Azərbaycanda



Yüklə 56,67 Kb.
səhifə1/9
tarix02.01.2022
ölçüsü56,67 Kb.
#41552
  1   2   3   4   5   6   7   8   9
mustafa


PLAN



  1. Pul kredit (monetar) və fiskal siyasəti

  2. Müasir şəraitdə bank sisteminin fəaliyyəti

  3. Azərbaycanda pul-kredit sisteminin tənzimlənməsi istiqamətləri

  4. İqtisadiyyatın inkişafında bankların rolunun artırılması və AR-nın Mərkəzi Bankının Pul, məzənnə siyasəti.Monetar şərait.

  5. Nəzarət sualları

  6. Müstəqil öyrənmək üçün tapşırıqlar

  7. Ədəbiyyat

Makroiqtisadi siyasət adətən 2 istiqamətdə tətbiq edilir. Monetar və Fiskal. Hər iki istiqamət iqtisadi sabitliyin, ÜDM-in artım səviyyəsinin və resursların tam istifadəsinin qorunub saxlanılması məqsədi ilə istifadə edilir.

Monetar siyasət likvidlik tələsində effektsizdir. İnflyasiya və faiz dərəcəsi sıfıra yaxın olduqda, Mərkəzi bank ənənəvi yollarla monetar siyasət həyata keçirə bilmir. Bu zaman qeyri ənənəvi üsullar tətbiq edir: dövlət istiqrazları almaqdansa, korporativ qiymətli kağızlar almaqla istehsalın artımını təmin edir ya da uzunmüddətli istiqrazlar alır və qısa müddətli istirazlarını satır.

Monetar siyasət (ing. Monetary policy) zamanı iqtisadiyyat pul və onun alətləri vasitəslə idarə edilir və tənzimlənir. Monetar siyasətdən 19-cu ərslərin sonlarından etibarən istifadə edilməyə başlanılıb. Bu siyasət faiz dərəcəsinin iqtisadiyyata təsirinə əsaslanır və borc götürülən pulun qiymətini və pulun məcmu təklifini dəyişir. Monetar siyasət bunları idarə etmək üçün müxtəlif alətlərdən istifadə edir ki, bu da iqtisadi artıma, inflyasiyaya, işsizliyə və məzənnəyə təsir göstərir. Belə ki, əgər valyutanın buraxılışı bir mərkəzdən həyata keçirilirsə və ya iqtisadi subyektlər üçün pulu təmin edən bankların mərkəzi banka tabe olduğu nizamlama sistemi mövcuddursa, monetar siyasət (iqtisadi məqsədlərə çatmaq üçün) pul təklifini və faiz dərəcəsini idarə edir. 1970-ci ildən bəri monetar siyasət ümumilikdə fiskal siyasətdən ayrı həyata keçirilir. Hətda bundan əvvəl Bretton Woods sistemi də dövlətin iki siyasəti ayrılıqda formalaşdırımasını təklif edirdi. Modern dövrdə əksəriyyət ölkələrdə monetar siyasəti həyata keçirən müstəqil qurumlar (ABŞ-da Federal Ehtiyatlar Sistemi, İngiltərə Bankı, Avropa Mərkəzi Bankı, Çin Xalq Bankı, Yeni Zellandiya Ehtiyat Bankı və Yaponiya Bankı) mövcüddur. Ümumilikdə bu qurumlar mərkəzi bank adlandırılırlar və adətən maliyyə sistemindəki əməliyyatların düzgün və səlis həyata keçirilməsində də məsuliyyətlidirlər.



Monetar siyasətin növləri:

  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin