Bakı - 2017
Azərbaycanda Vətəndaş Cəmiyyətinin
İnkişafına Yardım Assosiasiyası
www.1905.az
XOCALI YADDAŞI
“XOCALI YADDAŞI” kitabı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım
Assosiasiyasının (AVCİYA) “1905.az kitabı” seriyasından növbəti nəşridir. Bu kitab 25 il
öncə, erməni silahlı birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı qurbanlarının
xatirəsinə ithaf olunub.
Nəşrdə şərti olaraq soyqırıma qədərki, soyqırım və sonrakı dövr haqqında publisis-
tik məqalə və məlumat-soraq materialları, Xocalıda şücaət göstərmiş Milli Qəhrəman-
ların qısa həyat yolu, “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasının
fəaliyyəti, Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının prezidenti
İlham Əliyevin soyqırımla bağlı çıxış və müraciətləri, rəsmi sənədlər yer alıb. Bundan
başqa, hadisələr bütün kitab boyu müstəqil məna yükü daşıyan fotoxronikanın vasitə-
silə oxuculara təqdim edilir.
Kitabda tədqiqatçı alim, ekspert və şahidlərin dili ilə faciənin tarixinə, baş vermə
səbəbinə, ədəbiyyatda, incəsənətdə və beynəlxalq hüquqda inikasına müxtəlif as-
pektlərdən aydınlıq gətirilir.
XOCALI SOYQIRIMININ İYİRMİ BEŞİNCİ İLDÖNÜMÜ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciədən 25 il ötür. 1992-ci
il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq
hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeritmiş, yerlə yek-
san etdikləri şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutmuş-
lar. Həmin hərbi-siyasi təcavüz zamanı 613 həmvətənimiz, o cümlədən 106 qadın,
63 uşaq və 70 qoca həlak olmuş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər isə
girov götürülmüşdür.
Xocalı faciəsini törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha
da genişləndirən və Dağlıq Qarabağın hüdudlarından kənara çıxaraq Laçın, Kəl-
bəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal edən Ermənis-
tanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 min soydaşımızın həyatına
son qoyulmuş, 50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20
faizi işğala məruz qalmışdır.
BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, Avropa Parlament As-
sambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının və eləcə
də digər beynəlxalq qurumların qərarlarına baxmayaraq, Ermənistan–Azərbay-
can Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normalarına uyğun, ölkəmizin
ərazi bütövlüyü çərçivəsində öz həllini bu günədək tapmamışdır.
2016-cı ilin aprel ayında növbəti dəfə atəşkəs rejimini pozan Ermənistanın təx-
ribatına cavab olaraq Azərbaycan ordusu tərəfindən torpaqlarımızın bir qisminin
işğalçılardan azad edilməsi ölkəmizin ərazi bütövlüyünü hərbi yolla bərpa etmək
üçün bizim kifayət qədər hərbi gücümüz, iqtisadi potensialımız və siyasi iradəmiz
olduğunu bir daha sübuta yetirmiş, beynəlxalq ictimaiyyətə mövcud status-kvo-
nun qəbuledilməzliyini nümayiş etdirərək işğalçı qüvvələrin torpaqlarımızdan
çıxarılması tələbini yenidən gündəmə gətirmişdir.
Geniş vüsət almış “Xocalıya ədalət” kampaniyası çərçivəsində gerçəkləşdirilən
tədbirlərin nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımla bağlı mü-
vafiq qərarlar qəbul edilsə də, belə ağır hərbi cinayət beynəlxalq miqyasda hələ ki
öz hüquqi qiymətini almamışdır.
Xocalı faciəsinin iyirmi beşinci ildönümü ərəfəsində şəhidlərin xatirəsini dərin
hüznlə yad edərək və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddə-
sinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidenti Administrasiyası Xocalı soyqırımının
iyirmi beşinci ildönümü ilə bağlı tədbirlər planını hazırlayıb onun həyata keçiril-
məsini təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 yanvar 2017-ci il.
1905.az KİTABI
“XOCALI YADDAŞI”
İdeya müəllifi və naşir:
Elxan Süleymanov,
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının
prezidenti, Şamaxının millət vəkili
Elmi məsləhətçilər:
Əlövsət Allahverdiyev, hüquq üzrə fəlsəfə doktoru
İlyas Babayev, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri
doktoru, professor
Dəyanət Musayev, pedaqoji elmlər üzrə fəlsəfə doktoru
Ramiz Sevdimalıyev, siyasi elmlər doktoru, professor
Fuad Süleymanov, hüquq üzrə fəlsəfə doktoru
Vurğun Süleymanov, iqtisad elmləri doktoru
Aqil Şahmuradov, tarix üzrə fəlsəfə doktoru
Məhərrəm Zülfüqarlı, tarix üzrə fəlsəfə doktoru
Təşkilati dəstək:
Elçin Salmanov, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosia-
siyasının vitse-prezidenti
Yaradıcı heyətin rəhbəri:
Fuad Babayev, siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist
Məsul redaktor:
Gündüz Nəsibov
Bədii redaktor:
Dadaş Musayev
Texniki redaktor:
İrina Muxtarova
Koordinator:
Təmkin Məmmədli
Orijinal maketin hazırlanması və səhifələnmə:
Elviz İsmayilov
www.1905.az portalının “Xocalı soyqırımı” bölümünün dəstəklənməsi:
Rəşad Süleymanov
Yaradıcı heyətlə əlaqə: info@1905.az
ISBN-978-9952-889-65-9
©
AVCIYA
2017
Məşum Xocalı soyqırımının
qurbanlarının xatirəsinə ithaf olunur
9
Dəyərli Oxucu!
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının
yeni nəşrini, “1905.az KİTABI” seriyasında işıq üzü görən “Xocalı yaddaşı”nı sizə
təqdim edirəm.
Bu kitab məşum Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində işıq üzü gö-
rür...
Və Azərbaycan tarixində, demək həm də dünya azərbaycanlılarının yadda-
şında silinməz iz buraxmış dəhşətli hadisə haqqında bildiklərimizin bir hissəsini
əhatə edir.
“Xocalı yaddaşı” bu olaydan bəhs edən kitablar sırasında, Assosiasiyamız
tərəfindən nəşr edilmiş eyni mövzulu kitablar kimi öz yerini tutacaq. Hər halda,
mən buna inanıram.
Əminəm ki, Xocalı haqqında bundan sonra çox kitablar yazılacaq.
Əminəm ki, unutmayacağıq.
Və bəlkə də, onilliklər sonra hansısa bir Azərbaycan gənci bu kitaba erməni
tapdağından azad edilmiş Xocalıdakı kitabxanada rast gələcək.
Və o zaman Xocalı soyqırımını törədən cinayətkarlar çoxdan cəzalandırılmış
olacaq.
Elə bu inamla da “Xocalı yaddaşı”nı sizə təqdim edirəm.
Oxuyun, irad və təkliflərinizi bizə bildirməyi unutmayın.
Bu kitabın Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı düzənlənəcək tədbir-
lərin də yer alacağı yeni nəşri də işıq üzü görəcək. Ümid edirəm ki, həm də xarici
dillərdə.
Elxan SÜLEYMANOV,
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının
prezidenti, Şamaxının millət vəkili
10
Azərbaycanın qədim tarixi bölgələrindən biri. Kiçik Qafqaz
dağları ilə Kür və Araz çayları arasındakı ərazini əhatə edir. Bəzi
məlumatlara görə, “Qarabağ” anlayışı 7 əsrdən işlənmiş, 12 əs-
rdən daha geniş yayılıb. “Qarabağ” “qara” və “bağ” türk-Azər-
baycan sözlərinin birləşməsindən əmələ gəlib (“qara” sözü türk
dillərində, o cümlədən Azərbaycan dilində, rəng bildirməklə
yanaşı, “böyük”, “qalın”, “sıx” mənasında da işlənir). Tədqiqat-
çılar “Qarabağ”ın “böyük bağ”, “səfalı bağ” mənasında işlədil-
diyini də bildirirlər. Bəzi mənbələrdə Qarabağın dağlıq hissəsi
“Arsax” adlandırılır. Etimoloji araşdırmalar göstərir ki, “Arsax”
sözü də Qarabağın qədim türk etnoslarından biri olan saklarla
bağlıdır. “Arsax” “ər” və “sak” sözlərinin birləşməsi (“sak əri”)
kimi də izah olunur. Qarabağ təkcə Azərbaycanın deyil, eləcə
də bütün dünyanın ən qədim tarixə malik diyarlarındandır.
Azıx mağarasında (Fizuli rayonu) tapılan insan məskəni və ən
qədim insanın qalıqları (“Azıxantrop” və ya “Azıx adamı”) bu
bölgənin Aralıq dənizi və Şərqi Afrika ilə birlikdə müasir insan-
ların meydana gəldiyi məkanlardan olduğunu söyləməyə əsas
verir. Azıxın alt çöküntülərindən aşkar edilən əmək alətləri Qu-
ruçay mədəniyyəti adlandırılır. 1968 ildə Azıx mağarasından
azıxantrop adlandırılan ibtidai insanın (350-400 min il əvvəl
yaşayıb) alt çənə sümüyünün bir hissəsi tapılıb. Daş dövrünün
sonrakı tarixi mərhələlərində, həmçinin Eneolit (e. ə. 6-4 minil-
liklər), Tunc və ilk Dəmir (e. ə. 4 minilliyin ortaları - 1 minilliyin
əvvəlləri) dövrlərində Qarabağın həyatında ciddi dəyişiklik baş
verib. Son Tunc və ilk Dəmir dövrü (e. ə. 12-7 əsrlər) Xocalı-Gə-
dəbəy mədəniyyəti adını alıb.
Qarabağ bütün tarixi dövrlərdə Azərbaycan dövlətinin tərki-
bində olub. Antik və erkən orta əsrlərdə Qarabağ Azərbaycan
Albaniya dövlətinin (e. ə. 4 - eramızın 7 əsri) mühüm vilayətlə-
rindən biri idi. Albaniya dövlətində xristianlıq rəsmi din kimi
qəbul edildikdən sonra, bu din Qarabağda, xüsusilə onun dağ-
lıq ərazilərində də yayılıb. Ərəb istilaları (7-9 əsrlər), xüsusilə
Albaniya dövlətinin aradan qaldırılması (705) Qarabağın həya-
QARABAĞ
11
Abel Aqanbekyanın
Fransanın “Humanite”
qəzetinə müsahibəsindən
Mənbə: www.sumqayit1988.com/
az/events/ussrsituation/
tına da ciddi təsir göstərdi. Ərəb istilalarınadək Qarabağın ta-
rixi ərazisində əhali etnik baxımdan eyni kökdən olduğu halda,
işğaldan sonra vəziyyət dəyişdi. Xilafətin Azərbaycan üçün fa-
ciəli siyasəti nəticəsində xristianlığın yayıldığı dağlıq hissədə
Alban kilsəsinin mövqeyi zəiflədi. Bundan istifadə edən ermə-
ni qriqorian kilsəsi dini üstünlüyü ələ aldı. Beləliklə, Qarabağın
dağlıq hissəsində xristian albanlar arasında qriqorianlığın ya-
yılması üçün əlverişli şərait yarandı və bununla da, Qarabağın
dağlıq hissəsində əhalinin qriqorianlaşdırılması, daha sonra
isə erməniləşdirilməsi prosesi başlandı. Ərəb xilafətinin dağıl-
masından sonra Qarabağ Azərbaycan Şəddadilər dövlətinin
(975-1075), Böyük Səlcuq imperatorluğunun (11 əsrin ortaları
– 12 əsrin əvvəlləri), Azərbaycan Atabəyləri dövlətinin (1136-
1225) hakimiyyəti altında oldu. 12 əsrin sonu-13 əsrin əvvəllə-
rində Qarabağın dağlıq hissəsində alban Xaçın knyazlığı yaran-
dı. Sonralar onun ərazisində, Xaçının özü də daxil olmaqla,
Qarabağ-alban məliklikləri [Xaçın, Vərəndə, Dizaq, Gülüstan
yarandı. Qarabağ 13-14 əsrlərdə bütünlüklə Monqol imperiya-
sının 14 əsrin sonu-15 əsrdə Teymurilər dövlətinin tərkibində
idi. Şirvan hökmdarı I İbrahim [1382-1417] Qarabağın düzənlik
hissəsini öz torpaqlarına birləşdirmişdi. Qarabağ 15-18 əsrin
əvvəllərində Azərbaycan Qaraqoyunlu (1410-68), Ağqoyunlu
(1468-1501), Səfəvilər (1501-1736) dövlətlərinin tərkib hissəsi
idi. Səfəvilər Qarabağ torpaqlarını bütöv halda Qarabağ və ya
Gəncə bəylərbəyiliyində birləşdirmişdilər. Səfəvi-Osmanlı mü-
haribələri dövründə (1514-55, 1578-90 və s. ) Qarabağ əldən-ələ
1
18. 11. 1987
“Mən istərdim ki, Qarabağın Ermənistan diyarına çevrilməsi
xəbərini eşidim. Bir iqtisadçı kimi, mən belə hesab edirəm ki, o,
Azərbaycandan daha çox Ermənistanla bağlıdır”.
12
keçmişdi. 1590 il müqaviləsindən sonra Osmanlı dövlətinin
tərkibinə qatılan Qarabağ torpaqlarında siyahıyaalma nəticə-
sində müfəssəl dəftər tərtib edilib (1593). Həmin məlumata
görə, Gəncə-Qarabağ əyaləti 5 sancağa, 36 nahiyəyə bölünür-
dü. Dini mənsubiyyətinə görə əhalinin 61%-i müsəlman, qala-
nı isə qeyri-müsəlman idi. Qeyri-müsəlman əhali xristianlaşan
(və qriqorianlaşmaqda olan) albanlar idi. Səfəvi dövlətinin
zəifləməsi 18 əsrin 1-ci rübündə Azərbaycan torpaqlarının İran,
Rusiya və Osmanlı dövlətləri arasında bölüşdürülməsi ilə nəti-
cələndikdə, Qarabağ Osmanlı dövlətinin tərkibində qalmışdı.
Bu dövrə aid siyahıyaalmanın nəticələri, daha doğrusu, Os-
manlı dəftərləri də azərbaycanlıların bölgənin əsas əhalisi ol-
duğunu sübut edir. Hesablamalara görə, 1727 ildə Gəncə-Qa-
rabağ əyalətindəki 122 min nəfərədək əhalinin 80,3 min nəfəri
(66%) azərbaycanlılar, 37,8 min nəfəri (31%) qriqorianlaşmış
və erməniləşmiş albanlar, 3,7 min nəfəri (3%) kürdlər olublar.
Azərbaycan torpaqlarının bölüşdürülməsində fəal iştirak
edərək, Xəzəryanı torpaqlan ələ keçirən Rusiya çarı I Pyotr
[1682/89-1725] bu torpaqlarda möhkəmlənmək və özünün iş-
ğalçılıq planlarını genişləndirmək üçün ermənilərdən istifadə
edilməsinə böyük önəm verirdi. Bu məqsədlə o, 1724 il noyab-
rın 10-da erməni xalqına fərman imzalamışdı. Fərmanda ermə-
nilərin işğal olunan Azərbaycan torpaqlarına köçürülməsi, on-
lara mehribanlıq göstərilməsi, boşalmış evlərin, münbit
torpaqların onlara verilməsi, mühafizələrinin təşkil edilməsi,
Dağlıq Qarabağın Ermənistana
birləşdiriliməsinə çağırış
mitinqləri. Yerevan
Mənbə: commons. wikimedia.org
Gorzaim
2
1988
13
bütün bunları həyata keçirmək üçün müsəlmanların doğma
yerlərindən deportasiyası nəzərdə tutulurdu. Sonuncu Səfəvi
hökmdarı III Abbası [1732-36] yıxaraq, hakimiyyətə gələn Nadir
Şahın [1736-47] onu qanuni hökmdar kimi tanımaqdan imtina
edən Gəncə-Qarabağ bəylərbəyiliyinə qarşı cəza tədbirləri də
Qarabağın alban məlikliklərinin mövqeyini gücləndirdi və on-
ların separatizminə təkan verdi. Nadirin ölümündən (1747)
sonra Azərbaycan ərazisində xanlıqlar yarandı. Keçmiş Gən-
cə-Qarabağ əyalətində iki xanlıq - Gəncə və Qarabağ xanlıqları
meydana gəldi. Qarabağ xanlığı Azərbaycanın dövlətçilik ta-
rixində mühüm yer tutub. Xanlığın banisi Pənahəli xan [1747-
63] onun siyasi, sosial-iqtisadi və mədəni inkişafı sahəsində
ciddi tədbirlər həyata keçirdi. Xanlığın siyasi mərkəzi kimi,
Şuşa şəhərinin əhəmiyyəti artdı. Qarabağ-alban məliklikləri-
nin separatçılıq fəaliyyətinə qarşı qətiyyətli mübarizə aparıldı.
Xanlığı daha da inkişaf etdirmək və Azərbaycan torpaqlarını
birləşdirmək sahəsində Pənah xanın fəaliyyətini oğlu İbra-
himxəlil xan [1763-1806] davam etdirdi. Məlikliklər və onlara
köməklik göstərən Rusiya imperiyasının xanlığa qarşı təşkil et-
diyi “səlib yürüşü” boşa çıxdı. 18 əsrin sonunda Ağa Məhəm-
məd Şah Qacar [1795-97] tərəfındən Qarabağ xanlığına qarşı
təhlükə artdı. 1795 ildə həyata keçirilən yürüş zamanı Şuşa
şəhəri 33 günlük mühasirəyə tab gətirsə də, 1797 il hücumun-
da Qacar Şuanı ələ keçirə bildi, lakin burada sui-qəsd nəticə-
sində öldürüldü. 18 əsrin sonu - 19 əsrin əvvəllərində Rusiya
imperiyasının Cənubi Qafqazda işğalçılıq fəaliyyəti yenidən
genişləndi. 1801 ildə Gürcüstan imperiyaya qatıldı, 1803 ildə
Car-Balakən, 1804 ildə Gəncə xanlığı işğal olundu. Belə bir ta-
rixi şəraitdə Qarabağ xanlığı Rusiya imperiyası ilə Kürəkçay
müqaviləsini imzaladı (1805, 14 may). Xanlıq, əslində, Rusiyaya
ilhaq edildi. Qarabağda işğal rejiminin qurulmasına başlandı.
1806 ildə İbrahim xan ailə üzvləri ilə birlikdə vəhşicəsinə qətlə
yetirildi. Belə bir şəraitdə xanlığa keçən Mehdiqulu xanın
[1806-22] hakimiyyəti möhkəm deyildi. Çar Rusiyası yerli və üs-
tün mövqeyə malik olan müsəlman hakim təbəqənin iqtisadi
“Dağlıq Qarabağ
tarixi, əzəli
Azərbaycan
torpağıdır. Əsrlər
boyu Azərbaycan
xalqı bu torpaqlarda
yaşayıb. Ermənilər
Dağlıq Qarabağa
Şərqi Anadoludan
və İrandan XIX
əsrin əvvəllərində
köçürülmüşdür”.
Azərbaycan
Respublikasının
Prezidenti
İlham Əliyevin Dünya
Azərbaycanlılarının
IV Qurultayının
açılışında nitqindən,
3 iyun 2016-cı il
14
mövqelərini məqsədyönlü şəkildə zəiflətməyə, əksinə, mövqe-
yi zəif olan erməniləşmiş albanların rolunu artırmağa çalışırdı.
Bu məqsədlə Qarabağ xanlığı ləğv edilərək (1822) adi əyalətə
çevrildi. Qarabağda komendant idarə üsulu yaradıldı. Qarabağ
əyaləti hərbi-müsəlman dairəsinin (mərkəzi Şuşa) tərkibinə
daxil edildi. Bu dövrdə əslən erməni olan general-leytenant V.
Q. Mədətov Qarabağda, sözün əsl mənasında, erməni-Rusiya
müstəmləkə sistemi yaratmışdı. Çar Rusiyasının 1840 il 10 ap-
rel tarixli idarə- inzibati islahatı nəticəsində Qarabağ əyaləti
Şuşa qəzasına çevrildi və Kaspi vilayətinə (mərkəzi Şamaxı)
tabe edildi. Bununla da, Qarabağ anlayışı siyasi mənasını
itirərək, yalnız coğrafı məfhum kimi qaldı. 1846 ildə həyata ke-
çirilən yeni inzibati-ərazi bölgüsü zamam Şuşa qəzası yeni ya-
radılmış Şamaxı (1859 il-dən Bakı) quberniyasına tabe edildi.
1867 ildə Yelizavetpol (Gəncə) quberniyası yaradıldıqda, Şuşa
qəzası bu dəfə onun tərkibinə verildi. Şuşa qəzasının ərazisin-
də Zəngəzur, Cavanşir və Cəbrayıl qəzaları təşkil edildi. Bunun-
la, Şuşa qəzası da vahid inzibati-siyasi idarəsini itırdi. Çarizmin
Şimali Azərbaycan torpaqlarını işğal etməsi, bütövlükdə onun,
o cümlədən Qarabağın erməniləşdirilməsilə yanaşı gedirdi.
Türkmənçay müqaviləsindən sonra bu hal daha müntəzəm xa-
rakter aldı. Ermənilərin köçürülməsi müqavilənin 15-ci mad-
dəsində təsbit olundu. Ədirnə müqaviləsi (1829) ilə Osmanlı
imperiyasından da ermənilərin yeni işğal olunmuş ərazilərə, o
cümlədən Qarabağa köçürülməsi həyata keçirilməyə başladı.
Bununla da, Qarabağ əhalisinin etnik tərkibinin dəyişdirilməsi
üçün daha bir addım atıldı. 1828-30 illər arasında Şimali Azər-
baycana, o cümlədən Qarabağa İrandan 40 min, Osmanlı im-
periyasmdan 90 min erməni köçürülmüşdü. Qeyri erməni köç-
künləri ilə birlikdə onların sayı 200 mini ötmüşdü. 1911 ilə aid
rəsmi məlumata görə, Cənubi Qafqazda olan 1,3 milyon ermə-
ninin 1 milyondan çoxu köçürülənlər idi. Ermənilərin 1890 il-
lərdən Osmanlı dövlətində mərkəzi hakimiyyətə qarşı xəyanət-
kar çıxışları uğursuzluğa düçar olduqdan sonra bu mübarizənin
mərkəzinin Şimali Azərbaycana keçməsi Qarabağda vəziyyəti
15
daha da kəskinləşdirdi. Ermənilər 1905 ildə yerli azərbaycanlı-
lara qarşı tarixə “erməni-müsəlman davası” adı ilə daxil olan
dəhşətli soyqırımı törətdilər. Ermənilərin azərbaycanlılara qar-
şı soyqırımı siyasəti Qarabağda daha faciəli şəkil aldı. 1905-06
illərdə türk-müsəlman əhaliyə qarşı soyqırımı ilə kifayətlən-
məyən ermənilər Birinci dünya müharibəsi (1914-18) dövrün-
də yaranan şəraitdən yenidən istifadə etməyə cəhd göstərərək,
1918 ildə Bakıda və Azərbaycanın digər bölgələrində daha
dəhşətli soyqırımı törətdilər. 1918 il mayın 28-də Azərbaycan
Xalq Cümhuriyyətinin qurulması Qarabağın da tarixində mü-
hüm hadisə oldu. Xalq Cümhuriyyəti Qarabağın bütün tarixi
ərazisini respublikanın aynlmaz tərkib hissəsi sayır və burada
siyasi hakimiyyətinin bərqərar edilməsinə çalışırdı. Tiflisdə
elan edilmiş Ermənistan Respublikası da Qarabağa əsassız id-
dia irəli sürürdü. Azərbaycan Hökuməti bu iddianı qətiyyətlə
rədd etdi. Azərbaycan Xalq Cümhuriyyətinin sülhsevər siyasə-
tinə baxmayaraq, ermənilər Qarabağda hakimiyyətə nail ol-
Milli azadlıq hərəkatı.
Bakı, Azadlıq (keçmiş
Lenin) meydanı
Fotoqraf: Oleq Litvin
Mənbə: Azərbaycan Fotoqrafları
Birliyi
3
06.09.1989
16
maq üçün əvvəllər başladıqları soyqırımı siyasətini davam etdi-
rirdilər. Cümhuriyyət Höküməti yaranmış vəziyyəti nəzərə
alaraq, 1919 il yanvarın 13-də “Cavanşir, Şuşa, Cəbrayıl və Zən-
gəzur qəzalarına general-qubernator təyin edilməsi haqqında”
qərar qəbul etdi. Bu vəzifəyə Xosrov Paşa bəy Sultanov təyin
edildi. X. Sultanov 1919 ilin fevralında Şuşaya gələrək, vəzifəsi-
nin icrasına başladı. Ermənistan Respublikasının etirazına, ingi-
lis və amerikanlarla gərgin münasibətlərə baxmayaraq, Qara-
bağda qarşıya qoyulan vəzifələrin həlli sahəsində mühüm işlər
görüldü. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra,
mayın birinci yarısında Şuşa, Cəbrayıl, Cavanşir qəzalarında so-
vet hakimiyyəti quruldu. 1920 il noyabrın 29-da Ermənistanda
sovet hakimiyyəti elan edildikdən sonra, bolşevik Rusiyasının
bilavasitə köməyi və iştirakı ilə Zəngəzurun böyük bir hissəsi er-
mənilərə verildi, nəticədə, Naxçıvanla Azərbaycanın digər tor-
paqları bir-birindən ayrı salındı. 1923 il iyulun 7-də Qarabağın
dağlıq hissəsində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) ya-
radılması ilə gələcək erməni separatçılığının əsası qoyuldu. Bu-
nunla yanaşı, Ermənistan SSR hökuməti də Dağlıq Qarabağa
olan iddialarını davam etdirdi. Azərbaycana qarşı ərazi iddiala-
rından əl çəkməyən Ermənistan 1980-ci illərin sonlarında, ya-
ranmış əlverişli şəraitdən istifadə edərək yenidən Azərbaycana
qarşı müharibəyə başladı. Ermənistan Rusiya hərbi qüvvələrinin
köməyilə 1992 ilin fevralında Xocalıda azərbaycanlılara qarşı
soyqırımı törətdi, daha sonra Dağlıq Qarabağı və onun ətrafın-
Ermənilərin “Tbilisi–Bakı”
sərnişin avtobusunda
törətdikləri terror aktı
Mənbə: Terror: hadisələr, faktlar, sübutlar
Bakı, Xətt Nəşriyyatı, 2016
4
16. 09. 1989
“Tarixi Azərbaycan
torpaqları olan Göyçə,
Zəngəzur və digər
ərazilər o zamankı
sovet hökuməti
rəhbərlərinin köməyi
ilə Ermənistana
verilmiş, Dağlıq
Qarabağ erməniləri
muxtariyyət qazanmış
və onların gələcəkdə
qanunsuz ərazi
iddiaları üçün zəmin
yaradılmışdır. ”
Azərbaycan
Respublikasının
Prezidenti
Heydər Əliyevin
31 mart –
Azərbaycanlıların
Soyqırımı Günü
münasibətilə
Azərbaycan xalqına
müraciətindən,
27 mart 2001-ci il
17
QARABAĞDA AZƏRBAYCANLILARA QARŞI
SOYQIRIMLARI
Erməni-daşnak quldur dəstələrinin Qarabağın Şuşa, Cavan-
şir və Cəbrayıl qəzalarında azərbaycanlılara qarşı törətdikləri
soyqırımı və talanlar. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti
tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyası bu vəh-
şilikləri dərindən araşdırıb, bu haqda çoxlu şahid ifadələri,
baxış protokolları, məruzələr, faktik məlumatlar toplayıb. So-
vet Rusiyasının Birinci dünya müharibəsi (1914-18) cəbhələrin-
də hərbi əməliyyatların dayandırmasından əvvəl erməni əs-
gərləri kütləvi surətdə fərarilik edərək, cəbhədən qaçır və
özləri ilə çoxlu oğurluq tüfəng, pulemyot və digər hərbi sursat-
lar aparırdılar. Fövqəladə Təhqiqat Komissiyasının üzvü N.
Mixaylovun toplanmış faktlar əsasında hazırladığı məruzədə
deyilirdi ki, Cavanşir qəzasının müsəlman əhalisi qonşuları er-
mənilərə çox sadəlövhcəsinə inanır və həmin silahların gələ-
cəkdə onlara qarşı yönəldiləcəyini təsəvvürlərinə belə gətir-
mirdilər. Buna görə də onlar həmin silahların gətirilməsinin
qarşısını almaq üçün heç bir tədbir görmürdülər. Rusiyada Ok-
tyabr çevrilişindən (1917) sonra isə Yuxarı Qarabağa, o cümlə-
dən Cavanşir qəzasının erməni kəndlərinə silah və sursat,
demək olar ki, açıq şəkildə gətirilməyə başladı. N. Mixaylovun
məruzəsində göstərilirdi ki, 1917 ilin dekabrından başlayaraq,
erməni-daşnak quldur dəstələri Kolanı icmasının azərbaycanlı
kəndlərinə basqın edir və onlardan hələ yer üzərində mövcud
olmayan Ermənistan Respublikasını tanımağı tələb edir və
guya öz dövlətləri üçün azərbaycanlılardan zorla vergi yığırdı-
lar. Erməni təqiblərindən bezmiş Cavanşir qəzasının bir neçə
“Əsrlər boyu
Azərbaycan xalqı
bu torpaqlarda
yaşamışdır,
yaratmışdır.
Dağlıq Qarabağda
bütün toponimlər
Azərbaycan xalqının
mədəniyyətini,
tarixini əks etdirir.
Nəinki Dağlıq
Qarabağ, eyni
zamanda, indiki
Ermənistanın
böyük bir hissəsi
qədim Azərbaycan
torpaqlarıdır. ”
Azərbaycan
Respublikasının
Prezidenti
İlham Əliyevin
Novruz bayramı
münasibətilə
ümumxalq şənliyində
çıxışından, 19 mart
2014 il
dakı 7 rayonu (respublika ərazisinin 20%-i) işğal etdi, bir milyo-
na yaxın azərbaycanlını dədə-baba yurdundan didərgin saldı.
Əd.: Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. “Lider-Nəşriyyat”, Bakı,
2005, s. 116-118
18
Dostları ilə paylaş: |