Azərbaycanda ibtidai icma cəmiyyəti



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə1/6
tarix02.01.2022
ölçüsü0,77 Mb.
#45662
  1   2   3   4   5   6
Azərbaycanda ibtidai icma cəmiyyəti - Ens.az - 4 dildə xəbərlər və ensiklopediya, ən son xəbərlər, en son xeberler



Azərbaycanda ibtidai icma cəmiyyəti

Azərbaycanda ibtidai icma cəmiyyəti

İbtidai icma cəmiyyəti bəşər tarixinin ilkin pilləsini təşkil edir. İbtidai icma cəmiyyəti üçün

istehsal vasitələri üzərində ümumi mülkiyyətin mövcudluğu, məhsuldar qüvvələrin zəif inkişafı

şəraitində kollektiv istehsal və birgə məhsul bölgüsü səciyyəvidir. İbtidai icma quruluşu digər

ölkələrdə olduğu kimi, Azərbaycanda da uzun sürmüşdür. Çünki bu dövrdə əmək alətləri

sadə, istehsal texnikası aşağı səviyyədə olub, cəmiyyətin təsərrüfat fəaliyyəti təbii mühitdən

birbaşa asılı olmuşdur.

İbtidai icma cəmiyyəti Azərbaycanda ilk insanın yarandığı vaxtdan (təxminən 1,5 milyon il

bundan əvvəl) iri tayfa birliklərinin və ilkin dövlət qurumlarının yaranmasınadək (eramızdan əvvəl

III — I minilliklər) olan bir dövrü əhatə edir.

İbtidai icma cəmiyyətinin arxeoloji baxımdan dövrləşməsi aşağıdakı kimidir: Daş dövrü, Tunc

dövrü, Dəmir dövrü.

Daş dövrü bölünür:

Paleolit (Qədim daş dövrü) — təxminən 1,5 milyon il bundan əvvəl başlamış və e.

ə. XII minilliyə qədər davam etmişdir.

Mezolit (Orta daş dövrü) — e. ə. XII — VIII minillildər.

Neolit (Yeni daş dövrü) — e. ə. VII — VI minilliklər.

Eneolit (Mis — daş dövrü) — e. ə. VI — IV minilliyin ortaları.

Tunc dövrü — e. ə. IV minilliyin sonlarından II minilliyin sonlarınadək davam

etmişdir.

Dəmir dövrü — e. ə. II minilliyin sonları — I minillikləri əhatə edir.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə