Azərbaycanda “E-hökumətin” tətbiqi prosesində mövcud vəziyyətin analizi, yaranan problemlərin beynəlxalq təcrübə əsasında həlli yolları və təkliflər



Yüklə 227,14 Kb.
səhifə3/3
tarix29.11.2016
ölçüsü227,14 Kb.
#406
1   2   3

Yerli Xidmətlər

• Yerli məktəb, kollec və kitabxanalar,

• Sizin ünvana ən yaxın poçt

• Sizin ünvana ən yaxın ictimai güvənlik ofisi ,

• Sizin ünvana ən yaxın ferma məhsulları satan marketlər

Ətrafımızda baş verənlər və vəziyyət

Hava haqqında məlumat

• İşsizlik maaşları,

• Bağlı yol və yollar haqqında

• Yerli qocalar evləri haqqında

Sağlamlıq və güvənlik

• Sağlıq üçün faydalı məlumatlar ,

• Doğru qidalanma haqqında məlumatlar

Digər məlumatlar

• Kənd Təsərrüfatı /ətraf mühit,

• Qrantlar /təqaüdlər,

• Müdafiə / global hadisələr,

• Təhsil, iş,

• Xəbərlər.




İş həyatı üçün On-line xidmətlər (Ana Səhifə):
• İş imkanları,

• İşlə əlaqədar qanun və tənzimləmələr,

• İctimai tenderləri və satışlar,

• Vergi bəyannaməsi doldurma və E-Fayl,

• İşəgötürən üçün ID nömrəsi alma imkanı

• İşçi talona, hesabat və ödənişlərlə əlaqədar mövzular,

• Kiçik bizneslə bağlı qeyd əməliyyatları,

• Müqavilələr

• Təchizatçı imkanları

• Patent sənədlər üçün müraciət və s.


İş həyatı üçün təklif olunan xidmətlər (Alt Səhifə):
• Elektron vergi bəyannaməsi doldurma,

• İşəgötürənlər üçün sosial təhlükəsizlik xidmətləri

• Vergi və ödənişlər,

• Kiçik biznesin yaranması üçün şəbəkələr

• Patent sənədləri üçün müraciətlər,

• Dövlət səviyyəsində satışlar ,

• Dövlət səviyyəsində iş imkanları,

• On-line iş müsahibəsi ,

• Hubzon sertifikatı,

• Dövlət iş lisenziyası

• Regional və yerli iş ətrafı / qaynaqlar

• İş axtarışı


Karyeranın inkişaf etdirilməsi
• İşə başlama / şirkət qurma və inkişaf,

• İş təhsili və məsləhət,

• Karyeranın inkişafı ,

• Dövlətdən satın alma,

• Dövlət səviyyəsində iş imkanları,

• Maliyyə nazirliyinin əlaqələri və faktura əməliyyatları.


Dövlətdən Satın Alma və Dövlətdə Satış
• Regional və yerli sahələr

• Xəzinə bonosu, xəzinə kağızları və investisiya variantları

• Tədarük xidməti,

• İş qadınlarına fürsətlər,



Müəssisə Maliyyəsi və Vergilər
• Dəstək xidmətləri

• Vergi və ödəniş hesabatları,

• Kreditlər,

• İxracat işləri.


Qanunlar və hüquqi tənzimləmə
• Ticarət / vəkili tapmaq.

• Regional və yerli iş qanunları,

• Yerli qaydalar,

• Təklif məktubu qaydaları.


Beynəlxalq Ticarət
• İxracat,

• Kommersiya araşdırmalar və bazar analizləri,

• Kommersiya bələdçi,

Kommersiya qaynaqlar,

• Gömrük,

• E-ticarət və s.


Təşkilat Rəhbəri üçün
• İş və iş şəraiti ilə əlaqədar tənzimləmələr,

• İşə uyğunluq və sağlamlıq qaydaları,

• Təcrübəli kadrların olması .
Tez-tez Soruşulan Suallar
• İxracat və ticarət,

• Kiçik müəssisələrin inkişafı,

• Vergilər və s.
Sizə ən yaxın xidmətlərdən istifadə

 

• Yerli ixracat dəstək büroları,



• Kiçik biznes ofislərinin ünvanları,

• Peşə təhlükəsizliyi və sağlamlıq ofisləri və s.



Dövlət üçün On-line Xidmətlər (Ana Səhifə):
• Müavinətlər və qaynaqlar,

• Coğrafi məlumatlar,

• İnsan resursları haqqında ,

• Personal əmək haqqı əməliyyatları,

• İanələr ,

• Dövlətdə iş imkanları,

• Satın alma,

• Açıq hərrac və satışlar, və s.



Dövlət üçün On-line xidmətlər (Alt Səhifə):

• Regional və yerli qaynaqların araşdırılması,

• Dövlətdə iş imkanlarına müraciət ,


• Fəlakətlər və təhlükələr,

• Fəlakət və fövqəladə i vəziyyət üçün hərəkət planları,

• İnformasiya texnologiyaları və yenilik,

• Texnoloji yeniliklərlə əlaqədar məlumatlar,

Xəbər şəbəkələri,

• Təzminatlar, işdən ayrılma və ödənişlər,

• Personellə əlaqədar mövzular,

Qanuni və hüquqi imkanlar,

• Ətraf mühit,

• Təhsil və iqtisadi inkişaf,

• İnfrastrukturun istifadəsi və s.
Ayrıca portalda “Axtarış sistemi” və İspanyolca eyni zamanda digər dillərdə də xidmət verilir.
E-hökumətin_həyata_keçirilməsində_inkişaf_modeli_və_onun_təməl_qaynaqları_necə_tətbiq_olunmalıdır'>7.Problemlərlə üzləşməmək üçün E-hökumətin həyata keçirilməsində inkişaf modeli və onun təməl qaynaqları necə tətbiq olunmalıdır?
Hər bir dövlətin daxili iş proseslərindən asılı olaraq, computer və texnologiyaların istifadəsi çox fərqli və qarışıq quruluşa malik olurlar. E-hökumətin də strukturuna əsasən “vətəndaş”,”təşkilat” və dövlət qurumlarına istiqamətdə e-xidmətlərin təşkili önəmli məsələlərdəndir.Dövlət daim olaraq yeni texnologiyaların dəstəyi ilə bu 3 faktor istiqamətində baş verən daxili proses və mexanizmaları yenidən gözdən keçirməktə və inkişaf elətdirməkdədir.(Şəkil 5 )

Elektron Hökumət Modeli əsas olaraq “informasiya idarəetməsi”, "zamanın yenidən idarəolunması”“keyfiyyət idarəçiliyi “ anlayışlarının bütövlüyü ilə meydana gəlir. Hal-hazırda qlobal rəqabət mühitindəki vəziyyət “e-hökumət” anlayışının da rəqabətli olmasını tələb edir.



Şəkil 5. Elektron Hökumət Modeli.ELEKTRON HÖKUMƏT STRATEGİYASI

E-hokumət





E-hökumət

mədəniyyəti

E- demokratiya

və qeydiyyat



elektron istehsal daxili zaman e-dövlət

şəbəkələri idarəçiliyi xidmətləri























informasiya zaman keyfiyyətin

idarəçiliyi yenidən

idarəolunması idarəçiliyi



İdarəetmə mexanizmaları



Texnologiya Qaynaqlar

8.E-hökumətin həyata keçirilməsindəvə idarəedilməsində e-mədəniyyətin vacibliyi
Yaşadığımız dövrdə informasiya və kommunikasiya texnologiyaları həyatımıza xüsusilə də iş prosesi zamanı güdən-günə öz təsir gücünü daha da gücləndirir. E-hökumətin həyata keçirilmə prosesində keyfiyyətli elektron mühit yaratmaq üçün bir sıra şərtləri yerinə yetirmək lazımdır.Özü ilə bərabər yeni dəyər,mədəniyyət,idarəetmə qaydaları gətirən e-ictimaiyyət anlayışının kökündə əslində vətəndaşın ictimai və iş mühitində keyfiyyətli ,hədəflənmiş xidmətləri gözləməsi durur.İnformasiya texnologiyaları və e-xidmətlərin əsas məqsədi, onları təşkil edən qurumların fəaliyyətinə, proseslərin yenilənməsi,iş mühitinin yenidən formalaşdırılması ilə bağlı yaranan faydaları təmin etməkdir. Bu baxımdan dövlət qurumları arasında e-mədəniyyət inkişaf etdirilməsi və təbliğ olunmalıdır.E-mədəniyyət anlayışını mənimsəyən bir e-dövlət, öz qurumları arasında eləcə də cəmiyyətdə e-mədəniyyətin təbliğatını genişləndirsə, o zaman informasiya texnologiyalarının tətbiqində arzuolunan nəticəni verilməsi istiqamətində məqsədə çatılacaq. E-mədəniyyət proqramlarının hazırlanması və qüvvəyə minməsi bu maneələrin aşılması və informasiya- texnologiyalarının tətbiqində köməkçi rol oynayacaq. E-hökumətin inkişafının gücləndirilməsində və ictimai həyatda e-hökumətin inkişafının həyata keçirilməsində və e-mədəniyyətin təbliğatının aparılmasında 3 əsas faktor vardır. Bunlar; insan zaman və Texnoloji infrastrukturdur.(Səkil 6) Hər üç factor dəyişib və sürətlə inkişaf etdikcə bu faktorların öz aralarındakı uyğunlaşmanın təmin olunması son dərəcə çətin olur.


E-HÖKUMƏT XİDMƏT STRATEGİYASI


İNSAN

ZAMAN

TEXNOLOGİYA
ŞƏKİL 6. E-hökumətin xidmət strategiyası və əsas təməl qaynaqları
Qurum idarəçiliyində mövcud insan qaynaqlarının yeni texnologiyalarla uyğun işləyə bilməsi, bilik və qabiliyyətlərinin artırılması,iş məsuliyyətlərini müsbət istiqamətdə dəyişdirilməsində, təhsil proqramları,şəffaflıq, ünsiyyət, doğru koordinasiya edilməsində , güclü liderlik xüsusiyyətlərinə sahib idarəçilər hər zaman böyük rol oynayır. Bu baxımdan e-hökumət ümumi vizyonu yaradılarkən "texnologiya", "insan" və "zaman" anlayışlarını bir yerdə işləməli və cəmiyyətin hər seqmentinə uyğun e-mədəniyyət və e-həyat hərəkət planlarını tərtib etməlidirlər.Texnoloji vasitə və vəsaitləri təşkilat mühitində çəkisini artırması ilə birlikdə işçilərin məlumat səviyyələri və qabiliyyətlərinin nə dərəcə inkişaf edəcəyi üzərində diqqətlə durulmalıdır .

İnformasiya gücdür” anlayışı artıq “İnformasiya mübadiləsi gücdür”düşüncəsi ilə əvəz olunmuşdur.



Dövlət qurumlarında e-mədəniyyət mühitinin yaradılması, texnologiyanın təminindən daha önəmli bir problemdir. Yüksək texnologiya əlbəttə ki,bir çox işçinin etdiyi işi daha sürətlə və problemsiz həll etmək deməkdir. Bu baxımdan dövlət qurumlarında çalışanlar da digər çalışanlar kimi hər yeni texnologiya ilə birlikdə narahatlıq yaşayırlar.Bunların qarşısını almaq üçün təşkilatlarda fəaliyyət,ödəmə siyasəti,işəgötürmə prosesləri,nizam-intizam,rüşvət və korrupsiyaya qarşı mübarizə, e -işin strukturu və s . kimi mövzularda dövrün tələb etdiyi infrastruktur təmin edilməlidir. Dövlətin, dövlət təşkilatları arasında, informasiya bütövlüyü və koordinasiyasını təmin etmək, şəffaf idarəetmə vizionu anlayışı ilə daha səviyyəli işlər görmək,layihələr həyata keçirmək , şəffaf idarəetmə vizionu anlayışı ilə daha effektli işlər reallaşdırmaq, e-hökumət layihələrinin sürətlə həyata keçirilməsini sürətləndirir.Təbii ki,dövlətin bütün fəaliyyəti e-hökumət anlayışını tam reallaşdırması üçün bu sahədə uzunmüddətli iş planlarını ilə birlikdə,təhsil ilə informasiya texnologiyalarının inkişafına investisiya qoymaqla mümkün olacaqdır.

E-Mədəniyyət və e-həyat anlayışları həyatımızın hər sahəsində qarşımıza çıxır. E-mədəniyyətin bir cəmiyyətdə inkişafı , həmin ölkənin iqtisadiyyatı,sosial,siyasi,mədəni və texnoloji sahələrinin inkişafı deməkdir. Müasir dövlət anlayışının təməl ünsürləri olan "e-hökumət", "e-demokratiya", "e-siyasət", "e-vətəndaş" və "e-mədəniyyət" kimi yeni anlayış və tətbiqlər dünyada ABŞ, Avropa Birliyi (AB) və Asiya 'dakı bir neçə inkişaf etmiş ölkə xaricində kifayət qədər məşhur deyil. İsveçrə, Yaponiya və ABŞ kimi ölkələr hər adam başına 3.000-3.500 dollar ətrafında sərmayə qoymaları, iqtisadi inkişaf sürəti və e-hökumətin inkişafı baxımdan əhəmiyyətli bir rəqəmdir. Artıq bir çox ölkələr xüsusilə də Avropa Birliyinə daxil olan şimal ölkələri də bu siyasəti təqib etməkdədir.



ƏDƏBİYYAT:

  • Call Mc. Tom, ”World Wide Business”, http://www4.gartner.com/5_about/ press_room/pr20010313a.html

  • Cerf V.G.; “A Brief History Of The İnternet and Related Networks”,

  • http://www.isoc.org/İnternet/history/cerf.shtml

  • Ellerbach, Connie L.;”Domain Name Dispute Remedies: Tools for Tarning the

  • World Wide Web”, http://www.fenwick.com/docstore/publications/IP/

  • Domain_Name_Dispute.pdf/, 2003.

  • “Common Law Trademark Rights”, http://www.bitlaw.com/trademark/common.html eResolution, http://www.disputes.

  • ERDAL, Murat; (2002), “Elektronik Bilgi Çagında Kamu Yönetimi ve Bir Yerel Yönetim Uygulaması: _stanbul Büyüksehir Belediyesi”, I. Bilgi,Ekonomi ve Yönetim Kongresi Bildiriler Kitabı, 10–11 Mayıs, Kocaeli

  • Froomkin, Michael; “Icann’s Uniform Dispute Resolution Policy-Causes and

Partial Cures”, Brooklyn Law Review, Volume 67, Number 3

  • Generic Top Level Domain Memorandum of Understanding; http://www.gtldmou.org/.

  • http://www.ictnews.az/

  • REDDICK, Christopher G.; (2005), “Citizen Interaction with e-Government:

From the streets to servers?”, Government Information Quarterly, 22(1), ss. 38–57.

  • REDDICK, Ghristopher G.; (2004), “Empirical Models of e-Government in

Local Governments”, E-Service Journal, Winter 2004, 3(2), ss. 1–18.

  • www.e-imza.az

  • www.e-gov.az

ƏLAVƏ (APPENDİX)

Təklif etdiyim Elektron –hökumət dərsinin proqramı

DƏRSİN ADI : E-HÖKUMƏT

Dərsin Məqsədi:

Bu dərsin məqsədi son illərdə önəmli yer almağa başlayan e-hökumət anlayışına aid nəzəri bir infrastrukturun yaradılması və tətbiqi zamanı e-hökumətin fərqli inkişaf istiqamətlərini müzakirə etməkdir.



Dərsin mahiyyətinə uyğun olaraq müzakirə ediləcək mövzular aşağıdakılardır:

•E-hökumət və quruluşu

•E-hökumətin tətbiqi yolları

•İnformasiya Cəmiyyəti Strategiyası

•E-hökumətə təsir edən faktorlar

•İnternetdə siyasət,e-demokratiya və e-idarəetmə

•E-hökumətin iqtisadi siyasətə giriş tarixi

•Azərbaycanda E-hökumətin çətinlikləri

•Texnologiya və Milli Təhlükəsizlik

•E-hökumətin tətbiqində məlumat təhlükəsizliyinin təmini

•İnternetdə Əxlaqi Problemlər

•E-hökumət və beynəlxalq təcrübə

•E-hökumət və E-Azərbaycan arasında qiymətləndirmələr

•E-Azərbaycan layihəsi və tətbiqi

•E-bələdiyyə sisteminin tətbiqi

•Milli Məclisdə E-hökumət

•Azərbaycanda e-hazırlıq və e-dövlətləşmə

•Azərbaycanda E-hökumətin tətbiqində elektron sənədləşmə

•Azərbaycanda e-imza,elektron dövlət proqramları

•Azərbaycanda e-hökumətin tətbiqində elektron informasiya idarəçiliyi

•Azərbaycanda təhsil sahəsində informasiya sistemləri və tətbiqində yaranan problemlər

Qiymətləndirmə:

Dərslərin oxumasında və müzakirələrdən başqa aralıq və final imtahanları tətbiq ediləcək.

Təqdimat işi-20%

Gündəlik quiz-20%

Aralıq imtahanı-25%

Final imtahanı-25%

Davamiyyət/Müzakirə-10%

Əlavə qeydlər:

Gündəlik dərslər dərs proqramına uyğun olaraq aparılacaq,bütün tələbələr dərs planına uyğun olaraq hazırlaşmalı,təqdimat edəcək tələbələr başda olmaq şərtilə müzakirələrə hazır gəlməlidirlər.



Hər tələbədən dərs çərçivəsində müəllimin seçimi ilə bir tapşırıq hazırlamalı və dərsi izləməlidir. Hazırlanan hər bir tapşırıq dərs sonunda 15-20 dəq ərzində çıxış etmələri ilə həyata keçiriləcək.



Yüklə 227,14 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin