd pulla torpaq sahəsinə

görə (misahə), eynilə hələ Ömər ibn əl-Xəttab tərəfındən qoyulmuş

qaydaya əsasən alınırdı

3

. İbn əl-Əsir bildirir ki, əl-Mənsurun



vaxtında vergilərin bir hissəsi nağd pulla alınırdı. Əl-Mənsurun

dövründəki bu vergi sistemi kəndli kütlələrini mütəşəkkil surətdə

qarət etmək şəkli almışdı. Vilayətlərdən vergilərin gəlməsinə nəzarət

etməkdə poçt (bərid) idarəsinin xüsusi rolu var idi. "Poçt idarəsinin

başçısı sahib əl-bərid hər gün məhsulların qiymətləri barəsində

məlumat verirdi"

4

.

1



Yenə orada.

2

История Агван, стр. 265/213.



3

Əl-Mavərdi, səh. 170; İbn Xəllikan. Vafayan əl-Əyan, əl-Qahirə, səh.

277; Əbu Yala. Əl-ehkam əs-sultaniyyə, əl-Qahirə, 1938, səh. 169.

4

Ət-Təbəri, IX, 314.



158

Az sonra Azərbaycan əhalisi daha xəlifənin xəzinəsinə nağd

pulla vergi ödəmək iqtidarında deyildi, çünki əhalinin əlində nağd

sikkə, habelə gümüş və qızıl kifayət qədər deyildi ki, vergi borclarını

vermək mümkün olsun"

1

.



Gevondun dediyinə görə, əl-Mənsur "zorakılıq və zülmü ilə

hamını təngə gətirmiş və hətta ölülərdən də vergi tələb etməklə

əhalini dilənçi kökünə salmışdı. O, dul qadınlara və yetim uşaqlara

dəhşətli zülm edirdi: keşişlərə, kilsə xadimlərinə hər cür işgəncə

verir, biabırcasına döyür, vurur və onlardan ölənlərin adı və ailələri

haqqında zorla məlumat yığırdı. O habelə ölkə  əhalisini incidərək

onlardan dözülməz vergi hesabına adambaşına çoxlu gümüş tələb

edirdi və əmr etmişdi ki, hamı boynunda qurğuşun damğa gəzdirsin.

Knyaz nəslindən olanlar istər-istəməz ona bəxşiş olaraq at və qatır,

gözəl paltar, qızıl və gümüş gətirirdilər ki, əjdahanın ağzını

yumsunlar... Abdulla [yəni Mənsur] acgözlüklə istədiyi hər şeydən

gözü doyandan sonra, İran və Midiya ölkələrinə gedib Xorasana

çatdı, oradan isə Misir və Pentapolisə gedərək Apekə [Afrikaya]

ayaq basdı. Lakin o haraya gəlirdisə, oranı qarət edir və hərisliklə

hamını tora salırdı; yaşamaq üçün zəruri olan şeyləri də camaatın

əlindən alırdı; onun acgözlüyü o dərəcəyə çatmışdı ki, öz xalqı ona

"pul atası" ləqəbini vermişdi, çünki - doğrusunu desək - o, pulu

Allahdan çox istəyirdi"

2

. Doğrudan da, Mənsur özündən sonra böyük



bir miras - 810 milyon dirhəm qoyub getdi

3

.



Bəzi müəlliflər, əksinə, belə hesab edirlər ki, əl-Mənsurun

hökmranlığı Xilafətin "qızıl dövrü" idi və hər yerdə ucuzluq var idi

4

.

Əl-Mənsuru əvəz edən xəlifə Mehdi (775-785) dövründə



vergi verənlər silkinin vəziyyəti bir az yüngülləşdi. Mehdinin verdiyi

sərəncama görə xərac almaq sistemi dəyişildi. Misahə xəracı – nağd

pul vergisi əvəzinə müqasimə xəracı - kənd təsərrüfatı məhsulu ilə

1

Bu barədə b a x: Gevond, səh. 135, 139.



2

Gevond, səh. 89-90; Asogik, səh. 98-99.

3

Əl-Məsudi. Muruc, II, 175, 177.



4

Məhəmməd Dıya. Sitat gətirilən əsəri, səh. 387.



159

ödənilən vergi tətbiq edildi

1

. Suvarılan torpaqlardan məhsulun yarısı,



daliya və kirbə ilə suvarılan yerlərdən məhsulun üçdə biri, dulab ilə

suvarılan torpaqlardan məhsulun dörddə biri alınırdı

2

. Lakin


Mehdinin dövründə meyvə ağaclarına, zeytun bağlarına və

üzümlüklərə xərac qoyuldu. Bu ağır vergi idi və  əl-Cahşiyarinin

dediyinə görə, "təbəələrin əzabını artırdı"

3

.



Gevond qeyd edir ki, "Mehdi atasından daha alicənab və

xasiyyəti daha yaxşı idi. O, günahkar atası Abdullanın qıfıl altında

saxladığı xəzinənin ağzını açıb, öz əsgərlərinə hədiyyələr payladı;

sərhədlərdəki qarovulxanaları aradan qaldırdı ki, tacirlərə daha çox

sərbəstlik verilsin və ehtiyacı olanlar razı salınsın. Yer üzərində

yenidən bolluq əmələ gəldi, gümüş çıxarılması artdı və əhali zorakı

vergilərdən xilas oldu. O, vergi boyunduruğunu artırmış olsa da,

gümüş çıxarılmasının çoxalması nəticəsində ölkə yoxsul vəziyyətdən

xilas oldu. Onun hökmranlığı günlərində sikkəxanalarda əhalinin

ehtiyacı üçün saf gümüşdən pul kəsməyə başladılar"

4

.

Sonrakı Abbasilərdən "ən pis, ən qatı və qəddar"



5

 Musa əl-

Hadinin qısa hökmranlığı dövründə (785-786) Azərbaycan, Arran və

Ermənistan ərazisində baş verən üsyanları yalnız xəlifə Harun ər-

Rəşid (786-809) dövründə yatırtmaq mümkün oldu

6

. Harun ər-Rəşid



öz xəlifəliyinin əvvəllərində, bu ölkələrin hakimi Yəzid ibn Mezyədi

vəzifədən kənar etdi (788)

7

. Lakin bundan sonra burada on il ərzində



15-dən çox hakim dəyişdi, nəhayət, Harun 799-cu ildə yenidən

həmin Yəzidi bu ölkələrin hakimi vəzifəsinə təyin etməyə məcbur

1

Əl-Bəlazuri, səh. 280-281.



2

Əl-Mavərdi,  səh.  168,  171.  D  a  l  i  y  a,  d  u  l  a  b  –suvarma  çarxları

növləridir, bu çarxlar vasitəsi ilə suvarılan sahədir. K i r b ə (cəmi kirab) su

tuluğudur.

3

Əl-Cahşiyari, səh. 142-143.



4

Gevond, səh. 107.

5

Yenə orada, səh. 112.



6

Əl-Yəqubi, II, 515.

7

 V.Minorsky. A History of Shirvan and Darband, p. 1 (ar.).



160

oldu; Yəzid isə ömrünün axırınadək, 801-ci ilə qədər bu vəzifədə

qaldı

1

.



Xəlifə Harun ər-Rəşidin son dərəcə qəddarlıqla məşhur olan

hökmranlığı xalq kütlələrinin narazılığına və Xilafətə qarşı xalq

üsyanlarının tez-tez baş verməsinə səbəb oldu. M.Kalankatuklu yazır

ki, "o bizim ölkəyə çox əzab-əziyyət verdi"

2

. Onıın dövründə vergi



təzyiqi yenidən gücləndi. Azərbaycan və Arran əhalisindən alınan

müxtəlif vergi məbləği hədsiz dərəcədə artdı. Hakimlər heç bir şey

ilə hesablaşmadan xalqı qarət edirdilər. Harunun dövründə xristian

əhalisi  üzərində  qoyulan  vergi  xüsusilə  çox  ağır  idi,  buna  görə  də

əhali öz evləri və tarlalarını tərk edərək şəhərlərə köçürdü; ərəb

feodalları isə bundan istifadə edərək, qaçan adamların mülkiyyətini

mənimsəyirdilər

3

.



Bu hakimlərdən biri olan Süleyman ibn Bərməkin (?)

4

dövründə canişinlərin iqamətgahı 789-cu ildə qəti olaraq Bərdəyə



keçirildi. Bu dövrdə ucqar ərəb və xristian əmirlik və knyazlıqlarının

separatizmi xüsusilə gücləndi. Süleyman adamların üzərinə elə

dözülməz vergi yükü qoydu ki, əhali var-yoxunu verəndən sonra da

onun zülmündən yaxa qurtara bilmirdi"

5

.

Azərbaycan, Arran, Muğan və digər vilayətlərdən yığılan



xəracın məbləği haqqında əldə etdiyimiz ilk məlumat yalnız xəlifə

Harun ər-Rəşidin hökmranlığı dövrünə aiddir. Azərbaycandan ildə 4

milyon dirhəm, Muğan və Karxanın hərəsindən 300 min dirhəm alı-

nırdı


6

. Harunun hökmranlığı dövründə xəlifə xəzinəsinin bütün gəliri

1

Yenə orada.



2

 История Агван, стр. 236/189.

3

A.Tritton, op, cit. p. 210-211.



4

Р.Р.Фасмер. Хронология  наместников  Армении  при  первых

Аббасидах, т. 1, Л., 1925, стр. 399) Süleyman adından sonra sual işarəsi qoyur.

5

Gevond, səh. 115.



6

Əl-Cahişiyari, səh. 287; İbn Xəldun. Müqəddimə, səh. 157.



161

gəliri ildə 530312 min dirhəm idi. Harun öləndən sonra xəlifə

xəzinəsində 900 milyon dirhəm pul var idi"

1

.



Xəlifə Harunun dövründə vergiverən silkə edilən zülm o

qədər ağırlaşmışdı ki, o zaman yaşamış hüquqşünas Əbu Yusif xəlifə

üçün xüsusi olaraq "Xərac haqqında kitab" ("Kitab əl-Xərac"}

yazmışdı


2

. Bu əsər o qədər əhəmiyyətlidir ki, orada verilən

məlumatdan istifadə etmədən o dövrdəki Xilafətin sosial-iqtisadi

tarixini öyrənməyin mümkün olduğunu təsəvvür etmək çətindir.

A.Y.Yakubovski qeyd edir ki, “bu kitabın bəzi səhifələrindəki

material  o  qədər  qiymətlidir  ki,  bu  səhifələr,  demək  olar,  sənədli

mənbələrə yaxındır”

3

.



Əbu Yusifin kitabında vergi sistemində, bilavasitə

istehsalçılardan məhsulla vergi almaq sahəsində və sairədə Xilafətin

öz mənafeyini necə qoruduğu barədə çoxlu məlumat vardır. "Kitab

əl-Xərac" əsərini oxuyarkən vergiyığanların vergiverənlər silkinə

etdiyi zülm və verdiyi əziyyət haqqında ermənicə yazan və yunan

müəlliflərinin verdiyi məlumatın doğru olduğuna yəqinlik hasil

edirsən. Əbu Yusif göstərir ki, çox vaxt əyalətlərin hakimləri bir

adamdan tələb olunan xərc həddini aşan "bir məbləğ" təyin edirdilər;

vergi ödəyən şəxs bu artırılmış məbləği vermək iqtidarında

olmadıqda onu döyür, sıxışdırırdılar, onun inəkləri və davarını

aparırdılar"

4

. O, əhalidən vergi və qalıqların alınması qaydalarını çox



çox gözəl təsvir edir: "Cizyə verməyə məcbur etmək məqsədilə

zimmilərdən heç birini döymək olmaz. Onları [bu məqsədlə] günün

altında saxlamaq və ya başqa [cəzalar] vermək olmaz, ya da onların

üzərindən nifrət doğura biləcək şeylər asmaq olmaz"

5

. (Vergi


1

Ət-Təbəri, III, 764.

2

Əbu Yusif Yəqub. Xərac haqqında kitab, səh. 172-175 (sonralar - Əbu



Yusif).

3

 А.Ю.Якубовский. Об испольных арендах в Ираке в VIII в., стр. 177.



4

Əbu Yusif, səh. 117.

5

Yenə orada, səh. 208.



162

yığarkən adamları qızrnar günəş altında saxlayar və başlarına yağ

tökərdilər)

1

.



Kəndlinin vergi məbləğini vergi məmuruna verməsi üçün

ərəblər təhqiredici bir mərasim uydurmuşdular; hakimlərin fıkrincə,

bu mərasim tabe ölkələrin əhalisinə nisbətən ərəblərin qüdrəti və

hakim vəziyyətdə olduqlarının simvolu olmalı idi. "Zimmilər [vergi]

ödəmək təyin edilən gün şəxsən, cizyə almağa məmur edilən əmirin

yanına gəlməli idilər. Əmir uca bir taxtın üstündə oturardı. Zimmi

verəcəyi vergi məbləğini açıq ovcu içərisində saxladığı halda əmirə

yanaşardı, Əmir bu məbləği elə götürərdi ki, əli vergi ödəyən şəxsin

ovcunun üstündə [onun üzərində] olardı, zimminin əli isə altda

qalardı. Sonra əmir onun peysərinə şillə vurardı, əmirin əlaltılarından

biri isə onu kobud hərəkətlə qapıdan qovardı. Camaata, bütün

bunlara tamaşa etməyə icazə verərdilər"

2

. Əbu Yusif xəlifə Harun ər-



Rəşidə məsləhət görüb deyir ki, "xərac üçün dirhəm verən şəxs heç

bir vəchlə döyülə bilməz və onu cəza olaraq ayaq üstə saxlamaq

olmaz. Vergi toplayanlar xərac verənləri məcbur edirlər ki, günün

altında qalsınlar, onları bərk döyürlər, onların boynundan səhəng

asırlar; onları elə bağlayırlar ki, öz dini ayinlərini icra edə

bilməsinlər"

3

.

Xilafətdə kəndli kütlələrini istismar etmək formaları arasında



yardarlıq icarəsi xüsusi yer tuturdu. Torpaq sahibləri torpağı xırda

sahələrə bölür və bunları yardarlıq icarə  şərtləri - müzaraə, müsqət,

qəbalə və i.a. əsasında yardarlara verirdilər. Yardarlara akkar, şərik

4

,



amil, münasif və i.a. deyirdilər. Torpaq məhsulun 1/6 və 1/7

hissəsinə müqabil icarəyə ötürülürdü.

Kəndlilərin ağır vəziyyəti Harun ər-Rəşid dövründə, xüsusilə

inkişaf edən iltizam sisteminin Xilafətdə genişlənməsi nəticəsində

1

 Yenə orada, səh. 212-213.



2

Müqayisə et: V.Girkas. Sitat gətirilən əsəri, səh. 34.

3

Əbu Yusif, səh. 180.



4

Ət-Təbəri, III, 1222. Burada Babəkin şərik əkinçi Səhl ibn Sumbat ilə

görüşü təsvir olunur.


163

daha da ağırlaşırdı. Bu sistem Avropa ölkələrindəki benefısiya

sistemini xatırladırdı. Lakin Xilafətdəki iltizam sistemi elə eybəcər

şəkil almışdı ki, iltizamçılar öz hakimiyyətindən sui-istifadə edərək,

heç bir şeylə hesablaşmır və vergi ödəyənlər silkini lap qarət

edirdilər. İltizamçıların qanunsuz hərəkətləri o qədər kobud idi ki,

Əbu Yusif Haruna müraciət edərək, ona belə məsləhət görür: "Nə

Səvadın hər hansı bir hissəsinin [vergisinin], nə də başqa bir vilayətin

[vergisini] iltizama vermək lazım deyil. İltizamçı iltizam

məbləğindən çox artıq yığmaq üçün buna yalnız rəiyyətlə rəhmsiz

rəftar etmək, onları bərk döymək, qızmar günəş altında saxlamaq,

boyunlarından daş asmaq, onlara əzab, işgəncə vermək yolu ilə nail

ola bilər, buna görə də xərac verənlər, ödəməli olmadıqları  şeyləri

verdikləri üçün var-yoxdan çıxırlar"

1

.

Əbu Yusif xəlifənin diqqətini xüsusilə vergiyığanlara cəlb



edir, çünki xəlifə xəzinəsinin dolması bu məmurların bacarıqlı və

namuslu olmasından asılı idi. O belə hesab edir ki, xərac yığan

"qanunşünas, bilici, mötəbər adamlara məsləhət edən, qüsursuz"

olmalıdır, xərac yığmağı düz və etibarlı adamlara tapşırmaq lazımdır.

Çox  vaxt  vergiyığanları  bir  çox  elə  adamlar  əhatə  edir  ki

vergiverənlər hesabına varlanmağa can atırlar, buna görə Əbu Yusif

qeyd edir: "Vergiyığanı və hakimi əhatə edən şəxslər içərisində elə

adamlar vardır ki, onun himayəsindən istifadə edir, ya da dostu və

tanışıdırlar; bu adamlar doğru danışan və düz olmadıqları halda,

hakim onları özünə tabe olan mahallara göndərir və bu yolla [xərac

verənlərdən] öz vəzifələrini yerinə yetirməyi tələb edir, Bu adamların

bütün fıkri ona yönəlmişdir ki, istər xəracdan, istərsə də, təbəələrin

əmlakından bir şey qopardıb özləri üçün mənimsəsinlər, həm də

eşitdiyimə görə, onlar bu məqsədlə zorakılığa, ədalətsizlik və zülmə

əl atırlar. Sonra, hakim və onun ətrafındakılar bir kəndə gedəndə,

kənd əhalisindən həmişə tələb edirlər ki, onları yedirib-içirtsinlər,

1

ƏbuYusif, səh. 171.



164

halbuki nə  əhalinin buna gücü çatır, nə də bu, onların borcudur;

nəhayət, əhalini buna məcbur edir və ona ziyan verirlər"

1

.



Xilafətin əsaslandığı xərac sistemi təkcə xəlifə xəzinəsinin

baş gəlir mənbəyi deyil, həmçinin Xilafətdə "feodal münasibətlərinin

sonrakı inkişafını təmin edən kanallardan"

2

 biri idi.



Misahə xəracından başqa, xəracın digər növləri də var idi; pul

və ya məhsulla, yaxud həm pul, həm də məhsulla alınan mühasibə

xəracı, əkin məhsulundan məhsulla alınan müqasimə: dövlət ilə

şəxsiyyət arasındakı münasibətlə müəyyən edilən xərclərə (məxaricə)

görə alınan muqatla sultanın (xəlifənin) torpaqları axırıncı

kateqoriyaya daxil idi.

Sonralar xərac sistemindən benefisiyanın Şərq forması - iqta

əmələ gəldi ki, bu da Səlcuqilər dövləti dağılan zaman feoda çevrildi.

Harun ər-Rəşidin hökmranlığında cizyə ildə bir dəfə kişilərdən

alınırdı, həm də bunun üçün əhalidən puldan başqa, daşınan əmlak,

məsələn, qoşqu heyvanı, müxalifat və i.a. qəbul olunurdu. Heç kəsin

haqqı yox idi ki, zimmiləri cizyədən azad etsin, çünki "nə qədər ki,

zimmilər cizyəni öz əlləri ilə verməmişlər, təhqir olunacaqlar"

3

, bu



isə ərəblərin vergi ödəyən silkə münasibətlərində əsas prinsipi təşkil

edirdi.


Əbu Yusif vergi ödəyən silkin vəziyyətini yüngülləşdirmək

mənasında, sanki xeyirxah məsləbətlər verməsinə baxmayaraq, xəlifə

Haruna təklif edir ki, vergi yığmaq mərasimini vergi ödəyən silk

üçün təhqiredici şəklə salsın: "Onlardan [zimmilərdən] can vergisi

yığanda onların hamısı yoxlanmayınca, boyunlarından [qurğuşun]

damğa asmaq lazımdır"

4

. Bununla bərabər, Əbu Yusif xəlifəyə



məsləhət görür ki, zimmiləri əsir alınmaqdan qorusun, onları

sıxışdırmaq, onlara ziyan vurmaq və onların əmlakını mənimsəmək

1

Əbu Yusif, səh. 176.



2

А.Ю.Якубовский. Об  испольных  арендах  в  Ираке  в VIII в., CB, т.

IV, 1947, стр. 180.

3

Quran, IX, səh. 29.



4

ƏbuYusif, səh. 216.



165

müsəlmanlara qadağan olunsun, habelə Xilafətin bağladığı

müqavilələrə görə zimmilər qarşısında öz öhdəsinə götürdüyü

şərtlərə riayət etsin, çünki "nə qədər ki, müsəlmanlar yaşayırlar,

onların [zimmilərin] hesabına yaşayırlar, biz həlak olanda isə onlar

da həlak olacaqlar, bizim uşaqlarımız onların uşaqları hesabına

yaşayacaqlar və bu hal əsrlər boyu davam edəcəkdir; nə qədər ki,

islam dini yaşayır, onlar da islam dinini qəbul edənlərin qulu

olacaqlar"

1

.



Təsvir edilən dövrdə Arran əhalisinə (zimmilərə), habelə

Azərbaycan kəndlilərinə yarıtəhqirli "uluc" (əlac) - qanmaz ləqəbi

verilmişdi. Heç bir zimmiyə icazə verilmirdi ki, müsəlmanlar kimi

geyinsin və ata minsin.

Beləliklə, IX əsrin hüquqşünası  Əbu Yusifin dediklərindən

aydındır ki, tədqiq etdiyimiz ölkələrin əkinçi əhalisi ərəblərin

istilasına məruz qaldıqdan sonra öz azadlığını tamamilə itirmiş və

ərəblərin hakimiyyətindən asılı bir vəziyyətə düşmüşdü; bütün

əkinçilər, boyunlarından damğa asılan adamların cərgəsinə

düşmüşdülər. İstilaçı  ərəblər tutduqları ölkələrin yuxarı feodal

təbəqəsi ilə çox tez ümumi dil tapdıqlarına baxmayaraq, həmişə

özlərini xüsusi şəraitdə olanlar kimi hesab edirdilər.

Xilafət güclü xərac sistemi üzərində dayanırdı, çünki

xəlifənin mülkiyyəti hesab edilən bütün torpaqlar xərac torpaqları idi

və Bağdaddakı mərkəzi xərac divanında, habelə  əyalətlərin

divanlarında

2

 qeyd olunurdu, onun gəliri isə xəlifə xəzinəsinə beyt



ülmal daxil olurdu. Xəlifələr vergi ödəyən silklərdən verginin

alınmasına böyük cidd-cəhd göstərirdilər, buna görə də məmurlar var

qüvvə ilə diqqət yetirirdilər ki, kənd təsərrüfatı istehsalçıları vergini

verməzdən əvvəl məhsuldan istifadə etməsinlər. Əbu Yusif kitabında

xəlifəyə çox maraqlı bir məsləhət vardır: "Ey möminlərin hökmdarı,

əmr ver, taxıl yetişən gün onu biçib döysünlər və taxıl biçilib

qurtardıqdan sonra onu saxlamayıb döymək üçün lazım olan vaxtı

1

Yenə orada, səh. 242.



2

Əl-Kəlkəşəndi, XIV, səh. 134.



166

gecikdirməsinlər. Taxılı döymək mümkün olanda, onu xırman

meydaçasına aparmaq lazımdır və döymək imkanı müəyyən olan

kimi taxılı bir gün də saxlamamalı, yoxsa onu əkinçilər, yoldan

keçənlər oğurlayar, quşlar və heyvanlar yeyərlər. Belə olarsa, bu,

taxılın sahibinə [əkinçiyə] deyil, xəraca ziyan yetirər, çünki mənim

eşitdiyimə görə, əkinçilər, taxıl hələ sünbül ikən, taxılın biçilməsi ilə

onun [dövlət və  əkinçi arasında] bölüşdürülməsinədək keçən bütün

müddət ərzində, yemək üçün ondan istifadə edirlər. Taxılı [sünbül

halında] tarlalarda və xırmanda saxlamaq xəraca ziyan gətirir. Taxıl

xırman meydançasına gətirilib yığılan kimi, onu dərhal döyməyə

başlamaq lazımdır ki, taxıl saxlanmasın. Taxıl xırmanda bir, iki, ya

də üç ay saxlanılanda, bu həm dövlətə, həm də xərac verənə zərər

vurur, bunun nəticəsində isə [ölkənin] tərəqqisində və  əkinçilikdə

lənglik əmələ gəlir"

1

. Sonra məsləhət görülür ki, xərac yığanlar taxıl



döyüləndən sonra onu dərhal ölçüb bölməlidirlər, həm da bölgüdən

sonra xəlifə xəzinəsinə daxil olan xərac hissəsi dərhal daşınıb

aparılmalıdır, yoxsa taxıl oğurlanar və vergi ödəyənlərlə

anlaşılmazlıq əmələ gələr. Xilafətdəki torpaqlar beş  əsas

kateqoriyaya bölünürdü:

1. Sultan (xəlifə) mülkləri (diya əs-sultaniyyə)

2. İqta torpaqları

2

3. Mülk torpaqları



4. Vəqf torpaqları

5. İcma torpaqları




Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə